Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-105/2022 02.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi3, Müdafiəçi2 Abduhüseyn oğlunun və Müdafiəçi1 Zərərçəkmiş şəxs Oktay oğlunun, nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1978-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, H.Cavid küçəsi 33-də qeydiyyatda olan, faktiki olaraq Ağdaş şəhəri, Padar küçəsi 10-da yaşayan, barəsində 23 iyul 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 xx xxxx 2003-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Dövlət Sənaye Universitetinin 3-cü kurs tələbəsi, subay, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Padar küçəsi 10-da qeydiyyatda olan və yaşayan, barəsində 23 iyul 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 12 avqust 1998-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Padar küçəsi 10-da qeydiyyatda olan və yaşayan, barəsində 23 iyul 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 20 mart 2022-ci il tarixdə, saat 21:20 radələrində sərxoş vəziyyətdə Ağdaş şəhəri, Padar küçəsində yerləşən ictimai yer olan Zərərçəkmiş şəxs Oktay oğluna məxsus ərzaq mağazasına daxil olaraq Zərərçəkmiş şəxs onun oğlu Təqsirləndirilən şəxs3 zəng edib borcunu istəməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına nalayiq ifadələr işlətdikdən sonra cinayətkar niyyətinin davamı olaraq oradan uzaqlaşaraq gedib bir neçə dəqiqə sonra yəni, həmin gün saat 21:30 radələrində oğlanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub mağazada olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ona qarşı zor tətbiq edərək baş və bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub ona başın sol ənsə nahiyəsinin şişkinliyi (hematoması), sağ üst göz qapağının, burunun sağ nahiyəsinin qançırları, sol əlin üst səthinin sıyrıqları, sol diz oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və 100 manat məbləğində əmlak ziyanı vuraraq xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 20 mart 2022-ci il tarixdə, saat 21:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub mağazada olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ona qarşı zor tətbiq edərək baş və bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub ona başın sol ənsə nahiyəsinin şişkinliyi (hematoması), sağ üst göz qapağının, burunun sağ nahiyəsinin qançırları, sol əlin üst səthinin sıyrıqları, sol diz oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və 100 manat məbləğində əmlak ziyanı vuraraq xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 20 mart 2022-ci il tarixdə, saat 21:30 radələrində qardaşı Təqsirləndirilən şəxs3 və atası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub mağazada olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ona qarşı zor tətbiq edərək baş və bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub ona başın sol ənsə nahiyəsinin şişkinliyi (hematoması), sağ üst göz qapağının, burunun sağ nahiyəsinin qançırları, sol əlin üst səthinin sıyrıqları, sol diz oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və 100 manat məbləğində əmlak ziyanı vuraraq xuliqanlıq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində Zərərçəkmiş şəxs Oktay oğluna məxsus Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində yerləşən mağazanın olduğunu və uzun illərdir ki, həmin mağazadan alış-veriş etdiyini, buna görə də Qəriblə münasibətlərinin həmişə yaxşı olduğunu, həmçinin Qəribin mağazasından ona lazım olan əşyaları və ərzaqları nisyə də aldığını, bu səbədən də Qəribə 100 manat borcunun olduğunu, 20 mart 2022-ci il tarixdə Qəribin onun istifadəsində olan mobil nömrəyə zəng vurmasını, həmin vaxt evdə olmadığı üçün telefonu kiçik oğlu Ümidin götürdüyünü, Qəribin isə mobil telefonda onun oğlundan onun harada olmasını soruşaraq oğluna “atana de borcumu versin, elə etməsin ki, qapıya gəlim başqa söhbət edim” deyə söyləməsini, onun evə gəlməsindən sonra oğlu Ümidin bu barədə ona məlumat verməsini, buna görə də dərhal Qəribə məxsus mağazaya getdiyini, Qəribə məxsus mağazaya daxil olan zaman Qərib və Kənanın mağazada söhbət etməsini gördüyünü, əvvəlcə onlara yaxınlaşaraq həmişə olduğu kimi salam verdiyini, daha sonra Qəribdən nəyə görə onun oğluna zəng edərək həmin sözləri söyləməsini soruşduğunu, bundan sonra Qəribin ona əgər borcunu verməsə yenə də zəng edəcəyini və onu polisə verəcəyini bildirdiyini, Qəribə zəng etməməsini tapşırdığını, bundan sonra Qəribin onun ünvanına nalayiq ifadələr işlətdiyini, bu səbəbdən də onun da Qəribin ünvanına nalayiq ifadələr işlətdiyini, bu zaman Qəribin ona əl-qol ataraq üzərinə gəlmək istədiyini və həmin vaxt Qəribin stolun üzərində olan mayonez bankasını götürərək onunla mübahisə etməyə başladığını, oradan uzaqlaşaraq özünü qorumaq üçün süpürgə çubuğunu götürdüyünü, həmin vaxt orada olan Kənan adlı şəxsin onları aralaşdırdığını, daha sonra mağazadan çıxdığını, həmin vaxt Qəribin də onun arxasıyca gələrək onun ünvanına nalayiq ifadələr işlətməyi davam etdiyini, bundan əsəbləşdiyini və onu özündən uzaqlaşdırmaq üçün yalandan özünə məxsus yük avtomobilin sol qapısından içəridə olan dəmir parçasını götürdüyünü və sözlə Qəribi hədələdiyini, həmin vaxt onun həmin dəmir parçası ilə Qəribi vurmaq fikrinin olmadığını, sadəcə olaraq Qəribi sakitləşdirmək istədiyini, daha sonra öz avtomobilinə əyləşərək oradan uzaqlaşdığını və yaşadığı evə getdiyini, oğlu Ümidi də götürərək yenidən Qəribin mağazasına qayıtdığını, mağazaya qayıdandan sonra oğlu Ümidin Qəribə telefonun onun açdığını bildirdiyini, bu zaman Qəribin elə bir söz demədiyini söylədiyini, daha sonra Qəribə həmin sözləri onun deməsini söylədiyini, bu zaman Qəribin onun və oğlu Ümidin ünvanına nalayiq ifadə işlədərək onları təhqir etdiyini, bu zaman onunla Qəribin arasında mübahisə yarandığını, lakin Qəribin yenə də onun ünvanına nalayiq ifadələr işlətdiyini, daha sonra mağazada olan Kənan, Elçin və Taleh adlı şəxslərin onu və oğlu Ümidi oradan uzaqlaşdırmağa çalışdıqlarını, həmin vaxt Qəribin stolun üzərində olan bıçağı əlinə götürdüyünü və yenə də onları təhqir etməyə başladığını, bu zaman mağazaya daxil olan oğlu İlkinin Qəribin söyüş söyməsini eşitdiyi üçün onun üzərinə getdiyini və Qəribi bir dəfə yumruqla vurduğunu, həmin vaxt Qəribin əlində olan bıçaqla oğlu İlkinin alın nahiyəsindən vurduğunu, Qərib ilə oğlu İlkinin dava etməsini gördüyü üçün Qəribin üzərinə getdiyini və onu təpik və yumruqla vuraraq bıçağı əlindən almaq istədiyini, bunu görən oğlu Ümidin də onun arxasınca gəldiyini və Qəribi bir neçə dəfə təpik və yumruqla vurduğunu, daha sonra Talehin onu oradan çıxardığını, həmçinin orada olan Kənan və Elçin adlı şəxslərin onun oğlanları Ümid və İlkini də mağazadan bayıra çıxardıqlarını, bundan sonra oğlu İlkinin alın nahiyəsindən qan axmasını gördüyünü, buna görə də İlkindən ona nə olmasını soruşduğunu, İlkinin də onu Qəribin bıçaqla vurmasını söylədiyini, mübahisə və dava-dalaş zamanı orada Kənan, Elçin və Taleh adlı şəxslərin olmasını, hadisədən sonra qohumu vasitəsi ilə Zərərçəkmiş şəxsla barışamağa cəhd etdiyini, lakin Zərərçəkmiş şəxs barışmaqdan qəti olaraq imtina etdiyini bildirdi. İş üzrə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində Zərərçəkmiş şəxs onlarla qonşuluqda ərzaq mağazasının olduğunu, bir neçə ildir ki, bütün alış-verişlərini Qəribə məxsus mağazadan etdiklərini, Qərib ilə aralarında heç bir ədavət və ya düşmənçiliklərinin olmadığını, 20 mart 2022-ci il tarixdə, təxminən saat 19:00 radələrində Qəribin onun atasının istifadəsində olan mobil nömrəyə zəng etdiyini, həmin vaxt atasının evdə olmadığı üçün telefonu onun açdığını, Qəribin ondan atasının harada olmasını soruşduğunu və onun da Qəribə atasının harada olması barədə heç bir məlumatının olmadığını söylədiyini, daha sonra Qəribin ona “atana de mənim borcumu versin, elə etməsin gəlib onunla başqa söhbət edim” deyə söylədiyini və daha sonra telefonu söndürdüyünü, bundan təxminən 2 saat sonra atasının yaşadıqları evə gəldiyini və bu barədə atasına məlumat verdiyini, atasının da evdən çıxaraq özünə məxsus avtomobil ilə getdiyini, təxminən 10 dəqiqə sonra atasının yenidən geri qayıdaraq ona birlikdə Qəribin mağazasına gəlməsini söylədiyini, buna görə də atası ilə birlikdə gəldiyini, atasının avtomobili ilə Qəribə məxsus mağazasına getdiyini, daha sonra avtomobildən düşərək mağazaya daxil olduqlarını, atası Mahirin bir dəfə də Qəribdən telefonda nə deməsini soruşduğunu, bu zaman Qəribin onun və atası Mahirin ünvanına nalayiq ifadələr işlətdiyini, bundan əsəbləşdirdikləri üçün Qəriblə onların arasında mübahisə yarandığını, lakin həmin vaxt mağazada olan Kənan, Elçin və Taleh adlı şəxslərin onları aralaşdırdıqlarını, buna baxmayaraq Qəribin yenə də nalayiq ifadələr işlətməyə davam etdiyini, həmçinin əlinə bıçaq götürərək dayandığını, bu zaman mağazaya daxil olan qardaşı İlkinin Qəribin onun və atasının ünvanına nalayiq ifadələr işlətməsini eşitdiyi üçün dərhal Qəribin üzərinə gedərək bir neçə dəfə Qəribi yumruqla vurduğunu, daha sonra isə atasının və onun üzərinə getdiklərini, atası Mahirin bir neçə dəfə Qəribi təpik və yumruqla vurduğunu və nəticədə Qəribin yerə yıxıldığını, bundan sonra onun, atası Mahirin və qardaşı İlkinin bir neçə dəfə Qəribi təpik və yumuruqla vurduqlarını, həmin vaxt mağazada olan Kənan, Taleh və Elçin adlı şəxslərin isə yenə də onları aralaşdırdıqlarını, bundan sonra qardaşı İlkinin alın nahiyəsindən qan axmasını gördüyünü və ondan bunun səbəbini soruşduğunu, bu zaman qardaşı İlkinin həmin xəsarəti ona Qəribin bıçaqla vuraraq yetirdiyini bildirdiyini, daha sonra yuxarıda adlarını qeyd etdiyi şəxslərin onları mağazadan bayıra çıxardıqlarını, həmin vaxt əsəbi olduğu üçün bir dəfə yumruqla mağazanın qarşısında olan tərəziyə vurduğunu bildirdi. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində Zərərçəkmiş şəxs onlarla qonşuluqda ərzaq mağazasının olduğunu, bir neçə ildir ki, bütün alış-verişlərini Qəribə məxsus mağazadan etdiklərini, Qərib ilə aralarında heç bir ədavət və ya düşmənçiliklərinin olmadığını, 20 mart 2022-ci il tarixdə, təxminən saat 21:20 radələrində qardaşı Ümidin ona zəng edərək Qəribə məxsus mağazaya gəlməsini tapşırdığını, buna görə də Qəribin mağazasına gəldiyini, bu zaman Qəribin əlində bıçaqla atası Mahir ilə mübahisə etməsini və uca səslə atası və qardaşının ünvanına nalayiq ifadələr işlətməsini gördüyünü, bu səbəbdən də əsəbi halda Qəribin üzərinə getdiyini və Qəribin baş nahiyəsindən yumruqla bir neçə dəfə vurduğunu, həmin vaxt Qəribin əlində olan bıçaqla onun alın nahiyəsindən vurduğunu, daha sonra atası Mahir və qardaşı Ümidin də Qəribin üzərinə gəldiklərini, atasının Qəribi yumruqla vurduğunu və Qəribin bundan sonra yerə yıxıldığını, bundan sonra onların Qəribi təpik və yumruqla vurmağa başladıqlarını, həmin vaxt onlar tərəfə getdiyini və Qəribi vurmağa başladığını, belə ki, Qəribin yerdə yıxılmış vəziyyətdə olduğunu, Qəribə yaxınlaşan zaman orada olan Kənan və Elçin adlı şəxslərin onu oradan uzaqlaşdırdıqlarını, daha sonra Kənanın onu tutub saxladığını, Elçin və Taleh adlı şəxlərin isə onun atası və qardaşını oradan uzaqlaşdırdıqlarını, bundan sonra atası Mahir və qardaşı Ümidin onun alın nahiyəsindən qan axmasını görərək nə baş verdiyini soruşduğunu, onlara Qəribin əlində olan bıçaqla onu vurmasını söylədiyini, bundan sonra atası və qardaşının yenidən Qəribin mağazasına daxil olmaq istədiklərini, lakin yenə də oradan olan Kənan, Elçin və Taleh adlı şəxslərin buna imkan vermədiklərini bildirdi. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməmələrinə tənqidi yanaşır, hesab edir ki, onlar bunu özlərini müdafiə etmək, etdikləri xuliqanlıq hərəkətlərinə haqq qazandırmaq, məsuliyyətdən yayınmaq məqsədi ilə etmişlər, özlərini təqsirli bilməsələr də yuxarıda qeyd olunan cinayəti törətməli özlərinin hadisə barədə verdikləri ifadələr, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam olaraq təsdiq edilir. İş üzrə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 və onun oğlanları İlkin və Təqsirləndirilən şəxs3ləri tanıdığını, onlarla heç bir ədavət və düşmənçiliyinin olmadığını, özünə məxsus ərzaq mağazasının olmasını, həmin mağazadan Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, ərzaq malları almasını və ona 103 manat borcunun qaldığını, ancaq neçə müddətdir ki, onun Mahirdən borcunu istədiyi vaxtlarda Mahirin hər dəfə borcunu verəcəyini bildirsə də, lakin borcunu qaytarmadığını, buna görə də onun 20 mart 2022-ci il tarixdə, təxminən saat 19:00 radələrində özünün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Mahirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ona olan borcunu gətirib verməsini bildirmək istədiyini, Mahirin də, ona “Qəbələ rayonundayam, Ağdaş rayonuna gələn kimi səninlə gəlib görüşəcəm” deyə söylədiyini, buna görə də bir müddət gözlədiyini, lakin Mahirin ona dediyi vaxtda gəlib çıxmadığını, bu səbəbdən də yenidən saat təxminən 20:50 radələrində Mahirin istifadəsində olan mobil nömrəyə zəng etdiyini, telefon açılan zaman onun “Mahir, gəlmisən Ağdaşdasan, bəs niyə mağazaya gəlmədin, axı söz vermişdin” deyə söylədiyini, həmin vaxt “Mahir deyil, oğludur” deyə söylənildiyini, həmin şəxsin səsindən onun Mahirin balaca oğlu Ümid olmasını bildiyini, Ümidə mobil telefonda atasına onun borcunu gətirib verməsini tapşırmasını söylədiyini, həmçinin Ümidə əgər atası borcunu verməsə bu barədə lazımi orqanlara müraciət edəcəyini bildirməsini, Ümidin də ona “yaxşı, deyərəm” deyə söylədiyini, həmin gün, yəni 20 mart 2022-ci il tarixdə, saat 21:25 də Mahirin ona məxsus mağazaya gəldiyini, daha sonra Mahirin ona “uşağa zəng eləmisən, yekə oğlansan, bir də zəng etməsən.” deyə söyləyərək onu təhqir etdiyini, daha sonra Mahirdən pulunu istədiyini, Mahirin də ona “sən kimə güvənirsən” deyə söylədiyini, daha sonra Mahirə cavab olaraq “dövlətə və polisə güvənirəm” deyə söylədiyini, bundan sonra Mahirin polisin ünvanına nalayiq ifadələr işlətdiyini, daha sonra aralarında mübahisə baş verdiyini, belə ki, Mahirin onun, onun da Mahirin ünvanına nalayiq ifadələr işlədərək biri-birilərini təhqir etdiklərini, bundan sonra Mahiri qorxudaraq mağazadan çıxarmaq üçün kassanın yaxınlığında olan moyanez banksını əlinə götürdüyünü, Mahirin üzərinə getdiyini, bu zaman Mahirin mağazanın içərisində olan taxta silənin dəmir çubuğunu götürərək onun üzərinə gəldiyini, həmin vaxt orada olan Şahid2 onları aralaşdırmağa çalışdığını, belə ki, Kənanın Mahiri aralaşdırıb mağazadan bayıra çıxardığını, bu zaman Mahirin özünə məxsus “Qazel” markalı yük avtomaşının sürücü tərəfdən ön qapısını açaraq bıçaq götürdüyünü, daha sonra Kənanın Mahiri avtomaşına əyləşdirdiyini və bundan sonra Mahirin çıxıb getdiyini, bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini, daha sonra təxminən 10-15 dəqiqə sonra Mahirin oğlu Ümid ilə onun mağazasına gəldiklərini, Mahirin yenidən onu təhqir etməyə başladığını, həmçinin onun oğlu Ümidin də onunla yüksək səslə danışdığını, Mahirin isə həmin vaxt ona əl-qol atmağa başladığını, Mahirin oğlu Ümidin isə qışqıraraq onun üzərinə doğru gəlmək istədiyini, Mahirin yenidən onun və polisin ünvanına nalayiq ifadələr işlətdiyini, həmin vaxt onun da kassanın üzərində olan bıçağı əlinə götürərək onları qorxutmaq və mağazadan uzaqlaşdırmaq istədiyini, buna səbəb mübahisənin daha da böyüməməsinin olduğunu, həmçinin onun bıçağı əlinə götürməkdə fikirinin onları qorxutmaq olmasını, bıçaqla onlara xəsarət yetirmək fikirinin olmadığını, həmin zaman Mahirin böyük oğlu İlkinin mağazanın qarşısında dayanmış vəziyyətdə olan özünə məxsus VAZ 2106 markalı avtomobilindən düşərək mağazaya daxil olub onun üzərinə hücum çəkdiyini və yumruqla boyununun arxa nahiyəsindən bir dəfə vurduğunu, bundan sonra da Mahir və digər oğlu Ümidin onun üzərinə gələrək onu vurmağa başladıqlarını, həmin zaman yerə yıxıldığını və Mahir və oğlanları Ümid və İlkinin onu yerə yıxılı olan zaman da döydüklərini, daha sonra orada olan şəxslərin, yəni Şahid2, Şahid1 və Şahid3 onları aralaşdırdıqlarını, daha sonra həmin şəxslərin köməkliyi ilə Mahir və oğlanlarının ondan aralaşdırılaraq mağazadan çıxarıldığını, mağazanın qarşısında yenə də Mahirin və oğlanlarının onun ünvanına nalayiq ifadələr işlətdiklərini, həmçinin mağazanın qarşısında qoyduğu ona məxsus tərəzinin Mahirin oğlu Ümidin yumuruqla vuraraq sındırdığını, daha sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyini, Təqsirləndirilən şəxs2 heç bir xəsarət yetirmədiyini, ola bilsin ki, İlkinin mübahisə və dava-dalaş zamanı xəsarət aldığını, Təqsirləndirilən şəxs3 yumuruqla vurub sındırdığı tərəzəni təxminən 1 il əvvəl 100 manata aldığını, buna görə də həmin tərəzinin sınması nəticəsində ona təxminən 100 manat məbləğində maddi ziyan dəydiyini, verdiyi mülki iddianı müdafiə etdiyini, yəni ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etdiyini, hazırda iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmadığını və onlara qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs Ağdaş şəhərində mağaza işlətdiyini, hərdən həmin mağazadan alış-veriş etdiyini, həmçinin Təqsirləndirilən şəxs1 də tanıdığını və onunla qonşuluqda yaşadığını, 20 mart 2022-ci il tarixdə, təxminən saat 21:00 radələrində Qəribə məxsus mağazadan alış-veriş etmək üçün həmin mağazaya gəldiyini, həmin vaxt Qəribin mobil telefonla Mahirin istifadəsində olan mobil telefona zəng etdiyini, həmin vaxt telefonu Mahirin balaca oğlunun götürdüyünü, Qəribin də ondan atasının harada olmasını soruşduğunu və Mahirin ona borcunun olmasını, buna görə də gətirib borcunu verməsini tapşırdığını, əks halda Mahirin barəsində polisə müraciət etməyə vadar olacağını söylədiyini, bundan təxminən 15-20 dəqiqə sonra Mahirin sərxoş vəziyyətdə Qəribin mağazasına gəldiyini, bundan sonra Mahir və Qəribin biri-birilərinə nalayiq ifadələr işlətməyə başladıqlarını, daha sonra isə onların arasında başlamış mübahisənin dava-dalaşa çevrildiyini, lakin Mahirin aralaşdıqdan sonra çıxıb getdiyini, təxminən 10 dəqiqə sonra Mahirin oğlanları Ümid və İlkin ilə birlikdə gəldiklərini, onların da gəlməsindən sonra ataları Mahirin Qərib ilə mübahisə və dava-dalaş etdiyini görərək Qəribin üzərinə gəldiklərini, bundan sonra onların Qəribi yerə yıxdıqlarını və döyməyə davam etdiklərini, Qəribin Mahir ilə mübahisə edən zaman mağazadan əlinə bıçaq götürdüyünü, dava-dalaş zamanı Qəribin əlində olan bıçaqla Mahirin oğlu İlkinin alın nahiyəsindən xəsarət yetirdiyini, həmin vaxt orada olan Taleh və Elçin adlı şəxslərin köməkliyi ilə onları aralaşdırdıqlarını, Mahirin küçədə saxladığı avtomobilindən bir ədəd bıçaq götürmək istədiyini, lakin həmin vaxt onun Mahiri öz avtomobilinə əyləşdirdiyini, bundan sonra isə Mahirin çıxıb getdiyini, lakin Mahirin əlində olan bıçaqla Qəribin üzərinə hücum etmədiyini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs Ağdaş şəhərində mağza işlətdiyini, hərdən həmin mağazadan alış-veriş etdiyini, hazırda Qəribə 80 manat borcunun olduğunu, Təqsirləndirilən şəxs1 tanıdığını, 20 mart 2022-ci il tarixdə, təxminən ssat 21-22 radələrində Qəribə məxsus mağazadan çörək almaq üçün həmin mağazaya gəldiyini, mağazadan çörək alaraq çıxan zaman 3 nəfər şəxsin, yəni Mahir və onun iki oğlunun mağazaya daxil olaraq Qəribin üzərinə hücum çəkdiklərini, Mahir mağazaya daxil olaraq nalayiq ifadələr işlətdiyini və Qəribin üzərinə getdiyini, həmçinin Mahirin oğlanlarının da Qəribin üzərinə getdiklərini, dava-dalaş zamanı onların Qəribi vurmağa başladıqlarını, buna görə də onları aralaşdırmaq üçün onların yanına getdiyini, həmin vaxt orada ondan başqa Kənan və Elçin adlı şəxslərin də olmasını bildirdi. İş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs Ağdaş şəhərində mağaza işlətdiyini, hərdən həmin mağazadan alış-veriş etdiyini, həmçinin Təqsirləndirilən şəxs1 də tanıdığını və onunla qonşuluqda yaşadığını, 20 mart 2022-ci il tarixdə, təxminən sat 21:00 radələrində Qəribə məxsus mağazadan alış-veriş etmək üçün həmin mağazaya getdiyini, mağazaya daxil olan zaman mağazada Qərib və Mahirin arasında dava-dalaşın olmasını gördüyünü, buna görə də öz insanlıq borcunu yerinə yetirərək onları aralaşdırmaq qərarına gəldiyini, həmin vaxt orada olan Kənan və Taleh adlı şəxslərin də köməkliyi ilə onları aralaşadırdıqlarını, onun mağazaya daxil olan zaman Qəribin yerdə yıxılmış vəziyyətdə olmasını və Mahir ilə oğlanları Ümid və İlkinin Qəribi döydüklərinin gördüyünü, lakin konkret olaraq Qəribinin hansı nahiyyələrindən kimin və nə ilə vurmasını görmədiyini, Təqsirləndirilən şəxs1 Qəribin üzərinə bıçaqla hücum çəkməsini görmədiyini, dava-dalaş zamanı İlkinin üzündən qan axmasını gördüyünü, lakin İlkinin həmin xəsarəti hansı vəziyyətdə almasını görmədiyini, dava-dalaş zamanı orada ondan başqa Kənan və Taleh adlı şəxslərin də olmasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 20 mart 2022-ci il tarixdə, saat 21:24 dəqiqədə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olaraq əvvəlcə mağazada olan Şahid2 ilə və daha sonra Zərərçəkmiş şəxsla əl verərək salamlaşmış, Zərərçəkmiş şəxs “uşağa zəng etmisən” deyə söyləmiş, Zərərçəkmiş şəxs isə ona “Mahir gətir borcumu ver” deyə söyləmiş, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs nalayiq ifadələr ilə təhqir etmiş, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində nalayiq ifadələr işlətməyə başlamış, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əl-qol atmış, nəticədə onların arasında mübahisə baş vermiş, mübahisə zamanı onlar biri-birilərinin ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra Zərərçəkmiş şəxs qarşısında olan stolun üzərindəki mayonez bankasını əlinə alaraq Təqsirləndirilən şəxs1 üzərinə getmiş, lakin Təqsirləndirilən şəxs1 vurmamış, mağazada olan Şahid2 onları aralaşdırmış, daha sonra Təqsirləndirilən şəxs1 mağazanın digər tərəfində olan süpürgə çubuğunu götürərək Zərərçəkmiş şəxsla mübahisəni davam etdirmiş, bundan sonra mağazada olan Şahid2 onları aralaşdırmış və Təqsirləndirilən şəxs1 mağazadan bayıra çıxarmış, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək onun arxasına getmiş, daha sonra Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobildən naməlum əşyanı götürərək nalayiq ifadələr işlətməyə davam etmiş, həmin vaxt orada olan Şahid2 müdaxiləsindən sonra özünə məxsus avtomobilə əyləşərək oradan çıxıb getmişdir. Bundan sonra həmin gün saat 21:33 dəqiqədə Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə yenidən Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olmuş, yenidən biri-birilərinin ünvanına nalayiq ifadələr işlədərək biri-birilərini təhqir etmişlər, Təqsirləndirilən şəxs1 yenidən Zərərçəkmiş şəxs olduğu yerə gələrək ona əl-qol atmış, həmin vaxt orada olan Taleh və Kənan adlı şəxslər onları aralaşdırmış, Zərərçəkmiş şəxs qarşısındakı stolun üzərində olan bıçağı götürmüş, saat 21:33 dəqiqədə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərinə hücum edərək yumuruqla bir neçə dəfə onu vurmuş, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə gedərək onu yumuruqla vuraraq yerə yıxmış, bu zaman Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs təpik və yumuruqla vurmağa başlamış, həmçinin Təqsirləndirilən şəxs2 də onların yanına gələrək yerdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs vurmağa başlamış, mübahisə və dalaşma zamanı mağazanın içərisindəki vitrinlərdə yerləşən məhsullar yerə dağılmış, daha sonra mağazada olan Kənan, Taleh və Elçin adlı şəxslər onları aralaşdırmış və mağazadan bayıra çıxarmış, daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mağazanın qarşısında yenindən mağazaya hücum etmək istəmiş, lakin Kənan, Taleh və Elçin adlı şəxslər buna imkan verməmişlər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 03 aprel 2022-ci il tarixli 187 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-başın sol ənsə nahiyəsinin şişkinliyi (hematoması), sağ üst göz qapağını, burunun sağ nahiyəsinin qançırları, sol əlin üst səthinin sıyrıqları, sol diz oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə adiddirlər. Ayrı-ayrılıqda başın sol ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ üst göz qapağının, burunun sağ nahiyəsinin qançırları, sağ əlin üst səthinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Sol diz oynağının əzilməsi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətmələrini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmələrini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cavanlıqlarını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmalarını mümkün hesab edir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs3 iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 nisbətən fərqli cəza təyin edərkən onun hazırda Bakı şəhərində ali təhsil almasını, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə daimi yaşayış yeri olan Ağdaş rayonunu tərk edərək Bakı şəhərinə getməsinin mümkünsüz olacağını əsas götürür. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs3 cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ACS-769-T markalı elektron tərəzi üzrə Zərərçəkmiş şəxs Oktay oğluna qaytarılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs Oktay oğlu tərəfindən verilmiş mülki iddia ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyi üçün mülki iddia baxılmamış saxlanılsın, Zərərçəkmiş şəxs Oktay oğluna izah edilsin ki, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından iyirmi faiz məbləğində dövlət nəfinə pul tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ACS- 769-T markalı elektron tərəzi üzrə Zərərçəkmiş şəxs Oktay oğluna qaytarılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Verilmiş mülki iddia baxılmamış saxlanılsın, Zərərçəkmiş şəxs Oktay oğluna izah edilsin ki, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-105/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-105/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver