Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-100/2021 12.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1989-cu ildə Ağdaş rayonunda Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10.05.2021-ci il tarixdə Ağdaş şəhəri Maşad küçəsindən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 6,79 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 14.05.2021-ci il tarixdə saat 19:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Bayraq Meydanı” adlanan yerdə saxlanılaraq ünvan 2 ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 20:45 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, 14.05.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində Ağdaş şəhərində H.Əliyev prospektində “Bayraq meydanı”nın yaxınlığında özünə məxsus idarə etdiyi “Xəzər” markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən dövlət yol polisinin əməkdaşlarının onun avtomobilini saxlatdıqlarını və ona Ağdaş-Zarağan yolunun 1-ci km-də ötmə əməliyyatını pozduğumu bildirdiklərini, həmçinin onu sərxoşluq müayinəsindən keçirmək üçün şöbəyə dəvət etdiklərini, şöbədə sərxoşluq müayinəsindən keçərkən spirtli içki qəbul etməyini və üzərində də narkotik vasitə saxlamağını bildirdiyini, daha sonra Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bir manatlıq pul əsginası və 1 ədəd “Samsung A6” markalı mobil telefon və şalvarının sol cibindən “Azərişiq” qəbzinə bükülmüş 1 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik tərkibli bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,06 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, bir manat pulun ona qaytarıldığını, daha sonra ona məxsus “Xəzər” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı ona məxsus “Xəzər” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik tərkibli bitki kütləsini təxminən 4 gün əvvəl, yəni 10.05.2021-ci il tarixdə yaşadığı Ağdaş şəhəri Maşad küçəsinin yaxınlığından tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmiş, əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 14.05.2021-ci il tarixdə axşam radələrində xidmətdə olduğunu, həmin zaman Ağdaş şəhəri Maşad küçəsi 21/2də qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş serjantı Şahid2 tərəfindən raportla RPŞ-yə müraciət edildiyini, həmin raportun araşdırılması RPŞ-nin rəisi tərəfindən ona həvalə edildiyini və bu barədə həmin tarixdə tərəfindən müvafiq sənədləşdirmələr aparıldığını, bundan sonra 14.05.2021-ci il tarixdə Ağdaş RPŞ-nin NH-də onun, digər polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Elgünün üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Elgünün əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bir manatlıq pul əsginası və 1 ədəd “Samsung A6” markalı mobil telefon və şalvarının sol cibindən “Azərişiq” qəbzinə bükülmüş 1 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik tərkibli bitki kütləsi aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,06 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, həmçinin protokol tərtib olunduğunu, proses iştirakçıları tərəfindən heç bir şikayət olmadığından protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir manatlıq pul əsginasının və 1 ədəd “Samsung A6” markalı mobil telefonun ona qaytarıldığını, daha sonra Təqsirləndirilən şəxs məxsus “Xəzər” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı ona məxsus “Xəzər” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin heç bir şikayət olmadığından protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik maddəni təxminən 4 gün əvvəl yəni 10.05.2021-ci il tarixdə yaşadığı Ağdaş şəhəri Maşad küçəsinin yaxınlığından tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və özündə bu barədə heç bir məlumat olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilinə baxış aparan zaman orada müdafiəçi, özü və digər polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın və avtomobilinə baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işlədiyini, 14.05.2021-ci il tarixdə axşam radələrində Ağdaş rayon Polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı Natiq Həsənov ilə birgə xidmətdə olduqlarını, həmin zaman Ağdaş şəhəri Maşad küçəsi 21/2-də qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun 1-ci km-də ötmə əməliyyatını pozduğunu gördüklərini, ona saxla işarəsi verərək onu Ağdaş rayonu “Bayraq Meydanı” ərazisində saxlatdıqlarını, daha sonra onun sərxoş olub-olmamasını soruşduqlarını, həmin zaman Elgünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyini bildirdiyini, buna görə də onu avtomobili ilə birlikdə Ağdaş RPŞ-nin inzibati binasına gətirdiklərini, öncə onu sərxoşluq müayinəsindən keçirdiyini, daha sonra Elgünün barəsində Natiq Həsənov tərəfindən Azərbaycan Respbulikası İXM-in 327.2-ci və 333.1-ci maddələri ilə inzibati protokol tərtib edildiyini, bundan sonra Elgünün sərxoş vəziyyətdə olsa da özünü şübhəli apardığını gördüyünü, daha sonra onun üzərində narkotik vasitələri saxlaması ilə bağlı onda şübhələr yarandığı üçün raportla rəhbərliyə məruzə etdiyini, daha sonra Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə müvafiq sənədləşdirmələr aparıldığını, bundan sonra onun, Səməndərin və müdafiəçinin işitrakı Elgünün üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Elgünün əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bir manatlıq pul əsginası və 1 ədəd “Samsung A6” markalı mobil telefon və şalvarının sol cibindən “Azərişiq” qəbzinə bükülmüş 1 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik tərkibli bitki kütləsi aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 7,06 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, həmçinin protokol tərtib olunduğunu, proses iştirakçıları tərəfindən heç bir şikayət olmadığından protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir manatlıq pul əsginasının və 1 ədəd “Samsung A6” markalı mobil telefonun ona qaytarıldığını, daha sonra Təqsirləndirilən şəxs məxsus “Xəzər” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı ona məxsus “Xəzər” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin heç bir şikayət olmadığından protokola imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X4 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində onun, digər polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Elgünün üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elgünün əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bir manatlıq pul əsginası və 1 ədəd “Samsung A6” markalı mobil telefon və şalvarının sol cibindən “Azərişiq” qəbzinə bükülmüş 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik tərkibli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 7,06 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmiş, şəxsi axtarış zamanı video çəkilişlə aparılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş və həmin narkotik maddəni təxminən 4 gün əvvəl, yəni 10.05.2021-ci il tarixdə yaşadığı Ağdaş şəhəri Maşad küçəsinin yaxınlığından tapmış olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zaman orada müdafiəçi, özü və digər polis əməkdaşları olmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 15.05.2021-ci il tarixli, 17/346 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) kağız bükümün içərisində olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 6,79 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli, 747 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyun 2021-ci il tarixli 1788 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri Məşəd küçəsi 21/2 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 - atası; X3 – anası, X1 - arvadı, X5 - qızı (2018-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində bir azyaşlı övladı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 6,74 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 6,74 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-100/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-100/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver