Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-1/2025 28.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1989-ci ildə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, himayəsində azyaşlı uşağı olan, işləməyən, Ağdaş rayonunun Korarx kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 79, mənzil 4-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 09 oktyabr 2024-cü il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 12 mart 2018-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 154,00 manat olmaqla, ümumilikdə 462,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2076/2018 saylı, 13 iyul 2018-ci il tarixli, həmçinin alimentin məbləği dəyişdirilərək 18 may 2021-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 175,00 manat olmaqla, ümumilikdə 525,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)- 2475/2021 saylı, 18 may 2021-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 3(014)-167/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə, 05 iyun 2020-ci il tarixli, 3(014)-202/2020 saylı qərarı ilə 15 gün müddətinə, sonuncu dəfə 05 yanvar 2023-cü il tarixli, 3(014)- 11/2023 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 29 may 2019-cu il, 03 iyul 2020-ci il və 10 yanvar 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 aprel 2023-cü il tarixinə kimi 24938,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CМ-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhərinin sakini kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2010-cu ildə rəsmi şəkildə ailə qurmuşlar. Həmin evlilikdən 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində yaşamışlar. Həmin vaxtlar təmir-tikinti işlərində usta, satıcı, şadlıq saraylarında ofisiant kimi işləmişdir. Əvvəllər Vüsalə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Vüsalə ilə yola gedə bilmədiklərindən ayrılmaq qərarına gəlmişlər. Vüsalə himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2076/2018 saylı, 13 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 12 mart 2018-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 154,00 manat olmaqla, ümumilikdə 462,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2475/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği dəyişdirilərək həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 175,00 manat olmaqla, ümumilikdə 525,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdirlər. Məhkəmə qətnamələri qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün qeydiyyatda olduğu yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Aliment ödənişləri etməmiş, yalnız bazarlıq edib uşaqları üçün göndərmişdir. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli inzibati qərarına əsasən 20 gün müddətinə, 05 iyun 2020-ci il tarixli inzibati qərarına əsasən 15 gün müddətinə, sonuncu dəfə 05 yanvar 2023-cü il tarixli inzibati qərarına əsasən 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehlərdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmişdir. Təqdimat verilən günə, yəni 05 aprel 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 24938,00 manat təşkil etmişdir. Bildirmişdir ki, 2-ci Qarabağ müharibəsinin iştrakçısı olmuş, döyüşlərdə iştrakı ilə bağlı müxtəlif təltiflər və medallar almışdır. Alimə Ağayeva adlı şəxs ilə yenidən ailə həyatı qurmuş və həmin evlilikdən Ləman adlı azyaşlı övladları anadan olmuşdur. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da, təklif olunan işlərin əmək haqqları onu qane etmir. Əməlindən peşmandır, ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, şahidin ifadəsi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oxuduğu məktəbdən tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2010-cu il tarixdə rəsmi şəkildə ailə qurmuşlar. Həmin evlilikdən 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar Ağdaş rayonu, Korarx kəndində Elmirin valideynləri ilə birlikdə, sonradan Bakı şəhərində fərqli ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs "xxxx" MMC-də çalışmış, daha sonra şadlıq saraylarında ofisiant kimi işləmiş və yetərli qazanc əldə etmişdir. Əvvələr Elmir ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs evə mütəmadi olaraq gəlmədiyindən, övladları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2076/2018 saylı, 13 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2018-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 154,00 manat olmaqla, ümumilikdə 462,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2475/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği dəyişdirilərək Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 175,00 manat olmaqla, ümumilikdə 525,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdirlər. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs alimenti ödəmədiyi, məhkəmə qətnamələrini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli tarixli inzibati qərarına əsasən 20 gün müddətinə, 05 iyun 2020-ci il tarixli qərarına əsasən 15 gün müddətinə və sonuncu dəfə 05 yanvar 2023-cü il tarixli qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 05 aprel 2023-cü il tarixə ödənməmiş aliment borcu 24938,00 manat təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda fərqli sahələrdə işləyir və yetərli qazanc əldə edir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə 27 yanvar 2025-ci il tarixdə poçt vasitəsi ilə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştrak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs uşaqlarının aliment borcunu ödəmədiyi təqdirdə ondan şikayətçi olduğunu və onun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində Bakı şəhər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2076/2018 saylı 13 iyul 2018-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2018-ci il tarixdən başlayaraq, 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 154 manat olmaqla, cəmi 462 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Göstərilən icra vərəqəsi 25 iyul 2018-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Bildiriş borcluya təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Ancaq o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bakı Şəhər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2475/2021 saylı 18 may 2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2076/2018 saylı 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmişdir. Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20.dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 175,00 manat olmaqla, cəmi 525,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Göstərilən icra vərəqəsi 07 iyul 2021-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Bildiriş borcluya təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs Ağdaş rayon icra və probasiya şöbəsinə gəlmiş, icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-11/2023 saylı, 05 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də borclu tələbi icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2076/2018 saylı 13 iyul 2018-ci il tarixli və 2(005)-2475/2021 saylı 18 may 2021-ci il tarixli icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs 18 mart 2023-cü il tarixə 24938,00 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs 29 mart 2023-cü il tarixli ərizəylə Ağdaş rayon İcra və probasiya şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2076/2018 saylı 13 iyul 2018-ci il tarixli və 2(005)-2475/2021 saylı 18 may 2021-ci il tarixli icra sənədlərini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə edilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunduğunu göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2076/2018 saylı 13 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2018-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 154,00 manat olmaqla, ümumilikdə 462,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2475/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2076/2018 saylı 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək 18 may 2021-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 175,00 manat olmaqla, ümumilikdə 525,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 3(014)-167/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 3(014)-202/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 3(014)-11/2023 saylı saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən daxil olmuş 07 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb olunmuş və 20 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-09 noyabr 2020-ci il tarixlərdə Füzuli-Şuşa istiqamətində döyüşlərdə iştrak etmiş və 03 noyabr 2020-ci il tarixdə “Sol əl mil bilək sümüyünün sınığı” xəsarəti almışdır. “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştrakçısı” medalları ilə təltif edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 07 dekabr 2023-cü il tarixli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdən elektron qaydada müharibə veteranı kimi 80,00 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödəniş davam etdirilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş 28 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyəti barədə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat aşkar edilməmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X15 22 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmayıb. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olan 22 fevral 2024-cü il tarixli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün xəstəxanaya müraciət etməyib. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Mərkəzi X6 Şəxs tərəfindən göndərilən məktuba əsasən Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən verilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs təqaüdündən istintaq zamanı 560,00 manat aliment borcu tutulmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 24 iyul 2023-cü il tarixli ittiham elan etmək üçün şəxs barəsində axtarış elan etmə və tutulması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 13 avqust 1989-cu il təvəllüdlü, Ağdaş rayonu, Kotanarx ünvanında yaşayan Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və ona ittiham elan edilməsi üçün tutularaq edilən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı o, tutulub istintaqa təhvil verilənədək dayandırılması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində tutularaq Ağdaş RPŞ-nin X8 təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmiş icraat təzələnmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 16 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 16 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 verilmiş Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı o, tutulub istintaqa təhvil verilənədək dayandırılması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmiş icraat təzələnmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 21 fevral 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 13 avqust 1989-cu il təvəllüdlü, Ağdaş rayonu, Kotanarx ünvanında yaşayan Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və ona ittiham elan edilməsi üçün tutularaq edilən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 təhvil verilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı o, tutulub istintaqa təhvil verilənədək dayandırılması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Fizuli rayonu ərazisində tutularaq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmiş icraat təzələnmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X8 verilmiş Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(014)-81/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1989-cu ildə Ağdaş rayonu, Korarx anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu, Korarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) xx.xx.2024-cü il tarixə, saat 14:40-da Ağdaş Rayon Məhkəməsinin binasında 1 saylı məhkəmə iclas zalında keçiriləcək məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsinin 07 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Ağdaş rayonu ərazisində yaşamır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(014)-81/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1989-cu ildə Ağdaş rayonu, Korarx anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu, Korarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 etap olunması və yerləşdirilməsi, Təqsirləndirilən şəxs tutulub X2 təhvil verildikdə bu barədə dərhal Ağdaş Rayon Məhkəməsinə məlumat verilməsi, qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsinin 15 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsinin 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş 27 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 117146 saylı ambulator kitabçadan çıxarışdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuş Təqsirləndirilən şəxs (FİN xxxxxxx) xx.xx.2024-cü il tarixdə üzvi şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 1(014)-81/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X9 şöbəsinin rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazııxia ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 13660/24 saylı və 13263130 saylı xəstəlik tarixindən çıxarış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda yüngül emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verməsi, mülahizə və mühakimələrinin bir qədər səthi olması, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, yaddaşının nisbətən zəifləməsi, yeni əlamətləri bir qədər pis qavraması, törətdiyi əmələ qarşı tənqidi münasibət bəsləməsi və s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş suallan aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs onun ittiham olunduğu cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkmişdirmi? Cavab. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, ittiham olunduğu cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Sual 2. Təqsirləndirilən şəxs hazırda məhkəməyə düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkirmi? Cavab. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, hal-hazırda məhkəməyə düzgün ifadə vermək qabiliyyətindədir. Sual 3. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkirsə, onun məcburi müalicəyə ehtiyacı varmı? Cavab. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Sual 4. Təqsirləndirilən şəxs onun ittiham olunduğu cinayət əməlini törədərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşürmü və onun məcburi tibbi müalicəyə ehtiyacı varmı? Cavab. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs keçirdiyi ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəlik mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2020-ci il təvəllüdlü X11 adlı övladı anadan olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 12 mart 2018-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 154,00 manat olmaqla, ümumilikdə 462,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2076/2018 saylı, 13 iyul 2018-ci il tarixli, həmçinin alimentin məbləği dəyişdirilərək 18 may 2021-ci il tarixdən hesablanmaqla 24 noyabr 2011-ci il təvəllüdlü X4, 20 dekabr 2013-cü il təvəllüdlü X5 və 07 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 175,00 manat olmaqla, ümumilikdə 525,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)- 2475/2021 saylı, 18 may 2021-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 3(014)-167/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə, 05 iyun 2020-ci il tarixli, 3(014)-202/2020 saylı qərarı ilə 15 gün müddətinə, sonuncu dəfə 05 yanvar 2023-cü il tarixli, 3(014)- 11/2023 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 29 may 2019-cu il, 03 iyul 2020-ci il və 10 yanvar 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 aprel 2023-cü il tarixinə kimi 24938,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, hazırda başqa nikahdan himayəsində 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştrakçısı” medalları ilə təltif edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun ibtidai istintaqın və məhkəmənin çağırışlarına axtarışla gətirilməsi, zərəri ödəməməsi, zərərçəkmiş şəxsin ondan şikayətçi olması isə şəxsiyyətini mənfi səciyyələndirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 1ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu, dövlət ittihamçısının da çıxışında təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi barədə təklifini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək, 06 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək, 27 avqust 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək şəxs saxlanıldığı cəmi 6 (altı) gün və 09 oktyabr 2024-cü il tarixdən 28 yanvar 2025-ci il tarixdək həbsdə saxlanıldığı 3 (üç) ay 19 (on doqquz) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək, 06 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək, 27 avqust 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək şəxs saxlanıldığı cəmi 6 (altı) gün və 09 oktyabr 2024-cü il tarixdən 28 yanvar 2025-ci il tarixdək həbsdə saxlanıldığı 3 (üç) ay 19 (on doqquz) gün olmaqla, cəmi müddət 3 (üç) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 7 (yeddi) ay 20 (iyirmi) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-1/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-1/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver