Məhkəmə qərarları › İş №1(014)-104/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-104/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-104/2023 31.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş Ağdaş rayonu, Gürcuva kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində və yaşadığı evində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 395,27 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Məşəd küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 13:42-dən 14:05-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli pencəyinin sol yan cibindən “Prima” markalı siqaret qutusunun içərisində həmin narkotik vasitədən təmiz çəkisi – 10,27 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi qeyd olunan tarixdə saat 14:23-dən 14:36-dək onun razılığı əsasında yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən nömrəsiz evinə keçirilmiş baxış zamanı sonuncunun yaşadığı evin birinci mərtəbəsinin döşəməsinin alt hissəsində saxladığı 1 ədəd sellofan torbada həmin narkotik vasitədən təmiz çəkisi təmiz çəkisi – 385,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrdən istifadə etdiyini, marixuananı istifadə edəndə rahatlaşdığını və ağrıları kəsdiyini, əvvəllər məhkum olunduğunu, 2023-cü ilin aprel ayının əvvəllərində səhər saatlarında Ağdaş rayonu, Gürcüva kəndi ərazisində yerləşən çay kənarında balıq tutan zaman çayın kənarında 1 ədəd bir ədəd torba gördüyünü, həmin torbanın onun marağını cəlb etdiyi üçün yerdən götürüb içərisində baxdığını, torbanı açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını gördüyünü, narkotik vasitə istifadəçisi olduğuna görə həmin marixuananı götürüb istifadə etmək üçün üzərində saxladığını, daha sonra oradan uzaqlaşıb çıxıb getdiyini, xx.xx.2023-cü il tarixdə saat 13:10-da Ağdaş şəhəri, Maşad küçəsində hərəkətdə olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, özünün onlarla polis şöbəsinə gəldiyini və polis şöbəsinə gələndən sonra orada ona vəkil təqdim edib onu şübhəli şəxs kimi tutduqlarını, şübhəli şəxs kimi tutularkən ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra üzərində Ağdaş RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı ona hüquq və vəzifələrinin bir daha izah olunduğunu, şəxsi axtarış zamanı əynində olan ağ rəngli pencəyin sol yan cibindən 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusu, daha sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən “Kapital Bank”a məxsus hesab kartı, 2 (iki) ədəd 10 qəpiklik dəmir pul, sağ yan cibindən 4 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinası və 1 ədəd cib dəsmalı, əynində olan pencəyin sağ yan cibindən 1 ədəd alışqan, pencəyin sol döş cibindən cib dəsmalı aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusunun açıldığını, həmin 1 ədəd siqaret qutusunun açılan zaman içərəsində yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin maddənin marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını, 3-4 gün bundan əvvəl Ağdaş rayonu, Gürcüva kəndindən keçən çayın kənarından tapdığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş içərəsində yaşıl rəngli bitki kütləsi olan 1 ədəd siqaret qutusunun elektron tərəzidə çəkildiyini və çəkisinin 16,1 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş 4 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinası və “Kapital Bank”a məxsus hesab kartının zərfə qablaşdırılaraq götürüldüyünü, sonra 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını və protokol tərtib edildiyini, tərtib edilmiş protokolun imzalarla təsdiq edildiyini, sonra aşkar edilmiş cib dəsmalı və 2 (iki) ədəd 10 qəpiklik dəmir pulun özünə qaytarıldığını, həmçinin şəxsi axtarış zamanı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən nömrəsiz ünvandakı yaşadığı evdə də, narkotik vasitə olmasını bildirdiyini, daha sonra müdafiəçinin iştirakı ilə Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən nömrəsiz ünvandakı yaşadığı evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin ikinci mərtəbəsinin döşəməsinin alt hissəsindən qırmızı rəngli sellofan paketin aşkar olunduğunu, həmin sellofan paket açılan zaman içərisindən 1 ədəd sellofan bükümdə yaşıl rəngli kəskin iyli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar olunduğunu, həmin bitki kütləsinin marixuana olmasını və özü istifadə etmək üçün evində saxladığını bildirdiyini, daha sonra həmin sellofan paketin elektron tərəzidə çəkildiyini və çəkisinin 389 qram olduğunu, daha sonra həmin sellofan paketin qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı video çəkilişin aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini, üzərindən və evindən aşkar edilmiş narkotik vasitəni, Ağdaş rayonu, Gürcuva kəndi ərazisindən keçən çay kənarından, təxminən 3-4 gün əvvəl yerdən tapdığını və öz istifadəsi üçün üzərində və yaşadığı evdə saxladığını, üzərindən aşkar edilmiş 1 ədəd “Kapital Bank”a aid kartın anası Nuriyyə Nəbiyevaya məxsus olduğunu, həmin gün kartı ona balansında pul olub olmamasını yoxlamaq üçün verdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Gürcüva kəndində qeydiyyatda olan və Ağdaş şəhəri, Maşad küçəsində yerləşən evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 13:22 radələrində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2la birlikdə Ağdaş şəhəri, Vaqif küçəsində hərəkətdə olan zaman Rövşənin piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Rövşəni RPŞ-yə dəvət etdiklərini, Rövşənin də onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Rövşənə dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞnin inzibati binasında, xidməti otaqda Rövşənin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rövşənin əynində olan ağ rəngli pencəyin sol yan cibindən 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusu, daha sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən “Kapital Bank”a məxsus hesab kartı, 2 (iki) ədəd 10 qəpiklik dəmir pul, sağ yan cibindən 04 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinası və 1 ədəd cib dəsmalı, əynində olan pencəyin sağ yan cibindən 1 ədəd alışqan, pencəyin sol döş cibindən cib dəsmalın aşkar olunduğunu, daha sonra aşkar edilmiş 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusunun açıldığını, həmin 1 ədəd siqaret qutusunun açılan zaman içərəsində yaşıl rəngli kəskin iyli bitki kütləsinin aşkar edildiyini, Rövşənin həmin maddənin marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını, 3-4 gün bundan əvvəl Ağdaş rayonu, Gürcüva kəndindən keçən çayın kənarından tapdığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş içərəsində yaşıl rəngli bitki kütləsi olan 1 ədəd siqaret qutusunun elektron tərəzidə çəkildiyini və çəkisinin 16,1 qram olduğunu, daha sonra aşkar edilmiş 04 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinası və “Kapital Bank”a məxsus hesab kartının zərfə qablaşdırılaraq götürüldüyünü, sonra 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını və protokol tərtib edildiyini, tərtib edilmiş protokolun imzalarla təsdiq edildiyini, sonra aşkar edilmiş cib dəsmalı və 2 (iki) ədəd 10 qəpiklik dəmir pulun özünə qaytarıldığını, həmçinin Rövşənin şəxsi axtarış zamanı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən nömrəsiz ünvandakı yaşadığı evdə də, narkotik vasitə olmasını bildirdiyini, daha sonra müdafiəçinin iştirakı ilə Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən nömrəsiz ünvandakı yaşadığı evə baxış keçirildiyini, baxış zamanı Rövşənin yaşadığı evin ikinci mərtəbəsinin döşəməsinin alt hissəsindən qırmızı rəngli sellofan paketin aşkar olunduğunu, həmin sellofan paket açılan zaman içərisindən 1 ədəd sellofan bükümdə yaşıl rəngli kəskin iyli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar olunduğunu, Rövşənin həmin bitki kütləsinin marixuana olmasını və özü istifadə etmək üçün evində saxladığını bildirdiyini, daha sonra həmin sellofan paketin elektron tərəzidə çəkildiyini və çəkisinin 389 qram olduğunu, daha sonra həmin sellofan paketin qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı video çəkiliş aparıldığını, protokolun tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, Rövşənin üzərindən və evindən aşkar edilmiş narkotik vasitəni, Ağdaş rayonu Gürcuva kəndi ərazisindən keçən çay kənarından, təxminən 3-4 gün əvvəl yerdən tapdığını və öz istifadəsi üçün üzərində və yaşadığı evdə saxladığını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli pencəyin sol yan cibindən isə 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusu aşkar edilmiş, həmin aşkar edilmiş siqaret qutusu açılan zaman içərisindən kəskin iyli bitki kütləsi aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə marixuana olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, aşkar olunmuş həmin narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 16,1 qram olmuş, sonra həmin büküm kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxışa keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsinin döşəməsinin altından sellofan torba aşkar edilmiş, həmin aşkar edilmiş sellofan torba açılan zaman içərisindən kəskin iyli bitki kütləsi aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə marixuana olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, aşkar olunmuş həmin narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 389 qram olmuş, sonra həmin büküm kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/308 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunun içərisində yaşıl rəngli bitki kütləsi.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 1 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 10,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd iərisində yaşıl rəngli bitki kütləsi olan sellofan paket.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 1 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 385,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd siqaret qutusunda və 1 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixnalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli, № 1003 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə “Amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılaraq üzərində 1 il 04 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, və Amnistiya qərarının 3-cü bəndinə əsasən azad edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə amnistiya qərarının 4-cü hissəsinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-42/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-51/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, təqdimatın təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 6 ay azaldılması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-783/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, ərizənin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 1 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-660/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2023-cü il tarixli, № 629 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yaşamaqla ailə tərkibi anası X3, X5, X6, X4 (xx.xx.2004cü il təvəllüdlü) və X1 (xx.xx.2006-cı il təvəllüdlü) ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 4(014)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 395,07 qram qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 395,07 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar