Məhkəmə qərarları › İş №1(013)-61/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-61/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-61/2025 03.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakı ilə, xx.xx.1973-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Dəmirçi ərazi dairəsi, Dəmirçi kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu Meysəri kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Ağdam rayonu Maqsudlu kəndi ərazisində "xxxx" MMC-yə aid daş karxanasında sürücülük hüququ olmaqla yol vərəqəsi əsasında idarə etdiyi həmin şirkətə aid “KAMAZ-6520- 029” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınının qaldırılmış kuzovunun altına əlavə dayaq qoyulmadan həmin daş karxanasında operator işləyən Zərərçəkmiş şəxs potensial təhlükə faktoru olan qaldırılmış kuzovun altında dayanmaqla təmir işlərini aparmasına cəlb edərək ehtiyatsızlıqdan həmin vaxt yük avtomaşınının qaldırılmış kuzovunun üzərinə düşməsi nəticəsində Zərərçəkmiş şəxs TH12 (döş fəqərəsi), L1, L3, L4, L5 (bel fəqərələri) çıxıntılarda yerdəyişməli sınıq xətti xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərərək göstərdi ki, 2024-cü il iyul tarixdən ŞHAHBULAQ MİNİNG MMC ilə aralarında bağlanmış müqavilə əsasında qeyd edilən MMC-də sürücü vəzifəsinə qəbul edilib, işləmişdir. Onun vəzifəsi ona təhkim olunmuş avtomobillərin idarəsini həyata keçirməkdən ibarət olmuşdur. O, işləyəndən ona şirkət tərəfindən “Kamaz” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. O, həmin avtomobili idarə etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 08 radələrində MMC-nin yataqxanası olan ərazidə yerləşən yeməkxanada səhər yeməyini yedikdən sonra ŞHAHBULAQ MİNİNG MMC-nə məxsus idarə etdiyi Kamaz markalı 02AB456 dövlət qeydiyyat nişanlı yük avtomaşını bir gün əvvəl kardanın boltları qırılıb daş karxanasının yuxarı mərtəbəsində qaldığından ora getmək qərarına gəlmişdir. O, bundan bir gün əvvəl yəni xx.xx.2024-cü il tarixdə şirkətdə baş mexanik işləyən Namiqə mobil telefonla zəng edərək “Kamaz” markalı avtomobilin kardanının boltlarının qırıldığını, bunun üçün də, ona bolt, açar və kömək lazım olduğunu bildirmişdir. Namiq isə ona bolt və açarların anbarda olduğunu bildirmişdir. Kömək üçünsə ona şirkətdə çilingər işləyən Elşənin ərazidə olduğunu, Elşəni də, köməyə çağırmasını bildirmişdir. Zərərçəkmiş şəxs şirkətdə çilingər kimi tanınmışdır. Belə ki, Elşən qırılıb xarab olan avomobillərin, kombaynların, konların təmiri ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə MMC-də çilingər işləyən Zərərçəkmiş şəxslə şirkətin yeməkxanasında rastlaşmış, sonuncuya avtomaşını təmir etməkdə ona köməklik göstərməsini xahiş etmişdir. Elşən onunla razılaşmış, bundan sonra Elşənə təzə boltları bağlamaq üçün 17 və 24-lük açarları götürməyi bildirmişdir. Elşən isə Namiqə zəng edərək açar və boltların harada olduğunu soruşmuşdur. Namiq isə ona açar və boltların anbarda olduğunu bildirdi, həmçinin Elşənin onunla “Kamaz”ı təmir etməsinə razılıq vermişdir. Onlar həmin vaxt yataqxananın həyətində olan yeməkxananın qarşısında dayanmışlar və onlara dağın ətəyində olan karxanaya getmək lazım olmuşdur. Həmin vaxt Zakir adlı komendant orada olmuş, sonuncudan özünə məxsus “Niva” markalı avtomaşınla onları karxanada olan “Kamaz” markalı 02XX456 dövlət qeydiyyat nişanlı avtomaşının yanına aparmağı xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində karxanaya gəldikdə idarə etdiyi avtomaşının yük yeri qaldırılı vəziyyətdə olmuşdur. O, avtomaşını hərəkətə gətirmiş, daha sonra avtomaşının yük yerinin altında yerləşən orta mostun vilkasının qapağını açmışdır. Bundan sonra Elşənə ramanın arasında olan boşluqda dayanmağı və mostun vilkasını qabağa basmağı söyləmişdir. Elşən onun dediklərinə əməl edib ramanın arasında olan boşluqda dayanıb vilkanı qabağa basıb saxlamışdır. O, avtomaşının most hissəsinin kol-kosa yaxın olduğunu görüb bir qədər irəli vermək qərarına gəlmiş, buna görə də, kabinkaya qalxıb avtomaşını hərəkətə gətirmək istəmiş, lakin ötürücü sürət qutusu hərəkətə gəlmədiyindən bunu edə bilməmişdir. Bundan sonra mostun vilkasının arxasına bolt keçirmək üçün kabinkadan aşağı düşmüş, həmin vaxt avtomaşının yük yeri qəflətən aşağı endiyindən yük yeri Elşənin kürək nahiyəsinə toxunaraq xəsarət yetirmişdir. O, dərhal kabinkaya qalxıb avtomaşının yük yerini yuxarı qaldırmış, Elşən özünü kənara ataraq yerdə uzanılı vəziyyətdə qalmışdır. O, dərhal su gətirib Elşənin sifətinə vurmuş və qışqıraraq köməyə MMCnin ətrafda olan işçilərini çağırmışdır. O, stress vəziyyətində olduğundan kimlərin hadisə yerinə gəldiyini xatırlamır. Ancaq xatırladığı odur ki, ŞHAHBULAQ MİNİNG MMC-nin anbardarı Amil “Pikab” markalı avtomaşınla hadisə yerinə gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, hadisə zamanı o, avtomaşını hərəkətə gətirmək istəmiş, mühərrik işə düşsə də, avtomobil hərəkət etməmişdir. Lakin bundan sonra avtomobilin kuzovu Elşənin üzərinə düşərək ona xəsarət yetirmişdir. Ona əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə müvafiq təlimatlar keçirilmişdir. Zərərçəkmiş şəxs şirkətdə çilingər kimi fəaliyyət göstərmişdir. Belə ki, Elşənin işi şirkətdə xarab olan avtomobillərin, kombaynların, konların təmiri ilə məşğul olmaq olmuşdur. Ona MMC-nin aparıcı mexaniki Şahid3 bu barədə göstəriş verməmişdir, o, xx.xx.2024-cü il tarixdə Namiqə zəng edərək idarə etdiyi “Kamaz” markalı avtomobilin xarab olduğunu, bolt, açar və kömək lazım olduğunu bildirmişdir. Namiq isə ona bolt və açarların anbarda olduğunu, köməyə isə Elşəni aparmasını bildirmişdir. Hadisə baş verən zaman o, heç bir xəsarət almamışdır. O, özünü konkret olaraq Zərərçəkmiş şəxs ona təhkim olunmuş avtomaşının qaldırılmış kuzovunun altında dayanmaqla təmir işlərini aparmasına cəlb edərək ehtiyatsızlıqdan həmin vaxt yük avtomaşınının qaldırılmış kuzovunun Elşənin üzərinə düşməsi nəticəsində ağır xəsarət alması ilə nəticələnən cinayət əməlini törətməkdə təqsirli bilir. Törətdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alınmasını və barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdən "xxxx" ilə aralarında bağlanmış müqavilə əsasında qeyd edilən MMC-də operator vəzifəsinə qəbul edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 08-09 radələrində səhər yeməyini yedikdən sonra iş yerinə getmək istəyərkən "xxxx"yə məxsus Kamaz markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Vaqif adlı şəxs onu kənardan səsləyib idarə etdiyi avtomaşının kardanının boltlarının qırıldığını söyləyib həmin kardanın təmir işində ona köməklik göstərməyi xahiş etmişdir. O, tabeçiliyində fəhlə kimi işlədiyi, yəni işə qəbul olunduqdan sonra təmir işlərinə kömək etdiyi daş karxanasının baş aparıcı mexaniki Namiq müəllimə öz mobil telefonu ilə sonuncunun nömrəsini unutduğu mobil telefonuna zəng vurub Kamaz markalı avtomaşının kardanının boltlarının bağlamaq üçün neçəlik açarlar lazım olduğunu soruşmuş, Namiq isə ondan nə üçün açarların lazım olduğunu soruşmuşdur. O Namiqə Vaqifin idarə etdiyi Kamaz markalı 02AB456 dövlət qeydiyyat nişanlı avtomaşının kardanının boltlarının qırıldığını bildirmişdir. Namiq ona 17 və 24-lük açarları götürməyi söyləyərək nahardan sonra işdə olacağını demişdir. Buna görə də, anbardan 17 və 24-lük açarları götürüb Vaqifə yaxınlaşmışdır. Həmin vaxt onlar yataqxananın həyətində olan yeməkxananın qarşısında dayanmışlar və onlara dağın ətəyində olan karxananın 2-ci mədəninə getmək lazım olmuşdur. Həmin vaxt Zakir adlı komendant orada olmuş, sonuncudan özünə məxsus Niva markalı avtomaşınla onları karxanada olan Kamaz markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının xarab olduğu yerə aparmağı xahiş etmişər. Mədənə gəldikdə həmin avtomaşının yük yeri, yəni bortu tam qaldırılı vəziyyətdə olmuşdur. Vaqif orta mostun üzərinə çıxıb mostun vilkasının qapağını açıb ramanın üstünə çıxmağını bildirmişdir. O, ramanın üstündə olarkən Vaqif ona mostun vilkasını göstərib bir tərəfi 17, digər tərəfi 19 olan açarla vilkanın pistoletini qabağa basmağı söyləmişdir. O da, Vaqifin dediklərinə əməl edib ramanın arasında olan boşluqda yarı əyilmiş vəziyyətdə dayanıb mostun vilkasının pistoletini açarla qabağa basıb saxlamış, bu zaman artıq orta most birləşmiş vəziyyətdə olduğundan onu hərəkətə gətirmək mümkün olmamışdır. Çünki Kamazın most hissəsinin yerləşdiyi yer kol-kos olduğundan kardanın boltlarını bağlamaqda çətinlik yaratmışdır. Buna görə də Kamazı azacıqda olsa qabağa vermək lazım olmuşdur. Vaqif Kamaz markalı avtomaşını 1-2 metr irəliyə vermək qərarına gəlmiş, lakin o, Vaqifə bir neçə dəfə etirazını bildirib bunun təhlükəli olduğunu, yəni bortun özünün üzərinə düşə biləcəyi ehtimalı olduğunu söyləmişdir. Vaqif əlli ildir sürücü işlədiyini və heç bir təhlükənin olmayacağını deyərək kabinkaya əyləşib mühərriki hərəkətə gətirmiş, bu zaman kardan bir dəfə çevrə etmişdir. Ancaq o avtomobilin irəli getməsini görməmişdir. Həmin vaxt bort üzərinə düşdüyündən o, bel nahiyəsindən xəsarət almışdır. Bu zaman Vaqif özünü itirdiyindən yerə düşüb qışqıraraq köməyə adamları çağırmağa başlamış, bundan sonra avtomaşının kabinasına qalxıb avtomaşını yenidən hərəkətə gətirib maşının bortunu qaldırmışdır. O, bu zaman ramanın üzərindən özünü aşırıb yerə düşmüşdür və yerdə uzanıqlı vəziyyətdə qalmışdır. O, həmin vaxt Namiq müəllimə zəng vurub bortun altında qalıb xəsarət aldığını söyləyərək ambulans çağırmağı demişdir. Həmin vaxt birinci olaraq ona Zakir müəllim yaxınlaşıb sifətinə su vurub dərindən nəfəs almağı bildirmişdir. O, Zakirə Kamazın bortunun altında qaldığını bildirmişdir. Həmin vaxt ətrafına çoxlu adam yığışmış, lakin ağrıları güclü olduğundan həmin adamları xatırlamamışdır. Bu zaman ŞHAHBULAQ MİNİNG MMC-nin anbardarı vəzifəsində işləyən Amil müəllim “Pikab” markalı avtomaşınla hadisə yerinə gəlmişdir. Amil onu adlarını unutduğu fəhlələrin köməkliyi ilə Pikabın arxa oturacağına uzatmış, bundan sonra xəstəxanaya yola düşmüşlər. O, güclü ağrıları olduğundan Amilə təcili yardım briqadasının çağırılmasını və ambulans maşını ilə getməyi xahiş etmişdir. Amil həmin vaxtı xəstəxana ilə danışıb təcili yardım briqadasını dəvət etmiş və danışdığı həkimə üzərinə dəmir düşdüyünü söyləmişdir. Onları işğaldan azad olunmuş Ağdam rayonu Qiyaslı kəndi ərazisində ambulansla gələn həkim briqadası qarşılamış və tanımadığı həkim ona iki dəfə ağrıkəsici iynə vurmuşdur. Həkim briqadası onu əvvəl Bərdə MRX-na aparıb KT etdirib Ağdam MRX-na qaytarmışlar. Səhərisi günü onu Namiq müəllim MMC-nin Pikabı ilə Bakı şəhərində yerləşən Bakı Medikal Plaza Mərkəzi filialına aparmış və orada bel nahiyəsindən cərrahi əməliyyat olmuş, hazırda ev şəraitində müalicəsini davam etdirir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ona operator kimi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə müvafiq təlimatlar keçirilmişdir. Bundan başqa ona kaska, botinka və şalvar verilmiş, lakin ona texnikanın və avadanlıqların təmiri ilə bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə müvafiq təlimatlar keçirilməmişdir. Operator kimi işə qəbul olunsa da, yəni vəzifəsi yük avtomaşınına daş yükləməkdən ibarət olsa da, faktiki olaraq aparıcı mexanik Namiqin tabeçiliyində işləmiş, Namiq özü onu təmir işlərinə cəlb etmiş, sonuncunun göstərişi ilə xarab olan daş kəsən kombaynların təmiri ilə məşğul olmuşdur. O, daş kəsən kombaynların təmirini yaxşı bildiyindən, yəni bu işi bacardığından Namiq onu bu işlərə cəlb etmiş, bundan başqa Namiqin tapşırığı ilə yük avtomaşınlarının nasaz təkərlərini dəyişdirmiş, su daşıyan Ural markalı qeydiyyat nömrəsini unutduğu maşının təkərlərini Namiqin tapşırığı ilə dəyişdirmişdir. O, birbaşa Namiqin tapşırığı ilə fəhlə kimi təmir işlərinə cəlb olunmuş, yəni operator işi ilə məşğul olmamışdır. Bütün bunlardan MMC-nin rəhbərliyinin, yəni baş menecer Rüstəm müəllimin də məlumatı olmuşdur. O, Vaqifin idarə etdiyi avtomaşının təmiri barədə telefonla Namiqə məlumat vermiş, Namiq etiraz etmədiyindən Vaqifə köməklik göstərmişdir. O, həmin günü xarab olan kombaynların təmiri ilə məşğul olmalı, yəni həmişə gördüyü işi icra etməli idi. Onun fikrincə hadisənin baş verməsinə səbəb "xxxx" MMC nin rəhbərliyi olmuşdur. Belə ki, o, "xxxx" MMC-də operator kimi müqavilə bağlayıb işə təyin olunmuş, ancaq orada onu operator işindən başqa bir çox işlərdə işlətmişlər. Hadisə zamanı Vaqif isə ona kamazın ramasının üstünə çıxmağı, orada olan boltları sıxmağını bildirmişdir. Hazırda onun səhətinə dəymiş ziyan şirkət tərəfindən ödənilməmişdir, lakin Təqsirləndirilən şəxs şikayəti yoxdur və qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdən ŞHAHBULAQ MİNİNG MMC ilə aralarında bağlanmış müqavilə əsasında qeyd edilən MMC-də anbardar vəzifəsinə qəbul edildiyini bildirmişdir. Hazırda həmin vəzifədə işləyir. Onun vəzifə səlahiyyəti MMC-nə daxil olmuş mal-materialın qəbulu, uçotu və məxaric olunmasına nəzarət etməkdən və müvafiq sənədləşdirmə işlərini aparmaqdan ibarətdir. Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə ŞHAHBULAQ MİNİNG MMC-nə operator vəzifəsinə qəbul edilmişdir. O, MMC-nin işğaldan azad olunmuş Ağdam rayonu Maqsudlu kəndi ərazəsində yerləşən Şahbulaq daş karxanasında operator vəzifəsində işləyir. Onun tərəfindən Zərərçəkmiş şəxs xüsusi geyim olan kepka şəklində olan kaska, habelə kitel, kofta, şalvar, eynək, botinka ilə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində o, anbarda olarkən xatırlamadığı nömrədən zəng gələrək bir nəfər şəxsin xəsarət aldığını deyib kömək istənmişdir. O, dərhal həmin hadisə yerinə getmişdir. Ora çatan zaman Zərərçəkmiş şəxs kamaz markalı avtomobilin yanında yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal hadisə ilə bağlı Təcili tibbi yardım briqadasının 103 xidmətinə zəng edərək, işçilərinin üzərinə dəmir düşdüyünü bildirmişdir. Daha sonra Elşəndən hadisənin necə baş verdiyini soruşduqda sonuncu ona Təqsirləndirilən şəxs məxsus **-AB-*** markalı avtomobilin üzərində işləyərkən kamazın kuzasının üzərinə düşdüyünü bildirmişdir. Həmin vaxt Vaqif də kamazın yanında olmuşdur. O, Zərərçəkmiş şəxs işçilərin köməkliyilə şirkətin “Pikap” markalı avtomobilinə əyləşdirib Ağdam rayon Mərkəzi Xəstəxanasına aparmaq istəmişdir. Yolda Zərərçəkmiş şəxs israrla ona xəstəxanada həkimlərə özünün kəklikotu yığarkən dağdan yıxıldığını deyəcəyini söyləmiş, onların da, özünün bu sözünü təsdiq etməklərini xahiş etmiş, əgər iş zamanı üzərinə kamaz kuzasının düşməsi hadisəsi bilinsə şirkətə xələl gələcəyini bildirmiş, o isə Elşənin bu fikri ilə razılaşmışdır. Yolun yarısında təcili tibbi yardım avtomobili ilə qarşılaşıb Elşəni təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. Bundan sonra o, təcili tibbi yardım avtomobilinin arxası ilə xəstəxanaya getmişdir. Elşənin vəziyyəti normal olmuş, hərəkət qabiliyyəti yerində olmuşdur. Həmçinin Şahid1 ifadəsində bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Elşənin Vaqifin kamazının ramasının üstünə çıxması, orada olan boltları sıxarkən Vaqifin isə Kamazı yerindən tərpətmək istəyərkən kuzanın Elşənin üzərinə düşməsi olmuşdur. İş zamanı işçilərin əməyin mühafizəsinə və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edən şəxs Şahid6 və Şahid4 olmuşdur. Zərərçəkmiş şəxs üzərində nəzarəti MMC-nin mexaniklərinin həyata keçirmiş, operatorlar mexaniklərin tabeçiliyində işləmiş, mexaniklərə və operatorlara isə nəzarəti aparıcı mexanik Namiq müəllim həyata keçirmişdir. Mexaniklərin adları Asif, Musa, Zakif və Rəşad olmuşdur. Hadisə baş verən gün Zakir gündüz növbədə olmuş, Rəşad isə axşam növbəsində işləməli olmuşdur. Mexaniklər daşların kəsimi vaxtı texnoloji prosesə və tabeçiliyində olan işçilərə nəzarət etmiş, operatorlar isə daşın yüklənməsi ilə məşğul olmuşlar. O, Zərərçəkmiş şəxs hər hansı avadanlıq və ya texnika təmir etməsinin şahidi olmamışdır. Ancaq Elşən avadanlıq və texnikaları təmir edənlərə köməklik göstərmişdir. Onun bildiyinə görə Elşən Şahid3 zəng edərək Vaqif tərəfindən sonuncunun kamazının düzəltməyə köməyə çağırıldığını demiş, Namiq isə Elşənə özü oraya çatana qədər heç bir yerə getməməsini bildirmişdir. Elşəndən başqa heç kimin xəsarət almamışdır. Ona ilk öncə Elşənin yıxılıb xəsarət aldığını bildirmişlər. Ancaq sonradan öyrənmişdir ki, Elşən Vaqifə məxsus kamazın kuzasının üzərinə düşməsi nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 19 yanvar 2024-cü il tarixdən ŞHAHBULAQ MİNİNG MMC ilə aralarında bağlanmış müqavilə əsasında qeyd edilən MMC-də aparıcı mexanik vəzifəsinə qəbul edildiyini bildirmişdir. Hazırda həmin vəzifədə işləyir. Onun vəzifə səlahiyyəti MMC-də olan avadanlıqların saz vəziyyətdə işləməsinə, habelə daş karxanasında işləyən işçilərin iş prosesinə nəzarət etməkdən ibarətdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ŞHAHBULAQ MİNİNG MMC-nə operator vəzifəsinə qəbul edilmişdir. Elşən MMCnin işğaldan azad olunmuş Ağdam rayonu Maqsudlu kəndi ərazəsində yerləşən Şahbulaq daş karxanasında operator vəzifəsində işləmiş, sonuncunun iş prosesinə Namiq nəzarət etmişdir. Zərərçəkmiş şəxs şirkətdə operator vəzifəsinə işə götürülsə də, vəzifəsi şirkətdə xarab olan texnikaları, maşınları, kombaynları düzəltməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC tərəfindən işə qəbul olunarkən giriş, habelə iş yeri üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlarla tanış olmuş, xüsusi geyim olan kepka şəklində olan kaska, habelə kitel, kofta, şalvar, eynək, botinka ilə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində MMC-nin yataqxanası olan ərazidə yerləşən yeməkxanada səhər yeməyini yedikdən sonra MMC-yə məxsus istifadəsində olan Niva markalı avtomaşınla xidməti işiylə əlaqədar mədən sahəsinə getmək qərarına gəlmişdir. Həmin vaxt yeməkxananın yanında dayanmış Kamaz markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsü Vaqif ona yaxınlaşıb özünü və Zərərçəkmiş şəxs 2-ci mədən sahəsinə aparmağı xahiş etmişdir. Vaqifin deməsinə görə idarə etdiyi Kamaz markalı avtomaşının kardanının boltlarını dəyişməli imiş, həmçinin sonuncuya bu işdə Elşən kömək edəcəkmiş. Buna görə də, öz idarə etdiyi Niva markalı avtomaşınla həmin şəxsləri 2-ci mədən sahəsinə aparmışdır. Vaqifin idarə etdiyi Kamaz markalı avtomaşının yük yeri qaldırılmış vəziyyətdə olmuşdur. Bildiyinə görə həmin avtomaşın bir gün imiş xarab olub orada qalmışdır. O, həmin şəxsləri orada düşürdüb öz xidməti işlərini görməyə getmişdir. Təxminən 40 dəqiqə sonra işçilərin 2-ci mədən sahəsinə tərəf qaçdığını görüb həmin istiqamətdə getmiş və görmüşdür ki, Elşən Vaqifin idarə etdiyi Kamazın yanında uzanıqlı vəziyyətdə qalmışdır. Elşəni sorğu-sual edərkən sonuncu ona bildirmişdir ki, kamazı təmir edərkən kuzası üstünə düşüb kürək nahiyəsindən və ayağından xəsarət almışdır. Həmin vaxt ŞHAHBULAQ MİNİNG MMC-nin anbardarı Amil “Pikab” markalı avtomaşınla hadisə yerinə gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdən ŞHAHBULAQ MİNİNG MMC ilə aralarında bağlanmış müqavilə əsasında qeyd edilən MMC-də aparıcı mexanik vəzifəsinə qəbul edilmişdir, hazırda həmin vəzifədə işləyir. Onun vəzifə səlahiyyəti MMC-də olan avadanlıqların saz vəziyyətdə işləməsinə, habelə daş karxanasında işləyən işçilərin iş prosesinə nəzarət etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ŞHAHBULAQ MİNİNG MMC-nə operator vəzifəsinə qəbul edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin işğaldan azad olunmuş Ağdam rayonu Maqsudlu kəndi ərazəsində yerləşən Şahbulaq daş karxanasında operator vəzifəsində işləmiş və sonuncunun iş prosesinə o nəzarət etmişdir. MMC tərəfindən Zərərçəkmiş şəxs işə qəbul olunarkən giriş, habelə iş yeri üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlarla tanış olmuş, xüsusi geyim olan kepka şəklində olan kaska, habelə kitel, kofta, şalvar, eynək, botinka ilə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə yəni Qəbələ rayonunda olarkən Elşən onun istifadəsində olan mobil nömrəsinə zəng edərək “şoferin kamazının kardanının boltunun qırıldığını, daha sonra isə Kamazın kardanına neçə nömrəli bolt gedir? sözlərini demişdir. O isə ona cavab olaraq “bir başına 17 açar, digər başına isə 22 açar getdiyini, o boltlardan 4 dənə götürüb şoferə verməsini bildirmişdir. Sonra isə Elşən ona həmin kamazı gedib düzəltmək istədiyini bildirmişdir. O isə Elşənə kamazı düzəltməyə getməsinə razılıq vermişdir. Daha sonra isə saat 09 radələrində şirkətin işçisi Amil ona zəng edərək Elşənin yıxılaraq xəsarət almasını və xəstəxanaya apardıqlarını bildirmişdir. O isə Ağdam rayon Mərkəzi Xəstəxanasına getmişdir. Həmçinin Şahid3 ifadəsində bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Vaqifin kamazının silindirinin yaxud da, digər hissələrinin nasazlığından olmuşdur. İş zamanı işçilərin əməyin mühafizəsinə və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edən şəxs Şahid6 olmuşdur. Zərərçəkmiş şəxs üzərində nəzarəti MMC-nin mexanikləri həyata keçirmişdir. Belə ki, operatorlar mexaniklərin tabeçiliyində işləmiş, mexaniklərə və operatorlara isə nəzarəti o özü həyata keçirmişdir. Mexaniklərin adları Asif, Musa, Zakir və Rəşad olmuş, hadisə baş verən gün Zakir gündüz növbəsində olmuş, Rəşad isə axşam növbəsində işləməli olmuşdur. Mexaniklər daşların kəsimi vaxtı texnoloji prosesə və tabeçiliyində olan işçilərə nəzarət etmiş, operatorlar isə daşın yüklənməsi ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs şirkətdə operator kimi deyil, xarab olan avtomobillərin, kombaynların və konların təmiri ilə məşğul olmuşdur. Elşən şirkətdə xarab olan avtomobillərin, kombaynların və konların təmiri ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə Vaqif ona avtomobilinin xarab olduğunu bildirmişdir. O isə Elşənə açar və boltların anbarda olduğunu bildirmişdir. Hadisə zamanı Elşəndən başqa heç kim xəsarət almamışdır. Zərərçəkmiş şəxs ifadəsində özünün onun tərəfindən təmir işlərinə cəlb olunması, xarab olan daş kəsən kombaynların təmirini yaxşı bildiyindən, yəni bu işi bacardığından onun göstərişi ilə özünün bu işlərə cəlb olunması, bundan başqa onun tapşırığı ilə yük avtomaşınlarının nasaz təkərlərini dəyişməsi, su daşıyan Ural markalı maşının təkərlərini onun tapşırığı ilə dəyişməsi barədə öz ifadəsində göstərdiyi xüsusatlar düzgündür. Ona ilk öncə Elşənin yıxılıb xəsarət aldığını bildirmişlər. Ancaq sonradan öyrənmişdir ki, Elşən Vaqifə məxsus kamazın kuzasının Elşənin üzərinə düşməsi nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2024-cü ilin iyul ayından ŞHAHBULAQ MİNİNG MMC ilə aralarında bağlanmış müqavilə əsasında qeyd edilən MMC-də Əməyin Mühafizəsi və Texniki Təhlükəslik üzrə menecer vəzifəsinə qəbul edildiyini, hazırda həmin vəzifədə işlədiyini bildirmişdir. Onun vəzifəsi səlahiyyəti iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etməkdən, istehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaqdan və onların həyata keçirilməsini təşkil etməkdən, iş yerlərində müvafiq təlimatların vaxtında aparılmasından ibarət olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ŞHAHBULAQ MİNİNG MMCyə operator vəzifəsinə qəbul edilmişdir. O, MMC-nin işğaldan azad olunmuş Ağdam rayonu Maqsudlu kəndi ərazəsində yerləşən Şahbulaq daş karxanasında operator işləmişdir. İşə qəbul olunarkən onun tərəfindən Zərərçəkmiş şəxs giriş, iş yeri üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə ilkin təlimatlar keçirilmiş, sonuncu müvafiq jurnallara imza atmışdır. Bundan başqa Zərərçəkmiş şəxs xüsusi geyim olan kepka formasında olan kaska, habelə kitel, kofta, şalvar, eynək, botinka ilə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi onun istirahət günləri olduğundan o, Bakı şəhərində evdə olmuşdur. xx.xx.2024-cü il tarixdə MMC-nin əməyin mühafizəsi üzrə mühəndisi Azər ona zəng edib MMC-də operator işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında kəklik otu yığmaq məqsədilə dağın ətəyinə çıxmasını və ayağının burxulub yıxılaraq xəsarət almasını bildirmişdir. xx.xx.2024-cü ildə işdə olarkən eşitmişdir ki, Zərərçəkmiş şəxs Vaqif adlı şəxsin idarə etdiyi Kamaz markalı avtomaşının təmirinə kömək edərkən avtomaşının yük yeri üzərinə düşməsi nəticəsində xəsarət almış, həmin vaxt MMC-nin anbardarı Şahid1 tərəfindən xidməti avtomaşınla Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılmışdır. O, hadisə vaxtı orada olmamış, bütün bunları sonradan eşitmişdir. Həmçinin Şahid4 ifadəsində bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Elşənin Vaqifin kamazının ramasının üstünə çıxması və kamazın kuzasının silindirinin nasaz olması olmuşdur. İş zamanı işçilərin əməyin mühafizəsinə və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edən şəxslər mexaniklərdir. Həmin gün Elşənə nəzarət edən mexanik Şahid3 olmuşdur. Zərərçəkmiş şəxs üzərində nəzarəti MMC-nin mexaniklərinin həyata keçirmişdir. Operatorlar mexaniklərin tabeçiliyində işləmiş, mexaniklərə və operatorlara isə nəzarəti aparıcı mexanik Namiq müəllim həyata keçirmişdir. Mexaniklərin adları Asif, Musa, Zakif və Rəşad olmuşdur. Hadisə baş verən gün Zakir gündüz növbəsində olmuş, Rəşad isə axşam növbəsində işləməli olmuşdur. Mexaniklər daşların kəsimi vaxtı texnoloji prosesə və tabeçiliyində olan işçilərə nəzarət etmiş, operatorlar isə daşın yüklənməsi ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs aparıcı mexanik Namiqin yanında dəfələrlə görmüşdür. Ancaq o, Elşənin şirkətdə heç bir zaman daşların yığılması, daşınması ilə məşğul olduğunu görməmişdir. Onun işi ərazi ilə bağlı olmadığı üçün Elşənin şirkətdə xarab olmuş texnikaların, maşınların və kombaynların təmiri ilə məşğul olduğunu görməmişdir. Onun bildiyinə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının təmirinə köməklik göstərməyi Namiq göstəriş vermişdir. Hadisə zamanı Elşəndən başqa heç kim xəsarət almamışdır. Ona ilk öncə Elşənin yıxılıb xəsarət aldığını bildirmişlər. Ancaq sonradan öyrənmişdir ki, Elşən Vaqifə məxsus kamazın kuzasının Elşənin üzərinə düşməsi nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdən ŞHAHBULAQ MİNİNG MMC ilə aralarında bağlanmış müqavilə əsasında qeyd edilən MMC-də Əməyin Mühafizəsi və Texniki Təhlükəslik üzrə mühəndis vəzifəsinə qəbul edilib işləmişdir. Onun vəzifə səlahiyyəti iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etməkdən, istehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaqdan və onların həyata keçirilməsini təşkil etməkdən, iş yerlərində müvafiq təlimatların vaxtında aparılmasından ibarətdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ŞHAHBULAQ MİNİNG MMC-nə operator vəzifəsinə qəbul edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin işğaldan azad olunmuş Ağdam rayonu Maqsudlu kəndi ərazəsində yerləşən Şahbulaq daş karxanasında operator işləmişdir. İşə qəbul olunarkən Zərərçəkmiş şəxs giriş, habelə iş yeri üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlar keçirilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs xüsusi geyim olan kepka şəklində olan kaska, habelə kitel, kofta, şalvar, eynək, botinka ilə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə ərazidə olarkən anbardar Amil onun mobil nömrəsinə zəng edərək 1 nəfər şəxsin yıxıldığını və xəsarət aldığını demişdir. O isə Amildən yaralananın kim olduğunu və vəziyyətinin necə oduğunu soruşmuşdur. Amil isə ona yıxılıb xəsarət alanın Elşən olduğunu və sonuncunun vəziyyətinin normal olduğunu bildirmişdir. O isə Amilə Elşənin xəstəxanaya aparılmasını bildirmişdir. Amil isə Elşəni xəstəxanaya apardıqlarını bildirmişdir. Bundan sonra o, Elşənin yıxıldığı yerə getmişdir. Ora çatan zaman Elşənin yıxıldığı yerə baxmağa başlamışdır. Orada da, ona Elşənin kəklikotu yığarkən yıxıldığını bildirmişlər. Ancaq həmin vaxt orada çox işçilər olduğu üçün dəqiq kimlərin deməsini xatırlamır. Ancaq sonra ona məlum olmuşdur ki, "xxxx" MMC-yə məxsus Kamaz markalı 02AB456 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Vaqif adlı şəxs Zərərçəkmiş şəxs çağırıb avtomobilini düzəltməyi xahiş etmiş, Elşən isə Vaqifin idarə etdiyi Kamaz markalı 02AB456 dövlət qeydiyyat nişanlı avtomaşının orta mostun üzərinə çıxıb mostu təmir edərkən bort Elşənin üzərinə düşmüşdür. Onun bildiyinə görə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə xəsarət aldığı saatlarda istirahətdə olmalı olmuş, ancaq Vaqif adlı sürücünün xahişi ilə istirahətini pozub sonuncunun avtomobilini təmir etməyə getmişdir. Həmçinin Şahid6 ifadəsində bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Elşənin Vaqifin kamazının ramasının üstünə çıxması, orada olan boltları sıxan vaxt Vaqifin Kamazı yerindən tərpətmək istəməsi və kuzanın Elşənin üzərinə düşməsi olmuşdur. İş zamanı işçilərin əməyin mühafizəsinə və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edən şəxs o və Şahid4 olmuşdur. İş prosesində Zərərçəkmiş şəxs üzərində nəzarəti MMC-nin mexanikləri həyata keçirmişdir. Belə ki, operatorlar mexaniklərin tabeçiliyində işləmiş, mexaniklərə və operatorlara isə nəzarəti aparıcı mexanik Namiq müəllim həyata keçirmişdir. Mexaniklərin adları Asif, Musa, Zakif və Rəşad olmuşdur. Hadisə baş verən gün Zakir gündüz növbəsində olmuş, Rəşad isə axşam növbəsində işləməli olmuşdur. Mexaniklər daşların kəsimi vaxtı texnoloji prosesə və tabeçiliyində olan işçilərə nəzarət etmiş, operatorlar isə daşın yüklənməsi ilə məşğul olmuşlar. Operator vəzifəsinin öhdəlikləri kombayn tərəfindən kəsilən daşların kombayn xəttindən kənara yığılması və seçilməsi üzrə istehsal işləri(kəsilən daşların seçilməsi, keyfiyyət və ölçü tamlığına görə ayrı-ayrı cərglərə yığılması və xəttin qırıntılardan təmizlənməsi, hazır məhsulun satışa göndərilməsi məqsədilə yüklənmə işləri(ardıcıl sıralarla daşın nəqliyyata qaldırılması və tələb olunan qaydada yüklənməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxs operator vəzifəsinə işə qəbul olunsa da şirkətdə xarab olmuş avtomobillərin, texnikaların, kombaynların təmiri ilə məşğul olmuş, aparıcı mexanik Namiqin tapşırıqlarını yerinə yetirmişdir. Onun bildiyinə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının təmirinə köməklik göstərməyi Namiq göstəriş vermişdir. Hadisə zamanı Elşəndən başqa heç kim xəsarət almamışdır. Ona ilk öncə Elşənin yıxılıb xəsarət aldığını bildirmişlər. Ancaq sonradan öyrənmişdir ki, Elşən Vaqifə məxsus kamazın kuzasının Elşənin üzərinə düşməsi nəticəsində xəsarət almışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdən "xxxx"MMC-də direktor işlədiyini, Zərərçəkmiş şəxs şirkətdə operator işləyən işçi kimi tanıdığını bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ŞHAHBULAQ MİNİNG MMC-nə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Ağdam rayonu Maqsudlu kəndi ərazəsində yerləşən şirkətlərinin ərazisində olan Şahbulaq daş karxanasında operator işləyən Zərərçəkmiş şəxs kəklikotu yığarkən yıxıldığını və xəsarət aldığını bildirmişlər. Ancaq sonradan isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs şirkətin avtomobillərindən olan “Kamaz Maz” markalı avtomobilin kuzasının altına köməklik etmək məqsədilə girmiş, həmin “Kamaz”ın kuzası isə onun üzərinə düşərək xəsarət almışdır. Bildiyi qədəri ilə Zərərçəkmiş şəxs həmin vaxt istirahət vaxtında olmalıymış. Hadisənin baş verməsinə səbəb olan “Kamaz Maz” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsinə dair texniki baxışa dair sənədlər vardır. Həmçinin Şahid5 ifadəsində, Zərərçəkmiş şəxs şirkətdə operator vəzifəsinə qəbul edildiyini, ancaq onun Elşənin operator işindən başqa digər işlərdə işləməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 194 nömrəli rəydən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- TH12, L1, L3, L4, L5 çıxıntılarda yerdəyişməli sınıq xətti küt əşya tərəfindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. -Cinayət işi materiallarına əlavə edilmiş təkrar məhkəmə texniki təhlükəzlik ekspertizasının 07 aprel 2025-ci il tarixli 10/2017 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus daş karxanasında aid “Kamaz” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınının qaldırılmış kuzovunun altına əlavə dayaq qoyulmadan, potensial təhlükə faktorunun təsir sahəsində (qaldırılmış kuzovunun altında) dayanmaqla təmir işlərin aparılmasına yol verildiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaların”nın 13.1.13, 13.1.14 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Kamaz markalı **-AB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınının qaldırılmış kuzovunun altına əlavə dayaq qoyulmadan, daş karxanasında operator işləyən Zərərçəkmiş şəxs potensial təhlükə faktoru olan qaldırılmış kuzovunun altında dayanmaqla təmir işlərini aparmasına yol verildiyinə(cəlb etdiyinə) görə “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydalarının 13.1.13, 13.1.14 bəndlərinin tələbləri "xxxx" MMC-də sürücü işləyən Kamaz markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Xəsarət alan Zərərçəkmiş şəxs "xxxx" MMC-də operator vəzifəsində işlədiyini, avtomobildə təmir işlərinin aparılmasının onun əmək funksiyalarına aid olmadığını və bu işlərin təhlükəsizlik qaydaları barədə təlimatlandırılmadığını nəzərə aldıqda, Zərərçəkmiş şəxs özü tərəfindən təhlükəsizlik texnikası üzrə qayda və təlimatların tələblərin pozulması müəyyən edilmir. Qərarın təsviri hissəsində Zərərçəkmiş şəxs "xxxx" MMC-də operator vəzifəsində işlədiyini, avtomobildə təmir işlərinin aparılmasının onun əmək funksiyalarına aid olmadığını və bu işlərin təhlükəsizlik qaydaları barədə təlimatlandırılmamasına görə kim tərəfindən təhlükəsizlik texnikası üzrə qayda və təlimatların tələblərinin pozulmasının qeyd edilməməsi ilə bağlı göstərilir ki, səhlənkarlıq, özbaşınalıq, vəzifə səlahiyyətlərini aşma, işçilərin vəzifəsindən kənar işlərə cəlb edilməsi və s. bu kimi hallar hüquqi xarakterli məsələlər olmaqla ekspertin səlahiyyət dairəsindən kənardır və subyektlərin bu cür hərəkətlərinə istintaq orqanı tərəfindən qiymət verilə bilər. -Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tərəfindən təyin edilmiş komission qaydada təkrar məhkəmə texniki təhlükəsizlik ekspertizasının 27 yanvar 2026-cı il tarixli 10/8125 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus daş karxanasında aid "Kamaz" markalı ** AB *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşının qaldırılmış kuzovunun altına əlavə dayaq qoyulmadan həmin hissədə təmir işinin aparılması hadisənin texniki səbəbi olmuşdur. Qərarın ikinci, üçüncü və dördüncü sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar «Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 13.1.2, 13.1.13, 13.1.14 bəndlərinin tələbləri pozulmuşdur. "Kamaz" markalı 02AB456 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınının qaldırılmış kuzovunun altına əlavə dayaq qoyulmadan Zərərçəkmiş şəxs potensial təhlükə faktoru olan qaldırılmış kuzovun altında dayanmaqla təmir işlərini aparmasına yol verdiyinə görə «Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 13.1.13, 13.1.14 bəndlərinin tələbləri Shahbulag Mining" MMC-də sürücü işləyən ("Kamaz" markalı 02AB456 dövlət qeydiyyal nişanlı avtomaşının sürücüsü) Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Məhkəmə tərəfindən "xxxx" MMC-də aparıcı mexanik işləyən və vəzifə təlimatının tələblərinə əsasən müəssisədə təmir xidmətinin təşkilinə nəzarət etmək vəzifəsi həvalə edilmiş Şahid3 cəmiyyətə məxsus "Kamaz" markalı ** AB *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınında yaranmış konkret nasazlıq barədə məlumatlı olduğu və onun tərəfindən Zərərçəkmiş şəxs avtomobildə yaranmış nasazlığın aradan qaldırılması ilə bağlı təmir işlərində iştirak etməsi barədə birhaşa göstəriş verilməsi müəyyən edildiyi halda, Şahid3 yük avtomobilində təmir işinin müvafiq avadanlıq, cihaz və alətlərlə təmin olunmuş xüsusi ayrılmış yerlərdə aparılmasını təmin etmədiyinə görə, onun tərəfindən «Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 13.1.2 bəndinin tələbləri pozulmusdur. Hadisənin yük avtomobilində təmir işlərinin aparılması zamanı müvafiq texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə aldıqda, Zərərçəkmiş şəxsar tərəfindən texniki təhlükəsizlik qaydaların və təlimatların tələblərinin pozulmas hal muəyyər edilmir. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Cinayət işinə əlavə edilmiş Şamaxı rayon İHB-nın Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyul 2025-ci il tarixli 5-75-39/2-45/2025 nömrəli arayışından göründüyü kimi Təqsirləndirilən şəxs Şamaxı rayonu Dəmirçi kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu Meysəri kəndində ailə üzvləri birlikdə yaşayır. Yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 03 mart 2026-cı ildə yazılmış ərizədən görünür ki, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir, onun bu əməli məhkəmə araşdırması ilə sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməsində təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanılmış sübutların, o cümlədən müvafiq ekspertizanın rəylərinin məcmusu ilə təsdiq olunur, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. Qeyd olunur ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinin və qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə ekspertiza tədqiqatın dəyəri 185 manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT- BİK STREAZ22 Müxbir hesaba keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki, hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 381-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə olan cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə ekspertiza tədqiqatın dəyəri 185 (bir yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 20 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 220 manat pul ödənilsin və həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar