Məhkəmə qərarları › İş №1(013)-64/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-64/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-64/2025 21.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, hazırda Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu İmamqulubəyli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən gün, vaxt və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 62,63 olmaqla 7 (yeddi) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri, 3,69 qram, 3,88 qram, 3,80 qram, 3,76 qram, 3,80 qram, 3,85 qram, 3,70 qram, bundan başqa 1 (bir) ədəd sellofan paketdə və 1(bir)ədəd KENO markalı siqaret qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri, 32,28 qram, 3,87 qram olan olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 25 iyun 2025-ci il, saat 19:13-dək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu, İmamqulubəyli kəndində yerləşən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış nəticəsində evin həyətyanı sahəsində yerdə olan otların arasından aşkar edilib götürülənədək qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxlayıb daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 3 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 21 radələrində Ağdam rayonu İmamqulubəyli kəndində yerləşən yaşadığı küçənin yuxarı hissəsi ilə piyada hərəkətdə olarkən yol kənarında bir ədəd sellofan bağlamanın olduğunu görmüşdür. Həmin sellofan bağlamanın içərisinə baxarkən orada 7 ədəd kibrik qutusunda, şəffaf rəngli kağızda narkotik tərkibli marixuana bitkisinin və marqaniz adli maddənin olduğunu görmüşdür. Əvvəllər narkotik maddə istifadə etdiyi üçün həmin kütlənin marixuana olduğunu müəyyən etmişdir. Sözügedən bir ədəd sellofan bağlamanı götürərək özü ilə birlikdə yaşadığı evə gətirmişdir, lakin ailə üzvlərinin bu barədə heç bir məlumatı olmamışdır. Sonra o həmin sellofan bağlamanı yaşadığı evin həyətyanı sahəsində otluq ərazidə şəxsi istifadəsi üçün saxlamışdır və bu barədə heç kəsə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 19 radələrində yaşadığı evdə olarkən Ağdam RPŞ-nin əməkdaşları yaşadığı ünvana gələrək baxış keçirməli olduqlarını bildirmişdirlər. Bundan sonra polis əməkdaşları videoçəkilişdən istifadə etməklə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışdırlar. Baxış zamanı ona hüquq və vəzifələri izah olunmuşdur, ondan yaşadığı ünvana baxışın keçirilməsinə etirazımın olubolmaması polis əməkdaşları tərəfindən soruşulmuşdur, o isə heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları ondan yaşadığı evdə və yaxud evin həyətyanı sahəsində narkotik vasitənin olub-olmadığını soruşduqda o hazırda yaşadığı evin həyətyanı sahəsində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın yerini polis əməkdaşlarına göstərmişdir. Baxış zamanı evinin həyətyanı sahəsində şəxsi istifadəsi üçün saxladığı içərisində narkotik vasitə olan marixuana olan həmin sellofan bağlama polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bildirmişdir ki, o həmin narkotik vasitələrdən heç kimə satmamışdır. O həmçinin ifadəsində göstərmişdir ki, yaşadığınız evin həyətyanı sahəsindən aşkar edilmiş bir ədəd elektron tərəzi rəhmətə gedən qardaşı tərəfindən yadigar qalmışdır və ondan qızıl çəkisi ölçmək üçün istifadə etmişdir. Bu barədə ailə üzvlərinin məlumatı olmamışdır. Bildirmişdir ki, ifadəsində qeyd etdiyi kimi o həmin narkotik vasitəni yaşadığı Ağdam rayon İmamqulubəyli kəndində axşam vaxtlarında küçədə gəzərkən tapmışdır. O əvvəllər də narkotik vasitədən istifadə etmişdir, bu barədə heç kimin məlumatı olmamışdır. O yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamışdır. O öz əməlini heç bir təziq və ya təsir olmadan sərbəst şəkildə etiraf etmişdir. Əməlindən peşmandır. Onun hazırda istintaqa verdiyi ifadəsi doğrudur və hazırki ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Hazırda tutduğu əməldən peşiman olmasını və məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayon X10 rayon İmamqulubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, satışı barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon İmamqulubəyli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişdirlər və orada Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının önünə dəvət edərək ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, satışında şübhəli olduğunu və evində, həyətyani sahəsində, həyətyani sahəsində olan yardımçı tikililərdə axtarış aparılacağı barədə məlumat vermişdirlər, o isə öz növbəsində yazılı ərizə ilə müraciət edərək etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansısa bir əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra həyətyani sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində həyətin bağ hissəsində göy otların arasında üzəri biçilmiş otla örtülmüş sellofan torbanı təqdim etmişdir. Həmin vaxtı torbanın yanında bir ədəd elektron tərəzi də aşkar edilmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində qurudulmuş vəziyyətdə kəskin iyə malik markotik vasitəyə bənzər kütlələr olan 07 ədəd kibrit qutusu, bir ədəd sellofan torbanın içərisində kəskin iyə malik markotik vasitəyə bənzər kütlə, bundan başqa içərisində qurudulmuş vəziyyətdə kəskin iyə malik markotik vasitəyə bənzər kütlə olan “KENO” markalı siqaret qutusu aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra həyətdə olan “KİA OPTİMA” markalı, **- RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir, lakin avtomobildən istifadəsi, saxlanması və daşınması qadağan edilmiş hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə baxış keçirilmişdir, keçirilmiş baxış zamanı həmin evdən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı aşkar edilənlərdən başqa Təqsirləndirilən şəxs yaşadığı evdən və həmin evin həyətyani sahəsindən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 şahid qismində eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsini təsdiq etmişlər. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 16/586 saylı rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən tapılmış 7 ədəd kibrit qudusu” yazı və imzalar olan, kağız paketdəki 7(yeddi) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,69qram, 3,88qram, 3,80qram, 3,76qram, 3,80qram, 3,85qram, 3,70qram, ümumi təmiz çəkisi 26,48qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən tapılmış 2 ədəd qablaşdırma” yazı və imzalar olan, kağız paketdəki 1(bir) ədəd sellofan paketdə və 1(bir) ədəd KENO markalı siqaret qutusunda, ayrıayrılıqda təmiz çəkiləri 32,28qram, 3,87qram, ümumi təmiz çəkisi 36,15qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən tapılmış 7 ədəd kibrit qudusu” yazı və imzalar olan, kağız paketdəki 7 (yeddi) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,69 qram, 3,88 qram, 3,80 qram, 3,76 qram, 3,80 qram, 3,85 qram, 3,70 qram, ümumi təmiz çəkisi 26,48 qram olan qurudulmuş marixuanalar və üzərində "Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən tapılmış 2 ədəd qablaşdırma” yazı və imzalar olan, kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə və 1 (bir) ədəd KENO markalı siqaret qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 32,28 qram, 3,87 qram, ümumi təmiz çəkisi 36,15 qram olan qurudulmuş marixuanalar, eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən tapılmış elektron tərəzi” yazı və imzalar olan, kağız paketdəki 1(bir) ədəd elektron tərəzi üzərində, narkotik vasitə və psixotrop maddə qalıqları və izləri yoxdur. -Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuana sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 501 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini tördərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. -Ağdam rayon İcra Hakimiyyəti başçısının Nəmirli kənd inzibati ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli 513 nömrəli arayışdan görünür ki, Məmmədov X2 sakinidir, Quzanlı qəsəbəsində yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. -xx.xx.2023-cü il tarixli xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə AR CM-nin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 01 il, 10 ay 21 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 01 il, 10 ay 21 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur və həmin gündən səkkiz il keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadislər ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun 25 iyun 2025-ci il tarixdən bu günə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 26 (iyirmi altı) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmənin iclas zalından dərhal həbsdən azad edilməli və hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməlidir. İş üzrə maddi subutlar- ümumi təmiz çəkisi 62,63 olmaqla 7 (yeddi) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri, 3,69 qram, 3,88 qram, 3,80 qram, 3,76 qram, 3,80 qram, 3,85 qram, 3,70 qram, bundan başqa 1 (bir) ədəd sellofan paketdə və 1 (bir) ədəd KENO markalı siqaret qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri, 32,28 qram, 3,87 qram olan bitki mənşəli kütlələr, tədqiqata sərf edildikdən sonra qalıq 62,45 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatın dəyəri 60,80 manat ondan tutulmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdən bu günə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 26 (iyirmi altı) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmənin iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut- ümumi təmiz çəkisi 62,63 olmaqla 7 (yeddi) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri, 3,69 qram, 3,88 qram, 3,80 qram, 3,76 qram, 3,80 qram, 3,85 qram, 3,70 qram, bundan başqa 1 (bir) ədəd sellofan paketdə və 1 (bir) ədəd KENO markalı siqaret qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri, 32,28 qram, 3,87 qram olan bitki mənşəli kütlələr, tədqiqata sərf edildikdən sonra qalıq 62,45 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Ağdam İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 110 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar