Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-106/2023 18.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci il təvəllüdlü Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda cəzasını çəkən, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx.xx.1975-ci il təvəllüdlü Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməyən və götürülməyən, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx.xx.1994-cü il təvəllüdlü Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Azərbaycan Respublikası CM-in 185.2.1 və 185.2.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda cəzasını çəkən, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dövlət əhəmiyyətli təbii qaz xəttlərini gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndindən keçən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X8 X28 İdarəsinin Ağdaş Xidmət Sahəsinə məxsus, dövlət əhəmiyyətli 600 (altı yüz) manat dəyərində 159 mm diametrli, divarının qalınlığı 5 mm, 30 metr uzunluğunda dəmir borunu laqonda ilə kəsərək gizli yolla oğurlayaraq talamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X8 X28 İdarəsinin Ağdaş Xidmət Sahəsinə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dövlət əhəmiyyətli təbii qaz xəttlərini gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndindən keçən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X8 X28 İdarəsinin Ağdaş Xidmət Sahəsinə məxsus, dövlət əhəmiyyətli 600 (altı yüz) manat dəyərində 159 mm diametrli, divarının qalınlığı 5 mm, 30 metr uzunluğunda dəmir borunu laqonda ilə kəsərək gizli yolla oğurlayaraq talamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X8 X28 İdarəsinin Ağdaş Xidmət Sahəsinə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dövlət əhəmiyyətli təbii qaz xəttlərini gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndindən keçən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X8 X28 İdarəsinin Ağdaş Xidmət Sahəsinə məxsus, dövlət əhəmiyyətli 600 (altı yüz) manat dəyərində 159 mm diametrli, divarının qalınlığı 5 mm, 30 metr uzunluğunda dəmir borunu laqonda ilə kəsərək gizli yolla oğurlayaraq talamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X8 X28 İdarəsinin Ağdaş Xidmət Sahəsinə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Ağdaş rayonu, Ləki qəsəbə sakini Şahid xx.xx.2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Fəhləlik edərək maddi qazanc əldə edib gündəlik dolanışığını təmin edir. Ağdaş rayonu, Ləki qəsəbə sakinləri Şahid, Təqsirləndirilən şəxs2 və Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini Təqsirləndirilən şəxs3 əvvəllər tanımış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkir. Uzun müddətdir ki, maddi sıxıntı çəkir və pula ehtiyacı olur. Buna görə də asan yolla pul qazanmaq istədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, evinin yaxınlığında uzun müddətdir istifadə edilməyən Ağdaş rayon qaz idarəsinə məxsus kəndin içərisindən keçən qaz borusunu (turbasını) kəsib oğurlamaq qərarına gəlmişdir. Həmkəndlisi Kamal adlı şəxsin evinin qarşısından keçən qaz borusunu (turbasını) kəsib oğurlayıb sataraq maddi qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə qabaqcadan həmkəndlisi Təqsirləndirilən şəxs3 və Ləki qəsəbə sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 demişdir. Onlara həmin qaz borularını kəsib oğurlamağı və asan yolla pul qazanmağı təklif etmişdir. Onlar əvvəlcə qorxsalar da daha sonra pula ehtiyacları olduqlarını bildirərək onunla razılaşmışlar. Həmin boruları kəsib satdıqdan sonra köhnə olduğuna görə ucuz qiymətə sata biləcəyini bildirib onların hərəsinə 20 (iyirmi) manat verəcəyini demişdir. Onlar heç kim şübhələnməsin deyə gündüz vaxtı qaz borusunu kəsməyi qərarlaşdırmışlar. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində evinin yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə görüşmüş və oğurluq etmək üçün qeyd edilən evin qarşısına birlikdə gəlmişlər. Qaz borularını kəsmək üçün Təqsirləndirilən şəxs2 özünə məxsus bir ədəd laqondanı gətirmiş və Təqsirləndirilən şəxs2 həmin laqonda ilə qaz borularını kəsməyə başlamışdır. Təqsirləndirilən şəxs2 boruları hissə-hissə kəsdikcə o və Təqsirləndirilən şəxs3 birlikdə həmin boruları Kamalın yaşadığı evin qarşısından təxminən 15 metr aralıda boş yerə yığmışlar. Daha sonra həmin boruları avtomobil gətirib aparmaq istəyən zaman qaz idarəsinin işçilərinin gəlməsini eşidib həmin boruları orada qoyaraq qaçıb oradan uzaqlaşmışlar. Onlar oğurluq edən zaman gündüz vaxtı olduğu üçün insanlar gəlib keçmiş, lakin tandıqları adamlar görməmişdir. Görən şəxslər onların oğurluq etdiyini bilməmişlər. Qaz işçiləri olmalarını düşünmüşlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalan danışırlar. Onlar qabaqcadan razılaşmışlar və oğurlqu etmək qərarına gəlmişlər. Onlar onu bu oğurluq hadisəsində tək qoymaq və özlərini məsuliyyətdən yayınmaq üçün o cür ifadə vermişlər. Onlar bu oğurluqda əlbir olmuşlar. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, digər təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, üzləşmə protokolları, baxış zamanı tərtib edilmiş protokol və digər istintaq hərəkətlərinin protokolları, fotoşəkillər, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Ağdaş rayonu, Ləki qəsəbə sakini Şahid xx.xx.2022ci il tarixdə Ağdaş rayon polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Gündəlik fərdi evlərə gedərək ev ustası kimi işləməklə ailəsinin maddi dolanışığını təmin edir. Ağdaş rayonu, Ləki qəsəbə sakini Şahid, Ağdaş rayonu, Yuxarı Ləki kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Əvvəllər Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə məhkum olunmuş və cəzasını çəkib qurtarıb azadlığa çıxmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək, küçədə istifadədə olmayan borudan kəsmək istəməsini, ona kömək etməsini və kəsib satdıqdan sonra ona 20 (iyirmi) manat pul verəcəyini bildirmişdir. Maddi ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. Evdən ona məxsus bir ədəd laqondanı götürüb Təqsirləndirilən şəxs1 dediyi yerə getmişdir. Onlar orada, yəni Ağdaş rayonu, Yuxarı Ləki kəndində görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs3 da orada olmuşdur. Laqonda ilə həmin qaz borularını kəsməyə başlamışdır. Hər biri 5 metr uzunluqda olmaqla 06 ədəd boru kəsmişdir. Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs3 ilə birgə o, kəsdiyi boruları təxminən 15 metr aralıda boş yerə yığmışlar. Boruları kəsib qurtardıqdan sonra Eldəniz və İlkini orada qoyub çıxıb getmişdir. Daha sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etdikdə həmin boruları Təqsirləndirilən şəxs1 hər hansı bir qurumdan və ya hər hansı bir şəxsdən icazə almadan ona kəsdirdiyini öyrənmişdir. Polis əməkdaşları boruların oğurlanmasını aşkar etdikdən sonra Təqsirləndirilən şəxs1 və onları rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 deməsi ilə kəsmiş olduğu qaz borusunun dövlətə, yəni Zaqatala X28 İdarəsinə məxsus olmasını bilmiş, lakin Təqsirləndirilən şəxs1 ona həmin boruları kəsmək üçün icazə almasını bildirmişdir. Hər hansı bir oğurluq hadisəsi törətməmişdir. Borunu kəsmək üçün kimdənsə icazə alıb-almamasını soruşduqda Eldəniz ona həmin boruların artıq istifadədən qaldığını görə kəsib satmaq istədiyini, satıb pul əldə edəcəyini demişdir. Əməlinin qanunazidd olmasını bilməmişdir. Əgər qanunazidd olmasını bilsəymiş, həmin əməli törətməzdi. Qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, digər təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, üzləşmə protokolları, baxış zamanı tərtib edilmiş protokol və digər istintaq hərəkətlərinin protokolları, fotoşəkillər, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Ağdaş rayonu, Ləki qəsəbə sakini Şahid xx.xx.2022ci il tarixdə Ağdaş rayon polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Fəhləlik edərək maddi qazanc əldə edib gündəlik dolanışığını təmin edir. Ağdaş rayonu, Ləki qəsəbə sakinləri Şahid, Təqsirləndirilən şəxs2 və Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Azərbaycan Respublikası CM-in 185-ci maddəsi ilə məhkum olunmuş və hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkir. 26 dekabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində təkbaşına yaşadığı evdən çıxaraq siqaret almaq üçün marketə getmişdir. Marketdən qayıdan zaman qonşusu Təqsirləndirilən şəxs1 iştirakı ilə Ağdaş rayonu, Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs2 küçədə olan qaz borusunu (turbasını) əlində olan bir ədəd laqonda ilə kəsdiyini görmüşdür. Təqsirləndirilən şəxs1 də həmin kəsilən boruları kənara çəkmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 onu görən kimi “gəl mənə kömək et, boruları kənara daşıya bilim” deyə bildirmişdir. O da Təqsirləndirilən şəxs1 kömək etmək məqsədi ilə onlara yaxınlaşmış və borunun bir tərəfindən o, digər tərəfindən isə Təqsirləndirilən şəxs1 tutmuş və onlar kəsilən boruları kəsilən yerdən təxminən 15 metr kənara qoymuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kömək edib boruları kənara qoyduqdan sonra həmin yerdən uzaqlaşıb təkbaşına yaşadığı evə getmişdir. Qalan məsələlərdən xəbəri yoxdur. Həmin qaz borusunun dövlətə, yəni Zaqatala X28 İdarəsinə məxsus olmasını bilmiş, lakin Təqsirləndirilən şəxs1 həmin qaz borusunu kəsmək üçün icazə almasını bildirmişdir. Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, digər təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, üzləşmə protokolları, baxış zamanı tərtib edilmiş protokol və digər istintaq hərəkətlərinin protokolları, fotoşəkillər, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs Zaqatala X28 İdarəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləyir. Cinayət işi üzrə rəhbərlik tərəfindən verilmiş etibarnaməyə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs Zaqatala X28 İdarəsinin adından nümayəndə kimi çıxış etmək üçün göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs Zaqatala X28 İdarəsinin Ağdaş xətt sahəsindən idarəyə məlumat daxil olmuşdur ki, həmin tarixdə xidməti ərazidən, yəni Ağdaş rayonu, Yuxarı Ləki kəndində idarənin balansında olan istifadədən müvəqqəti dayanmış diametri 159 mm, divarının qalınlığı 5 mm olan dəmir qaz borularının 30 metr hissəsi kəsilərək oğurlanmışdır. Həmin gün, yəni 26 dekabr 2022-ci il tarixdə işçi qrupu oğurluq hadisəsinin baş verdiyi əraziyə baxış keçirmiş və müəyyən edilmişdir ki, Yuxarı Ləki kəndi ərazisində diametri 159 mm, divarının qalınlığı 5 mm, 1 metri 18 (on səkkiz) manat, ümumi dəyəri 540,00 (beş yüz qırx) manat olan dəmir qaz borularının 30 metr hissəsi kəsilərək oğurlanmışdır. Bundan sonra müvafiq sənədləşdirmə işləri aparılmış və Ağdaş Xidmət Sahəsinin rəisi Şahid Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin gün, yəni 26 dekabr 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş və protokol tərtib edilərək fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində diametri 159 mm, divarının qalınlığı 5 mm, 1 metri 18 (on səkkiz) manat, ümumi dəyəri 540,00 (beş yüz qırx) manat olan dəmir qaz borularının 30 metr hissəsi kəsilərək oğurlanmışdır. Belə ki, ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 14 oktyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs Zaqatala X28 İdarəsinin Ağdaş Xidmət Sahəsi üzrə Qəza- Dispetçer Xidmətinin rəisi vəzifəsində çalışır. Ağdaş rayonu, Yuxarı Ləki kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Ağdaş rayonu, Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. 26 dekabr 2022-ci il tarixdə saat 14 radələrində işlədiyi idarəyə Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində idarənin balansında olan istismardan müvəqqəti dayanmış qaz boru xəttinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə xatırlamadığı şəxs tərəfindən məlumat daxil olmuşdur. Məlumat əsasında dərhal deyilən əraziyə, yəni Ağdaş rayonu, Yuxarı Ləki kəndinə getmişdir. Deyilən yerə çatdıqda həqiqətən də Ağdaş rayonu, Yuxarı Ləki kəndində idarənin balansında olan istismardan dayanmış diametri 159 mm, divarının qalınlığı 5 mm olan dəmir qaz borularının 30 metr hissəsinin kəsilərək oğurlanmasını aşkar etmişdir. Belə ki, əraziyə baxdıqda qaz borusunun keçdiyi yerdən təxminən 15-20 metr aralıda həmin 30 metr uzunluqda qaz borusunun hissə-hissə kəsilərək yığılmasını aşkar etmişdir. Dərhal ətrafa baxmış, lakin ətrafda hər hansı bir şəxs(lər) görməmişdir. Daha sonra bu barədə Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin gün oğurluq hadisəsinin baş verdiyi yerə Ağdaş polis şöbəsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Həmin baxışda o da iştirak etmişdir. Sonra hadisə yerinə gələn idarənin digər əməkdaşlar isə baxış zamanı orada qalmamışlar və oradan öz xidməti işlərinə nəzarət etmək üçün digər əraziyə getmişlər. Baxış zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmiş və protokola digər iştirakçılarla birgə imza etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini bir daha bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini bir daha bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəməəmtəəşünaslıq ekspertizasinin keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin XX.XX.2023-cü il tarixli 9/374 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş diametri 159 mm, divarının qalınlığı 5 mm olan dəmir borunun orta bazar qiyməti təxminən 600,0 (30 metr x 20 manat) müəyyən edilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-500/2022 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 185.2.1 və 185.2.2-ci maddələri ilə 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və qanunla müəyyən edilmiş qaydada cəzası ödənilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli c/1-535 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)- 500/2022 nömrəli hökmünə əsasən ona təyin edilmiş 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 8 ay 23 gününü çəkmiş, onun çəkilməmiş 1 il 6 ay 11 gün cəzası qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 may 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatdadır və hal hazırda yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası X9, anası X3, bacısı X1, arvadı X15, qızı – xx.xx.2015-ci il təvəllüdlü X16, oğlu -xx.xx.2017-ci il təvəllüdlü X6r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)-76/2022 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və qanunla müəyyən edilmiş qaydada cəzası ödənilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli c/1-536 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)-76/2022 nömrəli hökmünə əsasən ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 19 gününü çəkmiş, onunn çəkilməmiş 1 il 1 ay 7 gün cəzası qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 may 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatdadır və hal hazırda orada yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası X17, anası X4, arvadı X13, qızı – xx.xx.2008-ci il təvəllüdlü X10, oğlu - xx.xx.2015-ci il təvəllüdlü X5r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(014)-79/2019 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 may 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı – xx.xx.1977-ci il təvəllüdlü X22, oğlu – xx.xx.2011-ci il təvəllüdlü X23, qızı - xx.xx.2017-ci il təvəllüdlü X11r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 10:20-də tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:45-də tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 12:50-də tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, onların əməli istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədləri ilə öz təsdiqini tapır. Belə ki, iş üzrə ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı dindirilmiş digər təqsirləndirilən şəxs E.Mizəyev təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı üzünə qarşı bildirmişdir ki, cinayət əməlini onlarla birlikdə törətmişdir. Bununla da təqsirləndirilən şəxslərin həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş nümayəndəsinin şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində biri azyaşlı olmaqla iki uşağı olması, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini, himayəsində biri azyaşlı olmaqla iki uşağı olması, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi müsbət səciyyələndirən hallar kimi nəzərə alınmalı, əvvəllər də məhkum olunması və məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-76/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 7 (yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki az yaşlı uşağı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır ki, məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi iki gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı uşağı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini müsbət səciyyələndirən hallar kimi nəzərə alınmalı, əvvəllər də məhkum olunması və məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-500/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 11 (on bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Cinayət işi üzrə maddi sübut kimi tanınmış diametri 159 mm, divarının qalınlığı 5mm olan dəmir borunun zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-76/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 7 (yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-500/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 11 (on bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış diametri 159 mm, divarının qalınlığı 5mm olan dəmir borunun zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-106/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-106/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver