Məhkəmə qərarları › İş №1(014)-106/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-106/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-106/2024 13.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X10 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə saat 01 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə ilə ayıq vəziyyətdə idarə etdiyi, faktiki olaraq özünə məxsus “VAZ 21043” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisindən keçən Ağdaş-Zarağan yolunun 4-cü kilometrliyində Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili yolda müəyyən edilmiş 60 km/saat sürətdən artıq sürətdə, yəni 80 km/saat sürətlə idarə etməklə idarəetməni itirmiş və avtomobilin ilkin olaraq yol kənarında olan ağaca, sonra isə yol kənarında dayanmış vəziyyətdə olan "xxxx" MMC-nin 18 saylı Yol İstismarı İdarəsinin balansında olmaqla Şahid2 istifadəsində olan “Tatra” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs döş qəfəsinin ağır qapalı travması, döş sümüyünün sınığı, sağ İ-İİ, sol İ-İİ-İİİ-İV-V-Vİ qabırğaların yerdəyişən sınıqları, ağ ciyərin cırılması, daxili qanitirmə (2000 ml-lt), döş qəfəsinin yumşaq toxumalarına qansızma, sağ topuq sümüyünün sınığı, sağ üst göz qapağının yarası, burun yəhərinin, alt çənə nahiyəsinin, sol əlin üst səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın ön səthinin, sol diz oynağının ön səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vurulmasına və həmin xəsarətlər nəticəsində törənən daxili qanitirmədən hadisə yerində ölməsinə səbəb olan ehtiyyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafı, şahid ifadəsi və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs ilə yaxın dost olmuşlar. 10 mart 2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsla Qəbələ rayonuna getmək qərarına gəlmişlər. Həmin gün saat 20 radələrində idarə etdiyi “VAZ 21043” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ceyhunu yaşadığı Kotanarx kəndindən götürmüş və Qəbələ rayonuna getmişlər. Yağış yağdığına görə Qəbələ rayonunda çox dayanmayaraq, saat 00:30 radələrində geri qayıtmaq üçün Qəbələ rayonundan üzü Ağdaş rayonu istiqamətində yola düşmüşlər. Ceyhun ön tərəfdə sərnişin oturacağında əyləşmişdir. Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisindən keçən hissəsində olan zaman təxminən 80 km/saat sürətlə hərəkət edən zaman yağış yağdığı üçün, həmçinin yerdə xırda ölçülü çınqıl daşlar olduğundan idarə etdiyi avtomobil döngəli yolda sürüşmüş və nəticədə idarəetməni itirmiş, avtomobil əks istiqamətli hərəkət yoluna çıxmışdır. Həmin vaxt həyəcanlanmış, əks istiqamətdə olmaqla yoldan çıxaraq avtomobil sağ ön hissəsi ilə yol kənarında olan ağaca dəymiş və huşunu itirmişdir. Bir neçə dəqiqə sonra ayıldıqda ətrafda insanların olduğunu görmüşdür. O, idarə etdiyi avtomobilin yük avtomobilinə bitişik vəziyyətdə olmasını görmüş, dərhal Ceyhunu axtarmış, lakin həmin vaxt Ceyhunun hadisə yerində almış olduğu xəsarətlər səbəbi ilə ölməsini bilmişdir. Həmçinin, idarə etdiyi avtomobilin ağaca dəydikdən sonra yol kənarında dayanmış vəziyyətdə olan yük avtomobilinə dəyib dayandığını və avtomobilinin üzərində olan dəmir baqajın yaxınlıqda dayanmış vəziyyətdə olan digər minik avtomobilinə dəyməsini bilmişdir. O, Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılmış, orada ona ilkin tibbi yardım olunmuş, sərxoşluğu yoxlanılmış, ayıq olmağı müəyyən edilmişdir. Hadisə zamanı avtomobilin yük yerində yük olmamışdır. O, yağış yağdığı üçün, həmçinin yerdə xırda ölçülü çınqıl daşlar olduğundan avtomobilin döngəli yolda sürüşməsi nəticəsində idarəetməni itirmiş və həyəcanlı olduğundan hadisənin qarşısını almaq üçün əyləci basa bilməmiş, ümumiyyətlə heç bir hərəkət edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, Ağdaş rayonu, Kotanarx kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum oğlu Zərərçəkmiş şəxs onun oğludur və birlikdə yaşamışlar. Oğlu Zərərçəkmiş şəxs Ağdaş şəhər ərazisində yerləşən mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul idi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dostudur. 10 mart 2024-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs onlara gəlmiş, Ceyhunla birlikdə Qəbələ rayonuna getmək üçün birlikdə evdən çıxmışlar. 11 mart 2024-cü il tarixdə saat 01 radələrində ona oğlu Ceyhunun Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayır və yaşadığı evin giriş qapısı yol kənarından təxminən 15-20 metr məsafədə yerləşir. Özünə məxsus “Mercedes-Benz C 180” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili və işlədiyi "xxxx" MMC-nin 18 saylı Yol İstismarı İdarəsinin balansında olmaqla istifadəsində olan “Tatra” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 10 mart 2024-cü il tarixdə də axşam saatlarında eyni qaydada özünə məxsus və istifadəsində olan minik və yük maşınlarını yaşadığı evin qarşısında, yoldan təxminən 10 metr kənarda saxlamışdır. 11 mart 2024-cü il tarixdə saat 01 radələrində toqquşma səsini eşidib dərhal yola çıxmış, həmin zaman “VAZ-2104” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Tatra” yük markalı avtomobilə çırpılmış vəziyyətdə olmasını görmüşdür. Dərhal avtomobildə olan sürücü və sərnişinə yaxınlaşmış, sürücünün sağ olmasını müəyyən etsə də, ön sağ tərəfdə əyləşən sərnişinin hadisə yerində ölməsini müəyyən etmişdir. Dərhal “102” və “103” xidmətlərinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra oraya polis və təcili tibbi yardım xidməti əməkdaşları, eləcə də digər vətəndaşlar gəlmişlər. Sərnişin və sürücü Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Polis əməşdaşları yol-nəqliyyat hadisəsi yerinə baxış keçirən zaman ona sürücünün Təqsirləndirilən şəxs, sərnişinin isə Zərərçəkmiş şəxs olmaqla Ağdaş rayon sakinləri olması məlum olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMC-nin 18 saylı Yol İstismarı İdarəsinin balansında olmaqla istifadəsində olan “Tatra” yük markalı nəqliyyat vasitəsinə heç bir maddi ziyan dəyməmiş, lakin özünə məxsus “Mercedes-Benz C 180” minik markalı avtomobilə 740 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi, həmçinin iş üzrə mülki iddiası yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və X3 11 mart 2024-cü il tarixli, 12 saylı rəyindən görünür ki, 1) Zərərçəkmiş şəxs meyiti üzərində aşkar olunan xəsarətlər – döş qəfəsinin ağır qapalı travması, döş sümüyünün sınığı, sağ İ-İİ, sol İ-İİ-İİİ-İV-V-Vİ qabırğaların yerdəyişən sınıqları, ağ ciyərin cırılması, daxili qanitirmə (2000 ml-lt), döş qəfəsinin yumşaq toxumalarına qansızma, sağ topuq sümüyünün sınığı, sağ üst göz qapağının yarası, burun yəhərinin, alt çənə nahiyəsinin, sol əlin üst səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın ön səthinin, sol diz oynağının ön səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar, 2) Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ağır-qapalı travması, döş sümüyünün sınığı, qabırğaların çoxsaylı sınıqları, ağ ciyərin cırılması, nəticəsində törənən daxili qanitirmə olmuşdur, 3) Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 11 mart 2024-cü il tarixli, 104 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2024-cü il tarixli, 1029 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), enotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 27 mart 2024-cü il tarixli, 156 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsasrətlər – qapalı kəllə beyin travması – beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, sol 3-4-5-6-7-8-9-10-cu qabırğaların yerdəyişən sınıqları, hemopnevmotoraks, sol bazu oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 11 mart 2024-cü il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilər. Məhkəmə Ekspertiza Mərkəzinin 02 may 2024-cü il tarixli, 8/1017 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2104 markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “X11 Xidmət Stansiyası” MMC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 11 nömrəli aktdan görünür ki, Şahid2 məxsus “Mercedes-Benz C 180” minik markalı avtomobilə 740 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən 09 yanvar 2019-cu ildə verilmiş BC seriyalı, 233817 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2029-cu il tarixədək qüvvədə olan “B,C” dərəcəli sürücülük hüququ vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, 3-13-16/2-49656/2024 saylı məktubdan görünür ki, DİN-in Baş X17 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 09 yanvar 2019-cu il tarixdə (09 yanvar 2029-cu il tarixədək etibarlı olan) AE 233817 nömrəli, "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 18-1-22/2-445/2024 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X16in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 mart 2024-cü il tarixli, 39 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 mart 2024-cü il tarixli, 65 saylı arayışdan görünür ki, ünvan 2 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – atası 15 dekabr 1958-ci il təvəllüdlü X8, anası 17 may 1967-ci il təvəllüdlü X6 və bacısı 12 noyabr 1991-ci il təvəllüdlü X4 ibarətdir. İbtidai və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. 10 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-2104” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilmiş, baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş 04 may 2024-cü il tarixli qəbzdən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi “VAZ- 2104” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili müstəntiq Süleyman Süleymanovdan təhvil almışdır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsini, 11 mart 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolu, həmin protokola əlavə edilmiş sxemi, fotoşəkilləri, baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən video görüntüləri, məhkəmə-tibbi ekspertizasının 11 mart 2024-cü il tarixli, 12 saylı və 27 mart 2024-cü il tarixli, 156 saylı rəylərini, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 may 2024-cü il tarixli 8/1017 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, 3-13-16/2-49656/2024 saylı məktubu, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməni, 10 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, iş materiallarında olan sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin əməldə Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №li Qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə iş materiallarına istinad edib təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanın aradan qaldırılmasını həmin Məcəllənin 59.1.13-cü maddəsinə, yol-nəqliyyat hadisəsi zamanı özünün də həyat üçün təhlükəli olan ağır xəsarətlər almasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırması, özünün ağır xəsarətlər alması və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallar, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində Cinayət Məcəlləsinin 62 və ya 70ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində real olaraq çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********0002088 501 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin, o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut - “VAZ-21024” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınmalı, baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********0002088 501 saylı hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülsün. İş üzrə maddi sübut - “VAZ-21024” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar