Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-73/2025 12.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Mütəxəssis – Ağdam Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi – Bərdə Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 2005-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Xındırıstan ərazi dairəsinin Yüzbaşılı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının əvvəllərində istintaqa məlum olmayan gün və vaxtda Ağdam rayonu Birinci Yüzbaşılı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətyani sahəsində xx xxxx 2009-cu il təvəllüdlü olmaqla, on altı yaşına çatmayan, habelə aralarındakı yaş fərqinin iki ildən çox olduğu aşkar surətdə ona məlum olduğu halda Zərərçəkmiş şəxs ilə zor tətbiq etmədən, sonuncunun könüllü razılığı ilə yuxarıda qeyd olunan ünvanda təbii və qeyri təbii yolla cinsi əlaqədə olmaqla qəsdən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və qəsdən seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ona 2025-ci ilin iyul ayının 4-5-də sosial şəbəkədə yazaraq tanış olmuşlar. Fatimə təxminən 7-8 gün sonra onu gecə saat 04 radələrində yaşadığı evin həyətinə çağırmışdır. Fatimənin həyətində küçə qapısının yanında təxminən beş dəqiqə qalmış, bir dəqiqə ərzində isə Fatimə ilə həyətdə bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Görüşməyi Fatimə ona təklif edərək onu yaşadığı yerə çağırmış, küçə qapısının qabağında qarşılayıb həyətə dəvət etmişdir. Fatimə ilə təbii yolla cinsi əlaqədə olmamışdır. Fatimə ilə görüşdüyü vaxt sonuncu eyni zamanda əlində olan mobil telefonla başqa oğlanlarla yazışmışdır. Fətimənin yaşadığı evin mətbəxinin işıqları yanarkən Fatimə kiminsə su içməyə getdiyini ona demişdir. Bundan təxminən 16-17 gün sonra gecə saat 04 radələrində Fatimə onun yaşadığı evin həyətinə gəlmiş və orada yenə də Fatimə ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Fatimə onların həyətində təxminən beş dəqiqə olmuşdur. Fatimənin yaşadığı evlə onun yaşadığı evin arasında üç ev var. Fatimənin yaşını soruşmamış və bilməmişdir. Heç kimə, o cümlədən dayısı oğlu Yusifə Fatimənin telefon nömrəsini verməmişdir. Fatimə ilə əlaqədə olduqdan sonra sosial şəbəkəni bağlamış və yeni səhifə açmışdır. Fatimə yenidən onun təzə səhifəsinə yazmışdır. Fatimə onunla əlaqədə olana qədər başqa şəxslərlə də münasibətdə olduğunu ona demişdir. Fatiməni heç kimə satmamış, onunla dostluq münasibəti olmşdur. Zərərçəkmiş şəxslə qeyri təbii yolla cinsi əlaqədə olduğuna görə əməlindən peşmançılıq keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Xudu ilkin olaraq 2025-ci ilin iyul ayında ona sosial şəbəkədə yazmış və onlar tanış olmuşlar. Xudu ona görüşməyi təklif etmiş, o isə razılaşmamışdır. Bundan sonra Xudu onun fotoşəklini taparaq atası Yadigara göstərəcəyi ilə hədələmiş və o, məcbur olaraq Xudunu özünün yaşadığı evin həyətinə çağırmışdır. Xudu onu şantaj etdiyindən məcbur olaraq sonuncu ilə əvvəl təbii, sonra isə qeyri təbii yolla cinsi əlaqədə olmuş və bakirəliyi pozulmuşdur. Birinci əlaqədən təxminən 15-16 gün sonra Xudu yenidən görüşməyi ona təklif etmiş və gecə vaxtı gələrək onu yaşadığı evin həyətinə aparmışdır. Xudunun yaşadığı evin həyətində qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Xudu sosial şəbəkədə yazarkən ona evlənməyi təklif etmişdir. Xudu sonradan onun telefon nömrəsini başqa oğlanlara vermiş və o, həmin üç nəfər oğlanla da cinsi əlaqədə olmuşdur. Xudu onun neçə yaşının olduğunu bilmişdir. Xudu ilə 16 yaşı tamam olmamışdan cinsi əlaqədə olmuşdur. Xudu Məmmədova qarşı şikayətçi olduğunu qeyd etməklə ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində məhkəmədə ifadə verən Qanuni nümayəndə bildirmişdir ki, 2025-ci ilin sentyabr ayında qızı Fatiməni polis əməkdaşları yaşadığı evdən Ağdam Rayon Polis Şöbəsinə aparmışlar. Fatimənin şöbəyə aparılmasına səbəb onun barəsində əxlaqsız video yayılması və üç nəfərlə əlaqədə olması olmuşdur. Fatimənin Xudu və başqaları ilə əlaqədə olmasını polis şöbəsində bilmişdir. Xudu 50 manat müqabilində Fatiməni üç nəfərə satmışdır. Xudu Məmmədova qarşı şikayətçi olduğunu qeyd etməklə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə- Tibbi Ekspertiza və X10» X16 Bərdə rayonlararası ekspertiza şöbəsinin xx.xx.2025-ci il tarixli 250 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, onun qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi vasitəsilə qeyri təbii yolla cinsi əlaqədə olmuş, şüavari büküşlərdə hamarlaşma, sfinktorun tonusunun boşalması, qıfabənzər genişlənmə, arxa keçəcək dəliyində-selikli qişada çapıq toxumaları mütəmadi cinsi əlaqədə olma əlamətləridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X10» X16 Bakı şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli 427 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, onun xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 Gəncə regional ambulator şöbəsinin xx.xx.2025-ci il tarixli 762 saylı rəyindən görünür ki, yaş və intellektual inkişafını nəzərə alaraq Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik müəyyən edilmədi. Məhkəmə-psixatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 Gəncə regional ambulator şöbəsinin xx.xx.2025-ci il tarixli 727 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuş, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmiş, onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmamışdır. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 31.10. 2025-ci il tarixli 1727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. X22 Dispanserinin xx.xx.2025-ci il tarixli 810 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanser müşahidəsində deyil. «Ağdam Rayon Mərkəzi Xəstəxanası» X16 xx.xx.2025-ci il tarixli 18-1-21/3- 3957/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji kabinetdə qeydiyyatda yoxdur. AZ-İİ № 329358 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu ildə anadan olmuş, atası X6, anası Qanuni nümayəndədır. Hazırki cinayət işi üzrə Ağdam Rayon Polis X4 müstəntiqi X3 qəbul etdiyi sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X5, X7 və X12 aid olan hissədə qərəzli və həqiqətə uyğun olmayan ifadə verməsi nəzərə alınmış, X8, X13 və X15 əməllərində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətinin tərkib əlamətləri olmadığından onların barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işinin başlanlması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, bu barədə cinayət işindən material ayrılaraq Ağdam Rayon Prokurorluğuna göndərilmişdir. X1, X13 və X11 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149, 150 və 151-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmiş, bu barədə cinayət işindən material ayrılaraq Ağdam Rayon Prokurorluğuna göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 6(013)-4/2025 saylı qərarının surətindən görünür ki, Ağdam Rayon Polis X4 müstəntiqi X3 qəbul etdiyi cinayət işi üzrə əməlin tövsif olunması və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Firudin qızının şikayəti təmin edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə təbii yolla cinsi əlaqədə olmaması barədə vəsatəti inandırıcı deyil, onun Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olması sonuncunun ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə təsdiq olunmuşdur. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(013)-23/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2025-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsnin ilk dəfə olaraq cinayət törətməsi, təqsirini qismən etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, hazırda 21 yaşının tamam olmaması, istintaq təcridxanasında həbsdə saxlanıldığı dövrdə «sol tərəfli İİ dərəcəli valikosele» diaqnozu təyin edilərək cərrahiyyə əməliyyatı olunması məsləhət görülməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan CM-in 46-cı maddəsinə istinad edilməlidir. Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törətmədiyindən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının məqsədinin vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınması olduğundan, məhkəmə Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-73/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-73/2025
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver