Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-1/2024 22.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 183.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 183.1 və 234.2-ci maddələri ilə ittiham olunur ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2018-ci ildə saat 20 radələrində Ağdaş şəhəri, K.Kərimov küçəsi ev 22-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə daş hasardan keçib qanunsuz daxil olaraq evdən vahid niyyətlə hər biri 2500 (iki min beş yüz) manat dəyərində, ümumi dəyəri 5 (beş) min manat olan XİX əsr Almaniya-Rusiya istehsalı olan, XİX əsrin ikinci yarısında Almaniyanın Berlin şəhərində yerləşən İmmerman və Şneyder manifakturasında Rusiyaya idxal üçün nəzərdə tutularaq istehsal edilmiş gövdə hissəsi fayansdan olub üzərinə cila çəkilmiş, 30-luq adlandırılan xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən xüsusi dəyəri olan 2 ədəd qədimi lampaları, 3000 (üç) min manat dəyərində içərisində 6 ədəd gümüş rumka olan gümüş sinini və 1000 manat nağd pulu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 9000 (doqquz min) manat - xeyli miqdarda əmlakı oğurlamış, yəni özgənin xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən əşyalarını və digər əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, Maşad qəbiristanlığının yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,433 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə xx.xx.2021-ci il tarixdə saat 16:27-də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında tədqiq edilən hallar Proses iştirakçılarının ifadələri Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 183.1 və 234.2-ci maddələrində nəzərdə tutulan ittihamlardanda özünü yalnız Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bildiyini, lakin CM-in 177.2.3, 177.2.4, 183.1 və 234.2-ci madələrində nəzərədə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmədiyini, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitə olan heroindən istifadə etdiyini, 2021-ci ildə narkotik vasitələrdən istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlandığını, 2014-cü ildə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum olunduğunu, evli olduğunu, 3 azyaşlı övladı olduğunu, xx.xx.2021-ci il tarixdə təxminən saat 15:40 radələrində Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığının yaxınlığında piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd sellofan büküm, sol cibindən 1 ədəd “Samsung” markalı mobil telelfon və 1 ədəd 20 manatlıq pul əsginası, şalvarın arxa sol cibindən isə düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginası aşkar edildiyini, daha sonra aşkar edilmiş sellofan büküm açıldı və içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, həmçinin də, düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginasını narkotik vasitələrdən istifadə edən zaman istifadə etdiyini bildirdiyini, bundan sonra aşkar olunmuş sellofan bükümdəki həmin narkotik maddə elektron tərəzidə çəkildiyini və çəkisinin 0,90 qram olduğunu, sonra həmin sellofan büküm və düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginası kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, həmçinin özünə məxsus mobil telefonda iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçıları heç bir şikayəti olmadığından protokola imza etdiklərini, həmçinin aşkar edilmiş 1 ədəd 20 manatlıq pul əsginası onun özünə qaytarıldığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin maddəni xx.xx.2021-ci il tarixdə Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlğının yaxınlığından yerdən tapdığını, heç vaxt heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, xx.xx.2018-ci il tarixdə Ağdaş şəhəri, K.Kərimov küçəsi ev 22 ünvanında yaşayan Zərərçəkmiş şəxs ünvan 4rləşən evindən 1000 manat pul və 70.000 (yetmiş min) manat dəyərində 2 ədəd qədimi lampa oğurlanmasından xəbəri olmadığını, bu barədə heç nə eşitmədiyini, Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanımadığını, K.Kərimov küçəsini tanımadığını, həmin evdə olmadığını, əl barmaq izlərinin həmin evdən hansı formada aşkar olduğunun özünə məlum olmadığını, 2018 və 2019-cu illərdə Bakı şəhərində olduğunu, həmin tarixlərdə ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, bundan başqa əvvələr ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, xx.xx.2021ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi ilə bağlı hadisə yerinə baxış zamanı oğurluq edən şəxslərin evə qanunsuz daxil olduqları taxta qapının üzərindən, oğurlanan lampalar qoyulan yerdə olan şkafın üzərindən və digər yerlərdən əl-barmaq izləri götürülmüş və Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Həmin əl barmaq izlərindən üçü onun sol əlinin böyük barmağı ilə eynilik təşkil edilməsinin müəyyən edilməsi ilə bağlı həmin evdə olmadığını, əl barmaq izlərinin həmin evdən hansı formada aşkar olduğunun özünə məlum olmadığını, həmin əl barmaq izlərinin özünə məxsus olmadığını, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində olduğunu, həmin tarixlərdə ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, bundan başqa əvvəllər ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, istintaqa verdiyi əlavə ifadəsində 17 mart 2018-ci il tarixdə atasının ili olduğunu və atasının ilinə gəlmədiyini bildirməsi ilə bağlı hadisənin çoxdan baş verdiyindən həmin ərəfələrdə Ağdaş rayonuna gəlmədiyini, həmin vaxtların dəqiq yadında olmadığını, ola bilsin ki, həmin ərəfələrdə Ağdaş şəhərində olduğunu, lakin oğurluq etmədiyini, həmçinin telefon dalğalarından göründüyü kimi, hadisə vaxtı deyil hadisədən təxminən 15 saat sonra Ağdaşda olduğunu, ***-***-**-** saylı mobil nömrəni qayınanası Nigarın işlətdiyini, həmin nömrənin təzə nömrə olduğunu, ***-***-**-** saylı mobil nömrəni anası Elmiranın işlətdiyini, həmin nömrənin də təzə nömrə olduğunu, ***-***-**-** saylı mobil nömrənin də təzə nömrə olduğunu, həmin nömrəni də qayınatasıgilin işlətdiyini, ***-***-**-** saylı mobil nömrənin öz nömrəsi olduğunu, həmin nömrənin 2019-cu ildən özünün işlədiyini, ***-***-**-** saylı mobil nömrənin təzə nömrə olduğunu, bir il olar ki, aldığını, həmin nömrənin istintaqa təqdim etdiyi telefonun üzərində olduğunu, ***-***-**-** saylı mobil nömrəni həm özü, həm də anasının işlətdiyini, həmin nömrənin köhnə nömrə olduğunu, ***-***-**-** saylı mobil nömrənin təzə nömrə olduğunu, həmin nömrəni özü işlətdiyini, ***-***-**-** saylı mobil nömrənin təzə nömrə olduğunu, həmin nömrəni də qayınatasıgilin işlətdiyini, həmin nömrələrin hamısının 2018-ci ildən sonra alındığını, onun istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsinin, SMS-in mətnlərinin, həmçinin həmin nömrəyə daxil olan və çıxan zənglərin, SMS-in kimlərə məxsus olmasına dair məlumatlar əldə edilərkən onun istifadə etdiyi ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2018-ci il tarixdə X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mesaj yazaraq “MA YOXUMDU DELİYE DONEREM,, XAMİS YADİNNAN CİXMAYİM.”, “Qaqa nagdl pulunu vercem narahat olma puldan, isdeyem heleki ama birazdan gedecem eve, yadınnan cıxmasın.” bildirməsinin müəyyən edilməsi ilə bağlı həmin məzmunlu mesajlaşmaların yadında olmadığını, telefon danışıqları təhlil edilən zaman onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə Azər Əliyev istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ona mesaj yazaraq “Xamiz nolar mene nolar liri yada meti getir p zeng catmir qauydinda alaq.” bildirməsinin müəyyən edilməsi ilə bağlı həmin məzmunlu mesajlaşmaların yadında olmadığını, telefon danışıqları təhlil edilən zaman onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Qaqam o 10 deyib ha one gelmir goturmeye isdiyen var liki veren deyir ki, isdenirse verim bawqasina mene cevab desin vallah menik deyil, Bax men vaxtsinda dedim ozunuz bilersiniz” xx.xx.2020-ci il tarixdə “Cixdim qaqa allah andolsun falqada goturub yol usdu göturum gelirem balamin cani”, xx.xx.2020-ci il tarixdə “Qaqa xetrivi cox isdiyurem ama sende meni aldadirsan balalarimin cani birde aldadsan senen qurtaracam balalarimin cana ad icdim ha duzunu desen genede gelerem” xx.xx.2020-ci il tarixdə “Hele sen get guzgiye bax sora keikigden daniw ele bikirdin ki uwaqlar ucuz derman tapib deye meeini 4 manatmi atmaq isdiyirdin soyuw de soydun haramin olsun”, məzmunu mesajlar gəlmiş, xx.xx.2021-ci il tarixdə siz ona mesaj yazaraq “Polad mene 4 dene getire bersen 25 manat verecem”, xx.xx.2021-ci il tarixdə Poladdan sizə “Qaqaw isdiyirden indi 1 dene merti 2 denese onan mene bir cevab de sonra zeg eliyib nese isdesen hecne olmuyacaq ha qaqaw”, xx.xx.2021-ci il tarixdə “Polad gelesen gelmiyesen mene denen gelmiyesense gedim men alim”, xx.xx.2021-ci il tarixdə “Axwam gec geldim deye barahat etmedim emanet mendedi yuxudan qalxanda mene xeber ele gelim goruwek verime emanatini yadan cuxartma pul vermeliyem qaqamsan”, xx.xx.2021-ci il “Salam sabahin xeyir mebe zeg ele goeuwek 3 manati senen goturum verim dunenen bawimi xereb edib qaqa dunenlerim iwim var idi ona gore gele bilmedim” məzmunlu mesaj gəlmiş, xx.xx.2021-ci il tarixdə siz ona mesaj yazaraq “Polad mene bidene kiv saxla 3 denede derman gelecem zeng vuranda cavab ver” yazmısınız, xx.xx.2021-ci il tarixdə Poladdan sizə “Qaqa seni kiuiye gore zeg edirdim kivi isdesen var” məzmunlu mesaj gəlməsinin müəyyən edilməsi ilə bağlı həmin məzmunlu mesajlaşmaların yadında olmadığını, istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsinin, SMS-in mətnlərinin, həmçinin həmin nömrəyə daxil olan və çıxan zənglərin, SMS-in kimlərə məxsus olması dair məlumatlar əldə edilərkən istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2019-cu il tarixdə Mohamed Bazelin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam habibi men xamis susenin qirami 100 manatdi mendedi edik menn en alir edik sennen artiq alir verme ne lazim olsa denen her sey var” məzmunlu mesaj yazmasının, həmçinin Mohamed Bazelin ona “İndi xırdalan bazarına gəldim”, özünün ona “Habibi gelir sennen haminin yanda danisir deyir silahi var meni old ururdu prablem adamdi polise verer seni ehdiyatdi ol seni isdiyib deyirem”, Mohamed Bazelin ona “hes dəlilik heç bir problem wallah gəlmək bazar mağaza xirdalan am yeni burada mən indi sizin dil danışmaq yoxdur”, özünün ona “Men indi tarqovudayam havah lazim olsa gorusek edike yazmada prable mlidi men ona hecne vermiyecem da ne lazim olsa denen verim O senin puluvu alib firlatmag isdiyir verme”, Mohamed Bazelin ona “bura gəlsən, mən səni tanıyacağam”, özünün ona “Habibi harda gorusek men sene verim 1qram, Gele bilersen tarqovuya”, Mohamed Bazelin ona “mənə pul verəcəyim şeylər gətirirsiniz”, özünün ona “He gelirsen tarqovuya”, Mohamed Bazelin ona “Tamam amma istədiyim şeyi gətirə bilər”, özünün ona “Ne istesen var”, Mohamed Bazelin ona “Tamam gəldiyi zaman onu gözləyəcəyəm”, özünün ona “Kimi baba”, Mohamed Bazelin ona “nə vaxt onu gözləməməsi lazım olduğunu söyləyərəm”, özünün ona “Oldu baba ne lazim olsa denen”, Mohamed Bazelin ona “əgər istəsəyəm, xirdalan bazar mağazasına gəlsin, hime thats all bekleyeceğim”, özünün ona “necə qram”, Mohamed Bazelin ona “4”, özünün ona “oke”, Mohamed Bazelin ona “Onun harada olduğunu gözləmirəm, uzun müddət gözləmirəm əgər gec qalacaqsa, çox vaxt gözləməyəcəyəm Evə gedirəm çox vaxt alırsan”, xx.xx.2019-cu il tarixdə özünün ona “Salam habibi Telimin zariyatqasi olmusdu vallah”, Mohamed Bazelin ona “Müsəlman olan və ya digər insan” məzmunlu mesaj yazmasının müəyyən edilməsi ilə bağlı belə bir mesaj yazmadığını, belə bir adamı da tanımadığını, heç bir şəxsə narkotik vasitə satmadığını, heç vaxt belə bir işlə məşğul olmadığını, X2 əslində əmisi olduğunu, ona əmisi Kazım baxdığını, lakin doğma atası Rais ləqəbli Hafiz adlı şəxs olduğunu, Hafizin xx.xx.2018ci ildə vəfat etdiyini, həmin ifadəsində Hafizin il dönümünü nəzərdə tutduğunu, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində onun əmisi X3 onun evindən oğurlanmış 2 ədəd lampaları onda olduğunu bildiyini və satın almaq istədiyini bildirməsi ilə bağlı bundan xəbəri olmadığını bildirmişdir. Oğurluq və narkotikin satışı ilə bağlı cinayətlərlə heç bir əlaqəsinin olmadığını bildirərək ona həmin maddələrlə cinayət işi üzrə bəraət verilməsini, narkotikdən istifadə etdiyi üçün isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2018-ci il tarixdə DİN-in 102 xidmətinə məlumatı və RPŞ-yə ərizəni özünün verdiyini, yaşadığı evin 5 otaqdan ibarət olmaqla bir mərtəbəli kürsülü ev olduğunu, həyətin darvazasının dəmir darvaza olduğunu, darvazanın yanında dəmir əl qapısı olduğunu, darvaza içəridən siyirtmə ilə, əl qapısı isə qıfılla bağlandığını, həyətin hər tərəfinin daş hasar olduğunu, özünün Bakı şəhərində yaşadığını və orada işlədiyini, tez-tez Ağdaş şəhərində anasına baş çəkmək üçün gəldiyini, xx.xx.2018-ci il tarixdə yenə də anasına baş çəkmək üçün Ağdaşa gəldiyini, xx.xx.2018-ci il tarixdə qaynatası Çingizin onları ailəliklə qonaq çağırdığını, həmin günü saat təxminən 19:00 radələrində qonaq getdiklərini, təxminən saat 24 radələlərində evlərinə gəldiklərini, evə gələrkən aptekdən dərman aldığını, lakin əlini cibinə salanda cibində pul olmadığını gördüyünü, evə girdikləri zaman bacısı Bahara pulu stolun üzərinə qoyduğunu, oradan pulu verməyini, aparıb aptekin pulunu verəcəyini bildirdiyini, bacısı Baharın evə girdiyini və burda pul olmadığını dediyini, daha sonra Baharın lampaların da olmadığını dediyini, özünün tez yuxarıya çıxdığını və evdə olan servantın yuxarısında qoyduqları iki ədəd antik lampanın olmadığını gördüyünü, bundan sonra evə oğru girdiyini və evdən həmin lampaları və pulu oğurladığını başa düşdüyünü, evindən xx.xx.2018-ci il tarixdə axşam radələrində 2 ədəd antik lampa, 1000 manat da nağd pul oğurlandığını, həmin lampaların təxminən 50 ildir ki, onun ailəsində olduğunu, həmin lampaları satmaq istədiklərini,bunun üçün həmin lampaları antik əşyalardan başı çıxan adama göstərdiyini, həmin adamın qiymətinin təxminən 70 min manat olacağını dediyini, bundan başqa həmin lampaları anası ilə vaxtilə birlikdə işləmiş qaraçı Aybəniz adlı qadın istədiyini, bundan başqa lampaları qaraçı Habil adlı şəxsin istədiyini, sonuncu dəfə Aybəniz adlı qadının anası ilə təxminən 10 gün bundan qabaq əlaqə saxlayıb və anasına lampaları nə vaxt görə biləcəklərini soruşduğunu, anasıgilin də həmin lampaların şəklini göstərdiyini və lampaların Bakı şəhərində olduğunu, gətirəndə göstərəcəyini dediyini, həmin lampaların özlərində olduğunu yalnız qaraçı Aybəniz və Habilin bildiyini, ona görə də lampaların oğurlanmasında qaraçılardan şübhələndiyini, bundan başqa evindən anasının çantasından 800 manat pul və özünün stolun üzərinə qoyduğu 200 manat yəni, cəmi 1000 manat pul oğurlandığını, oğurlanmış lampaların ikisinin təxminən 45000 manat dəyəri olduğunu, məlum oğurluq hadisəsinin kimlər tərəfindən törədilməsi barədə heç bir məlumatı olmadığını, ona görə də bu barədə heç nə deyə bilmədiyini, əvvəllər evindən oğurluq halları olmadığını, bu birinci dəfədir ki, evindən oğurluq olduğunu, həyətində it saxlamadıqlarını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs əlavə ifadəsində əvvəlki ifadəsində evindən 1000 manat pul və 2 ədəd qədimi lampaların oğurlanmasını bildirdiyini, lakin daha sonra evinə baxarkən evindən 2 ədəd qədimi lampalar olan şkafın altından içərisində 6 ədəd gümüş rumka və 1 ədəd gümüş sini oğurlandığını, həmin gümüş sini və rumkaların hadisədən 2 gün əvvəl yerində olduğunu, bacısı Baharın baxaraq onları təmizləyib yerinə qoyduğunu, həmin gümüşlərin fotoşəkli olmadığını, həmin gümüşlərin 3000 (üç min) manat dəyəri olduğunu, Aybənizin lampaları anasından Habilin isə lampaları özündən istədiyini, Habilə həmin lampalar üçün səhv yadında qalmayıbsa 60-70 min manat arası pul dediyini, lakin Habilin həmin lampalara 10 min manat pul verdiyini, buna görə də həmin lampaları Habilə satmadığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində oğurluğun törədilməsində Şahid5 şübhələndiyini, Eldənizin onların qonşusu olduğunu, onların evində həmin əşyalar barəsində Eldəniz məlumatlı olduğunu, oğurluq etmiş şəxsin isə evdə olan heç bir əşyanı dağıtmadan səliqəli şəkildə məhz həmin əşyaları götürərək çıxdığını, hadisənin onlar qonaqlıqda olarkən baş verdiyini və onların qonaqlıqda olması barədə Eldənizin məlumatlı olduğunu, Eldənizin oğurluqdan sonra maddi vəziyyətinin yaxşılaşdığını gördüyünü və oğurluqdan sonra Eldənizin polis şöbəsində araşdırma aparılmasını eşitdikdən sonra Azərbaycandan getdiyini və bir daha qayıtmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2021-ci il tarixdə Ağdaş şəhər Vaqif küçəsi 145-də qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə NMQ-nin əməliyyat müvəkkili, polis leytenanatı Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 15:40 radələrində Şahid1 ilə birlikdə Xamisi Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığının yaxınlğında piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Xamisin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Xamisin əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd sellofan büküm, sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd 20 manatlıq pul əsginası, şalvarın arxa sol cibindən isə düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginası aşkar edildiyini, daha sonra Xamisin üzərindən aşkar edilmiş sellofan büküm açıldığını və içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, həmçinin də, düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginasını narkotik vasitələrdən istifadə edən zaman istifadə etdiyini bildirdiyini, bundan sonra aşkar olunmuş sellofan bükümdəki həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 0,90 qram olduğunu, sonra həmin sellofan büküm və düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginasının kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin Xamisə məxsus mobil telefonunda iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddəni xx.xx.2021-ci il tarixdə Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlğının yaxınlığından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid1 da öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində yaşadıqları evin 5 otaqdan ibarət olmaqla bir mərtəbəli kürsülü ev olduğunu, həyətin darvazası dəmir darvaza olduğunu, darvazanın yanında dəmir əl qapısı olduğunu, darvazanın içəridən siyirtmə ilə, əl qapısı isə qıfılla bağlandığını, həyətinin hər tərəfinin daş hasar olduğunu, evdə özü və anasının yaşadığını, qardaşı Əvəzin Bakı şəhərində yaşadığını və orada işlədiyini, Əvəzin tez-tez Ağdaş şəhərində anasına baş çəkmək üçün gəldiyini, xx.xx.2018-ci il tarixdə Əvəz yenə də onlara baş çəkmək üçün Ağdaşa gəldiyini, xx.xx.2018-ci il tarixdə Əvəzin qaynatası Çingizin onları ailəliklə qonaq çağırdığını, həmin günü saat təxminən 19:00 radələrində qonaq getdiklərini, təxminən saat 24 radələlərində yaşadıqları evə gəldiklərini, evə gələrkən Əvəzin aptekdən dərman aldığını, lakin həmin vaxt cibində pul olmadığından aptekə pulu evdən gəritib verəcəyini bildirdiyini, evə gəldiyi zaman Əvəzin ona pulu stolun üzərinə qoyduğunu, oradan pulu verməyini, aparıb aptekin pulunu verəcəyini bildirdiyini, özünün də evə girdiyini və evdə stolun üzərində pul olmadığını gördüyünü, daha sonra baxdığını və şkafın üzərində olan lampaların da olmadığını gördüyünü, bundan sonra evə oğru girdiyini və evdən həmin lampaları və pulu oğurladıqlarını başa düşdüklərini, həmçinin Əvəzin stolun üzərində olan 200 manat pulundan əlavə anasının çantasından 800 manat da pul oğurlandığını, bundan sonra ərizə verdiklərini, daha sonra evə baxan zaman 2 ədəd qədimi lampa olan şkafın altından içərisində 6 ədəd gümüş stəkan olan sini də oğurlandığını gördüklərini, yaşadıqları evdən 2 ədəd antik lampa, 1000 manat da nağd pul və içərisində 6 ədəd gümüş stəkan olan sininin oğurlandığını, həmin lampaların təxminən 50 ildir ki, ailəsində olduqlarını, həmin lampaları qardaşı Əvəzin satmaq istədiyini, evindən oğurluq edilməsində qaraçı Aybəniz və Habil adlı şəxslərdən şübhələndiklərini, belə ki, həmin şəxslərin onlarda lampaların olduğunu bildiyini, oğurlanan antik lampaların şəkli olduğunu, lakin gümüş stəkanların şəkli olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarına əlavə edilmiş sənədlər İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 04 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (1-ci cild, 6-cı səhifə) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 04 sentyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞ-nin NH-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd sellofan büküm, sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd 20 manatlıq pul əsginası, şalvarın arxa sol cibindən isə düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginası aşkar edilmiş, daha sonra Xamisin üzərindən aşkar edilmiş sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edilmiş, bundan sonra aşkar olunmuş sellofan bükümdəki həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0,90 qram olmuş, sonra həmin sellofan büküm və düyürlənmiş 1 ədəd bir manatlıq pul əsginası kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, həmçinin Xamisə məxsus mobil telefonda iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, üzəri DİN-in 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. (1-ci cild, 23- 24-cü səhifələr) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin dindirilməsi haqqında” 04 sentyabr 2021-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 05 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən narkotik vasitə istifadəçisi olduğunu, üzərində aşkar edilmiş narkotik maddəni özü istifadə etdiyini bildirmişdir. Həmçinin, heç vaxt və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. (1-ci cild, 30-31-ci, 58-59-cu səhifələr) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin xx.xx.2021-ci il tarixli 17/661 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,433 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfin içərisindəki 1 (bir) ədəd 1 manatlıq pul əsginasının üzərində olan maddə hissəcikləri - heroin hissəcikləridir. (1-ci cild, 37-ci səhifə) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild, 20-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbiri seçilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. (1-ci cild, 62-63-cü səhifələr) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Ağdaş şəhəri, K.Kərimov küçəsi,ev 21 ünvanına baxış keçirilmiş, baxış zamanı evə daxil olunan qapı, şüşə və şkafın üzərindəki yerlərdən əl-barmaq izləri götürülmüş, həmçinin, fotoşəkilləri çəkilərək protokol əlavə edilmişdir. Lakin işin materiallarına götürülmüş əl-barmaq izlərinin surətləri, onların fotoşəkilləri və ya daktilolent əlavə edilməmişdir. (1-ci cild, 101-102-ci səhifələr) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli, 011-8380-1221 saylı məktubdan görünür ki, ADİS-in məlumat bankına şəbəkə vasitəsi ilə xx.xx.2021-ci il tarixdə, Ağdaş RPŞ-dən vətəndaş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi daxil olmuşdur. Həmin şəxsin əl əksləri ADİS-in məlumat bankında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərindən götürülmüş əl-barmaq və ovuc izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində Ağdaş RPŞ-nin xx.xx.2018-ci il tarixli 18/132- 4944-1218 nömrəli məktubu vasitəsi ilə ünvan 6 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 3 ədədinin xx.xx.1991-ci ildə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (3 dəfə) barmağı ilə eynilik müəyyən edilmişdir. (1-ci cild, 94-95-ci səhifələr) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 iyun 2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilənədək cinayət işinin ibtidai istintaqı dayandırılmışdır. (1-ci cild, 183-cü səhifə) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı təzələnmişdir. (1ci cild, 190-cı səhifə) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild, 202-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi icraatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi bir icraatda birləşdirilərək ********* say altında istintaq davam etdirilmişdir. (1-ci cild, 232- 233-cü səhifələr) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 oktyabr 2021-ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Lakin işin materiallarında həmin qərarın real, yəni ev dustaqlığı qətimkan tədbirinin faktiki olaraq icrasına dair heç bir məlumat yoxdur. (1-ci cild, 272-275-ci səhifələr) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 4(107)-83/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 05 yanvar 2022-ci ilədək müəyyən edilmişdir. (2-ci cild, 33-36-cı səhifələr) İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli, 4278 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 145 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X8; qızı – 2012-ci il təvəllüdlü X13; qızı – 2013-cü il təvəllüdlü X11; oğlu – 2016-cı il təvəllüdlü X9. (2-ci cild, 40-cı səhifə) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə şikayət daxil olmamışdır. (2-ci cild, 41-ci səhifə) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 10 noyabr 2021ci il tarixli, 21/639R saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, (2-ci cild, 43-52-ci səhifələr) xx.xx.2018-ci il tarixdə Ağdaş şəhəri, K.Kərimov küçəsi ev 22 ünvanında yaşayan Zərərçəkmiş şəxs saxlanc yerində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 43 ədəd yapışqan lent kəsiklərin üzərində olan 5 ədəd əlbarmaq və 1 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 5 ədəd əl-barmaq izlərindən 2 ədədi (tədqiqata təqdim edilmiş) xx.xx.1976-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş X1 əlinin orta və adsız barmaqlarının əksi ilə 3 ədədi isə (tədqiqata təqdim edilmiş) xx.xx.1991-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının (3 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 1 ədəd ovuc izi ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs, X6, Şahid4, X4, X5 və Zərərçəkmiş şəxs ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 dekabr 2021-ci il tarixli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması baradə qərardan görünür ki, Ağdaş rayon Polis şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə ibtidai istintaq müddəti 2 aydan 5 ayadək, yəni 5 dekabr 2021-ci il tarixdən 5 fevral 2022-ci il tarixədək uzadılmışdır. (2-ci cild, 83-84-cü səhifələr) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1493 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (2-ci cild, 91-ci səhifə) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X26 13 sentyabr 2021-ci il tarixli, 1324 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. (1-ci cild, 80ci səhifə) İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 221.3, 62-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. xx.xx.2014-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olub. Cəzasını tam olaraq çəkib qurtarmışdır. (1-ci cild, 78-79cu səhifələr) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən 1 dekabr 2021-ci il tarixli, 447 saylı məktubdan görünür ki, (2-ci cild, 92-ci səhifə) Təqdim edilən bir cüt (iki ədəd) lampa XİX əsr Almaniya-Rusiya istehsalı olub tarixi əhəmiyyət kəsb edir. Təqdim edilən lampalar (iki ədəd) Azərbaycan Respublikasının qeyri mədəni irs siyahısına aiddir. Təqdim edilən lampalar (iki ədəd) bədii və muzey əhəmiyyəti kəsb edir. Təqdim edilən qoşa lampalar 2018-ci ildən sərbəst bazar qiymətlərinə görə hər biri ayrılıqda 2500 (iki min beş yüz) manat civarında qoşa halda 5000 (beş min) məbləğində qiymətləndirilir. Əlavə: Təqdim edilən lampalar XİX əsrin ikinci yarısında Almaniyanın Berlin şəhərində yerləşən İmmerman və Şneyder manufakturasında Rusiyaya idxal üçün nəzərdə tutularaq istehsal edilmişdir. Lampanın gövdə hissəsi fayansdan olub üzərinə cila çəkilmişdir. 30-luq adlandırılan lampanın yuxarı hissəsində “plafon” (işıq yanan) çatışmır və lampalar tam halda deyil. Saxlanma vəziyyəti qənaətbəxşdir. Əsər tarixi əhəmiyyət kəsb edir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(014)-104/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər uzadılmışdır. (2-ci cild, 113-115-ci səhifələr) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş trasoloji ekspertizanın xx.xx.2021-ci il tarixli 3/1989 saylı rəyində göstərilmişdir ki, (2-ci cild, 128-138-ci səhifələr) Təqdim edilmiş 7,15 saylı daktilolentlərin səthindəki ovuc izləri, 9,10,21, 22, 24, 33, 40, 41 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 27 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 10, 21, 24, 27, 40, 41, 43 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 1,2,3, 4, 4, 6, 8, 11, 12, 13, 14, 16, 17, 18, 19, 20, 23, 25, 26, 28, 29, 30, 31, 32, 34, 35, 36, 37, 38, 39, 42 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 40 saylı daktilolentin səthindəki əl-barmaq izi və 43 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin baş barmağından qalmışdır. Üzərində “ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş 43 ədad əl-barmaq izləri Müstəntiq: X12: Elçin Yahyayev” yazıları olan zərfin daxilindəki 40 və 43 saylı daktilolentlərin üzərində “39 ilə eyni yerdən” sözləri qeyd olunmuşdur. Təqdim edilmiş 7,15 Salı daktilolentlərin səthindəki ovuc izləri, 9,10,21,22, 24, 33, 41 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və 27 saylı daktilolentin səthindəki “a”, “b” əlbarmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(014)-14/2022 saylı qərarıdan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir. (2-ci cild, 173-180-ci səhifələr) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbiri seçilməsi haqqında 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. (2-ci cild, 181-183-cü səhifələr) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi qərara alınmışdır. (3-cü cild) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 mart 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nəsimi rayonu ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. (3-cü cild) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 iyun 2024-cü il tarixli, 211 saylı məktubdan görünür ki, XİX əsrin ikinci yarısında Almaniyanın Berlin şəhərində yerləşən İmmerman və Şneyder manufakturasında Rusiyaya idxal üçün nəzərdə tutularaq istehsal edilmiş gövdə hissəsi fayansdan olub üzərinə cila çəkilmiş 30-luq adlandırılan lampa, tarixi və bədii əhəmiyyət kəsb edir. Predmetin XİX əsrə aid olması onun tarixi əhəmiyyət kəsb etməsini təsdiqləyir. Predmetin gövdə hissəsi əl ilə hazırlanması və cilalanması bədii əhəmiyyət kəsb etməsinə əsas verir. Təqdim edilən əşya 2018-ci ilin mart ayında təqribi 2500 (iki min beş yüz) qiymətində olan bilərdi. Həmin əşya ilə bağlı Azərbaycan Respublikası Milli İncəsənət Muzeyinin Dövlət Ekspert komissiyasının №447 saylı xx.xx.2021 və №275 saylı xx.xx.2022 tarixləri arasındakı həmin əşyanın tarixi və bədii əhəmiyyət kəsb etməsi öz əksini tapır.Lakin yeganə ziddiyət əşyanın qeyri-mədəni irs siyahısı və muzey əhəmiyyəti sözlərində rast gəlinir. Bu ziddiyyətləri aradan qaldırılması üçün belə nəticəyə gəlinir: Təqdim edilən əşya tarixi, bədii, muzey əhəmiyyəti kəsb edir və qeyri-mədəni irs siyahısına aiddir. (3-cü cild) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin protokolun üzərində xx.xx.2021-ci il tarix qeyd olunsa da, aşkar surətdə bu tarix yanlışdır. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılmamışdı və üzərindən ona məxsus “Samsung” markalı telefon aşkar edilərək götürülə bilməzdi. Eyni zamanda, həmin protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. (1-ci cild, 60-cı səhifə) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2022-ci il tarixdə, 25/1-1183m saylı məktubla daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə xx.xx.2019-cu il tarixdən istifadə edilməyə başlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə sonuncu yazı xx.xx.2019-cu il olmaqla narkotik vasitənin satışına dair yazışmalar olmuşdur. (2-ci cild, 196cı səhifə) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2021-ci il tarixdə, 25/1-9563m saylı məktubla daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten dairəsi sorğunun başlanğıc tarixi olan xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə, saat 18:11-dək yalnız Bakı şəhərində olmasını göstərir və həmin müddət ərzində müxtəlif nömrələrlə danışıqlar mövcuddur. Həmçinin, həmin mobil nömrə ilə aparılmış SMS mesajlaşmaların mətnindən görünür ki, sonuncu mesaj xx.xx.2021ci il tarixdə daxil olmuşdur. Mesajların məzmunu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün deyil, almaq üçün yazılar yazmışdır. (2-ci cild, 118-ci səhifə) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Elektron Məhkəmə İnformasiya Sisteminin şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis şöbəsindən hadisədən 6 il əvvəl, yəni 04 iyul 2012-ci il tarixdə AZE seriyalı, ******* nömrəli və hadisədən, o cümlədən hadisə yerindən əl-barmaq izlərinin götürülməsindən təqribən 1 ay sonra, yəni 17 aprel 2018-ci il tarixdə AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi almışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Elektron Məhkəmə İnformasiya Sisteminin ümumvətəndaş pasportları bölməsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hadisədən, o cümlədən hadisə yerindən əl-barmaq izlərinin götürülməsindən təqribən 2 il sonra, yəni 28 fevral 2020-ci il tarixdə C03045022 seriyalı ümumvətəndaş pasportu almışdır. Məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş məlumatdan görünür ki, hadisədən, o cümlədən hadisə yerindən əl-barmaq izlərinin götürülməsindən təqribən 1 il sonra, yəni 03 aprel 2019-cu il tarixdə Gəncə şəhər BPİ-nin KTB-də xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əl-barmaq əksləri əsasında daktiloskopik kart tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin “ADİS” sisteminin yaddaş bazasında yoxlanılması üçün aiddiyyəti üzrə göndərilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Milli İncəsənət Muzeyinin nəznində fəaliyyət göstərən Dövlət Ekspert komissiyasının 25 iyun 2024-cü il tarixli, 211 saylı məktubdan görünür ki, sorğuya əlavə edilmiş foro əsasında XİX əsrin ikinci yarısında Almaniyanın Berlin şəhərində yerləşən İmmerman və Şneyder manufakturasında Rusiyaya idxal üçün nəzərdə tutularaq istehsal edilmiş gövdə hissəsi fayansdan olub üzərinə cila çəkilmiş 30-luq adlandırılan lampa, tarixi və bədii əhəmiyyət kəsb edir. Predmetin XİX əsrə aid olması onun tarixi əhəmiyyət kəsb etməsini təsdiqləyir. Predmetin gövdə hissəsi əl ilə hazırlanması və cilalanması bədii əhəmiyyət kəsb etməsinə əsas verir. Təqdim edilən əşya 2018-ci ilin mart ayında təqribi 2500 (iki min beş yüz) qiymətində olan bilərdi. Həmin əşya ilə bağlı Azərbaycan Respublikası Milli İncəsənət Muzeyinin Dövlət Ekspert komissiyasının № 447 saylı xx.xx.2021 və №275 saylı xx.xx.2022 tarixləri arasındakı həmin əşyanın tarixi və bədii əhəmiyyət kəsb etməsi öz əksini tapır.Lakin yeganə ziddiyət əşyanın qeyri-mədəni irs siyahısı və muzey əhəmiyyəti sözlərində rast gəlinir. Bu ziddiyyətləri aradan qaldırılması üçün belə nəticəyə gəlinir: Təqdim edilən əşya tarixi, bədii, muzey əhəmiyyəti kəsb edir və qeyrimədəni irs siyahısına aiddir. Sübutların qiymətləndirilməsi, tətbiq edilən hüquq normaları və məhkəmənin gəldiyi nəticə Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham 2 hissədən ibarətdir. Buna görə də məhkəmə hər bir ittiham üzrə mövqeyini ayrıca qeyd etməyi zəruri hesab edir. a) Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən bu ittiham üzrə əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham sürülmüşdür ki, o, xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, Maşad qəbiristanlığının yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,433 qram olan narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə xx.xx.2021-ci il tarixdə saat 16:27-də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunandan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan narkotik maddəninin çəkisinə və narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mətnlərə görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs narkotik maddə olan heroini məhz satış məqsədi ilə əldə edib saxlaması və özü ilə daşıması qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökümdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı halda isə nəinki təqsirləndirilən şəxs narkotik vasitəni satarkən əməliyyat nəticəsində saxlanılmamış, onun üzərindən aşkar olunmuş narkotik vasitəni hər hansı istehlakçıya verəcəyi ilə bağlı razılığa dair işin materiallarında hər hansı sübut aşkar olunmamışdır. Narkotik vasitə cəmi 1 bükümdə olmuş (işin materiallarında olan arayışa əsasən şəxs ərazi üzrə xəstəxanada narkotik vasitələrin istifadəçisi kimi qeydiyyatdadır), narkotik vasitələrin hazırlanması və ya çəkilməsi üzrə hər hansı alət aşkar edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün 04 sentyabr 2021ci il tarixdə ünvan 7 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında şəxsi axtarış zamanı ittihamda qeyd edilən narkotik vasitə aşkar olunmuşdur. Habelə, şahid ifadələrindən və Ağdaş rayon Polis şöbəsinə yazılmış raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatdır, onun tərəfindən narkotik vasitənin alqı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Sözügedən maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik maddənin miqdarı və bir bükümdə olması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik maddə olan heroindən əvvəllər istifadə hallarının olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik maddənin çoxluğunu, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirən zaman mobil telefonda narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mesaj mətnlərini nəzərə alaraq əlavə sübut toplamadan, Təqsirləndirilən şəxs yazılmış mətnlərin kim tərəfindən yazılmasını realizə etmədən, real satış həyata keçirilərkən Təqsirləndirilən şəxs saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə əldə edilmiş təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs telefonunda olan narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli mesaj olmuşdur. Həmin yazılmış mətnlərin məzmunu məhkəmə iclasında araşdırılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham 2019-cu ildə narkotik satması ilə bağlı olmadığından, hazırda həmin tarixə aid SMS-lərə istinad edərək 2021-ci ildə üzərindən aşkar olunmuş narkotikin 2019-cu ildə şəxsiyyəti müəyyənləşdirilməmiş şəxslə narkotik vasitələrin satışına dair yazışmalarla əlaqələndirilməsi mümkün deyil. Çünki hazırda verilmiş ittiham Təqsirləndirilən şəxs üzərindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,433 qram heroinin satış məqsədi ilə üzərində saxlayaraq daşıması ilə bağlıdır. Məhkəmə hesab edir ki, hətta həmin mətnlər Təqsirləndirilən şəxs tərəfindən yazılmış olsaydı belə, bu onun barəsində şübhələrin yaranmasına əsas olsa da, bu da birmənalı olaraq həmin yazışmalardan 2 il sonra narkotik vasitənin satış niyyəti ilə şəxsin üzərində saxlanılması kimi qiymətləndirilə bilməzdi. Çünki onun istifadəsində olan digər nömrə ilə aparılmış yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs özü istehlak üçün başqa şəxslərdən narkotik vasitə istəmişdir. Hətta raportdan da göründüyü kimi əməliyyat orqanında ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs isə birmənalı olaraq həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, həmin mətnlərinin məzmunu tam realizə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Korbely Macarıstana qarşı” iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizaların rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. b) Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə verilmiş ittiham üzrə Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət- prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qoyulmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul edilə bilməz, həmin sübutların hüquqi qüvvəsini şübhə altına alan kifayət qədər hallar mövcuddur. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, oğurluq hadisəsinin baş verdiyi gündə (xx.xx.2018-ci il) Təqsirləndirilən şəxs aktiv istifadəsində olan (həmin müddətlərdə mobil nömrədən istifadə edilmişdir) və hətta xx.xx.2021-ci il tarixdə saxlanılarkən üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefonda istifadə olunan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi onun həmin vaxt Bakı şəhəri ərazisində olduğunu göstərir. Yalnız hadisədən 1 gün sonra onun Ağdaş şəhərinə gəlməsi görünür. Bundan başqa, işin materiallarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 9 ünvanına baxış keçirilməsinə, baxış zamanı evə daxil olunan qapı, şüşə və şkafın üzərindəki yerlərdən əl-barmaq izləri götürülməsinə, həmçinin, fotoşəkilləri çəkilərək protokol əlavə edilməsinə dair protokol olsa da, hər hansı fotoşəkil, əl-barmaq izi nümunəsinin surəti və ya daktilolent işin materiallarına əlavə ediləmişdir. Yalnız sonradan 2021-ci ildə verilmiş ekspert rəyində Təqsirləndirilən şəxs baş barmağının izi ilə uyğunluq təşkil etməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs özü bununla bağlı məhkəmə iclasında bildirmişdir ki, onun barmaq izinin sonradan narkotik vasitə istifadə etdiyinə görə barəsində başlanılmış cinayət işi üzrə sənədlərə imza edərkən qələmin üzərindən götürülməsini ehtimal edir. Belə ki, oğurluq olarkən onun yalnız bir əşyanın üzərində, cəmi 1 dəfə və cəmi 1 barmağının – baş barmağının izinin qalması ağlabatan deyil. Cinayətin baş verdiyi tarixdən 6 il əvvəl ona (2012-ci il) şəxsiyyət vəsiqəsi verilmiş və barmaq izləri götürülmüşdür. Belə olan halda hadisə yerindən götürülmüş izlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin bazası göndərildikdən sonra həmin izlərin kimlərə aid olmasına dair məlumat əldə edilməli idi. Daha sonra cinayətin baş verməsindən, hadisə yerindən barmaq izlərinin götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin bazasına əlavə edilməsindən 1 ay sonra Təqsirləndirilən şəxs yenə də (xx.xx.2018-ci il tarixdə) şəxsiyyət vəsiqəsi almış və barmaq izləri götürülmüşdür. Belə olan halda da yeni şəxsiyyət vəsiqəsi alınarkən onun barmaq izi cinayət törətmiş şəxslərin barmaq izlərinin bazasından müəyyən edilməli idi. Təqsirləndirilən şəxs oğurluq hadisəsindən 2 il sora (xx.xx.2020-ci il tarixdə) ümumvətəndaş pasportu almış və bir daha barmaq izləri götürülmüşdür. Yenə də onun barmaq izləri aidiyyəti üzrə cinayət törətmiş şəxslərin barmaq izlərinin bazasına əlavə edilmişdirsə, həmin izlərin Təqsirləndirilən şəxs aid olması da görünməli idi. Bundan əlavə, Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş məlumatdan görünür ki, hadisə yerindən əl-barmaq izlərinin götürülməsindən təqribən 1 il sonra, yəni 03 aprel 2019cu il tarixdə Gəncə şəhər BPİ-nin KTB-də xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əlbarmaq əksləri əsasında daktiloskopik kart tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin “ADİS” sisteminin yaddaş bazasında yoxlanılması üçün aiddiyyəti üzrə göndərilmişdir. Lakin həmin vaxt da onun barmaq izi bazada olan və cinayət işləri üzrə şübhəli olan digər izlərlə eynilik təşkil etməsi müəyyən edilməmişdir. Bundan başqa, işin materiallarında hadisə yerindən götürülmüş əl-barmaq izlərinin surətləri işin materiallarına əlavə edilməmişdir. Yalnız ekspert rəyində birbaşa izlərə istinad olunsa da, həmin izlərin surətləri işin materiallarında yoxdur. Bu da ekspert tədqiqatı zamanı istifadə olunmuş əl-barmaq izlərinin həqiqətən də hansı tarixdə, hansı şəraitdə və haradan götürülməsini müəyyən etməyə və müqayisəli təhlil aparmağa imkan vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Qeyd olunan Məcəllənin 125.3-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə iclaslarında təqsirləndirilən şəxs ona talama cinayətinə dair verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 273.1-ci maddəsinə əsasən müstəntiq tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətini aşağıdakı hallarda apara bilər: nümunələr hər hansı insanın, heyvanın, insan meyitinin, heyvan cəsədinin, habelə əşya və ya maddələrin xassələrini əks etdirdikdə; nümunələr cinayət təqibi üçün əhəmiyyətli olduqda. Həmin Məcəllənin 273.2.4-cü maddəsinə əsasən tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətinin aparılması üçün müstəntiq əsaslandırılmış qərar çıxarır. Həmin qərarda tədqiqat üçün nümunələri götürməli olan şəxsin soyadı, adı və atasının adı göstərilməlidir. Eyni zamanda, həmin qərarda tədqiqat üçün nümunələr götürüldükdən sonra onların nə vaxt və kimə verilməli olduğu göstərilməlidir. (CPM 273.2.8) Hazırkı halda isə müstəntiq yalnız hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib etmiş, lakin ümumiyyətlə bu barədə qərar qəbul etməmiş və qərarda göstərilməsi məcburi olan tələblərə riayət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 273.4-cü maddəsinə əsasən tədqiqat üçün nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir. Nümunələrin götürüldüyü vaxt isə bu maddənin məzmunu aşağıdakı formada olmuşdur: “Zəruri hallarda başqa şəxslərin hüquqlarını pozmamaq şərti ilə tədqiqat üçün nümunələr ekspert tərəfindən də götürülə bilər.” Buna baxmayaraq, işin materiallarında olan baxış keçirilməsi haqqında protokolda barmaq izlərinin ümumiyyətlə kimin tərəfindən götürülməsi müəyyən edilmir. Halbuki, qanunvericiliyin tələblərinə görə barmaq izləri ekspert tərəfindən götürülməli idi və ekspert ona etiraz edilməsi mümkün olan şəxslərin siyahısına aiddir. Qeyd olunan Məcəllənin 274-cü maddəsinə müvafiq olaraq tədqiqat üçün qan, sperma (məni), tük, dırnaq kəsintisi, bədənin xarici örtüklərinin mikroskopik qazıntısı; tüpürcək, tər və orqanizmin digər ifrazatları; dəri naxışının (nəqşəsi), dişlərin və əl-ayağın izləri; əlyazmalar, düyünlər, məmulatlar və insan bacarığını əks etdirən digər materiallar; səsfonoqramı; material, maddə, xammal və hazır məhsulun nümunələri; alətlər, güllə və gilizlər; digər maddələr və əşyalar götürülə bilər. Cinayət-Prosessual Məcəlləsinin 275.4-cü maddəsinə əsasən tədqiqat üçün nümunələrin götürülməsindən əvvəl müstəntiq bu istintaq hərəkətinin aparılmasında iştirak edən bütün şəxsləri imza etdirməklə tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərarla tanış edir, onların hüquq və vəzifələrini izah edir. Cinayət-Prosessual Məcəlləsinin 275.6-cı maddəsinə əsasən müstəntiq və ya onun göstərişi əsasında digər şəxs zəruri hərəkətləri aparır və əks cinsdən olan şəxsin soyunması ilə bağlı hallar istisna olmaqla, bu istintaq hərəkətinin aparılmasında iştirak edən digər şəxslərin yanında tədqiqat üçün nümunələri götürür. Sənədlər istisna olmaqla, tədqiqat üçün götürülmüş nümunələr qablaşdırılır və möhürlənir. Sözügedən Məcəllənin 276-cı maddəsinə uyğun olaraq nümunələri götürdükdən sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: nümunələrin götürüldüyü tarix, vaxt və yer; müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri, faktiki yaşadığı və qeydiyyatda olduğu yer; tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd; tədqiqat üçün nümunələrin götürülməsinin xüsusiyyətləri, o cümlədən tədqiqat üçün nümunələrin götürülməsi zamanı hansı nümunələrin və hansı yolla götürüldüyü, habelə tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilibedilməməsi barədə qeyd; yerinə yetirilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi üçün görülmüş tədbirlər, tətbiq edilən elmi-texniki üsul və vasitələr, habelə nümunələrin özünün təsviri; müşahidə edilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi zamanı bütün aşkar olunanlar (nümunələrin götürülməsinin halları və nəticələri təfərrüatı ilə göstərilir). Lakin cinayət işinin materiallarında tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətinin aparılmasına dair müstəntiqin əsaslandırılmış qərarına rast gəlinmir. Belə olan halda hadisə yerindən götürülmüş əl-barmaq izləri ciddi şübhələr yaratmaqla təqsirləndirilən şəxsin bu barədə söylədiyi fikirlərin əsaslı olması nəticəsinə gəlməyə əsas verir. Buna görə də məhkəmə qeyd olunan əl-barmaq izləri üzrə verilmiş ekspert rəyini sübut növü kimi qəbul etmir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 236-cı maddəsinin tələblərinə görə cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir. İşin materiallarında hadisə yerində kriminalistika xidməti əməkdaşlarının mütəxəssis kimi iştirak etmələrini təsdiq edən heç bir sənəd yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 240.1-ci maddəsinə görə hər hansı əşyanı tanınma üçün təqdim etmək zəruri olduqda müstəntiq tanıyan şəxsi bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 240.3-cü maddəsinə əsasən müstəntiqin göstərişi və ya icazəsi ilə əşyanın tanınmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. Həmin Məcəllənin 241-ci maddəsinin tələblərinə uyğun olaraq tanınma aparıldıqdan sonra müstəntiq tanınma protokolu tərtib edir, tanınma protokolunu ona öz qeydlərinin əlavə edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları imzalayır, tanınmanın aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: - Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1-ci maddə); - Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (144-cü maddə); - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (145.1-ci maddə); - İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3- cü maddə); - Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presendent hüququna əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir (“Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı” işlər və s.) “Hoanq Fransaya qarşı” işdə Avropa Məhkəməsi qeyd edir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi göstərir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Avropa Məhkəməsinin “Zayidov Azərbaycana qarşı” iş üzrə qərarında qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyat-axtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığı halda belə nəticəyə gəlmək qeyri-mümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Beləliklə, məhkəmə iş üzrə toplanılmış bütün dəlilləri tədqiq edərək belə nəticəyə gəlir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə olaraq Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olunduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: - Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); - Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3cü maddə); - Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); - Məhkəmə baxışı nəticəsində şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.3-cü maddə); - Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1-ci maddə); - Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan kifayət qədər şübhələr olduğundan ona həmin maddələr üzrə bəraət verilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Lakin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması, narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini təqsirli olduğu hissədə boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli Q48-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydası haqqında” Təlimatın 5.2-ci bəndinə əsasən ev dustaqlığı qətimkan tədbirinin tətbiq edilməsi barədə polis orqanına daxil olmuş məhkəmənin qərarı ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfindən aparılan xüsusi jurnalda (əlavə 5) qeydiyyata alınır və icrası dərhal polis orqanının rəisi tərəfindən aidiyyəti əməkdaşlara həvalə edilir. İşin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 07 oktyabr 2021ci il tarixdən 05 yanvar 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilsə də, işin materiallarında həmin qərarın real, yəni ev dustaqlığı qətimkan tədbirinin faktiki olaraq icrasına dair heç bir məlumat yoxdur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə həmin qətimkan tədbirinin tələbləri tətbiq edilmədiyindən qeyd olunan müddət onun cəzasından çıxıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 sentyabr 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 05 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 21 oktyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixdək həbsdə saxlanıldığı 3 (üç) ay 11 (on bir) gün və 30 mart 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 22 (iyirmi iki) gün olmaqla, cəmi 7 (yeddi) ay 7 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 1 (bir) il 2 (iki) ay 14 (on dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,383 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, 04 sentyabr 2021-ci il tarixli, 17/661 saylı ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. 27 dekabr 2021-ci il tarixli, 3/1989 saylı ekspertiza tədqiqatının dəyəri həmin hissədə təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmədiyindən 161,11 (yüz altmış bir manat on bir qəpik) manat pul dövlət büdcəsinə aid edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 183.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə aidiyyəti olmadığından CPM-in 42.1.3-cü maddəsinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 sentyabr 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 05 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 21 oktyabr 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixdək həbsdə saxlanıldığı 3 (üç) ay 11 (on bir) gün və 30 mart 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 22 (iyirmi iki) gün olmaqla, cəmi 7 (yeddi) ay 7 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 1 (bir) il 2 (iki) ay 14 (on dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,383 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. 04 sentyabr 2021-ci il tarixli, 17/661 saylı ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. 27 dekabr 2021-ci il tarixli, 3/1989 saylı ekspertiza tədqiqatının dəyəri 161,11 (yüz altmış bir manat on bir qəpik) manat pul dövlət büdcəsinə aid edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-1/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-1/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver