Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-65/2025 04.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 2003-cü ildə Ağdam rayon Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayon Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əhmədavar kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci ilin mart ayının istintaqa məlum olmayan günündə, saat 01 radələrində Ağdam rayonu, Baharlı-1 qəsəbəsi, ev 196-dan, yəni X3 yaşadığı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində yerləşən xırdabuynuzlu heyvanların saxlanması üçün istifadə edilən, kənarları dəmir torla əhatə edilmiş saxlanc yeri hesab edilən ağılın küçə tərəfdən olan dəmir torlu materialdan hazırlanmış qapısının kəndirini açaraq oraya qanunsuz daxil olub, həmin saxlanc yerindən Müşviq Cəfərova məxsus 01 baş erkək cinsli, 8 aylıq, təmiz ət çəkisi 25 kq olan xırdabuynuzlu heyvanı gizli olaraq talayıb əmlakın sahibi X4 375 ( üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla qəsdən özgə əmlakını oğurlamışdır. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Ağdam rayon Baharlı-1 qəsəbəsi, ev 196-dan, yəni X3 yaşadığı evin həyətyanı sahəsində yerləşən xırdabuynuzlu heyvanların saxlanması üçün istifadə edilən, kənarları dəmir torla əhatə edilmiş saxlanc yeri hesab edilən ağılın küçə tərəfdən olan dəmir torlu materialdan hazırlanmış qapısının kəndirini açaraq oraya qanunsuz daxil olub həmin saxlanc yerindən Müşviq Cəfərova məxsus 01 baş erkək cinsli, 1 illik, təmiz ət çəkisi 20 kq olan xırdabuynuzlu heyvanı gizli olaraq talayıb əmlakın sahibi X4 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla qəsdən özgə əmlakını təkrarən oğurlamışdır. Bundan əlavə o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Ağdam rayonu, Baharlı-1 qəsəbəsi ərazisində, yolun kənarı ilə hərəkət edən X4 məxsus 01 baş dişi cinsli, 10 aylıq, təmiz ət çəkisi 20 kq olan 300 manat dəyərində və 01 baş dişi cinsli, 2 illik, təmiz ət çəkisi 28 kq olan 350 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı yaşadığı evin həyətyanı sahəsinə salıb gizli olaraq talayıb əmlakın sahibi X4 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən özgə əmlakını təkrarən oğurlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X5 tanıyır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, sonuncu onun həmkəndlisidir. Mahiyyəti üzrə bildirmişdir ki, 2025-ci ilin mart ayında dəqiq xatırlamadığı günündə Müşfiqin özünə məxsus qoyun-quzusunu yaşadığı evin həyətində olan ətrafı setka ilə bağlı olan ağıla saldığını görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün həmin heyvanlardan birini oğurlayıb satıb pul əldə etmək qərarına gəlmişdir və bu niyyətlə 2025-ci ilin mart ayının dəqiq bilmədiyi günündə gecə saat 1 radələrində yaşadığı mənzildən çıxıb piyada gedərək Ağdam rayonu Baharlı-1 qəsəbəsində yerləşən X4 məxsus 196 nömrəli evin həyətində yerləşən xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan dəmir setka ilə əhatələnmiş ağıldan 1 baş erkək cinsli, diri çəkisi təxminən 25 kq olan quzunu ağılın yol tərəfdən olan setqa qapısının kəndirini açaraq oraya daxil olub oğurlamışdır. Daha sonra həmin quzunu götürüb asfalt yolun kənarında mal bazarına gedən yük avtomobillərini gözləmişdir. Təxminən 15- 20 dəqiqə sonra sürücüsünü tanımadığı Qazel markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili oradan keçərkən həmin avtomobili saxladıb və ondan hansı istiqamətə getməsini soruşub. Həmin şəxs ona Bərdə rayonu ərazisində yerləşən mal bazarına getdiyi bildirmişdir. O, həmin şəxsdən onu Bərdə rayonu ərazisində yerləşən mal bazarına aparmasını xahiş etmişdir. Qazel markalı yük avtomobilin sürücüsü bunun müqabilində onun həmin şəxsə 10 manat pul verməli olduğunu bildirmışdır. O da onunla razılaşıb yük avtomobilinə əyləşmişdir. Onlar Bərdə rayonu ərazisində yerləşən mal bazarına çatanda o avtomobildən enib 01 baş xırdabuynuzlu heyvanıda götürüb oradan uzaqlaşıb və bazar ərazisində həmin heyvanı tanımadığı şəxsə 270 manata satmışdır. Daha sonra tanımadığı taksi vasitəsilə yaşadığı qəsəbəyə qayıtmışdır. O, həmin oğurluq nəticəsində əldə etdiyi pulu öz ehtiyyaclarına xərcləmişdir. Bu hadisədən təxminən 2 ay sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 1 radələrində ona pul lazım olduğuna görə yenidən yaşadığı mənzildən çıxıb piyada gedərək Ağdam rayonu Baharlı-1 qəsəbəsində yerləşən X4 məxsus 196 nömrəli evin həyətində yerləşən xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulan dəmir setka ilə əhatələnmiş ağıldan heyvanlardan birini oğurlamaq qərarına gəlib və həmin gün gecə saat 1 radələrində oradan 1 baş erkək cinsli, diri çəkisi təxminən 20 kq olan quzunu ağılın yol tərəfdən olan setqa qapısının kəndirini açaraq oraya daxil olaraq oğurlamışdır. Daha sonra yenidən həmin quzunu götürüb asfalt yolun kənarında mal bazarına gedən yük avtomobillərini gözləyib. Təxminən 15-20 dəqiqə sonra sürücüsünü tanımadığı Qazel markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili oradan keçərkən həmin avtomobili saxladıb və ondan hansı istiqamətə getməsini soruşmuşdur. Sonuncu ona Ağcabədi rayonu ərazisində yerləşən mal bazarına getdiyi bildirdikdən sonra o həmin şəxsdən onu Ağcabədi rayonu ərazisində yerləşən mal bazarına aparmasını xahiş etmişdir. Sonuncu ona 10 manat pul verməli olduğunu bildirmışdır. O da onunla razılaşıb və yük avtomobilinə əyləşərək Ağcabədi rayonu ərazisində yerləşən mal bazarına getmişdir. Bazara çatdıqdan sonra avtomobildən enib 01 baş xırdabuynuzlu heyvanı da götürüb oradan uzaqlaşıb və bazar ərazisində həmin heyvanı tanımadığı şəxsə 280 manata satmışdır. Daha sonra isə o, tanımadığı taksi vasitəsilə yaşadığı qəsəbəyə qayıtmışdır. Həmin oğurluq nəticəsində əldə etdiyi pulu öz ehtiyyaclarına xərcləmişdir. Bundan bir müddət keçdikdən sonra yəni, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yerləşdiyi küçədə dayanarkən küçədə X4 məxsus xırda buynuzlu heyvanların otladığını görmüşdür. O, həmin vaxt pula ehtiyacı olduğu üçün bazarda satmaq məqsədilə həmin heyvanlardan ikisini oğurlamaq qərarına gəlmiş və bu məqsədlə 02 baş xırdabuynzulu heyvanı həyətinə salmışdır. O həmin gün heyvanları Cəsarət adlı şəxsin dövlət qeydiyyat nişanını bilmədiyi “Mersedes” markalı avtomobili ilə satmaq üçün Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yerləşən mal bazarına aparmışdır. O orada olan zaman Müşviq oraya gəlmişdir və heyvanların özünə məxsus olmasını israr etmişdi. Bundan sonra o heyvanları Müşviqə qaytarmışdır. 2025-ci ilin mart ayında dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs məxsus yaşadığı evin həyətində olan ətrafı setka ilə bağlı olan ağıldan 1 baş erkək cinsli, təxmini ət çəkisi 25 kq olan quzu, xx.xx.2025-ci il tarixdə gecə saat 1 radələrində yenidən həmin ağıldan 1 ədəd erkək cinsli, təxmini ət çəkisi 20 kq olan quzunu və xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yerləşdiyi küçədən oğurlamışdır. Həmin oğruluq əməllərini o, tək törətmişdir. Quzuları bazarda satmaq üçün birgə apardığı Cəsarət adlı şəxsin quzuların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. O, cəsarətə quzuların ona məxsus olması və bazara satmaq məqsədilə apardığını bildirmişdir. O, həmin quzuları satdığı şəxsləri əvəllərdən tanımamışdır. Həmin quzuları ondan heyvan bazarında tanımadığı şəxslər almışdır. O, həmin şəxslərə həmin quzuların oğurluq olması barədə heçnə deməmişdir. O, heyvanları bazara apardığı yük avtomobillərinin sürücülərini tanımır və onlar həmin quzuların oğurluq olduğunu bilməmişlər. Ona pul ehtiyyac olduğu üçün birinci dəfə Müşviq Cəfərova məxsus bir baş qoyunu oğurlayıb satıb şəxsi ehtiyyaclarına xərcləmişdir. Bir müddət keçdikdən sonra ona yenidən pul lazım olduqda yenə həmin qaydada quzunu oğurlayıb satıb şəxsi ehtiyyaclarına xərcləmişdir. Sonradan ona yenə pul lazım olduğu üçün o küçədə olan 2 baş xırdabuynuzlu heyvanı oğurlayıb həyətyanı sahəsində gizlətmişdir. O, Baharlı-2 qəsəbəsində yerləşən 545 nömrəli evlərində anası Şahid2 ilə birlikdə yaşayır. Anası həmin heyvanları görüb kimə məxsus olduğunu soruşduqda o, anasına heyvanların qonşuları Valehə məxsus olduğunu və qaytaracağını bildirmişdir. Anası quzuları oğurladığını bilməmişdir. O, həmin quzuları satıb pul əldə etmək məqsədilə oğurlamışdır.O, həmin hadisə vaxtı ***-***-**-** mobil nömrədən istifadə etmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu və vurduğu ziyanı tam ödədiyini bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Baharlı-1 qəsəbəsində heyvandarlıqla məşğul olur. Mahiyyəti üzrə bildirir ki, ona məxsus olan 58 baş qoyun-quzu, 17 baş keçisi vardır. Həmin heyvanları soyuq mövsümdə tövlədə isti mövsümdə isə ona məxsus Ağdam rayonu Baharlı-1 qəsəbəsi 196 nömrəli evin həyətində evin arxa tərəfində yerləşən ətrafı dəmir setka ilə əhatələnmiş ağılda saxlayır. Hər gün bir qayda olaraq səhər saat 8 radələrində heyvanları otarmaq üçün ağıldan çıxarıb axşam saat 20 radələrində ağıla qaytarır. 2025-ci ilin mart ayının dəqiq bilmədiyi gündə səhər saat 8 radələrində heyvanları otarmağa aparmaq üçün çıxararkən həmin ağıldan tanımadığı şəxs tərəfindən ağılın yol tərəfdən olan qapısının kəndiri açılaraq içəriyə daxil olub 1 baş erkək cinsli, diri çəkisi 25 kq olan quzusunun oğurlanmasını görmüşdür. Lakin o bu barədə heç bir rəsmi orqana müraciət etməmişdir. Bundan təxminən 2 ay sonra, yəni xx.xx.2025-ci il tarixdə səhər saat 8 radələrində heyvanları otarmağa aparmaq üçün çıxararkən 1 baş erkək cinsli, diri çəkisi təxminən 20 kq olan quzunun oğurlanmasını görmüşdür. O, bu barədə anası Nailəyə məlumat verniş, bununla bağlı o həmin gün 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Bundan əlavə olaraq xx.xx.2025-ci il tarixdə saat 08 radələrində heyvanları otarmağa aparıb və saat 12 radələrində qoyunları geri ağıla qaytarmışdır. Yenidən saat 16 radələrində qoyunları bir də otarmağa aparıb və saat 20 radələrində həyətə geri qaytarmışdır. Heyvanları ağıla salan zaman 2 baş xırda buynuzlu heyvanının olmadığını görmüşdür. İlk öncə heyvanların kiminsə heyvanı ilə qarışdığını düşünərək qonşuların heyvanlarının içərisində axtarmağa başlayıb, lakin ona məxsus 2 baş xırdabuynuzlu heyvanını tapa bilməmişdir. O, həmin gün axşam saat 00 radələrində heyvanlarını axtarmaq məqsədilə Ağcabədi rayonu ərazisində yerləşən mal bazarına getmişdir. Ona məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobilini bazarın həyətində saxlayaraq bazarda ona məxsus 2 baş xırdabuynuzlu heyvanını axtarmaq üçün gəzməyə başlamışdır. Bazarı gəzərkən bazarda bir kənarda dövlət qeydiyyat nişanını bilmədiyi “Mersedes” markalı avtomobilə 2 baş xırdabuynuzlu heyvanın bağlandığını görmüşdür. Həmin heyvanların ona məxsus olduğunu dəqiqləşdirdikdən sonra heyvanlara yaxınlaşmışdır. Yaxınlaşdıqda həmin heyvanların yanında Zeynal adlı şəxsin satmaq üçün dayandığını görmüşdür. Zeynaldan həmin heyvanları haradan aldığını soruşduqda Zeynal isə ona heyvanları küçədən tutduğunu bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Və o heyvanları Zeynalın əlindən almışdır. Mübahisədən sonra o, DİN-nin 102 xidməti zəng mərkəzinə zəng etmişdir. Bundan sonra Zeynalın yanında olan tanımadığı şəxs Mersedes” markalı avtomobilə minib sürərək giriş qapıdan çıxaraq bazarın ərazisindən qaçmışıdır. Ona məxsus qoyunlar ilk dəfə 2025-ci ilin mart ayında dəqiq bilmədiyi gündə Ağdam rayonu Baharlı-1 qəsəbəsi 196 nömrəli evin həyətində evin arxa tərəfində yerləşən ətrafı dəmir setka ilə əhatələnmiş ağıldan, bir müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə yenidən Ağdam rayonu Baharlı-1 qəsəbəsi 196 nömrəli evin həyətində evin arxa tərəfində yerləşən ətrafı dəmir setka ilə əhatələnmiş ağıldan, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə yaşadığı qəsəbənin küçəsindən oğurlanmışdır. 1-ci heyvan təxminən təmiz ət çəkisi 25 kq olan 8 aylıq olan erkək quzu, sonrakı heyvan təxminən təmiz ət çəkisi 20 kq olan 1 illik olan erkək quzu, sonda oğurlanan heyvanlar isə təxmini təmiz ət çəkisi 20 kq olan 10 aylıq dişi quzu və 28 kq olan 2 illik dişi quzudur. Oğurlanan xırdabuynuzlu heyvanlar ona məxsusdur və cinayət nəticəsində ona 1325 manat maddi ziyan dəymişdir. İlk dəfə heyvanı oğurlananda bir heyvan olduğunu görə şikayət etmək istəməmiş, lakin yenidən oğurluq olanda artıq daha çox oğurlanacağından qorxduğu üçün şikayət etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Baharlı-1 qəsəbəsində yaşayır. Evlidir. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu ilə eyni qəsəbədə yaşayır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Lakin Şahid1 və X5 tanımır. O Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində qəsəbə ərazisində yerləşən çayxanada olan zaman Zeynal ona yaxınlaşaraq Ağcabədi rayonuna gedib qayıtmağımızı demişdir. O Zeynaldan hansı səbəbə gedəcəyini soruşduqda, Zeynal iki baş xırdabuynuzlu heyvanı olduğunu, onları aparıb Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yerləşən mal bazarında satmalı olduğunu demişdir. Cəsarət heyvanların ona məxsus olan “Mersedes” markalı, **- NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə yerləşməyəcəyini dedikdə, Zeynal heyvanların balaca olduğunu, yerləşəcəyini demişdir və bunun üçün ona 30 manat ödəyəcəyini bildirmişdir. O da razılaşıb və heyvanları götürmək üçün Zeynal ilə birlikdə qəsəbə ərazisində yerləşən mağazalardan birinin yanına gəlmişdirlər. O Zeynaldan heyvanların kimə məxsus olduğunu soruşduqda, o da özünə məxsus olduğunu, heç bir problem olmadığını demişdir. Bundan sonra Zeynal avtomobildən düşüb həmin mağazaya yaxınlaşmışdır və onun dəqiq görmədiyi yerdən 02 baş xırdabuynuzlu heyvanı gətirib avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra onlar Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yerləşən mal bazarına getmişdirlər. Bazara çatdıqdan sonra Zeynal heyvanlarını avtomobildən endirərək avtomobilin təkərinə bağlayıb alıcı gözləmişdir. Bir müddət sonra bir nəfər gəlib və Zeynal ilə mübahisə etməyə başlamışdır. O sonradan həmin şəxsin adının Müşviq olduğunu bilmişdir. O bundan sonra heyvanları avtomobilin təkərindən açaraq gedib öz məsələlərini həll etmələrini deyib və oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X2 ilə bir yerdə yaşayır. X11 rayon Baharlı-1 qəsəbəsində heyvandarlıqla məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, oğlu Müşviqə məxsus olan 58 baş qoyun-quzu, 17 baş keçisi vardır. Həmin heyvanları soyuq mövsümdə tövlədə, isti mövsümdə isə bizə məxsus Ağdam rayonu Baharlı-1 qəsəbəsi 196 nömrəli evin həyətində evin arxa tərəfində yerləşən ətrafı dəmir setka ilə əhatələnmiş ağılda saxlayır. Hər gün oğlu Müşviq Cəfərov səhər saatlarında heyvanları otarmaq üçün ağıldan çıxarır, axşam tərəfi də ağıla qaytarır. 2025-ci ilin mart ayında dəqiq bilmədiyi gündə səhər saatlarında oğlu heyvanları otarmağa aparmaq üçün çıxararkən həmin ağıldan 1 baş erkək cinsli, qoyun oğurlanmasını demişdir. Lakin bu barədə heç bir rəsmi orqana məlumat verməmişlər. Bundan təxminən 2 ay sonra, yəni xx.xx.2025-ci il tarixdə səhər saat 8 radələrində oğlu heyvanları otarmağa aparmaq üçün çıxararkən eyni qaydada 1 baş erkək cinsli, quzu oğurlanmasını söyləmişdir. Bununla bağlı o, həmin gün 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə oğlu heyvanları otarmaqdan gətirən zaman 2 baş xırda buynuzlu heyvanın olmadığını demişdir. Onlar əvvəlcə heyvanların kiminsə heyvanlarına qarışdığı fikrinə gəliblər, və heyvanları axtarmağa başlayıblar. Lakin oğlu Müşviq heyvanları axtarsa da onları tapa bilməmişdir. Bundan sonra X10 özünə məxsus VAZ-2106 maşınla Ağcabədi rayonunda yerləşən mal bazarına getmişdir. Bazardan qayıtdıqdan sonra Müşviq ona demişdir ki, heyvanı Zeynal adlı şəxs oğurlamışdır və həmin heyvanları bazarda satarkən aşkar etdiyini bidirmişdir. 2025-ci ilin mart ayında dəqiq bilmədiyi gündə Ağdam rayonu Baharlı-1 qəsəbəsi 196 nömrəli evin həyətində evin arxa tərəfində yerləşən ətrafı dəmir setka ilə əhatələnmiş ağıldan, xx.xx.2025-ci il tarixdə yenidən Ağdam rayonu Baharlı-1 qəsəbəsi 196 nömrəli evin həyətində evin arxa tərəfində yerləşən ətrafı dəmir setka ilə əhatələnmiş ağıldan, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yaşadığı qəsəbənin küçəsindən oğurlanmışdır. Oğlu Müşviq sonradan 2 baş heyvanı Zeynal adlı şəxsdən geri almışdır.Oğurlanan xırdabuynuzlu heyvanlar Müşviqə məxsusdur və cinayət nəticəsində maddi ziyan oğlu Müşviqə dəymişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, subaydır, Təqsirləndirilən şəxs onun oğludur, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O oğlu Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Bldirmişdir ki, 2025-ci ilin dəqiq vaxtını xatırlamadığı tarixdə saat təxminən 20 radələrində oğlu Zeynalla birlikdə yaşadığı ünvan 3 ünvanda yerləşən evə gələn zaman həyətdə 2 baş xırdabuynuzlu heyvan olduğunu görmüşdür. Bildimişdir ki, onların həmin vaxt heyvanları olmamışdır və onlar orada heyvan saxlammışdırlar. Odur ki, o evə gələn zaman Zeynaldan heyvanların kimə məxsus olduğunu soruşanda Zeynal heyvanların qonşuları Valehə məxsus olduğunu və aparıb ona qaytaracağını demişdir. O bildirmişdir ki, bundan sonra Zeynal heyvanları götürüb evdən çıxmışdır. Və aradan xeyli müddət keçməsinə baxmayaraq oğlu evə qayıtmamışdır. Təxminən 5- 6 saat sonra oğlu evə qayıtmışdır. Səhərisi gün oğlu Zeynalı Ağdam rayon polis şöbəsinə dəvət etmişdirlər və o, orada öyrənmişdir ki, oğlu Müşviq Cəfərova məxsus xırdabuynuzlu heyvanları oğurlamışdır. oğlu Zeynalın ünvan 2 ünvanda yerləşən evlərinə gətirdiyi heyvanların oğurluq olduğunu bilməmişdir. Oğlu Zeynal evə gətirdiyi heyvanların qonşuları Valehə məxsus olduğunu və heyvanları Valehə qaytaracağını demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Bərdə şəhər "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 75 nömrəli məktubunda göstərilmişdir ki, təmiz ət çəkisi 25 kq olan 8 aylıq 01 baş erkək qoyun 375 manat, təmiz ət çəkisi 20 kq olan 1 illik 01 baş erkək qoyun 300 manat, təmiz ət çəkisi 20 kq olan 10 aylıq 01 baş dişi qoyun 300 manat, təmiz ət çəkisi 28 kq olan 2 illik 01 baş dişi qoyun isə 350 manat orta bazar satış qiyməti təşkil etmişdir. -xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğurluq nəticəsində X4 vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir və X3 ondan hem bir şikayəti və tələbi yoxdur. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının İkinci Baharlı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon İkinci Baharlı köçkün qəsəbəsində yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. -xx.xx.2025-ci il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 62, 330.3.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -xx.xx.2025-ci il tarixli Ağdam İcra və Probasiya Şöbəsindən alınmış məktubdan görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 330.3.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsini tədbiq etməklə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasını çəkib qutardığı üçün xx.xx.2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin onlara istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də onu həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə maddi sübutlar- xx.xx.2025-ci il tarixdə Ağdam rayon Baharl-1 qəsəbəsi ərazisindən oğurlanmış X4 məxsus 01 baş dişi cinsli, 10 aylıq, təmiz ət çəkisi 20 kq olan xırdabuynuzlu heyvanın və 01 baş dişi cinsli, 2 illik, təmiz ət çəkisi 28 kq olan xırdabuynuzlu heyvanın sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də onun ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia, ekspertiza xərcləri və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydə alınıdığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar- xx.xx.2025-ci il tarixdə Ağdam rayon Baharl-1 qəsəbəsi ərazisindən oğurlanmış X4 məxsus 01 baş dişi cinsli, 10 aylıq, təmiz ət çəkisi 20 kq olan xırdabuynuzlu heyvanın və 01 baş dişi cinsli, 2 illik, təmiz ət çəkisi 28 kq olan xırdabuynuzlu heyvanın sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 110 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-65/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-65/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver