Məhkəmə qərarları › İş №1(013)-62/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-62/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-62/2025 13.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2001-ci ildə Goranboy rayon Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayon Xanqərvənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə saat 14 radələrində sürücülük hüququ olmaqla sərxoş olmadan etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdam- Bərdə yolunun Ağdam rayon “Uzundərə” adlanan ərazidən keçən hissəsində Ağdam şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək idarə etdiyi avtomobillə yol qovşağına daxil olub əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobilin qabaq tərəfindən vurması nəticəsində Mercedes markalı 90LP668 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, alının əzilmiş yarası, döş qəfəsinin küt travması sol Vİ-Xİ qabırğaların yerdəyişməyən sınığı, sağ dizin əzilmiş yarası xəsarətləri ilə, Chevrolet Cruze markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sol əlin 4-cü barmağının proksimal falanqasının proksimal hissəsindən yerdəyişən sınığı, sağ göz ətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol baldırın yuxarı orta 1/3nin ön iç yan səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin, sağ diz oynağının ön iç yan səthinin, sağ əl pəncəsinin arxa səthinin, İİİ-İV barmaqların əsas falanqasının arxa səthinin qançırları xəsarətləri ilə müşayiət olunan ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığına AZ AĞİR zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2 əvəllərdən tanımamışdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndə şəhərinə getmək üçün Gəncə şəhərindən yola düşmüşdür. Həmin vaxt onunla rəfiqəsi Zərərçəkmiş şəxs1 da getmiş və sonuncu avtomobildə qabaq sərnişin yerində əyləşmişdir. Həmin gün saat təxminən 14 radələrində Bərdə-Ağdam rayonun uzundərə adlanan ərazisində olarkən o, səhvən yol qovşağına daxil olmuşdur. Yol qovşağı yenidən onları Bərdə rayonu istiqamətinə döndərmişdir. Bu zaman o, yenidən Xankəndi şəhəri istiqamətinə hərəkət etmək üçün bilmədən əks hərəkət zolağına daxil olmuş və həmin vaxt qarşıdan gələn Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Hadisə nəticəsində o və avtomobilində olan sərnişinin Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Avtomobildən endikdən sonra isə Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes markalı avtomobildə beş nəfər şəxsin olduğunu bilmişdir. Bundan sonra onları Ağdam MRX-ya aparmışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, hadisə nəticəsində sağ, sol qılça, sinə nahiyyələrindən xəsarət almışdır. Hadisə zamanı avtomobildə ondan başqa Zərərçəkmiş şəxs1 olmuşdur. Hadisə Ağdam şəhəri istiqamətindən Bərdə rayonu istiqamətində iki zolaqlı sağ hərəkət hissəsinin sol zolağında baş vermişdir. Hadisənin baş verməsinə səbəb onun idarə etdiyi avtomobillə səhvən əks hərəkət zolağına çıxmağı olmuşdur. O, hadisə zamanı sərxoş olmamışdır. Onun Chevrolet markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi vardır. Chevrolet markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəhadətnaməsinə ilə anası X6 adına qeydə alınsada faktiki olaraq onun mülkiyyətindədir. Həmin avtomobilin tam dəyərini ödəməklə o, almışdır. Törətdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alınmasını və barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvəllərdən tanımamış, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes E320” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam şəhərindən Bərdə şəhəri istiqamətində sağ zolaqla təxminən 80-90 km/saat sürətlə hərəkətdə olarkən Ağdam rayonu “Uzundərə” adlanan ərazidə yol qovşağından Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət hissəmə çıxamasından ehtiyat etdiyi üçün avtomobilinin əyləcini sıxaraq bir qədər surətini azaldaraq avtomobili sol hərəkət hissəsinə çıxarmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet markalı avtomobil yol qovşağında dayanmış vəziyyətdə olmuşdur. O, sol zolaqla təxminən 10-15 metr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs qəflətən avtomobilini hərəkətə gətirərək onun hərəkətdə olduğu zolağa çıxmışdır. O, dərhal əyləci sıxsamda toqquşmadan yayına bilməmişm və nəticədə onların avtomobilləri qarşı-qarşıya toqquşmuşdur. Hadisə nəticəsində o, baş, alın, döş qəfəsi, qabırğa və diz nahiyyələrindən xəsarətlər almış və onu təcili tibbi yardım stansiyasının əməkdaşlarını köməkliyi ilə Ağdam MRX-ya aparmışlar. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, hadisə nəticəsində baş, alın, döş qəfəsi, qabırğa və diz nahiyyələrindən xəsarət almışdır. Hadisə zamanı avtomobildə ondan başqa Şahid3, Şahid2, Şahid1 və Şahid4 olmuşdur. Hadisə Ağdam şəhəri istiqamətindən Bərdə rayonu istiqamətində iki zolaqlı sağ hərəkət hissəsinin sol zolağında baş vermişdir. O, Chevrolet markalı avtomobili yolun qovşağında görəndə onunla aralarında təxminən 20-25 metr məsafə olmuşdur. Chevrolte markalı avtomobil yolun qovşağında Bərdə rayonu istiqamətində dayandığı üçün o, hərəkət etdiyi sağ zolaqdan sol zolağa keçmişdir ki, onun yanında keçib getsin. Lakin o, həmin avtomobillə bərabərləşməyə təxminən 4-5 metr qalmış Təqsirləndirilən şəxs avtomobili idarə edərək onun qarşısına çıxmış və nəticədə toqquşma baş vermişdir. O, hadisə zamanı sərxoş olmamışdır. Onun Mercedes markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmuşdur. Mercedes markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 onun doğma qardaşıdır. Həmin avtomobilin qardaşının adına qeydə alınsada faktiki olaraq onun mülkiyyətindədir. Həmin avtomobilin tam dəyərini ödəməklə o, almışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmədə ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəfiqəsidir. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs2 isə əvəllərdən tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində rəfiqəsi Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndə şəhərinə getmək üçün Gəncə şəhərindən yola düşmüşlər. Həmin vaxt o, avtomobildə qabaq sərnişin yerində əyləşmişdir. Həmin gün saat təxminən 14 radələrində Bərdə-Ağdam rayonun uzundərə adlanan ərazisində olarkən Minayə səhvən yol qovşağına daxil olmuşdur. Yol qovşağı yenidən onları Bərdə rayonu istiqamətinə döndərmişdir. Bu zaman Minayə yenidən Xankəndi şəhəri istiqamətinə hərəkət etmək üçün bilmədən əks hərəkət zolağına daxil olmuş və həmin vaxt qarşıdan gələn Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Hadisə nəticəsində o və Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Avtomobildən endikdən sonra isə Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes markalı avtomobildə beş nəfər şəxsin olduğunu bilmişdir. Bundan sonra onları Ağdam MRX-ya aparmışlar. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, hadisə nəticəsində sağ, sol əl nahiyələrindən, sağ və sol qılça nahiyyələrindən xəsarət almışdır. Hadisə zamanı avtomobildə ondan başqa Təqsirləndirilən şəxs olmuşdur. Hadisə Ağdam şəhəri istiqamətindən Bərdə rayonu istiqamətində iki zolaqlı sağ hərəkət hissəsinin sol zolağında baş vermişdir. Hadisənin baş verməsinə səbəb Minayənin idarə etdiyi avtomobillə səhvən əks hərəkət zolağına çıxmağı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 tanıyır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə tanımır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam şəhərindən Bərdə rayonu istiqamətində hərəkət etmişlər. Həmin vaxt qabaq sərnişin oturacağında o, arxa sol oturacaqda Seymur, arxa orta oturacaqda Şahid4, arxa sağda isə Şahid1 əyləşmişdir. Yolun Ağdam rayonu “Uzundərə” adlanan ərazisində yol qovşağından “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduqları yola daxil olmaq üçün yaxınlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs2 əyləci bir qədər sıxaraq avtomobili sağ solaqdan sol zolağa keçirmişdir. Həmin vaxt Chevrolet markalı avtomobil yol qovşağında dayanmış vəziyyətdə olmuşdur. Onlar sol zolaqla təxminən 10-15 metr hərəkət etdikdən sonra Chevrolet markalı avtomobil qəflətən hərəkətə gələrək onların hərəkətdə olduğu zolağa çıxmışdır. Ramiz dərhal əyləci sıxsada toqquşmadan yayına bilməmiş və nəticədə onların avtomobilləri qarşı-qarşıya toqquşmuşdur. Həmin vaxt onlar avtomobildən aşağı endikdə onlarla toqquşan “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iki nəfər qadın olduğunu görmüşlər. Bundan sonra onu təcili tibbi yardım stansiyasının əməkdaşlarını köməkliyi ilə Ağdam MRX-ya aparmışlar. Hadisə konkret olaraq xx.xx.2024-cü il tarixdə Ağdam-Bərdə yolunun Ağdam rayonu “Uzundərə” adlanan ərazidən keçən hissəsnində baş vermişdir. O, həmin avtomobilin yol qovşağından hərəkət etdiyini görmüşdür. Hadisə zamanı Zərərçəkmiş şəxs2 “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili hansı sürətlə idarə etməsi barədə məlumatı olmamışdır. Ramiz Chevrolet markalı avtomobilin onların yoluna yaxınlaşdığını görüdükdə əyləci bir qədər sıxaraq avtomobili sağ zolaqdan sol zolağa çıxarmışdır. Həmin vaxt Chevrolet markalı avtomobil dayanmış vəziyyətdə olmuşdur. Onlar həmin avtomobilə çatanda isə avtomobil qəflətən hərkət edərək onların qarşısına çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 əyləci sıxsada qəzadan yayına bilməmişdir. Hadisə zamanı o, baş nahiyəsindən xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 tanıyır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə tanımır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam şəhərindən Bərdə rayonu istiqamətində hərəkət etmişlər. Həmin vaxt arxa orta oturacaqda o, ondan sağda Şahid1, ondan solda Şahid2, qabaq sağ tərəfdə isə atası Şahid3 oturmuşdur. Həmin yolun Ağdam rayonu “Uzundərə” adlanan ərazidən keçən hissəsinə çatdıqda qəflətən sürücü Zərərçəkmiş şəxs2 qışqırdığını və həmin an sərnişini olduğum avtomobillə onların hərəkət zolağına daxil olan “Chevrolet Cruze” markalı avtomobilin toqquşduğunu görmüşdür. Həmin vaxt onlar avtomobildən aşağı endikdə onlarla toqquşan “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iki nəfər qadın olduğunu görmüşlər. Hadisə konkret olaraq xx.xx.2024-cü il tarixdə Ağdam-Bərdə yolunun Ağdam rayonu “Uzundərə” adlanan ərazidən keçən hissəsnində baş vermişdir. O, arxa oturacaqda əyləşdiyindən hadisədən əvvəl “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, lakin hadisə baş verdikdən sonra aşağı endikdə həmin avtomobilin onların hərəkət zolağımıza sağ tərəfdən daxil olduğunu bilmişdir. Hadisə zamanı arxa sol oturacaqda əyləşdiyindən “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti barədə heç nə bilmir. O, hadisə zamanı Zərərçəkmiş şəxs2 qəzadan yayınmaq üçün hansısa manevr edib-etmədiyini bilmir. Hadisə zamanı sinə və baş nahiyələrindən xəsarət almışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə tanımır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam şəhərindən Bərdə rayonu istiqamətində hərəkət etmişlər. Həmin vaxt arxa sağ oturacaqda o, ondan solda Şahid4, ondan solda Şahid2, qabaq sağ tərəfdə isə Şahid3 oturmuşdur. Həmin yolun Ağdam rayonu “Uzundərə” adlanan ərazidən keçən hissəsinə çatdıqda qəflətən sürücü Zərərçəkmiş şəxs2 qışqırdığını və həmin an sərnişini olduğum avtomobillə onların hərəkət zolağına daxil olan “Chevrolet Cruze” markalı avtomobilin toqquşduğunu görmüşdür. Həmin vaxt onlar avtomobildən aşağı endikdə onlarla toqquşan “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iki nəfər qadın olduğunu görmüşlər. Şahid1 daha sonra ifadəsində göstərmişdir ki, hadisə konkret olaraq xx.xx.2024-cü il tarixdə Ağdam-Bərdə yolunun Ağdam rayonu “Uzundərə” adlanan ərazidən keçən hissəsində baş vermişdir. O, arxa oturacaqda əyləşdiyindən hadisədən əvvəl “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, lakin hadisə baş verdikdən sonra aşağı endikdə həmin avtomobilin onların hərəkət zolağımıza sağ tərəfdən daxil olduğunu bilmişdir. Hadisə zamanı arxa sol oturacaqda əyləşdiyindən “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti barədə heç nə bilmir. O, hadisə zamanı Zərərçəkmiş şəxs2 qəzadan yayınmaq üçün hansısa manevr edib-etmədiyini bilmir. Hadisə zamanı o bel və ayaq nahiyələrindən xəsarət almışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə tanımır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam şəhərindən Bərdə rayonu istiqamətində hərəkət etmişlər. Həmin vaxt arxa sol oturacaqda o, ondan sağda Şahid4, ondan sağda Şahid1, qabaq sağ tərəfdə isə Şahid3 oturmuşdur. Həmin yolun Ağdam rayonu “Uzundərə” adlanan ərazidən keçən hissəsinə çatdıqda qəflətən sürücü Zərərçəkmiş şəxs2 qışqırdığını və həmin an sərnişini olduğum avtomobillə onların hərəkət zolağına daxil olan “Chevrolet Cruze” markalı avtomobilin toqquşduğunu görmüşdür. Həmin vaxt onlar avtomobildən aşağı endikdə onlarla toqquşan “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iki nəfər qadın olduğunu görmüşlər. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, hadisə konkret olaraq xx.xx.2024-cü il tarixdə Ağdam-Bərdə yolunun Ağdam rayonu “Uzundərə” adlanan ərazidən keçən hissəsində baş vermişdir. O, arxa oturacaqda əyləşdiyindən hadisədən əvvəl “Chevrolet Cruze” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, lakin hadisə baş verdikdən sonra aşağı endikdə həmin avtomobilin onların hərəkət zolağına sağ tərəfdən daxil olduğunu bilmişdir. Hadisə zamanı arxa sol oturacaqda əyləşdiyindən “Mercedes Benz E320 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti barədə heç nə bilmir. O, hadisə zamanı Zərərçəkmiş şəxs2 qəzadan yayınmaq üçün hansısa manevr edib-etmədiyini bilmir. Hadisə zamanı o, baş nahiyəsindən xəsarət almışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 407 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin 4-cü barmağının proksimal falanqasının proksimal hissəsindən yerdəyişən sınığı, sağ göz ətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol baldırın yuxarı orta 1/3-nin ön iç yan səthində, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ diz oynağının ön iç yan səthində, sağ əl pəncəsinin arxa səthində, İİİ-İV barmaqların əsas falanqasının arxa səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. -Məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 422 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, alının əzilmiş yarası, döş qəfəsinin küt travması sol Vİ-Xİ qabırğaların yerdəyişməyən sınığı, sağ dizin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. - Məhkəmə-yol nəqliyyatı ekspertizasının 21 fevral 2025-ci il tarixli, 8/3621 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən, yəni təhlükə yaranan anda Mercedes Benz E320 markalı avtomobilin toqquşma yerindən 20 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 20 metrdən daha böyük olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən, təhlükə yaranan anda Mercedes Benz E320 markalı avtomobilin toqquşma yerndən 20 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz E320 məsafənin olması real ahdisə mexanizminə uyğun olmadığından Mercedes Benz E320 markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yo hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Əlavə məhkəmə-yol nəqliyyatı ekspertizasının 15 iyul 2025-ci il tarixli, 8/1339 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən göstərilən şəriatdə Mercedes Benz E320 markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadiəsnin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -X7, İmtahan və Texniki-Baxış şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin informasiya sistemində X3 adına xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “B” kateqoriyalı BD 115 164 saylı sürücülük vəsiqəsi verilmişdir. -Cinayət işinə əlavə edilmiş sərxoşluq üçün tibbi arayışdan göründüyü kimi sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Cinayət işinə əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-45-2/2-90/2025 nömrəli arayışdan görünür ki, Qasımova X4 rayon Xanqərvənd kəndində qeydiyyatdadır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərər çəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydasını pozma cinayət əməlini törətmişdir, onun bu əməli məhkəmə araşdırması ilə sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməsində təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə toplanılmış sübutların, o cümlədən müvafiq ekspertizanın rəylərinin məcmusu ilə təsdiq olunur, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi məsuliyyətini yüngülləşdirən hallar hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq ictimai təhlükəli əməl törətmiş barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməlidir. Həmin Qərarın 1.12-ci bəndinə görə təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, qadın məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Sözügedən Qərarın 5.1-ci hissəsinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən /39.1.12/ amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı, **- LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatın dəyəri 278 manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT- BİK STREAZ22 Müxbir hesaba keçirilməlidir. Cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğluna və Zərərçəkmiş şəxs1 cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. İş üzrə CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 12 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki, hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 381-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12-ci və 5.1-ci bəndlərinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı, **- LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 12 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 132 manat pul ödənilsin və həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar