Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-75/2025 17.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs X6, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə rayonu Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkum olunmuş və amnistiya qərarı əsasında məhkumluğu götürülmüş, Bərdə rayonu Kələntərli ərazi nümayəndəsinin Qasımbəyli kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 11 iyun 2025-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Alaçadırlı kəndində qonaq qismində qaldığı Zərərçəkmiş şəxs1 yaşadığı evin giriş hissəsində yerləşən otağın divarından asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus pencəyin saxlanc yeri hesab olunan içəri tərəfində sinə hissəsində yerləşən cibindən 300 manat nağd pulu, stolun üzərində olan 250 manat dəyərində 01 ədəd “Redmi Note 14” markalı, **********10461 və **********10479 İMEİ kodlu mobil telefonu, 270 manat dəyərində 01 ədəd “Samsung Galaxy” markalı, İMEİ kodu istintaqla müəyyən edilə bilinməyən mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 820 (səkkiz yüz iyirmi manat) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci ilin iyul ayının 27-də saat 00:30 radələrində Ağdam rayonu Mahrızlı kəndinə gələrək vətəndaş Zərərçəkmiş şəxs2 həmin kənddə yerləşən “SAF MART” gündəlik tələbat malları mağazasının arxa tərəfində yerləşən pəncərəsinin şüşəsini istintaqa məlum olmayan alətlə fiziki güc tətbiq etməklə qırıb həmin yerdən əlini uzadıb plastik pəncərəni açıb saxlanc yeri hesab olunan mağazanın içərisinə daxil olduqdan sonra həmin mağazanın giriş hissəsindən sağda yerləşən stolun alt hissəsində döşəmə üzərində şüşə bankada saxlanılan 450 manat pulu, həmin stolun üzərində olan sarı rəngli plastik qabda və həmin stolun alt hissəsində dolabın içərisində on bir ədəd sellofan torbalarda saxlanılan ümumilikdə 1435 manat məbləğində qəpikləri, həmin dolabda saxlanılan Azercell mobil operatoruna aid 7 ədəd on manatlıq danışıq kartlarını, 40 ədəd beş manatlıq danışıq kartlarını, 50 ədəd üç manatlıq danışıq kartlarını, 100 ədəd iki manatlıq danışıq kartlarını, 300 ədəd bir manatlıq danışıq kartlarını, Bakcell mobil operatoruna aid 10 ədəd üç manatlıq danışıq kartlarını, 20 ədəd iki manatlıq danışıq kartlarını, 20 ədəd bir manatlıq danışıq kartlarını, Azerfon mobil operatoruna aid 5 ədəd beş manatlıq danışıq kartlarını, 20 ədəd iki manatlıq danışıq kartlarını, eləcə də, həmin stolun üzərində saxlanılan 140 manat dəyərində 01 ədəd “Redmi Note 10” markalı, İMEİ kodu istintaqla müəyyən edilə bilinməyən mobil telefonu, 120 manat dəyərində 01 ədəd “Samsung Galaxy A12” markalı, İMEİ kodu **********10130 və **********10130 olan mobil telefonu, həmçinin həmin hissədə yerləşən şüşə vitrinin yuxarı hissəsində saxlanılan 46 manat pulu, həmin şüşə vitrində, eləcə də, mağazanın digər higər hissəsində vitrində saxlanılan 1 ədədi 4,1 manat dəyərində olmaqla 200 qutu “Kent” markalı siqareti, 1 ədədi 2,9 manat dəyərində olmaqla 160 qutu Palmall markalı siqareti, 1 ədədi 2,8 manat dəyərində olmaqla 40 qutu Rothmans markalı siqareti, 1 ədədi 2,8 manat dəyərində olmaqla 100 qutu X7 markalı siqareti, 1 ədədi 2,9 manat dəyərində olmaqla 100 qutu Winchester markalı siqareti, 1 ədədi 2,4 manat dəyərində olmaqla 60 qutu Vikeroy markalı siqareti, 1 ədədi 4,4 manat dəyərində olmaqla 240 qutu Sobranie markalı siqareti, 1 ədədi 3,9 manat dəyərində olmaqla 240 qutu Winston markalı siqareti, 1 ədədi 3,6 manat dəyərində olmaqla 80 qutu LD markalı siqareti, 1 ədədi 2,7 manat dəyərində olmaqla 60 qutu Classik markalı siqareti, 1 ədədi 2,5 manat dəyərində olmaqla 120 qutu Magna markalı siqareti, 1 ədədi 2,4 manat dəyərində olmaqla 40 qutu Vegas markalı siqareti, 1 ədədi 2,2 manat dəyərində olmaqla 10 qutu Argo markalı siqareti, 1 ədədi 2,4 manat dəyərində olmaqla 10 qutu Bakı markalı siqareti , 1 ədədi 2.7 manat dəyərində olmaqla 10 qutu West markalı siqareti, 1 ədədi 2,3 manat dəyərində olmaqla 20 qutu Kingston markalı siqareti, 1 ədədi 2,3 manat dəyərində olmaqla 80 qutu Prima markalı siqareti, 1 ədədi 4,2 manat dəyərində olmaqla 60 qutu Dunhill markalı siqareti, 1 ədədi 2,4 manat dəyərində olmaqla 80 qutu BlackJack markalı siqareti və 1 ədədi 4,2 manat dəyərində olmaqla 40 qutu “Neo” markalı xüsusi aparat siqaretini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 9129 (doqquz min yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla qəsdən təkrarən xeyli miqdarda oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Bərdə rayonu Kələntəli ərazi nümayəndəliyinin Qasımbəyli kəndində daimi qeydiyyatda olsa da, təxminən 2020-ci ildən Ağdam rayonu Qaradağlı kəndində yaşayır. Belə ki, həmin ildən Ağdam rayonu Qardağlı kəndində yaşayan X3 ilə qeyri rəsmi olaraq ərarvad münasibətində olmaqla sonuncunun anası X4 məxsus evdə birgə yaşamışlar. Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, həmin şəxslə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Əvvəllər Zərərçəkmiş şəxs1 ilə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində birlikdə kirayədə yaşamış, həmin vaxtdan aralarında yaxşı münasibət olmuşdur. 10 iyun 2025-ci il tarixdə axşam saatlarında Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində dəmir yoluna yaxın yerdə Sabrəddini görüb sonuncuyla görüşüb söhbət etmişdir. Söhbət əsnasında Sabrəddin qalmağa evinin olmadığını bilib onu evinə dəvət eləmiş, həm də ona mobil telefon vasitəsilə “Azpulmat” sosial şəbəkəsi vasitəsilə kredit götürməyini bildirmişdir. O, sonuncuyla birlikdə Sabrəddinin Bərdə rayonu Alaçadırlı kəndində yaşadığı evə getmiş və orada yemək yeyəndən sonra orada gecələmişdir. 11 iyun 2025-ci il tarixdə saat 11 radələrində Sabrəddinə məxsus Redmi Note markalı mobil telefon vasitəsilə “Azpulmat” onlayn kredit şəbəkəsinə daxil olub kredit götürmək istəmiş, lakin həmin krediti götürə bilməmişdir. Həmin vaxt Sabrəddin su almaq üçün mağazaya getmiş, Sabrəddinin arvadı Cəmilə isə həyətdə olmuşdur. O, Sabrəddinin olmadığını və Cəmilənin başı qarışdığı üçün mobil telefonları oğurlamaq qərarına gəlmişdir. Sabrəddinin yaşadığı evin həyətində olan stolun üzərindən 01 ədəd Redmi Not markalı mobil telefonu və 01 ədəd Samsung markalı mobil telefonu, yaşayış evinin giriş hissəsində divara asılmış kişi üst geyiminin içəri tərəfində yerləşən sol döş cibindən isə 300 manat nağd pulu oğurlayıb cibinə qoymuş və oradan çıxıb getmişdir. Bundan sonra o, Bakı şəhərinə gedərək orada 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxslərə Redmi markalı mobil telefonu 110 manat pula, “Samsung” markalı mobil telefonu 20 manat pula oradan yol keçən şəxslərə satmışdır. O, həmin mobil telefonların satışından əldə etdiyi pulları, eləcə də, oğurladığı 300 manat pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində o, Ağdam rayonu Qaradağlı kəndində yaşadığı evdən çıxıb Ağdam rayonu Mahrızlı kəndində yerləşən, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus “SAF MART” adlanan mağazadan oğurluq etmək məqsədilə həmin mağazanın yerləşdiyi əraziyə getmişdir. Həmin mağazanın bağlı olduğunu, həmçinin mağazanın ətrafında heç kimin olmadığını görüb mağazanın arxa tərəfində yerləşən pəncərədən mağazaya daxil olmağı qərara almışdır. Mağazanın yan tərəfində yerləşən bir ədəd dəmir çənin üzərindən dəmir parçası götürüb həmin mağazanın arxa tərəfinə keçmişdir. O, həmin mağazanın arxa tərəfində yerləşən pəncərəyə qalxıb pəncərənin şüşəsini əlində olan dəmir əşya ilə qırıb daha sonra əlini içəri salıb həmin pəncərəni açmışdır. Bundan sonra həmin pəncərədən mağazaya daxil olub orada satıcı piştaxtasının yanında şüşədə olan müxtəlif sayda və markada olan çoxlu sayda siqaret qutularını piştaxtanın kənarından götürdüyü beş ədəd göy rəngli sellofan torbalara yığmışdır. Eyni zamanda həmin siqaretlərdən yuxarıda saxlanılan bir ədəd iyirmi manatlıq, bir ədəd beş manatlıq və bir ədəd bir manatlıq əskinaslardan ibarət iyirmi altı manat pulu da, götürüb şalvarının arxa sağ cibinə qoymuşdur. Orada döşəmənin üzərində olan şüşə bankanın qapağını açıb həmin bankanın içərisində bir manatlıq əskinaslardan ibarət altmış səkkiz manat pulu da, götürüb şalvarının arxa sağ cibinə qoymuşdur. Daha sonra satıcı piştaxtasının üzərində kapron qutuda olan qəpikləri bir ədəd göy rəngi sellofana yığmışdır. Həmçinin orada olan mobil operatorlara aid danışıq kartlarını da, həmin göy rəngli sellofana yığmışdır. Bundan başqa satıcı piştaxtasının yaxınlığında olan iki ədəd mobil telefonu da, götürüb şalvarının arxa sol cibinə qoymuşdur. Daha sonra mağazanın içərisində meyvə-tərəvəz bölməsindən bir ədəd ağ rəngli sintetik kisə götürüb siqaretlər olan vitrindən həmin kisəyə də, müxtəlif sayda və markada olan çoxlu sayda siqaret qutuları yığmışdır. Daha sonra həmin əşyaların hamısını mağazaya daxil olduğu pəncərənin yanına daşımışdır. Eyni zamanda viskilər olan bölmədən üç ədəd müxtəlif adda və ölçüdə viski götürüb həmin pəncərənin yaxınlığında vitrinə qoymuşdur. Daha sonra mağazadan götürdüyü kəndiri sellofan torbalara bağlayıb həmin torbaları kəndirlə mağazadan çöl tərəfə aşağıya sallamışdır. Daha sonra onsuz da, kifayət qədər əşya və pul oğurladığını düşünüb, artıq şey aparmaq istəmədiyindən sintetik kisəni və viskiləri mağazada qoyub pəncərədən çıxıb mağazanı tərk etmişdir. O, mağazadan çıxdıqdan sonra əlində sellofan torbalarla yaxınlıqdakı asfalt yola çıxıb gözləmişdir. Bir qədər sonra Ağdam rayonu Rzalar kəndi istiqamətindən bir ədəd qəhvəyi rəngli “Vaz-2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmiş, həmin avtomobilə əl eləmiş və avtomobil ona çatdıqda dayanmışdır. Həmin avtomaşının sürücüsü olan orta yaşlı kişi ondan hara getdiyini soruşduqda o, Ağdam rayonu Quzanlı qəsəbəsinə gedəcəyini bildirmişdir. Həmin şəxs Ağdam rayonu Quzanlı qəsəbəsinə gedəcəyini bildirdikdən sonra o, avtomobilə əyləşmişdir. Ağdam rayonu Quzanlı qəsəbəsinə çatdıqda o, həmin sürücüyə iki manat pul verib avtomobildən düşmüşdür. Daha sonra Ağdam rayonu Quzanlı qəsəbəsindən Bakı şəhərinə gedən “Mercedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı, metal rəngli, orta yaşlı kişi cinsli şəxsin idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişdir. Bakı şəhərində “Şamaxı dairəsi” adlanan yerdə avtomobildən düşüb “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən mobil telefon alışı və satışı mağazalarına girib oğurladığı mobil telefonları təqdim edərək həmin mobil telefonların özümə məxsus olduğunu söyləyib satmaq istədiyini bildirmişdir. Həmin mağazalarda ondan şəxsiyyət vəsiqəsini tələb etdiklərindən o, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Daha sonra isə oğurlamış olduğu “Samsung A12” markalı mobil telefonu orada xatırlamadığı şəxsə 45 manat müqabilində satmışdır. Oğurlamış olduğu digər mobil telefonu isə işləmədiyi üçün və satmaq mümkün olmadığından “20 Yanvar” metrostansiyasının yaxınlığında xatırlamadığı yerdə tullamışdır. Bundan sonra oradan tanımadığı taksi ilə 8-ci kilometr bazarı adlanan yerə getmişdir. Oğurlamış olduğu siqaret qutularını 8-ci kilometr bazarının girişində yerləşən köşkün satıcısına 40 ədəd X7 markalı siqaret qutusu sataraq həmin şəxsdən 50 manat pul almışdır. Daha sonra bazarın digər tərəfinə gedib orada yaşayış binasının altında yerəşən köşkün satıcısına xatırlamadığı sayda “Rothmans”, “Palmall” və “Kent” markalı siqaretlər satıb həmin şəxsdən 215 manat pul almışdır. Həmçinin həmin şəxsə 28 manat müqabilində 8 ədəd beş manatlıq sim kart danışıq kartı satmışdır. Bundan sonra 8-ci kilometr bazarının içərisində yerləşən digər bir köşkə gedib həmin köşkdəki satıcıya xatırlamadığı sayda “LD”, “Sobranie” “Palmall” və “Kent” markalı siqaretlər satıb həmin şəxsdən 310 manat pul almışdır. Daha sonra o, oğurladığı siqaretlərdən qalan ümumilikdə 02 qutu “Vegas” və 06 qutu “Dunhill” markalı siqaretləri “20 Yanvar” metrostansiyasının yaxınlığında səkidə dayanaraq gəlib-gedən şəxslərə satmışdır. O, oğurlamış olduğu qəpikləri müxtəlif mağazalarda kağız əskinaslara çevirmişdir, həmin qəpiklər təxminən 105 manat məbləğində olmuşdur. O, oğurlamış olduğu qəpik və kağız pulları, eləcə də, oğurladığı mobil telefonu, danışıq kartlarını və siqaretləri sataraq əldə etdiyi pulları yemək, siqaret xərclərinə və özünə köynək, şalvar və ayaqqabı almağa xərcləmişdir. O, iyul ayının 27 və 28-i tarixlərində Bakı şəhərində qaldıqdan sonra 29 iyul 2025-ci il tarixdə yaşadığı Bərdə rayonu Qasımbəyli kəndinə gəlmişdir. O, törətmiş olduğum oğurluq hadisəsini təkbaşına törətmiş və həmin oğurluq niyyəti barədə əvvəlcədən heç kimə heç nə deməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 məxsus mağazadan xatırlamadığı markada və sayda siqaret qutuları, mobil operatorlara aid danışıq kartları, iki ədəd mobil telefon, təxminən 105 manat məbləğində qəpik, siqaretlərin saxlandığı şüşə vitrinin üzərindən 26 manat kağız pul, şüşə bankadan 68 manat kağız pul oğurlamışdır. Eyni zamanda oğurladığı qəpiklərin bir qismi o, mağazanın pəncərəsindən çıxdıqdan sonra yerə tökülsə də, o, həmin qəpikləri yığmamışdır. O, şübhəli şəxs qismində ifadə verərkən oğurladığı qəpiklərin sayını fərqli desə də, sonradan xatırlamışdır ki, həmin qəpikləri manata çevirərkən ümumilikdə 105 manat təşkil etmişdir. Onun həmin marketdən oğurladığı əşyaların və pulların ümumilikdə dəyəri təxminən üç min beş yüz manat təşkil etmişdir. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı həddən artıq yüksək deyir. O, ifadəsinin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs2 məxsus marketdən oğurladığı mobil telefonlardan bir ədədini Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alışı və satışı mağazasına satdığını bildirsə də, həmin vaxt mobil telefon mağazasında ondan şəxsiyyət vəsiqəsi tələb olunduğundan, şəxsiyyət vəsiqəsi isə üzərində olmadığından mobil telefonu mağazaya deyil, oradan keçən tanımadığı şəxsə satmışdır. O, şəxsiyyət vəsiqəsinin harada olduğunu unutduğundan onu istintaqa təqdim edə bilməmişdir. Onun daimi yaşayış yeri Bərdə rayonu Kələntərli ərazi nümayənəsinin Qasımbəyli kəndi göstərilsə də, o, Ağdam rayonu Qaradağlı kəndində də, yaşamışdır. Həmçinin o, 2025-ci ilin martiyul ayları ərzində Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik pul qarşılığında kirayə yaşayaraq işləmişdir. O, özünü konkret olaraq Zərərçəkmiş şəxs1 evindən mobil telefonları və Sabrəddinə məxsus üst geyiminin cibindən pul oğurlamaqda, eləcə də, Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab olunan mağazaya daxil olub oradan oğurluq etməkdə təqsirli bilsə də, həmin oğurluq hadisəsi nəticəsində mağazaya dəymiş ziyanın xeyli miqdarda olması ilə razı deyil və həmin hissə üzrə ona elan olunmuş ittihamla razı deyildir. O, saxlanılarkən və ya oğurluq cinayət əməli törətməyini etiraf etməsi üçün işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamış, ona qarşı heç bir təzyiq olmamış, o, əməlini könüllü olaraq etiraf etmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Alaçadırlı kəndinə qeyri rəsmi olaraq ailə həyatı qurduğu X5 məxsus evdə yaşayır. O, əvvəllər Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi evlərdən birində kirayənişin kimi yaşamış və həmin vaxtlarda Təqsirləndirilən şəxs ilə bir evdə yaşamışlar. Təqsirləndirilən şəxsla aralarında əvvəllər düşmənçilik və ədavət olmamışdır, sonunla aralarında dostluq münasibəti olmuşdur. 10 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Bərdə şəhərində görüşmüş və söhbət etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs qalmağa yerinin olmadığını bildirmiş və o, Racivi yaşadığı evə dəvət etmişdir. Bu səbəbdən 10 iyun 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixə keçən gecə Raciv onun yaşadığı evdə qalmışdır. Sabahısı gün, yəni 11 iyun 2025-ci il tarixdə səhər saatlarında arvadı Cəmilə həyətdə paltar yuyarkən o, su almaq üçün mağazaya getmişdir. Həmin vaxt Raciv evdə tək qalmışdır. O, həmin gün saat 11 radələrində yaşadığı evə qayıtmışdır. Evə gələndə Racivin evdə olmadığını görmüşdür. X9 harada olmasını soruşmuşdur. Arvadı da, Racivin harada olmasını bilmədiyindən o, yaşadığı evə keçmişdir. Orada stolun üzərinə qoyduğu özünə məxsus olan “Redmi Not 14” markalı, İMEİ kodu **********10461 və **********10479 olan mobil telefonun, ona məxsus olmaqla arvadı Cəmilənin istifadə etdiyi İMEİ kodunu bilmədiyi Samsung Galaxy markalı mobil telefonun, həmçinin divardan asılmış olan ona məxsus pencəyinin içəri tərəfində sol sinə hissəsində yerləşən cibində saxladığı 300 manat pulun da, orada olmadığını görmüşdür. O, həmin vaxt Racivin oğurluq etməsindən şübhələnmiş və özünə məxsus mobil nömrələrə zəng etsə də, zəng çatmamışdır. Buna görə də, o, Bərdə rayon Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, onun yaşadığı evdən oğurluq 11 iyun 2025-ci il tarixdə saat 11 radələrində olmuşdur. Yaşadığı evdən ona məxsus təxminən 300 manat dəyərində 01 ədəd “Redmi Not 14” markalı, İMEİ kodu **********10461 və **********10479 olan mobil telefon, ona məxsus olmaqla arvadı Cəmilənin istifadə etdiyi təxminən 400 manat dəyərində olan, İMEİ kodunu bilmədiyim “Samsung Galaxy” markalı mobil telefon, həmçinin divardan asılmış olan ona məxsus pencəyin içəri tərəfində sol sinə hissəsində yerləşən cibində saxladığı 300 manat pul oğurlanmışdır. O, arvadı Cəmilənin istifadəsində olmaqla özünə məxsus olan “Samsung Galaxy” markalı mobil telefonun İMEİ kodunu bilmir və üzərindən xeyli vaxt keçdiyindən həmin mobil telefonun üzərində olan nömrəni xatırlamır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir və qanuna müvafiq hökm çıxarılmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Mahrızlı kəndində yerləşən özünə məxsus “SAF MART” gündəlik tələbat malları mağazasında eyni zamanda satıcı kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində işlədiyi mağazanın çöl qapısını dəmir qıfıl ilə bağlayıb Ağdam rayonu Mahrızlı kəndi ərazisində yerləşən yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 06:30 radələrində mağazanın qapısını açıb içəri daxil olduqdan sonra mağazanın arxa tərəfdən ikinic pəncərəsinin qırılıb açıldığını görmüşdür. O, mağazada vitrinlərə və kassaya nəzər yetirdikdə mağazanın siqaretlər olan vitrinindən müxtəlif sayda və markada siqaretlərin, həmçinin kassa aparatının yaxınlığında vitrinə qoyulmuş 46 manat pulun, kassa aparatının alt hissəsində imkansız şəxsə yardım məqsədilə toplanan və şüşə bankada saxlanılan 450 manat pulun, kassa aparatının yaxınlığında kağız qutularda olan on bir ədəd sellofan torbalarda saxlanılan ümumilikdə 1435 manat məbləğində qəpiklərin, Azercell, Bakcell və Azerfon mobil operatorlarına məxsus danışıq kartlarının, eləcə də, kassa aparatının yaxınlığında saxlanılan və özünə məxsus olan iki ədəd mobil telefonun oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, özünə məxsus olan mağazadan oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Ağdam rayon Polis Şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, onun mağzasında siqaretlər olan vitrindən təxminən 820 manat dəyərində 200 qutu “Kent” markalı, 464 manat dəyərində 160 qutu “Palmall” markalı, 116 manat dəyərində 40 qutu “Rothmans” markalı, 290 manat dəyərində 100 qutu X7 markalı, 290 manat dəyərində 100 qutu “Winchester” markalı, 150 manat dəyərində 60 qutu “Vikeroy” markalı, 1104 manat dəyərində 240 qutu “Sobranie” markalı, 936 manat dəyərində 240 qutu “Winston” markalı, 296 manat dəyərində 80 qutu LD markalı, 162 manat dəyərində 60 qutu “Classik” markalı, 300 manat 120 qutu “Magna” markalı, 100 manat dəyərində 40 qutu “Vegas” markalı, 23 manat dəyərində 10 qutu “Argo” markalı, 23 manat dəyərində 10 qutu “Bakı” markalı, 27 manat dəyərində 10 qutu “West” markalı, 50 manat dəyərində 20 qutu “Kingston” markalı, 200 manat dəyərində 80 qutu “Prima” markalı, 252 manat dəyərində 60 qutu “Dunhill” markalı, 200 manat dəyərində 80 qutu “BlackJack” markal siqaretlərin, 168 manat dəyərində 40 qutu “Neo” markalı aparat siqaretin, həmçinin kassa aparatının yaxınlığında vitrinə qoyulmuş 46 manat pulun, kassa aparatının alt hissəsində imkansız şəxsə yardım məqsədilə toplanan və şüşə bankada saxlanılan 450 manat pulun, kassa aparatının yaxınlığında kağız qutularda olan on bir ədəd sellofan torbalarda saxlanılan ümumilikdə 1435 manat məbləğində qəpiklərin, Azercell mobil opratoruna aid 7 ədəd on manatlıq danışıq kartları, 40 ədəd beş manatlıq danışıq kartları, 50 ədəd üç manatlıq danışıq kartları, 100 ədəd iki manatlıq danışıq kartları, 300 ədəd bir manatlıq danışıq kartları, Bakcell mobil operatoruna aid 10 ədəd üç manatlıq danışıq kartları, 20 ədəd iki manatlıq danışıq kartları, 20 ədəd bir manatlıq danışıq kartları, Azerfon mobil operatoruna aid 5 ədəd beş manatlıq danışıq kartları, 20 ədəd iki manatlıq danışıq kartlarının, eləcə də, kassa aparatının yaxınlığında saxlanılan və özünə məxsus olmaqla içərisində “C1 satış proqramı” olan 150 manat dəyərində 01 ədəd “Redmi Note 10” markalı, İMEİ kodunu bilmədiyi mobil telefonun, bundan başqa içərisində satış üçün proqramları olan və 01 ədəd 150 manat dəyərində olmaqla içərisində 600 manat dəyərində proqramlar yüklənmiş olan “Samsung Galaxy A12” markalı, İMEİ kodunu bilmədiyi, 051 *** ** ** saylı mobil nömrə ilə işləyən mobil telefon oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona təxminən 10000(on min) manata yaxın məbləğdə maddi ziyan vurulmuşdur. Həmçinin oğurluq hadisəsi zamanı mağazasının şüşəsi də, yararsız hala salınmışdır ki, bunun da nəticəsində ona əlavə olaraq 25 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir və qanuna müvafiq hökm çıxarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin iyul ayının əvvəllərindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən köşkdə siqaret, sərinləşdirici içkilər, danışıq kartları və s. satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncuyla heç bir düşmənçilik və ədavəti olmamışdır. 2025-ci ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi köşkə yaxınlaşaraq özünün köşk işlətdiyini, hazırda həmin köşkün bağlandığını, odur ki, təcili olaraq siqaret və danışıq kartlarını satdığını bildirmişdir. O, həmin şəxsdən “Palmall” və “Sobranie” markalı olmaqla dəqiq xatırlamadığı sayda qutularda siqaretlər almışdır. O, həmin siqaret qutularına görə Təqsirləndirilən şəxs 215 manat pul ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Azercell” mobil operatoruna aid 8 ədəd beş manatlıq danışıq kartları almışdır. Həmin danışıq kartlarına görə 28 manat pul ödəmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı siqaret qutularının və danışıq kartlarının oğurluq yolla əldə olunmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs almış olduğu 8 ədəd beş manatlıq sim kartları özünə aid 050 *** ** ** saylı mobil nömrəyə yüklədiyi üçün, eləcə də, siqaret qutularını satdığı üçün təqdim edə bilmir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ildən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən köşkdə siqaret satışı ilə məşğul olur. Bərdə rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2025-ci ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi köşkə yaxınlaşaraq ona özünün köşk işlətdiyini, hazırda həmin köşk bağlandığı üçün siqaretləri təcili satmalı olduğunu bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs gündəlik alış qiymətlərindən cüzi aşağı qiymətə olmaqla təxminən 40 qutu “Kent” və “Sobranie” markalı siqaretlər götürmüşdür. Bunun müqabilində Təqsirləndirilən şəxs 210 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ona satdığı siqaret qutularının oğurluq yolla əldə olunmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs almış olduğu siqaretlər satıldığından həmin siqaretləri təqdim edə bilmir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında yerləşən köşkdə siqaret satışı ilə məşğul olur. Bərdə rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxslə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2025-ci ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi köşkə yaxınlaşaraq ona özünün köşk işlətdiyini, hazırda həmin köşk bağlandığı üçün siqaretləri özünün təcili satmalı olduğunu bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs gündəlik alış qiymətlərindən bir qədər aşağı qiymətə olmaqla təxminən 50 manat ödəməklə hərəsindən bir qədər olmaqla təxminən 30 qutu “West”, “Vegas” və “Prima” markalı siqaretlər almışdır. O, Təqsirləndirilən şəxs ona satdığı siqaret qutularının oğurluq yolla əldə olunmasını bilməmişdir. O, həmin siqaret qutularını satdığı üçün onları təqdim edə bilmir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -“Price Consulting MMC”nin ƏQ-0055/2025 nömrəli rəyindən görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Redmi Note 14” markalı mobil telefonun dəyəri 250 manat, “Samsung Galaxy” markalı mobil telefonun dəyəri isə 270 manat olmaqla həmin mobil telefonların ümumilikdə real dəyəri 520(beş yüz iyirmi) manat təşkil edir. -“Price Consulting MMC”nin ƏQ-0075/2025 nömrəli rəyindən görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurlanmış 200 qutu “Kent” markalı siqaret 820 manat, 160 qutu “Palmall” markalı siqaret 464 manat, 40 qutu “Rothmans” markalı siqaret 112 manat, 100 qutu X7 markalı siqaret 280 manat, 100 qutu “Winchester” markalı siqaret 290 manat, 60 qutu “Vikeroy” markalı siqaret 144 manat, 240 qutu “Sobranie” markalı siqaret 1056 manat, 240 qutu “Winston” markalı siqaret 936 manat, 80 qutu “LD” markalı siqaret 288 manat, 60 qutu “Classik” markalı siqaret 162 manat, 120 qutu “Magna” markalı siqaret 300 manat, 40 qutu “Vegas” markalı siqaret 96 manat, 10 qutu “Argo” markalı siqaret 22 manat, 10 qutu “Bakı” markalı siqaret 24 manat, 10 qutu “West” markalı siqaret 27 manat, 20 qutu “Kingston” markalı siqaret 46 manat, 80 qutu “Prima” markalı siqaret 184 manat, 60 qutu “Dunhill” markalı siqaret 252 manat, 80 qutu “Black Jack” markalı siqaret 192 manat, 40 qutu “Neo” markalı xüsusi aparat siqareti 168 manat, 01 ədəd “Redmi Note” markalı mobil telefon 140 manat, 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun dəyəri 120 manat təşkil etmişdir. -Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1126 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Kələntərli ərazi nümayəndəliyinin Qasımbəyli kəndində qeydiyyatda olsa da, harada yaşaması barədə məlumat yoxdur. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 18 gün müddətində 20% islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. -Ağdam Rayon Məhkəməsinin 4(013)-19/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qət imkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 avqust 2025-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin onlara istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də onu həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəza çəkmə müəssində çəkməli, cəza çəkməsinin əvvəli 02 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd edilən cəza növünü seçərkən təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli 02 avqust 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunsun. X7 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 110 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-75/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-75/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver