Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-106/2022 03.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Ağdaş rayonunun Aral İki kəndində qeydiyyatda olan Ağdaş rayonu Dəhnəxəlil kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə baş nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs qəsdən sağ alın gicgah nahiyəsinin şişkinliyi (dərialtı hematoması) qançırı, sağ gözün ağlı qişasına qansızma, təpə ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması) küt alət təsirindən törənmiş, törənmə müddətləri 16.08 2022-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olmasını, birgə nikahdan iki övladının olmasını, onun heç bir yerdə işləmədiyini, arvadı Zərərçəkmiş şəxs ilə arasında əvvəllər də mübahisələrin və dava-dalaşın baş verdyini, onun mütəmadi olaraq spirtli içki qəbul etdiyini, buna görə aralarında tez-tez mübahisələrin və dava-dalaşın baş verdiyini, sonuncu mübahisənin və dava-dalaşın xx.xx.2022-ci il tarixdə baş verdiyini, xx.xx.2022-ci il tarixdə, saat təxminən 10:00 radələrində Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən yaşadıqları evə sərxoş vəziyyətdə gəldiyini, həmin vaxt arvadı Cəmilənin həyətdə olmasını, onun Zərərçəkmiş şəxs “sən dünən harada olmusan?” deyə söylədiyini , Cəmilənin də ona kobud şəkildə “mən anamın evində idim” deyə cavabını verdiyini, bunun üstündə aralarında mübahisənin baş verdiyini, mübahisə zamanı Cəmilənin ona nalayiq ifadələr işlətdiyini, onun da buna görə qəsdən yumruq ilə bir neçə dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, bundan sonra çıxıb getdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun əri olmasını, birgə nikahdan iki övladının olmasını, əri Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyini, əri Təqsirləndirilən şəxs ilə arasında əvvəllər də mübahisələrin və dava-dalaşın baş verdiyini, əri Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyini, buna görə aralarında teztez mübahisələrin və dava-dalaşların baş verdyini, sonuncu mübahisənin və dava-dalaşın xx.xx.2022-ci il tarixdə baş verdiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində onun ünvan 1ində yerləşən yaşadığı evin həyətində olan zaman əri Məhəmmədin gəldiyini, Məhəmmədin sərxoş olmasını, Məhəmmədin ona “sən dünən harada olmusan?” deyə söylədiyini, onun da Məhəmmədə “mən anamın evində idim” deyə cavabını verdiyini, bunun üstündə aralarında mübahisənin baş verdiyini, mübahisə zamanı Məhəmmədin ona nalayiq ifadələr işlədərək qəsdən yumruq ilə bir neçə dəfə onun baş nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, Məhəmmədin onu döyəndən sonra çıxıb getdiyini, əri Məhəmməd ilə arasındakı mübahisənin və dava-dalaşın xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində yaşadıqları evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, əri Məhəmməd ilə arasındakı mübahisə və dava-dalaş zamanı onun Məhəmmədi vurmadığını, Məhəmmədə heç bir xəsarət yetirmədyini, əri Məhəmməd ilə arasındakı mübahisə və dava-dalaş zamanı Məhəmmədin qəsdən yumruq ilə bir neçə dəfə onun baş nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, əri Məhəmməd ilə arasındakı mübahisə və dava-dalaş zamanı orada ondan və əri Məhəmməddən başqa heçkimin olmadığını, yaranmış səs-küyə heç kimin gəlmədiyini bildirmiş və ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 517 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ alın gicgah nahiyəsinin şişkinliyi(dərialtı hematoması) qançırı, sağ gözün ağlı qişasına qansızma, təpə ənsə nahiyəsinin şişkinlıyi(dərialtı hematoması) küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-cı il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəmsinin 12 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəmsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1, 66.2, 68.1 və 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, №327/2 saylı xasiyyətnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, №327/2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1inə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: anası - X5 (1959cu il təvəllüdlü); arvadı - Zərərçəkmiş şəxs (1997-ci il təvəllüdlü); qızı – X1 (2016-cı il təvəllüdlü); oğlu – X2 (2018-ci il təvəllüdlü). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər də anoloji əmələ görə mühakimə olunmasını və zərərçəkmiş şəxslə barışdığından işə xitam verildiyini, buna baxmayaraq yenidən eyni məzmunlu cinayət əməlini törətməsini, həmçinin Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsini və amnistiya aktı tətbiq edildikdən sonra qalan cəzasını çəkərək azad olmasını və məhkumluğu ödənilmədən yenə də hazırkı əməli törətməsi onun islah olunmadığını deməyə əsas verir və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-106/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-106/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver