Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-103/2024 26.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, özünün deməsinə görə Qarabağda fəaliyyət göstərən “Kalyon” şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, mənbədən və şəraitdə satış məqsədi olmadan, xeyli miqdarda, yəni 15,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, 10 mart 2024-cü il tarixdə saat 01:10-da Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Ləki Qəsəbəsi ərazisində yerləşən Dəmiryolu vağzalının yaxınlığında saxlanılaraq Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan bozqara rəngli qış gödəkçəsinin sol iç cibindən 01 ədəd ağ rəngli “Sobranıe” markalı siqaret qutusunda ümumi təmiz çəkisi 15,97 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 10 mart 2024-cü il tarixdə axşam saatlarında “Ləki vağzalı”nın ərazisində yerləşən çayxanada olarkən həmkəndisi və yaxın münasibətdə olduğu Şahid3 ona zəng edərək harada olduğunu soruşmuş, o da bilyard oynadığını bildirmişdir. İbrahim ondan çölə çıxmasını istəmiş və o, çölə çıxarkən İbrahim gəlmiş və həmin vaxt polis əməkdaşları gələrək onu və İbrahimi şəxsi avtomobillə Ağdaş rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinin inzibati binasında ikinci mərtəbədə otaqların birində üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları ona İbrahimə bir çəkimlik narkotik verdiyini və qrup şəklində cinayət törətdiklərini bildirmişlər. Bundan sonra ona polis əməkdaşları Cəsur, Sabir, İlahi və Samit tərəfindən zor tətbiq edilmiş, və onu döyərək narkotik vasitənin dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra onun yanında olan polis əməkdaşı siqaret qutusunu digər polis əməkdaşına verərək doldurulmasını tapşırmış və polis əməkdaşı tərəfindən həmin siqaret qutusu doldurulub gətirildikdən sonra ona siqaret qutusunu götürüb çibinə qoyması və ondan soruşulduqda həmin siqaret qutusunu yol gedərkən yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğundan götürüb cibinə qoyduğunu bildirdiyi halda onun işini həmkəndlisi Şahid3lə bir qrup şəxs halında deyil, tək rəsmiləşdirəcəklərini, qrupdan çıxarılacağını bildirmişlər. O da qorxduğundan və polis əmkdaşlarının sözlərinə inandığından onların dediklərini etmişdir. Lakin həmin siqareti qutusu ona məxsus olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Eyni zamanda həmkəndlisi İbrahimin də üzərinə sellofan bükümdə narkotik vasitə qoyaraq ona da həmin sellofan bükümün özünə məxsus olmasını söyləməsini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, polis əməkdaşları onu 10 mart 2024-cü il tarixdə gecə saat 11:00-dan sonra saxlamışlar və polis əməkdaşları dörd nəfərdən ibarət olmuşlar. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana heç bir hissədə ona aid deyildir. O, narkotik vasitədən istifadə etmişdir. Belə ki, o, müharibədə iştirak edən zaman yoldaşlarının faciəli şəkildə olan meyitlərini xatırlayarkən çox pis olur və narkotik vasitə istifadə edərək olanları unudur. Bu hallar onda ayda iki və ya üç dəfə baş verir. Üzərində olan siqaret qutusunun içərisi polis əməkdaşı tərəfindən narkotik vasitə ilə doldurulmuş və ona verilmişdir. Videoçəkiliş aparılan zaman həmin qutunun özünə məxsus olduğunu etiraf edəcəyi halda qrupdan çıxarılacağına inanmışdır. İşə gedərkən tanımadığı bir nəfərlə yol yoldaşı olmuş və söhbət edərkən ondan həmin şəxslə müharibədən danışmışlar və həmin şəxs ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuş, o da istifadə etdiyini bildirdikdən sonra həmin şəxs ona bir büküm narkotik vasitəni pay vermişdir. O da həmin bükümü uzun müddət özündə saxlamışdır. Həmkəndlisi İbrahim burnundan əməliyyat olunduğundan və ağrıları olduğundan İbrahimə bir siqaret bükümünü, yəni tanımdığı şəxs tərəfindən ona verilən narkotik vasitəni vermiş və qarşılığında heç nə almamışdır. İbrahim kafedə bir qadınla tanış olmuşdur. Adətən həmin qadınlar narkotik istifadəçisi olurlar və polislərlə əməkdaşlıq edirlər. Həmin qadın İbrahimə narkotik vasitə gətirəcəyi halda onunla görüşəcəyini bildirmiş, İbrahim də aldanaraq həmin qadınla görüşmüş və həmin qadın İbrahimi polisə satmışdır. İbrahim də polisə onun adını vermişdir. O, İbrahimə narkotik vasitəni verdiyi gün saxlanılmışdır. Polis Şöbəsində yanında Cəsur, Sabir, İlahi və Samit olsa da, Sabir və İlahi onu döyərək qarın nahiyəsindən vurmuşlar. İki gün Polis Şöbəsində saxlanıldıqdan sonra onu buraxmışlar və o, polis əməkdaşlarının sözlərinə inandığından, həmçinin işlədiyindən döyülməsi ilə bağlı heç bir aidiyyatı orqanlara şikayət etməmişdir. 20 may 2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək döyülməsi ilə bağlı şikayət etmişdir. Daha sonra ona Polis Şöbəsindən zəng edilərək Şöbəyə gəlməsi bildirilmiş və o da şöbəyə gedərkən müstəntiq Sirac Kərimov və digər bir müstəntiq ona ərizəsini geri götürməsini bildirmişlər. Bədənində döylməsinə dair izlər qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 09 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 10 mart 2024-cü il tarixdə saat 01:10 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki Qəsəbəsi ərazisində yerləşən Dəmiryolu vağzalının yaxınlığında saxlanılaraq Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş müdafiəçinin iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlanılması və üzərinə şəxsi axtarış keçiriləcəyi, eləcə də hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz-qara rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd ağ rəngli “Sobranıe” markalı siqaret qutusunu, eləcə də həmin gödəkçənin və əynində olan cins şalvarın sağ yan cibindən özünə məxsus pul, telefon və siqareti çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra İslamın üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. İslamın üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli “Sobranıe” markalı siqaret qutusu açılmış və içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli bitkiyə bənzər kütlə olması müəyyən edilmişdir. “Sobranıe” markalı siqaret qutusu narkotik vasitəyə bənzər bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş, daha sonra kağız zərfdə qablaşdırılaraq, üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X5 zamanı yaralanmış və ağrıları olduğundan narkotik vasitə qəbul etmişdir. 09 mart 2024-cü il tarixdə həmkəndlisi və yaxın münasibətdə olduğu İslama zəng edərək ondan bir çəkimlik marixuana istəmiş, İslam da ona marixuana vermişdir. Daha sonra polis əməkdaşları onu saxlayaraq Polis Şöbəsinə aparmışlar və onu döyərək üzərində olan narkotik vasitəni kimdən almasını soruşmuşlar. O da qorxduğu üçün həmin narkotik vasitəni İslam adlı tanışından aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları ondan İslamın harada olmasını soruşmuş, o da İslamın Ləkidə çay içdiyini bildirmişdir. Polis əməkdaşları ondan İslama zəng etməsini və çölə çıxmasını söylməməli olduğunu bildirmişlər və İslamın onların zənginə cavab verməyəcəyindən öz nömrəsi ilə İslama zəng etməsinə dair göstəriş vermişlər. O da İslama zəng edərək çölə çıxmasını bildirmişdir. Daha sonra ona məxsus maşınla Ləki tərəfə doğru getmişlər və pavarota çatmamış İslamın gəldiyini gördükdən sonra polis əməkdaşları onu maşından düşürərək Cəsurun maşınına mindirmişlər, İslam və digər polis əməkdaşları isə ona məxsus maşınla Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində olarkən onların hər iki ayrı otaqlarda polis əməkdaşları tərəfindən döyülərək 17 qram narkotik vasitənin özlərinə məxsus olmasını etiraf etdirməyə çalışmışlar. Hazırda məhkəmənin icraatında özünün də cinayət işi davam etdirilir. Şahid İsmayıl Vəliyev məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, polislər onu Qəbələ yazılan yerdən tutub Polis Şöbəsinə gətirmişlər. O, həmin yerdə bir xanımla əyləşmişdir və o, xanıma ağrılarının olduğunu bildirmiş, xanımda ona nəşə çəkdiyi halda ağrılarının keçəçəyini bildirmişdir. Orada olarkən narkotik onun yox, xanımın üzərində olmuşdur. Həmin xanım onu polislərə satmışdır. İslam tutularkən onun üzərində narkotik vasitə olmamışdır. X9 üzərinə “Sobranie” siqaret qutusunda narkotik maddə qoyulduğunu görmüşdür. Döyülməsi ilə bağlı şikayət etmək istəmiş, lakin atası icazə verməmişdir. Barəsində olan cinayət işi məhkəməyə keçdikdən sonra şikayət etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 10 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan olan boz-qara rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd ağ rəngli “Sobranıe” markalı siqaret qutusunu, sağ yan cibindən 01 ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu, alışqanı, pul kisəsini, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 5 manatlıq pul əsginasını, dəmir qəpik pulları, sol yan cibindən özünə aid “Texnomaks” markalı mobil telefonu, sağ arxa cibindən 02 ədəd 10 manatlıq pul əsginaslarını, sol arxa cibindən 80 (səksən) manat pul əsginaslarını çıxararaq təqdim etmiş, pul kisəsinin içərisində olan 05 ədəd 1 manatlıq pul əsginasları, veteranlıq vəsiqəsinin, sürücülük vəsiqəsinin, ABB-yə məxsus təqaüd kartının, tam kartın, şəxsiyyət vəsiqəsi, etibarnamə, təlim kartı, qəbzlər Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, şəxsi axtarış aparılan zaman üzərindən hər hansı əşya aşkar olunmamışdır. 01 ədəd ağ rəngli “Sobranıe” markalı siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olduğu müəyyən olunmuş, elektron tərəzidə çəkilmiş və kağız zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Məhkəmə-bioloji ekspertizasının 10 mart 2024-cü il tarixli, 3-16-16-2-17/255 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutusunda....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 15,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 26 mart 2024-cü il tarixli, 503 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 01 aprel 2024-cü il tarixli, 18-1-22/2-446/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan, xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ibtidai istintaq zamanı verilmiş 29 mart 2024-cü il tarixli, 5-32-12/2- 98/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 1993-cü il təvəllüdlü X3, övladları 2013-cü il təvəllüdlü X6 və 2018-ci il təvəllüdlü X2 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Medalların İ-46279, İ-20277, İ-16937 və İ-22638 saylı Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2711, 2712 və 2714 nömrəli Sərəncamları ilə “Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə”, 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. AA0393021 saylı şxəsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 22 iyul 2013-cü il tarixdə Ağdaş şhərində doğulmuş, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatdadır. AA5161032 saylı şxəsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 18 yanvar 2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatdadır. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 mart 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə saat 01:35-də şübhəli şəxs qismində tutulmuş, 11 mart 2024-cü il tarixdə, saat 09:10da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 09:25-də təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə 10:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. 03 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,97 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 15,92 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döymə, işgəncə, təzyiq, təhqir və qeyri-insani davranışa məruz qalması barədə xüsusatlar təsdiqini tapmadığından toplanmış 1370-C-24 saylı material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: - Saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən “Sobranıe” markalı siqaret qutusunda olan marixuananı polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və ona fiziki təzyiqlər, pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Qeyd etdiyi halların baş verməsinin sübutu 20 may 2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətləri və döyülməsi ilə bağlı şikayət etməsidir. Təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində üzərindən aşkar edilmiş marixuananın Ağdaş rayonu, Nehrəxəlil kəndində gəzən zaman “Sobranıe” markalı siqaret qutusunda yerdən tapdığını, özü narkotik vasitə marixuanadan istifadə etdiyini, ona görə həmin narkotik vasitəni özü istifadə etmək üçün götürüb üzərində saxladığını, həmin marixuanadan istifadə etdiyini, güclü təsiri olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, eləcə də onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Eləcə də, məhkəmə tərəfindən verilmiş müvafiq məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində aparılan araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsində saxlanılan zaman döymə və işgəncəyə məruz qalmadığını, bədənində hər hansı bir xəsarət izi olmadığına görə məhkəmə tibbi ekspertizada müayinədən keçməkdən imtina etdiyini bildirmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının təzyiq, təhqir və qeyri-insani davranışına məruz qalması barədə xüsusatların təsdiqini tapmadığı müəyyən edilmiş və 15 iyul 2024-cü il tarixdə toplanmış 1370-C-24 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni ittihamda göstərilən narkotik vasitə marixuananın polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, həmin narkotik vasitənin ona aid olmaması, daha sonra ona fiziki təzyqilər, pis rəftar edilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 10 mart 2024-cü ildə şübhəli, 11 mart 2024-cü ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində gəzərkən yerdə 01 ədəd ağ rəngli “Sobranıe” markalı siqaret qutusu gördüyünü, həmin siqaret qutusuna təpiklə vurduğunu və içərisinin dolu olmasını görüb, siqaret qutusunu yerdən götürdüyünü, daha sonra içərisini açıb baxarkən əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün içərisində qurudulmuş marixuana olmasını bildiyini, öz istifadəsi üçün üzərində saxladığını bilavasitə öz seçimi əsasında cəlb edilmiş vəkilin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə, pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxsi qismində 10 mart 2024-cü il tarixdə tutulmuş, 11 mart 2024-cü il tarixdə saat 09:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 09:25-də təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə 10:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlıqda olmasına və sərbəst şəkildə şikayət etmə imkanının olmasına baxmayaraq, narkotik vasitə marixuananın ona aid olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması və polis əməkdaşlarının fiziki təzyiqlərinə, pis rəftarlarına məruz qalması barədə aidiyyatı orqanlara şikayət etməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs 04 may 2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətləri və döyülməsi ilə bağlı məlumat verməsinə dair irəli sürdüyü dəlilə münasibətdə isə məhkəmə aşağıdakıların qeyd olunmasını vacib hesab edir. Əvvəla, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi 10 may 2024-cü il tarixdə Ağdaş rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin hazırlıq iclası 23 may 2024-cü il tarixə saat 10:00-a təyin edilmiş və bununla bağlı məhkəmə bildirişi tərəflərə göndərilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə o, 20 may 2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətləri və döyülməsi ilə bağlı şikayət etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı deyil, barəsində olan cinayət işi məhkəməyə daxil olduqdan və məhkəmə bildirişini aldıqdan sonra şikayət etdiyini bildirir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin DİN-in 102 Xidmətinə zəng vurması və şikayət edib-etməməsi barədə müdafiə tərəfinin vəsatəti təmin olunaraq Ağdaş rayon Polis Şöbəsinə müvafiq sorğu göndərmiş və 31 may 2014-cü il tarixli 7/313-62/2-14630/2024 saylı məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuzluğa məruz qalması ilə bağlı Ağdaş rayon Polis Şöbəsində hər hansı bir araşdırma aparılmamış, eləcə də onun hər hansı bir müraciəti qeydə alınmamışdır. Bundan başqa, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 “Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitə olmaması, X9 üzərinə “Sobranie” siqaret qutusunda narkotik vasitə qoyulmasını görməsi” barədə ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs və Şahid3 özlərinin ifadələrinə əsasən, onlar həmkəndli olmaqla yaxın dost münasibətində olmuşlar. Məhkəmə, Təqsirləndirilən şəxsla Şahid3 həmkəndli olmaqla yaxın dost münasibətində olmalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şahid3 məhkəmə iclasında Təqsirləndirilən şəxs xeyrinə verdiyi ifadə sonuncunun məsuliyyətdən yayındırılması üçün atılmış bir addımdır və bu səbəbdən onun məhkəmə iclasında verdiyi həmin ifadə həqiqəti əks etdirən və ittihamı təkzib edən sübut kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspert rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə edilməsini, “Vətən” müharibəsində iştirakını, “Füzulinin”, “Xocavəndin” və “Şuşa”nın azad olunmasına görə medalları ilə təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 26 mart 2024-cü il tarixli, 503 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı və ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X13 göndərilməlidir. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********0002088 501 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin, o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 15,97 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 15,92 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 4 (dörd) gün müddət həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 15,92 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №1(014)-103/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-103/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver