Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-107/2024 28.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Aşağı Nemətabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 18 mart 2024-cü il tarixdə saat 22 radələrində Ağdaş rayonu, Nemətabad kəndi ərazisində, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ona söyüş söyməsini zənn etməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu sol ayağından qəsdən bir dəfə daşla vurub onun sol diz oynağının əzilməsi, sol diz oynağının bayır səthinin qançır və sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18 mart 2024-cü il tarixdə saat 22 radələrində, yaşadıqları Ağdaş rayonu, Aşağı Nemətabad kəndində, evlərinin yaxınlağında Zərərçəkmiş şəxslə aralarında mübahisə baş vermişdir. həmin vaxt orada başqa şəxslər olmamış, lakin həmin vaxt oradan keçən qonşusu Nəriman mübahisə etdiklərini görüb qardaşı Həzini və onu oradan uzaqlaşdırıb yaşadıqları evə gətirmişdir. Bundan sonra o, yerdən götürdüyü daşla qəsdən Zərərçəkmiş şəxs sol ayağını xəsarət yetirmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs ona və qardaşı Həziyə heç bir xəsarət yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxslə barışmış, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur, məhkəmədən onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 18 mart 2024-cü il tarixdə yaşadığı Ağdaş rayonu, Aşağı Nemətabad kəndində, Bayramgilin yaşadığı evin yağınlığında Bayramla aralarında mübahisə baş vermiş, aralarında mübahisə baş verən zaman ətrafda heç kim olmamış, lakin sonradan oradan keçən həmkəndlisi Nəriman mübahisə etdiklərini görüb Bayramla Həzini ondan uzaqlaşdırıb evlərinə aparmışdır. Mübahisə zamanı Bayramın yerdən götürdüyü daş parçası ilə onun sol ayağıma zərbə ilə vurub xəsarət yetirmiş, Şahid1 isə ona heç bir xəsarət yetirməmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs və Şahid1 heç bir xəsarət yetirməmişdir. Hazırda Bayramla barışmış, münasibətləri yaxşıdır. Ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 18 mart 2024-cü il tarixdə yaşadığı evdə olarkən Bayram ona zəng vurub bayıra çağırmış, o, bayıra çıxdıqda Bayramla Mehmanın mübahisə etdiklərini görmüş, mübahisə zamanı Bayram yerdən daş götürüb Mehmana atmış, daş Mehmanın ayağına dəymişdir. Qonşuları Nəriman onları ayırmışdır. Hadisə yerində başqa heç kim olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekpertizasının 23 mart 2024-cü il tarixli, 148 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol diz oynağının əzilməsi, sol diz oynağının bayır səthinin qançır və sıyrığı, küt alət (ola bilər daş) təsirindən törənmiş, törənmə müddətləri 18 mart 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan 19 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Ağdaş rayonu, Aşağı Nemətabad kəndi ərazisində avtomobillərin və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yolun kənarında baş vermişdir, Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona həmin yerdə xəsarət yetirmişdir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan 16 aprel 2024-cü il tarixli 18-1-22/2-539/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Nemətabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 aprel 2024-cü il tarixli 5-32-12/2- 171/2024 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Nemətabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 aprel 2024-cü il tarixli 5-32-12/2- 170/2024 nömrəli arayışından görünür ki, xx xxxxxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu, Aşağı Nemətabad kəndində qeydiyyatdadır və onun aşağıdakı ailə üzvləri var: atası X3 (1981), anası Qanuni nümayəndə3 (1983), qardaşı Şahid1 (2006), qardaşı X2 (2011), bacısı X1 (2016). Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə baxışında Dövlət ittihamçısı çıxış edərək göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, lakin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini təklif etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olması, yəni Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışması əsası ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 72 (yetmiş iki) manat pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 72 (yetmiş iki) manat pul köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-107/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-107/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver