Məhkəmə qərarları › İş №1(014)-105/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-105/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-105/2024 02.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmaması, subay, Yevlax şəhəri, Şəki tayı küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə küçəyə açılan qapısından qanunsuz daxil olub həyətyanı sahədə olan çardağın altındakı masanın üzərindən 1 ədəd 165 manat dəyərində perforator, 1 ədəd 145 manat dəyərində drel, 1 ədəd 14,70 metr hissəsi qaz və 17,70 metr hissəsi hava üçün olan 145 manat dəyərində qaynaq borusu (svarka şlankı), 1 ədəd 25 kq çəkidə 13 manat dəyərində zindan (dəmir döyən), 45 ədəd 180 manat dəyərində müxtəlif ölçülü drel başlıqları, 300 ədəd 54 manat dəyərində qaynaq çubuğu, 2 ədəd 10 manat dəyərində “VAZ2106” markalı avtomobil üçün yay, 2 ədəd 6 manat dəyərində dəmir bel başlığı və 1 ədəd 9,30 metr uzunluğunda 7,5 manat dəyərində traynik gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 725,5 manat dəyərində maddi ziyan vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs izahatında özünü Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bildiyini, xx.xx.2024-cü il tarixində səhər saat təxminən 03:30 radələrində Yevlax şəhərində yerləşən şəhər avtovağzalının girişində dayandığını bildirmişdir. Həmin vaxt tanımadığı təxminən 40-45 yaşlı bir kişinin ona yaxınlaşaraq Ağdaş şəhərinə getmək istədiyini və neçəyə apardığını soruşduğunu bildirmişdir. O da onu 20 manata apara biləcəyini bildirdiyini, tanımadığı həmin şəxsin də 10 manatının olduğunu bildirdiyini o da razılaşdığını və etibarnamə ilə idarə etdiyi “VAZ 21099” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobillə Ağdaşa şəhərinə getdiyini qeyd etmişdir. Ağdaş şəhərinə çatan zaman həmin şəxsin əlavə də 2 manat verəcəyini bildirdiyini və onu Ağdaş rayonu, Dəhnəxəlil kəndində aparmağını istədiyini bildirmişdir. O da razılaşdığını və həmin şəxsi Ağdaş rayonu, Dəhnəxəlil kəndinə apardığını bildirmişdir. Onlar Ağdaş rayonu Dəhnəxəlil kəndinə çatan zaman saat təxminən 05:00 radələri olduğunu, o adını bilmədiyi şəxsi düşürdükdən sonra qayıdan zaman təxminən 7-8 il bundan qabaq qayınatası olan Feruz adlı şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsinin küçəyə açılan qapısının olmasını gördüyünü bildirmişdir. O əvvəllər qayınatası olan Zərərçəkmiş şəxs təmir işləri ilə məşğul olduğunu və onun bir sıra oğurlaya biləcəyi əşyaları olduğundan xəbərdar olduğunu qeyd etmişdir. Həmin vaxt maşını küçənin girişində saxladığını, daha sonra ətrafı müşahidə edərək kamera olub-olmamasını yoxladığını və həyətyanı sahənin küçəyə birləşən tərəfində yerləşən köhnə mağazanın üstündə təhlükəsizlik kamerasının olmasını gördüyünü bildirmişdir. Bundan sonra həmin vaxt mağazanın yanında olan wifi dirəyinə dırmaşaraq kameranın önünü yaşıl rəngli əlcəklə örtdüyünü, daha sonra Feruz adlı şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsini müşahidə etdiyini və heç kimin olmadığına əmin olduqdan sonra həyətyanı sahənin küçəyə açılan qapısına yaxınlaşdığını qeyd etmişdir. Əliylə qapını itələyən zaman qapının açıq olmasını gördüyünü və dərhal içəri daxil olduğunu, çardağın altında olan masanın üzərindən 1 ədəd 165 manat dəyərində perforator, 1 ədəd 145 manat dəyərində drel, 1 ədəd 14,70 metr hissəsi qaz və 17,70 metr hissəsi hava üçün olan 145 manat dəyərində qaynaq borusu (svarka şlankı), 1 ədəd 25 kq çəkidə 13 manat dəyərində zindan (dəmir döyən), 45 ədəd 180 manat dəyərində müxtəlif ölçülü drel başlıqları, 300 ədəd 54 manat dəyərində qaynaq çubuğu, 2 ədəd 10 manat dəyərində “VAZ2106” markalı avtomobil üçün yay, 2 ədəd 6 manat dəyərində dəmir bel başlığı və 1 ədəd 9,30 metr uzunluğunda 7,5 manat dəyərində traynik götürdüyünü və onları çardağın altından tapdığı torbanın içərisinə yığdığını qeyd etmişdir. Daha sonra həyətyanı sahənin küçəyə açılan qapısından çölə çıxaraq yenidən ətrafa baxdığını və heç kimin olmadığına əmin olduqdan sonra oğurladığı əşyaları etibarnamə ilə idarə etdiyi minik markalı maşının baqaj hissəsinə qoyduğunu bildirmişdir. Daha sonra etibarnamə ilə idarə etdiyi “VAZ 21099” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobilə minərək oradan uzaqlaşdığını bildirmişdir. Sonradan Yevlax şəhərinə getdiyini, Yevlax şəhərinə çatan zaman saat təxminən 07:00 radələri olduğunu, bundan sonra Yevlax şəhəri ünvan 1 ünvana getdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixədək oğurladığı əşyalaı “VAZ 21099” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobilin baqajında saxladığını, bu 2 gün ərzində oğurladığı əşyaları satmaq üçün müxtəlif yerlərə, metallomlara, avto servislərə müraciət ettiyini, lakin heç kimin onları almadığını qeyd etmişdir. 1 ədəd drel və 1 ədəd perforator rahat satılar deyə maşının yük hissəsində saxladığını, qalan əşyaları isə yaşadığı Yevlax şəhəri Şəki tayı küçəsi ev 3-də yerləşən su çəninin altında gizlətdiyini qeyd etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə müştəri tapdıqdan sonra 300 ədəd qaynaq çubuğu, 26 ədəd drel başlığı və 2 ədəd avtomobil üçün nəzərdə tutulan yayı Yevlax şəhərində tanımadığı, qaraçı olaraq bildiyi şəxsə 20 manat qarşılığında satdığını bildirmişdir. Bundan 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə bir nəfər şəxsin ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Ağdaş rayon polis şöbəsinin əməkdaşı olduğunu bildirdiyini, o da polis sözünü eşidən kimi telefonu söndürdüyünü bildirmişdir. Bundan sonra polislərin onu axtarmasını bildiyini və qalan sadaladığı əşyaları isə yaşadığı Yevlax şəhəri Şəki tayı küçəsi ev 3 də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan dəmir su çəninin altında gizlətdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2024-cü il tarixdə evdə olduğunu, saat təxminən 08 radələrində ona məxsus tefalı təmir etmək üçün fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən çardağın altına getdiyini bildirmişdir. Çardağın altına gedən zaman orda olan şkafın qapılarının açıq olmasını gördüyünü, bundan sonra həyətyanı sahənin təhlükəsizliyini təmin etmək üçün 2023-cü ilin noyabr ayında çəkdirdiyi təhlükəsizlik kamerasına baxdığını, kameranın önünün yaşıl rəngli əlcəklə örtülməsini aşkar etdiyini bildirmişdir. Daha sonra ona məxsus təmir alətlərinin, yəni 1 ədəd 165 manat dəyərində perforator, 1 ədəd 145 manat dəyərində drel, 1 ədəd 14,70 metr hissəsi qaz və 17,70 metr hissəsi hava üçün olan 145 manat dəyərində qaynaq borusu (svarka şlankı), 1 ədəd 25 kq ağırlığında 13 manat dəyərində zindan(dəmir döyən), 45 ədəd 180 manat dəyərində drel başlığı, 300 ədəd 54 manat dəyərində qaynaq çubuğu, 2 ədəd 10 manat dəyərində “VAZ2106” markalı avtomobil üçün yay, 2 ədəd 6 manat dəyərində dəmir bel başlığı və 1 ədəd 9,30 metr uzunluğunda 7,5 manat dəyərində traynikin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasının ona məlum olduğunu bildirmişdir. Belə ki, 1 ədəd tünd göy rəngli “Bosh” markalı perforatoru təxminən 4-5 il bundan qabaq aldığını, tam işlək vəziyyətdə olduğunu hazırda bazar qiymətinin 165 manat olmasını bildirmişdir. 1 ədəd markasını bilmədiyi narıncı rəngli dreli təxminən 4-5 il bundan qabaq aldığını, tam işlək vəziyyətdə olduğunu, hazırda bazar qiymətinin 145 manat olmasını bildirmişdir. 1 ədəd 14,70 metr hissəsi qaz və 17,70 metr hissəsi hava üçün olan 145 manat dəyərində qaynaq borusunu (svarka şlankı) təxminən 15 il bundan qabaq aldığını, bazar qiymətinin 145 manat olmasını, hazırda da işlək vəziyyətdə olmasını qeyd etmişdir. Daha sonra oğlu Şahid1 evə gəlməsini gözlədiyini, çünki həmin vaxt oğlu Şahid1 Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində yerləşən otlaq sahəsinə növbəsi olduğu üçün heyvan otarmaq üçün getdiyini bildirmişdir. Bundan sonra saat təxminən 09:30 radələrində oğlu Şahid1 yaşadığı evə gəldiyini, o da ona məxsus olan əşyaların həyətində olan çardağın altında olan masanın üzərindən oğurlanmasını bildirdiyini qeyd etmişdir. Bundan sonra oğlu Şahid1la birlikdə həmin çardağın altına yaxınlaşdıqlarını bildirmişdir. Daha sonra ona məxsus olan əşyaların oğurlanmasını bir daha əmin olduqdan sonra oğlu Şahid1 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəz sisteminə müraciət ettiyini bildirmişdir. Bundan sonra Ağdaş RPŞ-nin əməkdaşlarının yaxınlaşdıqlarını, oğlu Şahid1 Ağdaş RPŞ-yə ərizə ilə müraciət ettiyini, ilkin olaraq oğurlanan əşyaları tam olaraq təhlil edib bilmədikləri üçün bir sıra oğurlanan əşyaları az sayda qeyd etdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində xx.xx.2024-cü il tarixdə yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən çardağın altından oğurluq edilən zaman ailə üzvləriylə birlikdə evdə olduğunu, həmin naməlum şəxsin ona məxsus əşyaları çardağın yanında yerləşən istifadə olunmayan mağazanın üstündəki qaz borusuna çıxaraq orada olan təhlükəsizlik kamerasının önünü yaşıl rəngli əlcəklə örtdüyünü, bundan sonra küçəyə açılan qapıdan həyətə daxil olaraq çardağın atında olan masanın üzərindən ona məxsus əşyaları oğurladığını bildirmişdir. Sözü gedən hadisə xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 05 radələrində baş verdiyini, oğurluq nəticəsində ona ümumilikdə 725,5 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs Şahid1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2024-cü il tarixdə evdə olduğunu, saat təxminən 07:30 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən otlaq sahəsinə kənd camaatına məxsus heyvanları növbəsi olduğu üçün heyvan otarmaq üçün getdiyini, heyvanları həmin otlaq sahəsinə ötürüb saat təxminən 09:30 radələrində evə qayıtdığını bildirmişdir. Evə gəldikdən sonra atası Zərərçəkmiş şəxs Məmmdsaat oğlunun ona məxsus bir sıra təmir alətlərinin oğurlanmasını bildirdiyini, o da dərhal hansı əşyaların yerində olmamasını yoxlamaq üçün atasıyla birlikdə həyətyanı sahələrində yerləşən çardağın altına getdiklərini bildirmişdir. Çardağın altına gedən kimi şkafın açıq olmasını və bir sıra əşyaların olmamasının ona məlum olduğunu bildirmişdir. Bundan sonra həyətyanı sahələrin təhlükəsizliyini təmir etmək üçün 2023-cü ilin noyabr ayında atası Zərərçəkmiş şəxs çəkdirdiyi kameraya baxdığını bildirmişdir. Təhlükəsizlik kamerasının önünün yaşıl rəngli əlcəklə örtülməsini aşkar etdiyini, bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəz sisteminə zəng edərək müraciət etiyini qeyd etmişdir. Daha sonra atası Zərərçəkmiş şəxs məxsus təmir alətlərinin, 1 ədəd 165 manat dəyərində preperator, 1 ədəd 145 manat dəyərində drel, 1 ədəd 14,70 metr hissəsi qaz və 17,70 metr hissəsi hava üçün olan 145 manat dəyərində qaynaq borusu (svarka şlankı), 1 ədəd 25 kq ağırlığında 13 manat dəyərində zindan(dəmir döyən), 45 ədəd 180 manat dəyərində drel başlığı, 300 ədəd 54 manat dəyərində qaynaq çubuğu, 2 ədəd 10 manat dəyərində “VAZ 2106” markalı avtomobil üçün yay, 2 ədəd 6 manat dəyərində dəmir bel başlığı və 1 ədəd 9,30 metr uzunluğunda 7,5 manat dəyərində traynik naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasının onlara məlum olduğunu bildirmişdir. Daha sonra Ağdaş RPŞ-in əməkdaşlarının yaxınlaşdıqlarını, Ağdaş RPŞ-yə yenidən ərizə ilə müraciət ettiyini, onun bildiklərinin bundan ibarət olduğunu bildirmişdir. Şahid1 həmçinin ifadəsində naməlum şəxsin atasına məxsus çardağın yanında yerləşən istifadə olunmayan mağazanın üstündəki qaz borusuna çıxaraq orada olan təhlükəsizlik kamerasının önünü yaşıl rəngli əlcəklə örtdüyünü, bundan sonra həyətyanı sahələrində yerləşən çardağın altına daxil olduğunu və atasına məxsus əşyaları oğurladığını bildirmişdir. Sözü gedən hadisə xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 05 radələrində baş verdiyini, oğurluq nəticəsində atası Zərərçəkmiş şəxs ümumilikdə 725,5 manat maddi ziyan dəydiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, ƏQ-99/2024 saylı məktubundan görünür ki, 1 ədəd perforatorun orta bazar qiyməti 145 (yüz qırx beş) manat dəyərində, 1 ədəd drelin orta bazar qiyməti 130 (yüz otuz) manat dəyərində, 1 ədəd qaynaq borusunun (svarka şlankı) orta bazar qiyməti 135 (yüz otuz beş) manat dəyərində, 1 ədəd dəmir döyənin (zindan) orta bazar qiyməti 10 (on) manat dəyərində, 2 ədəd dəmir beş başlığının orta bazar qiyməti 5(beş) manat dətərində, 45 ədəd drel başlığının orta bazar qiymıti 160 (yüz altmış) manat dəyərində, 1 ədəd traynikin orta bazar qiyməti 5 (beş) manat dəyərində, 2 ədəd “VAZ 2106” minik markalı avtomobil üçün yayın ora bazar qiyməti 6(altı) manat dəyərində, 300 ədəd istifadə edilməmiş qaynaq çubuğunun orta bazar qiyməti 45 (qırx beş) manat dəyərində olmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı inzibati ərazi dairə üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonşularla yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə qismən ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına ümumən riayət etməyə çalışmış, qonşu sakinlərin xeyir-şər məclislərində qismən iştirak etmişdir. Onun barəsində Yevlax şəhəri 1 saylı inzibati ərazi dairə üzrə nümayəndəliyinə yazılı və yaxud şifahi müraciətlər daxil olmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X2 23 aprel 2024-cü il №-33/240220066 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon mərkəzi xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ziyanın ödənilməsini və zərərçəkən şəxslə barışmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 aprel 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübutlar 1 ədəd 165 manat dəyərində perforator, 1 ədəd 145 manat dəyərində drel, 1 ədəd 14,70 metr hissəsi qaz və 17,70 metr hissəsi hava üçün olan 145 manat dəyərində qaynaq borusu (svarka şlankı), 1 ədəd 25 kq çəkidə 13 manat dəyərində zindan (dəmir döyən) 19 ədəd müxtəlif ölçülü drel başlıqları, 2 ədəd 6 manat dəyərində dəmir bel başlığı və 1 ədəd 9,30 metr uzunluğunda 7,5 manat dəyərində traynikin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 aprel 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – 1 ədəd 165 manat dəyərində perforator, 1 ədəd 145 manat dəyərində drel, 1 ədəd 14,70 metr hissəsi qaz və 17,70 metr hissəsi hava üçün olan 145 manat dəyərində qaynaq borusu (svarka şlankı), 1 ədəd 25 kq çəkidə 13 manat dəyərində zindan (dəmir döyən) 19 ədəd müxtəlif ölçülü drel başlıqları, 2 ədəd 6 manat dəyərində dəmir bel başlığı və 1 ədəd 9,30 metr uzunluğunda 7,5 manat dəyərində traynikin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar