Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-74/2025 13.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Ağdam rayon Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş və məkumluğu ödənilmiş, Ağdam İcra Hakimiyyətində Sahibkarlığın Həmkarlar Komitəsinin sədri vəzifəsində işləyən Ağdam rayonu, Üçoğlan kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Alıbəyli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Ağdam rayonu Ortaqışlaq kəndi ərazisində X4 məxsus fərdi yaşayış evinin qarşısında küçədə bacısı Zərərçəkmiş şəxs ona məxsus olan 14 sot torpaq sahəsini satmasına narazı olmasını əsas gətirərək aralarında şəxsi münasibətlər zamanı yaranmış mübahisə zamanı sağ əli ilə bacısı Zərərçəkmiş şəxs sağ qolunu qəsdən buraraq baş nahiyəsinə bir dəfə yumruqla vurmuş, bundan sonra hər iki əli ilə sonuncunun boğazından tutaraq qəsdən başını həyət qapısının daş hasarına vurmaqla sonuncuya kəllə beyin travması, beyin silkələnməsi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına Yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərərək göstərdi ki, o göstərilən ünvanda yaşayır, ailəlidir. Zərərçəkmiş şəxs bacısıdır, onların arasında ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, Ağdam rayonu Alıbəyli kəndi ərazisində ona məxsus 0,24 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsinin çıxarışı vardır, o həmin torpağa məxsus sənədləri istintaqa təqdim etmişdir. O həmin torpaq sahəsinin bir hissəsini satmaq istəyən zaman bacısı Nərgiz buna mane olmağa çalışmışdır. Buna görə də xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində Ağdam rayon Alıbəyli kəndi ərazisində olan yas mərasiminə getmişdir, məqsədi isə bacısını çağırıb onunla torpağı satmağına mane olmamasını ona bildirmək olmuşdur. Bu məqsədlə yas mərasiminin qarşısında olan zaman bacısı Nərgizin həyat yoldaşı Adili görmüşdür və ondan Nərgizi çağırmasını xahiş etmişdir. Bundan sonra Adil yas mərasimi keçirilən həyətə daxil olmuşdur və bir neçə dəqiqədən sonra Nərgizlə birlikdə geriyə qayıtmışdır. O onların ikisini də avtomobilimə dəvət etmişdir ki, birlikdə yaşadıqları evə getsinlər və orada torpaqla bağlı olan narazıçılığı aradan qaldırsınlar. Bundan sonra onlarla birlikdə idarə etdiyi avtomobillə bacısının yaşadığı evə tərəf hərəkət etmişdir. Yolda avtomobildə olan zaman o Nərgizə nəyə görə torpağı satmağıma narazılıq etdiyini soruşmuşdur və ona demişdir ki, “axı həmin torpaq mənə məxsusdur, sənə məxsus deyildir”. Bu zaman avtomobildə onların arasında sözlü mübahisə yaranmışdır. O avtomobili Nərgizin oğlu Vüqarın evinin qarşısında saxlamışdır və onlar avtomobildən yerə düşmüşdürlər. Bu zaman onların arasında yenidən sözlü mübahisə yaranmışdır və o sağ əli ilə onun biləyindən tutub arxaya tərəf burmuş və bir dəfə yumruqla onun baş nahiyəsinə vurmuşdur. Bundan sonra o əsəbiləşdiyindən Nərgizin boynundan tutaraq onun başını həyət darvazasının daş hasarına vurmuşdur. Bundan sonra o hərəkətlərini dayandırmış və avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisə xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı Ağdam rayonu, Ortaqışlaq kəndi ərazisində küçədə baş vermişdir. Həmin vaxtı orada o, Adil və Nərgiz olmuşdur, başqa heç kim olmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməmişdir. O hadisə zamanı Nərgizə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Törətdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alınmasını və barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır, onların aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bildirmişdir ki, atası X6 2010-cu ildə vəfat etmişdir. X9 vəfat etməmişdən əvvəl ona vəsiyyət edərək demişdir ki, yaşadıqları Alıbəyli kəndi ərazisində hər iki oğlu X3 və X2 adına həyətyanı sahə götürdüyünü bildirmişdir. Bundan sonra atası ona demişdir ki, “həmin həyəti iki qardaşının, yəni Rəfi ilə Mmmədin arasında iki yerə bölürsən və onlara həmin həyətdə evlərini tikdirirsən”. Həmin vaxtı böyük qardaşı Təqsirləndirilən şəxs atası ilə onun məsləhətləşməsindən sonra ata evində qalmışdır. Lakin atası vəfat etməmişdən əvvəl ona demişdir ki, “mən ölsəm imkan vermə ki, qardaşın Tahir həmin torpaqları nə öz adına nədə ki, uşaqlarının adına keçirsin”. Bundan uzun müddət keçdikdən sonra o eşitmişdir ki, qardaşı Tahir mərhum atası İsmayıl tərəfindən digər qardaşları Rəfi və Məmmədə götürdüyü 38 sot həyətyanı sahənin 24 sotunu öz adına keçirmişdir, qalan 14 sotu isə bələdiyyə fonduna boş torpaq sahəsi kimi keçirərək satmaq istəyir. O bunu biləndən sonra həmin bələdiyyə fonduna keçirilmiş 14 sot torpaq sahəsini satmaq istəyən qardaşı Tahirə zəng edərək ona narazılığını bildirmişdir. Bundan bir qədər sonra, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində o kənd ərazisində olan yas mərasimində iştirak edən zaman həyat yoldaşı Şahid onu çağırmışdır və demişdir ki, qardaşın Tahir səni çağırır. Bundan sonra o yas mərasimindən çıxmışdır. Bundan sonra o əri Adillə birlikdə qaraşı Tahirə məxsus Mersedes markalı, nömrəsini xatırlamadığım avtomobilə əyləşmişdirlər. Bundan sonra onlar birlikdə avtomobillə getmişdirlər. Həmin vaxtı qardaşı Tahir onunla avtomobildə sözlü mübahisə edərək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra Tahir avtomobili oğlu Vüqarın evinin qarşısında saxlamışdır, mən avtomobildən yerə düşçüş və Tahirə demişdir ki, “sən həmin torpağı sata bilmərsən, həmin torpaq qardaşlarıma məxsusdur”. Bu zaman Tahir sağ əli ilə onun sağ qolunu tutaraq arxaya tərəf burmuşdur, sonra isə sol əli ilə başının orta hissəsinə yumruqla vurmuşdur. Bundan sonra Tahir onun boğazından iki əli ilə tutaraq boğmuşdur və onun başını oğlu Vüqarın həyətinin giriş qapısının hasarına vurmuşdur. Həmin vaxtı orada olan əri Şahid onu güclə Tahirin əlindən almışdır və ona demişdir ki, “sən neyniyirsən, niyə bunu belə döyürsən”. Həmin vaxtı orada əri Adil, o və qardaşı Tahir olmuşdur. Onlardan başqa orada heç kim olmamışdır. Hadisə nəticəsində baş nahiyəsindən xəsarətlər almışdır. Hadisə xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı Ağdam rayonu, Ortaqışlaq kəndi ərazisində küçədə baş vermişdir. Həmin vaxtı orada əri Adil, o və qardaşı Tahir olmuşdur, başqa orada heç kim olmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməmişdir. Bildirmişdir ki, o həmin vaxtı həyəcanlı olduğundan fikrini düzgün bildirməmişdir, lakin hazırda verdiyi ifadəsi doğrudur, hazırki ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və məhkəmədən təqsirləndirilən şəxsə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır, onların arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qaynı Tahir ona yoldaşı Nərgizi kənd ərazisində olan yas mərasimindən çölə çağırmasını bildirmişdir. O da onun bu sözünə görə Nərgizi çağırmışdır və demişdir ki, “qardaşın Tahir səni çağırır”. Bundan sonra onlar yas mərasimindən çıxmışdırlar. Bundan sonra arbvadı Nərgizlə birlikdə qaynı Tahirə məxsus Mersedes markalı, nömrəsini xatırlamadığı avtomobilə əyləşmişdirlər. Bundan sonra onlar birlikdə avtomobillə getmişdirlər. Həmin vaxtı qaynı Tahir Nərgizlə avtomobildə sözlü mübahisə edərək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra Tahir avtomobili oğlu Vüqarın evinin qarşısında saxlamışdır və onlar avtomobildən yerə düşmüşdürlər. Həmin vaxtı Nərgiz qardaşı Tahirə demişdir ki, “sən həmin torpağı sata bilmərsən, həmin torpaq qardaşlarıma məxsusdur”. Bu zaman Tahir sağ əli ilə Nərgizin sağ qolunu tutaraq arxaya tərəf burmuşdur, sonra isə sol əli ilə Nərgizin başının orta hissəsinə yumruqla vurmuşdur. Bundan sonra Tahir Nərgizin boğazından iki əli ilə tutar boğmuş və onun başını oğlu Vüqarın həyətinin giriş qapısının hasarına vurmuşdur. Həmin vaxtı o arvadı Nərgizi güclə Tahirin əlindən almışdır və ona demişdir ki, “sən neynyirsən, niyə bunu belə döyürsən”. Həmin vaxtı orada o, arvadı Nərgiz və qaynı Tahir olmuşdur. Onlardan başqa orada heç kim olmamışdır. Hadisə nəticəsində o xəsarət almamışdır. Hadisə yaşadıqları Ağdam rayonu, Ortaqışlaq kəndi ərazisində küçədə baş vermişdir. Həmin vaxtı orada o, arvadı Nərgiz və qaynı Tahir olmuşdur. Onlardan başqa orada heç kim olmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 264 nömrəli rəyində göstərilmişdir ki, Vət.Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – kəllə beyin travması, beyin silkələnməsi küt əşya təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddirlər. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 03 dekabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1 və 62-ci maddələri ilə təqsirli bilinərək 02 il islah işləri - 20% cəzasına məhkum edilmiş, cəzası tam başa şatmışdır. -Ağdam rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 5/2006 nömrəli məktubda göstərilmişdir ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 182.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. -Cinayət işinə əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Üçoğlan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 sentyabr 2025-ci il tarixli 673 nömrəli arayışından göründüyü kimi üzrə Təqsirləndirilən şəxs Ağdam rayon Üçoğlan ərazi dairəsi üzrə nümayəndəliyinin Alıbəyli kəndində qeydiyyatda olmaqla yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir, onun bu əməli məhkəmə araşdırması ilə sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməsində təqsirli olması zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş üzrə toplanılmış sübutların, o cümlədən müvafiq ekspertizanın rəylərinin məcmusu ilə təsdiq olunur, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməlidir. Həmin Qərarın 1.14-cü bəndinə görə bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Sözügedən Qərarın 5.1-ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən /39.1.12/ amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 381-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14-cü və 5.1-ci bəndlərinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 110 manat pul ödənilsin və həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-74/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-74/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver