Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-102/2024 23.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb, daşımış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 20,38 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:01 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Heydər xiyabanında yerləşən Heydər Əliyev adına parkın ərazisində saxlanılaraq Ağdaş RPŞ-nin Ağdaş şəhəri, M.İsayev, 12 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda həmin tarixdə saat 14:33-dən 14:52dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 2 ədəd polietilen paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 11,33 qram və 9,05 qram, ümumi təmiz çəkisi 20,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin fevral ayının sonlarında Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisindən keçən su kanalının kənarında 3 ədəd plastik qablarda əkmiş, həmin toxumlardan inkişaf etmiş 03 (üç) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisindən keçən su kanalının kənarına həmin tarixdə saat 14:26-dan saat 14:47-dək keçirilmiş baxış zamanı 3 ədəd plastik qabda 3 ədəd uzunluqları 12 smdən 15 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 0,54 qram əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, istifadə etmədiyi vaxtlarda bədənində ağrılar olduğunu, xx.xx.2024-cü il tarixdə yaşadığı Mingəçevir şəhərində yerləşən 8 saylı tam orta məktəbin ərazisində gəzərkən yerdə 2 ədəd polietilen paket gördüyünü, polietilen paketləri yerdən götürərək açdığını, içərilərində narkotik vasitə olan “nəşə” adlandırdığı qurudulmuş marixuana olmasını gördüyünü, həmin kütləni daha sonra istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə Ağdaş rayonunda yaşayan tanışları ilə görüşmək üçün Ağdaş rayonuna gəldiyini, təxminən saat 14:01 radələrində Ağdaş şəhəri, Heydər xiyabanında yerləşən Heydər Əliyev adına parkın ərazisində olan vaxt polis əməkdaşları ona yaxınlaşdıqlarını, narkotik vasitələrdən istifadə etməsi barədə onlara məlumat daxil oluduğunu söylədiklərini, ona görə də üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini, onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində ona seçdiyi vəkil təyin edilib, şübhəli şəxs qismində tutduqlarını, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli idman gödəkçəsinin altından geyindiyi yaşıl rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd “İNOİ markalı mobil telefonu, əynində olan göy rəngli idman gödəkçəsinin sol iç cibindən eynəyi, həmin gödəkçənin sağ yan cibindən 2 ədəd polietilen paketi və əlində saxladığı cib dəsmalını təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparıldığını, üzərində hər hansı əşya aşkar olunmadığını, sonra üzərindən aşkar olunmuş 2 ədəd polietilen paketlərə vizual baxış keçirildiyini, daha sonra həmin polietilen paketlər polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildiyni, çəkiləri müvafiq olaraq 12,06 qram və 9,77 qram olduğunu, içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan polietilen paketlər 1 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, sonra aşkar olunmuş 1 ədəd “İNOİ” markalı mobil telefon da 1 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını, bundan sonra üzərindən aşkar olunmuş siqaret qutusu açıldığını, içərisində siqaret dənəciklərinin olması müəyyən olunduğunu, üzərindən aşkar olunmuş digər əşyalar özünə qaytarıldığını, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırıldığını, şəxsi axtarış aparılması zamanı “Panasonic” markalı kameradan istifadə olunduğunu, həyata keçirilən çəkiliş (yazı) barədə iştirakçılar xəbərdar edildiyini, çəkiliş lenti 1 ədəd “DVD” markalı diskdə protokola əlavə edildiyini, ekspert rəyi ilə tanış olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuana kütləsi ona məxsus olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitəni dəqiq olaraq xx.xx.2024-cü il tarixdə tapdığını, sadəcə olaraq şəxsi axtarış və götürmə zamanı dəqiq olaraq ayın tarixini bilmədiyindən səhvən bir həftə öncə tapdığını söylədiyini, üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından və həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxlamağından heç kimin xəbəri olmadığını, sadə tipli mobil telefondan və ***- ***-**-** mobil nömrəsindən istifadə etdiyini bildirdi. Bundan başqa, xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “MTS”-lə üz-üzə olan qəbiristanlığın qarşısından piyada keçərkən yerdən 1 ədəd kibrit qutusunda kağız büküm tapdığını, həmin kibrit qutusunu daha sonra kağız bükümü açıb içinə baxdıqda içərisindəki kütlənin narkotik vasitə olan “nəşə” olmasını anladığını, kibrit qutusunu kənara tulladığını, kağız bükümün içərisindəki “nəşə”ni istifadə etməyi üçün üzərində saxladığını, eyni zamanda bir müddət bundan əvvəl özünün gələcəkdə istifadə etməyi üçün tapdığı narkotik vasitə olan “nəşə”nin içərisindən götürərək 3 ədəd narkotik tərkibli bitki toxumunu 3 ədəd plastik qaba əkərək Ağdaş rayonu, Pirkəkə kəndi ərazisindən keçən su kanalının kənarına qoyduğunu, həmin bitkilərə gedib qulluq etdiyini, su verdiyini, dibini boşaltdığını, xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində hərəkətdə olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi və Ağdaş rayonu, Pirkəkə kənd ərazisində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi ilə məşğul olmada şübhəli olduğumu bildirərək onu Ağdaş RPŞ-yə gətirdiklərini, Ağdaş RPŞdə şübhəli şəxs qismində tutulduğunu, seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu, əgər varsa təqdim etməyi söylənildiyini, əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən siqaret qutusunu, eynəyini, alışqanı və sol cibindən cib dəsmalını, həmin gödəkcənin sol iç cibindən kağız bükümü təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmadığını, sonra kağız büküm açıldığını, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edildiyini, kağız bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan kağız bükümün təxmini çəkisinin 0,82 qram olması müəyyən edildiyini, 1 ədəd kağız büküm zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, bundan sonra həmin tarixdə polis əməkdaşları ilə onun tərkibində narkotik maddələr olan bitkiləri dibçəyə əkərək qoyduğu yerə, yəni Ağdaş rayonu, Pirkəkə kəndi ərazisindən keçən su kanalının kənarına getdiklərini, baxışa başlanılmazdan əvvəl polis əməkdaşları tərəfindən iştirakçılara hüquq və vəzifələri izah olunduğunu, baxışın videoçəkiliş vasitəsi ilə aparılması elan olunduğunu, heç bir etiraz daxil olmadığını, polis əməkdaşı tərəfindən ona tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməyi söylənildiyini, bundan sonra onun göstərdiyi yol ilə hərəkətə başladıqlarını, həmin ərazidən, yəni göstərmiş olduğu yerdən hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd dibçəyə əkilmiş tərkibində narkotik maddələr olan bitki şitilləri aşkar olunduğunu, polis əməkdaşı tərəfindən ondan şitillərin nə olması soruşulduğunu, həmin bitki şitillərinin tərkibində narkotik maddələr olan bitki olmasını söylədiyini, həmin bitkilərin toxumlarını haradan tapmağını və nə üçün əkməyini soruşulduğunu, həmin bitkilərin toxumlarını özünün əvvəllər istifadə etdiyi narkotik tərkibli bitki kütləsinin içərisindən götürərək, gələcəkdə böyüdüb, qurudub şəxsi istifadəsi üçün əkdiyini söylədiyini aqronom həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra təhqiqatçı bitki şitillərini plastik qablardən kökü il birgə çıxartdığını, bundan sonra həmin bitki şitillərinin uzunluqları polis əməkdaşı tərəfindən ölçüldüyünü, həmin bitki şitillərinin uzunluqlarının 12 sm, 13 sm və 15 sm olması müəyyən edildiyini, 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, daha sonra içərisində sadəcə torpaq olan plastik qablar da 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, iştirakçılar tərəfindən imzalandığını, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün sonlandırıldığını, ekspert rəyi ilə tanış olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuana kütləsi ona məxsus olduğunu, həmin narkotik vasitəni dəqiq olaraq xx.xx.2024-cü il tarixdə tapdığını, sadəcə olaraq şəxsi axtarış və götürmə zamanı dəqiq olaraq ayın tarixini bilmədiyindən səhvən bir həftə öncə tapdığını söylədiyini, üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından və həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxlamağından heç kimin xəbəri olmadığını, üzərindən aşkar edilən kütlə narkotik vasitə olan “nəşə” olduğunu, həmin kütləni xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “MTS”-lə üz-üzə olan qəbiristanlığın qarşısından piyada keçərkən yerdən tapdığını, və istifadə etməyi üçün üzərində saxladığını, həmin əraziyə, yəni Ağdaş rayonu, Pirkəkə kəndi ərazisində su kanalının kənarında tərkibində narkotik maddələr olan bitkilər əkdiyini, həmin bitkilərin toxumlarını özünün istifadə etdiyi narkotik tərkibli bitki kütəsinin içərisindən tapıb götürərək, gələcəkdə özünün şəxsi istifadəsi üçün əkdiyini, ekspert rəyi ilə tanış olduğunu, həmin çəkidə olan narkotik vasitə qurudulmuş marixuana kütləsi və əkdiyi narkotik tərkibli çətənə şitilləri özünə məxsus olduğunu, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını fevral ayının sonlarında əldə edib, plastik qablərdə əkdiyini, özünəməxsus mobil telefonu olduğunu və üzərində öz adına olan ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini bildirdi. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edildiyini, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 14:01 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Heydər xiyabanında yerləşən Heydər Əliyev adına parkın ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi ilə təmin olunduğunu Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini söylədiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edildiyini, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, O, əynində olan göy rəngli idman gödəkçəsinin altından geyindiyi yaşıl rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd mobil telefonu, əynində olan göy rəngli idman gödəkçəsinin sol iç cibindən eynəyi, həmin gödəkçənin sağ yan cibindən 2 ədəd polietilen paketləri və əlində saxladığı cib dəsmalını təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşı tərəfindən Səbuhinin üzərində şəxsi axtarış aparıldığını, üzərində hər hansı əşya aşkar olunmadığını, sonra Səbuhinin üzərindən aşkar olunmuş 2 ədəd polietilen paketdə narkotik tərkibli bitkiyə bənzər bitki kütlələrinə vizual baxış keçirildiyini, daha sonra həmin polietilen paketlər polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildiyini, çəkiləri müvafiq olaraq 12,06 qram və 9,77 qram olduğunu, içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan polietilen paketlər 1 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, sonra aşkar olunmuş 1 ədəd mobil telefon da 1 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını, bundan sonra Səbuhinin üzərindən aşkar olunmuş siqaret qutusu açıldığını, içərisində siqaret dənəciklərinin olması müəyyən olunduğunu, üzərindən aşkar olunmuş digər əşyalar özünə qaytarıldığını, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırıldığını, şəxsi axtarış aparılması zamanı “Panasonic” markalı kameradan istifadə olunduğunu, həyata keçirilən çəkiliş (yazı) barədə iştirakçılar xəbərdar edildiyini, çəkiliş lenti 1 ədəd “DVD” markalı diskdə protokola əlavə edildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin marixuana olduğunu, onu xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində yerləşən 8 saylı tam orta məktəbin ərazisində gəzərkən yerdən tapdığını, istifadə üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs əməliyyat məlumatı daxil olmamışdan öncə tanımadığını, Səbuhi ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirdi. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Ağdaş RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi, eləcə də tərkibində narkotik maddələr olan bitkiləri Ağdaş rayonu, Pirkəkə kənd ərazisində əkib-becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edildiyini, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təmin olunduğunu, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və Ağdaş rayonu, Pirkəkə kənd ərazisində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini söylədiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edildiyini, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, Səbuhi əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindən siqaret qutusunu, eynəyini, alışqanı və sol cibindən cib dəsmalını, həmin gödəkcənin sol iç cibindən kağız bükümü təqdim edərək həmin əşyaları masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşı tərəfindən Səbuhinin üzərində axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa Səbuhinin üzərindən başqa heç bir əşya aşkar olunmadığını, sonra kağız büküm açıldığını, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edildiyini, kağız bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan kağız bükümün təxmini çəkisinin 0,82 qram olması müəyyən edildiyini, 1 ədəd kağız büküm zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, Səbuhinin üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, Təqsirləndirilən şəxs ilkin olaraq həmin kütləni xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “MTS”-lə üz-üzə olan qəbiristanlığın qarşısından piyada keçərkən yerdən 1 ədəd kibrit qutusunda kağız büküm tapdığını, həmin kibrit qutusunu daha sonra kağız bükümü açıb içinə baxdıqda həmin bükümün içərisindəki kütlənin narkotik vasitə olan nəşə” olmasını anladığını söylədiyini, bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri plastik qablara əkərək qoyduğu yerə, yəni Ağdaş rayonu, Pirkəkə kəndi ərazisindən keçən su kanalının kənarına getdiklərini, baxışa başlanılmazdan əvvəl polis əməkdaşları tərəfindən iştirakçılara hüquq və vəzifələri izah olunduğunu, baxışın videoçəkiliş vasitəsi ilə aparılması elan olunduğunu, heç bir etiraz daxil olmadığını, polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməyi söylənildiyini, bundan sonra Səbuhinin göstərdiyi yol ilə hərəkətə başladıqlarını, Səbuhi dayandığı yerdən hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd plastik qaba əkilmiş tərkibində narkotik maddələr olan bitki şitilləri aşkar olunduğunu, Polis əməkdaşı tərəfindən Səbuhidən bu bitki şitillərinin nə olması soruşulduğunu, Səbuhi həmin bitki şitillərinin tərkibində narkotik maddələr olan bitki olmasını söylədiyini, Səbuhidən həmin bitkilərin toxumlarını haradan tapmağını və nə üçün əkməyi soruşulduğunu, Səbuhi, həmin bitkilərin toxumlarını özünün əvvəllər istifadə etdiyi narkotik tərkibli bitki kütləsinin içərisindən götürərək, gələcəkdə böyüdüb şəxsi istifadəsi üçün əkdiyini söylədiyini, aqronom həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra təhqiqatçı 3 ədəd bitki şitillərini plastik qablardən kökü il birgə çıxartdığını, bundan sonra həmin bitki şitillərinin uzunluqları polis əməkdaşı tərəfindən ölçüldüyünü, həmin bitki şitillərinin uzunluqlarının 12 sm, 13 sm və 15 sm olması müəyyən edildiyini, 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, daha sonra içərisində sadəcə torpaq olan plastik qablarda 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərf iştirakçılar tərəfindən imzalandığını, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün sonlandırıldığını, Təqsirləndirilən şəxs əməliyyat məlumatı daxil olmamışdan öncə tanımadığını, Səbuhi ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Səbuhinin narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirdi. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Səbuhi üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindən siqaret qutusunu, eynəyini, alışqanı və sol yan cib dəsmalını, həmin gödəkcənin sol iç cibindən kağız bükümü təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamış, sonra kağız büküm açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edilmiş, kağız bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan kağız bükümün təxmini çəkisinin 0,82 qram olması müəyyən edilmiş, 1 ədəd kağız büküm zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, şəxsi axtarış aparılması zamanı Panasonic markalı kameradan istifadə olunmuş, həyata keçirilən çəkiliş (yazı) barədə iştirakçılar xəbərdar edilmiş və çəkiliş lentləri 1 ədəd “DVD” markalı diskdə protokola əlavə edilmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş rayonu, Pirkəkə kəndi ərazisindən keçən su kanalının kənarı olmuş, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməsi soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə başlamış, bundan sonra həmin ərazidən, yəni Təqsirləndirilən şəxs göstərmiş olduğu yerdən hər biri ayrı-ayrılıqda olmaqla 3 ədəd plastik qaba əkilmiş tərkibində narkotik maddələr olan bitki şitilləri aşkar olunmuş, Təqsirləndirilən şəxs onların nə olması soruşulmuş, Təqsirləndirilən şəxs həmin bitki şitillərinin tərkibində narkotik maddələr olan bitki olmasını söyləmiş, həmin şitillərin toxumlarını haradan tapmasını və nə üçün əkməsi soruşulmuş, Səhubi Həsənov da həmin bitkilərin toxumlarını özünün istifadə etdiyi maddədən götürərək, gələcəkdə baxıb böyüdüb özünün şəxsi istifadəsi üçün əkdiyini söyləmiş, aqronom həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra təhqiqatçı 3 ədəd bitki şitillərini plastik qablardan kökü il birgə çıxartmış, bundan sonra həmin bitki şitillərinin uzunluqları polis əməkdaşı tərəfindən ölçülmüş, həmin bitki şitillərinin uzunluqlarının 12 sm, 13 sm və 15 sm olması müəyyən edilmiş, 1 ədəd kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmiş, daha sonra içərisində sadəcə torpaq olan plastik qablar də 1 ədəd kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmış, bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün sonlandırılmış, baxış aparılarkən Panasonic markalı videokameradan istifadə edilmiş, videoçəkiliş köçürülmüş 1 ədəd “DVD” markalı disk protokola əlavə edilmiş və videogörüntü iştirakçılara nümayiş etdirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli HK-1/417 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi”. yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki 2 (iki) ədəd polietilen paketlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 11,33 qram və 9,05 qram, ümumi çəkiləri - 20,38 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd polietilen paketlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2024-cü il tarixli 577 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş 2024-cü ilin yanvar ayında verilmiş, 52 saylı arayışdan görünür ki, Həsənov X5 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Həsənov X5 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 1 azaldılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndində əsasən cəzadan azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhəri üzrə 3 saylı MİS-dən verilmiş 01 aprel 2024-cü il tarixli, 57 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində MKTK-nın 3 saylı Mənzil İstismar sahəsinə heç bir şikayət və narazılıq daxil olmayıb. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən Mingəçevir şəhəri üzrə 3 saylı MİS-dən verilmiş 05 aprel 2024-cü il tarixli, 110 saylı arayışdan görünür ki, xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş Həsənov X5 şəhəri, Naxçıvan küçəsi 50/1 ünvanında yaşayır və ailə tərkibi – arvadı X6 1982-ci il təvəllüdlü, oğlu - X9 2003-cü il təvəllüdlü, qızı - X3 2012-ci il təvəllüdlüdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən Mingəçevir şəhər X1 verilmiş 08 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Həsənov X5 şəhər X2 10 aprel 2014-cü il tarixdən uçotdadır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:18də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 10:30-da tanış edilmişdir İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:10-da tanış edilmişdir. İşin materiallarında olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünürki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib ********* nömrə altında istintaq davam etdirilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2024-cü il tarixli, 2-15827/2024 saylı axtarışda olan şəxsin tutulması barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər ərazisində tutularaq Mingəçevir RPŞ-yə gətirilmiş və aidiyyəti üzrə X4 təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(014)-55/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il ay 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökm 17 iyul 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir. Qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı xeyli miqdarda olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(014)-55/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək, 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək və 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 5 (beş) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 5 (beş) gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan, 20,87 qram narkotik vasitə olan qurudulmuş marixuana, 3 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitilləri və 3 (üç) ədəd plastik qablar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70,52 (yetmiş manat, əlli iki qəpik) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(014)-55/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək, 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək və 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 5 (beş) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 5 (beş) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 20,87 qram narkotik vasitə olan qurudulmuş marixuana, 3 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitilləri və 3 (üç) ədəd plastik qablar məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 70,52 (yetmiş manat əlli iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-102/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-102/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver