Məhkəmə qərarları › İş №1(013)-9/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-9/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-9/2025 21.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 vəkili /fərdi qaydada fəaliyyət göstərən/ Müdafiəçi iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Xüsusi ittihamçı Rəşad Teymurov məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində Ağdam Rayonu Xındırıstan kəndində anadan olmuş, Ağdam Şəhəri, İ.Hacıyev küçəsi 14-də qeydiyyatda olan, rayonun Dördyol-1 Qəsəbəsi, ev 953də yaşayan, ailəli, azərbaycanlı, əvvəllər məhkum olunmamış, X1 onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanması xahiş etmişdir. Xüsusi ittihamçı Rəşad Teymurov şikayətini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zor tədbiq edilməklə maşına basılaraq polis şöbəsinə aparılmış, orada ona məlum olmuşdur ki, əvəllər tanımadıgı X2 12 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə və Ağdam RPŞ-yə ərizə ilə müraciət edərək, “güya onu döyməyi, əxlaqsız təkliflər etməyi və 500 manat pulu almağı” barədə məlumat vermişdir. Ulduz Allahverdiyevanın bərəsində vermiş oldugu bu məlumatların tamamilə şər-böhtan oldugunu Ağdam Rayon Polis Şöbəsində və Ağdam Rayon Prokurorlugunda verdiyi izahatda geniş göstərmişdir. Hazırkı şikayətinə əlavə etdiyi Ağdam Rayon Polis Şöbəsinin 03 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasını rədd edilməsi” və Ağdam Rayon Prokurorlugun 20 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasını rədd edilməsi” haqqında Qərarlarından görünür ki, Ulduz Allahverdiyeva həmin araşdırılma zamana vermiş oldugu izahatında İlhamə Bagırovanın öyrətməsi ilə ondan intiqam almaq məqsədi ilə 102 Xidmətinə zəng edərək onu döyməsi, əxlaqsız təkliflər etməsi və paltarını yerə sürtüb və özünə xəsarət yetirməsi bərədə yalan məlumatlar vermişdir. Ağdam Rayon Polis Şöbəsinin 03 dekabr 2024-cü il tarixli Qərarının nəticə hissəsindən məlum olur ki, 12 sentyabr 2024-cü il tarixdə Ulduz Allahverdiyevanı döyərək ona əxlaqsız təkliflər etməmiş və 500 manat pulunu əlindən almamışdır. Ağdam Rayon Baharlı-2 Qəsəbəsində yaşayan Ulduz Allahverdiyeva qohumu İlhamə Bagırovanın xahişi ilə aralarında olan ədavətə görə ondan qısas almaq məqsədi ilə 102 Xidmətinə zəng edərək və Ağdam RPŞ-nə ərizə ilə müraciət edərək həqiqəti əks etdirməyən məlumatlar vermişdir. Ağdam Rayon Prokurorlugun 20 dekabr 2024-cü il tarixli Qərarının nəticə hissəsindən məlum olur ki, 12 sentyabr 2024-cü il tarixdə Ulduz Allahverdiyeva döyərək ona əxlaqsız təkliflər etməmiş və 500 manat pulunu əlindən almamışdır. Ulduz Allahverdiyeva qohumu İlhamə Bagırovanın xahişi ilə ədavətə görə ondan qısas almaq məqsədi ilə 102 xidmətinə zəng edərək və Ağdam RPŞ-nə ərizə ilə müraciət edərək həqiqəti əks etdirməyən məlumatlar vermişdir. Ona görə də hesab edir ki, Ulduz Allahverdiyeva yalan oldugunu bilə-bilə şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanmalı və onun cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmalıdır. Xüsusi ittihamçı R.Teymurov məhkəmə iclasında bir daha şikayətini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi Ulduz Allahverdiyevanın şikayətləri onu və ailəsini mənəvi iztirablara məruz qoyub, qonşular içərisində rüüsvay olub. Onu şikayət ərizəsi ilə bağlı bir neçə nəfər polis əməkdaşları gəlib aparıblar, hamı görüb. Ona görə də hesab edir ki, şikayəti əsaslıdır, icraata qəbul edilib baxılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 vəkili Müdafiəçi şikayətə etirazlarını məhkəməyə təqdim etdi və müdafiə etdi. Etirazda qeyd olunur ki, R.Teymurovun irəlis ürdüyü bütün mülahizələri yalan və qarayaxma kompaniyası üzərində qurulmuşdur və həqiqəti əks etdirmir. Rəşad Teymurovun şikayətində qeyd etdiyi hallarla bağlı yaxından uzaqdan heç bir əlaqəsi olmamışdır. Kimisə öyrətməsi ilə bağlı Rəşad Teymurovun yalan və şər qarayaxmaya dayanana fikirlərinin heç bir dəlili və sübutu yoxdur. U.Allahverdiyeva kifayət qədər öz işinə, təhsil kollektivinə hörmət qoyan və ailəsinə, işinə, mənsub olduğu iş kollektivinə ziyan gəlməməsi üçün çalışan bir azərbaycanlı xanımdır. Ona yarşamaz ki, kimisə öyrətsin, təşviq etsin ki, kimi isə şərləsin, tutdurulsun. Bu iş nə adına, nə qadınlığına, nə də tutduğu rəhbər işinə yaraşan məsələ deyil. İkincisi verilən şikayət CPM-nin tələblərinə uyğun olmayan məzmun və formada verilmişdir. Belə ki, CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir : /293.3.1/ şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi, /293.3.2/ törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, /293.3.3/ cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, /293.3.4/ şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, /293.3.5/ cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, /293.3.6/ şikayətin verildiyi tarix (il, ay və gün) və yer, /293.3.7/ şikayəti vermiş şəxsin imzası. Həmin məcəllənin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə məhkəmənin hazırlıq iclasında baxılır. Ancaq R.Teymurovun vediyi şikayət ərizəsinə baxdıqda şikayətin CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edildiyi görünür. Bu səbəbdən R.Teymuorvun şikayəti icraata qəbul olunmamamlıdır və ərizə geri qaytarılmalıdır. Həmçinin R.Teymurovun şikayətində “sübut növü” kimi irəli sürdüyü Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarında qeyd edilən mülahizlər xüsusi ittihamın verilməsi üçün əsas ola bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2004-cü il tarixli, 03 nömrəli qərarında qeyd edilir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. CPM-nin 302.1–ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir : 302.1.1 şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.2 şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə, 302.1.3 şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.4 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, 302.1.5 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda, 302.1.6 cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7 şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Xüsusi ittihamçının şikayət ərizəsində göstərdikləri öz təsdiqini tapmadığından və həmçinin şikayət CPM-nin tələblərinin pozulması ilə verildiyindən hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Rəşad Teymurov 1987ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 25 aprel 2012-ci il tarixdə verilmiş AA 262316 seriyalı X7 surətindən görünür ki, X9 Rayonundan məcburi köçkündür. Ərizəyə əlavə edilmiş 20 dekabr 2024-cü il tarixli, Ağdam Rayon Polis X3 cinayət işi başlanmasının rədd edilməsi barədə Qərarının surətindən görünür ki, X1 R.Teymurov tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəngi əsasında başlanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Ərizəyə əlavə edilmiş 03 dekabr 2024-cü il tarixli, Ağdam Rayon Prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi barədə Qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqdim olunmuş ilkin sübutlara qiymət verərək belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət işi başlanması barədə xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.6-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, barəsində xüsusi ittiham qaydasında verilmiş əməllərdə cinayət əlamətləri olmadığından həmin Məcəllənin 300.1.3, 302.1.6-cı maddələrinə əsasən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə görə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikasının CM-nin 147.1 maddəsi böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Həmçinin CM-nin 148-ci maddəsi təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılmasıüzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi X1 barəsində xüsusi ittihamçının ərizəsində istinad etdiyi hallar barədə şikayəti polis orqanına ünvanlanmış və həmin xüsusatlar üzrə cinayət təqibi başlanmış və cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsi nəzərdə tutur ki, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin məhkəmə baxışına çıxarılmasından imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300-302-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARAALDİ: X2 - barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 /iyirmi/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar