Məhkəmə qərarları › İş №1(014)-103/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-103/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-103/2023 10.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 9,18 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Maşad kəndində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 18:41 dəqiqədən 18:54 dəqiqəyədək ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,18 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunduğunu, xx.xx.2023-cü il tarixdə yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsi ərazisində olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşlarından qaçmaq istəyərkən polis əməkdaşlarının onu tutduqlarını, İzzət, Cəsur və İlahi adlı polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edildiyini və orada həmin şəxslər tərəfindən döyüldüyünü, daha sonra “Çeşka” markalı avtomobil ilə Ağdaş rayon Polis şöbəsinin inzibati binasına gətirildiyini, inzibati binada otaqların birində əyinində olan qış gödəkçəsinin cibinə siqaret qutusunda narkotik vasitə qoyulduğunu, təhqiqatçıya döyüldüyünü bildirdiyini, lakin təhqiqatçının ona heç bir söz demədiyini, daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduğunu, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı əynində olan idman şalvarının sağ yan cibindən pul kisəsinin, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən özünə məxsus siqaret qutusunun, həmin gödəkcənin sol yan cibindən üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş siqaret qutusunun aşkar edildiyini, daha sonra həmin siqaret qutusunun açıldığını, içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsinin aşkarlandığını, daha sonra həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini, daha sonra kağız zərfə qablaşdırıldığını bildirdi, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən döyülərək üzərinə qoyulduğunu, hazırkı cinayətlə bir əlaqəsinin olmadığını bildirərək ona cinayət işi üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən şübhəli şəxs qismində ifadə verən zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı evin yerləşdiyi Ağdaş şəhəri, Məşəd küçəsində olan zaman Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşdığını, ona narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə rayon polis şöbəsinə əməliyyat məlumatının daxil olmasını bildirdiklərini, daha sonra üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşlarından qaçmaq istəsə də, polis əməkdaşlarının onu tutduğunu, bundan sonra onu rayon Polis şöbəsinə gətirdiklərini, rayon Polis şöbəsinə ona dövlət hesabına müdafiəçi təyin edilərək şübhəli şəxs qismində tutulduğunu, şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının iştirakı ilə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd siqaret qutusu aşkar olunduğunu, siqaret qutusuna baxdıqda içərisindən 1 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan bükümün açıldıqda içərisindən yaşıl rəngli, xüsusi iyə malik qurudulmuş bitki kütləsinin aşkar olunduğunu, sonra həmin bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 9,4 qram olduğunu, bundan sonra həmin sellofan bükümdəki bitki kütləsinin kağız zərfdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, özünün və digər iştirakçıların həmin zərfi imzaladıqlarını, polis əməkdaşının ondan üzərindən aşkar edilərək götürülümüş bitki kütləsinin nə olmasını və haradan əldə etməsini soruşduğunu, özünün də polis əməkdaşına həmin bitki kütləsinin narkotik vasitə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını söylədiyini, həmçinin şəxsi axtarış zamanı üzərindən bir qutu siqaret, içərisində 46 AZN, 1 ABŞ dolları və 100 Rusiya rublu olan pul kisəsinin aşkar edildiyini və daha sonra onların özünə qaytarıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşlarından qaçmaq istəyən zaman yıxıldığını və sıyrıq xəsarətləri aldığını bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş istintaq hərəkətlərinin protokolları, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 05 fevral 2023-cü il tarixdə ona Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, buna görə də tərəfindən müvafiq sənədləşmələr aparıldığnı və əməliyyat qrupu yaradıldığını, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2, həmçinin Post Patrul Xidməti Bölməsinin polis nəfərləri Şahid5 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsinə getdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında gözləməyə başladıqlarını, bundan bir qədər sonra Təqsirləndirilən şəxs Məşəd küçəsini Bakı-Ağdaş- Yevlax avtomobil yoluna bağlanan dəmir körpüdən yaşadığı ev istiqamətində gəldiyini görüb ona yaxınlaşdıqlarını, lakin İlhamın onları görən kimi Məşəd küçəsinin sağ tərəfində yerləşən dərəyə tərəf qaçmağa başladığını, Təqsirləndirilən şəxs saxlamaq üçün arxasınca qaçdıqlarını, İlhamın dərənin yanında olan qaz borusunun üzərindən tullanmaq istəyərkən ayağı sürüşərək dərəyə yıxıldığını, onların da İlhamın ardınca dərəyə getdiklərini və İlhamı yaxalayıb özünə məxsus avtomobillə polis şöbəsinə gətirdiklərini, avtomobildə Şahid4 İlhamın sağ tərəfində, Şahid5 isə sol tərəfində əyləşdiyini, özünün avtomobili idarə etdiyini və Raminin də avtomobildə sağ qabaq oturacaqda əyləşdiyini, Ağdaş rayon Polis şöbəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verdiyini, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildiyini və üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşının Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını və haradan əldə etməsini soruşduğunu, Təqsirləndirilən şəxs da həmin vaxt ona heç bir kənar müdaxilə olmadan üzərindən aşkar edilmiş bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 9,4 qram olduğunu, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bitki kütləsinin və mobil telefonun ayrı-ayrı kağız zərflərdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini, sonra həmin protokolun ucadan oxunduğunu, onların heç bir etirazı olmadığı üçün həmin protokolu imzaladıqlarını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs saxlamaq istəyərkən onun polis əməkdaşlarından qaçıb yaxınlıqda olan dərəyə yıxıldığını, onların İlhamı yerdən qaldırmaq istəyəndə isə İlhamın başını bir neçə dəfə torpağa vurmağa, üzünü kolluqlara sürtməyə başladığını, Təqsirləndirilən şəxs xəsarətləri yerə yıxılarkən, başını torpağa vurarkən və üzünü kolluqlara sürtərkən aldığını düşündüyünü, Təqsirləndirilən şəxs saxlanılan zaman, rayon polis şöbəsinə gətirilərkən, həmçinin rayon polis şöbəsində onu heç bir polis əməkdaşının vurmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Cinayət axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 05 fevral 2023-cü il tarixdə Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, həmçinin Post Patrul Xidməti Bölməsinin polis nəfərləri Şahid5 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsinə getdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında gözləməyə başladıqlarını, bundan bir qədər sonra Təqsirləndirilən şəxs Məşəd küçəsini Bakı-Ağdaş-Yevlax avtomobil yoluna bağlanan dəmir körpüdən yaşadığı ev istiqamətində gəldiyini görüb ona yaxınlaşdığını, lakin İlhamın onları görən kimi Məşəd küçəsinin sağ tərəfində yerləşən dərəyə tərəf qaçmağa başladığını, onların da Təqsirləndirilən şəxs saxlamaq üçün arxasınca qaçdıqlarını, İlhamın dərənin yanında olan qaz borusunun üzərindən tullanmaq istəyərkən ayağı sürüşərək dərəyə yıxıldığını, onların İlhamın ardınca dərəyə getdiklərini və İlhamı yaxalayıb Şahid1 məxsus avtomobillə polis şöbəsinə gətirdiklərini, avtomobildə Şahid4 İlhamın sağ tərəfində, Şahid5 isə sol tərəfində əyləşdiklərini, Şahid1 avtomobili idarə etdiyini və özünün də avtomobildə sağ qabaq oturacaqda əyləşdiyini, Ağdaş rayon Polis şöbəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verdiklərini, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərək üzərində şəxsi axtarış aparıldığını, özünün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmədiyini, sonradan ona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunsuz olaraq saxladığı 1 ədəd sellofan bükümdə 9,4 qram narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsinin aşkar edilməsini bildiyini, Təqsirləndirilən şəxs saxlamaq istəyərkən onun polis əməkdaşlarından qaçıb yaxınlıqda olan dərəyə yıxıldığını, onların İlhamı yerdən qaldırmaq istəyəndə isə İlhamın başını bir neçə dəfə torpağa vurmağa, üzünü kolluqlara sürtməyə başladığını, Təqsirləndirilən şəxs xəsarətləri yerə yıxılarkən, başını torpağa vurarkən və üzünü kolluqlara sürtərkən aldığını düşündüyünü, Təqsirləndirilən şəxs saxlanılan zaman rayon polis şöbəsinə gətirilərkən, həmçinin rayon polis şöbəsində onun heç bir polis əməkdaşı tərəfindən vurulmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində işlədiyini, 05 fevral 2023cü il tarixdə bazar günü olduğuna görə özünün Ağdaş rayon Polis şöbəsinin inzibati binasında olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis şöbəsinə gətirilməsi və üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunması ilə bağlı özünün sonradan məlumatı olduğunu, həmin gün saat təxminən 15 radələrində Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyat tədbiri keçirtmək istədiyini bildirdiyini, özünün də Şahid1 Ağdaş rayon Polis şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini İlkin Hüseynova bu barədə məlumat verməsini, əməliyyat tədbirinin keçirilməsi ilə bağlı zəruri sənədləri hazırlamasını, daha sonra tədbiri keçirtməsini söylədiyini, təxminən saat 18 radələrində Şahid1 yenidən ona zəng edərək Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə apardıqlarını söylədiyini, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunması barədə onun sonradan məlumatı olduğunu, belə ki, özünün təxminən saat 19 radələrində Ağdaş rayon Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə-qurudulmuş marixuana aşkar olunduğunu bildiyini, Təqsirləndirilən şəxs heç bir polis əməkdaşının döymədiyini, ona qarşı heç kimin zor tətbiq etmədiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumatların daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayon Polis şöbəsinin polis nəfəri vəzifəsində işlədiyini, 05 fevral 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsinə getdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında gözləməyə başladıqlarını, təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs Məşəd küçəsini Ağdaş-Mingəçevir avtomobil yoluna bağlanan dəmir körpüdən yaşadığı ev istiqamətində gəldiyini görüb ona yaxınlaşdıqlarını, lakin İlhamın onları görən kimi Məşəd küçəsinin sağ tərəfində yerləşən dərəyə tərəf qaçmağa başladığını, onların da İlhamı saxlamaq üçün arxasınca qaçdıqlarında, İlhamın dərənin yanında olan qaz borusunun üzərindən tullanmaq istəyərkən ayağı sürüşərək dərəyə yıxıldığını, Təqsirləndirilən şəxs ardınca dərəyə gedərək onu yaxalayıb Şahid1 məxsus avtomobillə polis şöbəsinə gətirdiklərini, avtomobildə özünün İlhamın sağ tərəfində, Şahid5 isə sağ tərəfində əyləşdiyini, Şahid1 avtomobili idarə etdiyini və Şahid2 avtomobildə sağ qabaq oturacaqda əyləşdiyini, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra ona müdafiəçi təyin edilərək üzərinə şəxsi axtarış keçirildiyini, lakin özünün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmədiyini, sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunsuz olaraq saxladığı 1 ədəd sellofan bükümdə 9,4 qram narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsinin aşkar edildiyini bildiyini, Təqsirləndirilən şəxs saxlamaq istəyərkən onun polis əməkdaşlarından qaçıb yaxınlıqda olan dərəyə yıxıldığını, onların İlhamı yerdən qaldırmaq istəyəndə isə İlhamın başını bir neçə dəfə torpağa vurmağa, üzünü kolluqlara sürtməyə başladığını, Təqsirləndirilən şəxs xəsarətləri yerə yıxılarkən, başını torpağa vurarkən və üzünü kolluqlara sürtərkən aldığını düşündüyünü, Təqsirləndirilən şəxs saxlanılan zaman rayon polis şöbəsinə gətirilərkən, həmçinin rayon polis şöbəsində onun heç bir polis əməkdaşı tərəfindən vurulmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumatların daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri vəzifəsində işlədiyini, 05 fevral 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, həmçinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsinə getdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında gözləməyə başladıqlarını, təxminən saat 18:10 radələrində Təqsirləndirilən şəxs Məşəd küçəsini Bakı-Ağdaş-Yevlax avtomobil yoluna bağlanan dəmir körpüdən yaşadığı ev istiqamətində gəldiyini görüb ona yaxınlaşdıqlaırını, lakin İlhamın onları görən kimi Məşəd küçəsinin sağ tərəfində yerləşən dərəyə tərəf qaçmağa başladığını, Təqsirləndirilən şəxs saxlamaq üçün arxasınca qaçdıqlarını, İlhamın dərənin yanında olan qaz borusunun üzərindən tullanmaq istəyərkən ayağı sürüşərək dərəyə yıxıldığını, onların da İlhamın ardınca dərəyə getdiklərini və İlhamı yaxalayıb avtomobillə polis şöbəsinə gətirdiklərini, avtomobildə Şahid4 İlhamın sağ tərəfində, özünün isə sol tərəfində əyləşdiyini, Şahid1 avtomobili idarə etdiyini və Raminin də avtomobildə sağ qabaq oturacaqda əyləşdiyini, Ağdaş rayon Polis şöbəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verdiklərini, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildiyini və üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin aşkar edildiyini, polis əməkdaşı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını və haradan əldə etməsini soruşduğunu, Təqsirləndirilən şəxs da həmin vaxt ona heç bir kənar müdaxilə olmadan üzərindən aşkar edilmiş bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 9,4 qram olduğunu, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bitki kütləsinin və mobil telefonun ayrı-ayrı kağız zərflərdə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini, sonra həmin protokolun ucadan oxunduğunu, onların heç bir etirazı olmadığı üçün həmin protokolu imzaladıqlarını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs saxlamaq istəyərkən onun polis əməkdaşlarından qaçıb yaxınlıqda olan dərəyə yıxıldığını, onların İlhamı yerdən qaldırmaq istəyəndə isə İlhamın başını bir neçə dəfə torpağa vurmağa, üzünü kolluqlara sürtməyə başladığını, Təqsirləndirilən şəxs xəsarətləri yerə yıxılarkən, başını torpağa vurarkən və üzünü kolluqlara sürtərkən aldığını düşündüyünü, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərkən, həmçinin rayon polis şöbəsində onu heç bir polis əməkdaşının vurmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumatlar daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində özünün və ya yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi olmadığını, əvvəllər narkotik tərkibli bitki kollarını əkib-becərdiyi üçün məhkum edildiyini, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyini, cəza müddətinin bitmədiyini, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayından tanıdığını, Təqsirləndirilən şəxsla Ağdaş rayonu, Ləki dörd yolu deyilən yerdə tanış olduğunu, belə ki, tanış uşaqlarla söhbət edən zaman İlhamın da onların olduğu yerə gəldiyini və onlarla rayon sakini olaraq söhbət etdiyini, bundan sonra onların arasında tanışlıq münasibətlərinin yarandığını, İlhama heç vaxt narkotik vasitə satmadığını və ondan narkotik vasitə almadığını, istintaq zamanı qorxduğü üçün fərqli ifadə verdiyini bildirmişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən Şahid7 istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ibtidai istintaq zamanı ifadəsində özünün və ya yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi olmadığını, əvvəllər narkotik tərkibli bitki kollarını əkib-becərdiyi üçün məhkum edildiyini, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyini, cəza müddətinin bitmədiyini, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayından tanıdığını, Təqsirləndirilən şəxsla Ağdaş rayonu, Ləki dörd yolu deyilən yerdə tanış olduğunu, belə ki, tanış uşaqlarla söhbət edən zaman İlhamın da onların olduğu yerə gəldiyini və onlarla rayon sakini olaraq söhbət etdiyini, bundan sonra onların arasında tanışlıq münasibətlərinin yarandığını, İlhamla söhbət edən zaman İlhamın onun narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyi üçün məhkum olunduğunu, həmçinin narkotik vasitə istifadə etdiyini bildiyini, elə həmin vaxt İlhamın ona əgər narkotik vasitə lazım olarsa ona müraciət edə biləcəyini təklif etdiyini, həmçinin İlhamın ona öz istifadəsində olan, lakin hazırda xatırlamadığı mobil nömrəsini də verdiyini və onunla həmin mobil nömrə vasitəsi ilə əlaqə saxlaya biləcəyini bildirdiyini, özünün də İlhama bir müddətdir narkotik vasitə istifadə etmədiyini, əgər narkotik vasitə lazım olarsa ona müraciət edəcəyini bildirdiyini, bundan təxminən 10-15 gün sonra özünə istifadə etmək üçün narkotik vasitə lazım olduğu üçün İlhama zəng etdiyini, həmçinin Təqsirləndirilən şəxs “patı” istədiyini bildirdiyini, bundan təxminən 1-2 saat sonra hazırda dəqiq olaraq xatırlamadığı tarixdə, axşam saat 20-21 radələrində İlhamın öz idarə etdiyi, qırmızı rəngli, dövlət qeydiyyat nişanını dəqiq olaraq xatırlamadığı VAZ 21011 markalı avtomobil ilə Ağdaş rayonu, Ləki qəsəbəsinə, dəmir yolu keçidinin yaxınlığına gəldiyini, Təqsirləndirilən şəxs yolun kənarında gözlədiyini, İlhamın onun olduğu yerdə avtomobili saxladığını və ona 1 ədəd sellofan bükümdə “patı” verdiyini, Təqsirləndirilən şəxs psixotrop maddəni ona əvəzsiz olaraq verdiyini, belə ki, onların bir neçə dəfə bir yerdə olan zaman birlikdə narkotik vasitə və ya psixotrop maddə istifadə etdiyini, bundan sonra onda narkotik vasitə və psixotrop maddə olan zaman Təqsirləndirilən şəxsla birlikdə istifadə etdiyini, həmçinin Təqsirləndirilən şəxs da narkotik vasitə və psixotrop maddə olan zaman onunla birlikdə istifadə etdiyini, Təqsirləndirilən şəxs psixotrop maddəni ona qarşılıqsız olaraq verdiyini, Təqsirləndirilən şəxs narkotik vasitəni ona vermək üçün özünə məxsus avtomobil ilə Ağdaş rayonu, Ləki qsəbəsinə gəldiyi üçün özünün Təqsirləndirilən şəxs 10 manat yol pulu verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində özünün və ya yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayon sakini kimi tanıdığını, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə görə bir dəfə ifadə vermək üçün Ağdaş rayon Polis şöbəsinə çağırıldığını, orada da İlhamı Ağdaş rayon sakini kimi tanıdığını, özünün heç vaxt narkotik istifadə etmədiyini, eyni zamanda İlhamı da narkotik vasitə istifadəçisi kimi tanımadığını, ondan heç vaxt narkotik vasitə almadığını dediyini bildirmişdir. Ağdaş RPŞ-də verdiyi ifadəsini oxumadan imzalamışdır. Əslində isə orada da məhkəmə istintaqı zamanı danışdıqları ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən Şahid6 istintaq zamanı verdiyi ilkin ifadəsi elan edilmişdir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ibtidai istintaq zamanı ifadəsində özünün və ya yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayon sakini kimi tanıdığını, Təqsirləndirilən şəxs sürdüyü avtomobilin fərqliliyinə görə tanıdığını, İlhamın üstü ağ, qalan yerləri qırmızı rəgli VAZ 21011 markalı avtomobili idarə etdiyini, 2023-cü ilin yanvar ayının əvvəllərində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə ona “nəşə”, yəni qurudulmuş marixuana lazım olduğu üçün İlhama zəng etdiyini, telefonla danışan zaman İlhama bir dəfə istifadə etmək üçün ona “nəşə” lazım olduğunu bildirdiyini, İlhamın da ona pay olaraq narkotik vasitə təşkil edə biləcəyini bildirdiyini, həmçinin onda narkotik vasitə olan zaman istifadə etməsi üçün ona narkotik vasitə verəcəyini qeyd etdiyini, özünün də İlhamla razılaşdığını, İlhamın ona hazırda avtomobilsiz olduğunu, “nəşə”ni götürmək üçün Ağdaş şəhərinə gəlməli olduğunu bildirdiyini, daha sonra həmin gün təxminən saat 14 radələrində özünə məxsus avtomobil ilə Ağdaş şəhəri, Maşad küçəsinə gəldiyini, bir qədər orada gözlədikdən sonra İlhamın da onun olduğu yerə gəldiyini, İlhamın ona “nəşə” gətirtmək üçün bir yerə zəng etdiyini, lakin onun telefonuna cavab verilmədiyini, buna görə də gözləməli oldğunu bildirdiyini, lakin həmin vaxt onun anasının xəstə olduğu üçün Ağdaş rayon xəstəxanasında olduğundan orada gözləyə bilmədiyini və çıxıb getdiyini bildirmişdir. İşin materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış Ağdaş RPŞ-nin inzibati binasında aparılmış, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusunun içərisindən 1 ədəd sellofan büküm aşkar edilmiş, sellofan bükümün içərisində isə yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunmuş, daha sonra elektron tərəzidə çəkilmiş, çəkisi 9,4 qram olmuş, bundan sonra həmin bitki kütləsi kağız zərfdə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, bundan sonra siqaret qutusu və içərisində pul əsginasları olan pul kisəsi Təqsirləndirilən şəxs qaytarılmış, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair məlumatların əldə edilməsi barədə DİN-in BİKİ-dən daxil olmuş 1 ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə mesaj məntləri aşkar edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/149 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 9,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2023-cü il tarixli, 39 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər - sol üst göz qapağının qançırı, sol gözün ağlı qişasına bütünlüklə qansızma, alnın sağ nahiyəsinin, burunun ucunun, sol əlin üst hissəsinin sıyrıqları, sol kürəkaltı nahiyənin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərin polis əməkdaşları tərəfindən gətirilərkən kolların üstünə yıxılması zamanı əmələ gəlməsi istisna olunmur. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 574 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-335/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X8 poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan RespublikasıMilli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 7(014)-42/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 1(014)24/2020 saylı hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 1 il 4 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 7(014)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 7(014)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.13-cü bəndi tətbiq edilməklə ona şərti olaraq tətbiq edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, Təqsirləndirilən şəxs üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03.03 2023-cü il tarixli, 393 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsi üvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X7, X3. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 4(014)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət əsasında verilmiş təqdimat qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(107)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 4(014)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verilmiş Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunması, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(014)-19/2023 saylı qərarının dəyişdirilməsi və təqsirləndirilən şəxs barəsində 2 ay müddətə 05 aprel 2023-cü il tarixədək seçilmiş həbs qətimkan tədbirinin müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 6(014)-1/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xəsarət yetirilməsi, saxlanılan zaman üzərində olan bir ədəd saat və bir ədəd qızıl üzüyün olması öz təsdiqini tapmadığından şikayəti təmin edilməmiş, Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İ dərəcəli hüquqşunas X1 11 aprel 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(107)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 6(014)- 1/2023 nömrəli qərarından şikayət vermiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 6(014)-1/2023 nömrəli qərarının baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən “RegionalHospital”-ın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə HbsAg (kart testi), HCV (kart testi), RW (kart testi) və HİV (kart testi) verdiyi analizin nəticələri neqativ olmuşdur. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən “RegionalHospital”-ın çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən marixuana, kokain və digər narkotik maddələrin müəyyən edilməsi üçün verdiyi analizin nəticələri neqativ olmuşdur. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş RPŞ-də mövcud olan müşahidə kameralarının yaddaş qurğularda qeydə alınan görüntüləri bir aydan artıq saxlamadığı üçün xx.xx.2023-cü il tarixdə qeydə alınmış görüntülərin çıxarılması texniki cəhətdən mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən Daxili İşlər Nazirliyinin X2 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə texniki nasazlıqlar səbəbindən işlək vəziyyətdə olmadığından müvafiq görüntülərin təqdim etmək mümkün deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində təqsirini etiraf etməməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun şübhəli şəxs qismində verdiyi ifadə daha inandırıcıdır, həmçinin Təqsirləndirilən şəxs təqsirli olması istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində və ibtidai istintaqda verdiyi ifadələr üst-üstə düşür. Bundan başqa, Təqsirləndirilən şəxs aldığı xəsarətlərlə bağlı məhkəmə qeyd edir ki, bu hal məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş və hazırda qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs sonradan təqdim etdiyi analizlərinin nəticəsi ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaqın əldə etdiyi rəy xx.xx.2023-cü il tarixli, təqsirləndirilən şəxsin təqdim etdiyi analizin nəticəsi isə xx.xx.2023-cü il tarixli olmaqla 10 gün müddət fərqi vardır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən əldə edilən narkoloji ekspertizanın rəyi, təqsirləndirilən şəxsin təqdim etdiyi sənəd isə sadəcə analizin həmin gün üçün olan göstəricisidir. Belə olan halda isə həmin sənədlər eyniləşdirilə bilməz. Bundan əlavə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında Təqsirləndirilən şəxs saxlanıldığı yerə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidə həqiqətən də qaz borusu, kollar və dərə vardır. Lakin Təqsirləndirilən şəxs hadisənin qaz borusundan uzaq məsafədə baş verdiyini və ayağının əslində boruya ilişmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ittiham olunduğu maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur, əvvəllər məhkum edilməsi və məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almaması onun onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 fevral 2023-cü il tarixdən 07 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 09 fevral 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 2 (iki) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) ay müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 9,13 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İşi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung A10” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 fevral 2023-cü il tarixdən 07 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı, 09 fevral 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 2 (iki) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) ay müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 9,13 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung A10” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar