Məhkəmə qərarları › İş №1(013)-76/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-76/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-76/2025 13.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağdam Rayon Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 övladı olan, işləməyən, məhkumluğu olmayan, Ağdam rayon Şıxbabalı kəndində qeydiyyatda olmaqla, rayonu X4, ev 71 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23-00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında arvadı Zərərçəkmiş şəxs anası Şahid ilə mübahisə etməsinə əsəbləşdiyindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı mətbəx otağında masanın üzərindən götürdüyü kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs 4 dəfə zərbə endirərək sonuncuya sol bazunun orta 1/3-nin bayır səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının ön qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarxası nahiyyəsinin sağ süd vəzinin aşağı səthinin deşilmiş-kəsilmiş yaraları, sağ saidin orta 1/3-nin arxa səthinin cızığı, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ diz oynağının iç yan səthinin qançırları, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onunla 2019-cu il tarixdən ailə həyatı quraraq birgə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları var. Əvvəllər aralarında tez-tez ailədaxili münaqişələr baş vermişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 22- 00 radələrində Quzanlı qəsəbəsində yerləşən Aygünlə birlikdə yaşadığı evə gəlmişdir. Həmin vaxtı həyat yoldaşı Aygün ona gündəlik qida məhsulları almaq lazım olduğunu bildirmişdir. Evdən çıxaraq Quzanlı qəsəbəsi ərazisindən ev üçün lazım olan qida məhsullarını almış və saat təxminən 23-00 radələrində evə qayıtmışdır. Evə keçdikdən sonra həyat yoldaşı Aygünə ona yemək verməsini bildirmişdir. Bu vaxtı Aygün ona deyinə-deyinə yemək gətirib vermişdir. Bu zaman Aygün anası Nərminə ilə də sözlü mübahisə etməyə başlamış, anasını təhqir etməyə, ona əl-qol atmağa başlamışdır. Onları sakitləşdirmək istəyəndə Aygün ona qulaq asmamışdır. Bu zaman əsəbləşdiyinə görə mətbəxə keçmiş və orada stolun üzərində olan bıçağı götürərək sağ qolunda paltarın altında gizlətmişdir. Bundan sonra qonaq otağına qayıtmışdır. Həmin vaxt Aygün qonaq otağında stulda oturmuşdur. O, keçərək divanda əyləşmişdir. Bu zaman Aygün ona “cındır” ifadəsi işlətmiş və o, da Aygünə “cındır sənin dədəndi” ifadəsini işlətmişdir. Həmin vaxt divandan ayağa qalxaraq Aygünün üstünə doğru getmiş və sağ əlində olan bıçaqla onun sağ qolundan bir dəfə zərbə endirmişdir. Daha sonra onun atdığı ikinci bıçaq zərbəsi Aygünün sinə nahiyyəsindən dəymişdir. Bundan sonra Ayün ayağa qalxmışdır və sol qolu ilə özünü müdafiə etməyə çalışmışdır. Yenidən üçüncü dəfə bıçaqla onun sol qol nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra isə vurduğu bıçaq zərbəsi Aygünün sağ bilək nahiyəsinin üstünü cızmışdır. Səs-küyə anası gələrək onları aralaşdırmışdır. Sonra bıçağı əli ilə qıraraq evdən çıxmış, qırılmış bıçağı evin giriş qapısının qarşısında həyətdə olan dibçəyin dibinə atmışdır. Daha sonra yaşadığı evi tərk edərək qardaşı Elgünün yaşadığı evə getmişdir. Elgünə baş vermiş hadisəni danışdıqdan sonra onu Ağdam RPŞ-yə aparmasını xahiş etmişdir. Elgün spirtli içkini qəbul etdiyini və bu səbəbdən onu Ağdam RPŞ-yə apara bilməyəcəyini söyləmişdir. Sonra oradan çıxaraq Ağcabədi rayonu ərazisinə gedib orada spirtli içki qəbul etmişdir. Bir qədər sonra ona məlum olmuşdur ki, Aygün onun barəsində Ağdam RPŞ-yə şikayət etmişdir. Peşmandır, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, dəfələrlə Eşənlə aralarında mübahisə olub. Elşən onu öldürmək istəyib. Hadisə baş verən günü Elşən bazarlıq edib evə gətirmiş, onun və atasını ünvanına söyüşlər etmiş, bu səbəbdən də aralarında mübahisə olmuş, Elşən onu vurmuşdur. Hazırda Elşənlə barışmamış, ona cəza təyin edilməsini istəyir. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onlar 2019-cu ildə rəsmi ailə həyatı quraraq birgə nigaha daxil daxil olmuşdur və onların birgə nigahdan iki övladları var. Elşən ilə aralarında tez-tez ailədaxili münaqişələr baş vermişdir. Buna səbəb Elşənin spirtli içki aludəçisi olması və tez tez içərək evə gəlməsi və evdə münaqişələr yaratması olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat təxminən 22-00 radələrində Quzanlı qəsəbəsində yerləşən yaşadları evə gəlmiş, bu zaman Elşənə ev üçün lazım olan qida məhsulları almaq lazım olduğunu bildirmişdir. Elşən bir qədər sonra saat təxminən 23-00 radələrində sərxoş halda yaşadları evə gəlmişdir. Həmin vaxtı Elşən ev üçün lazım olan gündəlik istifadə məhsulları almışdır. Elşən onu görən zaman “bu məhsulları atan almalı idi, mən yox” deyərək aldığı məhsulları onun üzərinə doğru atmış, bundan sonra atasının ünvanına nalayiq ifadələr işlədərək söyüş söyməyə başlamışdır. Bu zaman Elşən atasının ünvanına nalayiq ifadələr işlətdiyinə görə ona demişdir ki, onun atasının ünvanına söyüş söyməsin. Bu zaman onunla aralarında mübahisə baş vermişdir. Həmin vaxtı Elşənin anası Nərminə ona demişdir ki, "niyə Elşənə elə deyirsən". Nərminəyə demişdir ki, “oğlun niyə atasının ünvanına söyüş söyür”. Həmin vaxtı Elşən evin mətbəxinə getmiş və bir qədər sonra geriyə qayıtmışdır. Həmin vaxtı onun əlində nəsə var imiş, lakin Elşənin mətbəxdən bıçaq götürdüyünü bilməmişdir. Həmin vaxtı evin qonaq otağında stulda oturmuşdur. Həmin vaxtı Elşən ona tərəf gəlmiş və demişdir ki, "mənə yalvarmalısan". Ağlaya-ağlaya Elşənə demişdir ki “nəyə görə sənə yalvarmalıyam, mən neynəmişəmki”. Bu zaman Elşən qəfildən sağ əlində olan dəstəyi qara rəngli, tiyəsi gümüşü rəngli bıçaqla birinci dəfə sağ qolunun alt hissəsindən bir dəfə zərbə endirmişdir. Elşənin onu bıçaqla vurduğunu görüb cəld stuldan qalxmışdır. Bu zaman Elşən ikinci zərbə ilə eyni qaydada onun sinəsinin orta hissəsindən bir dəfə vurmuşdur. Bu zaman Elşən onu təkrar vurmasın deyə sol əli ilə onu itələmişdir. Həmin vaxtı Elşən üçüncü dəfə bıçaqla onun sol qoluna vurmuşdur. Elşənin zəbələrindən qorunmaq məqsədilə sağ əlini irəli vermişdir ki, atdığı bıçaq zərbələri ona dəyməsin. Lakin Elşənin dördüncü zərbəsi onun sağ qolunun biləkdən bir az yuxarı hissəsinə dəymişdir. Həmin vaxtı qayınanası Nərminə qonaq otağında olan divanda uzanmışdır və hadisənin necə baş verdiyini görürmüşdür. Nərminə Elşənin onu bir neçə dəfə bıçaqla vurduğunu görüb divandan qalxmış və gələrək onların aralarına girmişdir. Qorxduğundan və Elşən onu təkrar olaraq bıçaqla vurmasın deyə otaqda olan stolun arxasına keçmişdir. Həmin vaxtı Elşən onun üzərinə təkrar olaraq gəldiyini görüb həmin stolu Elşənə tərəf itələmişdir. Elşən ona yenidən bıçaq zərbəsi atdığından həmin bıçaq stola dəymişdir və bıçağın tiyəsi sınmışdır. Otağın qapısını açmaq istəyən zaman qayınanası Nərminə qapını tutaraq ona demişdir ki, keç evə, çölə çıxma. Həmin vaxtı Elşən onu arxadan saçından tutaraq geriyə tərəf dartmışdır ki, o çölə çıxmasın və bu zaman Elşən qapını vurmuşdur və qapı Nərminənin ayağına dəymişdir. Bundan sonra yenidən qonaq otağına qayıtmışdır və otağın qapısını içəridən açarla bağlamışdır. Həmin vaxtı Nərminə demişdir ki, Elşənin telefonu ver çıxıb getsin. Bundan sonra Elşənin telefonu ilə atasına zəng etsə də ona zəng çatmamışdır. Sonra Elşənin telefonunu qapını açaraq çölə atmışdır və qapını yenidən bağlamışdır. Nərminəyə demişdir ki, onu qan aparır, həkim gəlsin ona yardım etsin. Bu zaman Nərminə Elşənin üstünə qışqıraraq demişdir ki, telefonu ver 103 xidmətinə zəng edək gəlib qıza yardım göstərsinlər. Bu zaman səs-küyə qonşuluqda yaşayan Şəlalə və İlhamə adlı qadınlar evə gəlmişlər. Həmin vaxtı Şəlalə onu qan apardığını görüb bu barədə 103 xidmətinə məlumat vermişdir. Bundan bir qədər sonra Ağdam TTYS-nin həkimləri evə gəlmişlər, ona ilkin tibbi yardım göstərdikdən sonra onu Ağdam MRX-na aparmışlar. Bundan bir qədər sonra isə Ağdam RPŞ-nin əməkdaşları xəstəxanaya gəlmiş, onun ərizəsini almışdırlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid istintaq orqanına verdiyi ifadələrini təsdiq etdi. Şahid istintaq orqanına verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə onun gəlinidir. Onlarla aralarında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Oğlu Təqsirləndirilən şəxs 2019-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur və onların birgə nikahdan iki övladları dünyaya gəlmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadıqları evdə Aygün və azyaşlı nəvələri ilə birlikdə olarkən Elşən evə gəlmişdir. Bu zaman Aygün Elşənə gündəlik qida məhsulları almasını bildirmişdir. Elşən evdən çıxaraq Quzanlı qəsəbəsi ərazisindən ev üçün lazım olan qida məhsulları almış və təxminən bir saat sonra evə qayıtmışdır. Həmin vaxt Elşən və Aygünün arasında sözlü mübahisə yaranmışdır. O Aygünə mübahisə etməməsini söyləmişdir. Bu zaman Elşən mətbəxə keçmiş və yenidən qonaq otağına qayıdaraq divanda oturmuşdur. Həmin vaxt Aygün qonaq otağında stulda oturmuşdur. Bu zaman Elşən qəfildən əlində olan bıçaqla Aygünə zərbələr vurmağa başlamışdır. Həmin vaxtı o dərhal özünü çatdıraraq araya girmişdir və onları aralaşdırmışdır. Sonra Elşən bıçağı əli ilə qıraraq evdən bayır hissəyə çıxmışdır. Bir qədər sonra oraya TTYS-nin həkimləri gəlmişdirlər və Aygünü xəstəxanaya aparmışdırlar. Sabahısı gün, yəni xx.xx.2025-ci il tarixində saat təxminən 10 radələrində o Ağdam rayonu Quzanlı qəsəbəsində yaşadığı evdə imiş, həmin vaxtı gəlini Aygün, qudası İradə və onun oğlu Davud onlara gəlmişdirlər. Davud həyətdə qalmışdır. Aygün və İradə evdə onlara aid olan əşyaları, eləcə də nəvələrinin paltarlarını götürməyə gəldiklərini bildirmişdirlər. O da buna narazılıq etməmişdir. Bir qədər sonra İradənin mətbəx otağında şamponu yerə tökdüyünü görmüş və buna öz narazıçılğını bildirmişdir. Həmin vaxtı onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı İradə onun sinəsindən yapışaraq paltarlarını dartışdırmışdır və onu itələyərək yerə yıxmışdır. Bundan sonra onlar çıxıb getmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 14 oktyabr 2025-ci il tarixli, 284 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun orta 1/3-nin bayır səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğarası nahiyəsinin sağ süd vəzinin aşağı səthinin deşilmiş-kəsilmiş yaraları, sağ saidin orta 1/3-nin arxa səthinin cızığı, deşici-kəsici təsir göstərə bilən alət (alətlər) ola bilsin bıçaq, sol bazunun orta 1/3-nin ön bayır səthinin, sağ diz oynağının iç yan səthinin qançırları küt əşya təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Ağdam rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancının 20 5-i dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli Amnistiya haqqında qərarına əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 121/2015 nömrəli məktubdan görünür ki, Ağdam Rayon Məhkəməsinin 1(013)-20/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib qazancından 20 % dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, barəsində 28 may Respublika Günü münasibəti ilə xx.xx.2016-cı il tarixli Milli Məclisin Qərarı ilə Amnistiya tətbiq edilərək xx.xx.2016-cı il tarixində qeydiyyatdan çıxarılmışdır. Ağdam MRX-nın xx.xx.2025-ci il tarixli, 18-1-21/3-4636/2025 saylı məktubundan görünür ki, Əliyev X1 şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. Ağdam MRX-nın X2 daxil olmuş xx.xx.2025-ci il tarixli, 924 saylı məktubundan görünür ki, E.X6 Əsəb Dispanserində dispanser müşahidəsində deyildir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 noyabr 2025-ci il tarixli, 981 saylı arayışından göründüyü kimi Təqsirləndirilən şəxs Ağdam rayon X4 71 saylı evdə yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələri, toplanmış digər rəsmi sənədlərlə sübut olunur. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CMnin müvafiq maddəsi ilə tövsifini düzgün və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməlidir. Sözügedən Qərarın 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Qərarın 10-cu hissəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 20-ci hissəsinə görə məhkəmələr bu Qərarın 2.12 və 2.13-cü bəndlərində, 3cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiyanı Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən /39.1.12/ amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilməlidir, həmçinin sözügedən amnistiya qərarının 6 və 7-ci hissələrində qeyd olunan məhdudiyyətlər onun təqsirləndirildiyi maddəyə şamil edilməmişdir. Məhkəmə müdafiə tərəfinin razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş mateiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 dekabr 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ki, həmin qətimkan tədbirinə CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, 01 ədəd sınmış vəziyyətdə bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 31.50 AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanları və "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5, 24-cü hissələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam edilsin. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, 01 ədəd sınmış vəziyyətdə bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci olan 31.50 (otuz bir manat əlli qəpik) AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar