Məhkəmə qərarları › İş №1(013)-8/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-8/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-8/2025 21.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanov Elman Seymur oğlunun katibliyi, xüsusi ittihamçı X5 iştiraki ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X8 xüsusi ittiham qaydasında məhkəməyə şikayət verərək, Ağdam rayonu, Bağbanlar kəndində anadan olmuş, Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyatda olan, Ağdam rayon Baharlı-1 qəsəbəsi, ev 217-də yaşayan, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər deyilənə görə məhkum olunmamış X3 onun şərəf və ləyaqətini nəlayiq formada alçatmaqla təhqir etdiyinə və böhtan atdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət təqibi başlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 xx.xx.2025-ci il tarixdə şikayətə qarşı yazılı formada etiraz daxil olmuş və həmin etirazda göstərilmişdir ki, Rəşad Teymurovun ona qarşı irəli sürdüyü bütün mülahizələri yalan və qarayaxma kompaniyası üzərində qurulmuşdur və həqiqəti əks etdirmir. X11 şikayətində qeyd etdiyi hallarla bağlı yaxından uzaqdan heç bir əlaqəm olmamışdır. Onun kimisə öyrətməyimlə bağlı Rəşad Teymurovun yalana və şər qaryaxmaya dayanana fikirlərinin heç bir dəlili və sübutu yoxdur. O, yəni İ.Bağırova kifayət qədər öz işinə, malik olduğum təhsil kollektivinə hörmət qoyan və ailəmə, işimə, mənsub olduğum iş kollektivinə zərər ziyan gəlməməsi üçün, adımıza ləkə düşməməsi üçün çalışan bir azərbaycanlı xanımdır. Ona yarşamaz ki, kimisə öyrədim, təşviq edim ki, kimisə şərlənsin tutdurulsun, Bu iş nə onun adına, nə qadınlığına nə də tutduğu rəhbər işinə yaraşan məsələ deyil. Belə olan halda məhkəmə işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 izahatında 12 sentyabr 2024-cü il tarixdə Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zor tətbiq edilməklə Ağdam rayon Polis Şöbəsinə aparıldığını, orada ona gətirilməyinin səbəbi olaraq, əvvəllər tanımadığı X1 xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Ağdam rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, güya onu döyməyi, əxlaqsız təkliflər etməyi və 500 manat pulunu almağı olduğu barədə məlumat verildiyini, lakin bütün bunların şər-böhtandan ibarət olduğunu, belə ki, Ağdam rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında ds öz əksini tapdığını, əslində isə bütün bunların səbəbkarının U.Allahverdiyevanın qohumu, X6 olduğunu, məqsədinin isə ondan intiqam almaq olduğunun, cavabdeh X3 U.Allahverdiyevanı öyrətməklə və təkid etməklə barəsində həqiqəti əks etdirməyən məlumatlarl Ağdam rayon Polis Şöbəsina şikayət etməsinə görə ciddi mənəvi sarsıntılar keçirdiyini bildirdi və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsinin dispozisiyasına görə böhtan obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma ilə şərtləndirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının CM-nin “Təhqir” adlanan 148-ci maddəsinin dispozisiyasına görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ilə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, fiziki şəxslərlə bağlı məlumat dedikdə onların şəxsiyyəti, sosial mənşəyi, cinsi, təhsili, vətəndaşlığı, ailə, sosial və əmlak vəziyyəti, səhhəti, fiziki və psixoloji durumu, yaşı, fəaliyyət qabliyyəti, məşğuliyyəti, məhkumluğu, vərdişi, həyat tərzi, tərcümeyi - halı, öhdəlikləri, davranışı, müsbət və ya mənfi cəhətləri, xarakteri və s. barədə açıqlanan və çatdırılan, həqiqi və ya yanlış olan konkret bilgidir. Hazırki şikayətin verilməsinə səbəb olan yazılarda isə ünvan sahibi barəsində hər hansı bir konkret bilgi, yəni məlumat əks olunmamışdır, həmin şikayətin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.Bağırova ilə əlaqəsi müəyyən edilmir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi onun həmin maddələrin dispozisiya şərtlərinə uyğun hərəkətlərin təqsirli şəkildə yol vermiş olması tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikasının CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Göründüyü kimi CPM-nin 293.3.2-ci maddəsində, xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin X6 tərəfindən harada, nə vaxt və necə törədilməsi tələb edilsə də, hazırki işdə xüsusi ittihamçı qanunun bu tələbinə əməl etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə görə xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayətin icraata qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağdam rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar