Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-104/2024 01.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçilər Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər X8 və Müdafiəçi., Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1986-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş şəhəri, X18 küçəsi, ev 52-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 18,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamışdı, daşımışdı, 11 aprel 2024-cü il tarixdə saat 19:25-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində saxlanılıb Ağdaş RPŞ-nin Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra, xidməti otaqda, həmin tarixdə saat 19:52-dən 20:09-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi 18,79 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 11 aprel 2024-cü il tarixdə səhər saat 10:00 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli tam orta məktəbin arxa tərəfində piyada hərəkət edən zaman zibilliyin içərisində 1 ədəd siqaret qutusunun olduğunu görüb, əyilib həmin siqaret qutusunu yerdən götürmüş, qutunun içinə baxdıqda siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Həmin siqaret qutusunu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuş, saat təxminən 19:25-də Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində piyada hərəkət edən zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin olunmuş, üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 3 ədəd 20 qəpiklik dəmir pulları çıxarıb masanın üzərinə qoymuş, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilmədiyini, təhqiqatçı təqdim etdiyi siqaret qutusunu açdı və içərisində olan maddənin nə olduğunu, hardan tapdığını, hansı məqsədlə üzərində saxladığını soruşmuşdur. O, həmin maddənin narkotik vasitə marixuana olduğunu, 11 aprel 2024-cü il tarixdə səhər saatlarənda 7 nömərli məktəbin arxasındakı zibillikdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını söyləmişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 24,80 qram olduğu müəyyən edilmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı var, yoldaşı onkoloji xəstədir, ona köməklik edib yüngül cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahid ifadəsi, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmişdir. Məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 11 aprel 2024-cü il tarixdə saat 19:25 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində piyada formada gəzərkən saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 3 ədəd 20 qəpiklik dəmir pulları çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Elmirin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təhqiqatçı Elmirin təqdim etdiyi siqaret qutusunu açmış, içərisində olan maddənin nə olduğunu, hardan tapdığını və hansı məqsədlə üzərində saxladığını soruşmuş, Elmir də həmin maddənin narkotik vasitə marixuana olduğunu, 11 aprel 2024-cü il tarixdə səhər saatlarında 7 nömrəli məktəbin arxasındakı zibillikdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını demişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 24,80 qram olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin “nəşə” olduğunu, 11 aprel 2024-cü il tarixdə səhər saat 10:00 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli tam orta məktəbin arxa tərəfində piyada hərəkət edən zaman zibilliyin içərisində 01 ədəd siqaret qutusunda tapdığını, həmin Siqaret qutusunu açıb içərisinə baxdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin siqaret qutusunun içərisindəki maddənin narkotik vasitə olan “nəşə” olmasını bildiyini və istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. İşin materiallarında olan 11 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 19:25 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd siqaret qutusunu, əynində olan boz rəngli şalvarın arxa sağ cibindən mobil telefonu, həmin şalvarın sol yan cibindən 03 ədəd 20 qəpiyi təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, daha sonra həmin 01 ədəd siqaret qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 24,80 qram olmuş, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan siqaret qutusu kağız zərfə qablaşdırılmış, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, bundan başqa onun üzərindən aşkar olunmuş mobil telefon da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, qəpik pullar iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. İşin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 aprel 2024-cü il tarixli 3-16-16-2-17/358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunda, təmiz çəkisi – 18,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli 663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşin materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsindən daxil olan 26 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində “Heroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün surətindən, Şəki Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1) Gəncə Hərbi Məhkəməsinin 07 mart 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 3 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 04 avqust 2005-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəza 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. 2) Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. 3) Ağdaş Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 19 aprel 2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 2 ay 28 gün hissəsindən azad edilmişdir. 3) Ağdaş Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 dekabr 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 3 ay 8 gün hissəsindən azad edilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 aprel 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X3 (1952), arvadı X4 (1990), oğlu X6 (2009) və oğlu X7 (2017) ibarətdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 aprel 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İşin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı vardır. İşin materiallarında olan X19 X1 14 noyabr 2023-cü il tarixli müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs arvadı X9 böyrək membranoz nefropatiya xəstəliyindən əziyyət çəkir. İşin materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 11 aprel 2024-cü il tarixli qərardan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuş, 13 aprel 2024-cü il tarixdə saat 16:20-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzanın ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayıb islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdən saat 19:25-dən 13 aprel 2024-cü il tarixə saat 16:20-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın iki günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəksə də, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 18,69 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdən 13 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın iki günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 18,69 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-104/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-104/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver