Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-102/2023 11.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1954-cü ildə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, azərbaycanlı, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixli, **********73 nömrəli çıxarışla mülkiyyətinə verilmiş “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olan Ağdaş rayonu Qolqəti kəndində yerləşən 1,7856 hektar torpaq sahəsində 2022-ci ilin yanvar ayının ortalarında bioloji inkişafda köküstə yaş halda olan dəyəri 250 manat olan 1 ədəd, diametri 25 sm, dəyəri 700 manat olan 1 ədəd, diametri 46 sm, dəyəri 800 manat olan 1 ədəd, diametri 48 sm, dəyəri 1400 manat olan 1 ədəd, diametri 60 sm, dəyəri 1450 manat olan 1 ədəd, diametri 61 sm olan ümumilikdə 5 ədəd qovaq ağacını qanunsuz kəsib təbiətə 4600 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünə məxsus Ağdaş rayonu Qolqəti kəndində yerləşən çöl pay torpaq sahəsi olduğunu, həmin topraq sahəsinin ona 1996-cı ildə torpaq islahatlarından sonra dövlət tərəfindən verildiyini, özü də həmin topraq sahəsində meyvə ağacları əkərək özü üçün bağ sahəsi saldığını, həmin torpaq sahəsinin 2 ha sahəsində alça, gavalı, armud və gilas ağacları əkdiyini, həmçinin həmin torpaq sahəsində kölgəlik məqsədi ilə təxminən 1998-ci ildə 8 ədəd qovaq ağacı əkdiyini, lakin həmin ağaclar artıq çox böyüdüyü və meyvə ağaclarına kölgə salaraq onların inkişafına mane olduğundan 2022-ci ilin yanvar ayında kəsmək qərarına gəldiyini, buna görə də hazırda dəqiq yadında olmayan tarixdə həmin bağ sahəsinə gedərək özünə məxsus motorlu mişar ilə kəsməyə başladığını, həmin gün ümumilikdə 5 ədəd qovaq ağacını kəsdiyini, həmin qovaq ağaclarından 1 ədəd ağac kökündən quruduğunu, qalan 4 ədəd qovaq ağacı isə yaş vəziyyətdə olduğunu, həmin ağacları kəsdikdən sonra budaqlarının bir hissəsi ilə ona məxsus bağ sahəsinin kənarlarını tutmaq üçün istifadə etdiyini, bir hissəsini isə yaşadığı evə apararaq yandırdığını, xx.xx.2022-ci il tarixdə Mingəçevir regional ekologiya idarəsindən bir neçə şəxs ona məxsus ağacları kəsdiyi torpaq sahəsinə gələrək onu də ora çağırdıqlarını, özü də həmin yerə getdiyini, bu zaman ekologiya idarəsinin əməkdaşlarının ona kəsilmiş ağacların kimə məxsus olmasını soruşduqlarını, özü də onlara ağacların ona məxsus olmasını və həmin ağacların özünə məxsus meyvə ağaclarına kölgə saldığı üçün onun tərəfindən kəsildiyini bildirdiyini, daha sonra bu məzmunda izahat verdiyini, daha sonra həmin şəxslərin onu Mingəçevir şəhərinə çağırdıqlarını, özü də ekologiya idarəsinə getdiyini, həmin vaxt ona barəsində toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəriləcəyini bildirdiklərini, bundan sonra təxminən 2022-ci ilin may ayında onu Ağdaş rayon prokurorluğuna dəvət etdiklərini, özü də rayon prokurorluğuna gəldiyini və yenə də izahat verdiyini, daha sonra prokurorluğun əməkdaşı ilə birlikdə ona məxsus pay torpaq sahəsinə getdiyini və ağacların kəsildiyi yerə baxış keçirildiyini və fotoşəkilləri çəkildiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayon prokurorluğunda verdiyi izahatında 2022-ci ilin yanvar ayında adını bilmədiyi Göyçay rayon sakinlərinin ona məxsus pay torpağında olan 8 ədəd ağacı kəsmək istəmələrini söylədiklərini, özünün də 5 ədəd qovaq ağacının ona məxsus meyvə ağacların kölgə saldığından həmin 5 ədəd ağacın kəsilməsinə razılıq verdiyini, daha sonra həmin şəxslərin gələrək ona məxsus bağ sahəsində olan 1 ədəd quru və 4 ədəd yaş vəziyyətdə olan qovaq ağaclarını kəsərək ağacaların gövdələrini özləri ilə apardıqlarını bildirməsi ilə bağlı nəyə görə bu məzmunda ifadə verməyini xatırlamadığını, həmin ağacları özü 2022-ci ilin yanvar ayının ortalarında motorlu mişar ilə kəsdiyini, həmin torpaq sahəsinin özünə məxsus olmasını təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********73 və **********74 saylı “Çıxarış”ları olduğunu, həmin sənədləri araşdırma üçün təqdim etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-bioloji və məhkəmə-əmtəəşunaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar 12 may 2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində yerləşən torpaq sahəsinə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçi müfəttişi baş məsləhətçi Zeynəddin Məmmədov, məsləhətçi müfəttiş Şahid1 və Ağdaş rayon Qolqəti kənd bələdiyyə sədri Süleyman Səfərov ilə birgə baxış keçirildiyini, baxış zamanı torpaq sahəsinin Ağdaş rayonu Qolqəti kənd sakini Təqsirləndirilən şəxs mülkiyyətində olan pay torpaq sahəsi olduğu, həmin pay torpaq sahəsində 5 ədəd müxtəlif diametrli köküstə yaş qovaq ağacının kəsildiyi müəyyən edildiyini, aparılan hesablama nəticəsində təbiətə ümumilikdə 4600 manat ziyan vurulduğu müəyyən edildiyini, baxış zamanı 5 ədəd müxtəlif diametrli köküstə yaş qovaq ağacının Ağdaş rayonu Qolqəti kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edildiyini, Təqsirləndirilən şəxs həmin ağacları bağ sahəsinə kölgə salaraq məhsuldarlığı aşağı saldığı üçün kəsdiyini bildirdiyini, bununla bağlı Təqsirləndirilən şəxs izahatı alındığını və müvafiq akt tərtib olunduğunu, müvafiq sənədləşmələr aparıldıqdan sonra bu barədə idarə rəhbərliyinə məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2h Tacı oğlu ifadəsində Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsində baş məsləhətçi müfəttiş vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar 12 may 2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində yerləşən torpaq sahəsinə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçi Zeynəddin Məmmədov, məsləhətçi müfəttiş Şahid1 və Ağdaş rayon Qolqəti kənd bələdiyyə sədri Süleyman Səfərov ilə birgə baxış keçirdiklərini, baxış zamanı torpaq sahəsinin Ağdaş rayonu Qolqəti kənd sakini Təqsirləndirilən şəxs mülkiyyətində olan pay torpaq sahəsi olduğu, həmin pay torpaq sahəsində 5 ədəd müxtəlif diametrli köküstə yaş qovaq ağacının kəsildiyi müəyyən edildiyini, aparılan hesablama nəticəsində təbiətə ümumilikdə 4600 manat ziyan vurulduğu müəyyən edildiyini, baxış zamanı 5 ədəd müxtəlif diametrli köküstə yaş qovaq ağacının Ağdaş rayonu Qolqəti kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edildiyini, Təqsirləndirilən şəxs həmin ağacları bağ sahəsinə kölgə salaraq məhsuldarlığı aşağı saldığı üçün kəsdiyini bildirdiyini, bununla bağlı Təqsirləndirilən şəxs izahatı alındığını və müvafiq akt tərtib olunduğunu, müvafiq sənədləşmələr aparıldıqdan sonra bu barədə idarə rəhbərliyinə məlumat verdiyini, Təqsirləndirilən şəxs özü öz xətti ilə izahat verdiyini, ona hər hansı bir formada təsir olunmadığını, izahat verərkən 5 ədəd ağacı kəsdiyini etiraf etdiyini, bundan başqa ağacların hər birinin köküstə yaş olması ilə əlaqədar Bərdə RMTM-dən müvafiq rəy alındığını, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məlumat xx.xx.2022-ci il tarixdə daxil olduğunu, həmin 5 ədəd ağac isə təxmini olaraq yanvar ayında kəsildiyini, Təqsirləndirilən şəxs ağacları Göyçay rayon sakinləri tərəfindən kəsildiyini bildirdiyini, lakin Təqsirləndirilən şəxs əvvəl soruşan zaman həmin ağacları özünün kəsdiyini dediyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2h Tacı oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində Ağdaş rayon Qolqəti kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Qolqəti bələdiyyəsinin tərkibinə Qolqəti, Korarx və Cüvə kəndi ərazisində torpaqlar daxil olduğunu, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumatla tanış olduğunu, Təqsirləndirilən şəxs Ağdaş rayon Qolqəti kənd sakini kimi tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, onun barəsində bələdiyyəyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığını, Təqsirləndirilən şəxs mülkiyyətində Ağdaş rayonu Qolqəti kəndində 3.54 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin bir hissəsində alça ağacları əkdiyini, Təqsirləndirilən şəxs pay torpaq sahəsində ağacları kəsməsi ilə bağlı məlumatı olmadığını, xx.xx.2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar 12 may 2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində yerləşən torpaq sahəsinə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçi Zeynəddin Məmmədov, məsləhətçi müfəttiş Şahid2 və məsləhətçi Şahid1 birgə baxış keçirtdiklərini, baxış zamanı torpaq sahəsinin Ağdaş rayonu Qolqəti kənd sakini Təqsirləndirilən şəxs mülkiyyətində olan pay torpaq sahəsi olduğu, həmin pay torpaq sahəsində 5 ədəd müxtəlif diametrli köküstə yaş qovaq ağacının kəsildiyi müəyyən edildiyini, baxış zamanı 5 ədəd müxtəlif diametrli köküstə yaş qovaq ağacının Ağdaş rayonu Qolqəti kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edildiyini, Təqsirləndirilən şəxs həmin ağacları bağ sahəsinə kölgə salaraq məhsuldarlığı aşağı saldığı üçün kəsdiyini bildirdiyini, bununla bağlı Təqsirləndirilən şəxs izahatı alındığını və müvafiq akt tərtib olunduğunu, tərtib edilmiş akt imzalanaraq təsdiq edildiyini, Fərrux Nabiyev özü öz xətti ilə izahat verdiyini, ona hər hansı bir formada təsir olunmadığını, izahat verərkən 5 ədəd ağacı kəsdiyini etiraf etdiyini, bundan başqa ağacların hər birinin köküstə yaş olması ilə əlaqədar Bərdə RMTM-dən müvafiq rəy alındığını, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məlumat xx.xx.2022-ci il tarixdə daxil olduğunu, həmin 5 ədəd ağac isə təxmini olaraq yanvar ayında kəsildiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2763 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 5 ədəd qovaq cinsli müxtəlif diametrli, bioloji inkişafda olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəyimiş ziyanın ümumi məbləği 4600,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlar (**********74 və **********73) surətindən görünür ki, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1.7345 və 1.7856 ha torpaq sahələri xx.xx.2020-ci il tarixldə kənd təsərrüfatı məhsullarının istifadəsi məqsədilə verilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət ekoloji təhlükəsizlik xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli 67103 №li aktdan və akta əlavə olunmuş cədvəldən görünür ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “Ağdaş rayonu Qolqəti kəndində yol kənarında ağacların kəsilməsi” ilə əlaqəli daxil olan məlumat İdarənin xx.xx.2022-ci il tarixli 123 saylı sərəncamı əsasında İdarənin əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Ağdaş rayon Qolqəti kənd bələdiyyəsinin sədri Şahid3 iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı Ağdaş rayonu Qolqəti kəndində bələdiyyə tərəfindən verilmiş pay torpaq sahəsinin kənarında diametrləri 25 sm olan 1 ədəd, 46 sm olan 1 ədəd, 48 sm olan 1 ədəd, 60 sm olan 1 ədəd, 61 sm olan 1 ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsi faktı aşkar edilmişdir. Təqsirləndirilən şəxs izahatı alınmış, izahatında bildirmişdir ki, “ağaclar onun tərəfindən əkilmişdir və meyvə ağaclarına kölgə salaraq inkişafına maneə olduğu üçün kəsmişdir”. Beləliklə, Təqsirləndirilən şəxs “Yaşıllıqların mühafizəsi Haqqında Qanunun 13-cü maddəsinin tələblərini pozaraq təbiətə xeyli miqdarda, yəni 4600 manat məbləğində ziyan vurmuşdur. Araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli 67103 saylı Akt tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ/6-22/2-538/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin ictimai işlərində həmiyşə aktiv olub, kənd əhalisi arasında xüsusi hörmət qazanmışdır. O əvvəllər Qolqəti kəndində yerləşən N.Nərimanov adına kolxozda anbardar-kassir vəzifəsində çalışmışdır. Kalxoz dağıldıqdan sonra müxtəlif vəzifələrdə çalışmışdır. 2007-ci ildən 210-cu ilə kimi Ağdaş rayon İcra hakimiyyəti Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. Hal-hazırda təqaüdçüdür. Təqsirləndirilən şəxs intizamlı və hamıya qarşı səmimiyyəti və diqqəti ilə seçilib. Təqsirləndirilən şəxs barəsində əhali arasında istərsədə, inzibati məlumat və şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023cü il tarixli 5-32-12/2-147/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qolqəti kəndində təsərrüfatbaşına kitabında qeydiyyatda olmaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı 1956-cı il təvəllüdlü X3. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəbiyev X2 şəhərində mütəmadi olaraq müayinə və müalicə olunur. Buna görə də Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-102/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-102/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver