Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-10/2021 10.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X2 Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1995-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, 20 Yanvar küçəsində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, 2020-ci ilin iyul ayının sonlarında istintaqa məlum olmayan mənbədən tapıb satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,017 qram narkotik vasitə olan tiryəki qanunsuz olaraq üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 09:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində həbs edilməmişdən təxminən 2 ay əvvəl hazırda yadında qalmayan küçə ilə gedən zaman qarşısına sellofan büküm çıxdığını, həmin sellofan bükümü açıb baxan zaman içərisində narkotik vasitə olan tiryək oldğunu, özü ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini, buna görə də həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxladığını, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 09:20 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ilə getdiyini, bu zaman polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim etdiklərini, ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində şübhəli şəxs qismində tutulduğunu və ona müdafiəçi təyin edildiyini, bundan sonra polis şöbəsində şübhəli şəxs qismində tutulduğunu, ona müdafiəçi təyin edildiyini, vəkilin iştirakı ilə polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunduğunu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli alışqan, şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qara rəngli kristal halında narkotik vasitəyə olan tiryək aşkar edildiyini, həmin narkotik vasitə elektron tərəzidə çəkilən zaman 1,13 qram gəldiyini, şəxsi axtarış keçirilməsinə dair videoçəkiliş edildiyini, aşkar edilmiş narkotik vasitə zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmçinin də şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunduğunu və iştirakçılar tərəfindən imzalandığını, heç bir vaxt heç kimə narkotik vasitə satmadığını, həmçinin əməlindən peşman olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən, Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə səhər saatlarında xidmətdə olan zaman ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri saxlaması və ondan istifadə etməsi barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunduğunu və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini, daha sonra həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 09:20 radələrində Ağdaş şəhəri H.Əliyev prospekti küçəsində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olan zaman Kamranı gördüklərini, Kamrana yaxınlaşıb özlərini təqdim etdiklərini, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini və polis şöbəsinə dəvət etdiklərini, Kamranın da onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində vəkilin iştirakı ilə Kamranın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan əşyalar çıxardıb masanın üzərinə qoyması təklif olunduğunu, Kamranın da əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli alışqan, şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğunu, həmin sellofan büküm açılan zaman içərisindən qara rəngli, kristal halında olan narkotik vasitə olan tiryək aşkar edildiyini, həmin tiryək elektron tərəzidə çəkilən zaman 1,13 qram olduğunu, daha sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən imzalandığını, həmçinin də şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edildiyini, fotoşəkillər çəkildiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Kamranın özünün deməsinə görə həbs edilməmişdən təxminən 2 ay əvvəl xatırlamadığı yerdən tapdığını və özü istifadə etmək məqsədilə də üzərində saxladığını bildirdiyini, Kamranı Ağdaş şəhər sakini tanıdığını, onunla heç bir münasibətinin olmadığını, Kamranın narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadə etməsi barədə eşitdiyini, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 10:00-dan saat 10:10-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və öncə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd göy rəngli alışqan, şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində 01 ədəd qara rəngli kristal halında narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Axtarış davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin tiryək olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2020-ci il tarixli 17/516 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 1,017 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 950 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələiyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 1(067)-107/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş rayon Məhkəməsinin 7(014)-29/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 1(067)-107/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 20 gün müddətə azdalığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla on bir ay iyirmi beş gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 3535 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsindəki, evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X10 (atası), X12 qızı (anası), X7 (həyat yoldaşı), xx.xx.2016-ci il təvəllüdlü X1r.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 09:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində bir az yaşlı uşağının olmasını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvələr cinayət törətməsini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0.917 qram narkotik vasitə olan tiryək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi tutularaq həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-cu-i il tarixli 7(014)-29/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsi ilə əvəz edilmiş on bir ay iyirmi beş gün müddətinə azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş on bir ay iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq bir il altı ay müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.917 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-10/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-10/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver