Məhkəmə qərarları › İş №1(013)-6/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-6/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-6/2025 04.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Albəyli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qardaşı arvadı Zərərçəkmiş şəxs əxlaqsız təkliflər etməsini sonuncunun Şahid1 dedikdən sonra aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı 24 iyul 2024-cü il tarixdə saat təxminən 13 radələrində Ağdam rayon Alıbəyli kəndi ərazisində yerləşən qardaşı Şahid1 yaşadığı fərdi yaşayış evində Zərərçəkmiş şəxs yumruqla iki dəfə sifət nahiyəsinə, evdə olan tozsoran aparatının borusu ilə sol qol, sol yan, sol qılça, sol çiyin nahiyələrinə və təpiklə qarın, qılça nahiyələrinə zərbələr endirərək sonuncunun hər iki gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, çənəaltı nahiyənin, sol bazunun orta 1/3-nin ön bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin, qarının ön səthinin sol yarısının, sol çiyin qurşağının arxa səthinin, sol sağrının iş-yan kvadratının, qarının sol yan səthinin qançırları, sol gözaltı nahiyənin hematoması, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması, burun kökünün sol yan səthinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin, üzün sol yarısının, sağ almacıq nahiyəsinin, üst dodağın sağ yarısının, sağ saidin yuxarı 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin, sol baldırın yuxarı 1/3-nin bayır səthinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ailə üzvləri ilə birlikdə Ağdam rayon Alıbəyli kəndində yaşayır, evlidir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, sonuncu qardaşı Şahid1 həyat yoldaşıdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Qardaşı Mübarizlə həyat yoldaşı Günel arasında tez-tez sözlü mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Zərdab rayonunda yaşayan dostu Rəşad ona zəng edərək iribuynuzlu heyvan almaq məqsədilə Ağdam rayonuna gəldiyini bildirmiş və ondan onunla birlikdə heyvanlara baxmağa getməyi xahiş etmişdir. O da Rəşadla razılaşmışdır. Həmin gün saat təxminən 11 radələrində Rəşad idarə etdiyi KİA markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə yaşadığı Alıbəyli kəndinə gəlmişdir. O, evdən çıxaraq onun avtomobilinə əyləşmiş və onlar birlikdə Ağdam rayonu Qaradağlı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. X12 adlı şəxsdən iribuynuzlu heyvanlarına baxmalı olmuşdur. Onlar Hilalın yaşadığı Qaradağlı kəndinə çatanda Hilal onlara Bakı şəhərindən gəldiyini və gözləməklərini xahiş etmişdir. Onlar da təxminən 2 saat Qaradağlı kəndində Hilalın yaşadığı evə gəlməsini gözləmişlər. Təxminən saat 14 radələrində Hilal yaşadığı evə gəlmiş və Rəşad Hilala məxsus iribuynuzlu heyvanlara baxmışdır. Lakin heyvanları bəyənmədiyi üçün onlar arasında alqı-satqı baş tutmamışdır. Bundan sonra onlar Alıbəyli kəndinə qayıtmışlar və Rəşad onu kənd ərazisində avtomobildən endirərək getmişdir. O da piyada yaşadıqları evə getmişdir. O, evlərinə çatanda Mübariz və Günelin orada olmadığını görmüşdür. Bu zaman həyat yoldaşı X6 dalaşdıqlarını ona bildirmişdir. Bir neçə saatdan sonra Mübariz yaşadığı evə gələrək baş verənləri danışmış və Güneli anasıgilə apardığı bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, Günelə hər hansı bir əxlaqsız təklif etməmişdir. Həmin mesajları Günel onun telefonumu götürərək özü-özünə yazmışdır. O, Günelə mesaj yazmamışdır. Onlar Günellə eyni həyətdə yaşayırlar və Günel istədiyi vaxt onun telefonunu götürə bilmişdir. Hadisə zamanı o, evdə olmamışdır. Hadisə zamanı o, Rəşadla birlikdə Ağdam rayon Qaradağlı kəndində yaşayan Hilal adlı şəxsin evində olmuşlar. Qardaşı Mübarizin 01 ədəd diskdə olan səs yazısında niyə onun Güneli döydüyünü deməsinin səbəbini bilmir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmamışlar, məhkəmədən ona cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağın olmasının və ilk dəfə məhkum olunmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs isə qaynıdır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2011ci ildən Şahid1 ilə ailə həyatı quraraq Bakı şəhərində köçmüş, daha sonra Ağdam rayonu Alıbəyli kəndinə qayıdıb yaşamışlar. 2013-cü il tarixdə əri ilə rəsmi qaydada boşanmışdır. Dörd il ayrı yaşadıqdan sonra 2017-ci il tarixdə yenidən əri Mübarizlə rəsmi nikaha düşüb birlikdə yaşamışlar. Hazırda iki övladları vardır. Daha sonra qaynı Təqsirləndirilən şəxs də Bakı şəhərindən köçərək onlarla qonşuluqda yaşamağa başlamışdır. O, həmin ünvana köçdükdən sonra araalarında tez-tez sözlü mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda olarkən həyətində olan cücələri qonşularına satan zaman qaynı Elmir bunu görmüş və ərinə bu barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində yaşadıqları ünvanda olarkən bu barədə həyat yoldaşı Mübariz ona toyuqları icazəsiz satdığına görə öz iradını bildirmişdir. Bu zaman o, toyuqları satdığımı həyat yoldaşına qardaşı Elmirin dediyini, onların arasında mübahisə yaratmaq istədiyini bildiyindən Mübarizə Elmirin ona yazılan nalayiq məzmunda və oa əxlaqsız təkliflər olan mesajları göstərmişdir. Əri Mübariz mesajlara baxdıqdan sonra Elmirin yaşadığı evə getmiş və bu barədə ona deyəndə Elmir guya onun Elmirin telefonunu oğrulayıb mesaj yazdığını ərinə bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Elmir və əri Mübariz onların yaşadıqları ünvana gəlmişlər. Mübariz məsələnin nə olduğunu öyrənmək üçün onlardan sorğu-suallar etməyə başlayanda Elmir anidən onun üstünə gələrək yumruq ilə onun burun nahiyəsinə zərbə endirmiş, zərbənin təsirindən o, dizi üstə yerə oturmuş, bu vaxt o, özünü toplayaraq ayağa qalxıb Elmirin yaxasından tutmuşdur. Bu zaman əri Mübariz onun sol əlinin İV-V barmaqlarında tutaraq geriyə doğru qatlamışdır. Ağrının təsirindən o əlini Elmirdən çəkmişdir. Bu zaman Elmir orada olan tozsoranın dəmiri ilə onun sol qol, sol yan, sol qılça, sol çiyin nahiyələrinə zərbələr vurmuşdur. Daha sonra Elmir onun saçından tutaraq sifət nahiyyəsinə daha bir yumruq zərbəsi, təpiklə isə onun qarın və qılça nahiyəmə zərbələr endirmişdir. Daha sonra orada olan azyaşlı qızı ortaya girərək qışqırmış və bundan sonra Elmir onu buraxmışdır. Qaynı onu döyən vaxt orada o, əri Mübariz, qızı Lamiyə və qaynı Elmir olmuşdur. Bundan sonra Elmir onların evindən çıxaraq öz evlərinə getmişdir. O, isə Elmirin ardınca yaşadıqları ünvana getmişdir. Lakin onun ardınca ora gələn həyat yoldaşı Şahid1 onun qolundan tutaraq onu yaşadığı evə qaytarmışdır. Daha sonra o, ordan çıxıb anasıgilin evinə getmək istəyəndə Mübariz onun qarşısını kəsərək özü aparacağını bildirmiş və onu uşaqları ilə birlikdə Ağcabədi rayon Minəxolu kəndində yaşayan anasının evinə aparmışdır. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, Elmirlə aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Sadəcə olaraq aralarında bir neçə dəfə sözlü mübahisə olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Alıbəyli kəndində yaşadığı evdə baş vermişdir. Həmin vaxt orada o, əri Mübariz, qızı Lamiyə və qaynı Elmir olmuşdur. O, hadisə zamanı burun nahiyəsindən, sol qol nahiyəsindən, üz nahiyəsindən, sol qılça nahiyəsindən, qarın nahiyəsin, həmçinin bədəninin digər müxtəlif nahiyələrindən xəsarət almışdır. Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Hadisə zamanı Elmir iki dəfə yumruqla onun sifət nahiyəsinə, təpiklə qarın və qılça nahiyəsinə, tozsoranın dəmiri ilə onun sol qol, sol yan, sol qılça, sol çiyin nahiyələrinə zərbələr vurmuşdur. Əri Mübariz isə onun sol əlinin İV-V barmaqlarını tutaraq geriyə qatlayıb ona xəsarət yetirmişdir. Azyaşlı övladları hazırda atası Şahid1 ilə birlikdə yaşayırlar. Qızı Lamiyədə atasının təsirinə düşərək Mübarizin öyrətdiyi yalanları ifadəsində bildirmişdir. Mübariz özü Elmirin onu həmin tozsoranla döyərək xəsarət yetirdiyini bildiyinə görə həmin tozsoranı istintaqa təqdim etmir, gizlədir. Hazırda Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və məhkəmədən təqsirləndirilən şəxsə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ailə üzvləri ilə birlikdə Ağdam rayon Alıbəyli kəndində yaşayır, evlidir. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, sonuncu onun həyat yoldaşıdır. Günellə 2011-ci ildə ailə həyatı qurmuşlar. Onların birgə nigahlarında iki azyaşlı qız övladları olmuşdur. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Onlar Günellə ailə həyatı qurduqdan sonra təxminən 6-7 il müddətində Bakı şəhərində yaşamışlar. Təxminən 6 il bundan əvvəl isə ailəsi ilə birlikdə Ağdam rayon Alıbəyli kəndində köçmüşlər. Əvvəllər aralarında ara-sıra mübahisələr baş vermişdir. Son 3 aydır ki, aralarında olan mübahisələr daha da şiddətlənmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində yaşadıqları evdə olarkən o, həyətdə saxladıqları toyuqların sayının az olduğunu görmüşdür. O, bu barədə həyat yoldaşı Güneldən soruşanda o, toyuqlardan bir neçəsini 3 manata satdğını bildirmişdir. O, Günelə toyuqları nə üçün ondan icazəsiz ucuz qiymətə satdığını soruşanda onların arasında mübahisə yaranmışdır. Bu zaman Günel toyuqları satdığını qardaşı Elmirin ona dediyini bildirmişdir. Daha sonra Günel təxminən 7-8 ay əvvəl qardaşının ona mesajlar yazaraq əxlaqsız təkliflər etdiyini bildirmişdir. Həmin vaxt o, Günelə əgər belə hallar olmuşdursa nə üçün ona indi dediyini bildirmişdir. Daha sonra aralarında mübahisə daha da şiddətlənməyə başlamış və mübahisə zamanı o, yaşadıqları evin həyətyani sahəsində bir dəfə sillə ilə Günelin sifətinin sol hissəsinə zərbə vurmuşdur. Bu zaman Günel onlarla qonşuluqda yaşayan qardaşı Təqsirləndirilən şəxs yaşadığı evə doğru qaçmışdır. O, dərhal onun ardınca qardaşıgilin yaşadığı evə getmişdir. O, Günelin ardınca gedərkən yerdən bir ədəd ağac parçası götürmüşdür. O, Günelə çatanda həmin ağacla bir dəfə onun bel kürək nahiyyəsinə zərbə endirmiş və ağac əlində qırılmışdır. Bundan sonra ağacı yerə ataraq Güneli sürüyə-sürüyə yaşadıqları evə gətirmişdir. Zərərçəkmiş şəxs həyət qapısından içəri salmaq isətəyərkən Günel əllərini qapıya dayayaraq həyətə daxil olmaq istəməmişdir. Bu zaman o, arxadan Güneli içəri itələmiş və Günel üzü üstə yerə yıxılmışdır. Bundan sonra Günel anasıgilə getmək istədiyini ona bildirmişdir. Daha sonra o, Güneli və iki azyaşlı övladıı Ağcabədi rayonu Minəxorlu kəndində yaşayan qaynanasıgilə aparmışdır. Şahid1 daha sonra ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə Ağdam rayon Alıbəyli kəndində yaşadıqları evin həyətyani sahəsində baş vermişdir. Həmin vaxt orada atası Əli, anası Mina, qardaşının həyat yoldaşı Yeganə, iki azyaşlı övladı, Günel və o olmuşdur. Hadisə təxminən 3-5 dəqiqə davam etdimiş və ətrafa heç bir ziyan dəyməmişdir. Hadisə zamanı qardaşı orada olmamış və Güneli vurmamışdır. Həmin diskdəki səslərdən biri ona məxsusdur. Həmin vaxt o, əsəbi olduğundan Zərərçəkmiş şəxs suallarına o cür cavab vermişdir. Onların evlərində olan tozsoran təxminən bir il bundan əvvəl xarab olmuş və Günel həmin tozsoranı bilmədiyi yerə atmışdır. Hazırda onların evində tozsoran yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Qaradağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir. Heç bir yerdə işləmir. O, iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs və Şahid1 tanıyır. Belə ki, sonuncular dəfələrlə onun yaşadığı ünvana gələrək həyətində olan iribuynuzlu heyvanlara baxaraq ondan iribuynuzlu heyvanlar almışdırlar. Elmir və Şahid1lə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. X4 isə tanımır. Zərərçəkmiş şəxs ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə onun yaşadığı ünvana tək, qardaşı Mübariz və ya tanımadığı başqa adamlarla gələrək onun həyətyani sahəsində saxladığı iribuyunzlu heyvanlara baxmışlar və bəzi hallarda həmin heyvanların pullarını ona ödəməklə almışdırlar. Lakin o, Elmir və ya Şahid1 dəqiq hansı tarixlərdə yaşadığı ünvana gəlmələrini xatırlamır. Hilal Kərimov daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı ünvana heyvanların alqı-satqısı ilə bağlı dəfələrlə tək və ya müxtəlif tanımadığı şəxslərlə gəlmişdir. Lakin o, Elmirin xx.xx.2024-cü il tarixdə yaşadığı ünvana Rəşad adlı şəxslə gəlib-gəlmədiyini dəqiq deyə bilmir. O, ümumiyyətlə Rəşad adlı şəxsi tanımır. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi barədə heç bir məlumatı yoxdur. Mən ümumiyyətlə Elmirgilin ailə işləri barədə heçnə bilmir. Elmir onun yaşadığı ünvana ancaq heyvan alqı-satqısı ilə bağlı gəlmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərdab rayon Körpükənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir. Zərdab rayon mərkəzi xəstəxanasında hüquqşünas vəzifəsində işləyir. Həmçinin o özünəməxsus təsərrüfatda iribuynuzlu heyvanlar saxlayır. 2024-cü ilin yay aylarında onun təsərrüfatında olan iribuynuzlu heyvanlardan birinin balası xəstələnərək ölmüşdür. Bundan sonra o, həmin buzovun yerinə yeni buzov almaq üçün tanışlardan maraqlanmışdır. Həmin vaxt hazırda xatırlamadığı şəxslərdən biri ona ********** saylı mobil nömrəni verərək həmin şəxsin adının Elmir olduğunu və ondan buzov tapa bilcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq onda buzov olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ondan satlıq buzov olmadığını bildirmiş və tanışlardan kimdəsə olacağı təqdirdə ona deyəcəyini bildirmişdir. Bundan təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək Ağdam rayonunda yaşayan tanışlarından birində satlıq buzovlar olduğunu bildirmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Emir Əliyevə zəng edərək həmin buzovlara baxmaq üçün Ağdam rayonuna gəlmək istədiyini bildirmişdir. Elmirdə ona gələ biləcəyini bildirmişdir. Bundan sonra o, Ağdam rayonuna yola düşmüşdür. Yolda olarkən təxminən Ağcabədi rayonu ərazisində iki-üç dəfə Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamışdır. Həmin vaxt telefonlara Elmir cavab vermişdir. Onun Elmirlə telefon əlaqəsi saxlamaqda məqsədi Elmirin ona gedəcəyi yeri təhrif etməsi olmuşdur. O, günorta saatlarında yenidən Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq artıq Ağdam rayonu ərazisində olduğunu bildirmişdir. Elmirlə ona Ağdam rayon Qaradağlı kəndi ərazisində yaşayan Hilal adlı şəxsin evinin yerini təhrif edərək ora getməyini bildirmişdir. O, Elmirin ona dediyi kimi Ağdam rayon Qaradağlı kəndində yaşayan Hilal adlı şəxsin evinə gedərək onda olan buzovlara baxmış, lakin həmin buzovlar xoşuna gəlmədiyindən Hilalda buzov almamışdır. Daha sonra o, oradan çıxaraq yaşadığı Zərdab rayonuna qayıtmışdır. Şahid4 daha sonra ifadəsində göstərmişdir ki, ********** saylı mobil nömrə X5 adına qeydə alınsada onun istifadəsindədir. O, Rəşad adlı şəxsi tanımır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Zərdab rayonundan Təqsirləndirilən şəxs o zəng etsədə onun adı Rəşad deyil və o, Rəşad adlı şəxsi tanımır. Ağdam rayon Qaradağlı kəndinə isə o, tək getmişdir, Elmir onunla oraya getməmişdir. Ümumiyyətlə o, Təqsirləndirilən şəxslə görüşməmişdir.Elmirlə ancaq telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərkən həmin zənglərə həmişə Təqsirləndirilən şəxs özü cavab vermişdir. O, həmin tarixdə Elmirlə görüşməmişdir. Sonuncu ilə ancaq telefonla əlaqə saxlamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” birliyi PHŞ-in Bərdə rayon şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 246 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – hər iki gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, çənəaltı nahiyənin, sol əlin İV-V əl daraq səviyyəsinin arxa səthinin, sol bazunun orta 1/3-nin ön bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin, qarının ön səthinin sol yarısının, sol çiyin qurşağının arxa səthinin, sol sağrının iş-yan kvadratının, qarının sol yan səthinin qançırları, sol gözaltı nahiyənin hematoması, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması, burun kökünün sol yan səthinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin, üzün sol yarısının, sağ almacıq nahiyəsinin, üst dodağın sağ yarısının, sağ saidin yuxarı 1/3nin ön səthinin, sağ diz oynağının ön səthinin, sol baldırın yuxarı 1/3-nin bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. -Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 09/246 nömrəli rəyində rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – hər iki gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, çənəaltı nahiyənin, sol əlin İV-V əl daraq səviyyəsinin arxa səthinin, sol bazunun orta 1/3-nin ön bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin, qarının ön səthinin sol yarısının, sol çiyin qurşağının arxa səthinin, sol sağrının iş-yan kvadratının, qarının sol yan səthinin qançırları, sol gözaltı nahiyənin hematoması, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması, burun kökünün sol yan səthinin səthi əzilmiş yarası, sol qaşüstü nahiyənin, üzün sol yarısının, sağ almacıq nahiyəsinin, üst dodağın sağ yarısının, sağ saidin yuxarı 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin, sol baldırın yuxarı 1/3-nin bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sol gözaltı nahiyənin hematoması, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 774 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Novruzlu kəndində qeydiyyatda olmaqla, hazırda Ağdam rayon Alıbəyli kəndində yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında», «X2 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdədir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhs məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Hark Niderlanda qarşı” işi üzrə qərarın “51(b)” bəndində qeyd etmişdir ki,ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxartdığı qərarları əsaslandırsın- bu, o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” işüzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X7rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nın 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı uşağının, xx.xx.2015-ci il təvəllüdlü Əli Əliyevin, xx.xx.2017-ci il təvəllüdlü Nuray Əliyevanın və xx.xx.2022-ci il təvəllüdlü Aysu Əliyevanın olması, həmçinin onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, hesab edir ki, ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin etməklə daha ədalətlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, hazırkı iş üzrə “xüsusi müsadirə” məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2-ci maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Xüsusi müsadirə”nin tətbiqinə zərurət yoxdur. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs təqdim etdiyi özündə Şahid1 və Zərərçəkmiş şəxs səs yazılarını əsk etdirən 01 ədəd disk və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 26132 nömrəli məktubla göndərilmiş telefon vasitəsilə ötürülən məlumatlara dair 1 ədəd CD diski isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan müdafiəçi T,S,Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs təqdim etdiyi özündə Şahid1 və Zərərçəkmiş şəxs səs yazılarını əsk etdirən 01 ədəd disk və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 26132 nömrəli məktubla göndərilmiş telefon vasitəsilə ötürülən məlumatlara dair 1 ədəd CD diski isə cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 06 (altı) manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 (on) saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 60 (altmış) manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar