Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-107/2021 13.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, İİ qrup əlil, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamış və daşımışdır. Belə ki, o, 06 iyun 2017-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 iyun 2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən, 29.09.2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hər iki hökmə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən 2021-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,443 qram və 1,060 qram, ümumi təmiz çəkisi 1,503 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 06 may 2021-ci il tarixdə saat 15:26 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, subay olduğunu, QİÇS xəstəsi olduğu üçün İİ qrup əlil olduğunu, narkotik vasitələri iynə yolu ilə qəbul etdiyini, əvvəllər məhkum olunduğunu, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il beş ay səkkiz gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, 06.05.2021-ci il tarixdə təxminən saat 14:40 radələrində Ağdaş şəhərində H.Hacıyev küçəsində Müşviqgildən çıxarkən polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və həmin vaxt onunla birlikdə olan Fuad adlı şəxslə birlikdə onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib onları RPŞ-yə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd “Nokia” markalı mobil telefon, arxa sağ cibindən bir ədəd 5 manatlıq pul əsginası, bir ədəd alışqan və şalvarının sağ iç cibindən bir ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən 2 ədəd sellofan büküm və 1 ədəd kağız büküm aşkar edildiyini, kağız büküm açılan zaman içərisindən ağ rəngli kristal halında maddə aşkar olunduğunu, digər iki ədəd sellofan bükümlər açılan zaman isə içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddələr aşkar edildiyini, həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddələrin elektron tərəzidə çəkildiyini, kağız bükümdəki maddənin çəkisi 0,12 qram, sellofan bükümlərdəki maddələrin çəkiləri isə müvafiq 0,49 qram və 1,65 qram olduğunu, sonra həmin bükümlərin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, onunla birlikdə RPŞ-yə gətirilən Fuad adlı şəxsin də üzərindən narkotik vasitə olan heroin aşkar olunduğunu sonradan bildiyini, üzərindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddələri bir gün əvvəl, yəni 05.05.2021-ci il tarixdə yaşadığı evin yaxınlığından küçədən tapdığını, Fuadın üzərində narkotik vasitə olan heroin olduğunu bilmədiyini, həmçinin Fuadın da onun üzərində narkotik vasitə olduğunu bilmədiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını, Qəbələ rayonu Həmzəli kəndində yaşayan Şahid3 yalan dediyini, onun bacısı Sevdanı tanıdığını, Sevdanın onlarla qonşu olduğunu, Sevdanın doğrudan da narkoman olduğunu, lakin onun bacısı Sevdaya narkotik vasitə satmadığını, polis əməkdaşlarının onu RPŞ-yə dəvət edərkən orada özündən başqa Fuad, Müşviq və Anarın olduğunu, Ağdaş şəhəri H.Əliyev prospekti 67-də yaşayan Şahid7 DİNin 102 xidmətinə müraciət edərək onun, anası Şəhlanın və gəlinin narkotik vasitələri satdığını bildirməsi ilə bağlı Cümşüdün yalan dediyini, narkotik vasitə satmadıqlarını, Ağdaş şəhər sakinləri Şahid5, Şahid6, Şahid4lə aralarında mübahisə baş verdiyini, həmin şəxslərin narkotik vasitə satması ilə balğı onu döydüklərini yalan dediklərini, narkotik vasitə satmadığını, onlar özlərini müdafiə etmək üçün belə dediklərini, Ağdaş şəhər sakini Şahid8 narkotik vasitə satmadığını, Sadiqin ona narkotik vasitə ilə bağlı müraciət etmədiyini, ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu və həmin mesajın kim tətəfindən yazıldığını bilmədiyini, ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu, həmin nömrənin ona mesajda nə yazdığını və ona nə yazdığını xatırlamadığını, ola bilsin həmin mesajı onun telefonu ilə kimsə yazdığını, ***-***-**-** saylı mobil nömrənin Şəbhanəyə məxsus olduğunu, Şəbhanənin də narkoman olduğunu, lakin Şəbhanənin ona yazdığı mesajı oxumadığını, ona narkotik vasitə də satmadığını, həmçinin həmin mesajların bəzilərinin onun tərəfindən yazılmadığını, onun telefonunun çox adamda olduğunu, ola bilsin ki, kiminsə onun telefonu ilə kiminləsə yazışdığını bildirmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə və üzərində narkotik daşıdığı üçün əməlindən peşmandır. Əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 06.05.2021-ci il tarixdə Ağdaş şəhər İ.Millətoğlu küçəsi 41-də qeydiyyada olan xx.xx.1986cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:40 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayan Müşviq Əzizov adlı şəxsin həyətindən çıxarkən gördüklərini, ona yaxınlaşaraq özlərəni təqdim edib və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vüsalın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüsalın əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd “Nokia” markalı mobil telefon, arxa sağ cibindən bir ədəd 5 manatlıq pul əsginası və bir ədəd alışqan və şalvarının sağ iç cibindən bir ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən 2 ədəd sellofan büküm və 1 ədəd kağız büküm aşkar edildiyini, kağız büküm açılan zaman içərisindən ağ rəngli kristal halında maddə aşkar olunduğunu, digər iki ədəd sellofan bükümlər açılan zaman isə içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddələr aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkildiyini, kağız bükümdəki maddənin çəkisi 0,12 qram, sellofan bükümlərdəki maddələrin çəkiləri isə müvafiq 0,49 qram və 1,65 qram olduğunu, sonra həmin bükümlərin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdikərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri bir gün əvvəl, yəni 05.05.2021-ci il tarixdə yaşadığı evin yaxınlığından küçədən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə CAB-na əməliyyat məlumatları daxil olduğunu, həmçinin bu barədə vətəndaşlardan da müraciətlər daxil olduğunu, lakin həmin məlumatları realizə edə bilmədiklərini, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1 və 315-ci maddələri ilə məhkum olunduğunu, Təqsirləndirilən şəxs tanıdığını, Vüsalın onun qonşusu olduğunu, onunla aralarında heç bir düşmən münasibətinin və ədavət olmadığını, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunduğunu, hal-hazırda da Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə də tutulduğunu və həbsdə olduğunu, özünün bədənində ağrılar olduğunu, arada bir narkotik vasitə olan heroindən istifadə etdiyini, istifadəsində olan mobil nömrənin ***-***-**- ** olduğunu, ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyini, özünün də onunla ara bir telefon əlaqəsi saxlayaraq SMS yazdığını, arada bir narkotik vasitə olan heroindən istifadə etdiyini, narkoik vasitənin satışı ilə məşğul olan olmadığını, Vüsalda narkotik vasitə olduğunu eşitdiyini, buna görə də ondan narkotik vasitə alıb özü üçün istifadə etmək istədiyini və bu səbəblə ona SMS yazdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində narkotik vasitələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs ilə aralarında normal münasibətlər olduğunu, aralarında heç vaxt düşmən münasibətinin və ya ədavət olmadığını, əsl adının Şəbhanə olduğunu, lakin ona Şəhanə dediklərini, istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu, hazırda həmin nömrəni işlətmədiyini və qırıb atdığını, narkotik vasitə olan heroindən, tramadoldan istifadə etdiyini, hazırda müalicə aldığını, ***-***-**-** saylı mobil nömrəni Vüsal tutulduqdan sonra qırıb tulladığını, Vüsalın narkotik vasitə satdığını eşitmədiyini, Vüsal narkotik aludəçisi olduğunu bildiyini və özündə narkotiklə bağlı ağrılar hiss etdikdə Vüsaldan bir neçə dəfə narkotik vasitə əldə etdiyini, bunun üçün ona pul vermədiyini, aralarındakı SMS yazışmalarında pulunun düz olmasına dair yazdığı mesajın pulu birlikdə toplayıb Vüsalın başqa şəxsdən narkotik alması ilə bağlı olduğunu, həmin mesajları yazdığında da Vüsaldan narkotik vasitə olan heroin, tramadol istədiyini bildirmişdir. İbtidai istintaq və məhkəmə istintaqı fərqli ifadə verməsinin səbəbini ibtidai istintaq zamanı ifadəsinin kompüter vasitəsilə yazıldığını və oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, latın qrafası ilə sərbəst yazıb oxumağı bacardığını, ailəli olduğunu və bir azyaşlı övladı olduğunu, Ağdaş RMX-də təhlükəsizlik xidmətində nəzarətçi vəzifəsində işlədiyini, arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitə olan marixuana və digər güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs tanıdığını, Vüsalın narkotik vasitə olan “kokos” və “şüşə” adlanan maddələrin satışı ilə məşğul olduğunu eşitdiyini, əvvəllər özü, Ağdaş şəhər sakinləri Şahid5, Şahid6 və birlikdə Vüsalı Ağdaş şəhərində görüb ona Ağdaş şəhərində azyaşlılara narkotik vasitə olan “Kokos” və “ Şüşə” satdığını, bunun da rayonda gənclərə pis təsir etdiyini, gənclərin həyatının pozulduğunu bildirdiklərini, həmçinin Vüsala belə hərəkətlərdən əl çəkməyini, onların da övladları olduğunu, gələcəkdə onların övladlarının da onun belə etdiyi hərəkətlərin onlara təsir edəcəyini bildirdiklərini, buna baxmayaraq Vüsalın öz hərəkətlərinə davam etdiyini eşitdiklərini, 02.05.2021-ci il tarixdə Vüsalla aralarında söz söhbət yarandığını və bununla əlaqədar və Vüsala yenə də xəbərdalıq etdiklərini, Vüsal isə narkotik vasitə satmadığını bildirdiyini, həmin hadisə ilə əlaqədar RPŞ-nin İstintaq qrupunda onların barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət işi başlandığını və istintaq aparıldığını, hazırda Vüsalın narkotik vasitələri satdığına görə həbs edildiyini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid6 da iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 ifadəsində Ağdam rayonundan məcburi köçkün düşdüyünü və 1993-cü ildən Ağdaş şəhəri H.Əliyev prospekti 67-də məskunlaşdığını və həmin ünvanda ailəsi ilə birlikdə yaşadığını, Azərbaycan Respublikası DİN-ə və Ağdaş RPŞ-yə Ağdaş şəhəri Padar ərazisində yaşayan Şəhla adlı qadın, oğlu Vüsal və gəlininin narkotik vasitələri satması barədə özü müraciət etdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələri satmasını bütün Ağdaş camaatının bildiyini, həm Vüsalın həm onun qardaşı, anasının özünün bildiyinə görə müxtəlif cür narkotik vasitələri satdıqlarını, oğlu Muradın narkotik vasitələrin aludəçisi olduğunu, oğlu Murad barəsində 27.03.2021-ci il tarixdə Ağdaş RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlandığını və hazırda oğlu Muradın Ağdaş Rayon Məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və cəza çəkdiyini, oğlu Muradın narkotik vasitəni Şəhlanın oğlu Vüsaldan aldığını bildiyini, Ağdaşın balaca rayon olduğunu, hamının hamını yaxşı tanıdığını, oğlu Murada da Vüsaldan narkotik aldığını, istifadə etməməyini, onu övladlıqdan siləcəyini bildirdiyini, lakin oğlunun narkotik vasitənin aludəçisi olduğuna görə sözünə qulaq asmadığını, Vüsalın bir qardaşının da hazırda narkotik vasitələrinin satışı ilə əlaqədar həbs olunduğunu, DİN-in 102 xidmətinə müraciət edəndə Vüsalın tutulmasını bilmədiyini, lakin həmin vaxt polis əməkdaşlarının onun yaşaığı ünvana gəlib ondan ərizə alanda Vüsalın Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmş tədbirlər zamanı narkotik vasitələrin satışına görə həbs olunduğunu bildirdiklərini, oğlu Əzizli Muradın narkotik vasitələrin istifadəçisi olduğuna görə bu işlə maraqlandığını və oğlunun Vüsal adlı şəxsdən narkotik vasitə almasını bildiyini, Vüsalın anası Şəhlanın və gəlinlərinin narkotik vasitə satmasını konkret olaraq görməsə də, bu barədə eşitdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid9 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, subay olduğunu, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə 2019-cu ildə iki il müddətində azadlıqdan məhrum edildiyini, təxminən bir il müddətinə cəza çəkdikdən sonra 2019-cu ilin dekabr ayının 25-də 7 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edildiyini, 06.05.2021-ci il tarixdə təxminən saat 14:40 radələrində Ağdaş şəhərində H.Hacıyev küçəsində yaşayan Müşviq adlı şəxsin evindən çıxarkən polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və həmin vaxt orada olan Vüsal adlı şəxslə ona üzərlərində narkotik vasitə saxlamaqları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları RPŞ-yə dəvət etdiklərini, həmin vaxt Ağdaş RPŞ-də üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroin aşkar olunduğunu, buna görə onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlandığını, onunla birlikdə RPŞ-yə gətirilən Vüsalın da üzərində narkotik vasitə olan heroin aşkar olunduğunu sonradan bildiyini, Vüsalın üzərində narkotik vasitə olduğunu bilmədiyini, Vüsalın da onun üzərində narkotik vasitə olduğunu bilmədiyini, polis əməkdaşlarının onları RPŞ-yə dəvət edərkən orada ev sahibi Müşviq, özü, Vüsal və Anar adlı şəxsin olduğunu bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində Azərbaycan Respublikası DİN-ə özünün müraciət etdiyini, bacısı Sevdanın narkotik maddələrin aludəçisi olduğunu, Sevdanın narkotik vasitələri Təqsirləndirilən şəxs aldığını bildiyini, özünün əslən Ağdaş şəhərindən olduğunu, Vüsalı əvvəlcədən tanıdığını, Vüsalın narkotik vasitə satdığını bildiyini, Sadiq və Təbriz adlı şəxslərin Sevda ilə yaxın münasibətdə olduqlarını və Sevda ilə bir yerdə oturubdurduqlarını, onların ikisinin də narkoman olduğunu, Təbriz Ağayev və Sevda barəsində Bakı şəhərində velosiped oğurlamaqları ilə bağlı cinayət işi başlandığını, hazırda bacısı Sevdaya cəza verildiyini, buna görə də ərizə ilə müraciət edəndə həm Sadiq, həm də Ağayev Təbrizin adını yazdığını, lakin Vüsalın narkotik vasitə satmasını bütün Ağdaşın bildiyini bildirmişdir. Şahid5 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Vüsalın əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd “Nokia” markalı mobil telefon, arxa sağ cibindən bir ədəd 5 manatlıq pul əsginası və bir ədəd alışqan və şalvarının sağ iç cibindən bir ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm açılan zaman içərisindən 2 ədəd sellofan büküm və 1 ədəd kağız büküm aşkar edilmiş, kağız büküm açılan zaman içərisindən ağ rəngli kristal halında maddə aşkar olunmuş, digər iki ədəd sellofan bükümlər açılan zaman isə içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, bundan sonra aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş, kağız bükümdəki maddənin çəkisi 0,12 qram, sellofan bükümlərdəki maddələrin çəkiləri isə müvafiq 0,49 qram və 1,65 qram olmuş, sonra həmin bükümlər zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmiş, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik olduğunu bildirmiş, həmin maddələri bir gün əvvəl, yaşadığı evin yaxınlığından küçədən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İşin materiallarında olan "xxxx" MMC-nin 10 iyun 2021-ci il tarixli məktubunun qoşmasına əlavə edilmiş SMS tarixçələrinə dair çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********18 mobil nömrəyə Şahid10 istifadəsində olan **********59 mobil nomrədən “İmkаn.vаrsа..mе.yаri.аlnдr.4gunum.qаlв.xеstеxаnаyа.gеrm.аrаmzда.olаn.xеtr.hormеtе.m е.yаri.аlnдr”, “Аy.vusаl.imkаn.vаr.mеn.аqriдаn.cxаrаsаn.еyаqm.yеr.tutsn”, “Nolаr.vusаl.mеn.ваwqа.pеysеlеrе.mohдаc.еlеmе.аtilаr.nolаr.аqrirаm.pulumда.дuzдu.nolа r.komy.еlе” məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa, həmin çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********18 mobil nömrəyə **********59 mobil nomrədən “yoxsayox gelebilsen heresinden onbew dene lazımdı imkan olsa mene birsoz de” məzmunlu mesaj göndərilmiş, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən həmin nömrəyə “QAQA YOL CİXİRAM MENİ GOZLEYİRLER İS DALİNAN GEDİREM .SEN GONDERİRSEN YOXSA yox.cavab ver.”, “bele olmur qaqa .pul yoxdusa men isimi bilim.”, “QA QRUJONU GEZİREM TEL QALDİR”, “qaqa sene fikirlerim var idi is gormeye.yaxsi ki telesmedim tez tanitdin ozu.saqol salamat qal.100m halal xosun olsun zeng eleme da mene goturmucem senin tel.”, “МЕНЕМ ВУСАЛ” məzmunlu mesajlar göndərilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 06.05.2021-ci il tarixli, 17/329 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki: - 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,443 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. - digər 1 (bir) ədəd sellofan bükümdə, quru təmiz çəkisi – 1,060 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. – 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,067 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə fərqlidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli, 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.09.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 4-cü hissəsinin təsiri altına düşüb və Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzadan 6 ay azaldılıb 30.11.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin 06.06.2017-ci il tarixli hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28.09.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəza 4 il təyin edilib, 17.12.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 28.09.2018-ci il tarixli qərarı ləğv edilib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 66.2-ci maddələri ilə azadlıqdan məhrumetmə cəzası Xəzər Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, c/i-2247 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli,1(014)-89/2019 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 1 il 11 ay 5 gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 may 2021-ci il tarixli, 1538 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri İ.Millətoğlu küçəsi 41 №-li evdə yaşamaqla ailə tərkibi X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 4(014)-35/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9cu və 14-cü bəndlərinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə əməlin tövsifini qiymətləndirərkən Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən müxtəlif növlü narkotik vasitələrin – heroin və metamfetaminin aşkarlanmasını, üzərindən aşkar edilmiş heroinlərin özlərinin də ayrı-ayrı bükümlərdə olmasını, Şahid10 isə Vüsalın ona əvvəllər kömək məqsədilə psixotrop maddə olan tramadol verməsini, buna baxmayaraq Təqsirləndirilən şəxs özünün narkomaniya xəstəliyindən əzab çəkmədiyini nəzərə alır. Eyni zamanda, Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadənin ibtidai istintaq zamanı verdiyi ifadə ilə qismən ziddiyyət yaratmasına tənqidi yanaşır. Belə ki, işin materialları ilə müəyyən edilmişdir ki, Şahid10 özü Təqsirləndirilən şəxs SMS yazaraq pulunun düz olmasını və ona narkotik vasitə tapmasını xahiş etmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələr istifadə etməsindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi və yaşayış yeri üzrə mənfi xarakterizə olunması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Ağdaş Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli, 1(014)-81/2020 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətidə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 5 (gün) hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 11 (on bir) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 06 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş məhkəmə-bioloji ekspertizasının rəyindən sonra qalıq qalan 1,353 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,047 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 -ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli, 1(014)-81/2020 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (bir) il 5 (beş) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 5 (gün) hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 11 (on bir) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla X3 üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 cəzaçəkmə müddətinin əvvəli 06 may 2021-ci il tarixdən hesablansın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. X2 ekspertiza tədqiqatlarının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 1,353 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,047 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-107/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-107/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver