Məhkəmə qərarları › İş №1(014)-100/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-100/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-100/2024 21.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1970-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Ləki qəsəbəsi, N.Nərimanov küçəsi 3/21 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs , qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 3 ədəd plastik qablarda əkmiş, həmin toxumlardan inkişaf etmiş 3 (üç) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 12:36 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə həmin tarixdə saat 14:41-dən saat 14:58-dək keçirilmiş baxış zamanı 3 ədəd plastik qabda 3 ədəd uzunluqları 10 sm-dən 15 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 0,97 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik təbitəli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, təxminən 32 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, buna görə 1 dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu bildirmişdir. Hal-hazırda da, istifadə etdiyini. xx.xx.2024-cü il tarixdə yaşadığı küçə ilə gəzərkən yerdə 1 ədəd gümüşü rəngli, falqa büküm gördüyünü bildirmişdir. Falqa bükümü yerdən götürərək açdığını, içərisində narkotik vasitə olan “nəşə” adlandırdığı marixuana olmasını gördüyünü bildirmişdir. Həmin bükümü daha sonra istifadə etmək üçün üzərində saxladığını, eyni zamanda o bir müddət bundan əvvəl, yəni 2024-cü ilin mart ayının əvvəllərində özünün gələcəkdə istifadə etməyi üçün istifadə etdiyi narkotik vasitə olan “nəşə”nin içərisində olan 3 toxumunu 3 ədəd plastik qaba əkərək yaşadığı evin həyətyanı sahəsinə qoyduğunu qeyd etmişdir. Həmin bitkilərə hər gün qulluq etdiyini, su verdiyini və dibini boşaltdığını bildirmişdir. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə o Ağdaş rayonu, Ləki qəsəbəsində, “Samir” şadlıq sarayının yaxınlığında olan vaxt polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, onlara məlumat daxil olduğunu bildirdiklərini, narkotik vasitlərədən istifadə etdiyini, ona görə də, üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində seçdiyi vəkillə təmin olunduğunu, onu şübhəli şəxs qismində tutduqlarını, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirildiyini bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş bükümü, həmin şalvarın sağ yan cibindən 1 ədəd 50 qəpiyi, 2 ədəd 10 qəpiyi və şalvarın sol yan cibindən 1 ədəd alışqanı təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldığını, üzərindən hər hansı əşya aşkar olunmadığını bildirmişdir. Sonra üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli falqa büküm açıldığını, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsinin olması müəyyən edildiyini, daha sonra həmin gümüşü rəngli, falqa büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildiyini və çəkisinin müvafiq olaraq 0,74 qram olduğunu qeyd etmişdir. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan gümüşü rəngli, falqa bükümün 1 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, zərfin iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı bildirildi. Bundan sonra üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarıldığını qeyd etmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırıldığını bildirmişdir. Şəxsi axtarış aparılması zamanı “Panasonic” markalı kameradan istifadə olunduğunu, həyata keçirilən çəkiliş (yazı) barədə iştirakçılara xəbərdar edildiyini, çəkiliş lentləri 1 ədəd DVD diskdə protokola əlavə edildiyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün polis əməkdaşı ilə birgə onun yaşadığı evin giriş qapısının qarşısına gedildiyini bildirmişdir. Baxışa başlanılmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri izah olunduğunu baxışın videoçəkiliş vasitəsi ilə aparılması elan olunduğunu və heç bir etiraz daxil olmadığını bildirmişdir. Ona tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməyi təklif edildiyini, sonra onun göstərdiyi yol ilə hərəkətə başladıqlarını, bundan sonra həmin ərazidən, yəni onun göstərmiş olduğu yerdən hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd plastik qaba əkilmiş tərkibində narkotik maddələr olan bitki şitilləri aşkar olunduğunu bildimişdir. Ondan həmin bitkilərin nə olması soruşulduğunu, o da həmin bitki şitillərinin tərkibində narkotik maddələr olan bitki olmasını bildirdiyini, həmin şitillərin toxumlarını haradan tapmağı və nə üçün əkməyi bildirildiyini, o da həmin bitkilərin toxumlarını özünün istifadə etdiyi maddədən götürərək, gələcəkdə baxıb böyüdüb özünün şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra həmin bitki şitillərin uzunluqları polis əməkdaşı tərəfindən ölçüldüyünü və onlarla birlikdə gedən aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra təhqiqatçının bitki şitillərini plastik qablardan kökü il birgə çıxartdığını bildirmişdir. Bundan sonra həmin bitki şitillərinin uzunluqları polis əməkdaşı tərəfindən ölçüldüyünü və həmin bitki ştillərinin uzunluqlarının 10 sm, 12 sm və 15 sm olması müəyyən edildiyini və 1 ədəd kağız zərfə qablaşdırıldını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini qeyd etmişdir. Daha sonra içərisində sadəcə torpaq olan plastik qablar da 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərf özü və digər iştirakçılar tərəfindən imzalandığını, bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilərək protokol tərtib olunması üçün sonlandırıldığını qeyd etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edildiyini, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 12:36 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “Samir” şadlıq sarayının yaxınlığında saxlanılaraq Ağdaş RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təmin olunduğunu, Ağdaş RPŞ-nin təhqiqatçısının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və ünvan 2-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edildiyini, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını, Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş bükümü, həmin şalvarın sağ yan cibindən 1 ədəd 50 qəpiyi, 2 ədəd 10 qəpiyi və şalvarın sol yan cibindən 1 ədəd alışqanı təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldığını, üzərindən hər hansı əşya aşkar olunmadığını qeyd etmişdir. Sonra üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli falqa bükümün açıldığını, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsinin olması müəyyən edildiyini, daha sonra həmin gümüşü rəngli, falqa bükümün polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildiyini və çəkisi müvafiq olaraq 0,74 qram olduğunu, İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan gümüşü rəngli, falqa bükümün 1 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu bildirmişdir. Zərfin iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı bildirildiyini, bundan sonra üzərindən aşkar olunmuş digər əşyaların əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarıldığını bildirmişdir. Bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırıldığını, Şəxsi axtarış aparılması zamanı “Panasonic” markalı kameradan istifadə olunduğunu, həyata keçirilən çəkiliş (yazı) barədə iştirakçıların xəbərdar edildiyini, çəkiliş lentləri 1 ədəd DVD diskdə protokola əlavə edildiyini, bundan sonra xx.xx.2024-cü il tarixdə şəxsin yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün digər polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının qarşısına getdiklərini bildirmişdir. Baxışa başlanılmazdan əvvəl iştirakçılara hüquq və vəzifələrinin izah olunduğunu, baxışın videoçəkiliş vasitəsi ilə aparılması elan olunduğunu və heç bir etiraz daxil olmadığını qeyd etmişdir, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməyi bildirildiyini, sonra onun göstərdiyi yol ilə hərəkətə başladıqlarını, bundan sonra həmin ərazidən, yəni onun göstərmiş olduğu yerdən hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd plastik qaba əkilmiş tərkibində narkotik maddələr olan bitki şitilləri aşkar olunduğunu, ondan həmin bitkilərin nə olması soruşulduğunu, o da həmin bitki şitillərinin tərkibində narkotik maddələr olan bitki olmasını bildirdiyini qeyd etmişdir. Həmin şitillərin toxumlarını haradan tapmağı və nə üçün əkməyi bildirildiyini, o da həmin bitkilərin toxumlarını özünün istifadə etdiyi maddədən götürərək, gələcəkdə baxıb böyüdüb özünün şəxsi istifadəsi üçün əkdiyini bildirdiyini qeyd etmişdir. Bundan sonra həmin bitki şitillərin uzunluqları polis əməkdaşı tərəfindən ölçüldüyünü və onlarla birlikdə gedən aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra təhqiqatçının bitki şitillərini plastik qablardan kökü il birgə çıxartdığını bildirmişdir. Bundan sonra həmin bitki şitillərinin uzunluqları polis əməkdaşı tərəfindən ölçüldüyünü və həmin bitki ştillərinin uzunluqlarının 10 sm, 12 sm və 15 sm olması müəyyən edildiyini, 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərfin iştirakçılar tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini, daha sonra içərisində sadəcə torpaq olan plastik qabların da 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərfin özü və digər iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilərək protokol tərtib olunması üçün sonlandırıldığını bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, O da üzərində narkotik vasitə olan “nəşə” olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən alüminium folqaya bükülmüş bükümü, həmin şalvarın sağ yan cibindən 1 ədəd 50 qəpik, 2 ədəd 10 qəpiyi və şalvarın sol yan cibindən 1 ədəd alışqanı təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd alüminium folqa büküm açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsinin olması müəyyən edilmişdir. Daha sonra həmin alüminium folqa büküm tərəfimdən elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0,74 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan alüminium folqa büküm 1 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Zərf şübhəli şəxs, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirlimiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməsi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə başlanmışdır. Bundan sonra həmin ərazidən, yəni Təqsirləndirilən şəxs göstərmiş olduğu yerdən hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd plastik qaba əkilmiş tərkibində narkotik maddələr olan bitki kolları aşkar olunmuş, Təqsirləndirilən şəxs onların nə olması soruşulmuş, Təqsirləndirilən şəxs də həmin bitki kollarının tərkibində narkotik maddələr olan bitki olmasını bildirmiş, həmin kolların toxumlarını haradan tapması və nə üçün əkməsi soruşulmuş, Təqsirləndirilən şəxs də həmin bitkilərin toxumlarını özünün istifadə etdiyi maddədən götürərək, gələcəkdə baxıb böyüdüb özünün şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra həmin bitki kollarının uzunluqları təhqiqatçı tərəfindən ölçülmüş və həmin bitki kollarının uzunluqlarının 10sm, 12sm və 15sm olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları dibcəklərdən kökündən çıxarılmış və 1 ədəd kağız zərfə qablaçdırılmış, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra içərisində sadəcə torpaq olan plastik qablar də 1 ədəd kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün sonlandırılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 03 aprel 2024-cü il tarixli, HK-1/529 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə”, yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd gümüşü rəngli falqa kağızında, təmiz çəkisi 0,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkdiyi 3 ədəd narkotik vasitəyə bənzər kollar” yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki, uzunluqları 10 smdən 15 sm-dək, nəm halda ümumi çəkiləri - 0,97 qram olan 3 (üç) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Baş aqronom Arif Səmədovun 03 aprel 2024-cü il tarixli rəyinə əsasən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkisinin şitilləri erkən inkişaf fazasında olduğundan (ştil mərhələsində olduğu üçün) onların təqdim olunmuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2024-cü il tarixli 611 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 16 aprel 2024-cü il tarixli PHŞ-18-1-22/2-538/2024 nömrəli arayışdan görünür ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, N.Nərimanov küçəsi 3/21 ünvanında yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X6in poliklinika şöbəsində Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2016-ci il tarxili hökmü ilə 29, 317-1.1 maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə pul tutulmaqla 6 ay islah işləri cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Salyan Rayon Məhkəməsinin Qərarına əsasən Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cu bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ləki qəsəbəsi İƏD nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 avqust 2024-cü il tarixli, 5-32-12/2-241/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla ailə tərkibi – xx.xx.1940-cı il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:01də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, həmin qərarla 11:50-də tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir günə iki gün hesablanmaqla cəmi 4 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 0,37 qram qalığı, 3 ədəd çətənə (kannabis) bitkisinin ştilləri və 3 (üç) ədəd plastik qablar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 0,37 qram qalığı, 3 ədəd çətənə (kannabis) bitkisinin ştilləri və 3 (üç) ədəd plastik qablar məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar