Məhkəmə qərarları › İş №1(014)-10/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-10/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-10/2022 16.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X8 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçilər – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində bir azyaşlı övladı olan, Ağdaş rayon Yenicə kənd baxçasında gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Yenicə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 01.09.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,188.3 və 259.3-cü maddələri ilə xx.xx.1965-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu Yenicə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 01.09.2021-ci il tarixdə “polisin nəzaəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in CM-in 29,188.3 və 259.3-cü maddələri ilə xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində iki azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olan, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan, barəsində 08.12.2021-ci il tarixdə “polisin nəzaəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in CM-in 29,188.3 və 259.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 16 mart 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,188.2.3 və 259.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, həmkəndlisi xx.xx.1965-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Ağdaş rayon Yuxarı Ləki kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək Ağdaş rayon Yenicə kəndinin Ucar rayonu Ramal kəndi ilə həmsərhəd hissəsində yerləşən Yenicə kənd bələdiyyəsinə məxsus 3 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkin üçün yararlı vəziyyətə gətirmək üçün becərməklə özbaşına tutmağa cəhd etmiş, bu məqsədlə meşə fonduna daxil olmayan həmin ərazidəki ağac və kollardan vahid niyyətlə 2021-ci ilin aprel ayının əvvələrində və 27 aprel 2021-ci il tarixdə günorta radələrində 5600 manat dəyərində cəmi 70 ədəd yulğun kolunu və 1890 manat dəyərində 3 ədəd hər biri 100 manat dəyərində 8 sm diametrli, 7 ədəd hər biri 120 manat dəyərində 10 sm diametrli, 3 ədəd hər biri 150 manat dəyərində 14 sm diametrli, 2 ədəd hər biri 150 manat dəyərində 16 sm diametrli cəmi 15 ədəd iydə ağacını traktordan istifadə etməklə qəsdən qanunsuz olaraq kökündən çıxarmaqla götürmüş və təbiətə ümumilikdə 7490 manat-külli miqdarda ziyan vurmuşdur. Bununla da qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmağa cəhd etmiş, lakin Ucar rayonu Ramal kənd sakini Şahid3 istifadəsində olan mobil telefondan 102 xidmətinə məlumat verdiyindən və hadisə yerinə Ekologiya Nazirliyi və polis şöbəsinin əməkdaşları gəldiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamış, həmçinin külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağac və kolları qanunsuz olaraq kökündən çıxarmaqla götürmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,188.2.3 və 259.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, həmkəndlisi xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Ağdaş rayon Yuxarı Ləki kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək Ağdaş rayon Yenicə kəndinin Ucar rayonu Ramal kəndi ilə həmsərhəd hissəsində yerləşən Yenicə kənd bələdiyyəsinə məxsus 3 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkin üçün yararlı vəziyyətə gətirmək üçün becərməklə özbaşına tutmağa cəhd etmiş, bu məqsədlə meşə fonduna daxil olmayan həmin ərazidəki ağac və kollardan vahid niyyətlə 2021-ci ilin aprel ayının əvvələrində və 27 aprel 2021-ci il tarixdə günorta radələrində 5600 manat dəyərində cəmi 70 ədəd yulğun kolunu və 1890 manat dəyərində 3 ədəd hər biri 100 manat dəyərində 8 sm diametrli, 7 ədəd hər biri 120 manat dəyərində 10 sm diametrli, 3 ədəd hər biri 150 manat dəyərində 14 sm diametrli, 2 ədəd hər biri 150 manat dəyərində 16 sm diametrli cəmi 15 ədəd iydə ağacını traktordan istifadə etməklə qəsdən qanunsuz olaraq kökündən çıxarmaqla götürmüş və təbiətə ümumilikdə 7490 manat-külli miqdarda ziyan vurmuşdur. Bununla da qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmağa cəhd etmiş, lakin Ucar rayonu Ramal kənd sakini Şahid3 istifadəsində olan mobil telefondan 102 xidmətinə məlumat verdiyindən və hadisə yerinə Ekologiya Nazirliyi və polis şöbəsinin əməkdaşları gəldiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamış, həmçinin külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağac və kolları qanunsuz olaraq kökündən çıxarmaqla götürmüşdür. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,188.2.3 və 259.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, Ağdaş rayon Yenicə kənd sakinləri xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək Ağdaş rayon Yenicə kəndinin Ucar rayonu Ramal kəndi ilə həmsərhəd hissəsində yerləşən Yenicə kənd bələdiyyəsinə məxsus 3 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan əkin üçün yararlı vəziyyətə gətirmək üçün becərməklə özbaşına tutmağa cəhd etmiş, bu məqsədlə meşə fonduna daxil olmayan həmin ərazidəki ağac və kollardan vahid niyyətlə 2021-ci ilin aprel ayının əvvələrində və 27 aprel 2021-ci il tarixdə günorta radələrində 5600 manat dəyərində cəmi 70 ədəd yulğun kolunu və 1890 manat dəyərində 3 ədəd hər biri 100 manat dəyərində 8 sm diametrli, 7 ədəd hər biri 120 manat dəyərində 10 sm diametrli, 3 ədəd hər biri 150 manat dəyərində 14 sm diametrli, 2 ədəd hər biri 150 manat dəyərində 16 sm diametrli cəmi 15 ədəd iydə ağacını traktordan istifadə etməklə qəsdən qanunsuz olaraq kökündən çıxarmaqla götürmüş və təbiətə ümumilikdə 7490 manat-külli miqdarda ziyan vurmuşdur. Bununla da qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmağa cəhd etmiş, lakin Ucar rayonu Ramal kənd sakini Şahid3 istifadəsində olan mobil telefondan 102 xidmətinə məlumat verdiyindən və hadisə yerinə Ekologiya Nazirliyi və polis şöbəsinin əməkdaşları gəldiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamış, həmçinin külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağac və kolları qanunsuz olaraq kökündən çıxarmaqla götürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş rayon Yenicə kəndində yerləşən baxçada gecələr gözətçi işlədiyini, bundan əlavə ətraf rayonlara (Ağdaş, Bərdə, Yevlax rayonları və Mingəçevir şəhəri) taksi xidməti göstərək ailəsinin maddi təlabatını ödədiyini, Ağdaş rayon Yenicə kəndinin Ucar rayonu Ramal kəndi ilə sərhəddə boş torpaqları olduğunu, 1990-cı illərdən sonra həmin ərazidən istifadə olunmadığını, həmin ərazidə Ramal kənd sakini Şahid3 adlı şəxsin mal otardığını, 2021-ci ilin əvələrində özü, həmkəndlisi Şahin və Yuxarı Ləki kəndindən olan Tacəddin adlı şəxsin birlikdə “Rodan” restoranında oturduqlarını və Yenicə kəndinin Ramal kəndi ilə həmsərhəd olan hissəsində olan 3 hektar uzun müddət istifadə olunmamış torpaq sahəsini yulğun kollarından və iydə ağaclarından təmizləmək və orada çəltik əkmək qərarına gəldiklərini, Şahinin sahəni bələdiyyədən alacağını, Tacəddinin də həmin sahəni təmizləyəcəyini dediyini, özünün də əkilən çəltiyə qulluq etməli olduğunu, hər kəsin özünün vəzifəsinin olduğunu, birinin əkin sahəsinin alınmasına, birinin təmizlənməsinə, birinin də əkilmiş çəltiyə qulluq olunmasına cavabdeh olduqlarını, bununla bağlı Yenicə kənd bələdiyyəsinin sədri Zəhmət müəllimə müraciət etdiklərini, lakin Zəhmət müəllimin onlara icazə vermədiyini, daha sonra həmin sahəni özlərinin təmizləyib əkmək qərarına gəldiklərini, buna görə 2021-ci ilin əvvəllərində Şahinin ona zəng edib Bakı-Qazax yolunda kəndin yaxınlığından keçən Türyançayın kənarında traktor olduğunu, onu Tacəddinin göndərdiyini, onu götürüb gedib həmin sahəni ağaclardan təmizlətməyini dediyini, özünün də asvalta çıxdığını və həmin traktoru və onu idarə edən sonradan adını bildikləri Vüsal adlı şəxsi tapdığını, birlikdə həmin sahəyə getdiklərini və orada təxminən bir saata yaxın işlədiklərini, Vüsalın oradan 10-15 ağac yulğun kolu kökündən çıxardığını, həmin vaxt oraya bir nəfər oğlanın gəldiyini, həmin oğlanın Ramal kəndindən Natiq adlı şəxsin oğlu olduğunu, həmin oğlanın onlara buranı təmizləməmələrini, buranı aldıqlarını dediyini, özünün də Şahinə zəng etdiyini, Şahinin də həmin sahəyə gəldiyini və Şahid3 zəng etdiyini və onunla söhbət etdikdən sonra Natiqin ona həmin sahəni bələdiyyədən aldığını bildirdiyini, bundan sonra çıxıb gəldiklərini, daha sonra bir daha Zəhmət müəllimin yanına getdiklərini, həmin vaxt Tacəddin yanlarında olmadığını, X25 kəndində yaşadığını, həm də torpağın alınmasına Şahinin cavabdeh olduğunu, Zəhmət müəllimlə danışdıqlarını və Natiqin həmin sahəni aldığını bildirdiyini dediklərini, Zəhmətin onlara həmin sahənin Yenicə kəndinin torpağı olduğunu, həmin sahənin kənddən 18 km aralıda olduğunu, daha sonra Zəhmətin torpaqölçən Yusifi çağırdığını, Yusif, özü, Zəhmət və Şahinin həmin sahəyə getdiklərini, orada Yusifin sahəni ölçdüyünü və bir neçə gün sonra Zəhmət müəllimə buranın Yenicə kəndinin torpağı olduğunu dediyini, Zəhmətin bu barədə onlara dediyini, lakin əkməyə icazə vermədiyini, bundan bir neçə gün sonra həmin sahəni ağaclardan təmizləyib əkməyi qərara aldıqlarını, Tacəddinin gəlib sahədən ağacları kökündən çıxarması və sahəni əkinə yararlı vəziyyətə salması üçün bu barədə Tacəddinə də bildirdiklərini, 27.04.2021-ci il tarixdə Tacəddin gəlib ağacları traktorla kökündən çıxarmağa və sahəni təmizləməyə başladığını, həmin gün günorta radələrində Ucar rayon Ramal kəndindən olan Şahid3 adlı şəxs traktorun işlədiyi sahənin yaxınlığında qoyun otardığını, Natiq adlı şəxs onların həmin yerdə ağacları kökündən çıxarmaqları ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini sonradan bildiyini, bundan sonra oraya polislərin gəldiklərini, həmin yerə baxış keçirdiklərini, ondan və Şahindən izahat aldıqlarını, izahat verərək həmin sahəni əkinə yararlı vəziyyətə gətirmək üçün orada olan yaş yulğun kollarını və iydə ağaclarını çıxardıqlarını, həmçinin həmin vaxt oraya 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən də əməkdaşlar da gəldiyini, həmin vaxt özünün orada olmadığını, orada Şahinin olduğunu, həmin idarənin də əməkdaşlarının Şahindən izahat aldıqlarını və Şahinin də həmin sahədən 15 ədəd iydə ağacını və 70 ədəd kolu çıxardığını etiraf etdiyini, bundan bir qədər sonra onları 8 saylı ETŞ-nə çağırdıqlarını, Ekologiya və təbii sərvətlər şöbəsindən onlara 7490 manat maddi zərər yazıldığını və bununla bağlı iş üzrə materiallar polisə gedəcəyini bildirdiklərini, Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ağacların sayını biraz artıq yazdıqlarını hesab etdiyini, ağacların kəsilməsi üçün Tacəddinə heç bir əmək haqqı verilmədiyini, Tacəddinin onlara şərik olduğunu, çəltik əkilib becərilən zaman Tacəddinin öz payını götürəcəyini, Şahinin Tacəddinə pul verib verməməsindən məlumatının olmadığını, Tacəddinə pul vermədiyini, Tacəddin həmin sahənin zəbt oluduğunu bildiyini, bu barədə birlikdə söhbət etdiklərini, həmçinin də Tacəddin də həmin sahənin örüş sahəsi olduğunu bildiyini, Tacəddindən qabaq həmin sahəyə gələn traktorçu Vüsal adlı şəxs olduğunu, Vüsalı Tacəddinin tapdığını, Tacəddini Vüsalla işləməyi zəng edib Şahinə dediyini, Şahinin də ona dediyini, özünün də gedib həmin Vüsalı götürüb həmin sahəyə işləməyə apardığını, Vüsal da sahədən 10-15 ədəd yulğun kolu çıxardığını, həmin sahədən çıxarılan yulğun kollarını çox hissəsini Tacəddinin çıxardığını, digər traktorçu Vüsal isə yulğun kollarının az bir hissəsini çıxardığını, Vüsala əmək haqqı vermədiyini, Şahin və Tacəddinin ona pul verib verməməsini bilmədiyini, Vüsalla aralarında görüləcək işə dair heç bir xidmət haqqı onun və ya Şahinin tərəfindən danışılmadığını, Vüsalla Tacəddin danışdığını, Vüsalın Tacəddinin əvəzindən gəlib orada işlədiyini, Vüsalla bu barədə söhbət olmadığını, Tacəddinlə telefonda danışdıqlarını, həmin danışıqların məzmunu onun telefonunda olduğunu, həmin vaxt oraya 12-13 yaşlı uşağın gəldiyini, həmin uşağın traktorun işləməyinə baxdığını, onun kim olduğunu bilmədiyini, Vüsalın işlədiyi günü dəqiq xatırlamadığını, 2021-ci ilin aprel ayının əvvəlləri olduğunu göstərmişdir. Məhkəmə iclasında törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində, hal hazırda ətraf rayonlarda (Ağdaş, Ucar, Yevlax rayonları və Mingəçevir şəhərində) təsərüfatla məşğul olaraq ailəsini maddi təlabatını ödədiyini, 2020-ci ilin yay aylarında Ucar rayonu ilə Yenicə kəndi arasında təxminən 3 ha boş sahə gördüyünü, həmin sahənin bələdiyyə mülkiyyətində olan örüş torpağı olduğunu, həmin sahənin çəltiyə yararlı olmasını hesab etdiyini və kəndə gələrək bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs2 dediyini, daha sonra Akiflə birlikdə həmin sahəyə baxmağa getdiklərini, lakin sahəyə baxıb geri qayıtdıqdan sonra Akifin buranı yulğun kollarının çıxarmaq və ağacdan təmizləməyin onlara baha başa gələcəyini və oranı əkməyə güclərinin çatmayacağını bildirdiyini, bununla bu məsələnin təxirə düşdüyünü, 2021-ci ilin mart-aprel aylarında bu barədə Tacəddin adlı traktoristlə danışdığını və Tacəddinin də ona həmin yeri təmizləyə biləcəyini dediyini, Tacəddinlə birlikdə gedib həmin torpağa baxdığını, daha sonra kəndə gəldiyini və bu barədə Akifə dediyini, daha sonra üçünün Rodan restoranında oturub məsləhətləşdiklərini və Akifin həmin çəltiyə qulluq edə biləcəyini, Tacəddin isə həmin sahəni ağaclardan təmizləyəcəyini, lakin həmin sahədə işləməyəcəyini dediyini, bunun müqabilində onları bir-birinə caladığı və sahəni tapdığı üçün ona sonda 2 ton çəltik çatmalı olduğunu, sahəni tapdıqdan və Tacəddini Akiflə birbirinə qoşduqdan sonra vəzifəsinin bitdiyini, işi təşkil etdiyinə görə ona bitən çəltikdən 2 ton çəltik verilməli olduğunu, sahədən nə qədər çəltik yığılmasının ona aidiyyatının olmadığını, danışıqlarından bir neçə gün sonra təxminən 2021-ci ilin aprel ayının əvvəllərində Tacəddinin ona zəng etdiyini və asflatın kənarında Türyançayın yanında traktor olduğunu, həmin traktorun yanına getməyini və onu götürüb aparıb sahəni ağaclardan təmizlətməyini istədiyini, özünün isə Tacəddinə işi olduğunu, Akifə deyəcəyini və Akifin gedəcəyini bildirdiyini, bundan sonra Ağdaş şəhərinə Notariusa torpaq alqısatqısı üçün getdiyini, notariusa gedən zaman yolda Akifə zəng etdiyini və Akifə gedib traktoru gətirib, aparıb sahədəki ağaclar çıxartdırmasını dediyini, bundan sonra notariusa getdiyini və orada işini görüb qayıdıb bağına çatan zaman Akifin ona zəng edərək Ramal kəndindən olan Şahid3 oğlu onu işləməyə qoymadığını və həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etdiyini, özünün dərhal ora getdiyini və oradan həmin uşağın atası Natiqə zəng etdiyini və Natiqin də ona həmin sahəni Ramal bələdiyyəsindən aldığını dediyini, bundan sonra Akifi də götürüb kəndə qayıtdığını, həmin vaxt orada Akif, özü və sonradan adını bildikləri Vüsal adlı traktoristin olduğunu, həmin traktoristin sahədən cəmi 10-20 ədəd yulğun kolu çıxardığını, bundan sonra kənddə Zəhmət müəllimi gördüklərini və ona həmin sahəyə çəltik əkmək istədiklərini bildirdiklərini, lakin Şahid3 adlı şəxsin onlara imkan vermədiyini və onlara həmin torpaq sahəsini Ramal bələdiyyəsindən aldığını, Zəhmət müəllimin də onlara oranın Yenicə kəndinin torpağı olduğunu, həmin yerə onun üçün maraqlı olduğunu, bu yaxınlarda həmin yerə ölçdürəcəyini, bundan bir neçə gün sonra Zəhmət müəllimin Yusif müəllimi gətirərək həmin yeri ölçdürdüyünü, daha sonra onlara həmin yerə Yenicə kəndinin torpağı olduğunu dediyini, bundan sonra yenidən bu barədə Tacəddinə bildirdiklərini və 27.04.2021-ci il tarixdə həmin yeri ağaclardan təmizləməyi qərarlaşdırdıqlarını, həmin tarixdə Akif və Tacəddinin həmin yeri ağaclardan təmizləmək üçün getdiklərini, Tacəddinin orada qalan ağacları kökündən çıxarmalı olduğunu və həm də onları basıb çəltik əkəcəkləri sahədən çıxarmalı olduğunu, özünün isə işi olduğu üçün həmin gün ora gedə bilmədiyini, Tacəddinin təxminən 1-2 saat işlədiyini, daha sonra Akifin Tacəddinin telefonu ilə ona zəng edərək Şahid3 adlı şəxsin DİN-nin 102 xidmətinə zəng etdiyini və həmin sahəyə polislərin gəldiyini bildirdiyini, həmin sahəyə getdiyini və oraya təhqiqatçı Vüsal müəllimin gəldiyini gördüyünü, Vüsal müəllimin gəlib hadisə yerinə baxış keçirdiyini və hadisə yerinin fotoşəkillərini çəkib çıxıb getdiyini, bundan sonra özlərinin də çıxıb getdiklərini, təxminən 1 saat sonra Ekologiyadan Əfqan adlı şəxsin zəng edib onu yola çağırdığını və ona DİN-nin 102 xidmətinə zəng etdiklərini dediyini, həmin sahədən yulğun kolları çıxarıldığını və onun adını verdiklərini bildirdiyini, özünün də Əfqana onu orada görüb görmədiyini soruşduğunu, Əfqanın da onu orada görmədiyini bildirdiyini, daha sonra ona onu burada görməsi ilə bağlı kağıza qol çəkməyini, 8 saylı RETS-dən gələcəklərini, onlara Əfqanı burada gördüyünü deməyini dediyini, özünün də həmin sənədə qol çəkdiyini, lakin həmin sənəddə nə yazıldığını bilmədiyini, daha sonra Əfqanın çıxıb getdiyini, bir neçə gün sonra onları 8 saylı RETS-ə çağırdıqlarını və orada materialların hüquq mühafizə orqanlarına göndəriləcəyini dediklərini, özünün oradan yaş yulğun və iydə ağaclarını çıxardıqlarını etiraf etdiyini, həmçinin səhv etdiyini bildirdiyini, dəqiq saymasalar da, özünün hesabına görə orada 70 ədəd yulğun ağacı və 15 ədəd iydə ağacı olmadığını, ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları ağacların sayını biraz artıq yazdıqlarını hesab etdiyini, birinci dəfə Vüsal adlı traktorist ağacları çıxaran zaman həmin sahə ilə qonşu sahədə bağ sahəsində olduğunu, həmin vaxt Akifin ona zəng etdiyini və sahəyə gedib Natiqlə danışdığını, ikinci dəfə isə Tacəddinlə Akifin işləyəndə yenə bağ sahəsində işlədiyini, həmin vaxt da ona Akifin zəng etdiyini və özünün də oraya getdiyini, Tacəddinə heç bir əmək haqqı verilmədiyini, Tacəddinin onlara şərik olduğunu, çəltik əkilib becərilən zaman Tacəddinin öz payını götürəcəyini, yalnz Tacəddinə 170 manat yanacaq pulu verildiyini, həmin 170 manat pulu özünün verdiyini, həmin puldan Akifin xəbəri olmadığını, Akifə sonra biçin vaxtı Tacəddinə 170 manat pul verdiyini deyəcəyini, Vüsala əmək haqqı verilmədiyini, Vüsalı oraya Tacəddin göndərdiyini, Vüsal orada Tacəddinin adından işlədiyini, ifadəsini verərkən düzgün ifadə verdiyini, Tacəddinlə üzləşəcəyinin ağlına gəlmədiyini, Tacəddinlə birinci dəfə üzləşdiyi zaman utandığını və günahı öz boynuna götürmək istədiyini, lakin sonradan səhv etdiyini və ifadəsini olduğu kimi verdiyini, Tacəddin həmin sahənin zəbt oluduğunu bildiyini, bu barədə birlikdə söhbət etdiklərini, həmçinin də Tacəddinin də həmin sahənin örüş sahəsi olduğunu bildiyini, Əfqanın yalan dediyini, onu hadisə yerinə Akif çağırdığını, hadisə yerinə gedəndə onu Əfqanın gördüyünü, görüşdükləri yerin həmin sahədən 500- 600 metr aralıda olduğunu, lakin Əfqanın ondan aldığı izahatı ona oxumadığını, həmin hadisədən bir neçə gün qabaq Yusif müəllimin iştirakı ilə yeri gedib ölçüb biçdiklərini və torpaq Yenicə kənd bələdiyyəsinə məxsus olarsa oranı təmizləyib əkməyi qərarlaşdırdıqlarını və sonra bu barədə üçünün bir daha razılığa gəldiklərini, Zəhmət müəllim həmin yeri əkilməsi üçün onlara icazə vermədiyini, sadəcə 8 saylı RETS-ə gedəndə ona bələdiyyə Zəhmətin ona kağız verərsə, ona güzəşt edə bilinəcəyini, lakin Zəhmətin həmin sənədi vermədiyinə görə Zəhmətə acığı tutduğunu və ona görə də sahənin əkilməsi üçün onun icazə verdiyini bildirdiyini, Tacəddin həmin sahədən nə qədər yulğun kolu və iydə ağacı çıxardığınının dəqiqini Akifin bildiyini, iş zamanı orada Akifin olduğunu, lakin əvvəlcədən sahəyə gedəndə Vüsal adlı traktoristin oradan təxminən 15- 20 ədəd yulğun kolu çıxardığını gördüyünü, qalan yulğun kolu və iydə ağaclarını isə Tacəddinin çıxardığını, Tacədddinin özünü müdafiə etmək üçün bu cür bildirdiyini, sonra isə ifadəsini olduğu kimi verdiyini və yenidən Tacəddinlə üzləşərək hadisənin olduğu kimi onun üzünə qarşı da dediyini, Vüsala əmək haqqı vermədiyini, Tacəddinin ona pul veribverməməsini bilmədiyini, Vüsalla aralarında görüləcək işə dair heç bir xidmət haqqı onun və ya Akifin tərəfindən danışılmadığını, Vüsalla Tacəddinin danışdığını, Vüsalın Tacəddinin əvəzindən gəlib orada işlədiyini, Vüsal həmin yerin bələdiyyəyə məxsus olmasını və örüş təyinatlı olmasını bilmədiyini, Vüsalla bu barədə söhbət olmadığını, Vüsalın işlədiyi günü dəqiq xatırlamadığını, 2021-ci ilin aprel ayının əvvəlləri olduğunu göstərmişdir. Məhkəmə iclasında törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, hal hazırda ətraf rayonlarda ( Göyçay, Ucar, Yevlax rayonları və Mingəçevir şəhərində) özünə məxsus olan JSV markalı traktoru ilə fərdi qaydada işləyərək ailəsini dolandırdığını, 2021-ci ilin əvvəllərində Şahin və Akifin onun yanına gəldiyini və ona Şahininn sahəsi olduğunu, həmin sahədə çəltik əkmək istədiklərini, bələdiyyədən icazəsini aldıqlarını, buna görə də həmin sahədə yol olduğunu, onu düzəltmək lazım olduğunu bildirdiklərini, özünün də onlara vaxtının olmadığını, daha sonra Vüsal adlı şəxsin nömrəsini onlara verdiyini və gedib onunla işlərini düzüb qoşmalarını dediyini, bundan təxminən bir neçə saat sonra həmin traktorun sürücüsünün ona zəng vurub Şahin və Akiflə işinin düz gəlmədiyini dediyini, getdikləri sahədə kiminsə onları işləməyə qoymadığını, həmin traktoristin onun da pulunu vermədiklərini bildirdiyini, həmin hadisədən 15-20 gün sonra Şahin və Akifin onun yanına gəldiyini və ağacları kəsdiklərini bildirdiyini və ondan kəsilmiş ağacları kənara yığmağını xahiş etdiyini, bunun üçün ona Şahinin 170 manat pul verdiyini, özünün də həmin əraziyə getdiyini, kəsilmiş ağacları kənara yığmağa başlayan zaman polisdən Vüsal adlı təhqiqatçının gəldiyini və 102 xidmətinə Şahid3 adlı şəxsin zəng edib və həmin sahədə yaş ağaclarının və kolları kökündən çıxardıqlarını, həmin vaxtdan işi saxladığını, daha sonra iş yarımçıq qaldığı üçün Şahinin ona verdiyini 170 manat pulun 70 manatını qaytarıb aldığını, bundan sonra bu barədə heç nə eşitmədiyini, onu heç yerə dəvət etmədiklərini, hadisə ilə bağlı cinayət işi başlanmasını da sonrdan bildiyini, Akif və Şahinin yalan dediyini, onlara şərik olmadığını, onlardan xidmət haqqı kimi 170 manat pul aldığını, lakin işinin yarımçıq qaldığı üçün ona verdikləri 170 manat pulun 70 manatını geri aldıqlarını, həmin yaş yulğun kollarını və iydə ağaclarını kökündən çıxarmadığını, Vüsalın da oradan yaş yulğun ağaclarını kökündən çıxarmasından xəbəri olmadığını, Vüsalın oraya yol düzəltməyə getdiyini, Vüsalın kimin traktorunu işlətməsindən məlumatının olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Azərbaycan Respubilkası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, 27.04.2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Ağdaş rayon Yenicə kəndi ərazisində yaş yulğun və iydə ağaclarının kəsilməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında 8 saylı RETSİ-nin əməkdaşı Şahid1 Lütfi oğlunun həmin əraziyə baxış keçirməyə getdiyini, idarənin əməkdaşı Şahid1 Lütfi oğlu ərazidə olan zaman orada Ağdaş rayon Yenicə kənd sakini Təqsirləndirilən şəxs1 olduğunu görmüş, Şahin adlı şəxs ona yaş yulğun kollarını və yaş iydə ağaclarını özünün kökündən çıxartdırdığını və həmin əraziyə çəltik əkdirmək istədiyini bildirmişdir. Bundan sonra onun tərəfindən Şahinin izahatı alınmış və Şahin izahatında yaş yulğun kollarını və iydə ağaclarını özünün kökündən çıxartdırdığını bildirmişdir. İdarənin monitoriq qrupunun baş məsləhətçi müfəttişi Şahid2 Xudakərim oğlu da, həmin əraziyə göndərilmişdir. Daha sonra idarənin monitorinq qrupu birlikdə kökündən çıxarılmış yaş yulğun kolları və yaş iydə ağaclarını bir-bir saymışlar və bu zaman həmin yerdən 70 ədəd yulğun kolu və müxtəlif ölçülərdə cəmi 15 ədəd İydə ağacı kökündən çıxarılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı qərarının 1 nömrəli əlavəsinə əsasən təbiətə 7490,00 manat məbləğində zərər vurulduğunu müəyyən etmişlər. Daha sonra oradan gedərək bu barədə monitorinq aktı yazaraq idarənin rəhbərliyinə rəsmi olaraq məlumat vermişlər. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına uyğun olaraq, işin araşdırılması idarənin baş məsləhətçi müfəttişi X1 verilərək tapşırılmışdır. X30 rayonu yenicə kəndində baş vermiş qanun pozuntularını müəyyən etmək və qanuna müvafiq olaraq tətbir görülməsi üçün araşdırma aparmış, araşdırmanın nəticəsi ilə bağlı rəsmi olaraq nömrəli akt tərtib olunmuş, daha sonra toplanmış materiallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı qərarının 1 nömrəli əlavəsinə əsasən təbiətə dəymiş ziyanlıq 7490,00 manat müəyyən edildiyindən və təbiətə dəymiş ziyanlıq cinayyət tərkibi yaratdığından aidiyyatı üzrə baxılıb tətbir görülməsi üçün Ağdaş rayon Prokurorluğuna göndərilmişdir. 27.04.20201-ci il tarxdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş məlumat əsasında Ağdaş rayon Yenicə kəndinin Ucar rayonun Ramal kəndi ilə sərhəddə yerləşən bələdiyyə torpağında həqiqətən 70 ədəd yaş yulğun kollarının və 15 ədəd yaş iydə ağaclarının kökündən çıxarıldığını müəyyən etmişlər. Həmin vaxt həmin ağacların kökündən çıxarıldığı üçün kökündə torpaq qalmışdır. Həmçinin yarpaqları da solmamış və yaşıl olmuşdur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07.05.2021-ci il tarixli 70002 nömrəli aktına əsasən Şahid3 və Təqsirləndirilən şəxs1 heç bir səbəb göstərmədən aktda qol çəkməkdən imtina etdiklərini bildirmişdir. Təbiətə dəymiş 7490 manat ziyanlıqdan Təqsirləndirilən şəxs3 tərəfindən 2000 manatı ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxslər tərəfindən iydə ağaclarının və yulğun kolunun qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın bir hissəsini ödənilməsini nəzərə alaraq onlar barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş rayon Yenicə kənd bələdiyyəsinin mühasibi vəzifəsində işlədiyini, Ağdaş rayon Yenicə kəndinin Ramal kəndi ilə həmsərhəd hissəsində 3 hektar boş sahə olduğunu, həmin sahənin yaşadıqları kənddən 18 kilometr aralıda olduğunu, 2021-ci ilin əvvəllərində həmkəndlisi Akif və Şahinin onun yanına gəldiklərini və həmin boş səhəni əkmək istədiklərini və ondan icazə istədiklərini bildirdiklərini, özünün də onlara həmin yerin davalı yer olduğunu, oranı əkmək olmayacağını, həmin sahədə Ramal kəndindən Natiq adlı şəxsin də istifadə etdiyini, oranı əkmək istəyən zaman Natiqin onlardan şikayət edəcəyini dediyini, bundan sonra Şahin və Akifin ondan xəbərsiz oraya traktor apardıqlarını və oranı yulğun kollarından və iydə ağaclarından təmizləyib oraya əkin əkmək istədiklərini, həmin vaxt Ramal kəndindən Natiq adlı şəxsin traktorun orada yaş yulğun ağaclarını və kollarını kökündən çıxardığını görüb 102 xidmətinə zəng etdiyini, daha sonra polis və 8 saylı RETS idarəsinin əməkdaşları gəlib həmin ağacları sənədləşdirdiklərini, həmin ərazinin Yenicə bələdiyyəsinə məxsus olduğunu, onlara həmin sahəni əkmək üçün bələdiyyə tərəfindən icazə vermədiyini, onlara həmin yeri əkmək və oradan ağacları çıxarmaq üçün icazə vermədiyini, həmin ərazinin kordinatlarını ölçdürdərək müəyyən etdiklərini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərlə barışdıqlarını nəzarə alaraq barələrində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində ailəli olduğunu, 4 övladının olduğunu, hazırda heç bir yerdə işləmədiyini, evdə fərdi təsərrüfatla məşğul olduğunu, 27.04.2021-ci il tarixdə yaşadığı Ucar rayonu Ramal kəndi ilə sərhəddə yerləşən Ağdaş rayon Yenicə kəndi ərazisində yaş yulğun ağaclarının və iydə ağaclarının kəsilməsi ilə bağlı DİN-nin 102 xidmətinə özünün müraciət etdiyini, RPŞ-nə ərizə yazdığını, Ramal kəndi ilə Yenicə kəndinin arasında təxminən 3 hektar boş örüş sahəsi olduğunu, həmin sahənin boş və istifadəsiz olduğunu, həmin sahədə yulğun və iydə ağacları bitdiyini, həmin sahədə özünün də qoyun otardığını, 2021-ci ilin əvvəllərində oğlu Muradın ona zəng edib Şahinin adamları həmin sahədə ağacları çıxardıqlarını bildirdiyini, özünün də Şahinə zəng edib ağacları çıxarmamasını bildirdiyini, həmçinin öz yaşadığı kəndin icra nümayəndəsinə və bələdiyyəyə də oradan ağacları çıxarıb əkmək istədiklərini bildirdiyini, həmin gün Şahingilin işi dayandırdıqlarını və çıxıb getdiklərini, həmin gün oradan traktorla təxminən 10-15 ağac çıxarıldığını, bundan bir müddət sonra Yenicə kəndindən Şahin, Akif, bələdiyyənin nümayəndəsi Zəhmət və Yusif adlı torpaqölçən gəlib həmin yeri ölçdüklərini, bundan bir müddət sonra 27.04.2021-ci il tarixdə ağacların kəsildiyi sahə ilə qonşuluqda Ramal kəndinə məxsus sahədə qoyunlarını otardığını, həmin vaxt qonşu sahədə ağacları traktorla kökündən çıxardıqlarını gördüyünü, özünün də oraya yaxınlaşdığını və orada Yenicə kəndindən olan Akif adlı şəxsin və bir nəfər traktoristin yulğun və iydə ağaclarını kökündən çıxardıqlarını gördüyünü, həmin vaxt Akifdən niyə ağacları çıxardıqlarını soruşduğunu, Akifin də buranı icarəyə götürdüklərini bildirdiyini, özünün də ondan sənədi olub-olmadığını soruşduğunu, Akifin də sənəd yazıb verəcəklərini bildirdiyini, Akifə burdan aralanıb lazımı yerlərə müraciət edəcəyini dediyini və çıxıb getdiyini, bundan sonra təbiəti mühafizəyə zəng edib bu barədə məlumat vermək istədiyini, lakin zənginin başqa yerə düşdüyünü, həmin yerə burada ağacları kökündən çıxardıqlarını dediyini, bununla bağlı təbiəti mühafizəyə zəng etdiyini, bundan sonra Ucar RPŞ-dən əməkdaşların onlara gəldiklərini, onlara hadisə yerini göstərdiyini, onların bura Ağdaşın ərazisi olduğunu dediklərini və getdiklərini, sonra Ağdaş RPŞ-dən əməkdaşların gəldiklərini və ondan ərizə aldıqlarını və hadisə yerinə baxış keçirdiklərini, Akif adlı şəxsin ağacları kəsdiyi sahənin bələdiyyəyə məxsus olduğunu bildiyini, Akif adlı şəxsin və traktoristin nə qədər ağac kökündən çıxardığını bilmədiyini, lakin onlar iydə və yulğun ağaclarını kökündən çıxardıqlarını, gedəndə onlar işi davam etdirdiklərini, həmin ağacların böyük əksəriyyətinin gələn traktorun çıxardığı 10-15 ağacdan başqa qalan hissəsinin həmin gün kökündən çıxarıldığını, həmin ağacların yarpaqları təzə olduğunu, yaşıl rəngli olduğunu, solmadığını, həmin hadisə ilə bağlı məlumat verdiyi üçün işin gedişatında ağacları kəsən şəxslərin məsuliyyətə cəlb ediləcəyini və buna onun səbəbkar olduğunu hiss etdiyindən, həmçinin orada iydə ağaclarının və yulğun kollarının konkret olaraq sayı göstərildiyindən həmin sayı bilmədiyindən, kəsilən ağacların az və ya çox olduğunu dəqiq bilmədiyindən akta imza etməkdən imtina etdiyini, həmçinin həmin hadisədən qabaq Şahinin onu görərək onun həmin yerdə ağac kəsən zaman görüb görmədiyini soruşduğunu, özünün də Şahinə onu ağac kəsən zaman görmədiyini, akta imza etməməyinin bir səbəbinin də bu olduğunu, həmin traktoristin kim olduğunu bilmədiyini, sifətinin də yadında qalmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, traktor sürücüsü olduğunu, Baba adlı şəxsin traktorunu işlətdiyini, 2021-ci ilin aprel ayının əvvəllərində traktorunu işlətdiyi Baba adlı şəxsin qardaşı Tacəddinin ona zəng etdiyini və ona Yenicə kəndindən olan adamlara iş görməli olduğunu bildirdiyini, lakin işi olduğu üçün onlara kömək etməyini və onlarıın sahələri olduğunu, onu təmizləməyini ondan xahiş etdiyini, özünün də Tacəddinə kömək etmək məqsədilə razılıq verdiyini, bundan sonra yanına sonradan adını bildiyi Akif adlı şəxsin gəldiyini, Akifin onu götürüb həmin sahəyə apardığını, həmin sahədə müəyyən işlər görmək istədiyini, oranı təmizləməli olduğunu və oraya yol çəkməli olduğunu, həmin sahəyə gedib orada bir az işləməyə başladığını, bu zaman həmin sahəyə bir nəfər şəxsin gəldiyini və onlara həmin sahənin onun olduğunu və orada işləməməyini bildirdiyini, özünün də həmin sahədən çıxıb getdiyini, Tacəddinə də zəng edib həmin sahəyə bir nəfər gəlib onları işləməyə qoymadığını dediyini, həmin sahədən yulğun kolu və ya iydə ağacı kökündən çıxarmaığını, yalnız orada yol düzəltdiyini və orada yandırılmış ağacları kənara çəkdiyini, Şahinin, Akifin və Tacəddinin arasında olan razılaşmanı bilmədiyini və bundan məlumatının olmadığını, sadəcə olaraq həmin gün Tacəddinə kömək etmək məqsədilə onun xahişi əsasında həmin yerə getdiyini, gördüyü iş müqabilində heç kimlə pul danışmadığını və ona pul vermədiklərini, həmin sahədən yulğun kolu çıxarmadığını, həmin vaxt yanında Akif olduğunu, həmin vaxt oradan bir nəfər də yetkinlik yaşna çatmayan uşaq keçdiyini, ola bildsin ki, Muradın həmin uşağı nəzərdə tutduğunu, həmin uşağı tanımadığını, sadəcə olaraq 12-13 yaşlı uşaq olduğunu, traktorun işləməyinin onun üçün maraqlı olduğunu və traktora baxdığını fikirləşdiyini, həmin yerin bələdiyyəyə məxsus olmasını bilmədiyini, ora Akif adlı şəxsin torpağı olduğunu bildiyini, oranı icarəyə götürdüyünü bildiyini, lakin bu barədə Akifdən heç nə soruşmadığını, Akifin də ona heç nə demədiyini, onların şərik olduğunu bilmədiini, bu barədə məlumatı olmadığını, Tacəddinin qismən düz dediyini, lakin Tacəddinin xahişi əsasında oraya getdiyini, məqsədinin həmin gün üçün ona kömək etmək olduğunu, görməli olduğu iş üçün Tacəddinlə, Akiflə və ya hər hansı bir şəxslə pul danışamadığını və ya almadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işlədiyini, 27.04.20201-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Ağdaş rayon Yenicə kəndi ərazisində yaş yulğun və iydə ağaclarının kəsilməsi barədə məlumat daxil olduğunu, həmin yerə yaxın olduğu üçün Zeynəddin müəllimin onun həmin yerə getməyini, özünün də yolda olduğunu və həmin yerə gəldiyini bildirdiyini, həmin əraziyə çatanda həmin yerdə iki nəfər şəxsin olduğunu və həmin yerdən traktorun uzaqlaşdığını gördüyünü, həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslərin birinin həmin yerdən uzaqlaşdığını, həmin vaxt orada qalan şəxsə yəni Ağdaş rayon Yenicə kənd sakini Təqsirləndirilən şəxs1 yaxınlaşdığını, həmin zaman Şahin adlı şəxsin yaş yulğun kollarını və iydə ağaclarını özünün kökündən çıxartdırdığını və həmin əraziyə çəltik əkdirmək istədiyini bildirdiyini, bundan sonra onun tərəfindən Şahinin izahatı alındığını və Şahin izahatında da yaş yulğun kollarını və iydə ağaclarını özünün kökündən çıxartdırdığını bildirdiyini, bundan sonra Zeynəddin müəllimin də həmin yerə gəlib çıxdığını, daha sonra birlikdə kökündən çıxarlmış yaş yulğun kolları və iydə ağaclarının bir-bir sayıldığını və bu zaman həmin yerdən 70 ədəd yulğun kolu və müxtəlif ölçülərdə cəmi 15 ədəd İydə ağacı kökündən çıxarılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı qərarının 1 nömrəli əlavəsinə əsasən təbiətə 7490,00 manat məbləğində zərər vurulduğu müəyyən edildiyini, bundan sonra oradan gedərək bu barədə idarənin rəhbərliyinə rəsmi olaraq məruzə olunduğunu, daha sonra müfəttiş tərəfindən rəsmi olaraq nömrəli akt tərtib olunduğunu, daha sonra toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Ağdaş rayon Prokurorluğuna göndərildiyini, 27.04.20201-ci il tarxdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş məlumat əsasında Ağdaş rayon Yenicə kəndinin Ucar rayonun Ramal kəndi ilə sərhəddə yerləşən bələdiyyə topağında 70 ədəd yulğun kollarının və 15 ədəd iydə ağaclarının kökündən çıxarıldığını müəyyən etdiklərini və bu barədə akt tərtib edərək idarənin rəhbərliyinə məruzə etdiklərini, həmin vaxt yulğun kollarını və iydə ağaclarını Yenicə kənd sakini Təqsirləndirilən şəxs1 adlı şəxsin traktorla kəsdirdiyini, daha doğrusu kökündən çıxarıldığını bildirdiyini, bu barədə onun izahatı alındığını, həmin vaxt Şahinin yanında olan adamın Akif adlı şəxs olduğunu, traktoru isə aralıdan gördüyünü, sarı rəngli traktor olduğunu, Şahin adlı şəxsin ağacları və yulğun kollarını özü tərəfindən kökündən traktorla çıxarıldığını bildirdiyini, şəxsən Şahinin ağacları və yulğun kollarını kökündən çıxardığını görmədiyini, lakin hadisə yerinə gedən zaman sahədən ağacları kökündən çıxaran traktorun çıxıb getdiyini və Şahinlə yanında bir nəfər şəxsin isə sahədən çıxdıqlarını gördüyünü, onları saxlayıb ağacların kim tərəfindən çıxarılması ilə bağlı dəqiqləşdirmə apardığını və bu zaman Şahinin həmin ağacların onun tapşırığı əsasında traktorla çıxarıldığını etiraf etdiyini, həmin sahədən çıxarılmış yaş yulğun kolları və iydə ağaclarının böyük əksəriyyəti həmin gün kökündən çıxarıldığını, yerdən çıxarılan yaş yulğun ağacları və kolları traktorla kökündən çıxarıldığını, həmin vaxt həmin ağacların kökündən çıxarldığı üçün kökündə torpaq qaldığını, həmçinin yarpaqlarının da solmadığını, yaşıl olduğunu, buna görə də həmin ağacların böyük əksəriyyətinin həmin gün kökündən çıxarıldığının bilindiyini, Şahinin ağacların onun tapşırığı əsasında traktorla çıxartdırdığını etiraf etdiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07.05.2021-ci il tarixli 70002 nömrəli aktına Şahid3 və Təqsirləndirilən şəxs1 heç bir səbəb göstərmədən aktda qol çəkməkdən imtina etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid2 Xudakərim oğlu da öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi, müfəttişi vəzifəsində işlədiyini, 2021ci ilin əvvələrində Ağdaş rayonu Yenicə kəndi ərazisində monitorinq keçirdiyini, həmin vaxt həmin kəndin bələdiyyəsi ona müraciət edərək kəndin aşağı hissəsində sahə olduğunu, həmin sahəni ölçüb, həmin sahənin Ramal və yaxud Yenicə kəndlərinə məxsus olubolmamasını bidirməyini xahiş etdiyini, özünün də həmin ərazinin koordinatlarına baxdığını və həmin ərazinin Yenicə kəndinə məxsus olduğunu bildirdiyini, həmin ərazinin ölçülməsini ondan Ağdaş rayonu Yenicə kəndi bələdiyyəsinin sədri xahiş etdiyini, həmin vaxt orada bir neçə nəfər olduğunu, lakin onları tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində Ağdaş RPŞ-nin növbətçi hissəsinin sürücüsü vəzifəsində işlədiyini, 27.04.2021-ci il tarixdə növbədə olduğunu, həmin vaxt növbətçinin ona məlumat verərək Ağdaş rayon Yenicə kəndi ərazisində yaş ağacların kökündən çıxarılması barədə məlumat daxil olduğunu və hadisə yerinə getmək lazım olduğunu bildirdiyini, tez əməliyyat qrupunun üzvlərinin sabiq sahə müvəkkili Cavid Cəfərov və təhqiqatçı Vüsal Əzəmmədovla birlikdə həmin yerə getdiklərini və orada Yuxarı Ləki kəndindən olan Tacəddin adlı traktoristin və Yenicə kəndindən olan Akif adlı şəxsin olduğunu gördüklərini, hadisə yerinə çatanda artıq işin dayandığını, həmin vaxt orada olan Akif adlı şəxsin və sonradan oraya gələn Şahin adlı şəxsin izahatlarının Vüsal tərəfindən alındığını və ağacların onların göstərişi əsasında kökündən çıxarıldığını bildirdiklərini, bundan sonra hadisə yerinə baxış keçirildiyini, həmin ağacların kökündən traktorla çıxarıldığını, ağacların kökünün nəm olduğunu, torpağının da üzərində olduğunu, həmçinin ağacların yarpağının da yaşıl və təzə olduğunu, təzəcə çıxarıldığı hiss olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində subay olduğunu, ailəsinin maddi dolanışığını mal heyvan saxlamaqla məşğul olaraq təmin etdiyini, heyvanlarını otarmaq üçün özlərinə məxsus olan və istifadələrində olan torpaq sahəsinin olduğunu, 06 aprel 2021-ci il tarixdə qoyun otardığını, həmin vaxt istifadələrində olan Yenicə kəndinin Ramal kəndi ilə sərhəddə yerləşən torpaq sahəsində Yenicə kəndindən olan Akif adlı şəxsin, bir nəfər traktorist, yanlarında isə bir cavan oğlanın sahədən traktorla yaş ağacları kökündən çıxardıqlarını, özünün də həmin şəxslərə buranın onların istifadəsində olan yer olduğunu, buradan ağacları çıxarmamalarını dediyini, həmçinin də zəng edib bu barədə atasına bildirdiyini, atasının da bu barədə bələdiyyəyə bildirdiyini, bundan sonra Akif və traktoristin işi dayandırdıqlarını və çıxıb getdiklərini, özünün də aralanıb çıxıb getdiyini, bundan sonra Akifin ona telefon gətirdiyini, həmin vaxt telefonda əvvəlcədən tanıdığı Tacəddin adlı şəxsin danışdığını, Tacəddinin ona telefonda həmin sahənin onun olduğunu, həmin sahənin təmizlənməli olduğunu, həmin sahəni əkəcəyini dediyini, özünün də Tacəddinə həmin sahədən ağacları çıxarmağın qanunsuz olduğunu dediyini, oradan özlərinin də istifadə etdiklərini dediyini, həmin hadisənin 06.04.2021-ci il tarixdə baş verdiyini, həmin gün atasının vaksin vurdurmağa getdiyi üçün yadında qaldığını, həmin gün onların təxminən 10-20 ədəd yulğun kolunu kökündən çıxardıqlarını, ağacları çıxaran traktoristi tanımadığını, yalnız həmin traktorun Tacəddin adlı şəxsin qardaşı Baba adlı şəxsin traktoru olduğunu bildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27.04.2021-ci il tarixli 78 nömrəli aktından görünür ki, Ağdaş rayon Yenicə kənd ərazisində 8 saylı RETSİ-nin əməkdaşlar monitorinq keçirərkən Ağdaş rayonu,Yenicə kənd sakini X4 Yenicə Bələdiyyəsinə aid torpaq sahəsindən 15 ədəd (diametri 8 sm 3 ədəd, diametri 10 sm 7 ədəd, diametri 14 sm 3 ədəd, diametri 16 sm 2 ədəd) iydə ağaclarını və 70 ədəd yulğun kolunu çıxararaq məhv edilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Yenicə kənd Bələdiyyəsinin 06 may 2021-ci il tarixli 18 saylı məktubundan görünür ki, çıxarılan yulğun kolları və iydə ağacları olan ərazi Ağdaş rayon Yenicə Bələdiyyəsinin mülkiyyətinə aid olan örüş sahəsidir, bələdiyyə tərəfindən heç bir vətəndaş arasında müqavilə bağlanmamış və sənəd verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə ekspertizasının 23.08.2021-ci il tarixli 9/5810 saylı rəyində göstərilmişdir ki, Ağdaş rayon Yenicə kənd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən 15 ədəd iydə ağacının və 70 ədəd yulğun kolunun qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 7490 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2022-ci il tarixli 2382 saylı məktubundan görünür ki, təbiətə dəymiş olan 7490 manat ziyanın Təqsirləndirilən şəxs3 tərəfindən 2000 manatı Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Yenicə kənd Bələdiyyəsinin 23 fevral 2022 -ci il tarixli 24 saylı məktubundan görünür ki, yulğun kolları və iydə ağaclarının çıxarıldığı torpaq sahəsi örüş uqodiyalıdır və Ağdaş rayon Yenicə kənd bələdiyyəsinə məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Yenicə kənd Bələdiyyəsinin sədri Şahid6 Zəhməd oğlu 10 mart 2021-ci il tarixdən etibarən məhkəmə proseslərində iştirak etməyi, məhkəmə işləri üzrə onun səlahiyyətlərini, onun əvəzinə qərar verməyi və imza etməyi Zərərçəkmiş şəxs1 etibar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2022-ci il tarixli 47/31 saylı etibarnaməsindən görünür ki, Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin maraqlarını müdafiə etmək üçün onu təmsil etməyi idarənin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yenicə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 avqust 2021-ci il tarixli 247 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs2 Ağdaş rayonu, Yenicə kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X14-qardaşı; X2-yoldaşı: 22.12.2016-cı il təvəllüdlü X12r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03.08.2021-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs2 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yenicə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 296 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Yenicə kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X5-yoldaşı: 20.10.1992-ci il təvəllüdlü X15; 05.12.1993-cü il təvəllüdlü X13-gəlini; 23.12.2020-ci il təvəllüdlü X9 nəvəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10.09.2021-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs1 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yuxarı Ləki kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 sentyabr 2021ci il tarixli 458 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs3 Ağdam rayon Qiyaslı kəndində qeydiyyatda olmasına baxmayaraq, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X19-yoldaşı: 02.09.2011-ci il təvəllüdlü X10; 01.03.2015-ci il təvəllüdlü X16; 08.08.2015-ci il təvəllüdlü X6r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25.09.2021-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs3 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,188.3 və 259.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir, həmin cinayət əməllərini törətməkdə təqsirlidirlər, onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə hesab edir k, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la şərik olmadığını, həmin sahədən yaş yulğun kollarını və iydə ağaclarını traktorla kökündən çıxarmadığını, Şahindən aldığı 170 manat pul müqabilində həmin sahəyə kəsilmiş yulğun kollarını və iydə ağaclarını kənara sıyırıb kənara yığmaq üçün getdiyini bildirməsinə, eyni ilə digər təqsirləndirilən şəxslərin yaş yulğun kollarının və iydə ağaclarının sayı ilə bağlı dediklərinə tənqidi yanaşılmalı, özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən xüsusatlar iş materiallarında olan digər təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolları, ekspert rəyi və digər istintaq sənədləri ilə təkzib edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasını, himayəsində bir az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,188.3 və 259.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,188.3 və 259.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasını, himayəsində üç az yaşlı uşağının olmasını, cinayət işi üzrə təbiətə dəymiş olan 7490 manat ziyanın 2000 manatını Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçrüməsini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,188.3 və 259.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən 30.09.2021-ci il tarixdən 01.10.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığları iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla,cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Bərdə, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Ucar, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və Təqsirləndirilən şəxs3 üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Göyçay, Ucar, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi3 Təqsirləndirilən şəxs3 məhkəmə iclasları dövründə hüquqlarını 40 saat müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə hüquqlarını 40 saat müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə hüquqlarını 40 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi3 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına və Təqsirləndirilən şəxs1 göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə xərci olan 50 manat (əlli manat on qəpik) məbləğində pul müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 188.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 30 sentyabr 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Bərdə, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASCnın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 188.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 30 sentyabr 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Ucar, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 188.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Göyçay, Ucar, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi3 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə xərci olan 50 manat (əlli manat on qəpik) məbləğində pul müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar