Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-102/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1997-ci ildə Ağdaş rayonunun Mürsəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Mürsəl kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş rayonunun Mürsəl kəndində Şahid3 yaşadığı evin həyətinin çöl qapısının qarşısında küçənin kənarında, kənd camaatının çay içmək üçün yığışdıqları yerdə stolların yanında Zərərçəkmiş şəxs ucadan danışmasını bəhanə edərək ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə döyərək ona boynun aşağı 1/3-nin sağ nahiyəsinin qançırı, alt dodağın şişkinliyi, diş səthinin sol nahiyəsinin yarası, küt ələt təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onların aralarında əvvəllər heç bir mübahisə və dava-dalaş baş vermədiyini, onların aralarında heç bir ədavət və düşmən münasibətinin olmadığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində onun həmkəndlisi Şahid3 yaşadığı evin həyətinin çöl qapısının qarşısında, çayxana kimi istifadə olunan masalardan birinin arxasında əyləşib həmkəndliləri Şahid5, Şahid7 və Rüstəm Əhmədov ilə domino oynadığını, orada digər masalarda da başqa həmkəndlilərinin əyləşdiklərini, həmin vaxt Əfsunun ucadan danışdığını, onun da Əfsuna ucadan danışmasına görə irad tutduğunu və ona bir az sakit danışmasını, onun səsindən xoşunun gəlmədiyini və onun səsini eşitmək istəmədiyini söylədiyini, Əfsunun isə ona “başın ağrıyırsa buradan çıx get” deyə cavab verdiyini, onun da Əfsunun ucadan danışmasına və onun səsinin xoşuna gəlmədiyinə görə ona əsəbləşdiyini və tez Əfsuna yaxınlaşdığını və onun paltarının yaxasından tutub boğazını sıxdığını və ona “sən kimsən ki, ucadan danışırsan” deyə söylədiyini, Əfsunun həmin vaxt ona söyüş söydüyünü, onun da Əfsuna nalayiq söyüşlər söydüyünü, həmin vaxt onların əlbəyaxa olduqlarını və Əfsunun onu vurmaq istədiyini, onun isə Əfsundan cəld tərpəndiyini və qəsdən bir neçə dəfə yumruqla Əfsunun dodaq nahiyəsindən vurduğunu, həmin vaxt isə yaxınlıqda olan Sehran, Xəyal, Muğdət və digərlərinin onları aralaşdırdıqlarını, həmkəndlilərinin onu və Əfsunu aralaşdırdıqlarını, daha sonra isə Əfsunun oradan çıxıb getdiyini, Əfsun ilə onun arasındakı dava-dalaş zamanı orada onlardan başqa adlarını qeyd etdiyi digər həmkəndlilərinin olduğunu, yaranmış səs-küyə kimlərin gəlməsini xatırlamadığını, aralarındakı dava-dalaşın təxminən 10-15 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs ilə aralarındakı dava-dalaş zamanı Zərərçəkmiş şəxs ona nalayiq söyüşlər söyməsinə görə onun da Əfsuna nalayiq söyüşlər söydüyünü bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onların aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, aralarında heç bir ədavət və düşmən münasibətinin olmadığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində həmkəndlisi Şahid3 yaşadığı evin həyətinin çöl qapısının qarşısında olduğunu, həmin vaxt orada həmkəndliləri əmisi oğlu Şahid8, Laçının, Kamranın və digər həmkəndlilərinin olduğunu, onun Rövşəni çağırdığını, həmin vaxt isə orada digər həmkəndliləri ilə domino oynayan Cavadın ona ucadan danışmamasını, yavaş danışmasını, səsinin onun xoşuna gəlməməsini söylədiyini, onun isə Cavada “sən mənim ağzımı bağlamalısan ki, mənim danışıq tərzim belədir, sən aralıda domino oynayırsan, mənim səsim sənə çatmır“ deyə cavab verdiyini, Cavad isə ona söyüş söyərək yavaş danışmasını söylədiyini və onun üstünə gələrək qəflətən onun boğazından tutub sıxdığını və onu arxaya itələdiyini, bundan sonra onun boynunu qolunun arasına keçirdiyini və yumruqla bir dəfə boynundan, iki dəfə başından, bir dəfə dodağından, bir dəfə çənəsindən və bir dəfə də sinəsindən vurduğunu, həmin vaxt isə əmisi oğlu Sehranın onların arasına girdiyini və onları aralaşdırdığını, onun da daha sonra oradan çıxıb getdiyini, dava-dalaşın təxminən 10-15 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa həmkəndliləri Sehran, Kamran, Cavid və digər adlarını xatırlamadığı şəxslərin olduğunu, yaranmış səsküyə Füzuli və Rövşənin gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onun yaşadığı evin həyətində dükan işlətdiyini, həmçinin yaşadığı evin həyətinin çöl qapısının qarşısına stol qoyduğunu və kənd sakinlərinin axşamlar yaşadığı evin həyətinin çöl qapısının qarşısına yığışıb söhbət etdiklərini və onun da onlara çay verdiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində yaşadığı evin həyətində çay verdiyi stəkanları yuduğunu, həmin vaxt çöldən, yəni yaşadığı evin həyətinin çöl qapısının qarşısından səs-küy gəlməsini eşitdiyini, ona görə də tez stəkanları kənara qoyub çölə çıxdığını, həmkəndlisi Şahid2 da onun yanında olduğunu, Füzulinin də onunla birlikdə çölə çıxdığını, onun çölə çıxan zaman Əfsunun təxminən 10-15 metr ondan aralıda olmasını və onun yol ilə çıxıb getməsini gördüyünü, həmin vaxt yaxınlıqda olan Əfsunun əmisi oğlu Şahid8 nə baş verməsini soruşduğunu, Sehranın da ona Əfsun ilə Təqsirləndirilən şəxs arasında dava-dalaş baş verdiyini və Əfsun ilə Cavadı kənd sakinləri ilə birlikdə aralaşdırdıqlarını söylədiyini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarındakı mübahisə və dava-dalaş zamanı orada onlardan başqa Sehran, Kamran, Cavid, Xəyal, Laçın, Müğdət və Rüstəmin olduğunu, yaranmış səs-küyə də onun və Füzulinin gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid3 izahatında göstərdiyi xüsusatları təsdiq edərək, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Rövşənin yaşadığı evin həyətinin çöl qapısının qarşısında olduğunu və kənarda telefon ilə danışdığını, həmin vaxt Rövşənin yaşadığı evin həyətinin çöl qapısının qarşısından səs-küy gəlməsini eşitdiyini və tez oraya getdiyini və oraya gedən zaman Sehranın Cavadın qolundan tutub onu kənara çəkərək Cavada Əfsunu vurmamasını, onunla işi olmamasını söylədiyini, onun həmin vaxt Əfsuna baxarkən onun dodağında xəsarət olmasını gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 518 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - boynun aşağı 1/3-nin sağ nahiyəsinin qançırı, alt dodağın şişkinliyi, diş səthinin sol nahiyəsinin yarası, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Mürsəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Mürsəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 avqust 2022-ci il tarixli, 130 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Mürsəl kəndinə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası X1 xx.xx.1973-cü il təvəllüdlü; anası X3 xx.xx.1973-cü il təvəllüdlü; nənəsi X2 1939-cu il təvəllüdlü. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-in 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-in 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-in 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-cü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçün isə CM-in ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-in Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin gənc olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində təhqiqat zamanı qətimkan tədbiri seçilməmişdir və hazırda da qətimkan tədbirinin seçilməsi üçün zərurət yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-102/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-102/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver