Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-8/2024 27.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkəməyə ona görə verilmişdir ki, o, yol hərəkəti qaydalarınını pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə, saat 22:10 radələrində "X3" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi «VAZ 21723» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx yolunun Ağdam rayonu Soğanverdilər kəndi ərazisindən keçən 67-ci kilometrliyində «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunu etməyərək Tərtər rayonu istiqamətində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman, idarəetmədən çıxıb yolun sağ kənarına çıxıb, hərəkət zolağından sağa doğru 9 metr məsafədə aşmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs oğunun sol körpücük sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan salamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işi öyrənilərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulam əməli Ağdam rayonu deyil, Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində törətmişdir. Belə olan halda qeyd edilən cinayət işinin baxılması ərazi aidiyyatı Bərdə Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsində göstərilmişdir ki, uzanan və davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 299.3.1-ci maddəyə əsasən hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul edilir. Bütün bunlarla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299-301 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(013)-08/2024 saylı cinayət işi ərazi aidiyyatı üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-8/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-8/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver