Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-7/2025 11.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X3, Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Ağdaş Rayonu Güvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam Rayonu Xındırıstan kəndində qeydiyyatda olmaqla hazırda Bakı Şəhəri Sabunçu Rayon Bəhruz Gəncəvi küçəsi 32-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X3 - Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X6 təqsirləndirilir ondan ötəri ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs 01 may 2024-cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı Ağdam rayonu Kəlbahüseynli kəndi ərazisində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs ilə sonuncunun ona pul borclu olduğunu iddia edərək ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir dəfə çənə nahiyəsinə zərbə endirərək sonuncuya aşağı çənənin sol bucağı və sağ tərəfli cismin yerdəyişən sınığı xəsarəti ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına AZ AĞİR zərər vurmuşdur. Həmin hərəkətinə görə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam olaraq təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Onunla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2022-ci ildə onun borcları olduğuna görə qardaşı Rövşəndən sonuncuya məxsus bir baş iribuyunuzlu heyvanı ona verməsini xahiş etmişdir ki, həmin heyvanı satıb borclarını ödəsin, daha sonra isə 6 ay müddətində Rövşənin pulunu versin. Rövşən də onunla razılaşmışdır. O, Rövşənə məxsus bir baş iribuynuzlu heyvanı hazırda xatırlamadığı şəxsə 1400 manata sataraq həmin pulla borclarını ödəmişdir. Lakin həmin gündən etibarən Rövşən ondan pulunu tələb etməyə başlamışdır. Rövşənə pulunun olmadığını, 6 ay ərzində ödəyəcəyini bildirsə də Rövşən onun sözlərinə məhəl qoymamış və bu barədə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bu barədə qərar qəbul etdikdən sonra borclarını tamlıqla ödəmişdir. Lakin Rövşən bundan sonra da ona pul borclu olduğunu iddia edərək yenidən pul tələb etmişdir. Buna görə də qardaşı Rövşənlə aralarında tez-tez mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 16-00 radələrində Ağdam rayon Kəlbahüseynli kəndində yerləşən anası Xanımqızla birlikdə yaşadığı evdə olarkən onlarla qonşuluqda yaşayan qardaşı Zərərçəkmiş şəxs oraya gələrək yenidən ondan pul tələb etməyə başlamışdır. Rövşənə pul borclu olmadığını bildirsə də Rövşən mübahisə etməkdə davam etmişdir. Həmin vaxt yaşadıqları evin giriş qapısının qarşısında dayanmışdır. Mübahisə zamanı Rövşən onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Rövşənin bu sözlərindən əsəbləşərək ona tərəf yaxınlaşmış və bir dəfə yumruqla onun çənə nahiyəsinə zərbə endirmişdir. Rövşən çənəsini tutaraq oradan uzaqlaşmışdır. Təxminən 2-3 dəqiqə sonra anası Xanımqız yaşadıqları evə gəlmiş və baş verənləri anasına danışmışdır. Bundan sonra onu Ağdam Rayon Polis Şöbəsinə dəvət etmişlər. Bilmişdir ki, qardaşı Rövşən onun barəsində polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlavə olaraq qeyd etdi ki, anası Xanımqız tək yaşayır. Rövşən onun doğma qardaşıdır. Anasının yanına getmiş, oraya Rövşən də gəlmişdir. Bir dəfə borcları olduğu üçün Rövşəndən bir baş iribuyunuzlu heyvan götürüb satmış, borclarını ödəmişdir. Rövşən az bir müddət keçməmiş ondan pullarını geri tələb etmişdir. Rövşənə həmin vaxt pulunun olmadığını, 6 ay ərzində pulları ödəyəcəyini bildirmiş, lakin Rövşən onu məhkəməyə vermiş, Ağdam Rayon Məhkəməsinin qətnaməsi əsasında Rövşənə olan borcunu tam ödəmişdir. Belə ki, Rövşənə məhkəmə qətnaməsi əsasında 1400 manatı da vermiş, hələ 600 manat da artıq vermişdir, buna baxmayaraq Rövşən isə hazırda ondan yenə gah 500 manat, gah 1800 manat da istəyir. Rövşənə heç bir borcu olmadığı halda Rövşən yenə də ondan pul tələb etməkdə davam etmiş, bu səbəbdən də aralarında tez-tez narazılıqlar olmuşdur. Hadisə baş verən günü axşam saatlarında anası Xanımqızın yaşadığı evdə olarkən Rövşən ora gəlmiş, ondan pul tələb etmiş, ünvanlarına nalayiq söyüşlər söymüşdür. Bu səbəbdən də aralarında narazılıq yaranmış və Rövşəni vurmuşdur, Rövşən çıxıb getmişdir. Hadisə vaxtı orada heç kim olmamışdır, anası Xanımqız 2-3 dəqiqə sonra yanlarına gəlmişdir. Rövşən ondan barışıq üçün 1850 manat pul tələb edir, halbuki Rövşənə heç bir borcu yoxdur. Hadisənin baş verməsinin səbəbi Rövşənin ondan əsassız olaraq pul tələb etməsi və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi, qeyri qanuni hərəkətləri olmuşdur. Peşmandır, 1 azyaşlı övladı var, ailədə qazanc gətirəndir, nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onunla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Lakin sonralar onların arasında mübahisələr olmağa başlamışdır. Buna səbəb qardaşı Rabilin ona məxsus iribuyunuzlu heyvanları aparıb satması və onun pulunu verməməsi olmuşdur. Bu barədə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və bununla bağlı məhkəmə qərar qəbul etmişdir. Lakin Rabil onun pulunu verməmişdir. Buna görə də aralarında mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16-00 radələrində yaşadığı evin həyətyanı sahəsində olarkən qardaşı Rabilin qonşuluqda yaşayan anası Xanımqızın yaşadığı evdə olduğunu görmüş, oraya gələrək Rabildən pulunu istəmiş, aralarında mübahisə yaranmış, Rabili söyüb təhqir etmiş, Rabil isə bir dəfə yumruqla onun çənə nahiyəsinə vurmuşdur. Oradan çıxaraq yaşadığı evə qayıtmış, Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng etmiş, şikayət etmişdir. Bundan sonra isə yaşadığı ünvana Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Hazırda qardaşı Radil ilə barışmaq istəyir, lakin ona vurulmuş zərəri tələb edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi izahatını təsdiq etdiyini bildirdi. S.Quliyeva göstərmişdir ki, Rövşən onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxs isə Rövşənin qardaşı, yəni onun qaynıdır. Təqsirləndirilən şəxslə aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Lakin sonralar onların arasında mübahisələr olmağa başlamışdır. Buna səbəb qaynı Rabilin onlara məxsus iribuyunuzlu heyvanları aparıb satması və pullarını verməməsi olmuşdur. Bu barədə Ağdam Rayon Məhkəməsinə müraciət etmişlər və bununla bağlı məhkəmə qərar qəbul etmişdir. Buna baxmayaraq Rabil yenə də onların pulunu verməmişdir. Buna görə də onların arasında mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16-00 radələrində yaşadığı evdən çıxaraq kənd ərazisində yerləşən marketə getmişdir. Təxminən 10-15 dəqiqə sonra marketdən yaşadığı evə qayıtmış və həyat yoldaşı Rövşənin evdə olmadığını görmüşdür. Təxminən 2-3 dəqiqə sonra Rövşən yaşadığı evə qayıtmış, Rövşənin ağız nahiyəsindən qan axdığını görüb nə baş verdiyini soruşmuş, Rövşən ona pulunu istədiyinə görə qardaşı Rabilin anasına məxsus fərdi yaşayış evində onun ağız nahiyəsinə bir dəfə yumruqla vurduğunu bildirmişdir. Sonra Rövşən Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra isə evlərinə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Məhkəmə iclasında Şahid2 ifadəsi elan edilmişdir. Şahid2 göstərmişdir ki, Rövşən və Rabil onun övladlarıdır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 2-3 il əvvəl bundan əvvəl Rabilin borcları olduğuna görə qardaşı Rövşəndən xahiş etmişdir ki, özünə məxsus bir baş iribuyunuzlu heyvanı ona versin, Rabil həmin heyvanı satıb borclarını ödədikdən sonra 6 ay ərzində Rövşənin pulunu qaytarsın. Rabil Rövşənə məxsus bir baş iribuyunzlu heyvanı tanımadığı şəxsə sataraq borclarını ödəmişdir. X8 razılaşmasına əməl etməyərək pulu dərhal ödəməsini tələb etmiş və Rövşən bununla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, məhkəməsi qərar qəbul etdikdən sonra Rabil Rövşənə olan borcunu tamlıqla ödəmişdir. Buna baxmayaraq Rövşən yenə də Rabildən əl çəkməyərək ona pul borclu olduğunu bildirib pul tələb etmişdir. Ona görə də Rövşənlə Rabilin arasında dəfələrlə mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 16-00 radələrində Rabil yaşadıqları evdə yemək yeyərkən həyətə yarpaq yığmağa getmişdir. Təxminən 15 dəqiqə sonra yaşadığı evə qayıdanda Rabil Rövşənin yaşadıqları evə gəlib ondan pul tələb edərək ünvanına nalayiq ifadələr işlətməsini və onu bir dəfə yumruqla vurmasını bildirmişdir. 02 dekabr 2024-cü il tarixdə X4 Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yümruqla vuraraq xəsarət yetirdiyi Ağdam rayon Kəlbahüseynli kəndi ərazisində yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokollar və çəkilmiş fotoşəkillər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materilallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin vətəndaş Zərərçəkmiş şəxs barəsində verdiyi xx.xx.2024-cü il tarixli, 150 saylı Müayinə Aktından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – aşağı çənənin sol bucağı və sağ tərəfli cismin yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Ağdam Rayon Məhkəməsinin 2(013)351/2023 saylı icra sənədinin icrası ilə bağlı Ağdam Rayon İcra və Probasiya Şöbəsnin 04 fevral 2025-ci il tarixli Arayışından görünür ki, Rabil Quliyev məhkəmə qətnaməsi ilə qət edilmiş 1434 manat pulu qardaşı Zərərçəkmiş şəxs ödəmiş, qətnamə tam icra edilmiş, icra işi üzrə icraata xitam verilmişdir. Məhkəmə tədqiq olunan subutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə tövsif edilmiş, ona təqsirli bilindiyi həmin maddənin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxs özünü həmin əməli törətməkdə səmimi olaraq təqsirli bildi, əməlini etiraf etdi ki, onun həmin əməli törətməsi həmçinin iş üzrə şahidlərin ifadələri, toplanmış sair sübutların məcmusu ilə də təsdiq edilir. Məhkəmə Zərərçəkmiş şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 21 noyabr 2024-cü il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Rayonlararası X7 Dispanserinin 21 noyabr 2024-cü il tarixli, 190 saylı məktubundan məlum olur ki, X5 qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Mərkəzi Xəstəxanası Ağdam Şəhər Poliklinikasının 19 noyabr 2024-cü il tarixli, 18-1-21/3-4288/2024 saylı məktubdan məlum olur ki, X10 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Narkoloji Kabinetində qeydiyyatda yoxdur. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xındırıstan Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 dekabr 2024-cü il tarixli, 1110 saylı arayışından görünür ki, X2 Kəlbahüseynli kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin Nümayəndəliyin xasiyyətnaməsi ilə Rabil Quliyev mənfi xasiyyətləndirilmişdir. X1 və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Rabil Quliyev ailəlidir, himayəsində arvadı Nərmin Quliyeva və 2017-ci il təvəllüdlü azyaşlı oğlu Rəhim Quliyev vardır. İstintaq orqanının 19 dekabr 2024-cü il tarixli Qərarından görünür ki, təqsirləndirilən şəxs Rabil Quliyev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Rabil Quliyevin törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, ailəli olmasını, himayəsində arvadının və azyaşlı övladının olmasını, ailədə qazanc gətirən şəxs olmasını, peşmançılıq bildirməsini, hadisənin zərərçəkmiş tərəfin qanunsuz hərəkətləri nəticəsində baş verməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Rabil Quliyevin cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş Rabil Quliyevin şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi mümkündür və məhkəmə bu yolla Ş.Məmmədovun islah olunmasınu mümkün bilir. Cinayət işi materiallarından görünür ki, 19 dekabr 2024-cü ildə Zərərçəkmiş şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut, müsadriə olunası əmlak, maddi ziyan, mülki iddia və sair məhkəmə xərcləri yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: X6 - Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1 /bir/ il 6 /altı/ ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-7/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-7/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver