Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-60/2025 23.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2001-ci ildə Ağdam rayonu Tağıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum olmayan, Ağdam rayonu Tağıbəyli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu 2-ci Dördyol Qəsəbəsi ev 208-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qəsdən elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 16-47 radələrində Ağdam rayonu X2 “Qarabağ” adlı kafedə tanışı Zərərçəkmiş şəxs məxsus “Samsung A20” markalı mobil telefonu ələ keçirərək həmin mobil telefonda olan “BirBank” mobil tətbiqindən istifadə etməklə “Kapital Bank ASC”yə aid olmaqla, sonuncuya məxsus 5239 1517 1358 3998 seriya nömrəli kartın balansından 2820 manat məbləğində pulu “Kapital Bank ASC”yə aid olmaqla özünə məxsus olan 5239 1517 8353 3998 seriya nömrəli karta göndərərək qəsdən gizli yolla elektron məlumat daşıyıcılarından istifadə etməklə talayıb zərər çəkmiş şəxsə ümumilikdə 2820 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu zərər məbləğini ödədiyini, onunla barışdığını, göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında Ağdam rayonu X2 yerləşən “Qarabağ” adlı kafedə ofisiant kimi işə başlamışdır. Həmin müddətdə onunla eyni kafedə kababçı işləyən Zərərçəkmiş şəxs tanımış, münasibətləri yaxşı olmuşdur. "Qarabağ" kafesində işlədiyi müddətdə Zərərçəkmiş şəxs dəfələrlə istifadəsində olan “Samsung A20” markalı mobil telefonu danışmaq üçün istəmiş və Fariz ona icazə vermişdir. Bundan əlavə Farizin mobil telefonunda "Birbank" mobil tətbiqi olmuşdur və o, əvvəllər bir dəfə Farizin icazəsi ilə həmin “Birbank” mobil tətbiqindən istifadə edərək öz mobil nömrəsinin balansına təxminən 04 AZN pul yükləmişdir. Belə ki, həmin vaxt Fariz özü mobil telefonun və “BirBank” tətbiqinin parolunu açaraq ona verib balansına pul yükləməyinə icazə vermişdir. Həmin müddət ərzində o, telefonunda olan “Birbank” tətbiqində kart hesabında pul olduğunu da görmüşdür. Həmçinin Fariz mobil telefonu açarkən, eləcə də “BirBank” mobil tətbiqinə daxil olarkən istifadə etdiyi parolları görüb yadında saxlamışdır. 2024-cü ilin oktyabr ayının 7-də, saat 16-47 radələrində işlədiyi “Qarabağ” adlı kafedə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs “Samsung A20” markalı mobil telefonunun kafenin çöl tərəfində, özünün isə kafenin içərisində olduğunu görmüşdür. Zərərçəkmiş şəxs həmin mobil telefonunun parolunu, həmçinin kart hesabında çoxlu pul olmasını bildiyindən dərhal həmin mobil telefonu götürüb “Birbank” tətbiqinə daxil olaraq "xxxx" ASC-yə məxsus bank kartından Zərərçəkmiş şəxs xəbərsiz özünün istifadəsində olan 5239 1517 8353 3998 seriyalı "xxxx" ASCyə məxsus bank kartına 2820 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs kart hesabından sonuncudan xəbərsiz öz kart hesabına göndərdiyi 2820 manat pulun 2000 manatını həmin gün bacısı X1 məxsus karta göndərmişdir. Bacısı Nərminə həmin pulun özünə məxsus olduğunu bildirib hazırda sonuncuda qalmasını istədiyini, lazım olanda götürəcəyini bildirmişdir. Qalan 820 manat pulu isə həmin gün Birinci Dördyol qəsəbəsində yerləşən “Xaliq Market” adlanan obyektin qarşısında yerləşən bank terminalında nağdlaşdırmışdır. Bundan sonra isə bacısı Nərmindən sonuncunun kartına göndərmiş olduğu pulu çıxarıb özündə saxlamasını və lazım olanda Nərmindən götürəcəyini bildirmişdir. Oğurluq yolla əldə etdiyi 2820 manat pulun hamısını şəxsi ehtiyaclarına sərf etmişdir. Belə ki, həmin pulu Bakı və Gəncə şəhərlərində müxtəlif yerlərdə yemək yeməyə, spirtli içkilər qəbul etməyə, siqaret almağa və digər şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulumuş zərər məbləğinin ödənildiyini, onunla barışdığını, hazırda heç bir şikayət və ya tələbinin olmamasını bildirdi. Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının axırlarına kimi Ağdam rayonu Dördyol-2 Qəsəbəsində yerləşən "Qarabağ" adlı kafedə kababçı işləmişdir. Təqsirləndirilən şəxs həmin kafedə ofisiant işləmiş, onu tanımışdır. Özünə məxsus olmaqla “Kapital Bank ASC”yə aid 5239 1517 1358 3998 seriyalı “Cashback” kartı olmuş və həmin kartda 2821 manat pul olmuşdur. "Qarabağ" kafesində işlədiyi müddətdə Rasim dəfələrlə istifadəsində olan “Samsung A20” markalı mobil telefonu danışmaq adı ilə ondan istəmiş ve o, mobil telefonunu Rasimə vermişdir. Bundan əlavə onun mobil telefonunda "Birbank" mobil tətbiqi var və Rasim əvvəllər bir dəfə onun icazəsiylə həmin tətbiqdən istifadə edərək öz mobil nömrəsinin balansına təxminən 04 AZN pul yükləmişdir. 2024-cü ilin oktyabr ayında dəqiq xatırlamadığı taixdə Rasim kafedən işdən çıxmışdır. O, kafedə işləyən zaman “Birbank” mobil tətbiqinin silindiyini görmüş, lakin buna əhəmiyyət verməmişdir. 2024-cü ilin noyabr ayında pula ehtiyac olmuş və kartından pul çıxarmaq istəyən zaman kartda 1 manat olmasını, 2820 manat pulun çıxarılmasını aşkar etmişdir. Daha sonra “Kapital Bank ASC”nin Bərdə Rayon Filialına yaxınlaşmış və ödəniş kartı üzrə çıxarış almışdır. Həmin çıxarışda ona məxsus olmaqla “Kapital Bank ASC”yə aid 5239 1517 1358 3998 seriyalı “Cashback” kartından 07 oktyabr 2024-cü il tarixdə 2820 manat pulun çıxarılması göstərilmişdir. Həmçinin o, Kapital Bank ASC-nin qaynar xətti ilə, yəni 196 ilə əlaqə saxlamış və müəyyən etmişdir ki, onun “Birbank” mobil tətbiqindən istifadə edərək “Kapital Bank ASC”nin 5239 1517 8353 3998 seriyalı kartına 2820 manat pul göndərilmişdir. Sonradan ona məlum olmuşdur ki, "Qarabağ" kafesində işlədikləri zaman Rasim onun “Birbank” mobil tətbiqindən istifadə edərək kartında olan 2820 manat pulu özünə məxsus “Kapital Bank ASC”nin 5239 1517 8353 3998 seriyalı kartına göndərmişdir. Təqsirləndirilən şəxs əvvəllər onun icazəsiylə onun mobil telefonunda olan “Birbank” mobil tətbiqindən özünün mobil nömrəsinin balansına 04 AZN pul yükləsə də o, Rasimə başqa bir vaxt ona məxsus mobil telefonda olan mobil tətbiqlərdən istifadə etməyə icazə verməmiş və Rasim onun mobil telefonunda olan “Birbank” mobil tətbiqindən istifadə edərək kartında olan 2820 manat pulu özünə məxsus “Kapital Bank ASC”nin 5239 1517 8353 3998 seriyalı kartına göndərməklə oğurluq etmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs mobil telefonunda olan “BirBank” mobil tətbiqindən istifadə etməklə ona məxsus olmaqla “Kapital Bank ASC”yə aid 5239 1517 1358 3998 seriyalı “Cashback” kartından 07 oktyabr 2024-cü il tarixdə 2820 manat pulun oğurlandığı “Qarabağ” adlı kafe Ağdam rayonu X2 yerləşir. Baxış zamanı fotocədvəl tərtib edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs məxsus olmaqla "xxxx" ASC-yə aid 5239 1517 1358 3998 seriya nömrəli kartın balansından və Təqsirləndirilən şəxs məxsus olmaqla "xxxx" ASC-yə aid 5239 1517 8353 3998 seriya nömrəli kartın balansından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil və məxaric olunan pul vəsaitləri, kart vasitəsilə və ya onlayn vasitə ilə edilmiş ödənişlər və köçürmələr, hər hansı mobil operatora məxsus mobil nömrələrə edilmiş balans artırma əməliyyatları, əgər edilmişdirsə həmin ödənişlərin və köçürmələrin olduğu kartların və mobil nömrələrin məxsus olduğu şəxsin şəxsiyyəti barədə məlumatlar, qeyd olunan tarixlərdə həmin kartlardan pul vəsaitlərinin məxaric olunduğu bank terminallarının yerləşdiyi ünvanlar və pul vəsaitini məxaric etməklə nağdlaşdıran şəxs(lər)in foto və video görüntüləri "xxxx" ASC-dən ələ keçirilməsi məqsədilə "xxxx" ASC-yə sorğu göndərilmişdir. "xxxx" ASC-nin sorğuya cavab olaraq göndərdiyi xx.xx.2025-ci il tarixli 2025/204/19518 nömrəli məktubla daxil olmuş çıxarışa və diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus olmaqla "xxxx"a aid 523915******3998 seriya nömrəli kartın balansından xx.xx.2024-cü il tarixdə saat 16:47:23 saniyədə Təqsirləndirilən şəxs məxsus olmaqla "xxxx"a aid 523915******3998 seriya nömrəli kartın balansına köçürülmüşdür. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus olmaqla "xxxx"a aid 523915******3998 seriya nömrəli kartın balansından xx.xx.2024cü i tarixdə, saat 17-01-19 saniyədə X1 məxsus olmaqla "xxxx"a aid 523915******8700 seriya nömrəli kartın balansına 2000 manat köçürülmüş, bundan başqa Təqsirləndirilən şəxs məxsus olmaqla "xxxx"a aid 523915******3998 seriya nömrəli kartın balansından xx.xx.2024-cü il tarixdə, saat 19-14-55 saniyədə 500 manat, həmçinin xx.xx.2024-cü il tarixdə saat 19-15-42 saniyədə 320 manat pul Ağdam rayonu Dördyol Qəsəbəsi ərazisində yerləşən “Dördyol market”də yerləşən bankomatda Təqsirləndirilən şəxs tərəfindən nağdlaşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam olaraq təqsirli bildi ki, onun təqsirliliyi həmçinin iş materiallarında olan sair sübutların məcmusu ilə təsdiq olunur. Məhkəmə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nın 177.2.3-1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 04 iyun 2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Ağdam Rayon İHB-nın X4 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 may 2025-ci il tarixli, 5-31-42/2-102/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə 208 saylı evdə ailə üzvləri birlikdə yaşayır, Xasiyyətnamə ilə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş və iş materiallarında olan 22 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər məbləği Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, hazırda ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində 22 avqust 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gənc olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsə vurulmuş zərər məbləğini ödənilməsini, onunla barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs təyin edəcəyi cəza məsələsini müzakirə edərək məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. İş materiallarının olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 avqust 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə CM-nin həmin maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir, mülki iddia, əmlak müsadirəsi və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-344, 347, 349, 351, 353, 381-383- 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-60/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-60/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver