Məhkəmə qərarları › İş №1(013)-70/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-70/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-70/2025 13.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Ağdam rayon Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayon Zəngişalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində yaşadığı Ağdam rayon Zəngişalı kəndində yerləşən ictimai yer hesab edilən xalası oğlu Zərərçəkmiş şəxs yaşadığı evin həyət qapısının qarşısından keçən küçədə maşını saxlamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə etməklə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinaszılıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, o cümlədən öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə qəsdən yumruqla zərbə endirmiş, Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra isə qarnına və ayağına təpiklə vurmaqla onun üst dodağın sol yarısının və selikli qişasının, sol baldırının aşağı 1/3-nin bayır səthinin, sol saidin aşağı 1/3-nin sol yan səthinin, sol əlin İ daraq nahiyəsinin arxa səthinin kəsilmiş yaraları, qarının sağ və sol yan səthinin qançırları, sol baldırın orta 1/3-nin iç yan səthinin əzilmiş yarası, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayət edilən hərəkətlərə yol verib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərərək göstərdi ki, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, sonuncu onun xalası oğludur və onunla eyni kənddə yaşayır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 01 avqust 2025ci il tarixində saat təxminən 18 radələrində o bacısıgilin Ağdam rayonu Zəngişalı kəndi ərazisindəki evinin həyətində tövlədə iş görürmüş. Bu zaman o qardaşı Hüseynin yaşadığı Ağdam rayonu Zəngişalı kəndi ərazisindəki evin həyətində olan maşınını işə salaraq evdən çıxdığını görmüşdür. Bundan sonra o olduğu yerdən uzaqlaşaraq qardaşıgilin yaşadığı evə doğru hərəkət etmişdir. O qardaşıgilin yaşadığı ünvana çatanda Hüseynin azyaşlı uşaqlarından onun hara getməsini soruşmuşdur. Uşaqlar ona Hüseynin dərman almağa getdiyini bildirmişdirlər. Bu zaman o Hüseynin maşının yolun ortasında saxladığını və orada Xəyalla söhbət etdiklərini görmüşdür. Bundan sonra o da onların yanına doğru hərəkət etməyə başlamışdır. O onların yanına çatanda görüb ki, Xəyal maşını yolun hərəkət hissəsində saxlayıb və oradan maşının keçib getməsi mümkün deyil. Buna görə də Hüseyn maşınla oradan keçib gedə bilmir. Bu zaman o Xəyala yaxınlaşıb maşınını yolun ortasından çəkməsini söyləmişdir. Xəyal bu zaman nalayiq ifadələr işlədərək “heç kim mənim maşınımı burdan çıxarda bilməz” sözlərini işlətmişdir. Bu zaman Xəyal söyüş işlətdiyinə görə o bundan əsəbləşmiş və Xəyalın sifət nahiyyəsindən yumruqla bir dəfə zərbə endirmişdir. Bu zaman Xəyal zərbənin təsirindən yerə yıxılmışdır. Xəyal yerə yıxılandan sonra o Xəyalın ayağından və qarnından təpiklə vurmuşdur. Bundan sonra qardaşı Hüseyn onu oradan uzaqlaşdırmışdır. Və o oradan uzaqlaşaraq Ağdam rayonu Zəngişalı kəndi ərazisindəki yaşadığı evə qayıtmışdır. Bundan təxminən bir saat sonra polis əməkdaşları gəlmişdirlər və baş vermiş hadisə ilə bağlı izahatının alınması məqsədilə onu rayon polis şöbəsinə dəvət etmişdirlər. Hadisə xx.xx.2025-ci il tarixində saat təxminən 18 radələrində Ağdam rayonu Zəngişalı kəndi ərazisindəki küçədə baş vermişdir. Həmin vaxt orada o, Hüseyn və Xəyal olmuşdur. Hadisə baş verən zaman o Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla bir dəfə zərbə endirmişdir. Xəyal yerə yıxılandan sonra Xəyalın ayağına və qarnına təpiklə zərbələr vurmuşdur. Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir və hadisə zamanı o heç bir xəsarət almamışdır. Hadisə baş verən zaman orada o, Hüseyn və Xəyal olmuşdur, lakin həmin vaxtı küçədə səsküy yaranmışdır və o hadisədən sonra evə doğru hərəkət edən zaman bir az kənarda anası Pərinin baş vermiş səs-küyə gəldiyini görmüşdür, buna görə də düşünür ki, hadisə baş verən zaman ictimai qayda pozulmuşdur. Hadisə zamanı onun əlində heç bir kəsici-deşici alət olmamışdır. Törətdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alınmasını və barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 onun xalası oğullarıdır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025- ci il tarixdə saat 18 radələrində o yaşadığı Ağdam rayon Zəngişalı kəndi ərazisindəki evin giriş qapısının qarşısında dayanmışdır. İdarə etdiyi avtobus tipli köhnə avtomaşını yolun hərəkət hissəsində saxlamışdır. Həmin zaman maşının mühərriki işə düşmədiyi üçün onu yolun kənar hissəsinə doğru hərəkət etdirə bilmirdi. Bu zaman xalası oğlu Hüseyn ona yaxınlaşaraq Qaradağlı kəndində yerləşən Müşviq adlı şəxsin dükanına getdiyini və avtomaşını kənara çəkməsini söyləmişdir. O avtomaşında nasazlıq olduğunu və hərəkət etdirə bilmədiyimi söyləmişdir və özünə məxsus digər avtomobillə getməsini ona təklif etmişdir. Hüseynlə köməkli ona məxsus avtomibili yolun kənarına çəkmək istəmişdirlər, lakin onların gücü çatmamışdır. Həmin vaxt Hüseynin qardaşı Ruslan onların yanına yaxınlaşmışdır. Ruslan ona yolu qəsdən bağlamısan sözlərini demişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmışdır, lakin həmin vaxt o heç kimə söyməmişdir. Bu zaman Ruslan əsəbi halda ona yaxınlaşaraq onun yolu kəsməyini söyləmişdir. O Ruslana yolu qəsdən bağlamadığını desə də Ruslan onunla razılaşmayıb yolu qəsdən bağladığını əsas tutaraq onunla mübahisə etməyə başlamışdır. Bu zaman Ruslan ona yaxınlaşaraq onun ağız nahiyyəsindən bir dəfə yumruqla qüvvətli zərbə endirdi. O zərbənin təsirindən yerə yıxılmışdır. O yerdə olan zaman Ruslan onun qarnına və ayağına təpiklə vurmağa başlamışdır. Həmin vaxt Hüseyn Ruslanı çəkərək kənara aparmışdır və ona “ə Xəyal avtomobili qəsdlə saxlamayıb, avtomibili nasaz olaraq dayanıb” sözlərini demişdir. Bundan sonra dərhal hadisə ilə bağlı DİN-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir, xəsarəti ilə bağlı Ağdam rayon mərkəzi xəstaxanasına yaxınlaşmışdır. Mübahisə zamanı orada o, Hüseyn və Ruslan olmuşdurlar, Ruslanın anası Pəri hadisə baş verən yerdən bir qədər aralıda durmuşdur. Hadisədən sonra ora onun həyat yoldaşı Reyhanə də gəlmişdir. Mübahisə təxminən 5-7 dəqiqə davam etmişdir. Mübahisə zamanı Hüseyn onu döyməmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yaşadığı evin qarşısındakı küçədə baş vermişdir. Həmin vaxt orada o, Ruslan və Hüseyn olmuşdur. Ruslanın anası Pəri onların yanında olmamışdır, lakin Pəri bir qədər aralıda durmuşdur. Hadisə qurtarandan sonra həyat yoldaşı Reyhanə də oraya gəlmişdir. Ağız nahiyyəsindən, sol ayaq nahiyyəsindən və kürək nahiyyəsindən xəsarətlər almışdır. Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Həmin vaxt orada səs-küy yarandığından Ruslanın anası Pərinin bir qədər aralıdan baxdığını görmüşdür və baş verən səs-küyə sonradan həyat yoldaşı Reyhanə də gəlmişdir. Bu səbəbdən ictimai qayda pozulduğunu düşünür. Hadisə zamanı Ruslan ona yumruqla zərbə endirmişdir. O zərbənin təsirindən yerə yıxıldıqdan sonra Ruslan onun qarnına və ayağına təpiklə zərbə vurmuşdur. Həmin vaxtı o Ruslana qarşı əsəbi olmuşdur ona görə də belə məlumat vermişdir. Lakin indi düzgün ifadə verərək bildirir ki, hadisə zamanı Ruslan onun yumruqla sifətindən bir dəfə zərbə vurmuşdur, o yerə yıxılandan sonra isə təpiklə ayağına və qarnına vurmuşdur. Yerə yıxılan zaman əlləri yerdə olan çınqıl daşlarına dəymişdir. Ona məxsus avtomobilin mühərriki dizeldir. Həmin gün dizeli qurtardığından o az miqdarda olan dizeli baka tökmüşdür, az olduğundan yanacaq sisteminə hava düşmüşdür və bu səbəbdən mühərik xoda düşməmişdir. Səhəri gün dizel alıb gətirib əlavə etmişdir və avtomobil xoda düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, evlidir, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun xalası oğludur, Təqsirləndirilən şəxs isə onun doğma qardaşıdır. Onlarla arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyət üzrə bildirir ki, xx.xx.2025-ci il tarixində saat təxminən 18 radələrində yaşadığı Ağdam rayonu Zəngişalı kəndi ərazisindəki evindən çıxaraq xəstə anası Pəriyə dərman vasitəsi almağa gedirmiş. Bu zaman o Xəyalın evinin önündəki küçədən keçən zaman Xəyalın avtobus tipli avtomaşınını yolun hərəkət hissəsində saxladığını görmüşdür. Həmin vaxt o maşından düşərək Xəyala avtomaşınını yolun hərəkət hissəsindən çəkməsini söyləmişdir. Bu zaman qardaşı Ruslan da onların yanınıza gəlmişdir və o da Xəyala maşınını yolun ortasından çəkməsini söyləmişdir. Bu zaman Xəyal nalayiq ifaədələr işlədərək “heç kim mənim maşınımı burdan çəkə bilməz” sözlərini işlətmişdir. Bundan sonra Ruslan Xəyala yaxınlaşaraq onun ağız nahiyyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Xəyal zərbənin gücündən yerə yıxılmışdır. Xəyal yerdə olan zaman Ruslan Xəyalın ayağına və qarnına təpiklər vurmağa başlamışdır. O dərhəl onları aralaşdırmışdır və Ruslanı oradan çəkərək demişdir ki, “ ə Xəyal avtomobili qəsdən saxlamayıb, avtomobil nasaz olduğu üçün yolun ortasında qalıb”. Bundan sonra Ruslan öz evinə qayıtmışdır. Hadisə Ağdam rayonu Zəngişalı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından keçən küçədə baş vermişdir. Hadisə baş verən zaman orada o, Xəyal və Ruslan olmuşdur. O hadisə zamanı heç bir xəsarət almamışdır, hadisə baş verən zaman o heç kimə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, evlidir, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun baldızının oğludur. Təqsirləndirilən şəxs isə onun oğludur. Onlarla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs Ağdam rayon polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Bildirir ki, o böyük oğlu Hüseynlə birlikdə Ağdam rayonu Zəngişalı kəndi ərazisində ona məxsus olan evlarində yaşayır. Ruslan isə ailəsi ilə birlikdə həmin kənd ərazisində özunə məxsus evində yaşayır. O gündəlik olaraq heyvanlarını otlaq sahəsinə aparır və axşam da evə gətirir. Eyni qaydada o, 01 avqust 2025-ci il tarixində saat təxminən 17 radələrində özünə məxsus olan iri buynuzlu heyvanlarını otlaq sahəsindən evə gətirmək üçün evdən çıxmışdır. Saat təxminən 20 radələrində o yaşadığı evə qayıtmışdır. Bu zaman o evə çatanda həyat yoldaşı Pəri heyvanları bağlamaqda ona kömək etmək üçün yaxınlaşmışdır. Pəri ona yaxınlaşada Xəyalnan Ruslanın dalaşdıqalarını və Ruslanın Xəyalı vurduğunu söyləmişdir. O, hadisə baş verən zaman orada olmamışdır. Həmin vaxtı o otlaq sahəsindən iribuynuzlu heyvanlarını evə gətirmək üçün getmişdir. o həmin günü, yəni xx.xx.2025-ci il tarixində saat təxminən 20 radələrində evə çatmışdır. Evə gələn zaman həyat yoldaşı Pəri ona bu barə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, evlidir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun mərhum bacısı Mirvarinin oğludur. Təqsirləndirilən şəxs isə onun oğludur. Onlarla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs Ağdam rayon polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. O və həyat yoldaşı Əbülfət böyük oğlu Hüseynlə birlikdə Ağdam rayonu Zəngişalı kəndi ərazisində həyat yoldaşına məxsus olan evilərində yaşayırlar. Ruslan isə ailəsi ilə birlikdə həmin kənd ərazisində özünə məxsus evində yaşayır. O rəsmi olaraq heç bir yerdə işləmir. 01 avqust 2025-ci il tarixində saat təxminən 18 radələrində o yaşadığı evin həyətində olarkən Xəyalın yüksəkdən səsinin gəldiyini eşitmişdir. Həmin zaman Hüseyn öz maşını işə salaraq ona dərman almaq üçün yaşadıqları evdən çıxmışdır. O bu zaman öz yaşadığı evin həyətinin giriş qapısının önündə dayanmışdır. Həmin zaman Xəyal öz maşınını küçədə yolun ortasında saxlamışdır. Hüseyn oradan maşınla keçə bilmədiyi üçün maşını saxlamış və maşından düşmüşdür. Xəyala maşını yolun ortasından çəkməsini söyləmişdir. Həmin zaman onun digər oğlu Ruslan da oraya gəlmişdir. Bu zaman Xəyal maşını oradan çəkməyəciyini bildirmiş və nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra oğlu Ruslan Xəyala yaxınlaşaraq yumruqla onun sifət nahiyyəsindən zərbə endirmişdir. Ruslan zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Hüseyn Ruslanı çəkib gətirmişdir və Ruslan da oradan uzaqlaşmışdır. Hadisə 01 avqust 2025-ci il tarixində saat təxminən 18 radələrində Ağdam rayonu Zəngişalı kəndi ərazisindəki küçədə baş vermişdir. O hadisə zamanı konkret olaraq hadisə baş verən yerdə olmamışdır. O biraz kənarda durmuşdur və hadisənin baş verməsini oradan görmüşdür. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Evlidir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxs isə onun həyat yoldaşı Xəyalın xalası oğludur. Onlarla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixində o yaşadığı Ağdam rayon Zəngişalı kəndi ərazisindəki evilərində iş görürmüş. Həmin günü yəni, xx.xx.2025-ci il tarixində saat təxminən 18 radələrində evdə olarkən küçədən səs-küy gəldiyini eşitmişdir. Bu zaman o həmin səs-küyün nə olmasını öyrənmək üçün evdən çıxaraq küçəyə doğru hərəkət etmişdir. Küçəyə çıxan zaman həyat yoldaşı Xəyalın ağzından qan axdığını görmüşdür. Bu zaman o Xəyaldan nə baş verdiyini öyrəndikdə Xəyal ona Ruslanla dalaşdığını söyləmişdir. Daha sonra o həyat yoldaşı Xəyalla birlikdə yaşadıqları evə qayıtmışdır. O, hadisə baş verən zaman yaşadığı evdə imiş. Lakin küçədən səs-küy gəldiyini eşitmişdir və nə olduğunu öyrənmək üçün küçəyə doğru çıxmışdır. Və bu zaman Xəylın ağzından qan axdığını görmüşdür. Bundan sonra Xəylan Ruslanın dalaşdıqlarını bilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 191 nömrəli rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üst dodağın sol yarısının və selikli qişasının, sol baldırırn aşağı 1/3-nin bayır səthinin, sol saidin aşağı 1/3-nin sol yan səthinin, sol əlin İ daraq nahiyəsinin arxa səthinin kəsilmiş yaraları deşici – kəsici təsir göstərə bilən alət (alətlər) ola bilsin bıçaq, qarının sağ və sol yan səthinin qançırları, sol baldırın orta 1/3-nin iç yan səthinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 noyabr 2025-ci il tarixli 552 nömrəli arayışından göründüyü kimi Təqsirləndirilən şəxs Ağdam rayonu, Zəngişalı kəndində qeydiyyatda olmaqla yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun bu əməli məhkəmə araşdırması ilə sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməsində təqsirli olması zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş üzrə toplanılmış sübutların, o cümlədən müvafiq ekspertizanın rəylərinin məcmusu ilə təsdiq olunur, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 olmasını və CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməlidir. Sözügedən Qərarın 5.1-ci hissəsinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən /39.1.12/ amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 381-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar