Məhkəmə qərarları › İş №1(014)-10/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-10/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-10/2025 18.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X19 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Oktay qızı və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1975-ci il tarixdə Ağsu rayonu, Musabəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı Metropolitenində xadimə işləyən, subay, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olan, Ağdaş Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X5 saxlanılan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında kiçik tibb bacısı işləyən zaman aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Oktay qızına əlilliklə bağlı pensiyasını bərpa etdirəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 13 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 212 ünvanında yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat pulu alaraq sonuncuya aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında işlədiyini bildirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlilliklə bağlı pensiyasını bərpa etdirəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 03 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 212 ünvanında yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs2 1200 (bir min iki yüz) manat pulu, 18 may 2023-cü il tarixdə həmin yerin həyətində sonuncunun cinayətdən xəbərsiz olmuş tanışı Şahid2 vasitəsi ilə göndərdiyi 300 (üç yüz) manat pulu alaraq, 03 iyul 2023-cü il tarixdə 1000 (bir min) manat pulu Zərərçəkmiş şəxs2 tərəfindən Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşən “Ram Store” ərzaq mağazasının girişindəki “MPAY” ödəmə terminalı vasitəsilə cinayətdən xəbərsiz qızı X2 məxsus 4098-5844-9733-3193 nömrəli bank kartına köçürülməsinə nail olaraq sonuncuya vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, uzun müddət Respublika Kilinik Xəstəxanasında kiçik tibb bacısı vəzifəsində işləmişdir. Belə ki, Şahid1 da Respublika Klinik Xəstəxanasında uzun müddət müalicə almış və Şahid1la ünsiyyəti yaranmışdır. 2022-ci ilin avqust ayının əvvəlində Şahid1 söhbət zamanı tanışı Zərərçəkmiş şəxs1 Oktay qızının əlilliklə bağlı pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. O da pula ehtiyacı olduğu üçün öz-özlüyündə Şahid1 vəzifədə işləyən tanışlarının olduğunu demək qərarına gəlmiş və həmin şəxslər vasitəsi ilə Zərərçəkmiş şəxs1 pensiya işini həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra Şahid1 xəstəxanada olan zaman ona Zərərçəkmiş şəxs1 ilə danışdığını və pensiya işinin həlli üçün razı olduğunu bildirmişdir. Bundan sonra ona Zərərçəkmiş şəxs1 əlaqə nömrəsini vermişdir. Zərərçəkmiş şəxs1 ilə danışmış və söhbət zamanı onun əlilliklə bağlı pensiya işini vəzifədə işləyən tanışlarının köməkliyi ilə həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 pensiya işinin həlli üçün 2500 manat pul istəmiş, Zərərçəkmiş şəxs1 da həmin pulu bir neçə günə verəcəyini bildirmişdir. 13 avqust 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək pulun hazır olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxs1 Respublika Klinik Xəstəxanasının həyətinə gəlməsini istəmiş, Zərərçəkmiş şəxs1 həmin yerə gəlmişdir. O, Zərərçəkmiş şəxs1 pensiya işinin 3 ay ərzində həll olunacağını bildirmişdir. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs1 onunla mobil telefon əlaqəsi saxlayaraq pensiya işi ilə maraqlanmışdır. Hər dəfə Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirmişdir. Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə əldə etdiyi 2500 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş və onun pensiya işini həll etməmişdir. Bundan başqa 2023-cü ilin aprel ayının sonlarında Respublika Klinik Xəstəxanasında olan zaman Ağdaş rayonu, Xosrov kənd sakini Şahid2 həmkəndlisi Zərərçəkmiş şəxs2 əlilliklə bağlı pensiyasının kəsildiyini və bunun üçün də pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 pensiya işini həll edəcəyi adı ilə ona yalandan vəd verib pulunu ələ keçirmək qərarına gəlmişdir. Şahid2 Zərərçəkmiş şəxs2 pensiya işini həll edə biləcəyini bildirmişdir. Təxminən 1-2 gün sonra Şahid2 Zərərçəkmiş şəxs2la birlikdə xəstəxanaya gəlmişdir. Zərərçəkmiş şəxs2 əlilliyə görə pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. O da vəzifədə işləyən tanışlarının olduğunu, həmin şəxslərin köməkliyi ilə pensiya işini həll edəcəyini və pensiya işi üçün ilkin olaraq 1200 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 da həmin pulu 1-2 günə verəcəyini bildirmişdir. 03 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 onunla Respublika Klinik Xəstəxananın həyətində görüşmüş və ona 1200 manat pul vermişdir. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ona yenə də pul lazım olduğu üçün Zərərçəkmiş şəxs2 zəng etmiş və pensiya işi üçün əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 da həmin pulu həmkəndlisi Şahid2 ilə 18 may 2023-cü il tarixdə ona göndərmişdir. Həmin pulu Respublika Klinik Xəstəxananın həyətində Şahid2 almışdır. 2023-cü ilin iyul ayının əvvəlində Zərərçəkmiş şəxs2 zəng edərək pensiya işi üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş və həmin pulu qızının adına olan “LEO BANK”-a məxsus kart hesabına kart hesabına yükləməsini istəmişdir. Zərərçəkmiş şəxs2 da razılaşmış və 1000 manat pulu 03 iyul 2023-cü il tarixdə qızına məxsus kart hesabına yükləmişdir. Zərərçəkmiş şəxs2 pensiya işinin 1-2 aya həll olunacağını bildirmiş və Zərərçəkmiş şəxs2 ona mütəmadi olaraq zəng edib pensiya işi ilə maraqlanmışdır. O da müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs2 pensiya işini həll etməmişdir. Məhkəmənin 18 mart 2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə bərpa etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs qonşusu X12 vasitəsi ilə tanımışdır. 2020-ci il tarixdə dövlət tərəfindən əlilliklə bağlı verilən pensiyası kəsilmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində qonşusu Mirzə Nəcəfov ilə söhbət edən zaman Mirzə Gülyaz adlı tanışının olduğunu, ona pensiyasının bərpa edəcəyində köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs onunla mobil telefon əlaqəsi saxlamış, söhbət zamanı Təqsirləndirilən şəxs Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyini, əhatəsinin geniş olduğunu, vəzifədə işləyən tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə pensiya işini həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərin adını soruşmuş, lakin Təqsirləndirilən şəxs ona həmin şəxslərin adını deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Respublika Klinik Xəstəxanasında işlədiyinə görə ona inandığından pensiya işini həll edəcəyinə əmin olmuşdur. Təqsirləndirilən şəxs pensiya işinin həlli üçün ondan 2500 manat pul istəmiş və 13 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında Təqsirləndirilən şəxs vermişdir. Pulu verən zaman Mirzə Nəcəfov yanlarında olmuşdur. Təqsirləndirilən şəxs pensiya işinin 3 ay ərzində həll olunacağını bildirmiş, lakin onun pensiya işini həll etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, 2011-ci il tarixdən 2021-ci ilin may ayına kimi 2-ci qrup əlilliklə bağlı pensiya almışdır. 2021-ci ilin may ayında ona pensiya verilməsi kəsilmişdir. Pensiyasının bərpası üçün və müalicə almaq məqsədilə 2023-cü il tarixdə aprel ayının sonlarında Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına getmişdir. Həmin vaxtı xəstəxanada həmkəndlisi Şahid2 ilə qarşılaşmış və Elmi Cəfərov da xəstəxanada müalicə almışdır. Söhbət zamanı Elmi Cəfərova əlilliklə bağlı pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. Bir neçə gün sonra Elmi Cəfərovla söhbət edən zaman o, Respublika Kliniki Xəstəxanasında tibb bacısı işləyən əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs vəzifədə işləyən tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə onun pensiyasını bərpa etdirəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayının sonunda Elmi Cəfərovla birlikdə Respublika Kliniki Xəstəxanasına gəlmiş və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs söhbət zamanı Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyini, əhatəsinin geniş olduğunu, vəzifədə işləyən tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə pensiya işini həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs pensiya işinin həlli üçün ilkin olaraq 1200 manat pul istəmiş və həmin pulu 03 may 2023cü il tarixdə Respublika Kliniki Xəstəxananın həyətində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı Elmi Cəfərov da onların yanında olmuşdur. Təxminən bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək pensiya işi üçün əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmiş, o da 300 manat pulu həmkəndlisi Elmi Cəfərova vermiş, sonuncu da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. 2023-cü ilin iyul ayının əvvəlində Gülyaz ona zəng edərək pensiya işi üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş və həmin pulu qızının adına olan “Leo Bank”-a məxsus kart hesabına yükləməsini istəmişdir. 03 iyul 2023-cü il tarixdə 1000 manat pulu Ağdaş rayonu, Xosrov kəndində yerləşən “Ram Store” mağazasının girişindəki “MPAY” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs dediyi “Leo Bank”-a məxsus kart hesabına yükləmişdir. Təqsirləndirilən şəxs onun pensiya işinin 1-2 aya həll olunacağını bildirsə də hər dəfə müxtəlif bəhanələr gətirib pensiya işini həll etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, səhhətində olan problemlə bağlı Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına müalicə almaq üçün getmişdir. Xəstəxanada olarkən tibb bacısı işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasında olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə qarşılaşmışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs2 əlilliklə bağlı pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə söhbət edən zaman ona həmkəndlisi Zərərçəkmiş şəxs2 pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs vəzifədə işləyən tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə Zərərçəkmiş şəxs2 pensiya işini həll edəcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 məlumat verəcəyini söyləmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2la söhbət edən zaman Respublika Kliniki Xəstəxanasında tibb bacısı işləyən Təqsirləndirilən şəxs vəzifədə işləyən tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə onun pensiyasını bərpa etdirəcəyini bildirmiş, Zərərçəkmiş şəxs2 da razılaşmışdır. 2023-cü ilin aprel ayının sonunda Zərərçəkmiş şəxs2la birlikdə Respublika Kliniki Xəstəxanasına gəlmiş və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pensiya işinin həlli üçün ilkin olaraq 1200 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 da razılaşmış və həmin pulu 03 may 2023-cü il tarixdə Respublika Kliniki Xəstəxananın həyətində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı onların yanında olmuşdur. Təxminən 2023-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı kənddə onunla görüşmüş və ona 300 manat pul verərək Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. O da həmin pulu götürmüş və xx.xx.2023-cü il tarixdə Respublika Kliniki Xəstəxananın həyətində Təqsirləndirilən şəxs vermişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pensiya işini həll etməyib və pulunu dələduzluq yolu ilə ələ keçirməsindən xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Uzun müddət səhhətində olan xəstəliklərlə bağlı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Həmin vaxtlar da xəstəxanada tibb bacısı işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2022-ci ilin əvvəlində həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman o, əlilliklə bağlı pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. 2022-ci ilin avqust ayının əvvəlində Respublika Klinik Xəstəxanasında olan zaman Təqsirləndirilən şəxs ilə söhbət zamanı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 əlilliklə bağlı pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona vəzifədə işləyən tanışlarının olduğunu və həmin şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs1 pensiya işini həll edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 ilə danışmış və Təqsirləndirilən şəxs pensiya işini həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs1 mobil nömrəsini Respublika Klinik Xəstəxanasında olan zaman Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs pensiya işinin həlli üçün 2500 manat pul istədiyini və həmin pulu onun yanında Təqsirləndirilən şəxs vermək istədiyini bildirmişdir. 13 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Respublika Klinik Xəstəxanasının həyətində onun yanında Təqsirləndirilən şəxs 2500 manat pul vermişdir. Təqsirləndirilən şəxs pensiya işini 3 aya həll edəcəyini bildirmişdir. Təxminən 3 ay sonra Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs onun əlilliklə bağlı pensiya işini həll etmədiyini və 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin məsul növbətçisi Həsən Məmmədov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 06 may 2024-cü il tarixdə Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək Təqsirləndirilən şəxs əlilliklə bağlı pensiyasını bərpa etdirmək adı ilə 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Leobanka məxsus 4098 5844 9733 3193 nömrəli kartın fotoşəklindən və “mpay” ödəniş sistemindən əldə edilmiş qəbzin surətindən görünür ki, 03 iyul 2023-cü il tarixdə saat 13:20-də Ağdaş rayonu, Xosrov kəndində yerləşən RAM Store mağazasında 6033 nömrəli ödəniş terminalı vasitəsi ilə 1000 manat məbləğində pul X3 məxsus 9733 3193 nömrəli kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 5-34-15/2-2-131/2024 saylı arayışdan görünür ki, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi – oğlu 28 oktyabr 1995-ci il təvəllüdlü X18, qızı 30 avqust 2007-ci il təvəllüdlü X7 ibarətdir. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 5-34-15/2-2-131A/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Ağsu rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 06 noyabr 2024-cü il tarixli, 18-1-25/2-1011/2024 saylı məktubdan görünür ki, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olan 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Oktay qızının notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənildiyindən və onunla barışdıqlarından, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəmənin 18 mart 2025-ci il tarixli iclasında ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını əyani şəkildə bildirdi. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Dələduzluq təkrar törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul və ya digər əşya) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını və ya digər əşyalarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları və ya digər əşyaları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının və ya digər əşyalarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 vahid niyyətlə ümumilikdə 2500 manat məbləğində pulunu ələ keçirərkən öz qulluq mövqeyindən istifadə etməsi ilə bağlı ibtidai istintaq orqanının irəli sürdüyü ittiham yanlış olmuşdur. Belə ki, qeyd edilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat məbləğində pulunu vahid niyyətlə 03 may 2023-cü ildən 03 iyul 2023-cü ilədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda ələ keçirmişdir. İş materiallarına əlvə edilmiş ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinə xəstələrə qulluq edən "kiçik tibb bacısı" vəzifəsinə keçirilmiş, 24 yanvar 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 03 may 2023-cü ildən 03 iyul 2023-cü ilədək olan müddət ərzində ümumilikdə 2500 manat məbləğində pulunu təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirən zaman Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında işləməmişdir, yəni onun əmək müqaviləsinə 24 yanvar 2023-cü il tarixdə xitam verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Məhkəmə yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn tövsiyyələri nəzərə alaraq belə qənaətə gəlir ki, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat məbləğində pulunun vahid niyyətlə ələ keçirilməsinə dair Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan "öz qulluq mövqeyindən istifadə etməklə" müddəası xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Babayeva X13 Mirqasımov adına Respublika Klinik Xəstəxanasında işləyən zaman aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə 13 avqust 2022-ci il tarixdə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs1 Oktay qızının 2500 manat pulu alaraq, sonuncuya 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Babayeva X13 Mirqasımov adına Respublika Klinik Xəstəxanasında işlədiyini bildirərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlilliklə bağlı pensiyasını bərpa etdirəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 03 may 2023-cü il tarixdə Bakı şəhərində, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs2 1200 manat pulu, 18 may 2023-cü il tarixdə həmin yerin həyətində sonuncunun cinayətdən xəbərsiz olmuş tanışı Şahid2 vasitəsi ilə göndərdiyi 300 manat pulu alaraq, 03 iyul 2023-cü il tarixdə 1000 manat pulu Zərərçəkmiş şəxs2 tərəfindən Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşən “Ram Store” ərzaq mağazasının girişindəki “MPAY” ödəmə terminalı vasitəsilə 4098-5844-9733-3193 nömrəli bank kartına köçürülməsinə nail olaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması” barədə 11 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində “Nizami” metrostansiyasında tutularaq Abşeron rayon Polis İdarəsinə gətirilib İstintaq Şöbəsinə təhvil verilmiş və 12 sentyabr 2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 23 oktyabr 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2024cü il tarixdə, saat 10:46-da Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 09:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş və 25 oktyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Ağdaş rayon X16 saxlama yerindən azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan təyin edilmiş məhkəmə iclaslarına təkrarən gəlmədiyinə və məhkəmədən yayındığına görə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinə gələrək özünü könüllü olaraq təqdim etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X8 yerləşdirilməsi üçün Ağdaş rayon X16 Saxlama Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 rəisi tərəfində məhkəməyə ünvanlanmış məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə X8 yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 11 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək, 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024cü il tarixədək və 25 fevral 2025-dən tarixdən 18 mart 2025-ci il tarixədək tutulduğu və həbsdə saxlandığı müddət cəmi 26 gün təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 26 gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 01 (bir) ay 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin cəzadan çıxılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Musabəyli kənində qeydiyyatda olsa da, faktiki olaraq ailə üzvləri ilə bərabər Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Salatın Əsgərova küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə qeyd olunmuşdur ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilənlərə və Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Salatın Əsgərova küçəsində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmlə təyin ediləcək cəzanın icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və məhkəmə iclasında dərhal həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 51 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 306 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2500 manat məbləğində maddi ziyanın, 2500 manat məbləğində mənəvi zərərin, iddia ərizəsinin tərtib edilməsinə görə tərəfindən ödənilmiş 71 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5171 manat məbləğində pul vəsaitinin cinayət işi üzrə təqsirləndirilən şəxs, mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs tutularaq xeyrinə ödənilməsini xahiş etmişdir. Daha sonra zərərçəkmiş şəxs, mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 Oktay qızı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxs, mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 Oktay qızı məhkəməyə ünvanladığı digər ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən məhkəmədə qaldırdığı mülki iddiadan imtina edir. Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərərçəkmiş şəxs, mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 Oktay qızı məhkəmədə Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddiadan imtina etdiyinə və onun bu imtinası cinayət prosesində iştirak edən digər şəxslərin hüquqları və ya qanuni mənafelərini pozmadığına görə qəbul edilməli və həmin mülki iddia üzrə icraata xitam verilməlidir İş üzrə maddi sübut və Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək, 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək və 25 fevral 2025-dən tarixdən 18 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 26 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 01 (bir) ay 22 (iyirmi iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Salatın Əsgərova küçəsində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs qətimkan tədbiri dəyişdirilsin” hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və məhkəmə iclasında dərhal həbsdən azad edilsin. Zərərçəkmiş şəxs, mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 Oktay qızı məhkəmədə Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddiadan imtina etdiyinə görə həmin mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 306 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar