Məhkəmə qərarları › İş №1(014)-10/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-10/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-10/2024 11.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1994-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində üç azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri xx.xx.1991-ci ildə Naxçıvan Respublikasının, ünvan 2ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan Respublikasının, ünvan 2i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, təzə məhlələrdə nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham edilməsinə kifayət qədər əsas verir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdaş rayonu, Kükəl kənd sakini Zərərçəkmiş şəxs4 məxsus 500 manat dəyərində 01 baş qoyunu Ağdaş rayonu, Kükəl kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 620 manat dəyərində 02 baş qoyunu Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 620 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ağdaş rayonu, Bulaqotağı kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus 400 manat dəyərində 01 baş qoyunu Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 400 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 270 manat dəyərində 01 baş qoyunu Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 270 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham edilməsinə kifayət qədər əsas verir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdaş rayonu, Kükəl kənd sakini Zərərçəkmiş şəxs4 məxsus 500 manat dəyərində 01 baş qoyunu Ağdaş rayonu, Kükəl kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 620 manat dəyərində 02 baş qoyunu Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 620 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ağdaş rayonu, Bulaqotağı kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus 400 manat dəyərində 01 baş qoyunu Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 400 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 270 manat dəyərində 01 baş qoyunu Ağdaş rayonu, Yuxarı Qəsil kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 270 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində 3 azyaşlı övladının olduğunu, övladlarının hər üçünün vərəm xəstəliyindən əziyyət çəkdiyini, qızı Zəhranın 11 saylı vərəm dispanserində qeydiyyatda olduğunu, təxminən 2 ildir Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığını, lakin rəsmi nikahlarının olmadığını, təxminən xx.xx.2023-cü il tarixdə övladları və Ayaz ilə birlikdə Ayazın idarə etdiyi avtomobil ilə Ağdaş rayonu, Kükəl kəndində yaşayan bacısıgilə gəldiyini, həmin gecəni bacısıgildə qaldıqlarını, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində qızı Zəhranın səhhətinin pisləşdiyini və ona təcili dərman lazım olduğunu, adında 16 manat pul olduğu üçün Ayaz ilə birlikdə Ağdaş şəhərinə gəldiklərini, lakin həmin pulu çıxarda bilmədiyini və buna görə də qızı üçün dərman ala bilmədiyini, həmin gün təxminən saat 17 radələrində Ayaz ilə birlikdə Ayazın idarə etdiyi avtomobil ilə Ağdaş rayonu, Kükəl kəndinə qayıtdıqlarını, kəndin içərisinə çatmaqlarına az qalmış yolun kənarında qoyunların otlamasını gördüyünü, bu zaman həmin qoyunu oğurlayaraq satmaq və qızının müalicəsinə xərcləməyi qərara aldığını, bu barədə Ayaza bildirdiyini, Ayazın da əvvəlcə onunla razılaşmadığını, lakin Ayaza qızının səhhətinin yaxşı olmadığını bildirərək Ayazı fikirindən yayındırmağa çalışdığını, əldə edəcəkləri puldan Ayazın avtomobilinə yanacaq vuracağını bildirdiyini, bundan sonra Ayazın onunla razılaşdığını, daha sonra ətrafa baxaraq yaxınlıqda heç kimin olmadığını və onları heç kimin görmədiyinə əmin olduqlarını, bundan sonra Ayazın avtomobili saxladığını və onların qoyunu tutaraq Ayazın avtomobilinin yük yerinə qoyduqlarını, bundan sonra həmin qoyunu satmaq üçün Bakı şəhəri istiqamətində tras boyu kafelərə baxaraq getdiklərini, lakin Kürdəmir rayonuna qədər heç bir kafe sahibinin onlardan qoyun almadığını, həmin qoyunu Kürdəmir rayonunda yerləşən əvvəllər tanımadığı kafe sahibi olan və adının İsbat olduğunu öyrəndiyi şəxsə 60 manata satdıqlarını, həmin pula qızına dərman aldığını, bundan sonra yenidən Ağdaş rayonu, Kükəl kəndinə qayıtdıqlarını, bundan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə qızı Zəhranı Bakı şəhərinə xəstəxanaya aparmalı olduğunu, lakin pulunun olmadığını, buna görə də Ayaza yenidən qoyun oğurlayaraq satmağı və əldə edəcəyi puldan qızı Zəhranın müalicəsinə və qalanını isə özlərinə xərcləməyi təklif etdiyini, Ayazın da onunla razılaşdığını, buna görə də birlikdə Ayazın idarə etdiyi avtomobil ilə Ağdaş rayonu istiqamətində hərəkət etməyə başladıqlarını, Ağdaş rayonu əraizində yerləşən “Ağ saray” şadlıq evinin qarşısında qoyunların otlamasını gördüklərini və həmin qoyunlardan oğurlamaq qərarına gəldiklərini, həmin vaxt saat 21 radələri olduğunu, havanın qarınlıq olduğunu, buna görə də avtomobili qoyunlara bir qədər yaxın yerdə saxladıqlarını və həmin qoyunların içərisindən hərəsinin birini tutaraq Ayazın idarə etdiyi avtomobilin yük yerinə qoyduqlarını, daha sonra həmin qoyunları yenə də satmaq üçün Kürdəmir rayonunda kafesi olan İsbat adlı şəxsə ümumilikdə 250 manata satdıqlarını, lakin qızı Zəhranı Bakı şəhərinə müalicəyə apara bilmədiyini, bir qədər də pul əldə etmək və bundan sonra Bakı şəhərinə getmək qərarına gəldiyini, bu məqsədlə xx.xx.2023-cü il tarixdə yenidən qoyun oğurlamaq qərarına gəldiyini və Ayazla birlikdə yenidən Ağdaş rayonu istiqamətində yolun kənarına baxaraq getməyə başladıqlarını, bu zaman “Ağ saray” şadlıq sarayının kənarı ilə Ayazın idarə etdiyi avtomobil ilə kəndə doğru hərəkət etməyə başladıqlarını, həmin vaxt saat təxminən 19 radələri olduğunu, küçədə bir neçə qoyunun otlamasını gördüklərini və qoyunların içərisindən 1 baş qoyunu tutaraq Ayazın idarə etdiyi avtomobilin yük yerinə qoyduqlarını, sonra Ağdaş rayonu istiqamətində qayıtmağa başladıqlarını, bu zaman yolun kənarında qoyunların otlamasını görərək onlardan da birini oğurlamaq qərarına gəldiklərini, buna görə də avtomobili saxlayaraq yerə düşdüklərini və 1 baş qoyunu tutaraq Ayazın avtomobilinin yük yerinə qoyduqlarını, bundan sonra yenidən Kürdəmir rayonuna gedərək qoyunları İsbat adlı şəxsə ümumilikdə 280 manata satdıqlarını, əldə etdikləri puldan Ayazın idarə etidiyi avtomobilə yanacaq vurduqlarını və pulları da Ayaza verdiyini, qoyunları oğurlayaraq avtomobilin yük yerinə qoyduqdan sonra qoyunu satmaq üçün başqa rayona getmək lazım olduğunu və başqa rayona gedib gəlsələr bacısıgilin onların harada olduqlarını soruşacaqlarını fikirləşdiyini, buna görə də bacısı oğluna ucuz qiymətə tərəvəz almağa getdiklərini və onlarla birlikdə gedərək onlara kömək etməsini tapşırdığını və bacısı oğlunun da onunla razılaşdığını, Kürdəmir rayonunda bacısıoğlu İzzətin qoyunları gördükdən sonra qoyunların kimə məxsus olduğunu soruşduğunu, onun da bacısı oğlu İzzətə qoyunları Ağdaşdan ucuz qiymətə aldığını və burada baha qiymətə satacaqlarını söylədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 1 ildən çoxdur Rəhilə adlı qadınla tanış olduğunu, həmin müddətdən Rəhilə ilə qeyri-rəsmi olaraq bir yerdə yaşadıqlarını, Rəhilənin əvvəllər evli olduğunu və Rəhilənin 3 azyaşlı övladının olduğunu, Rəhilənin övladlarının hər üçünün vərəm xəstəliyindən əziyyət çəkdiyini, həmçinin Rəhilənin qızı Zəhranın 11 saylı vərəm dispanserində qeydiyyatda olduğunu, təxminən 2023-cü ilin avqust ayının əvvələrində Rəhilə və övladları ilə birlikdə onun idarə etdiyi, Kia markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Rəhilənin atasıgilin yaşadığı ünvan 1inə gəldiklərini, təxminən 3-4 gün orada qaldıqdan sonra Ağdaş rayonuna gəldiklərini, Rəhilənin bacısının yaşadığı Ağdaş rayonu, Ərəb-Kükəl kəndinə getdiklərini, təxminən 1-2 gün orada qaldıqdan sonra Rəhilənin qızının səhhətinin pisləşdiyini və təcili dərman lazım olduğunu, buna görə də Rəhilə ilə Ağdaş şəhərinə gedərək uşaq üçün dərman almaq qərarına gəldiklərini, belə ki, Rəhilənin ona adında 16 manat pul olduğunu və həmin pulu Ağdaş şəhərində poçtan çıxararaq dərman alacaqlarını bildirdiyini, buna görə də onun və Rəhilənin onun idarə etdiyi avtomobil ilə Ağdaş şəhərinə gəldiklərini, lakin Ağdaş şəhərində çatan zaman artıq poçtun bağlandığını, buna görə də Rəhilənin pulu götürə bilmədiyini və uşaq üçün dərman ala bilmədiyini, onların yenidən Ağdaş rayonu, Kükəl kəndində yaşayan Rəhilənin bacısıgilə qayıtdıqlarını, yolda söhbət zamanı Rəhilənin ona nə yol ilə olursa-olsun uşaq üçün iynə-dərman almalı olmasını bildirdiyini, daha sonra Rəhilənin ona yolun kənarında otlayan qoyunlardan oğurlayıb aparıb sataraq pul əldə edərək uşaq üçün iynə-dərman almağı təklif etdiyini, əvvəlcə Rəhilə ilə razılaşmadığını, lakin Rəhilənin ona “mənə uşaqdan vacib heçnə ola bilməz, uşağı gözünün qabağına gətir” deyə söylədiyini, bundan sonra Rəhilə ilə razılaşdığını, Ağdaş rayonu, Kükəl kəndinin ərazisində olan zaman yolun kənarında qoyunların otlamasını gördüklərini, bu zaman Rəhilənin ona avtomobili saxlamasını və qoyunlardan birini tutaraq aparıb satmağı təklif etdiyini, onun da avtomobili saxladığını, ətrafa baxaraq heç kimin olmadığına əmin olduqlarını, bundan sonra avtomobildən düşərək qoyunlardan birini tutaraq onu avtomobilinin yük yerinə qoyduqlarını, daha sonra isə həmin qoyunu satmaq qərarına gəldiklərini, lakin buralarda heç kimi tanımadıqlarını, sonra həmin qoyunu satmaq üçün Bakı şəhəri istiqamətində tras boyu kafelərə baxaraq getdiklərini, lakin Kürdəmir rayonuna qədər heç bir kafe sahibinin onlardan qoyun almadığını, həmin qoyunu Kürdəmir rayonunda yerləşən əvvəllər tanımadıqları kafe sahibi olan və adının İsbat olduğunu öyrəndikləri şəxsə 60 manata satdıqlarını, həmin pula Rəhilənin qızı üçün dərman aldıqlarını, bundan sonra yenidən Ağdaş rayonu, Kükəl kəndinə qayıtdıqlarını, bundan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Rəhilənin qızı Zəhranı Bakı şəhərinə xəstəxanaya aparmalı olduğunu, lakin pullarının olmadığını, elə həmin gün Rəhilənin ona yenidən qoyun oğurlayaraq satmağı və əldə etdikləri puldan qızı Zəhranın müalicəsinə və qalanını isə özlərinə xərcləməyi təklif etdiyini, yenə də əvvəlcə Rəhilə ilə razılaşmadığını, lakin Rəhilənin çox israr etdiyi üçün sonda Rəhilə razılaşdığını, daha sonra Ağdaş rayonu əraizində yerləşən “Ağ saray” şadlıq evinin qarşısında qoyunların otlamasını gördüklərini və həmin qoyunlardan oğurlamaq qərarına gəldiklərini, həmin vaxt saatın təxminən 21 radələri olmasını və havanın qarınlıq olduğunu, buna görə də avtomobili qoyunlara bir qədər yaxın yerdə saxladığını və həmin qoyunların içərisindən hərəsinin bir baş tutaraq onun idarə etdiyi avtomobilin yük yerinə qoyduqlarını, daha sonra həmin qoyunları yenə də satmaq üçün Kürdəmir rayonunda kafesi olan İsbat adlı şəxsə ümumilikdə 250 manata satdıqlarını, lakin Rəhilənin qızı Zəhranı Bakı şəhərinə müalicəyə apara bilmədiyini, belə ki, Rəhilənin ona bir qədər də pul əldə etdikdən sonra Bakı şəhərinə getmək istədiyini bildirdiyini, xx.xx.2023-cü il tarixdə Rəhilənin ona yenidən qoyun oğurlamaq qərarına gəlməsini bildirdiyini, onun isə Rəhiləyə etiraz etdiyini, lakin Rəhilənin ona qızı Zəhranın MRT olunmalı olduğunu əgər, qızına müalicə edə bilməsə qızının ölcəyini söylədiyini, bundan sonra Rəhilə ilə razılaşmaq qərarına gəldiyini, buna görə də birlikdə onun idarə etdiyi avtomobil ilə Ağdaş rayonu istiqamətində hərəkət etməyə başladıqlarını, əvvəl qoyun oğurladıqları “Ağ saray” şadlıq sarayının kənarı ilə onun idarə etdiyi avtomobil ilə kəndə doğru hərəkət etdiklərini, həmin vaxt saatın təxminən 19 radələri olduğunu, küçədə bir neçə qoyunun otlamasını gördüklərini və onların içərisindən 1 baş qoyunu tutaraq onun idarə etdiyi avtomobilin yük yerinə qoyduqlarını, bundan sonra Ağdaş rayonu istiqamətində qayıtmağa başladıqlarını, bu zaman yolun kənarında daha bir neçə qoyunun otlamasını görərək onlardan da birini oğurlamaq qərarına gəldiklərini, buna görə də avtomobili saxlayaraq yerə düşdüklərini və 1 baş qoyunu tutaraq onun avtomobilinin yük yerinə qoyduqlarını, daha sonra yenidən Kürdəmir rayonuna gedərək qoyunları İsbat adlı şəxsə 280 manata satdıqlarını, əldə etdikləri puldan onun idarə etdiyi avtomobilə yanacaq vurduqlarını və qalan pulun isə onda qaldığını, qoyunları oğurlayaraq avtomobilin yük yerinə qoyduqdan sonra qoyunu satmaq üçün başqa rayona getmək lazım olduğunu və başqa rayona gedib gəlsələr Rəhilənin bacısıgilin onların harada olduqlarını soruşacaqlarını fikirləşdiyini, buna görə də Rəhilənin bacısı oğluna ucuz qiymətə tərəvəz almağa getdiklərini və onlarla birlikdə gedərək onlara kömək etməsini tapşırdığını və Rəhilənin bacısı oğlunun da Rəhilə ilə razılaşdığını, Kürdəmir rayonunda bacısıoğlu İzzətin qoyunları gördükdən sonra qoyunların kimə məxsus olduğunu soruşduğunu, Rəhilənin də bacısı oğlu İzzətə qoyunları Ağdaşdan ucuz qiymətə aldıqlarını və burada baha qiymətə satacaqlarını söylədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində yaşadığı kənddə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu, şəxsi təsərrüfatında 09 baş qoyunun olduğunu, həmin qoyunları otlamaları üçün hər gün yaşadığı evin yerləşdiyi küçəyə buraxdığını, qoyunların bir qədər otladıqdan sonra axşam saatlarında yaşadığı evin həyətinə qayıtdıqlarını, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində özünün yenə də həmişə olduğu kimi heyvanları otlamaları üçün yaşadığı Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən evin yerləşdiyi küçəyə buraxdığını, həmin gün təxminən saat 20 radələrində yaşadığı evin həyətində olan zaman qoyunların ürkək halda yaşadığı evin həyətinə gəldiklərini, qoyunların elə gəlməsindən şübhələndiyi üçün qoyunları saydığını, bu zaman ona məxsus qoyunların içərisindən bir baş erkək qoyunun olmadığını gördüyünü, bundan sonra dərhal küçəyə çıxaraq qoyununu axtarmağa başladığını, həmin vaxt anası Leylanın da onun yanında olduğunu, onların bir müddət qoyunu axtardıqlarını, lakin tapa bilmədiklərini, bundan sonra əvvəlcə anası Şahid3 DİN-in 102 xidmətinə zəng edərək onlara məxsus qoyunun oğurlanması barədə məlumat verdiyini, bundan sonra isə onun Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus bir baş erkək qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verdiyini, ona məxsus bir baş qoyunun xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən evinin yerləşdiyi küçədən oğurlandığını, ona məxsus qoyunun 8 aylıq, sağlam vəziyyətdə, yerli cins, diri çəkisinin təxminən 30-35 kiloqram olduğunu, qoyunun boynunda da kəndir olduğunu, həmin qoyunu təxminən bir ay əvvəl Ağdaş rayonunda heyvan bazarından 270 manata aldığı üçün özünə məxsus qoyunun qiymətinin həmin vaxtda da 270 manat olmasını düşündüyünü, həmin qoyunun özünün şəxsi təsərrüfatında olduğundan həmin qoyunun da faktiki sahibinin özünün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində yaşadığı kənddə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu, şəxsi təsərrüfatında 06 baş qoyun və 03 baş keçi olduğunu, həmin qoyunları və keçiləri otlamaları üçün hər gün yaşadığı evin yerləşdiyi küçəyə buraxdığını, qoyunların bir qədər otladıqdan sonra axşam saatlarında yaşadığı evin həyətinə qayıtdıqlarını, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində yenə də həmişə olduğu kimi heyvanları otlamaları üçün yaşadığı Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən evin yerləşdiyi küçəyə buraxdığını, həmin gün təxminən saat 19:45 radələrində yaşadığı evin həyətində olan zaman qoyunların ürkək halda yaşadığı evin həyətinə gəldiklərini, qoyunların elə gəlməsindən şübhələndiyini və qoyunları saydığını, bu zaman ona məxsus qoyunların içərisində ana qoyunların və bir baş erkək qoyunun, həmçinin keçilərin gəlməsini, lakin bir baş erkək qoyunun gəlmədiyini gördüyünü, bundan sonra dərhal küçəyə çıxaraq qoyununu axtarmağa başladığını, bir müddət qoyunu axtarsa da tapa bilmədiyini, bundan sonra ona məxsus qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını fikirləşdiyini, buna görə də Ağdaş RPŞ-nə gələrək ona məxsus qoyunun oğurlanması ilə əlaqədar ərizə yazdığını, ona məxsus bir baş qoyunun xx.xx.2023-cü il tarixdə təxminən saat 19:40 radələrində yaşadığı Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən evinin yerləşdiyi küçədən oğurlandığını, ona məxsus qoyunun 1 illik, sağlam vəziyyətdə, yerli cins, diri çəkisinin təxminən 50 kiloqram olduğunu və boynunda da kəndir olduğunu, özünə məxsus qoyunun qiymətinin təxminən 400 manat olduğunu, həmin qoyunun özünün şəxsi təsərrüfatında olduğundan həmin qoyunun da faktiki sahibinin özü olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində yaşadığı kənddə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu, həmçinin yaşadığı evin həyətində öz ehtiyacları üçün heyvanlar saxladığını, şəxsi təsərrüfatında 15 baş qoyun olduğunu, həmçinin ev quşlarının alqı-satqısı ilə də məşğul olduğunu, buna görə də hər gün qoyunları otlamaları üçün yaşadığı Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən evin yerləşdiyi küçəyə buraxdığını, qoyunların da küçədə və yaxınlıqda yerləşən otlaq sahəsində otladıqdan sonra axşam saatlarında yaşadığı evin həyətinə gəldiklərini və qoyunları tövləyə saldığını, hər gün olduğu kimi xx.xx.2023-cü il tarixdə saat 07 radələrində qoyunları otlamaları üçün yaşadığı evin həyətyanı sahəsində bağa keçirdiyini, lakin havalar isti olduğundan saat 10 radələrində tövləyə gətirdiyini, elə həmin gün təxminən saat 17 radələrində ev quşlarının alqı-satqısı üçün Ucar rayonu, Qazıqumlaq kəndinə getdiyini, bundan təxminən 1 saat sonra anasının qoyunları otlamaları üçün tövlədən küçəyə buraxdığını, anasının deməsinə görə qoyunları küçəyə buraxan zaman saydığını və qoyunların hamısının orada olduğunu, həmin gün təxminən saat 21 radələrində yaşadığı evə gəldiyini, həmin vaxt qoyunların yaşadığı evin yerləşdiyi küçədə olmasını gördüyü üçün qoyunları tövləyə salmaq qərarına gəldiyini, buna görə də tövlənin qapısının açaraq qoyunları saymağa və tövləyə salmağa başladığını, qoyunları sayandan sonra ona məxsus ümumilikdə 15 baş qoyundan 2 baş qoyunun olmadığını aşkar etdiyini, sonra küçəni axtardığını, lakin tapa bilmədiyini, bundan sonra anasından qoyunları küçəyə nə vaxt buraxmasını soruşduğunu, anasının da ona qoyunları təxminən saat 18 radələrində küçəyə buraxmasını söylədiyini, həmin gün qoyunları tapa bilmədiyini, buna görə də özünə məxsus iki baş qoyunun naməlum istiqamətə gedərək itməsini fikirləşdiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nə gedərək özünə məxsus iki baş qoyunun naməlum istiqamətə gedərək itməsi barədə ərizə yazdığını, bundan sonrakı gün isə qoyunlarını axtardığını, lakin iki gün ərzində özünə məxsus qoyunları tapa bilmədiyini, həmçinin həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus bir baş qoyunun da tapılmadığını və Mətanətin özünə məxsus qoyunun oğurlanması ilə əlaqədar Ağdaş RPŞ-nə müraciət etməsini öyrəndiyini, bundan sonra özünə məxsus qoyunların da naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını fikirləşdiyini, buna görə də xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞnə gedərək özünə məxsus 2 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ilə bağlı ərizə yazdığını, özünə məxsus 2 baş qoyunun xx.xx.2023-cü il tarixdə saat 18 radələrindən 21 radələrinə qədər olan müddət ərzində özünün yaşadığı Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən evinin yerləşdiyi küçədən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, özünə məxsus qoyunlardan birinin iki illik, dişi, kök və sağlam vəziyyətə diri çəkisinin təxminən 60-65 kq, yerli cins və təxminin dəyərinin 430 manat, digərinin isə 7 aylıq, dişi nisbətən arıq və sağlam vəziyyətdə, diri çəkisinin təxminən 15-20 kq və təxminən 190 manat dəyərində olduğunu, buna görə də ona ümumilikdə 620 manat məbləğində maddi ziyan dəydiyini, həmin qoyunların özünün şəxsi təsərrüfatında olduğundan həmin qoyunların da faktiki sahibinin özünün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində yaşadığı kənddə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu, şəxsi təsərrüfatında ümumilikdə 6 baş qoyun olduğunu, onlardan da 1 başının erkək qoyun olduğunu, heyvanlarını otlamları üçün hər gün yaşadığı kəndin ərazisinə buraxdığını, qoyunların gün ərazində yaşadığı Ağdaş rayonu, Kükəl kəndində yerləşən evin yerləşdiyi küçədə və yaxınlıqda otladığını və axşam saatlarında isə yaşadığı evin həyətinə qayıtdıqlarını, buna səbəb isə onun hər axşam qoyunlara arpa verməsinin olduğunu, həmçinin gün ərzində küçəyə çıxaraq qoyunlara baxdığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində yenə də heyvanları hər gün olduğu kimi otlamaları üçün küçəyə buraxdığını, lakin həmin gün işlərinin çox olduğu üçün qoyunlara baxa bilmədiyini, belə ki, qoyunları axşam tərəfi buraxmasını və axşama qədər az vaxtın olmasını fikirləşdiyini, həmin gün təxminən saat 19 radələrində hər gün olduğu kimi qoyunların həyətə gəldiklərini, qoyunların gəlməsini gördüyü üçün onlara arpa vermək qərarına gəldiyini, bunun üçün həyətə düşdüyünü, qoyunlara arpa verən zaman qoçun qoyunların içərisində olmadığını gördüyünü, bundan sonra əvvəlcə həyətə baxdığını, lakin qoçu tapa bilmədiyini, daha sonra küçəyə çıxaraq qoyunu axtarmağa başladığını, lakin həmin gün qoyunu tapa bilmədiyini, qoçun həmkəndlilərindən hansınınsa qoyunlarına qoşularaq getməsini fikirləşdiyini, buna görə də kənd sakinlərinə bu barədə məlumat verdiyini, bir neçə gün ərzində demək olar ki, bütün kənd sakinlərindən şifahi olaraq özünə məxsus qoyunu görüb-görməmələrini soruşduğunu, lakin özünə məxsus qoyunu gördüm deyənin olmadığını, bundan sonra özünə məxsus qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını fikirləşdiyini, buna görə də Ağdaş RPŞ-nə ərizə ilə müraciət etdiyini, özünə məxsus 01 baş erkək qoyunun xx.xx.2023-cü il tarixə saat 16 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı Ağdaş rayonu, Kükəl kəndində yerləşən evin yerləşdiyi küçədən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, özünə məxsus qoyunun 2 illik, erkək, diri çəkisinin təxminən 65 kq, sağlam və kök vəziyyətdə, yerli cins qoyun olduğunu, həmin qoyunu heyvanlarının içərisində “toxumluq” üçün saxlamasını və satmaq niyyətinin olmadığını, lakin həmin qoçun qiymətinin təxminən 500 manat olduğunu, həmin qoyunların özünün şəxsi təsərrüfatında olduğundan həmin qoyunların da faktiki sahibinin özünün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində X5 və Təqsirləndirilən şəxs1 tanıdığını, Rəhilənin onun doğma xalası, Ayazın isə onun əri olduğunu, onların hərdən bir onun yaşadığı Ağdaş rayonu, Kükəl kəndinə yerləşən evə qonaq gələrərk bir neçə gün onlarda qaldıqlarını, sonuncu dəfə onların 2023-cü ilin avqust ayının əvvəllərində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə onların qonaq gəldiklərini, Rəhilə və Ayazın onlarda olan zaman xalası Rəhilənin qızı Zəhranın səhhətinin pisləşdiyini, belə ki, Zəhranın uzun müddətdir vərəm xəstəliyindən çəkdiyini, Zəhranın səhhəti pisləşdiyindən xalası Rəhilə ilə Ayazın Ağdaş rayonuna gedərək Zəhra üçün dərman almaq qərarına gəldiklərini, buna görə də onların hər ikisinin Ayazın idarə etdiyi “Kia” markalı avtomobil ilə Ağdaş şəhərinə getmək üçün yol düşdüklərini, həmin gün təxminən saat 18 radələrində Ayaz və Rəhilənin onların yaşadığı evə qayıtdıqlarını, bu zaman xalasının adına olan pulu poçtdan götürə bilmədiyi üçün qızına dərman ala bilməməsini söylədiyini, bundan sonra xalasının ona ucuz qiymətə tərəvəz yeri tapmasını və oradan onlar və özləri üçün tərəvəz almağa gedəcəklərini söylədiyini, həmçinin xalasının ona onlara kömək etmək üçün onlarla birlikdə getməsini tapşırdığını, onun da xalası ilə razılaşdığını, bundan sonra Ayazın idarə etdiyi avtomobildə ön oturacaqda, xalası Rəhilənin isə arxa oturacaqda əyləşdiyini, bundan sonra yola düşdüklərini, onların Kürdəmir rayonunda hazırda xatırlamadığı bir yerdə kafenin qarşısında dayandıqlarını, bundan sonra əvvəlcə Ayaz, sonra isə xalası Rəhilənin avtomobildən düşdüklərini, Ayazın orada olan şəxslərdən biri ilə bir qədər söhbət etdiyini, daha sonra onların avtomobilin yük yerini açdıqlarını, bir qədər sonra onların avtomobilə əyləşdiklərini, həmçinin qeyd etdiyi şəxsin də avtomobildə əyləşdiyini, bundan sonra Ayazın avtomobili həmin şəxsin göstərdiyi istiqamət üzrə sürdüyünü və onların bir evin giriş qapısında dayandıqlarını, bundan sonra onların avtomobildən düşdüklərini, onun isə tərəvəzi həmin şəxsdən alacaqlarını fikirləşdiyini və avtomobildən düşdüyünü, bu zaman Ayaz və xalası Rəhilənin avtomobilin yük yerində bir baş qoyunu götürərək həmin evin həyətinə düşürdüklərini gördüyünü, həmin şəxsin isə onlara pul verdiyini, daha sonra avtomobilə əyləşdiklərini, xalası Rəhilədən qoyunun nə məsələ olmasını soruşduğunu, bu zaman xalası Rəhilənin ona qoyunları Ağdaş rayonundan ucuz qiymətə aldıqlarını burda isə daha baha qiymətə satacaqlarını bildirdiyini, bundan sonra geri qayıtdıqlarını, bundan bir neçə gün sonra xalası Rəhilənin ona yenə də onlarla birlikdə getməyi təklif etdiyini, onun da xalası ilə razılaşdığını, bundan sonra birbaşa yenə də əvvəl getdikləri yerə, yəni Kürdəmir rayonuna getdiklərini, bu zaman xalası və Ayazın 2 baş qoyunu əvvəl qoyun satdıqları şəxsə satdıqlarını, sonra Ağdaş rayonu, Kükəl kəndinə qayıdıqlarını və onlarda qaldıqlarını, bundan təxminən 2-3 gün sonra xalası Rəhilənin ona onlarla birlikdə getməsini istədiyini, onun yenə də xalası ilə razılaşdığını, daha sonra onlarla birlikdə Ayazın idarə etdiyi avtomobil ilə Kürdəmir rayonuna getdiklərini, bu dəfə isə birbaşa əvvəl qoyun satdıqları şəxsin evinə getdiklərini, bu dəfə də xalası və Ayazın 2 baş qoyunu həmin şəxsə satdıqlarını, həmin şəxsin də xalasıgilə pul verdiyini, pulların Ayazda qaldığını, sonra yenə də onun yaşadığı evə qayıtdıqlarını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kürdəmir rayonunda həmin rayon sakini İsbat adlı şəxsə satdıqları qoyunların onların oğurluq yolu ilə əldə etdikləri barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə hər hansı bir ərazidən qoyun oğurlamadığını, həmçinin onların oğurluq etmələrini görmədiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç vaxt ona oğurluq etməyi təklif etmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə özünün müraciət etdiyini, Zərərçəkmiş şəxs1 onun doğma qızı olduğunu, qızı Mətanətin onunla birlikdə yaşadığını, Mətanətin yaşadıqları evin həyətində 10 baş qoyun saxladığını, həmin qoyunları yaşadıqları evin həyətində və küçədə otardıqlarını, belə ki, hər gün qoyunları otlaması üçün səhər saatlarında küçəyə buraxdıqlarını, qızı Mətanətin gün ərzində bir neçə dəfə qoyunlara nəzarət etdiyini, axşam saatlarında isə qoyunların yaşadıqları evin həyətinə qayıtdıqlarını, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində qızı Mətanətin qoyunları otlamaları üçün yaşadıqları Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən evin yerləşdiyi küçəyə buraxdıqlarını, həmin gün təxminən saat 20 radələrində qızı Mətanətin qoyunların ürkək halda həyətə gəldiklərini, bundan şübhələndiyi üçün qoyunları saydığını və bu zaman qoyunlardan bir baş erkək qoyunun olmadığını aşkar etməsini bildirdiyini, həmçinin qızı Mətanətin həmin qoyunun Ağdaş rayonunda heyvan bazarından yeni aldığı qoyun olmasını bildirdiyini, bundan sonra qızı ilə birlikdə qoyunu axtarmağa başladıqlarını, lakin tapa bilmədiklərini, bundan əsəbləşdiyi üçün DİN-in 102 xidmətinə zəng edərək onlara məxsus bir baş qoyunun oğurlanması barədə məlumat verdiyini, həmin qoyunların hamısının qızına məxsus olduğu üçün, oğurlanmış qoyunun da faktiki sahibinin onun qızı Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Zərərçəkmiş şəxs3 onun doğma oğlu olduğunu, oğlu Turalın xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Ağdaş RPŞ-nə ünvanladığı ərizələrlə tanış olduğunu, oğlu Turalın ailəsi ilə birlikdə onun yaşadığı evdə yaşadığını, oğlunun yaşadıqları kənddə kənd təsərrüfatı ilə məşğul olduğunu, ev quşlarının alqı-satqısı ilə məşğul olduğunu, həmçinin ümumilikdə 15 baş qoyunun olduğunu, həmin qoyunları yaşadıqları evin həyətyanı sahəsində və evin yerləşdiyi küçədə otardıqlarını, belə ki, qoyunları otlamaları üçün küçəyə buraxdıqlarını, qoyunların da otladıqdan sonra axşam saatlarında həyətə qayıtdıqlarını, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində oğlu Turalın ev quşları almaq üçün Ucar rayonu, Qazıqumlaq kəndinə getdiyini, bundan təxminən bir saat sonra onun yaşadığı evin həyətində olan zaman qoyunların tövlədə olmasını gördüyünü və onları otlamaları üçün tövlədən açıb həyətə buraxdıqlarını, bundan sonra isə ev işləri ilə məşğul olduğunu, həmin gün təxminən saat 21 radələrində yaşadıqları evə gələn oğlu Turalın qoyunların içərisindən 2 baş qoyunun olmamasını söylədiyini, bundan sonra isə həmin qoyunları axtarmaq üçün kəndin ərazisinə çıxdığını, lakin nə qədər axtarsa da qoyunları tapa bilmədiyini, buna görə də qoyunların itməsini fikirləşdiyini, bundan bir gün sonra Ağdaş rayon polis şöbəsinə gedərək ona məxsus qoyunların itməsi ilə bağlı ərizə yazdığını, lakin 2 gün qoyunları axtardığını və tapmadığını, həmçinin qonşulardan həmkəndliləri Mətanətin də qoyunlarının oğurlanmasını eşitdiklərini, bundan sonra oğlu Turalın da ona məxsus qoyunların oğurlanmasından şübhələndiyini və bu barədə Ağdaş RPŞ-nə ərizə yazdığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində xx.xx.2023-cü il traixə axşam saatlarında çörək almaq üçün yaşadığı Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən evdən çıxaraq mağazaya getdiyini, küçədə olan zaman ondan bir xeyli məsafədə boz rəngli, Opel markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə küçədən tutulmuş qoyun qoyduqlarını gördüyünü, lakin hava qaranlıq olduğu üçün həmin şəxslərin üzünü görə bilmədiyini, bundan sonra küçədə gözlədiyini, həmin avtomobil uzaqlaşıb getdikdən sonra özünün də yoluna davam etdiyini, çörək aldıqdan sonra yaşadığını evə getdiyini və baş verənləri atası Rəşada danışdığını, həmin şəxsləri görmədiyini, üz cizgilərini xatılmadığını və hazırda da görsə tanımayacağını, hava qaranlıq olduğu üçün onların dəqiq olaraq neçə nəfər olmasını görmədiyini, həmin şəxslərin onu görmədiklərini, küçədə dayandığını və avtomobil uzaqlaşaraq çıxıb getdikdən sonra yoluna davam etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində X16 doğma oğlu, Nərminəı Nağıyevanın isə onun həmkəndlisi olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində oğlu Mülkəsahibin yaşadıqları kənddə yerləşən mağazadan çörək alaraq evə qayıtdığını və ona küçədən boz rəngli, Opel markalı, **-VV- *** dövlət qeydiyyat nişanlı avtomobilə küçədən qoyun qoyaraq getdiklərini bildirdiyini, özünün də oğlu Mülkəsahibdən həmin şəxslərin kim olmasını soruşduğunu, oğlunun isə ona hava qaralıq olduğu üçün həmin şəxsləri görmədiyini bildirdiyini, bundan sonra küçəyə çıxdığını, bu zaman qonşu Nərminənin qoyunun oğurlanmasını söylədiyini , bundan sonra isə oğlu Mülkəsahibin ona danışdıqlarını Nərminəyə danışdığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində təxminən 2023-cü ilin avqust ayının əvvəllərində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə yaşadığı Kürdəmir rayonu, Çölərəb kəndində yerləşən “Çinar” adlı kafenin qarşısında olarkən təxminən saat 20 radələrində əvvəllər yaşadığı kəndin ərazisində görmədiyi “Kia” markalı avtomobilin kafenin qarşısında dayandığını, daha sonra avtomobilin sürücüsünün orta yaşlı bir şəxsin avtomobildən düşdüyünü və onda satlıq qoyun olmasını söylədiyini, həmçinin ondan qoyun almaq istəyib-istəmədiyini soruşduğunu, onun da həmin avtomobilə yaxınlaşaraq qoyunlara baxmaq istədiyini, bu zaman avtomobildə bir qadın və bir uşağın da olmasını gördüyünü, bundan sonra həmin şəxsin avtomobilin yük yerində olan qoyunu göstərdiyini, onun da qoyuna baxdıqdan sonra qoyunu almaq istəməsini bildirdiyini, bu zaman həmin şəxsin, sonradan adının Ayaz olmasını bildiyi şəxsin qoyunun 20 kq çəkidə olmasını və 220 manata satmasını bildirdiyini, onun da Ayazla razılaşdığını, daha sonra Ayazın avtomobili ilə quzuları onun yaşadığı evin həyətinə apara bilib-bilməcəyini soruşduğunu, Ayazın da ondan evinin harada olmasının soruşduğunu, onun da Ayaza evinin yaxınlıqda olmasını bildirdiyini, bundan sonra Ayazın avtomobili ilə qoyunları onun yaşadığı evin həyətinə apardıqlarını və Ayaza quzular üçün ümumilikdə 235 manat pul verdiyini, bundan sonra onların çıxıb getdiklərini, bundan təxminən 2-3 gün sonra, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə təxminən saat 22 radələrində yenə də yaşadığı kənddə yerləşən “Çinar” kafesinin qarşısında olan zaman Ayazın idarə etdiyi “Kia” markalı avtomobil ilə kafenin qarşısında dayandığını, Ayazın avtomobilinə tərəf yaxınlaşdığını, Ayazın da ona satlıq daha 2 baş qoyunun olmasını bildirdiyini, həmçinin avtomobilə yaxınlaşan zaman avtomobildə əvvəl gördüyü qadın və uşağın da olduğunu, avtomobilin yük yerində olan qoyunlara baxdıqda onlardan birinin erkək, digərinin isə dişi quzu olmasını gördüyünü və həmin heyvanları almaq istəməsini bildirdiyini, Ayazın da ona quzulardan birinin 9-10 kq çəkidə dişi quzu, digərinin isə 13-14 kq çəkidə erkək quzu olmasını, dişi quzunu 85 manata, erkək quzunu isə 150 manata satmaq niyyətində olmasını bildirdiyini, onun Ayaz adlı şəxslə razılaşdığını və onun dediyi məbləğdə pulu Ayaza verdiyini, daha sonra Ayazın avtomobili ilə quzuları onun yaşadığı evin həyətinə apara bilib-bilməcəyini soruşduğunu, Ayazın da ondan evinin harada olmasının sonuşduğunu, onun da Ayaza evinin yaxınlıqda olmasını bildirdiyini, bundan sonra Ayazın avtomobili ilə qoyunları onun yaşadığı evin həyətinə apardıqlarını və Ayaza quzular üçün ümumilikdə 235 manat pul verdiyini, bu zaman Ayazın ona satmaq üçün onda bir neçə qoyunun olmasını bildirdiyini və onları satmaq üçün onunla əlaqə saxlamaq istəməsini söylədiyini və onun mobil nömrəsini istədiyini, onun da mobil nömrəsini Ayaza verdiyini, bundan sonra onların çıxıb getdiklərini, bundan təxminən 2 gün sonra hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Ayazın ona zəng edərək onda satmaq üçün əlavə 2 baş qoyunun da olmasını bildirdiyini və ondan qoyun almaq istəyibistəməməsini soruşduğunu, onun da Ayaza qoyun almaq istədiyini bildirdiyini və yaşadığı evin həyətinə gəlməsini tapşırdığını, elə həmin gün təxminən saat 22 radələrində Ayazın idarə etdiyi avtomobil ilə onun yaşadığı Kürdəmir rayonu, Çölərəb kəndinə gəldiyini, həmin vaxt Ayazın avtomobilində adının Rəhilə olmasının öyrəndiyi bir qadın və İzzət adlı uşağın da olduğunu, Ayazın avtomobilin yük yerini açdığını və iki baş qoyunu ona göstərdiyini, onun da qoyunlara baxaraq almaq istəməsini söylədiyini, Ayazın da ona qoyunlardan birini 150, digərini isə 220 manata satacağını bildirdiyini, onun da Ayazla razılaşdığını və yaşadığı evin həyətində Ayaza ümumilikdə 370 manat pul verdiyini, qoyunları isə yaşadığı evin həyətində yerləşən tövləyə saldığını, elə həmin gecə təxminən saat 03 radələrində Ayaz, Rəhilə və onların yanında bir neçə mülki geyimli şəxsin onun yaşadığı evə gəldiklərini, Ayazdan nə baş verdiyini soruşduğunu, bu zaman Ayazın ona həmin şəxslərin Ağdaş rayon polis şöbəsinin əməkdaşları olduqlarını söylədiyini, onun da Ayazdan polislərin burada nə işinin olduğunu soruşduğunu, Ayazın da ona satdığı qoyunları Ağdaş rayonundan oğurlamasını söylədiyini, bundan sonra polis əməkdaşlarının ondan həmin şəxslərdən qoyun alıb-almamasını soruşduğunu, onun da polislərə həqiqətən də Ayazgildən ümumilikdə 5 baş qoyun aldığını, lakin əvvəl aldığı qoyunları satmasını söylədiyini, lakin sonuncu dəfə aldığı qoyunların tövlədə olmasını bildirdiyini, bundan sonra polis əməkdaşlarının ondan qoyunlara baxmaq üçün onlara şərait yaratmasını xahiş etdiklərini, onun da polis əməkdaşlarını tövləyə apardığını və həmin qoyunları təqdim etdiyini, polis əməkdaşlarının ona qoyunların oğurluq yolu ilə əldə edildiyini söylədiklərini və qoyunları qanuni sahiblərinə qaytarmaq üçün Ağdaş rayonuna aparacaqlarını söylədiklərini, onun da polis əməkdaşları ilə razılaşdığını və qoyunları onlara təhvil verdiyini, Ayaz və Rəhilənin ona satdıqları ümumilikdə 5 baş qoyunun oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatının olmadığını, Ayazgilin ona qoyunların özlərinə məxsus olduğunu, beləki qoyunları Ağdaş rayonundan daha ucuz qiymətə aldıqlarını və burada daha baha satdıqlarını bildirdiklərini, İzzətin kim olması barədə heç bir söz soruşmadığını və həmin uşağın onların öz övladları olmasını fikirləşdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli, ƏQ-67/2023 nömrəli məktubdan görünür ki, 01 baş 8 aylıq, diri çəkisi təxminən 30-35 kq olan sağlam vəziyyətdə yerli cins qoyun 220 manat dəyərində; 01 baş 1 illik, diri çəkisi təxminən 50 kq olan sağlam vəziyyətdə yerli cins qoyun 310 manat dəyərində; 01 baş 2 illik, diri çəkisi təxminən 60-65 kq olan sağlam vəziyyətdə yerli cins dişi qoyun 390 manat dəyərində; 01 baş 7 aylıq, diri çəkisi təxminən 15-20 kq olan arıq və sağlam vəziyyətdə yerli cins dişi qoyun 140 manat dəyərində; 01 baş iki illik aylıq, diri çəkisi təxminən 65 kq olan sağlam və kök vəziyyətdə yerli cins erkək qoyun 415 manat dəyərində olmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan Sabirabad Rayon Mərkəzi X1 şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 504 saylı məktubdan görünür ki, ünvan 1 sakini xx.xx.1994-cü il təvəllüdlü Qurbanova X6 rayon poliklinikasında Əsəb-ruhi və narkoloji kabinetdə heç bir xəstəliklə qeydiyyatda yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sabirabad rayon İcra hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sabirabad rayon İcra hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 sentyabr 2023-cü il tarixli, 5-70-36/2-716/2023 saylı arayışdan görünür ki, Qurbanova X6 rayonu, Yolçubəyli kəndində yaşayır və ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: xx.xx.2019-cu il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X4. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, o, həmin qərarla saat 17:50-də tanış olmuşdur. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X10” X13 xx.xx.2023-cü il tarixli, 350 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X18 Xəstəliklər Dispanseri tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 1316 saylı arayışından görünür ki, Naxçıvan MR, Sədərək rayon Heydərabad qəsəbə sakini Təqsirləndirilən şəxs1, yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Y.Budaqov adına Naxçıvan MR X2 psixi və narkoloji xəstə kimi dispenser qeydiyyatda dayanmır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Naxçıvan Respublikası Sədərək rayon İcra Hakimiyyətinin Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Naxçıvan Respublikası Sədərək rayon İcra Hakimiyyətinin Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 sentyabr 2023-cü il tarixli, 313 saylı arayışdan görünür ki, Vəliyev X7 Respublikası Sədərək rayon İcra Hakimiyyətinin Heydərabad qəsəbəsində yaşayır və ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X8. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:40da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, o, həmin qərarla saat 12:10-da tanış olmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1(014)-180/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunması və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 barəsində həbs qeətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1(014)-180/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunması və yeri müəyyən edildikdə dərhal tutularaq məhkəməyə gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tutularaq Ağdaş RPŞnə gətirilərək MSY-yə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində üç azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini və onlarla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini və onlarla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün və 30 noyabr 2023-cü il tarixdən 11 yanvar 2024-cü il tarixdək həbsdə saxlanıldığı müddət bir günə iki gün hesablanmaqla onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut 01 baş qoyun Zərərçəkmiş şəxs1 və 01 baş qoyun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün və 30 noyabr 2023-cü il tarixdən 11 yanvar 2024-cü il tarixdək həbsdə saxlanıldığı 1 (bir) ay 12 (on iki) gün olmaqla, cəmi müddət 1 (bir) ay 14 (on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 baş qoyunun Zərərçəkmiş şəxs1 və 1 baş qoyunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar