Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-1/2022 29.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, İİ qrup əlil, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş rayonu Sadavat kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Eyni zamanda, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, o, Ağdaş rayon Şəmsabad kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 Məhəmmədli oğlunun banka olan kreditini faizi ilə birlikdə sildirmək adı ilə 2019-cu ilin iyun ayının əvvəllərində sonuncunun 500 manatını Zərərçəkmiş şəxs3 yaşadığı evdə, ondan 10 gün sonra isə 200 manatını öz yaşadığı evdə olmaqla cəmi 700 manat pulunu vahid niyyətlə etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən Ağdaş rayon Yuxarı Ləki kənd sakini xx.xx.1982-ci il təvəllüldü Zərərçəkmiş şəxs1 əmək pensiyası düzəltdirmək üçün staj yazdırmaq və sosial yardım düzəltmək adı ilə 23.06.2020-ci il tarixdə yaşadığı evdə sonuncunun 800 manat, ondan sonra 2-3 gün aralığı ilə Zərərçəkmiş şəxs1 qayınatası Şahid16 vasitəsilə Ağdaş şəhəri mərkəzi bazarda ayrı-ayrılıqda iki dəfə 100 manat olmaqla 200 manat, ondan 3-4 gün sonra Zərərçəkmiş şəxs1 bacısına sosial yardım düzəltmək adı ilə Ağdaş şəhərində Musiqiçilər bağının yanında 170 manat olmaqla cəmi 1170 manat pulunu vahid niyyətlə etibarından suiistifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Ağdaş rayon Xosrov kənd sakini xx.xx.1964cü il təvəllüldü Zərərçəkmiş şəxs2 hərbi xidmətdə olan oğlu X6 əməliyyat etdirilməsi üçün həkimə vermək adı ilə 2020-ci ilin iyul ayının axırlarında Gəncə şəhərində hərbi hospitalın yaxınlığında həmin tarixə Azərbaycan manatına nisbətdə məzənnəsi 1 ABŞ dollarına qarşı 1,7 manat olan sonuncunun cəmi 1400 ABŞ dolları və 80 manat, yəni cəmi 2460 manat pulunu onun etibarından sui-istifadə edərək aldadıb almaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 31.12.2020-ci il tarixdə saat 19:30 rədələrində Ağdaş rayon Sadavat kəndində Zərərçəkmiş şəxs5 məxsus həyətin qapısının yaxınlığında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir səbəb olmadan həmin kənd sakini Zərərçəkmiş şəxs6 bir neçə gün əvvəl öz yaşadığı evin qarşısına gəlməsini bəhanə edərək, şillə ilə vurmaqla ona üzün sağ almacıq nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bundan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək sonuncunun yaxınlıqda olan həyətinə getmiş, öz şəxsiyyətini cəmiyyətin və ətrafındakıların şəxsiyyətinin fövqündə qoyaraq Zərərçəkmiş şəxs6la dalaşmasını bəhanə edərək onun və digərlərinin ünvanına nalayiq söyüşlər söyərək atası Zərərçəkmiş şəxs5 sinəsindən yumruqla vuraraq döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyası üzrə olan qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bu zaman Zərərçəkmiş şəxs5 halının pisləşdiyini görən arvadı Zərərçəkmiş şəxs4 ona mane olmaq istəmiş, həmin anda Təqsirləndirilən şəxs daha da azğın formada öz qərəzli xuliqanlıq hərəkətlərinə davam edib onun tərəfindən ərinin döyülməsinə mane olmağa çalışan və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs4 qollarından vuraraq onun üzərində zor tətbiq edib ona sağ dirsək oynağının əzilməsi, sol saidin yuxarı 1/3-nin ön bayır səthinin qançırı ilə müşayiət olunan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzəli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanıdığını, onlarla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, həm Oktaya, həm Habilə, həm də Aqşinə borcu olduğunu, Oktaydan cərrahiyyə əməliyyatı olmaq üçün 1400 ABŞ dolları borc pul aldığını, həmin pulu Ağdaş şəhərində Musiqiçilər bağının yanında 2020-ci ilin payız aylarında aldığını, həmin pulu olduğu zaman qaytaracağını, hazırda maddi vəziyyətinin pis olduğunu, Oktayın bununla bağlı ondan pulunu istədiyini, özünün də pulu olmadığı üçün olan kimi qaytaracağını dediyini, lakin Oktayın onu RF-nin mobil nömrəsi hədələtdirdiyini, bu barədə DİN-ə şikayət etdiyini, bundan əlavə Habilə 500 manat borcu olduğunu, həmin pulu 2019-cu ilin yay aylarında aldığını, dəqiq tarixi, ayı yadında olmadığını, həmin pulu da Habilə qaytaracağına söz verdiyini, aralarında narazılıq olmadığını, Habilin ondan şikayət edəcəyi ağlına gəlmədiyini, bundan əlavə Aqşinə də onun 1000 manat borcu olduğunu, həmin pulu da əməliyyat olunmağı üçün aldığını, Aqşinin də ondan şikayət edəcəyini bilmədiyini, hər üç şəxsin pulunu qaytaracağını, Oktayın yalan dediyini, ondan həkimə vermək üçün pul almadığını, yuxarıda göstərdiyi kimi ondan borc aldığını, Şahid13la olan danışıqlarına qulaq asdığını, həmin səsin ona məxsus olduğunu, orada İlqarın adını çəkdiyini, lakin Oktayın ona verdiyi 1400 ABŞ dollarının İlqara aidiyyəti olmadığını, həmin vaxt Gündüzlə danışanda həmin sözü hansı məqsədlə deməyini xatırlamadığını, Habilin yalan dediyini, Habildən hər hansı bir iş görməyi üçün pul almadığını, ondan borc pul aldığını, həmin pulu da qaytaracağını, Zərərçəkmiş şəxs3la aralarında olan həmin səs yazısına qulaq asdığını, həmin səs yazısının onunla Zərərçəkmiş şəxs3 arasında olan səs yazısı olduğunu, onun doğrudan da Habilə 500 manat borcu olduğunu, həmin pulu ondan borc aldığını, yaxın vaxtlarda Habilə qaytaracağını, Habildən hansısa məqsədlə pul almadığını, onun qapısına polis gəlmədiyini, həmin vaxt orada Habilə onun qapısına polis gəldiyini və polisi döyərək qovduğunu ola bilsin ki, əsəbləşib dediyini, Aqşinə doğrudan da 1000 manat borcu olduğunu, həmin pulu cərrahiyyə əməliyyatına gedən zaman aldığını, həmin pulu qaytaracağını, Aqşinin yalan dediyini, ondan hansısa məqsədlə pul almadığını, Aqşindən borc aldığını və qaytaracağını, əvvəl həyəcanlı olduğu üçün hər üç şəxsə borcu olduğunu etiraf etmədiyini, sonradan etiraf edərək həmin şəxslərə borcu olduğunu bildirdiyini, həmçinin 31.12.2020-ci il tarixdə qohumunun hərbi xidmətdən geri qayıtdığını, onlara gözaydınlığı vermək üçün getdiyini, oradan piyada geri qayıdanda qəfildən həmkəndlisi Ədalət, Ədalətin oğlu Ehtinad, İlknur Novruzov, Ayxan Novruzov, Əmrah Novruzov, Pünhan Zahir oğlu onu araya saldıqlarını və onu yumruqla, təpiklə və ağacla döyməyə başladıqlarını, həmçinin ona qarşı nalayiq söyüşlər söyməyə başladıqlarını, həmin vaxt Ayxanın onun sifətindən yumruqla vuraraq xəsarət yetirdiyini, daha sonra gözünün altına Ehtinadın bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirdiyini, İlknurun isə ağacla başının arxa hissəsindən və əllərindən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt yerə yıxıldığını, yerə yıxılan zaman Pünhanın onu təpiklə sinəsindən, həmçinin alın nahiyəsindən yumruqla vurduğunu, Ədalətin isə onu ayaqlarından ağacla vurduğunu, Ayxanın oğlu Əmrahın isə yerdə onu təpiklə qarnına vurduğunu, daha sonra onu sürüyüb Ədalətgilin həyətinə apardıqlarını, bundan sonra həmkəndlisi Sakitin gəlib onu onların əlindən aldığını və onu evə aparmaq istədiyini, həmin vaxt polislərin gəlib ora çıxdıqlarını, polislərin ona “gəl otur səni evinə aparaq” dediklərini, polislərə “ehtiyac yoxdur, özüm evə gedirəm” dediyini, bundan sonra Sakitin onu evə apardığını, daha sonra evdən DİN-in 102 xidmətinə və təcili yadıma zəng etdiyini, TTTY-nin gəlib onu müayinə etdiklərini, həmçinin polislərin onlara gəldiyini, polislərə ərizə ilə müraciət edərək onu döyən şəxslərdən şikayətçi olduğunu bildirdiyini, həmçinin evə gələndən sonra cibindən pensiya kartı, açarı və 550 manat pulunun yoxa çıxdığını gördüyünü, hadisənin baş verməsinə səbəbin onun Ayxanın bacısı İcra hakimiyyətində işləyən Şahid11 və onun əri Ziyəddin Novruzovdan şikayət etməyi olduğunu, digər məsələ isə hadisədən 1 gün əvvəl Ədalətin oğlu Ehtinad yaşadığı yerdən surətlə maşın sürməsi ilə əlaqədar ona əli ilə sürətini aşağı salmağını bildirməyi ilə bağlı, Ehtinadın maşını saxladığını və “sən yol kəsənmisən, yaxşı edirəm, Namiqə pul verib istədiyimi edirəm, sən kimsən ki, sən yol polisisən? Özüm bilərəm” dediyini, bu məsələnin də hazırkı hadisə ilə səbəbli əlaqəsi olduğunu, hadisə zamanı orada təxminən 50 nəfər adam olduğunu, onlardan yalnız Sakit və Samirin adını çəkə biləcəyini, Ədalət və İlknurun onu vurduğu ağacların onların özündə qaldığını, Ehtinadın yalan dediyini, onu nə səhər, nə də axşamüstü vurmadığını, onun xəsarəti necə alması barədə məlumatı olmadığını, Ədalətin yalan dediyini, onu vurmadığını, onun hansı şəraitdə xəsarət almasını bilmədiyini, Aidənin yalan dediyini, onu vurmadığını, onun hansı şəraitdə xəsarət almasını bilmədiyini, hadisədən qabaq spirtli içki qəbul etmədiyini, heç kəsə qarşı söyüş söymədiyini, Pünhanın yalan dediyini, Əmrahın yalan dediyini, Əmrahın qarşısını kəsmədiyini, Zərərçəkmiş şəxs5 və Şahid6 yalan dediyini, hadisənin yuxarıda göstərdiyi kimi olduğunu, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə-tibbi ekspertizalarının rəyləri, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs qayınatası Rövşəngildə gördüyünü, həmin vaxtdan tanışlıqları olduğunu, özü 2-ci qrup əli olduğunu, sosial pensiya aldığını, 2020-ci ilin iyun ayının əvəllərində Eldənizlə qayınatasıgildə görüşdüklərini, həmin vaxt Eldənizin onun sosial pensiya aldığını bildirdiyini və əmək peniyası almaq üçün ona staj yazdırmağını dediyini, özünün müəyyən yerlərdə işlədiyini, bu barədə Eldənizə bildirdiyini, Eldənizin də ona 8 il staj yazdıracağını əmək pensiyası alacağını dediyini və ondan müəyyən yerlərin görülməsi və hörmət edilməsi üçün 1200 manat pul isətdiyini, Eldənizə 1000 manat verəcəyini bildirdiyini, Eldənizin ona məhkəmə olacağını və ona 8 il staj yazacaqlarını dediyini, özünün Avropa oyunlarında stadionda işlədiyini, bundan əlavə müəyyən şirkətlərdə işlədiyini, Eldənizin də bunları əsas gətirib ona qanuni staj düşdüyünü dediyini, həmin işin qanuni olduğuna inandırdığını, doğrudan da məhkəmə olacağını və ona staj yazacaqlarını fikirləşdiyini, həmçinin Eldənizin məhkəmənin Şəkidə olacağını, qalan 200 manatı həmin vaxt verməsini istədiyini, Eldənizlə danışıqlarına əsasən 800 manat pul düzəltdiyini və danışıqlarından təxminən 4-5 gün sonra qayınatası Rövşənə məxsus avtomobillə Eldənizgilə getdiyini və qapısında Eldənizə verdiyini, həmin vaxtdan təxminən bir həftə sonra iki dəfə 100 manat da pul düzəltdiyini və aparıb bazarda qayınatası Rövşənə verdiyini, Eldənizə pulu qayınatası Rövşənə verəcəyini qayınatasından götürməyini qabaqcadan bildirdiyini, həmin günlərdə Eldənizin gəlib qayınatası Rövşəndən 200 manatı da götürdüyünü, bundan əlavə söhbət əsnasında Eldənizin ona bacısına sosial yardım düzəldəcəyini dediyini, buna görə sonuncu 100 manatı verdikdən 3-4 gün sonra ondan Musiqiçilər bağının yanında 170 manat pul aldığını, bacısının bu işdən xəbəri olmadığını, bunları yuvarlaq götürərək ondan 1200 manat pul borclu olduğunu bildirdiyini, bundan sonra 2020-ci ilin dekabr ayının 31-nə qədər gözlədiyini, bundan sonra Eldənizə zəng etdiyini, Eldənizin ona bu gün sabah deyə-deyə onu aldatdığını və pulunu vermədiyini, Eldənizin onu altdatdığını görüb ərizə ilə müraciət etdiyini, Təqsirləndirilən şəxs ona əmək pensiyası düzəltmək adı ilə 2020-ci ilin iyun ayının əvvəllərindən axırınadək 1170 manat pul verdiyini, pulun 970 manatını özü verdiyini, 200 manatını isə qayınatası Rövşənin verdiyini, 800 manatı qardaşı Rusiya Federasiyasından poçt vasitəsilə göndərdiyini, həmin pulu götürdüyü tarixin poçtda olduğunu, həmin tarixi poçtdan öyrənib dəqiq deyəcəyini, bundan sonrakı 10 gün müddətində də Eldənizə 370 manat pul verdiyini, 170 manatını özü verdiyini, 200 manatını isə qayınatası Rövşənin yanına qoyduğunu və Eldənizin oradan götürdüyünü, Eldənizlə onun arasında olan məsələdən ailə üzvlərinin məlumatı olduğunu, onlara bu məsələni özünün dediyini, bundan əlavə Eldənizlə onun arasında olan məsələ ilə bağlı danışıqda bir neçə dəfə dayısı Elmanın da olduğunu, Elmanın da Eldənizin ona staj düzəltmək adı ilə ondan 1200 manat pul istədiyini bildiyini, həmçinin ona pulu qardaşı Rəfaelin Rusiya Federasiyasından göndərdiyini, həmin pulu poçtdan götürüb Eldənizə aparanda dayısı Elmanın yanında olduğunu, Elmanın yanında poçtdan pul götürdüyünü, lakin pulu Eldənizə verəndə yanında qayınatası Rövşənin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, oğlu Əhəd Xəlillinin 04 may 2020-ci il tarixdə həqiqi hərbi xidmət yollandığını, Şəmkirdə xidmət etdiyini, 2020-ci ilin iyul ayının əvvələrində hərbi hissədən ona Əhədin yüngül xəstələndiyini, narahatlığa əsas olmadığını, sadəcə valideynlərinin bilməsi üçün xəbər gəldiyini, lakin özünün valideyn olduğu üçün narahatlıq keçirdiyini, həmin gün kənddə qardaşı Əbülfət, həmkəndlisi Rafiq, dayısı oğlu Fizuli ilə birlikdə söhbət etdiklərini, onlara uşağın xəstələndiyini, karantin vaxtı olduğunu, başını itirdiyini, uşağın yanına Şəmkirə getməyini necə etməyi barədə fikiləşdiyini dediyini, həmin vaxt təsadüfən onlara Eldənizin yaxınlaşdığını və ona kömək edəcəyini, Qarabağ müharibəsi əlili olduğunu, onu hər yerə buraxdıqlarını dediyini, doğrudan da Eldəniz, özü və qardaşı Əbülfətin həmin günü Şəmkirə getdiklərini və Eldənizin də orada kiminləsə danışdığını, daha sonra onları uşaqla görüşdürdüklərini, uşağa baxan zaman onun narahat olduğunu, rəngi başı üzərində olmadığını gördüklərini, əvvəl bəlkə uşağı vurmaları barədə fikirləşdiyini, lakin uşağın onu heç kimin vurmadığını dediyini və özünün bundan əmin olduğunu, həmin vaxt uşağın komandirindən uşağı niyə hospitala yerləşdirməmələri barədə soruşduğunu, komandirin ona Şəmkir hospitalına göndərdiklərini, orada ciddi bir şeyi olmadığını dediklərini, daha sonra Eldənizin Şəmkir hospitalının həkimini tanıdığını, onunla arasının yaxşı olduğunu dediyini, geri qayıdanda Eldənizin kiminləsə danışdığını və həmin danışdığı şəxsin Şəmkir hospitalının həkimi olduğunu bildirdiyini, daha sonra onlara həkimin uşağa bir daha Gəncə hospitalında baxılacağını, orada nə məsləhət görülərsə onun da olacağını dediyini, təxminən bir həftə sonra uşağı doğrudan da Gəncə hospitalına apardıqlarını, orada yoxladıqdan sonra oğlunu hərbi hissəyə göndərdiklərini, hərbi hissədə bir həftə qaldıqdan sonra uşağı yenidən Gəncə hospitalına göndərdiklərini, həmin ərəfədə Gəncə hospitalına getdiklərini, yenə Eldənizlə ikisinin olduqlarını, hospitala getdikdən sonra Eldənizin girib guya həkimlə söhbət etdiyini, daha sonra çıxıb ona həkimin pul istədiyini dediyini, lakin həkimin kim olubsa onu tanımadığını, daha sonra həkimə hörmət edəcəyini dediyini, Eldənizin ona uşağın başında kista olduğunu, şiş olduğunu, həkimin uşağı əməliyyat edəcəyini, ona görə pul lazım olduğunu, həkimin 5000 manat pul istədiyini dediyini, daha sonra kəndə gəldiklərini, qardaşı Əbülfət və Eldənizin kənddə kafedə oturub söhbət etdiklərini və Eldənizə 5000 manatlarının olmadığını, həkimə ancaq hörmət edib şirinlik verə biləcəklərini dediklərini, söhbətlərinin bu yerdə qaldığını və Eldənizin onlara həkimlə danışıb onlara xəbər edəcəyini dediyini, bir neçə gün sonra Eldənizin onlara həkimin 2500 manat pul istədiyini dediyini, lakin yenə də 2500 manat pullarının olmadığını bildirdiklərini, həmin gün axşam Eldənizin ona zəng edib pulun mütləq səhər çatmalı olduğunu dediyini və pul verməsə həkimin uşağa iynə vuracağını, uşağı şikəst edəcəyini deyərək onu qorxutduğunu, belə olub məcbur qardaşı Əbülfətlə məsləhətləşdiklərini və Eldənizə 2500 manat verməyə razılaşdıqlarını, daha sonra gecə Eldənizin ona zəng etdiyini, Eldənizin ona ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə zəng etdiyini, qorxduğunu və həmkəndlisi Rafiqdən 500 ABŞ dolları borc aldığını, Rafiqin həmin 500 dollar pulu ona verən zaman ona Eldənizlə heç bir iş görməməyini, kənddə Eldənizin adamları aldatması ilə bağlı onun barəsində söz-söhbət gəzdiyini, daha sonra pulun qalanını isə özündən düzəldib 1400 ABŞ dolları, 80 manat da düzəltdiyini və ertəsi gün Eldənizin Gəncə şəhərində hospitalın yaxınlığında bir kafenin yanında pulu ondan aldığını və cibinə qoyduğunu, həmin yerdə kamera olduğunu, daha sonra Eldənizin hospitalın həyətinə girdiyini və təxminən yarım saat sonra çıxdığını və həkimə pulu verdiyini, uşağı yaxşı müayinə edəcəyini dediyini, həmin vaxtdan sonra uşağın hospitalda bir həftə qaldığını, sonra uşağı Müdafiə Nazirliyinin hərbi hospitalına göndərdiklərini, orada iki gün saxladıqlarını, sonra Gəncə hospitalına göndərdiklərini, orada təzədən bir həftə yatdığını, bundan sonra hərbi hissəyə göndərdiklərini, həmin vaxt uşağın əməliyyat olunmadığını görüb Eldənizin onu aldatdığından şübhələndiyini, Eldənizə uşağın başında şiş olduğunu, onu əməliyyat edəcəklərini dediyini, lakin onu əməliyyat etmədiklərini, onu aldadıb pul aldığını dediyini, Eldənizin ona bu gün və ya sabah edəcəklərini dediyini, lakin uşağın əməliyyat olunmadığını, Eldənizdən bir neçə dəfə belə soruşandan sonra Eldənizin ona hospitalın bağlandığını dediyini, həmin vaxt Qarabağ müharibəsinə təxminən bir həftə vaxt qaldığını, həmin ərəfədə müharibə başladığını, Eldənizə onu aldatdığını, heç kimin ondan pul istəmədiyini, onun pulunu qaytarmağını istədiyini, Eldənizin də ona pulu qaytaracağına söz verdiyini, lakin Eldənizdən nə qədər pulu tələb etsə də Eldənizin pulu qaytarmadığını, bir dəfə 500 ABŞ dolları borc aldığı həmkəndlisi Rafiqin yanında Eldənizdən pulu istədiyini, Eldənizin isə pulu düzəldə bilmədiyini, yaxın müddətdə düzəldib qaytaracağını dediyini, lakin Eldənizin pulu düzəldib qaytarmadığını, Eldənizə ondan şikayət edəcəyini bildirdiyini, bundan sonra Eldənizin ona şikayət etməməyini dediyini, daha sonra Eldənizin Şıxlı kəndində yaşayan bibisioğlu Gündüzün yanına getdiyini və Gündüzə əhvalatı danışdıqdan sonra, Gündüzə ondan şikayət etməməsi üçün xahiş etməyini, pulu düzəldib qaytaracağını bildirdiyini, Gündüzün də ona bu barədə dediyini və Gündüzün xətrinə gözlədiyini, lakin Eldənizin Gündüzə söz verdiyi vaxtın da ötüb keçdiyini, daha sonra Gündüzün Eldənizə bir neçə dəfə dedikdən sonra Eldənizin onu da aldatdığını başa düşdükdən sonra ona bu işdən çəkildiyini bildirdiyini, bundan sonra məcbur olub RPŞ-yə və DİN-in 102 xidmətinə zəng edib bu barədə bildirdiyini, Eldənizin pulu verdiyini bildirdiyi həmin həkimlə heç vaxt görüşə bilmədiyini, çünki Eldənizin buna imkan vermədiyini və ona həmişə onun həkimlə görüşməyə icazə olmadığını, həkimlə özünün görüşüb özü həll edəcəyini bildirdiyini, 1400 ABŞ dolları və 80 manat pulu Təqsirləndirilən şəxs dəqiq olaraq 2020-ci ilin iyul ayının axırlarında verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, "xxxx" QBKT MMM-dən 2000 manat kredit götürdüyünü, həmin borcunu aylıq olaraq vaxtı-vaxtında ödədiyini, lakin sonradan maddi imkanı yaxşı olmadığı üçün həmin borcu ödəyə bilmədiyini, "xxxx" QBKT MMM-in onu bir neçə dəfə xəbərdar etdikdən sonra onu Ağdaş Rayon Məhkəməsinə verdiyini, "xxxx" QBKT MMM-in iddiasına görə onun faizi ilə birlikdə təxminən 2000 manat borcu qaldığını, təxminən 2019-cu ilin iyun ayının əvvəllərində Ağdaş şəhərində bazarın qarşısında yerləşən çayxanada oturduğunu, yanında həmin zaman onunla çay içən yoldaşlar olduğunu, lakin onların kim olması dəqiq yadında olmadığını, həmin vaxt yanındakı yoldaşlara banka borcu olması və bankın onu məhkəməyə verməsi barədə danışdırdığını, bu zaman təsadüfən Ağdaş rayon Sadavat kəndində yaşayan Təqsirləndirilən şəxs gəlib oturduğunu, həmin vaxta qədər Eldənizi tanımadığını, Eldənizin gəlib oturduqdan sonra onun hadisəsinə qulaq asdığını və çayı içib ayağa duranda onunla birlikdə ayağa durduğunu və ona onu qanunsuz olaraq məhkəməyə verdiklərini, onun kreditini faizi ilə birlikdə sildirəcəyini bildirdiyini və ondan bunun qarşılığında 1000 manat pul istədiyini, lakin ona 1000 manatı olmadığını bildirdiyini, daha sonra Eldənizin ondan 700 manat pul istədiyini, onunla 700 manata razılaşdığını, həmin söhbətdən təxminən 2-3 gün sonra evdən əkin biçinlərini yığıb aparıb bazarda satdığını və 500 manat öz həyətində, ondan 10 gün sonra Eldənizin həyətində ona 200 manat pul verdiyini, həmin ərəfələrdə Eldənizin ona dayanmadan nə oldu pulu gətirməyi deyərək zəng etdiyini, daha sonra bankın onunla əlaqə saxladığını və ona faiz borcunu sildiklərini, lakin əsas borcun durduğunu bildirdiklərini, gedib bankla danışdığını və onun banka qalan 800 manat borcunu 5 ilə böldüklərini və hazırda həmin pulu ödədiyini, bundan sonra Eldənizə onu aldatdığını və onun borcu silinmədiyini, kreditini razılaşdığını hissəhissə ödədiyini dediyini, həmçinin Eldənizdən pulunu tələb etdiyini, lakin ondan pulunu dəfələrlə tələb etməyinə baxmayaraq, Eldənizin onun pulunu geri qaytarmadığını, bununla bağlı arvadı Yeganə Məmmədovanın bir dəfə Eldənizin onun pulunu qaytarması üçün kəndin sahə inspektoruna şifahi xahiş etdiyini, bundan başqa heç yerə rəsmi müraciət etmədiyini, Eldənizdən nə qədər istəsə də pulunu geri qaytarmadığını, 03.02.2020-ci ildə arvadını götürüb Eldənizgilə getdiyini və ondan pulunu tələb etdiyini, lakin Eldəniz müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etdiyini, həmin vaxt öz mobil telefonu ilə Eldənizlə aralarında olan danışığı yazaraq özündə saxladığını, bundan sonra Eldənizin onun pulunu verməyəcəyinə əmin olduğunu və RPŞ-yə ərizə ilə müraciət etdiyini, təxminən istintaqda ifadə verməmişdən 15-20 gün qabaq Eldənizə zəng edib pulunu soruşduğunu, Eldənizin isə ona bir daha ona zəng etməməyini, onu tutduracağını dediyini, onun Eldənizə pulu verən zaman ikisindən başqa heç kimin olmadığını, Eldənizə pul verməyindən yalnız arvadının xəbəri olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, 31.12.2020-ci il tarixdə saat 19:30 radələrində evdə olduğunu, həmin vaxt küçədən səs-küy gəldiyini eşitdiyini, çölə çıxıdğını, həmin vaxt Eldənizin ucadan söyə-söyə onların qapısına gəldiyini gördüyünü, Eldənizin onların həyətinə girdiyini, həmin əri Ədalətin çölə çıxdığını, Eldənizin ucadan söyə-söyə və Ədalətin sinəsinə vura-vura oğlu Ehtinadın ünvanına söyüş söydüyünü, həmin anda Ədalətin vəziyyətinin pisləşdiyini və Eldənizə çıxıb getməyini dediyini, Ədalətin ağır şəkər xəstəsi olduğunu, onun vəziyyətinin pisləşməsi həyəcanla bağlı olduğunu, Ədalətin halının pisləşməsini görüb tez onların yanına qaçdığını və Eldənizlə Ədalətin arasına girib Eldənizi aralamağa çalışdığını və Eldənizə “sən bu kişini niyə vurursan, bu kişi şəkər xəstəsidir” dediyini, lakin həmin vaxt Eldənizin onun qollarından yumruqla bir neçə dəfə vurduğunu və onu kənara itələdiyini, həmin vaxt oraya çoxlu adam yığıldığını, Ədalətin isə Eldənizə çıxıb getməyini dediyini, lakin Eldənizin getmədiyini və orada yığışan insanların içərisində hamıya qarşı söyüşlər söydüyünü, həmin vaxt orada yığışanlara hücum edib hamıya söyüş söydüyündən bir neçə nəfərin onu vurduğunu, eyni zamanda Ədalətin 102 xidmətinə də zəng etdiyini, bundan sonra oraya həmkəndlisi Ayxanın gəldiyini, Ayxanın da Eldənizin azğınlaşmış formada hamıya qarşı hücum etdiyini və onun oğlu Əmraha və hamıya söyüş söydüyünü görüb Eldənizi bir dəfə vurduğunu və daha sonra 102 xidmətinə zəng etdiyini, bundan sonra polislərin gəldiklərini və Eldənizi avtomobilə otuzdurub evə aparmaq istədiklərini, lakin Eldənizin polisləri eşitmədiyini və onlarla getmədiyini, həmin vaxt orada olan Ədalətin qardaşı oğlu Sakitin Eldənizi sakitləşdirdiyini və evə apardığını, polislərin də çıxıb getdiklərini, Eldənizin yalan dediyini, əri Ədalətin Eldənizi ağacla vurmadığını, onu orada bir neçə nəfərin vurduğunu, həmin şəxslərin isə Eldənizi söyüş söydüyünə görə əllə vurduqlarını, Eldənizin həmin vaxt sərxoş olduğunu, açarlarını, pulunu itiribsə deyə bilməyəcəyini, lakin onların yanında onun cibindən 550 manat pulunu, kartını və açarını götürən olmadığını, Eldənizi konkret kimin vurduğunu bilmədiyini, lakin bir neçə nəfərin onu əlləri ilə vurduqlarını, hadisənin təxminən 50 dəqiqə çəkdiyini, həmin vaxt orada 30 nəfər kənd sakinləri olduğunu, Eldənizin həmin vaxt sərxoş olduğunu, Eldəniz onu vurduğuna görə Eldənizdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavət olmadığını, təxminən 5-6 gün bundan əvvəl qonşuluğunda yaşayan Eldənizin qardaşı Zülfiqarın ondan onları Ağdaş xəstəxanasına aparmağını xahiş etdiyini, həmkəndli olduqları üçün kömək etmək məqsədi ilə buna razılaşdığını, Eldənizin qardaşı və bacısı ilə aralarında bir müddət davam edən mübahisə olduğunu, Eldəniz onun qardaşını xəstəxanaya apardığını görüb atası Ədalətə zəng etdiyini və telefonda onun ünvanına söyüş söyərək ona bir daha həmin qapıya getməməyini tapşırmağını bildirdiyini, atasının da Eldənizə bir daha getməməyi üçün tapşıracağını, bu hadisədən 2 gün sonra, yəni 31.12.2020-ci il tarixdə dostları Pünhan və Əmrahla birlikdə ayaqqabı almaq üçün Ağdaş şəhərinə getdiklərini, daha sonra oradan hərbi xidmətdən təxris olan bir həmkəndlisini evə gətirmək üçün getməli olduqlarını, ayaqqabı almaq üçün M.İsayev adına məktəbin yanında Fəxrəddin adlı şəxsin mağazasına girən zaman onları Eldənizin gördüyünü, Eldənizin mağazaya gəldiyini və ona irad tutaraq nə səbəbə onun qardaşını xəstəxanaya apardığını bildirdiyini, mağazada mübahisə olmaması üçün çölə çıxdığını, bu zaman Eldənizin də onun arxası ilə çölə çıxdığını və çöldə ona bir şillə vurduğunu və ondan yığdığını dediyini, həmin vaxt orada olan dostları Pünhan və Əmrahın araya girdiklərini və Eldənizə ondan böyük olduğu üçün bir söz demədiyini və çıxıb getdiyini, daha sonra Goranboy rayonundan əsgəri götürüb evlərinə gətirən zaman Eldənizin onu yaşadıqları evin qarşısında gördüyünü, həmin vaxt orada tanışları İsmayıl, Pünhan, Əmrah, Sahil, Aral-1 kəndindən Tural adlı şəxslərlə söhbət etdiklərini, Eldənizin onu görən kimi yaxın gəldiyini və öz iradlarını bildirərək onu bir dəfə də şillə ilə vurduğunu, həmin vaxt əsəbləşdiyini lakin orada olan dostları araya girdiyi üçün aralarında dava olmadığını, həmçinin Eldənizin sərxoş olduğu üçün ona yenə hücum etdiyini və orada olan dostlarının Eldənizin qarşısında durduğunu, Eldənizə onu ikinci dəfədir ki, vurduğunu, ona böyük olduğu üçün cavab qaytarmadığını, onu bir daha vurmamağını bildirdiyini, Eldənizin də əsəbi halda söyüşlər söyə-söyə onun yaşadığı evə tərəf getdiyini və qapını açaraq həyətə girdiyini, dostları ilə birlikdə Eldənizin arxasınca həyətə girdiklərini, Eldənizin onun atasını çağırdığını və atasını həyətdə görən kimi onun sinəsindən əli ilə vura-vura “Ədalət dayı mənim günahım yoxdur, mənə hörmətsizlik edir” və s. deyərək onun və yanında olan dostlarının ünvanına sözlər deməyə başladığını, Eldənizin dayanmadan söyüş söydüyünü və atasının sinəsinə döyəclədiyini, atasının isə şəkər xəstəsi olduğu üçün halının pisləşdiyini və Eldənizə bircə çıxıb getməyini dediyini, həmin vaxt anasının qaçaraq araya girdiyini və Eldənizi aralamağa çalışdığını və ona “bu kişini niyə öldürürsən” dediyini, Eldəniz isə anasının qollarından vuraraq onu kənara itələdiyini və söyüşlərini davam etdirdiyini, həmin vaxt özü və yanında olan yoldaşların Punhanın və Əmrahın anasını və atasını vurduğuna görə, həmçinin onların ünvanına söyüşlər söydüyünə görə Eldənizi əlləri vurduqlarını, bundan sonra atasını araladıqlarını, daha sonra Eldənizin onun yaşadığı evin həyətində “şou” göstərməyə başladığını, başını və əllərini çardağın sütununa, evin divarına, həyətin divarına döyməyə başladığını, həmin vaxt atasının 102 xidmətinə zəng etdiyini, bundan sonra Eldəniz getmədiyini və öz hərəkətlərini davam etdirdiyini, həmin vaxt oraya yığışan təxminən 30-40 nəfər insanın da dayanıb Eldənizin “şousuna” baxdığını, həmin ərəfələrdə oraya Əmrahın atası Ayxanın gəldiyini, Ayxan gələndə Eldəniz ortalıqda başını, əllərini divara döydüyünü və hamıya söydüyünü, hamını hədələdiyini və onlara “sizi polisə verəcəm, tutduracam, başınıza oyun açacam” və s. dediyini, Ayxan gələndən sonra Əmrahın ona Eldəniz onun dəfələrlə qarşısını kəsdiyini, onu təhqir etdiyini, onun bibisi oğlu İlknurun ünvanına nalayiq ifadələr işlətdiyini, bu gün də heç bir səbəb olmadan Ehtinadla dalaşmağa qoymadıqları üçün onlara da təhqir etdiyini və söydüyünü dediyini, Əmrahın bunları deyəndə Eldənizin hələ də onları söydüyünü və hədələdiyini, Ayxanın da həmin vaxt niyə bu barədə ona deməməsi səbəbi ilə Əmraha da əsəbləşdiyini, daha sonra söyüş söydüyü üçün Eldənizi bir dəfə yumruqla sifətindən vurduğunu, sonra da Ayxanın DİN-in 102 xidmətinə zəng etdiyini, Eldənizin sərxoş olduğu üçün onu sakitləşdirmək mümkün olmadığını, polislər gəldikdən sonra da Eldənizi sakitləşdirmək istədiklərini, lakin Eldənizin polisləri də eşitmədiyini, daha sonra onun əmisi oğlu Sakitin Eldənizi sakitləşdirərək evə apardığını, bundan sonra orada sakitlik olduğunu və heç bir hadisə baş vermədiyini, Eldənizin onu vuranda sifətindən xəsarət aldığını, Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə ünvanladığı müraciətində və RPŞ-yə verdiyi ərizədə, həmçinin izahatda 31.12.2020-ci il tarixdə saat 20:30 radələrində onun, Əmrah Kərimov, Ayxan Novruzov, Pünhan Məmmədov, İlknur Novruzov və atası Ədalətin onun bədənin müxtəlif yerlərinə vuraraq xəsarət yetirməsini bildirməyi ilə bağlı özünün, Pünhanın, Əmrahın və Ayxanın Eldənizi vurduqlarını, onu vurmaqlarının səbəbinin şillə ilə anasını və atasını əlləri ilə yumruqla vurması və onlara qarşı söyüş söyməsi olduğunu, lakin həmin vaxt İlknurun orada olmadığını, İlknurun oraya dava olandan və polislər gələndən sonra gəlib çıxdığını, həmçinin atası Ədalətin Eldənizi vurmadığını, əksinə Eldənizin atasını sinəsindən dəfələrlə vurduğunu, atasının halının isə həmin vaxt pis olduğunu, orada Eldənizi ağacla vuran olmadığını, Eldəniz yalan dediyini, Eldənizin etdiyi hərəkətlərə görə döyüldüyünü, Eldənizin həmin vaxt sərxoş olduğunu, açarlarını pulunu itiribsə deyə bilmədiyini, lakin onların yanında onun cibindən 550 manat pulunu kartını və açarını götürən olmadığını, Eldənizin həmin vaxt sərxoş olduğunu, hadisənin təxminən 45-50 dəqiqə davam etdiyini, daha doğrusu Eldənizin təxminən 50 dəqiqə onun yaşadığı evin həyətində və küçədə səs-küy yaradaraq söyüş söydüyünü, Eldənizi bir dəfə əli ilə vurduğunu, harasından vurduğu yadında olmadığını, Eldəniz yalan dediyini, sürətlə maşın sürən olmadığını, Eldənizin özünü müdafiə etmək üçün belə dediyini, İlknurun oraya hadisədən sonra gəlib çıxdığını, İlknurun Eldənizin üzərinə maşın sürmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, təxminən 5-6 gün bundan əvvəl qonşuluğunda yaşayan Eldənizin qardaşı Zülfiqarın oğlu Ehtinaddan xahiş edərək onları Ağdaş xəstəxanasına aparmağını bildirdiyini, oğlu Ehtinadın da həmkəndlisi olduğu üçün kömək etmək məqsədi ilə buna razılaşdığını, Eldənizin qardaşı və bacısı ilə aralarında bir müddət davam edən mübahisə olduğunu, Eldənizin Ehtinadın onun qardaşını xəstəxanaya apardığını görüb ona zəng etdiyini və telefonda Ehtinadın ünvanına söyüş söyərək ona bir daha həmin qapıya getməməsini tapşırmağını bildirdiyini, Eldənizə söyüş söyməməyini, bir daha getməməyi üçün tapşıracağını bildirdiyini, bu hadisədən 2 gün sonra, yəni 31.12.2020-ci il tarixdə oğlu Ehtinadın dostları Pünhan və Əmrahla birlikdə ayaqqabı almaq üçün Ağdaş şəhərinə getdiklərini, daha sonra oradan hərbi xidmətdən təxris olan bir həmkəndlisini evə gətirmək üçün getməli olduqlarını, oğlu Ehtinadın ayaqqabı almaq üçün M.İsayev adına məktəbin yanında Fəxrəddin adlı şəxsin mağazasına girdiyini, həmin vaxt onları Eldənizin gördüyünü, Eldənizin həmin mağazaya girdiyini, oğlu Ehtinada irad tutduğunu, daha sonra mağazada çöldə ona bir şillə vurduğunu, həmin gün qonşusunda oğlu hərbi xidmətdən gəlmiş əmisioğlu Rəcəbə gözaydınlığı vermək üçün getdiyini, həmin vaxt Rəcəbin həyətdə stol açdığını və yemək hazırladığını, oturub Rəcəblə bir rumka araq içdiyini, bu zaman oraya Eldənizin gəldiyini və Eldənizin də oturub onlarla araq içməyə başladığını, Eldənizin stola oturduğunu görüb ondan xoşu gəlmədiyi üçün ayağa durduğunu və çıxıb getdiyini, özü gedən zaman Eldənizin araq içdiyini, həmin gün axşam təxminən saat 19:30 radələrində evdə olduğunu, çöldən səs-küy gəldiyini eşitdiyini və həyətə çıxdığını, bu zaman Eldənizin həyətə girdiyini gördüyünü və onun sinəsindən vura-vura “Ədalət dayı, mənim heç bir günahım yoxdur” dediyini, onun sərxoş olduğunu görüb ona “Eldəniz, çıx burdan get” dediyini, lakin Eldənizin getmək istəmədiyini, şəkər və təzyiq xəstəsi olduğunu, həmin vaxt narahat olduğunu və onun narahatlığını görən həyat yoldaşı Aidənin tez evdən qaçaraq gəldiyini və Eldənizə “bu yazıq kişini niyə öldürürsən” dediyini, daha sonra ortaya girib Eldənizi aralamaq istədiyini, lakin Eldəniz həmin vaxt həyat yoldaşı Aidənin qollarından bir neçə dəfə vurduğunu və onu kənara itələdiyini, özü isə yaşlı adam olduğu üçün həmin vaxt Eldənizə müqavimət göstərə bilmədiyini və ona yalnız çıxıb getməyini dediyini, çünki Eldənizin hərəkətlərindən, evinə səs-küy salmasından və söyüş söyməsindən şəkəri və təzyiqi qalxdığını və zorla ayaq üstündə durduğunu, həyat yoldaşı Aidənin onu birtəhər Eldənizin əlindən aldığını və kənara çəkdiyini, həmin vaxt Eldənizin onu və Aidəni vurduğuna və onlara qarşı söyüş söydüyünə görə orada olan oğlu Ehtinad, Əmrah, Pünhan adlı şəxslərin Eldənizi vurduqlarını, həmçinin onun həmin uşaqlara söyüş söyməsi onlara pis təsir göstərdiyini, bundan sonra orada olan şəxslərin Eldənizi araladıqlarını, lakin Eldənizin yumruqla onun həyətindəki çardağın sütununa və evin divarlarına yumruğu ilə vurduğunu və başını da həmin yerlərə döyəclədiyini, Eldənizin qapıdan çıxmadığını gördüyünü və DİN-in 102 xidmətinə zəng vurduğunu, daha sonra oğlu Ehtinad qonşusunun oğlu Məhəmmədi hərbi xidmətdən gətirdiyini, sonra evə gələndə qapının ağzında Eldənizin Ehtinadı gördüyünü və onunla yenidən mübahisə etdiyini və ona şillə vurduğunu, daha sonra Eldənzi araladıqlarını, həmin vaxt Eldənizin və oğlu Ehtinadın arasında mübahisə olduğunu, Eldənizin də həmin mübahisədən əsəbləşdiyini və sərxoş olduğu üçün onun yaşadığı evə hücum etdiyini, ümumiyyətlə Eldənizin hamıdan şikayət edib şərləyən adam olduğu üçün insanların ondan çəkindiyini və ondan uzaq gəzdiyini, oğlu Ehtinadı şillə ilə vurduqdan sonra onunla arasında mübahisə olduğu üçün bundan əsəbləşərək yaşadıqları evə hücum etdiyini, Eldəniz sərxoş olduğu üçün onu sakitləşdirmək mümkün olmadığını, Eldənizin hamıya söydüyünü, ora yığışan insanların da əsəbləşdiyini, daha sonra oraya Ayxan adlı şəxsin gəldiyini, Ayxan gəldikdən sonra Eldənizin hamıya söydüyünü, həmçinin oğlu Əmraha da söydüyünü gördüyünü və əsəbləşib Eldənizi bir dəfə sifətindən vurduğunu, həmin vaxt səs-küyə təxminən 30-40 nəfər qonşunun onlara yığıldığını, daha sonra polislərin gəldiklərini, polislər gəldikdən sonra da Eldənizi sakitləşdirmək istədiklərini, lakin Eldənizin polisləri də eşitmədiyini, daha sonra onun qardaşı oğlu Sakitin Eldənizi sakitləşdirərək evə apardığını, bundan sonra orada sakitlik olduğunu və heç bir hadisə baş vermədiyini, özünün Eldənizi vurmadığını, əksinə Eldənizin onu döydüyünü, həmin vaxt oradakıların hamısı onun vəziyyətinin pisləşdiyini, ayaq üstə durmağa halı olmadığını gördüyünü, İlknurun ümumiyyətlə orada olmadığını, oraya polislər gəldikdən sonra gəlib çıxdığını, orada Eldənizi ağacla vuran olmadığını, Eldənizin həmin vaxt sərxoş olduğunu, açarlarını, pulunu itiribsə deyə bilmədiyini, lakin onların yanında onun cibindən 550 manat pulunu, kartını və açarını götürən olmadığını, Eldənizin həmin vaxt sərxoş olduğunu, onu Rəcəbin məclisində içərkən gördüyünü, hadisənin təxminən 50 dəqiqə davam etdiyini, Aynurun bu işlə əlaqəsi olmadığını, Aynurun dövlət işində çalışdığı üçün Eldəniz bundan istifadə edib onu şərləməyə çalışdığını, Eldənizin orada xuliqanlıq etdiyini, ona görə də döyüldüyünü, əvvəlcə işin bu səviyyəyə çıxmasını istəmədiyini, DİN-in 102 xidmətinə vurduğu zəng zamanı məqsədinin, polislərin gəlib Eldənizi onun həyətindən aparmaları olduğunu, lakin sonradan Eldənizinin onları şərlədiyini görüb özü də həqiqəti deməyə qərar verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onunla qonşu kənddə yaşadığını, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, 2020-ci ilin iyul ayının əvvəllərində kənddə həmkəndlisi Oktay, Əbülfət və Fizuli ilə birlikdə söhbət etdiklərini, həmin vaxt Oktayın oğlu Əhədin xəstələndiyini, hərbi hissədən narahatlığa ciddi əsas olmadığını dediklərini bildirdiyini, lakin Oktayın valideyn kimi narahatlıq hissi keçirdiyini və karantin vaxtı olduğu üçün oğlunun yanına gedib-gəlməyi necə etməyini fikirləşdiyini, həmin vaxt təsadüfən yanlarına Təqsirləndirilən şəxs gəlib çıxdığını və söhbətin məzmununu eşitdikdən sonra Oktaya onunla gedib gələcəyini dediyini, daha sonra Oktayın qardaşı Əbülfət və Eldəniz ilə birlikdə Şəmkir şəhərinə getdiklərini, orada doğrudan da Oktayın oğlu ilə görüşdüklərini, daha sonra Oktaygilin kənddə gəlib ona Eldənizin danışdığını, uşağı hospitala aparıb orada müalicə edəcəklərini, həmin hadisədən təxminən 2 həftə sonra Oktayın ona uşağın Gəncə hospitalında əməliyyat edəcəklərini, başında kista olduğunu dediyini, Eldənizin də həkimlə danışdığını, həkimin 2500 manat pul istədiyini, Eldənizin də əgər 2500 manat verməsələr həkimin uşağı korlayacağını, buna görə də həkimə 2500 manatı vermək üçün pulu düzəlmədiyini dediyini və ondan borc istədiyini, özündə olan 500 ABŞ dolları pulu Oktaya verdiyini, həmçinin pulu Oktaya verəndə də Eldəniz adamları aldatması barədə Eldənizin barəsində kənddə söz-söhbət gəzdiyini, onunla heç bir iş görməməyini dediyini, Oktaya əl tutmasa, Oktayın ondan inciyib küsəcəyini dediyini, xəbərdarlıq emtəyinə baxmayaraq, bir həmkəndli kimi 500 ABŞ dolları pulu ona borc verdiyini, sonradan bildiyinə görə Oktayın həmin pulun üzərini düzəltdikdən sonra 1400 ABŞ dolları və 80 manat pulu Gəncə şəhərində Eldənizə verdiyini, daha sonra Oktayın uşağını Gəncə hospitalında müalicə etdikləini, sonra Bakı hospitalında müalicə etdiklərini, lakin onu əməliyyat etmədiklərini, bundan sonra Oktay Eldənizin onu aldatdığını başa düşdüyünü və Eldənizdən pulunu tələb etdiyini, lakin pulunu ala bilmədiyini, Oktayın bir dəfə də onun yanında kənddə kafedə Eldənizlə görüşdüyünü, həmin vaxt yanlarında Oktayın qardaşı Əbülfətin də olduğunu, Oktayın Eldənizə onun pulunu verməyini, onu aldatdığını, uşağın əməliyyat olunacağı adı ilə ondan pul aldığını dediyini, Eldənizin də pulu həkimə verdiyini, yaxın müddətdə düzəldib verəcəyini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, 2020-ci ilin yay aylarında Eldənizi dayısı oğlu Oktayın yanında gördüyünü, bir dəfə Eldənizlə nə işi olmasını soruşduğunu, Oktayın ona oğlu Əhədin hərbi xidmətdə xəstələndiyini, həmin vaxt karantin olduğu üçün uşağın yanına gedə bilmədiyini, hazırda Eldənizin ona kömək etdiyini bildirdiyini, bu barədə aralarında çay içəndə söhbət olduğunu, Eldənizin ona bir dəfə Oktayla gedib həkimi gördüyünü, həkimə hörmət etmək lazım olduğunu, lakin Oktay pul vermədiyini bildirdiyini, bir mənada Oktaydan ona narazılıq etdiyini, təklikdə Oktaydan bunun nə məsələ olması barədə soruşduğunu, Oktayın da ona uşağın xəstə olduğunu, Eldənizin də onu əməliyyat etmək lazım olduğunu, bunun üçün 2500 manat pul lazım olduğunu bildirdiyini, lakin həkimi görə bilmədiyini, həkimlə Eldənizin söhbət etdiyini dediyini, bildiyinə görə də Əhədin zəng edib evə atasına başının ağrıdan partladığını dediyini, Oktaya əgər həkimin bu işi həll edirsə pulu vermək lazım olduğunu dediyini, bundan sonra Oktayın Eldənizə 1400 ABŞ dolları və 80 manat pul verdiyini bildiyini, həmin hadisədən bir qədər sonra Oktayın ona Eldənizin onu aldatdığını dediyini, Eldənizin Oktaydan pulu Əhədin əməliyyat etdirilməsi müqabilində həkimə vermək üçün aldığını, lakin Əhədi isə əməliyyat etmədiklərini, həmin vaxt Oktayın Eldənizin onu aldatdığını başa düşdüyünü, bundan sonra Oktayın pulunu istədiyini, lakin Eldənizin hər dəfə müxtəlif bəhanələrlə Oktayın pulu vermədiyini, bundan sonra Oktayın Eldənizə ondan şikayət edəcəyini bildirdiyini, həmin ərəfədə Eldənizin onun yanına gəldiyini və ona Oktaydan vaxt almağını, pulu düzəldib qaytaracağını dediyini, Oktaya bir az gözləməyini dediyini, lakin Oktayın razılaşsa da Eldənizin vəd etdiyi vaxtın ötüb keçdiyini, lakin Oktayın pulunu vermədiyini, bundan sonra Oktayın polisə müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində Zərərçəkmiş şəxs1 onun bacısı oğlu olduğunu, Təqsirləndirilən şəxs Aqşinin yanında gördüyünü, bir dəfə onunla birlikdə Ağdaş şəhərində çayxanada oturduqlarını və həmin vaxt Eldənizin Aqşinə staj düzəldəcəyi və ondan 1200 manat pul istədiyini bildiyini, bundan sonra bir dəfə 2020-ci ilin iyun ayında Aqşin ona Eldənizə vermək üçün qardaşının Rusiya Federasiyasından pul göndərdiyini və birlikdə gedib poçtdan pulu götürdüklərini, sonra Aqşinin Eldənizgilə getdiyini, sonradan Aqşinin ona Rövşənlə birlikdə Eldənizgilə gedib və 800 manat pul verdiyini dediyini, sonra isə 200 manat və daha sonra bacısına sosial yardım düzəltmək adı ilə 170 manat pul verdiyiyini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, 31.12.2020-ci il tarixdə həmkəndliləri Ehtinad və Əmrahla birlikdə Ağdaş şəhərinə getdiklərini, orada Ehtinadın ayaqqabı mağazasına girdiyini, özünün isə Əmrahla çöldə gözlədiklərini, bir neçə dəqiqə sonra oraya Eldənizin gəldiyini və mağazaya girdiyini, daha sonra Ehtinadla birlikdə mağazanın çölünə çıxdıqlarını və çöldə Eldəniz Ehtinada bir şillə vurduğunu, bundan sonra onları araladıqlarını, daha sonra Ehtinadla Goranboya hərbi xidmətdən qayıdan dostunu gətirməyə getdiyini, həmin gün Goranboydan axşam saat 18:00 radələrində qayıtdıqlarını, oradan həmkəndliləri Şöhrətin oğlu Məhəmmədi gətirdiklərini və evlərinə düşürdüklərini, oradan həmkəndliləri Raqufun da oğlu gəldiyi üçün Raqufa gözaydınlığı vermək üçün onlara getdiklərini, Raqufgildə olanda Eldənizin onların evindən düşdüyünü və tutar tutmaza ona “Pünhan səni atacam” dediyini, özü Eldənizin onunla nə əlaqəsi olmağına məəttəl qaldığını və ona “mən atılası oğlan deyiləm” dediyini, bundan sonra Əmrah və digər yoldaşları ilə söz söhbət olmaması üçün çölə çıxdıqlarını, Eldənizin həmin vaxt sərxoş olduğunu, Eldənizin ona sataşmasını yalnız səhər Ehtinadı şillə ilə vuranda araya girib qoymamağı ilə əlaqələndirdiyini, çölə çıxıb Ehtinadgilin qapısında dayandıqlarını, həmin vaxt orada özü, Ehtinad, Əmrah, Qəzənfərin oğlu İsmayıl, Aral-1 kəndindən Tural adlı şəxs, Hekayətin oğlu Sahil olduğunu, həmin vaxt Eldənizin yenə də onlara yaxınlaşdığını və Ehtinada irad tutaraq ona şillə vurduğunu, onları araladıqlarını, Ehtinadın isə Eldəniz ona ikinci dəfədir vurduğunu, böyük olduğu üçün ona heç nə demədiyini, onu bir daha vurmamağını dediyini, Eldənizin yenə də Ehtinadı vurmaq istədiyini, lakin onun qarşısına durduqlarından onu vura bilmədiyini, bundan sonra Eldənizin Ədalətgilin qapısına girib Ədaləti çağırdığını, Eldənizin arxası ilə getdiyini, Ədalətin Eldənizin qarşısına çıxdığını, Eldənizin Ədalətin sinəsindən döyəcləməyə başladığını və ona günahı olmadığını dediyini, həmçinin onların ünvanına ağıza almayacaq söyüşləri söyməyə başladığını, Ədalətin isə şəkəri qalxdığı üçün həyəcanlandığını və vəziyyəti pisləşdiyini, Eldənizə çıxıb getməyini dediyini, Eldənizin isə çıxıb getmədiyini və Ədalətin sinəsindən vurduğunu, həmin vaxt Ədalətin həyat yoldaşının qaçıb gəldiyini və Ədaləti Eldənizin əlindən almağa çalışaraq bu kişini niyə öldürdüyünü dediyini və onları ayırmağa çalışdığını, lakin həmin vaxt Eldənizin Aidənin qollarından yumruqla vuraraq onu kənara itələdiyini və yenə də Ədalətin sinəsindən döyəcləməyə başladığını, eyni vaxtda Ehtinada, həmçinin onu daha sonra Ehtinadı vurmağa qoymadıqları üçün onlara, orada olan şəxslərə qarşı nalayiq söyüşlər söydüyünü, Eldənizin Aidəni vurmasından sonra dözə bilmədiklərini və özü, Əmrah və Ehtinadın Eldənizi əlləri ilə vurduqlarını, daha sonra orada olan şəxslərin araya girdiyini və Eldənizi kənara çəkmək istədiklərini və evlərinə göndərmək istədiklərini, lakin Eldənizin özünü əlini, başını çardağın sütununa, divara döydüyünü, söyüş söydüyünü, hamını hədələyədək başlarına oyun gətirəcəyini dediyini və əsl “şou” düzəltdiyini, həmin vaxt Ayxanın gəlib oraya çıxdığını, Ayxan gəldikdən sonra Eldənzin hərəkətlərini gördüyünü və həmçinin Eldənizin oğlu Əmraha sataşdığını və ona qarşı həmçinin camaata qarşı söyüşlər söydüyünü gördüyünü, bundan sonra Eldənizi bir dəfə yumruqla sifətindən vurduğunu, daha sonra Eldənizi aparmaq üçün niyə 102 xidmətinə zəng etmədiklərini dediyini və 102 xidmətinə zəng vurduğunu, bundan bir az sonra oraya polislərin gəldiyini və Eldənizi aparmaq istədiklərini, lakin Eldənizin polislərlə getmədiyini, daha sonra orada olan Sakitin birtəhər Eldənizi sakitləşdirib evə apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, Eldənizin ona dəfələrlə bibisi oğlu İlknurla bağlı söz atdığını, lakin ona baş qoşmadığını, babasının ona həmişə Eldənizə baş qoşmamağını, adamı şərləyən olduğunu, mübahisə etsə gedib polisə şikayət edəcəyini dediyini, lakin bu barədə atasına heç nə demədiyini, 31.12.2020-ci il tarixdə həmkəndliləri Ehtinad və Pünhanla birlikdə Ağdaş şəhərinə getdiklərini, həmin vaxt Ehtinadın özünə ayaqqabı almalı olduğunu, M.İsayev adına məktəbin qarşısında yeləşən Fəxrəddin adlı şəxsin mağazasına girdiklərini, daha doğrusu Ehtinadın mağazaya girdiyini özü isə çöldə gözlədiyini, həmin vaxt həmkəndlisi Eldənizin mağazaya girdiyini, daha sonra Ehtinadla birlikdə çölə çıxdıqlarını və çöldə Eldənizin Ehtinada bir şillə vurduğunu, həmin vaxt Pünhan və özü araya girdiklərini və onları araladıqlarını, bundan sonra çıxıb getdiklərini, Ehtinadgilin çıxıb Goranboya getdiklərini, özü isə başqa şəxslə Tərtərə getdiyini, oradan Raqufun oğlu Elməddini gətirdiklərini və onlar gələn zaman axşamüstü olduğunu, saat təxminən 18:00 radələrində Elməddingilin həyətində olduqlarını, həmin vaxt oraya Eldənizin gəldiyini, Eldənizi görüb həyətdən çıxdıqlarını və Ehtinadgilin evinin yanında dayandıqlarını, həmin vaxt orada İsmayıl, Pünhan, Ehtinad, Sahil Hekayət oğlu, Aral-1 kəndindən Tural adlı şəxs olduğunu, həmin vaxt Eldənizin oraya gəldiyini, Eldənizin sərxoş olduğunu, Eldənizin Ehtinadı görən kimi ona söyüş söyməyə başladığını və ona şillə vurduğunu, bundan sonra Eldənizlə Ehtinadın arasında mübahisə başladığını, mübahisə zamanı Ehtinadın Eldənizə onu ikinci dəfədir vurduğunu, böyük olduğu üçün ona heç nə demədiyini, onu bir daha vurmamağını dediyini, Eldənizin yenə də Ehtinadı vurmaq istədiyini, lakin onun qarşısına durduqlarından onu vura bilmədiyini, bundan sonra Eldənizin onlara qarşı söyüşlər söyə-söyə Ədalətgilin həyətinə getdiyini, onun arxası ilə getdiklərini, Eldənizin Ehtinadgilin həyətində girib orada Ehtinadın atası Ədalətin üzərinə getdiyini, söyüş söyməyə başladığını və Ədalətin sinəsindən vurmağa başladığını, həmin vaxt Ədalətin Eldənizə çıxıb getməyini dediyini, həmçinin Ədalətin şəkər xəstəsi olduğu üçün halının pisləşdiyini, buna görə Ədalətin arvadı Aidə xalanın onların arasına girdiyini və Eldənizi aralamağa çalışdığını, Eldənizə bu kişini niyə vurduğunu dediyini, həmin vaxt Eldənizin Aidə xalanı qollarından bir neçə dəfə vurduğunu və kənara itələdiyini, dayanmadan oradakılara söyüşlər söydüyünü, Eldənizin Aidə xalanı vurduğuna görə özü Pünhan və Ehtinadın Eldənizi vurduqlarını, bundan bir qədər sonra atası Ayxanın gəlib çıxdığını, atası Ayxan gələndə Eldənizin əlini və başını Ədalətgilin həyətindəki çardağın sütununa və evin, həmçinin həyətin divarına döydüyünü və onlara qarşı söyüş söydüyünü, atası gəldikdən sonra onlara qarşı söyüş söydüyünü gördüyünü və ona baxdıqda onun həyəcanlı olduğunu gördüyünü, özü isə Eldənizi vurduğu üçün atasının onunla dalaşacağından qorxduğunu və atasına Eldənizin onun dəfələrlə yolunu kəsdiyini və ona söyüş söydüyünü və onu vurduğunu dediyini, atasının da bundan hirsləndiyini və ona niyə görə Eldənizin ona sataşanda demədiyini dediyini, həmçinin onun və digərlərinin ünvanına Eldənizin söyüş söydüyünü görüb Eldənizi bir dəfə sifətindən vurduğunu, daha sonra atasının polisə zəng vurduğunu, həmin vaxt orada olan şəxslərin də atasını araladıqlarını, daha sonra oraya polislərin gəldiyini, Eldənizi avtomobilə otuzdurub evə aparmaq istədiklərini, lakin Eldənizin onlarla getmədiyini, daha sonra orada olan Sakit adlı şəxsin onu sakitləşdirib evə apardığını, Eldənizin 102 xidmətinə zəng edib onlardan şikayət etdiyini, özü, atası və orada olan bir neçə şəxsin Eldənizi vurduğunu, lakin həmin vaxt İlknurun orada olmadığını, İlknurun oraya dava olandan, polislər gələndən sonra gəlib çıxdığını, İlknurun Eldənizin üzərinə maşın sürmədiyini və onu vurmadığını, Eldənizi vurmağının səbəbi da onun onları və camaata qarşı söyüş söyməsi olduğunu, həmçinin Ədalətin Eldənizi vurmadığını, əksinə Eldənizin Ədaləti sinəsindən vurduğunu, Ədalətin halı isə həmin vaxt pis olduğunu, orada Eldənizi ağacla vuran olmadığını, Eldənizin sərxoş olduğunu, əgər dediyi kimi cibindən açar, pul və kartı yoxa çıxıbsa onu haradasa itirdiyini, onun cibindən orada heç kim pul və ya başqa şey götürmədiyini, Aynurun onun bibisi olduğunu və İlknurun anası olduğunu, bibisinin dövlət işində çalışdığı üçün Eldənizin bundan istifadə edib onları şərləməyə çalışdığını, Eldənizin orada xuliqanlıq etdiyini, ona görə də döyüldüyünü, Eldənizi əli ilə vurduğunu, harasından vurduğu dəqiq yadında olmadığını, onu bir dəfə vurduğunu, Eldənizin onları vurmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, 31.12.2020-ci il tarixdə kənddə Eldənizlə kənd camaatı arasında baş vermiş münaqişəni sonradan eşitdiyini, həmin gün oğlunun hərbi xidmətdən qayıtdığını, həmçinin müharibə dövründə səfərbərliklə hərbi xidmətə çağrıldığı üçün və sağ qayıtdığı üçün sevincinin həddi hüdudu olmadığını, bu münasibətlə evdə yemək hazırladıqlarını, kənd sakinlərindən də bəzilərinin onu təbrik etmək, gözaydınlığı vermək üçün onun yaşadığı evə gəldiyini, həmçinin özü içmək üçün bir şüşə də araq aldığını, həmin vaxt Ədalətin də onlara gəldiyini, onlarda həyətdə oturduqlarını, Ədalətin onunla təxminən 50 qram araq içdiyini, bundan sonra Eldənizin də gəlib çıxdığını, Eldəniz gələn zaman Ədalətin durub çıxıb getdiyini, daha sonra Eldənizin onunla oturduğunu bir qədər də Eldənizin araq içdiyini, həmin vaxt təxminən saat təxminən 17:00 radələri olduğunu, ertəsi gün Eldənizlə kənd camaatı arasında söz-söhbət olduğunu eşitdiyini, Təqsirləndirilən şəxs onlarda bir qədər araq içdiyini, lakin sonradan kənddə əlavə olaraq hərbi xidmətdən gələn şəxlərin evinə yığıncağa getdiyini, orada araq içib içmədiyini bilmədiyini, onlarda içən zaman Eldənizə çox içməməyini bildirdiyini, içəndə narahat olduğunu, özünü apara bilmədiyini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, Eldənizin bir neçə dəfə ona səbəbsiz şəkildə sataşdığını, lakin ondan yaşca böyük olduğu üçün ona heçnə demədiyini, Eldənizlə aralarına heç bir düşmənçilik və ya ədavət olmadığını, onun soyadı Novruzov deyil, Səftərov olduğunu, həmin tarixdə evdə olduğunu və yatdığını, yuxudan oyananda atası və anasının evdə olmadığını gördüyünü, bu zaman bacısından soruşanda bacısının ona atası və anasının harasa getdiklərini bildirdiyini, həmin zaman anasına zəng edib maraqlananda anasının ona Sadavat kəndində Ədalətgilin həyətində olduqlarını, mübahisə olduğunu, polis gözlədiklərini bildirdiyini, bundan sonra Ədalətgilə getdiyini, həmin zaman ora gedən zaman polislərin gəldiklərini gördüyünü, Eldənizin də orada sərxoş vəziyyətdə səs-küy saldığını və onu sakitləşdirmək istədiklərini gördüyünü, polislərin Eldənizi aparmaq istədiklərini, lakin Eldənizin polislərlə getmədiyini, bu zaman Sakit adlı şəxsin Eldənizi götürüb evlərinə apardığını, Eldənizin sərxoş vəziyyətdə həmin yerdə nalayiq ifadələr işlətdiyini və bu zaman da bir neçə nəfər kənd sakininin onu vurduqlarını sonradan bildiyini, Eldənizin yalan dediyini, hadisədən sonra ora gəldiyini, hadisə zamanı orada təxminən 50 nəfərə yaxın adam olduğunu, Eldənizin izahatında Şahid11 onu sifarişlə döydürməyini bildirməsinin yalan olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, 31.12.2020-ci il tarixdə qohumu Raqufun oğlu Elməddinin hərbi xidmətdən gəldiyini, Raqufgilə gözaydınlığı verməyə getdiyini, həmin vaxt saat təxminən 17-18 radələri olduğunu, gözaydınlığı verib evə getdiyini, daha sonra əmisi Ədalətgilə keçdiyini, həmin vaxt qonşusu Eldənizin Ədalətgildə olduğunu, orada söz-söhbət olduğunu başa düşdüyünü, nə olduğunu bilmədiyini, həmin vaxt oraya polislərin gəldiyini, polislərin Eldənizi götürüb aparmaq istədiklərini, lakin Eldənizin polisləri eşitmədiyini, Eldənizin onu eşidən adam olduğunu, polislərin də Eldənizin onu eşitdiyini gördüyünü və ona “bunu götür evə apar, bayram günüdür, burada sakitlik olsun” dediklərini, belə oldu Eldənizi götürüb evə apardığını, sonradan Eldənizlə orada bəzi şəxslərin arasında münaqişə olduğunu başa düşdüyünü, konkret nə baş verdiyini isə bilmədiyini, konkret olaraq kiminsə Eldənizi vurmasını görmədiyini, Eldənizin içkili olub-olmadığını bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, Xosrov kənd tam orta məktəbinin direktoru vəzifəsində işlədiyini, Eldənizlə onun ciddi problemi olmadığını, ümumiyyətlə Eldənizin də dövlət orqanlarının nümayəndələrindən şikayət etmək, onlardan yersiz tələblər etmək xasiyyəti olduğunu, dəfələrlə ona zəng edib borc istədiyini və s. çətin xasiyyətdə adam olduğunu bildiyi üçün onu həmişə yola verdiyini, lakin oğlu İlknur böyüdükdən sonra maşın sürdüyünü, Eldənizin də bir neçə dəfə oğlu İlknuru yolda saxladığını və ona irad tutduğunu, Eldənizin bunu İlknurun ona nəsə deməsi və Eldənizin də gedib polisə şikayət etməsi üçün etdiyini, bu barədə İlknurun ona desə də İlknura Eldənizə baş qoşmamasını dediyini, hətta İlknura yolunu dəyişməyini dediyini, Sadavat kəndinin içərisi ilə getməyini, Eldənizin qapısından keçməməyini dediyini, 31.12.2021-ci il tarixdə yadında qalmayan kiminsə zəng edib Ədalətgilin qapısında münaqişə olduğunu, Ayxan və Əmrahın da orada olduğunu dediyini, gedib Ayxanı gətirmək istədiyini, buna görə avtomobilə oturub oraya gedəndə arvadı Şahid11 da onun yanına oturduğunu, birlikdə Ədalətgilə getdiklərini, onlar çatanda orada təxminən 20-30 nəfər adam olduğunu, oraya çatanda ortalığın sakitləşdiyini, Ayxanın da əsəbi olduğunu, oraya çatandan sonra polislərin də oraya gəldiklərini, daha sonra Ayxandan və Ədalətdən ərizə aldıqlarını, daha sonra çıxıb getdiklərini, Eldənizin sərxoş vəziyyətdə oradakı kənd sakinlərinə söyüş söydüyünü, həmçinin qayını Ayxanın oğlu Əmraha da söyüş söydüyünü bildiyini, bundan əlavə Ayxanın Eldənizin onun oğlu Əmraha dəfələrlə sataşdığını bildiyini, buna görə əsəbləşib və Eldənizi bir dəfə vurduğunu bildiyini, Eldənizin Əmrah və Ayxanla həmin vaxt mübahisəsi olduğuna görə onların adlarını verdiyini və guya onu arvadı Aynurun sifarişi ilə döyüldüyünü bildirdiyini, lakin oradakıların hamısının şahid olduğunu, onların oraya gəlişləri Ayxanı aparmaq istəməkləri ilə bağlı olduğunu, oğlu İlknurun hadisə yerinə özü və arvadı Aynur gələndən sonra gəlib çıxdığını, İlknurun Eldənizi vurmadığını və onun üzərinə avtomobil sürmədiyini, ümumiyyətlə İlknurun mübahisədə və davada iştirak etmədiyini, Eldənizin onun adını qəsdən onlara zərər vurmaq məqsədi ilə verdiyini, Eldənizin yalan dediyini, Eldənizi və onun uşaqlarını hədələmədiklərini, ondan ərizəsinin geri götürməsini xahiş və ya tələb etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid9 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, 31.12.2020-ci il tarixdə qohumu Raqufun oğlu Elməddinin hərbi xidmətdən gəldiyini, özü də Raqufgilə gözaydınlığı verməyə getdiyini, həmin vaxt həmkəndlisi Ədalətin qapısında Eldənizin sərxoş halda söyüş söydüyünü və təxminən 30 nəfər də adam yığıldığını gördüyünü, orada mübahisə olduğunu başa düşdüyünü, nə olduğunu bilmədiyini, həmçinin həmin vaxt Eldənizi sakitləşdirməyə çalışdığını, Eldənizin sərxoş olduğunu, həmin vaxt Ədalətin azyaşlı qız nəvəsi Eldənizə stəkanda su gətirdiyini, Eldənizin həmin vaxt nalayiq söyüşlər söydüyünü, Eldənizə ayıb olduğunu, söyüş söyməməyini dediyini, həmin vaxt oraya polislərin gəldiyini, polislərin Eldənizi götürüb aparmaq istədiklərini, lakin Eldənizin polisləri eşitmədiyini, daha sonra Sakit adlı şəxsin Eldənizi sakitləşdirib evə apardığınını, konkret olarq kiminsə Eldənizi vurmasını görmədiyini, həmçinin İlknurun hadisə yerində sonradan gəldiyini, həmin vaxt orada olan Ziyəddin müəllimin İlknura ora niyə gəldiyini, çıx getməyini dediyini, İlknurun ora çatmamış qayıdıb getdiyini bildirmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində Ağdaş RPŞ-nin növbətçi hissəsinin sürücü polis nəfəri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs tanıdığını, 31.12.2020-ci il tarixdə xidmətdə olduğunu, axşamüstü radələrində Sadavat kəndindən 102 xidmətinə zəng edildiyini bildirdiklərini və həmin gün xidmətdə olan polis əməkdaşları ilə birlikdə həmin kəndə getdiklərini, Sadavat kəndində Ədalətgilin qapısına çatarkən orada 20-30 nəfər adam yığıldığını gördüklərini və həmin vaxt Eldənizin də orada olduğunu, Eldənizin həmin vaxt sərxoş olduğunu və kənd sakinlərinə qarşı söyüş söydüyünü, həmin gün bayram olduğu üçün, rəhbərlik tərəfindən bayram günlərində insanlara qarşı inzibati tədbirlərdən maksimum şəkildə az istifadə edilməsi ilə bağlı göstəriş olduğundan Eldənizi RPŞ-yə gətirmək istəmədiklərini və onu sakitləşdirərək evlərinə aparmaq istədiklərini, lakin Eldənizin onların sözünə qulaq asmadığını və onları eşitmədiyini, həmin vaxt yanlarındakı yoldaşlarla əgər Eldəniz getməsə buradakı insanların da dağılışmayacağını məsləhətləşdiklərini və Eldənizə qarşı fiziki güc tətbiq edərək onu RPŞ-yə gətirməyi və barəsində inzibati tədbir görməyi fikirləşdiklərini, lakin həmin vaxtı bir nəfər Sakit adlı kənd sakininin Eldənizi sakitləşdirməyə çalışdığını və Eldənizin Sakiti eşitdiyini gördüklərini, Sakitin isə onlara narahat olmamalarını, özü Eldənizi evə aparacağını dediyini, doğrudan da Sakitin Eldənizi sakitləşdirərək evə apardığını, özləri də oradakı camaata dağılışmalarını bildirdiklərini, orada Ayxan və Ədalət adlı şəxslərdən ərizə aldıqlarını və çıxıb başqa yerə çağırışa getdiklərini, həmin vaxtdan sonra orada sakitlik olduğunu, həmin vaxtdan bir qədər sonra Eldənizin 102 xidmətinə zəng etdiyini, digər yoldaşların gedib Eldənizdən ərizə alıb gəldiklərini, həmin gün çağırış çox olduğundan həmin vaxtı hadisənin nədən baş verdyini tam dəqiqləşdirmək imkanları olmadığını, həmin vaxt qaranlıq olduğu üçün və Ədalətin qapısının ağzında küçədə qaranlıq olduğu üçün Eldənizin sifətində xəsarət hiss etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid11 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, Ağdaş RİH-nin başçısının müavini vəzifəsində işlədiyini, Eldənizlə ciddi problemi olmadığını, ümumiyyətlə Eldənizdə dövlət orqanlarının nümayəndələrindən şikayət etmək, onlardan yersiz tələblər etmək xasiyyəti olduğunu, Eldənizin tez-tez icra hakimiyyətindən yardım aldığını, lakin son bir neçə dəfə ona yardım olmadığını, bununla əlaqədar Eldənizin müraciətinə rəsmi cavab verildiyini, bir qayda olaraq həmin məzmunlu müraciətlərə cavab onun adından verildiyini, Eldənizin də buna görə ondan narazı qaldığını və ondan bir neçə dəfə şikayət etdiyini, son vaxtlar oğlu İlknurun böyüdükdən sonra maşın sürdüyünü, Eldənizin də bir neçə dəfə oğlu İlknuru yolda saxladığını və ona irad tutduğunu, Eldənizin bunu İlknurun ona nəsə deməsi və özünün də gedib polisə şikayət etməyi üçün etdiyini, bu barədə İlknurun onlara dediyini, lakin əri X2 baş qoşmamağını, hətta yolunu dəyişməyini, Sadavat kəndinin içərisi ilə getməyini, Eldənizin qapısından keçməməyini dediyini, 31.12.2021-ci il tarixdə kiminsə Ziyəddinə zəng edib Ədalətgilin qapısında münaqişə olduğunu, onun qardaşı Ayxan və Əmrahın da orada olduğunu dediyini, Ziyəddinin də gedib Ayxanı gətirmək istədiyini, buna görə avtomobilə oturub oraya gedəndə özü də avtomobilə oturduğunu, birlikdə Ədalətgilə getdiklərini, çatanda orada təxminən 20-30 nəfər adam olduğunu, ortalıq sakitləşdiyini, Ayxanın da əsəbi olduğunu gördüyünü, onlar oraya çatandan sonra polislərin də oraya gəldiklərini, daha sonra Ayxandan və Ədalətdən ərizə aldıqlarını, daha sonra çıxıb getdiklərini, Eldənizin sərxoş vəziyyətdə oradakı kənd sakinlərinə söyüş söydüyünü, həmçinin onun qardaşı Ayxanın oğlu Əmraha da söyüş söydüyünü, bundan əlavə Ayxanın Eldənizin onun oğlu Əmraha dəfələrlə sataşdığını bildiyini, buna görə əsəbləşdiyini və Eldənizi bir dəfə vurduğunu sonradan bildiyini, Eldənizin Əmrah və Ayxanla həmin vaxt mübahisəsi olduğuna görə onların adını verdiyini və guya onun sifarişi ilə döyüldüyünü bildirdiyini, lakin oradakıların hamısının şahid olduğunu oraya gəlişlərinin Ayxanı aparmaq istəməkləri ilə bağlı olduğunu, oğlu İlknurun hadisə yerinə özü və əri Ziyəddin gələndən sonra gəlib çıxdığını, İlknurun Eldənizi vurmadığını və onun üzərinə avtomobil sürmədiyini, ümumiyyətlə İlknurun mübahisədə və davada iştirak etmədiyini, Eldənizin onun adını qəsdən onlara zərər vurmaq məqsədi ilə verdiyini, Eldənizin yalan dediyini, Eldənizi və onun uşaqlarını hədələmədiklərini, ondan ərizəsinin geri götürməsini xahiş və ya tələb etmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmən münasibəti və ya ədavəti olmadığını, 31.12.2020-ci il tarixdə həmkəndlisi Raqufun oğlu hərbi xidmətdən gəldiyini və ona gözaydınlığı vermək üçün Raufgilə getdiyini, həmin vaxt orada Ehtinad, Əmrah, Pünhan, İsmayıl, Tural və başqaları olduğunu, Raqufgildə olanda Eldəniz onların evindən düşdüyünü və sərxoş olduğunu, həmin vaxt Eldənizin Pünhana söz atdığını, daha sonra Ehtinadın onlara Eldənizə ilişməmələri üçün çölə çıxmalarını dediyini, bundan sonra söz-söhbət olmaması üçün yuxarıda göstərdiyi yoldaşlarla birlikdə çölə çıxdıqlarını, Eldənizin həmin vaxt sərxoş olduğunu, çölə çıxıb Ədalətgilin qapısından bir az kənarda dayandıqlarını, sonra səhər Eldənizin Ehtinadı şillə ilə vurduğunu, çölə çıxıb Ehtinadgilin qapısında dayandıqlarını, həmin vaxt orada özünün, Ehtinad, Əmrah, İsmayıl, Tural və Pünhanın olduğunu, həmin vaxt Eldənizin yenə də onlara yaxınaşdığını və Ehtinada irad tutaraq ona şillə vurduğunu, onları araladıqlarını, Ehtinadın isə ona ikinci dəfədir onu vurduğunu, böyük olduğu üçün ona heç nə demədiyini, onu bir daha vurmamasını dediyini, Eldəniz yenə də Ehtinadı vurmaq istədiyini, lakin onun qarşısına durduqlarıdan onu vura bilmədiyini, bundan sonra Eldənizin Ədalətgilin qapısına girib Ədaləti çağırdığını, Eldənizin arxası ilə getdiklərini, Ədalətin Eldənizin qarşısına çıxdığını, Eldənizin Ədalətin sinəsindən döyəcləməyə başladığını və ona “Ədalət dayı, mənim günahım yoxdur, oğlun mənə hörmətsizlik edir” və s. deyərək Ehtinadın ünvanına nalayiq sözlər deməyə başladığını, həmçinin onların ünvanına da ağıza almayacaq söyüşləri söyməyə başladığını, Ədalətin isə şəkəri qalxdığı üçün həyəcanlandığını və vəziyyətinin pisləşdiyini, Eldənizə çıxıb getməyini dediyini, Eldənizin isə çıxıb getmədiyini və Ədalətin sinəsindən vurduğunu, həmin vaxt Ədalətin arvadı Aidənin qaçıb gəldiyini və Ədaləti Eldənizin əlindən almağa çalışaraq “bu kişini niyə öldürürsən” dediyini və onları ayırmağa çalışdığını, lakin həmin vaxt Eldənizin Aidənin qollarından yumruqla vuraraq onu kənara itələdiyini və yenə də Ədalətin sinəsindən döyəcləməyə başladığını, eyni vaxtda Ehtinada, həmçinin daha sonra Ehtinadı vurmağa qoymadıqları üçün onlara, orada olan şəxslərə qarşı söyüşlər söydüyünü, həmin vaxt Eldənizin Aidəni vurmasından sonra Əmrah, Ehtinad və Pünhanın dözə bilmədiyini və Eldənizi əlləri ilə bədənindən vurduqlarını, daha sonra orada olan şəxslərin araya girdiyini və Eldənizi kənara çəkmək və evlərinə göndərmək istədiklərini, lakin Eldənizin özünü əlini, başını çardağın sütununa, divara döydüyünü, söyüş söydüyünü, “sizin başınıza oyun gətirəcəm” deyərək hamını hədələdiyini və əsl “şou” düzəltdiyini, həmin vaxt Ayxanın gəlib oraya çıxdığını, Ayxan gəldikdən sonra Eldənzinin hərəkətlərini gördüyünü və həmçinin Eldənizin oğlu Əmraha sataşdığını və ona qarşı həmçinin camaata qarşı söyüşlər söydüyünü gördüyünü, bundan sonra Eldənizi bir dəfə yumruqla sifətindən burnunun üzərindən vurduğunu, daha sonra “niyə 102 xidmətinə zəng etmirsiniz gəlib bunu apasınlar” deyib 102 xidmətinə zəng vurduğunu, bundan bir az sonra oraya polislərin gəldiklərini və Eldənizi aparmaq istədiklərini, lakin Eldənizin polislərlə getmədiyini, daha sonra orada olan Sakitin birtəhər Eldənizi sakitləşdirib evə apardığını, hadisənin təxminən 1 saat davam etdiyini, Ayxan, Əmrah, Ehtinad və Pünhanın Eldənizi vurduğunu, lakin həmin vaxt İlknurun orada olmadığını, İlknurun oraya dava olandan və polislər gələndən sonra gəlib çıxdığını, Eldənizi vurmalarının səbəbinin də onun onlara və camaata qarşı söyüş söyməsi olduğunu, Ədalətin Eldənizi vurmadığını, əksinə Eldənizin Ədaləti sinəsindən vurduğunu, Ədalətin halının isə həmin vaxt pis olduğunu, Eldənizin yalan dediyini, orada Eldənizi ağacla vuran olmadığını, Eldənizin sərxoş olduğunu, əgər dediyi kimi cibindən açar, pul və kartı yoxa çıxıbsa onu haradasa itirdiyini, onun cibindən orada heç kimin pul və ya başqa şey götürmədiyini, Eldənizin yalan dediyini, həmin zaman Eldənizin nalayiq ifadələr işlətdiyi üçün döyüldüyünü bildirmişdir. Məhkəmə iclasında Şahid4 və X10 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş ambulator məhkəmə-tibbi ekspertizasının 05.01.2021-ci il tarixli, 08 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində olan xəsarətlər – sağ dirsək oynağının əzilməsi, sol saidin yuxarı 1/3-nin ön bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 31.12.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş ambulator məhkəmə-tibbi ekspertizasının 05.01.2021-ci il tarixli, 09 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədənində olan xəsarətlər – üzün sağ almacıq nahiyəsinin qançırı küt alət təsirindən törənmiş, törənmə müddəti 31.12.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş ambulator məhkəmə-tibbi ekspertizasının 05.01.2021-ci il tarixli, 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədənində olan xəsarətlər – döş qəfəsinin ön səthinin, döş sümüyü proyeksiyası üzrə olan qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 31.12.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərcəsi təyin edilmir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241 “A” maddəsi ilə təqsirli bilinib, Naxçıvan Qarnizon Hərbi Tribunalının 03.02.1997-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş həmin Məcəllənin 31-ci maddəsinə əsasən eyni müddətə intizam batalyonuna göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 02.02.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə Zərdab rayon Polis şöbəsi tərəfindən məsuliyyətə cəlb edilib, 02.02.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2.1-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şırvan Apellyasıya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(106)-64/2022 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs X14 oglu tərəfindən verilmiş apellyasıya şikayəti təmin olunmamış, Sabirabad Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 1(056)-36/2021 saylı hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Gunu münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin 6 (altı) ay azaldılması, qərarın elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 fevral 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 fevral 2021-ci il tarixli, 73 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Sadavat kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X11 – 29.04.1982-ci il təvəllüdlü; qızı - X4 – 14.07.2004-cü il təvəllüdlü; oğlu – X7 – 16.03.2009cu il təvəllüdlü. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 4(014)-12/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 1(014)- 78/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən, xx.xx.1977-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Sadavat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs (AZE ********) barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, Təqsirləndirilən şəxs tutulub Gəncə 2 saylı X1 təhvil verildikdə bu barədə dərhal Ağdaş Rayon Məhkəməsinə məlumat verilməsi, qərarın icrasının Ağdaş rayon Polis şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənə qədər iş üzrə icraatın dayandırılması, qərarın dərhal icra edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 19.06.2021-ci il tarixli, 28/132- 11540-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.06.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilməklə X9 təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 221.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ondan şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və 2-ci qrup əlil olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirini boynuna almasa da, son sözündə əməlindən peşman olmasını bildirməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun yaşadığı yer üzrə mənfi xarakterizə olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həbsə alındığı 19 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 221.2.2-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2- ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(106)-64/2022 saylı qərarına əsasən ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı 19.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-1/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-1/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver