Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-100/2022 25.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1986-cı ildə Ağdaş rayonu, Nehrəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində 02 iyun 2022ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan cəmi 06 ədəd-xeyli miqdarda, hündürlükləri 21 sm-dən 106 sm-dək, ümumi təmiz çəkisi 150 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını 06 ədəd dibçəkdə qanunsuz olaraq 2022-ci ilin aprel ayının əvvəllərində əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya edib yetişdirmiş, xx.xx.2022-ci il tarixdə, saat 15:16 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildridi və ifadəsində narkotik vasitə olan marixuana qəbul etdiyini, narkotik vasitə olan marixuana qəbul etməyən zaman bədənində az halda ağrıların baş verdiyini, tutulmamışdan təxminən iki ay əvvəl yaşadığı Nehrəxəlil kəndi ilə Pirəyir kəndinin sərhədində yerləşən su kanalının kənarında 06 ədəd plastik vedrədə çətənə toxumlarını əkdiyini və həmin vedrələri su kanalının kənarında qamışlıqda gizlətdiyini, bundan sonra təxminən 10 gündən bir həmin yerə gedərək əkdiyi toxumlara nəzarət etdiyini, tutulmamışdan təxminən 20 gün əvvəl gecə saat 01:00 radələrində həmin kanalın yanına gedərək qamışlıqda gizlətdiyi vedrələrdən əvvəlcə ikisini, daha sonra isə bir vedrəni gətirərək yaşadığı evin həyətində kolluqda gizlətdiyini, bundan bir gün sonra yenə gecə saat təxminən 01:00 radələrində həmin kanalda gizlətdiyi digər üç vedrədə əkdiyi çətənə bitkilərini gətirərək yaşadığı evin həyətində kolluqda gizlətdiyini, bundan bir gün sonra həmin vedrədə əkdiyi çətənə bitkilərini çəpər ilə kolluğun arasında yerləşdirdiyini və ailə üzvlərindən heç kimə bu barədə məlumat vermədiyini, hər gün gedərək çətənə bitkilərinə baxdığını və qulluq etdiyini, yəni su verdiyini, dibini təmizlədiyini və yumuşaltdığını, xx.xx.2022-ci il tarixdə, saat təxminən 15:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Ramil adlı polis əməkdaşının zəng edərək harada olduğunu soruşduğunu və yaşadığı evin qarşısında gözlədiyini bildirdiyini, Ramil adlı polis əməkdaşına Ağdaş rayonu, Ləki qəsəbəsində olduğunu və təxminən 15 dəqiqəyə yaşadığı evə gələcəyini söylədiyini, bundan sonra yaşadığı evə gəldiyini, həmin vaxt orada bir neçə polis əməkdaşı və aqranomun olduğunu, polis əməkdaşlarının onlarda yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkib-becərilməyi barədə məlumatlarının olmasını və buna görə də, həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirdiklərini, onlara razılıq bildirdiyini və onları həyətinə dəvət etdiyini, polis əməkdaşlarına yaşadığı evin həyətindəki dibçəklərə narkotik tərkibli bitkilər əkdiyini bildirdiyini, bundan sonra həmin narkotik tərkibli bitkiləri onlara göstərdiyini, polis əməkdaşları ilə birlikdə gələn aqronomun həmin narkotik tərkibli bitkilərə baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşlarının həmin bitkiləri dibçəklərdən kökündən çıxartdıqlarını, sonra həmin narkotik tərkibli bitkilərin hündürlüklərinin ölçüldüyünü, bundan sonra aşkar edilmiş bitkilərin qablaşdırıldığını və möhürləndiyini bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələrin aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həyət qapısından Elçini çağırdıqlarını, lakin Elçinin evdə olmadığını bildiklərini və bundan sonra onunla telefon əlaqəsi saxlayaraq onu yaşadığı evə dəvət etdiklərini, təxminən 5-10 dəqiqə sonra Elçinin yaşadığı evə gəldiyini, Elçinə həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Elçinin də buna heç bir etiraz etmədiyini, bundan sonra Elçinin yaşadığı evin həyətyanı sahəsinə aqranom Arif Səmədovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Elnurun yaşadığı evin arxa tərəfində 06 ədəd plastik vedrələrdə əkilmiş vəziyyətdə olan 06 ədəd çətənə kollarının aşkar edildiyini, həmin vaxt aqronom Arif Səmədovun çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsi barədə rəy verdiyini, daha sonra ümumilikdə 06 ədəd çətənə bitkilərinin kökündən çıxarıldığını və hündürlüklərinin ölçüldüyünü, bundan sonra aşkar edilmiş 06 ədəd çətənə bitkilərinin qablaşdırılaraq möhürləndiyini, baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində X3 sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etməyini xahiş etdiklərini, daha sonra Elçinin həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həyət qapısından Elçini çağırdıqlarını, lakin Elçinin evdə olmadığını bildiklərini və bundan sonra onunla telefon əlaqəsi saxlayaraq onu yaşadığı evə dəvət etdiklərini, təxminən 5-10 dəqiqə sonra Elçinin yaşadığı evə gəldiyini, Elçinin həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Elçinin də buna heç bir etiraz etmədiyini, bundan sonra Elçinin yaşadığı evin həyətyanı sahəsinə özünün və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Elçinin yaşadığı evin arxa tərəfində 06 ədəd plastik vedrələrə əkilmiş vəziyyətdə olan 06 ədəd çətənə kollarının aşkar edildiyini, həmin vaxt tərəfindən çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada qulluq edilməsi barədə rəy verdiyini, daha sonra ümumilikdə 06 ədəd çətənə bitkiləri kökündən çıxarıldığını və hündürlüklərinin ölçüldüyünü, bitkilərin hündürlüklərinin ən kiçiyinin 21 sm, ən hündürünün isə 106 sm olduğunu, bundan sonra aşkar edilmiş 06 ədəd çətənə bitkiləri qablaşdırılaraq möhürləndiyini, baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/445 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki uzunluqları 21 sm-dən 106 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 150 qram olan 06 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Arif Səmədovun xx.xx.2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1225 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 06 ədəd plastik vedrədə əkib becərdiyi narkotik tərkibli çətənə kolları aşkar edilmiş, aşkar edilmiş narkotik tərkibli çətənə kolları kökündən çıxardılmış və hündürlükləri ölçülmüş, ən kiçiyinin hündürlüyü 21 sm, ən böyüyünün isə hündürlüyü 106 sm olmuş, daha sonra həmin çətənə kolları sellofan torbaya qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Tələbnamədən ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dail İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1934 saylı Əfv Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində biri sərbəst hərəkət etmək imkanından məhrum olan xəstə olmaqla iki azyaşlı uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 149.70 qram olan 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 149.70 qram olan altı ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-100/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-100/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver