Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-9/2024 02.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Ağdam rayonunun Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, N saylı hərbi hissədə aşpaz işləyən, məhkum olunmamış, Ağdam rayonunun Başqərvənd kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə, xx xxxxxx 1996-cı ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, Ağdam Rayon Mərkəzi X3 Şəxsində qeydiyyatçı işləyən, məhkum olunmamış, Ağdam rayonunun Başqərvənd kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Zərərçəkmiş şəxs3 Ağdam Rayon Mərkəzi X3 Şəxsə aşbaz köməkçisi işinə qəbul etdirəcəyinə və ona aylıq 420 manat məbləğində maaş veriləcəyinə inandırıb yalan vəd verməklə aldadaraq aralarında olan razılaşmaya görə 2023-cü ilin yanvar ayında məlum olmayan gündə təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs3 aldatmaqla yaşadığı ünvan 1 ünvanında sonuncudan 2000 (iki min) manat məbləğində pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Zərərçəkmiş şəxs1 Ağdam Rayon Mərkəzi X3 Şəxsə aşbaz köməkçisi işinə qəbul etdirəcəyini, ona aylıq 400 manat məbləğində maaş veriləcəyinə inandırıb yalan vəd verməklə aldadaraq aralarında olan razılaşmaya əsasən 2023-cü ilin yanvar ayında məlum olmayan gündə təxminən saat 11 radələrində Zərərçəkmiş şəxs1 aldatmaqla yaşadığı ünvan 1 ünvanında sonuncudan 1200 (bir min iki yüz) manat məbləğində pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Zərərçəkmiş şəxs2 əri Şahid1 Ağdam Rayon Mərkəzi X3 Şəxsə bağban işinə qəbul etdirəcəyinə və ona aylıq 360 manat məbləğində maaş veriləcəyinə inandırıb yalan vəd verməklə aldadaraq aralarında olan razılaşmaya görə 2023-cü ilin aprel ayında məlum olmayan gündə təxminən saat 21- 22 radələrində Zərərçəkmiş şəxs2 aldatmaqla yaşadığı ünvan 1 ünvanında sonuncudan 1500 (bir min beş yüz) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qızı Təqsirləndirilən şəxs2 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişlər. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qızı, zərərçəkmişlər isə qohumlarıdır. Zərərçəkmiş şəxs3 onu xəstəxanaya aşpaz düzəldib 420 manat əmək haqqı alacağı adı ilə 2023-cü ilin yanvar ayında 2000 manat almışdır. Zərərçəkmiş şəxs2 2023-cü ilin aprel ayında 1500 manat alaraq əri Cəsarəti xəstəxanaya bağban düzəldəcəyini demişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1 1200 manat alaraq onu xəstəxənaya aşpaz düzəldəcəyini demişdir. Həmin pulları qızı Türkanə ilə birlikdə almış və Faiq adlı şəxsə vermişdir. Faiqin soyadını, yaşayış yerini, valieynlərini və telefon nömrəsini bilməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxslərlə barışdığını qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun anası, zərərçəkmişlər isə qohumlarıdır. Anası ilə birlikdə Zərərçəkmiş şəxs3 onu xəstəxanaya aşpaz düzəldib 420 manat əmək haqqı alacağı adı ilə 2023-cü ilin yanvar ayında 2000 manat almışdır. Zərərçəkmiş şəxs2 2023-cü ilin aprel ayında 1500 manat alaraq əri Cəsarəti xəstəxanaya bağban düzəldəcəyini demişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1 1200 manat alaraq onu xəstəxənaya aşpaz düzəldəcəyini demişdir. Həmin pulları anası Yeganə ilə birlikdə almış və Faiq adlı şəxsə vermişlər. Faiqin soyadını, yaşayış yerini, valieynlərini və telefon nömrəsini bilməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını və himayəsində bir azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qohumu Yegənə və Türkanə 2023-cü ilin aprel ayında onu xəstəxanaya aşpaz düzəltmək üçün ondan 1200 manat almışlar, lakin onu işə düzəltməmişlər. Cinayət nəticəsində dəymiş ziyanın təqsirləndirilən şəsxlər tərəfindən ona tamamilə ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını qeyd etməklə sonunculara cəza verilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qohumu Yegənə və Türkanə 2023-cü ilin aprel ayında onun əri Cəsarəti xəstəxanaya bağban düzəltmək üçün ondan 1500 manat almışlar, lakin işə düzəltməmişlər. Cinayət nəticəsində dəymiş ziyanın təqsirləndirilən şəsxlər tərəfindən ona tamamilə ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını qeyd etməklə sonunculara cəza verilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, qohumu Yegənə və Türkanə 2023-cü ilin aprel ayında onu xəstəxanaya aşpaz köməkçisi düzəltmək üçün ondan 2000 manat almışlar, lakin onu işə düzəltməmişlər. Cinayət nəticəsində dəymiş ziyanın təqsirləndirilən şəsxlər tərəfindən ona tamamilə ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını qeyd etməklə sonunculara cəza verilməməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, qohumları Yeganə və Türkanə onu xəstəxanaya bağban düzəltmək üçün onun arvadı Gülyazdan 2023-cü ildə 1500 manat almış, lakin işə düzəltməmişlər. Sonradan Yeganə və Türkanə onların pulunu qaytarmışlar. Məhkəmədə elan olunmuş G.B.X2 «ASAN» Xidmət Mərkəzinin Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ü.S.X1 «ASAN» Xidmət Mərkəzinin Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 Ağdam Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ondan aldığı 2000 manat pulu tam şəkildə qaytarmış, onlar barışmış və onun heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 Ağdam Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ondan aldığı 1500 manat pulu tam şəkildə qaytarmış, onlar barışmış və onun heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 Ağdam Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ondan aldığı 1200 manat pulu tam şəkildə qaytarmış, onlar barışmış və onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdırlar. Təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət hadisəsi törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırması və sonuncuların ona qarşı şikayətçi olmamaları, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət hadisəsi törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırması və sonuncuların ona qarşı şikayətçi olmamaları, himayəsində xx.xx.2021-ci ildə anadan olmuş Bəhram adlı azyaşlı uşağının olması, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə aid yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, o cümlədən onların hadisədən sonrakı müsbət davranışını nəzərə alaraq, təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən islah olunmalarını mümkün hesab etdiyindən həmin cəzanın şərti olaraq tətbiq olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcmini və xarakterini, şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarında olan Müdafiəçi3 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqi yardım göstərmək üçün 9 iş saatı sərf etmişdir. İş materiallarında olan Müdafiəçi1 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqi yardım göstərmək üçün 9 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkillər Müdafiəçi3 və Müdafiəçi1 bankda olan hesabına köçürülməli, həmin hissədə qərarın icrası Müdafiəçi3 münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə, Müdafiəçi1 münasibətdə isə Bərdə Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut olan özündə telefon danışıqlarını əks etdirən bir ədəd «CD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti müəyyən edilərək, Təqsirləndirilən şəxs1 təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Təqsirləndirilən şəxs1 davranışına nəzarət icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti müəyyən edilərək, Təqsirləndirilən şəxs2 təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Təqsirləndirilən şəxs2 davranışına nəzarət icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan özündə telefon danışıqlarını əks etdirən bir ədəd «CD» diski cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 9 iş saatı üçün hər saatı 6 manat olmaqla 54 (əlli dörd) manat vəkil Müdafiəçi3 bankda olan hesabına köçürülsün və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 9 iş saatı üçün hər saatı 6 manat olmaqla 54 (əlli dörd) manat vəkil Müdafiəçi1 bankda olan hesabına köçürülsün və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bərdə rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-9/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-9/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver