Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-105/2021 23.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, əvvələr məhkum olunmamış, Ağdaş şəhəri, İstiqlal keçəsi 5-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına 23 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında 25.06.2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanında yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs əsəbləşərək yumruqla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sifət, sağ qol nahiyəsinə və bədəninin müxtəlif yerlərinə qəsdən vuraraq ona qəsdən burun yəhərinin qançır və şişkinliyi, sol burun dəliyindən tənəfüssün cuzi pozulması, sağ bazunun aşağı 1/3-nin iç səthinin qançırı, alt dodağın sıyrıqları, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 25.06.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, Tahirə ilə 2012-ci ildə ailə qurduqlarını, bigə nikahlarından 4 azyaşlı uşaqlarının olduğunu, arvadı Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər dava dalaş baş vermədiyini, 25.06.2021-ci il tarixdə işdən yaşadığı evə saat 23 radələrində gəldiyini, həmin vaxt arvadı Tahirəyə yorğun olduğunu və ona yemək verməyini dediyini, həmin vaxt arvadı Tahirənin onlarla birlikdə qalan anası Şahid Pirməmməd qızı ilə söhbət etdiyini və onun söylədiklərinə əhəmiyyət vermədiyini, bir daha arvadı Tahirəyə ona yemək verməsini söylədiyini, bu zaman isə arvadı Tahirənin ona kobud formada “mətbəxdə pomidor çörək var, get özün götür ye” deyə söylədiyini, onun da arvadı Tahirəyə “sən mənim arvadımsan, sən olan yerdə mən özüm gedib özümə yemək hazırlamalı deyiləm” dediyini, bu zaman qaynanası Şirinbacının ona “mətbəxə gedib özün yemək yeyə bilmirsən, nəyə görə hər iş üçün Tahirəni buyurursan ”deyə söylədiyini, qaynanası Şirinbacıya“ bizim ailə işlərmizə qarışaraq vəziyyəti bu həddə çatdıran sənsən” dediyini, bu zaman arvadı Tahirənin ona nə üçün onun anası Şirinbacı ilə kobud danışmasının səbəbini soruşduğunu, onun da arvadı Tahirəyə Şahid ilə kobud danışmadığını, hər şeyin necədirsə elə də söylədiyini bildirdiyini, lakin arvadı Tahirənin onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlədərək “çox danışma, get mətbəxə, sakitcə yeməyini ye” dediyini, buna görə də arvadı Tahirə ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Tahirənin hərəkətlərinə əsəbləşdiyini və qəsdən bir neçə dəfə yumruqla arvadı Tahirənin sifət nahiyəsindən, qol nahiyəsindən və bədənin müxtəlif yerlərindən vuraraq ona qəsədən xəsarət yetirdiyini, bu zaman qayınanası Şirinbacının onları aralaşdırdığını, daha sonra oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin o, izahatında arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan dava dalaş zamanı orada onlardan başqa qaynanası Şahid olduğunu, başqa heç kimin olmadığını, səs küyə heç kimin gəlmədiyini, aralarındakı dava dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, onun həyat yoldaşı Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs onun əri olduğunu, onunla heç bir ədavəti olmadığını, əri Təqsirləndirilən şəxs ilə 2012-ci il tarixdən ailəli olduğunu, birgə nikahlarından 4 azyaşlı övladlarının olduğunu, əri Təqsirləndirilən şəxs onunla hər zaman mübahisələr edərək aralarında münaqişələr yarandığını, 25.06.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində əri Təqsirləndirilən şəxs işdən yaşadıqları evə gəldiyini, bu zaman əri Valehin ona “yorulmuşam mənə yemək ver yeyim” dediyini, özünün də həmin vaxt onlarla birgə yaşayan anası Şahid ilə söhbət etdiyini, əri Təqsirləndirilən şəxs yenə də ona əsəbi halda "sənə demirəm mənə yemək ver" sözlərini söylədiyini, özünün də əri Təqsirləndirilən şəxs nə üçün ucadan danışdığını və acıbsa gedib mətbəxdən pamidor çörək götürərək yeməsini bildirdiyini, bu zaman Valehin ona “sən mənim arvadımsan, sən olan yerdə mən nə səbəbə mətbəxdən yemək götürüb yeməliyəm, sən özün mənə yemək gətirib verməlisən” sözlərini söylədiyini, həmin vaxt anası Şahid əri Təqsirləndirilən şəxs “sən özün mətbəxdən yemək götürüb yeye bildiyin halda hər işə arvadın Tahirəni göndərirsən” sözlərini söylədiyini, bu zaman Valeh Xelilovun anası Şahid “sən mənim ailə işlərimə qarışma” deyərək anası Şirinbacıya öz iradını bildirdiyini, əri Təqsirləndirilən şəxs da anası Şahid ilə kobud danışdığına görə əri Təqsirləndirilən şəxs iradını bildirdiyini və “acmısansa gedib mətbəxdən yemək götürüb ye ancaq sakit ol” dediyini, həmin vaxt onunla əri Təqsirləndirilən şəxs arasında sözlə mübahisə yarandığını, mübahisə zamanı yaşadıqları evdə əri Təqsirləndirilən şəxs qəsdən onun sifət nahiyyəsindən, sağ qol nahiyyəsindən və bədəninin müxtəlif yerlərindən yumruqla bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirdiyini, bu zaman anası Şahid onu əri Təqsirləndirilən şəxs ayırmağa çalışdığını, Təqsirləndirilən şəxs da ondan ayrılaraq oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin o, izahatında əri Təqsirləndirilən şəxs ilə aralarında olan dava dalaş zamanı orada onlardan başqa anası Şahid olduğunu, başqa heç kimin olmadığını, yaranmış səs küyə də heç kimin gəlmədiyini, aralarındakı dava-dalaşın da təxminən 3-5 dəqiqə davam etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və hal-hazırda heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid Pirməmməd qızı izahatında Təqsirləndirilən şəxs onun kürəkəni, Zərərçəkmiş şəxs isə onu qızı olduğunu, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla 2012-ci il tarixdən ailəli olduqlarını və onların 4 azyaşlı övladları olduğunu, kürəkəni Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs aralarında narazılıqlar yarandığını, 25.06.2021-ci il tarixdə qızı Zərərçəkmiş şəxs yaşadığı evdə olduğunu, 25.06.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs işdən yaşadıqları evə gələrək qızı Zərərçəkmiş şəxs işdən gəldiyi üçün yorğun olduğunu ve ona yemək verməsini tələb etdiyini, qızı Zərərçəkmiş şəxs həmin vaxt onunla söhbət etdiyini, Təqsirləndirilən şəxs təkrarən yenə də arvadı Zərərçəkmiş şəxs əsəbi halda "sənə demirəm mənə yemək ver!" sözlərini söylədiyini, həmin vaxt Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs nə üçün ucadan danışmasını və acmıbsa gedib mətbəxdən pamidor çörək götürərək yeməsini bildirdiyini, bu zaman Valehin də Tahirəyə “sən mənim arvadımsan, sən olan yerdə mən nə səbəbə mətbəxdən yemək götürüb yeməliyəm, sən özün mənə yemək gətirib verməlisən” sözlərini söylədiyini, həmin vaxt onun da Təqsirləndirilən şəxs “sən özün mətbəxdən yemək götürüb yeyə bildiyin halda hər işə arvadın Tahirəni göndərirsən” sözlərini söylədiyini, bu zaman Təqsirləndirilən şəxs ona “sən mənim ailə işlərimə qarışma” dediyini və ona öz iradını bildirdiyini, Təqsirləndirilən şəxs da onunla kobud danışmasına görə Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs iradını bildirdiyini, və ona “acmısansa gedib mətbəxdən yemək götürüb ye ancaq sakit ol” dediyini, həmin vaxt qızı Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında sözlə mübahisələri yarandığını, mübahisə zamanı yaşadıqları evin yataq otağında Təqsirləndirilən şəxs qəsdən qızı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən, sağ qol nahiyyəsindən və bədəninin müxtəlif yerlərindən bir neçə dəfə yumuruqla döyərək Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Həmçinin o, izahatında qızı Zərərçəkmiş şəxs ilə kürəkəni Təqsirləndirilən şəxs aralarında olan dava –dalaşın yaşadıqları evdə baş verdiyini, təxminən 3-4 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs küyə heç kimin gəlmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 26.06.2021-ci il tarixli, 376 nömrəli rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – burun yəhərinin qançır və şişkinliyi, sol burun dəliyindən tənəfüssün cuzi pozulması, sağ bazunun aşağı 1/3-nin iç səthinin qançırı, alt dodağın sıyrıqları, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 25.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 26.06.2021-ci il tarixli, 380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşakr olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin 12.07.2021-ci il tarixli, 951 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş şəhər İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 1(014)-105/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixə saat 10:00-a təyin edilimiş məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rasim Mustafayevin 10 avqust 2021-ci il tarixli 24/132- 1583-1224 saylı məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 1(014)-105/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən gedilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə aydır ki, qeyd edilən ünvanda yaşamır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(014)-105/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərə, barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Polis Şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Nabir Əzəmmədovun 03 sentyabr 2021-ci il tarixli 28/132-17502-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03.09.2021-ci il tarixli 221083 saylı axtarış işi açılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Polis Şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Nabir Əzəmmədovun 22 sentyabr 2021-ci il tarixli 3/132-18816-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21.09.2021-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Qəbələ rayonu ərazisində tutularaq Ağdaş RPŞ-nə gətirilməklə MSY-nə təhvil verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən : 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3. məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən X3 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-105/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-105/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver