Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-101/2021 29.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində 20 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının sonlarında, saat 21:00 radələrində özgə əmlakını gizli talama məqsədilə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ətrafı tikanlı məftillərlə bağlanmış bağ torpaq sahəsinə saxlanc yerinə qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus uzunluğu 6 metr, 150 mm diametrli, hər birinin dəyəri 30 manat olan ümumi dəyəri 150 manat olan, cəmi 5 ədəd polietilen boruları oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən 16 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində özgə əmlakını gizli talama məqsədilə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən ətrafı mişar daşı ilə bağlanmış fermaya qapını açaraq qanunsuz daxil olmaqla, oradan sonuncuya məxsus hər birinin dəyəri 75 manat olan 02 ədəd üzərində “DAMANDEH” Type VİD-60D49 yazıları olan 72x72 sm ölçülü elektiriklə işləyən, cəmi 150 manat məbləğində sərinkeşləri oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektindən yerdən tapdığı bir ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,004 qram olan kustar üsulla hazılanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində qanunsuz olaraq saxlayıb daşımış, 19 aprel 2021-ci il tarixdə, saat 09:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə, saat 10:01-də onun üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində ailəsi ilə birlikdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən evdə yaşadıqlarını, Zərərçəkmiş şəxs1 onun həmkəndlisi olduğunu və onu tanıdığını, 2021-ci ilin mart ayının sonlarında, saat 21:00 radələrində yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində Zərərçəkmiş şəxs1 məxsus bağ torpağının yanından keçərkən torpağın altında politelin boru olduğunu gördüyünü, bağın ətrafında dəmir məftil ilə hörülmüş hissədən bağa daxil olduğunu, həmin vaxt boruları oğurlamaq qərarına gəldiyini və həmin boruların bir hissəsi torpaq altında, digər hissəsi isə çöldə olduğundan həmin boruları çıxararaq ümumi olaraq 5 ədəd qara rəngli politelin “kaucuk” materialdan olan boruları çıxardıqdan sonra həmin boruları satmaq qərarına gəldiyini və bu məqsədlə onunla bir kəndə yaşayan həmkəndlisi Elvin ilə görüşdüyünü və ona özündə kaucuk boru olduğunu və onları satmaq istədiyini bildirdiyini, Elvinin ondan həmin boruları hansı qiymətə satdığını və həmin boruları haradan əldə etdiyini soruşduqda ona boruların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını dediyini, Elvin ilə razılaşdığını boruları ona 50 manata satdığını, Elvinin həmin 50 manat pulu ona iki dəfəyə verdiyini, belə ki, pulun 50 manatını boruları satdığı günün səhəri günü 25 manat, sonradan isə əlavə olaraq 25 manat pul verdiyini, həmin pulları öz şəxsi məqsədləri üçün xərçlədiyini, Elvinə boruları satarkən onu boruların ona məxsus olduğuna inandırdığını, 16 aprel 2021-ci il tarixdə, saat təxminən 23:00 radələrində yaşadığı Ağdaş rayonunda Dəhnəxəlil kəndində Zərərçəkmiş şəxs2 məxsus fermadan oğurluq etdiyini, 16 aprel 2021-ci il tarixdə Nimətə məxsus fermanın yanından keçərkən fermada olan tövləyə daxil olmaq istədiyini, həmin tövlənin yanında pilləkən olduğunu, pilləkən ilə qalxıb tövlənin içərisinə daxil olduğunu, tövləyə daxil olduqda tövlənin içəri hissəsində sağ və sol tərəfində sərinkeşlər olduğunu gördüyünü, onlardan birini oğurlayıb kəndin ərazisindən keçən Şirvan kanalının kənarında yerləşən sahəyə apardığını, daha sonra yenidən təkrarən tövləyə qayıdıb, digər sərinkeşi götürdüyünü və yenidən Şirvan kanalının kənarında yerləşən sahəyə apardığını, oğurlayaraq əldə etdiyi sərinkeşləri ağır olduğu üçün geçə apara bilmədiyini və səhər onları götürüb gətirməyi qərara aldığını, bu məqsədlə 17 aprel 2021-ci il tarixdə, saat 11:00 radələrində həmkəndlisi Şahid2 istifadəsində olan mobil telefonuna zəng edərək ona köməklik etməsini bildirdiyini, təxminən 30 dəqiqə sonra həmkəndlisi Şahid2 özünə məxsus yaşıl rəngli VAZ 2106 markalı avtomobillə onun olduğu yerə gəldiyini, Şirin ilə birlikdə sahəyə qoyduğu sərinkeşləri götürüb Şirinin avtomobilinə yerləşdirib kəndin kənarına doğru apardığını, yolda Şirinin ondan həmin sərinkeşlərin haradan əldə etdiyini soruşduqda ona sərinkeşlərin ona məxsus olduğunu bildirdiyini, oğurlayaraq əldə etdiyi 2 ədəd sərinkeşləri Ağdaş rayon Polis Pöbəsində izahat verərkən təqdim etdiyini, həmin sərinkeşləri oğurladıqdan sonra maddi sıxıntısı olduğu üçün satmaq istədiyini, ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyini, 19 aprel 2021-ci il tarixdə, saat 09:00 radələrində yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellafon büküm aşkar olunduğunu, üzərindən aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz hallında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini, zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni 2021-ci ilin aprel ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman tapdığını göstərdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində yaşadığı kəndə ona aid olan 1 hektar pay torpaq sahəsində ağac əkdiyini və həmin ağacların suvarılması üçün 2021-ci ilin mart ayının 3 də Ağdaş rayonunda yerləşən inşaat malları mağazasından 1 ədədinin uzunluğu 6 metr olan dəyəri 32 manatdan 5 ədəd rezin kauçuk materialdan 150lik boruları alıb yaşadığı kəndə gətirdiyini, həmin boruların alınması üçün 160 manat pul verdiyini, boruları evə gətirdikdən sonra boş vaxtlarının birində boruları bağ torpağına aparıb orada torpağa basdırmaq istədiyini, təxminən mart ayının sonlarında həmin boruları yaşadığı evdən götürüb bağ yerinə apardığını və evdən çıxıb bağa gedərkən həmin vaxt həmkəndlisi Məhəmməd ilə razılaşdığını və boruları bağ yerinə apardıqdan sonra həmin boruları bir-birinə bərkidməklə bağa su çəkdiyini, bağa su çəkdikdən sonra həmin borular vasitəsi ilə bağın suvarılmasını təmin etdiyini, bundan təxminən 20 gün sonra mart ayının təxminən 25-də bağa nəzarət etmək üçün getdiyini və bu zaman ona 20 gün əvvəl alıb gətirdiyi yerə basdırdığı su borularının torpaqdan çıxarıldığını və oğurlandığını gördüyünü, bundan sonra kənd ərazisində sakinlərə ona məxsus torpaq sahəsindən borular oğurlandığını və özü həmin oğurluq edən şəxsi axtarmağa başladığını, həmin şəxsi axtarsa da tapa bilmədiyini, həmin vaxtlar həmkəndlisi Məhəmmədən şübhələndiyini lakin heç bir sübutu olmadığını, bu səbəbdən də yenə də özü boruları oğurlayan şəxsi axtardığını, 20.04.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Polis Şöbəsinə gedərək ərizə vermək qərarına gəldiyini və bu məqsədlə Polis Şöbəsinə gəldiyini və oğurluq hadisəsi ilə əlaqədar rəsmi ərizə yazdığını, onun bağ torpağının bir tərəfi tikanlı məftil ilə bağlandığını və digər sərhədləri isə açıq vəziyyətdə olduğunu, bağa daxil olmaq üçün əlverişli şərait olduğunu, bağın torpaq sahəsinin ətrafının açıq vəziyyətdə olduğundan, yəni onun torpaq sahəsinin ətrafının yalnız bağı mal-qaradan qorumaq üçün nəzərdə tutulduğunu, hazırda ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 19 aprel 2021-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 09:00 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində küçədə piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Məhəmmədin üzərində şəxsi axtarış keçirildiyni, şəxsi axtarış zamanı Məhəmmədin əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellafon büküm aşkar olunduğunu, aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar olunduğunu, Məhəmmədin həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini, zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı mobil telefon vasitəsilə video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni 2021-ci ilin aprel ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman tapdığını və həmin narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında Şahid3 Raib oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, əvvəllər Məhəmmədin onun bağ sahəsində fəhlə kimi işlədiyini, həmin vaxtlar ona boru olsa bağın bağın giriş hissəinə sahəyə sahəyə su yolu açmaq istədiyini bildirdiyini, təxminən 20 gün əvvəl səhər saatlarında həyətin giriş qapısından küçəyə çıxanda qapının yaxınlığında 05 ədəd qara rəngli kauçuk materialdan hazırlanmış borular olduğunu gördüyünü, əvvəlcə boruların haradan olduğunu və kimin gətirib qapının yanına qoyduğunu başa düşmədiyini, lakin həmin zaman onun mobil telefonuna Məhəmmədin zəng etdiyini və ona telefonla boruları öz yaşadığı evdən götürdüyünü və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdiyini, həmin 5 ədəd boruları hansı qiymətə satmaq istədiyini soruşduqda Məhəmmədin ona ümumi olaraq 50 manata satdığını bildirdiyini, həmin boruların uzunluğu 6 metr diametri isə 150 mm olduğunu, ona hazırda 50 manatı olmadığını bildirdiyini, Məhəmmədin ona sabah verməsini bildirdiyini, ertəsi gün 25 manat pul tapıb kənddə fəaliyyət göstərən ərzaq mağazasına verdiyini və Məhəmmədə zəng edərək mağazaya 25 manat pul verdiyini həmin pulu oradan götürməsini qalan 25 manat pulu isə nə vaxt pulu olsa verəcəyini bildirdiyini, bundan sonra həmin borulardan 2 ədədini yaşadığı evin yaxınlığından keçən su arxına yəni yerə suyun həmin borulardan keçməsi və evin daşdan hörülmüş divarının nəm cəkməməsi üçün basdırdığını, əlavə olaraq 3 ədəd boruları isə yaşadığı evin həyətində saxladığını, həmin boruların oğurluq olduğunu bilmədiyini, həmin boruların oğurluq olduğunu bilsəydi heç vaxt onları almayacağını, həmkəndlisi Təqsirləndirilən şəxs ona əvvəllər heç bir əşya satmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ailəsi ilə birlikdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən evdə yaşadıqlarını, mal-heyvan təsərrüfatı saxlamaqla məşğul olduğunu, eyni zamanda onun Ağdaş rayonu, Dəhnəxəlil kəndində özünə məxsus ayrı bir ferması olduğunu, həmin Fermada da iri buynuzlu mal-qara saxlamaq üçün tövlə inşa etdirdiyini, tövlənin içəri hissəsində havanın təmizlənməsi üçün nəzərdə tutulmuş elektrik enercisi ilə işləyən təxminən bir il öncə hər birini 150 manatdan 2 ədəd pərli sərinkeş aldığını və həmin sərinkeşləri fermanın daxilinə sağ və sol tərəfinə bərkitdiyini, 18.04.2021-ci il tarixdə, saat təxminən 09:00 radələrində özünə məxsus Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən fermasna getdiyini və tövləyə daxil olanda tövlənin içərisində olan 02 ədəd sərinkeşlərin yerində olmadığını, buna görə dərhal DİNin 102 xidmətinə zəng vurduğunu, ona məxsus 02 ədəd sərinkeşi axırıncı dəfə tövlənin içərisində 16.04.2021-ci il tarixdə gördüyünü, sərnikeşlərin hər birinin dəyərinin 150 manat olduğunu bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2021-ci il tarixli 17/277 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,004 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 18.16.2021-si il tarixli 728 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.06.2021-ci il tarixli 9/3026 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd üzərində “Damandeh” Type VİD-60D49 yazıları olan 72x72 sm ölçülü elektriklə işləyən sərnikeşin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 150 manat, təqdim edilməyən 5 ədəd 1 ədədinin uzunluğu 6 metr olan, 150 mm diametrli, qara rəngli polietilen boruların təxminən 1 ay istifadədə olması nəzərə alınmaqla nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 150 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan büküm aşkar edilmiş, sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz və kristall halında olan maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, vurduğu ziyanı tam olaraq ödəyərək iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 19 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 121 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutlar olan beş ədəd politelin boruların iş üzrə Zərərçəkmiş şəxs1, iki ədəd sərinkeşlərin iş üzrə Zərərçəkmiş şəxs2 qaytarılması, yəni vurulmuş 300 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,954 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdulaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1, 66.2-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, az ciddi cəza olan bir il müddətə azadlıqdan məhrum etmə cəzası daha ciddi cəza olan bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilərək qəti cəza, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 121 manat 94 qəpik (yüz iyirmi bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar olan beş ədəd politelin boruların iş üzrə Zərərçəkmiş şəxs1, iki ədəd sərinkeşlərin iş üzrə Zərərçəkmiş şəxs2 qaytarılması, yəni vurulmuş 300 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,954 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-101/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-101/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver