Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-104/2022 30.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X7 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X11, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri M.Fizuli küçəsi ev 25-də qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X11 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 noyabr 2022-ci il tarixdə saat 12:20-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 1.959 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin psixotrop maddədən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.723 qram psixotrop maddə olan metamfetamini üzərində, təmiz çəkisi 1.236 qram psixotrop maddə olan metamfetamini isə avtomobilində qanunsuz olaraq saxlayaraq daşımış, 01 fevral 2022-ci il tarixdə saat 16:17-dən 16:27-dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli dəri gökçəsinin sol döş cibindən qanunsuz saxladığı həmin psixotrop maddədən 0.723 qram psixotrop maddə olan metamfetamin, həmin gün yəni, 01 fevral 2022-ci il tarixdə saat 16:29-dan 16:56-dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasının həyətində etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E220 Minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirən zaman qanunsuz saxladığı həmin psixotrop maddədən 1.236 qram psixotrop maddə olan metamfetamin sürücü oturacağının arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X18 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, xx.xx.2022-ci il tarixdə evdən çıxarkən bələdiyyənin qarşısında yerdə iki ədəd sellofan büküm gördüyünü və içərisini açıb baxarkən içərisində patı adlanan maddə olduğunu görüb birini üzərinə birini isə avtolmobilinə qoyub özünün istifadə etmək üçün saxladığını, təxminən saat 15:30 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yolun kənarında özünə məxsus Mercedes Benz E220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturduğunu, polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitənin və psixotrop maddələrin olması və qəbul etməsi barədə məlumatlarının olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünündə polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və özünün şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkcəsinin döş cibindən 01 ədəd sellofan büküm və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 76 (yetmiş altı) manat pulun aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümü xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən bələdiyyə binasının qarşısında küçədə tapdığını, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, həmin içərisində narkotik maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.79 qram olduğunu, daha sonra 01 ədəd sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, özünün və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokolun tərtib olunduğunu, bundan sonra özünə məxsus Mercedes Benz E220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirildiyini, baxış zaman avtomobilinin sol ön qapısından qandal aşkar edildiyini, daha sonra özünə məxsus avtomobilin sürücü oturacağının arxa cibindən 01 ədəd sellofan bükümün, 01 ədəd şpris və 01 ədəd üzərinə Limon duzu yazılan sellofan bükümün aşkar edildiyini, 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 3.95 qram olduğunu, bundan sonra üzərinə Limon duzu yazılan 01 ədəd sellofan bükümün elektron tərəzidə çekildiyini, çəkisinin 2.40 qram olduğunu, daha sonra 01 ədəd sellofan bükümün, 01 ədəd üzərinə Limon duzu yazılan 01 ədəd sellofan bükümün, qandal və şprisin kağız zərflərə qablaşdırıldığını, kağız zərflərin üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, özünün və digər iştirakçıların həmin zərfə imza etdiklərini, avtomobilə baxışın video çəkilişlə aparıldığını və protokolun tərtib olunduğunu, bundan sonra yaşadığı evə baxış keçirildiyini, evdən heç nə aşkar edilmədiyini, həmin psixotrop maddələri polislərin onu saxlayan gün səhər radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən bələdiyyənin çayxanasının qarşısından tapdığını və özünün istifadə etməyi üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, özündə başqa narkotik vasitənin olmadığını, üzərindən götürülmüş mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu, başqa nömrə ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı və antenna dairəsinin, SMS-in mətnlərinin, həmçinin həmin nömrəyə daxil olan və çıxan zənglərin, SMS-in kimlərə məxsus olmasına dair məlumatlar Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən götürülmüş və həmin məlumatlar təhlil edilən zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj yazması ilə bağlı həmin nömrənin sahibinin Elşən adlı şəxs olduğunu, Elşəni tanıdığını, Elşənin ondan borca pul aldığını, həmin mesajlarda ona olan borcu ilə bağlı yazdığını, xx.xx.2020-ci il tarixdə Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə mesaj yazması ilə bağlı həmin nömrənin tanışı Pərvin adlı şəxsə məxsus olduğunu, Pərvinin onun dostu olduğunu, Pərvinin işləmədiyini və bu səbəblə də ona lazım olan bəzi şeyləri ondan alın ona vermək üçün xahiş etdiyini, həmin telefon danışıqları təhlil edilən zaman Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq həmin nömrənin tanışı Səbuhi adlı şəxsə məxsus olduğunu, Səbuhinin onun qonşusu olduğunu, onun avtomobili olduğu üçün onunla hərdən gəzməyə getdiklərini, lakin gecə qaldığı üçün Səbuhinin ona tez tez zəng etdiyini, özünün onun zənglərinə cavab verə bilmədiyinə görə ona mesaj yazdığını, həmin telefon danışıqları təhlil edilən zaman X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “qа sаlаm qozаrin yanindаyаm bidеnе elemeh olur?zеng еlе sеni esiдirеm” bildirməsi ilə bağlı həmin nömrəni və həmin şəxsi tanımadığını, mesajın da nə vaxt və nə məqsədlə yazılmasını xatırlamadığını, X13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa sabahin xeyir niynirsen nevar neyox salamatciliqdir birezden siz terefden kececem nese isdemirdin menem dodu”, “Qaqa gor alinsa sen gelme xeber ele yanacaqinda ver men gelim gedim”, xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Qaqa ³listdi 15den alinir ancaq”, xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Qaqa bele 2 tor olsa olur terez usaq var aparib oncun”,xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Qaqa duzelir temizi 50 ye”, xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Qaqa sagil 50 cox bahadi 40 verse alardm “, “Qaqa yari gotmek olar 25 matdiq”, xx.xx.2022-ci il tarixdə ona mesaj yazaraq “Qaqa yolyram 10 deyqaya markete gerem”, xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Salam qaqa necesen?yatmamsansa mənən əlaqə saxla” bildirməsinin müəyyən edilməsi ilə bağlı həmin nömrəni tanıdığını və onun Yevlax şəhərində yaşadığını bildiyini, bir neçə dəfə ondan idarə etdiyi avtomobilinə ehtiyyat hissə aldığını, X3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 17:30-da mesaj yazaraq “qaqa yarim eleda onu”, xx.xx.2021-ci il tarixdə saat 06:54də “duranda meni yig”, özünün ona xx.xx.2021-ci il tarixdə saat 12:36-da mesaj yazaraq “Ay sutu icim niye acmrsan ne is gorsen ureym partyr buda senneynirsen vaxt olanda vzv at danwaq”, xx.xx.2021-ci il taridə siz ona mesaj yazaraq “.......acda gelirsen?????gəlmirsən????????”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Gelem, ......acda vacib soxum var” bildirəsi ilə bağlı həmin nömrədən tanışı olan Elminin istifadə etdiyini, lakin Elminin həmin mesajlarda və onun da Elmində yazdığı mesajlarda nədən söhbət getməsini xatırlamadığını, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Şahid12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qa teli asda bu sik gelb drb isern yandaki olem lomkadan ya plu ver yada mali fuad be olmre Vallah pis vezyetde qoyrsan meni almrsa sikin plnu getr verekda”, həmçinin xx.xx.2021-cil tarixdə mesaj yazaraq “Fuad menim kartmin narkamanda ne iwi var indide eve delb meni axtarb eve gelmwem deler o narkaman senle ne iwi var bu ne hereketiki qa mal yoxdu pulu getr verda” bildirməsi ilə bağlı həmin nömrənin tanışı Fuada məxsus olduğunu, Fuaddan əvvəllər narkotik vasitə istifadə etmək üçün aldığını, Fuadın da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün tutulduğunu, Şahid13 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 15:50-də mesaj yazaraq “Qaqa ureyim partlayir demiwdin 1 saata yig yigdim goturmursen hardasan gelim goturumda gece qalmasin”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa menle elaqe saxla bidene sozlumu deyim narahat etmeyim seni” bildirmiş, həmçinin Şahid13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan həmin mobil nömrənzə mesaj yazaraq “Qaqa axwama 1ini saxla mene yene catmadi bu pul goturub gelecem saxla ha”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa ac bir soz deda mene ne vaxta hazir olassan?” bildirməsinin müəyyən edilməsi ilə bağlı həmin İsmi adlı şəxsi tanıdığını, İsmi ilə aralarında olan məsələlərin borc məsələsi olduğunu, ondan borca pul aldığını, lakin həmin pulu ona dediyi vaxtdan gec qaytardığı üçün bu məzmunlu mesajlar yazdığını, İlkin Cabbarovun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**- ** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 18:00-da mesaj yazaraq “Ata salam menem wowudu mene zeng et ata iwim var senle”, xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Salam qardawjm.menem wowu rovsen ata olurum sen ol lomkadan bidamci bir wey ver da mene lomkadan cixim axwam alacam men pul olacaq 300 manat kartdadi pul zeng e”, xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Ay qa gel da di bay hoo ele bil iw adamisan ey gelmicesen se niye soz verirsen mende caya kimi demliyib qoyuram nese ozun bil” bildirməsi ilə bağlı Şöşü ləqəbli Rövşən adlı şəxsi tanıdığını, Rövşənin narkotik vasitələrdən istifadə etdiyi üçün ondan narkotik vasitə istədiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığı üçün yalnız narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün Rövşənə heç bir cavab vermədiyini, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə sizin istifadə etdiyiniz ***-***-**-** mobil nömrənizə xx.xx.2021-ci il tarixdə saat 21:35-də mesaj yazaraq “Bxdiyar men səndən xəbər gözlüyürem qaqa aparıb 25 başqasına verincə özümüzə olsunda qaqa bitəri saxlamışam 05hazrla gelim goturum tel, Qardaşımsan təmiz yarım elə gəlim tez götürüm danışa bilmirəm yanımdadılar”, xx.xx.2021-ci il tarixdə saat 23:06-da “Bəxtiyar qardaşım uşağ 8 manat pul getiresi idi rovnu 25 olurdu qardaşa yaxşilığ ede bilersən ya sabaha yada bir iki sada buna yüz fayız pul gəlcək gec olsa sabah menden alarsan qardaşım olar”, “Ola bilsin bir ik saada yığdım səni yarım kola birdə patı aldığ qaqam nömrəmi mesajımı sil qadan alım”, xx.xx.2021-ci il tarixdə “Badi sene qurban olum vusala zada ağız açmıyım bir yerdə bömüşük bir qardaş kimi sənə ağız aça bilirəm bürsüyünə kimi bidənə yarim verda sene qurban olum lap şəxsiyətimi maş kartımı verim nolar kömək et”, həmin tarixdə saat 19:03-də “Sənə qurban olum qardaşlığ et sabaha kimi ölürəm lomkadan səhər pulunu verim pis vezyətdə qoyma məni qardaş kimi nolar, Qardaşım sənə qurban utanıram bu qədər yalvarmağa hec kimə bu qədər yalvarmamışam sadecə səni qardaş bilmişəm papam telfonu istiyir gəlim verirsen qardaşım seəhərə kimi ölürəm agrıdan” bildirməsi ilə bağlı Muradın həmin mesajda ondan araq istədiyini, çünki evində olan araq çəkmək üçün aparat vasitəsi ilə araq hazırladığını, Muradın da ondan xahiş edərək ona da araq verməyini bildirdiyini, hətta ona 25 manatda pul təklif etdiyini, lakin onun bu təklifinə razılaşmadığını, çünki onun bu hərəkətinin spirtli içkilərin qeyri qanuni satışı ilə qiymətləndirilə biləcəyini və bunun özünün bir cinayət olduğunu bildiyini, Nəriman Kərimov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa pati 45 alinir goturum”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa 10 man artiq ver men gelimde sen yox”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa tabletqa isdemirdin?” bildirməsi ilə bağlı həmin mesajlarda söhbətin nədən getməsini bilmədiyini və xatırlamadığını, həmin telefon danışıqları təhlil edilən zaman Şahid5 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa men sene ........eleseydim ederdim sen mene kiwilik eledin deye mende sene kiwilik eledim men sene arxeyin oldum dedin gelirem gelmedin”, “Qaqa ozun bele qoymusan bir tusdu qa yemiyecekdim ki pulu seher verecekdim de seherkinnen 4 dene bele cixarardim bunun boyda”, “Ne olardi ki seher ki kimi qoysaydin 1 tusdu weyi qoymusan qa var yoxunu .......vermeseydin onnan yaxsi idi vallah”, “Bidene tez hell ele yaxsi bidene hazir ele.20 manat verecem lijbi bidene tez hell ele qa”, “Qaqa sen mene kartin kodunu gonder birdeki vatcapa gir srocnu lazimdi girmeyin” bildirməsi ilə bağlı həmin mesajlarda Orxanın ona nə yazmasını xatırlamadığını, həmin telefon danışıqları təhlil edilən zaman Şahid14 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrənizə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa pisdi veziyetim yatib qalmiwam olurem nolar ikidene komeklik ele goturum nolar gec olmasin terim yoxdu”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Pulu vurmuwam 10 deqaya goturem uzaqi”, “Qaqa cixdim evden” bildirməsi ilə bağlı Şahid14 narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu, həmin mesajlarda da ondan narkotik vasitə istədiyini, lakin onun mesajlarına cavab vermədiyini və ona narkotik vasitə vermədiyini, çünki naroktik vasitələrin satışı ilə məşğul olmadığını, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə öz istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Patimdə var kolamda var vermirəm”, xx.xx.2021-ci ildə isə mesaj yazaraq “Gələndə yaquar al mənə..birdə pati�� gətir pulun mən verəcəm��” bildirməsi ilə bağlı həmin mesajları ona qonşuluğunda kirayədə qalan Günay adlı qız yazdığını, belə ki, Günayın narkotik vasitələrin istifadəsiçi olduğu üçün ondan narkotik vasitə taparaq gətirməyini istədiyini, lakin Günayın narkotik vasitələrdən istifadə etdiyini bildikdən sonra bu səbəblə də onunla əlaqəni kəsdiyini, həmin telefon danışıqları təhlil edilən zaman X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə mesaj yazaraq “Qa duran kimi meni yigarsansan da zehmet olmasa pul var nolar pis agriyiram”, xx.xx.2020-ci il tarixdə siz ona “Yoldayam gelem xaldanin kuruqndayam uwaqlar mawndadi danwamram”, xx.xx.2020-ci il tarixdə mesaj yazaraq “Qa 1kop versem bidene 10luq goture bilersen”, xx.xx.2020-ci il tarixdə siz ona “Yox isyen yoxdu wey rayonda dolem ozmde”, xx.xx.2020-ci il tarixdə o sizə mesaj yazaraq “Qa men sabahdan insallah dayaniram dermanda getcekler seher tezden axrinci sennen bidene eliyekda imkan varsa pul ya sey var narahat olma bir cavab diyer”, xx.xx.2020-ci il tarixdə o sizə mesaj yazaraq “Me 2qramliqda getirda qa” bildirməsi ilə bağlı həmin mesajları ona kimin yazmasını xatırlamadığını və həmin mesajlarda söhbətin nədən getməsini bilmədiyini, belə adlı bir adam tanımadığını və nömrəni də tanımadığını, ola bilər ki, ona yazdığı mesajları həmin adamı başından etmək üçün mesaj yazdığını, Şahid15 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2020-ci il tarixdə mesaj yazaraq “Qaqa basa donum sat 5de mal almaga getcem xais tul tap yene gelim 1 iki qram lazmdsa verim” bildirməsi ilə bağlı qeyd olunan şəxsi tanımadığını, həmin mesajı ola bilər ki, onun telefonu vasitəsi ilə ona kimsə yazdığını, Qurbanov Ziyad istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** mobil nömrəniz ilə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa basa donum cox pisem mene 1hektar torpaq duz qos” bildirməsi ilə bağlı bağbanlıqa məşğul olduğunu, aylıq qazancının az olduğunu və özünün də həmin bağ sahəsində işləyib və qazanc əldə etmək üçün dostundan hardasa 1 hektara qədər bağ sahəsi olsa ona deməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri M.Füzuli küçəsi 25-də qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, idarə etdiyi avtomobilində, yaşadığı evində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumatın daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələrin aparıldığını, həmin gün saat 15:30 radələrində RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman onun avtomobili ilə yolun kənarında dayandığını gördüklərini, özlərinin ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində, avtomobilində və yaşadığı evində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞnə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Talehin üzərində şəxsi axtarışın keçirildiyini, şəxsi axtarış zamanı Talehin əynində olan qara rəngli dəri gödəkcəsinin döş cibindən 01 ədəd sellofan bükümün və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 76 (yetmiş altı ) manat pulun aşkar olunduğunu, şəxsi axtarış zamanı Talehin aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində hansı maddənin olduğunu bilmədiyini, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən bələdiyyə binasının qarşısında küçədə tapdığını və həmin bükümü Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, həmin içərisində narkotik maddə olan 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1.79 qram olduğunu, daha sonra 01 ədəd sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, Talehin və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokolun tərtib olunduğunu, bundan sonra Talehə məxsus Mercedes Benz E220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyini, baxış zamanı avtomobilin sol ön qapısından qandal aşkar edildiyini, daha sonra Talehə məxsus avtomobilin sürücü oturacağının arxa cibindən 01 ədəd sellofan bükümün, 01 ədəd şpris və 01 ədəd üzərinə Limon duzu yazılan sellofan bükümün aşkar edildiyini, 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 3.95 qram olduğunu, bundan sonra üzərinə Limon duzu yazılan 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 2.40 qram olduğunu, daha sonra 01 ədəd sellofan bükümün, üzərinə Limon duzu yazılan 01 ədəd sellofan bükümün, qandal və şpris kağızın zərflərə qablaşdırıldığını, kağız zərflərin üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, Talehin və digər iştirakçıların həmin zərfə imza etdiklərini, avtomobilə baxışın video çəkilişlə aparıldığını və protokolun tərtib olunduğunu, Talehin və digər iştirakçıların həmin protokola imza etdiklərini, bundan sonra Talehin yaşadığı evə baxış keçirildiyini, lakin onun yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç nəyin aşkar edilmədiyini, baxışın video çəkilişlə aparıldığını və protokolun tərtib olunduğunu, Talehin və digər iştirakçıların həmin protokola imza etdiklərini, İlkinin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən bələdiyyənin çayxanasının qarşısından tapdığını və Ağdaş RPŞ-nə təhvil vermək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumatın daxil olmadığını, həmin vaxt orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarış və baxışların videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində ***-***-**-** mobil nömrədən istifadə etdiyini, lakin hal-hazırda mobil telefondan istifadə etmədiyini, Talehi Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onun adının Taleh olmasına baxmayaraq hamının onu Bəxtiyar adı ilə tanıdığını, heç vaxt Talehdən narkotik vasitə almadığını, Talehdən sonuncu tutulmamışdan təxminən bir il qabaq narkotik vasitə alması məzmununda ibtidai istintaq zamanı verdiyi ifadə ilə bağlı həmi ifadənin müstəntiq tərəfindən yazıldığını, oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində, ***-***-**-**, ***-***- **-** saylı mobil nömrələrdən mobil telefondan istifadə etdiyini bildirdiyini, Talehi Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, özünün onu Bəxtiyar kimi tanıdığını, onunla aralarında sadəcə olaraq bir tanış kimi münasibətlərinin olduğunu, Talehlə aralarında olan yazışmalarının özlərinin aralarında olan borc məsələsinin olduğunu, Talehin ondan borca pul aldığını, lakin həmin pulu dediyi vaxtdan gec qaytardığı üçün aralarında bu məzmunlu yazışmaların olduğunu, həmin mesajlaşmalarda Talehlə aralarında olan borc məsələsinə aiddir Talehin ondan tez-tez borca pul aldığını, daha sonra isə geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində, ***-***-**-** saylı, ***- ***-**-**, ***-***-**-** nömrələrdən istifadə etdiyini bildirdiyini, hal hazırda isə ***-***-**-** nömrəli mobil telefondan istifadə etdiyini, Talehi Ağdaş şəhər sakini kimi üzdən tanıdığını bildirdiyini, onunla heç bir münasibətinin olmadığını bildirdiyini, həmin mesajları onun mobil telefonu vasitəsi ilə Talehə qonşusu Şahid7 yazdığını, Elminin narkotik vasitələrindən istifadə etdiyini bildiyini, sonradan Elminin narkotik vasitələrdən istifadə etdiyi üçün tutulduğunu və bir müddət həbsdə cəza çəkdikdən sonra azadlığa çıxdığını, ola bilər ki, həmin mesajlarda söhbət narkotik vasitədən getdiyini, lakin özünün bundan xəbəri olmadığını, ifadəsini oxuduğunu, başqa əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində ***-***-**-** saylı mobil nömrəsindən istifadə etdiyini, Talehi Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onun adının Taleh olmasına baxmayaraq hamının onu Bəxtiyar adı ilə tanıdığını, heç vaxt Talehdən narkotik vasitə almadığını, Talehdən sonuncu tutulmamışdan təxminən bir il qabaq narkotik vasitə alması məzmununda ibtidai istintaq zamanı verdiyi ifadə ilə bağlı həmi ifadənin müstəntiq tərəfindən yazıldığını, oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 19:39-da mesaj yazaraq “Bari teli gotur sozum var mrnem qini”, həmin gün saat 19:57-də “Badi qa verdiyin qutardi sen gozliyurem ozumde pisem 15 deyqe kecibdi calis qa biraz gor tez eliye bilersen” bildirməsi ilə bağlı Talehi Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onu Bəxtiyar kimi tanıdığını, onun əsl adının Taleh olmasını əvvəllər bilmədiyini, Talehin adını Bəxtiyar olduğunu bildiyi üçün ona Badi deyə müraciət etdiyini, Taleh ilə aralarında borc alacaq məsələsinin olduğunu, Talehin ondan borca pul aldığını, lakin həmin pulu ona az az qaytardığını, həmin mesajda da Talehdən pulunun qalanını istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, X11 narkotik vasitələri üzərində, idarə etdiyi avtomobildə, yaşadığı evində saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı olduğundan təxirəsalınmaz hal kimi T.Mustafatevin üzərində şəxsi axtarış aparılması, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış keçirilməsi haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 16:17-dan saat 16:27-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcəsinin döş cibindən 01 ədəd sellofan büküm və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 76 (yetmiş altı ) manat pul aşkar olunmuş, aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin içərisində narkotik maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.79 qram olmuş, daha sonra 01 ədəd sellofan büküm zərfə qablaşdırılara, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, üzəri DİN-nin 111 nömrəli möhrü vurulmuş, bütün iştirakçılar imza etmiş, prosesi TB-nın təhqiqatçısı polis baş leytenantı Ruhid Yaqublu tərəfində video qeydə almışdır. “Baxış keçirilməsi və götürmə haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 16:29-dan saat 16:56-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs məxsus Mercedes Benz E220 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zaman avtomobilin sol ön qapısından qandal aşkar edilmiş, daha sonra Talehə məxsus avtomobilin sürücü oturacağın arxa cibindən 01 ədəd sellofan büküm, 01 ədəd şpris və 01 ədəd üzərinə Limon duzu yazılan sellofan büküm aşkar edilmiş, 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 3.95 qram olmuş, bundan sonra üzərinə Limon duzu yazılan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 2.40 qram olmuş, daha sonra 01 ədəd sellofan büküm, 01 ədəd üzərinə Limon duzu yazılan 01 ədəd sellofan büküm, qandal və şpris kağız zərflərə qablaşdırılmış, kağız zərflərin üzərinə DİNnin 111 nömrəli möhürü vurulmuş, bütün iştirakçılar imza etmiş, prosesi TB-nın təhqiqatçısı polis baş leytenantı Ruhid Yaqublu tərəfində video qeydə almışdır. “Şübhəli şəxsin dindirilməsi haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, X18 həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən heç kimə narkotik vasitə satmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/114 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,723 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 1.236 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunmuş 01 ədəd şpris...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd üzərində “Kent” yazısı olan paketin içərisində, təmiz çəkisi – 0,455 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. Həmin zərfin içərisindəki 01(bir) ədəd şprisdə narkotik vasitə və psixotrop maddə qalıqları aşkar edilmədi. Tədqiqata təqdim edilmiş metamfetaminlər tərkiblərinə görə eyndirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi il tarixli 245 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X25 14 fevral 2022-ci il 205 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 fevral 2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli 491 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.Füzuli küçəsi 25 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası- X2; anası- X1r. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV 810330 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X14 xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X9r. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon ƏSMSF-nun 27 may 2015-ci il tarixli №110042 nömrəli əllillik vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qurup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında 01 fevral 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSYdən azad edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı AR CM-nin 234.2-ci maddəsi ilə ittiham sürülmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 1.959 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin psixotrop maddədən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.723 qram psixotrop maddə olan metamfetamini üzərində, təmiz çəkisi 1.236 qram psixotrop maddə olan metamfetamini isə avtomobilində qanunsuz olaraq saxlayaraq daşımış, 01 fevral 2022-ci il tarixdə saat 16:17-dən 16:27-dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli dəri gökçəsinin sol döş cibindən qanunsuz saxladığı həmin psixotrop maddədən 0.723 qram psixotrop maddə olan metamfetamin, həmin gün yəni, 01 fevral 2022-ci il tarixdə saat 16:29-dan 16:56-dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasının həyətində etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E220 Minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirən zaman qanunsuz saxladığı həmin psixotrop maddədən 1.236 qram psixotrop maddə olan metamfetamin sürücü oturacağının arxa cibindən aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi sonuncunun üzərindən və avtomobilindən aşkar olunan psixotrop maddə olan metamfetamininin çəkisinin şəxsi istehlak miqdarından çox olması, yəni 1.959 qram olması, habelə adına olan telefon nömrəsinə gələn SMS-lərin məzmunu ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunandan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan psixotrop maddəninin çəkisinə və təqsirləndirilən şəxsə aid olan telefon nömrələrinə daxil olan və çıxan SMS mətnlərinə görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin məhz satış məqsədi ilə əldə edib saxlaması və özü ilə daşıması qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökümdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddələrin satışını həyata keçirərkən, bilavasitə realizə edərkən saxlanılmamış, barəsində narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün 01 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarış və idarə etdiyi avtomobilinə baxış zamanı ittihamda qeyd edilən psixotrop maddələr aşkar olunmuşdur. Habelə şahid ifadələrindən və Ağdaş Rayon Polis Şöbəsinə yazılmış raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirlməsi üçün əsas narkotik vasitələri üzərində, idarə etdiyi avtomobildə, yaşadığı evində saxlaması və qəbul etməsi ilə bağlı daxil olmuş məlumatdır, onun tərəfindən narkotik vasitənin alğı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Sözügedən maddəin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan psixotrop maddənin miqdarı, əvvəlcədən hazırlanaraq xırda-xırda çəkilərdə olan bükümlərə bölünməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün psixotrop maddə olan metamfetamindən əvvəllər istifadə hallarının olması, psixotrop maddələrin istifadəsi üçün limon duzunun, şpris aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz psixotrop maddənin çoxluğunu, hazırkı ittiham edilən cinayət hadisəsindən təxminən bir il əvvəllə aid olan (həmin hadisələrlə bağlı təqsirləndirilən şəxsə heç bir ittiham irəli sürülməmişdir.) Şahid3 və Şahid5 adlı şəxslərə aid SMS-in mətnini nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən Təqsirləndirilən şəxs saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə əldə edilmiş təqsirləndirilən şəxsə məxsus telefon nömrəsinə daxil olan və çıxan SMS-lərin mətnləri olmuşdur. Həmin sms-in məzmunu təqsirləndirlən şəxs və şahidər tərəfindən məhkəmə iclasında açılmış, yazışmaların narkotik və ya psixatrop maddələrin alqı-satqısı ilə bağlı olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs isə birmənalı olaraq həm ibtidai araşdırma zamanı ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hazırki iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Şahid5 və Şahid3 adlı şəxslərlə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, onların bu məqsədlə görüşməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin satışından mənfəət əldə etməsi digər hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, həmin SMS mətnlərinin məzmunu ilə bağlı təqsirləndirilən şəxsə hər hansı ittiham irəli sürülməməmişdir. Yalnız bir il əvvəl olan hadisəyə əsasən maddələrin satış məqsədilə əldə edilməsi iş materiallarında olan heç bir mötəbər sübutla öz təsdiqini tapmayan ehtimallar əsasında irəli sürülmüş, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Beləliklə, məhkəmə məhkəmə istintaqının yekununda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 1.959 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin psixotrop maddədən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.723 qram psixotrop maddə olan metamfetamini üzərində, təmiz çəkisi 1.236 qram psixotrop maddə olan metamfetamini isə avtomobilində qanunsuz olaraq saxlayaraq daşımış, 01 fevral 2022-ci il tarixdə saat 16:17-dən 16:27-dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli dəri gökçəsinin sol döş cibindən qanunsuz saxladığı həmin psixotrop maddədən 0.723 qram psixotrop maddə olan metamfetamin, həmin gün yəni, 01 fevral 2022-ci il tarixdə saat 16:29-dan 16:56-dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasının həyətində etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E220 Minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirən zaman qanunsuz saxladığı həmin psixotrop maddədən 1.236 qram psixotrop maddə olan metamfetamin sürücü oturacağının arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, İİ qurup əlil olmasını, cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə Ağdaş şəhəri M.ünvan 5 ünvanında yerləşən yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 1,859 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 04 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 41 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 41 saat hüquqi xidmətə görə 246 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş şəhəri M.ünvan 5 ünvanında yerləşən yaşayış yerini saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1,859 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 04 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 41 saat hüquqi xidmətə görə 246 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-104/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-104/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver