Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-100/2025 11.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi-Ağdaş rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Ləki qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 485,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 29 oktyabr 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən qəbirstanlıqda saxlanılaraq həmin tarixdə saat 17:15-dən 17:22-dək üstü yoxlanılan zaman, əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 485,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4–5 ildir narkotik vasitələrdən istifadə edir və əvvəllər məhkum olunmuşdur. 29 oktyabr 2025-ci il tarixdə saat 16 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən qəbirstanlığa mərhum qayınatası Oktayın qəbrini ziyarət etməyə getmişdir. Qəbirstanlığın giriş qapısından içəri daxil olduqdan sonra qəbir daşlarından birinin yanında yerdə qara rəngli sellofan bağlama görmüşdür. Həmin bağlama onda maraq yaratdığı üçün onu yerdən götürərək açıb baxmış və içərisində narkotik vasitə olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyinə görə bağlamanı az miqdarda istifadə etmək məqsədilə əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibinə qoymuş, lakin həmin vaxt narkotik vasitədən istifadə etməmişdir. Saat təxminən 17 radələrində qəbirstanlıq ərazisindən çıxmaq istəyərkən polis əməkdaşları videokamera ilə ona yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə məlumat daxil olduğunu bildirərək üzərinə baxış keçiriləcəyini demişlər. Polis əməkdaşlarına etiraz etməmişdir. Baxış videokamera vasitəsilə həyata keçirilmiş, ona hüquq və vəzifələrinin qeyd olunduğu bildiriş təqdim edilmiş və polis şöbəsində müdafiəçi ilə təmin olunacağı izah edilmişdir. Polis əməkdaşının sualına cavab olaraq üzərində narkotik vasitə olduğunu bildirmiş və qara rəngli gödəkçəsinin sağ iç cibindən 1 ədəd qara rəngli sellofan bağlamanı çıxararaq təqdim etmişdir. Bağlamanın içərisində narkotik vasitə olduğunu, onu qəbirstanlıq ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin, həmin narkotik vasitəni heç kimə satmadığını və pay vermədiyini qeyd etmişdir. Sellofan bağlama açılaraq içərisinə baxılmış və yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Bağlama elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 540 qram olduğu müəyyən edilmişdir. Daha sonra onun üzərində başqa qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. Gödəkçəsinin sol yan cibindən “Vegas” markalı siqaret qutusu və 1 ədəd alışqan təqdim etmiş, lakin həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Həmin sellofan bağlama polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə aparılmışdır. Polis şöbəsində ona vəkil təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu bildirib, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Ağdaş RPŞ-nin CAB-da əməliyyat müvəkkili vəzifəsində çalışır və Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır. 29 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə RPŞ rəhbərliyinə raportla məruzə edilmiş və məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 17:15-də Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra ona əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar elan edilmiş, hüquq və vəzifələri izah olunmuş və bu barədə bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayıb-saxlamaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən içərisində yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan qara rəngli sellofan bağlamanı çıxararaq təqdim etmişdir. Ondan bağlamanın içərisində nə olduğu, onu haradan əldə etdiyi, nə məqsədlə üzərində saxladığı, həmçinin həmin bitki kütləsini kiməsə satıb-satmadığı və ya pay verib-vermədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs bağlamanın içərisində olan maddənin narkotik vasitə olduğunu, onu Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən qəbiristanlıqdan yerdən tapdığını, şəxsi istifadəsi üçün saxladığını, həmin narkotik vasitəni heç kimə satmadığını və pay vermədiyini bildirmişdir. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 1 ədəd sellofan bükümün təxmini çəkisinin 540 qram olduğu müəyyən edilmişdir. Daha sonra onun üzərində qanunla qadağan edilmiş digər əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən içərisində siqaret dənəcikləri olan 1 ədəd “Vegas” markalı siqaret qutusunu və 1 ədəd alışqanı təqdim etmiş, lakin həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Daha sonra onun üzəri yoxlanılmış, yoxlama zamanı gödəkçəsinin sol iç cibindən 1 ədəd metal dırnaqkəsən alət aşkar edilmiş, lakin bu əşya da iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Həmin 1 ədəd qara rəngli sellofan bağlama 1 ədəd zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 29 oktyabr 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Ağdaş RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında xx.xx.2025-ci tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında Ağdaş RPŞ-nin CAB-ın əməlyyat müvəkkili Şahid2 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:15-də Ağdaş şrayonu, Yuxarı Ləki kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən içərsində marixuana olmasını bildirdiyi 01 ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması, haradan əldə etməsi, nə üçün üzərində saxladığı, kiməsə satıb-satmaması və ya pay verib-verməməsi soruşulmuşdur. O, həmin bağlamanın içərisində narkotik vasitə olan marixuana olmasını, həmin bağlamanı polis əməkdaşları tərəfindən saxlanıldığı ərazidən, yəni Ağdaş rayonu, Yuxarı Ləki kənd qəbiristanlığı ərazisindən yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə həmin narkotik vasitədən satmadığını və pay vermədiyini bildirmişdir. Sonra həmin sellofan bağlama CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən açılmışdır və içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar edilmişdir. Qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 540 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş başqa əşya olub-olmaması soruşulmuşdur. Bundan sonra o əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Vegas” markalı siqaret qutusunu və 01 ədəd alışqanı təqdim etmişdir. Həmin içərisində siqaret dənəcikləri olan 01 ədəd “Vegas” markalı siqaret qutusu və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd metal dırnaq kəsən alət aşkar olunmuşdur, lakin həmin 01 ədəd metal dırnaq kəsən alət də iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra həmin bitki kütləsi qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş materiallarında olan 29 oktyabr 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinin videoçəkilişlə aparılmasına şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı bir etirazının olubolmaması soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:15-dən saat 17:22-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində aşkar edilmiş içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd qara rəngli sellofan bağlama qablaşdırıldığı 01 ədəd kağız zərf təkrar açılaraq baxış keçirilmişdir Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, qara rəngli sellofan bağlamada olan narkotik vasitə özünə məxsusdur, həmin narkotik vasitəni ki xx.xx.2025-ci il tarixdə Ağdaş rayon, Yuxarı Ləki ərazisində yerləşən qəbiristanlıqdan tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. Video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompüterə qoşularaq və sonra «My computer» pəncərəsində açıldıqda bir ədəd diskdə bir kadrda çəkilmiş video fayl vardır. DVD diskə baxış zamanı «Windows-10» əməliyyat sisteminin «X8» proqramı vasitəsi ilə açılmışdır. İlkin olaraq DVD disk “HP” markalı kompyuterin DVD-Romuna yerləşdirilmişdir. Daha sonra «My computer» pəncərəsində açıldıqda video görüntü açılmışdır. 07 dəqiqə 39 saniyədən ibarət olan görüntünün 01:26 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç hissəsində saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmişdir. Polis əməkdaşı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni qəbiristanlıq ərazisindən yerdən tapdığını bildirmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 540 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş başqa əşya və ya predmet olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Vegas” markalı siqaret qutusunu və 01 ədəd alışqanı təqdim etmişdir. Lakin içərisində siqaret dənəcikləri olan 01 ədəd “Vegas” markalı siqaret qutusu və 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd metal dırnaq kəsən alət aşkar olunmuşdur. Lakin həmin 01 ədəd metal dırnaq kəsən alət iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 oktyabr 2025-ci il tarixli 17/788 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi – 485,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2025-ci il tarixli 1981 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” X7 daxil olan 07 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X9 Poliklinika şöbəsində “Kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin 23 yanvar 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. 2) Ağdaş Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 3500 manat cərimə cəzası təyin edilmiş, həbsdə olduğu 03 ay 23 gün nəzərə alınaraq qəti olaraq üzərində 1000 manat cərimə cəzası saxlanılmışdır. 3) Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 1000 manat cərimə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək cəzadan azad edilmişdir. 4) Ağdaş Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 02 (iki) il 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 5) Göyçay Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, 29 dekabr 2021-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4b-ci bəndinə əsasən çəkilməmiş cəzası 06 (altı) ay azadılmışdır. 28 iyul 2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 6) Ağdaş Rayon Məhkəməsinin 10 oktyabr 2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2025-ci ildə cəza müddətinin sonu ilə azad olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 sentyabr 2009-cu il təvəllüdlü X3 və 08 avqust 2015ci il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqları var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini və dövlət ittihamçısının çıxışını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 484,9 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 87 (səksən yeddi) manat 14 (on dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 187 (yüz səksən yeddi) manat pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 484,9 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 87 (səksən yeddi) manat 14 (on dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 187 (yüz səksən yeddi) manat pul köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-100/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-100/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver