Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-108/2021 14.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə, xx xxxxx 1998-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə şəhəri Meşəçilik İnstitutu ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri xx xxxx 1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Bərdə şəhəri, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri 13 avqust 1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 5 ünvanında qeydiyyatda olan və Bərdə rayonunun Alaçadırlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinəsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 15.07.2020-ci il tarixdən 16 iyul 2020-ci il tarixə keçən gecə, saat 02:30 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.1957-ci il təvəllüdülü Zərərçəkmiş şəxs3 məxsus Qazax rayon mərkəzi bazarında yerləşən mağazaya, mağazanın plastik qapısını güc tətbiq edərək açma yolu ilə qanunsuz daxil olaraq mağazadan 1 ədəd 40 manat dəyərində “Braun” markalı saç feni, cəmi 21 manat dəyərində hər biri 7 manat dəyərində 3 ədəd “Nivea” markalı əl kremi, cəmi 30 manat dəyərində hər biri 15 manat dəyərində 2 ədəd “Milono” markalı pudra, cəmi 16 manat dəyərində hər biri 4 manat dəyərində 4 ədəd “DoDoGipl” markalı ten, cəmi 34 manat dəyərində hər biri 8,50 manat dəyərində 4 ədəd “Flormar” markalı pudra, cəmi 1 manat dəyərində hər biri 0,50 manat dəyərində 2 ədəd “Emox” markalı yuyucu toz, cəmi 18 manat dəyərində hər biri 6 manat dəyərində 3 ədəd “Nivea” tonik markalı üz losyonu, cəmi 12 manat dəyərində hər biri 6 manat dəyərində 2 ədəd “Ariel” markalı yuyucu toz, cəmi 20 manat dəyərində hər biri 4 manat dəyərində 5 ədəd “Mazanna” markalı tuj, cəmi 5 manat dəyərində hər biri 1 manat dəyərində 5 ədəd “Arko” markalı qab maçalkası, cəmi 15 manat dəyərində hər biri 1,50 manat dəyərində 10 ədəd “Missfidi” markalı qələm, cəmi 8 manat dəyərində hər biri 2 manat dəyərində 4 ədəd “Golden rose” markalı lak, cəmi 20 manat dəyərində hər biri 5 manat dəyərində 4 ədəd “Jev” markalı rumyana, cəmi 15 manat dəyərində 1 kiloqramı 5 manat dəyərində 3 kiloqram “Karovka” markalı şokolad, cəmi 13 manat dəyərində hər biri 6,50 manat dəyərində 2 ədəd “Clear” markalı şampun, cəmi 3,50 manat dəyərində 1 banka 3,50 manat dəyərində 1 kiloqramlıq “Tamaşa” markalı düyü, cəmi 4 manat dəyərində 1 ədəd 4 manat dəyərində “Fifa” markalı futbol oyun topu, cəmi 60 manat dəyərində hər biri 30 manat dəyərində 2 ədəd “Berburu” markalı ətir, cəmi 20 manat dəyərində hər biri 4 manat dəyərində 5 ədəd “Rexona” markalı antiperspirant, cəmi 12,5 manat dəyərində hər biri 2,50 manat dəyərində 5 ədəd “Elbo” markalı lampa, cəmi 5 manat dəyərində hər biri 2,50 manat dəyərində 2 ədəd “Colgate” markalı diş fırçası, cəmi 12 manat dəyərində hər biri 6 manat dəyərində 2 ədəd “Möcüzə” markalı bitki yağı, cəmi 4,40 manat dəyərində hər biri 1,10 manat dəyərində 4 ədəd “Bizon” markalı energetik içki, cəmi 6 manat dəyərində hər biri 1,20 manat dəyərində 5 ədəd “Sun” markalı salfet, cəmi 4 manat dəyərində hər biri 2 manat dəyərində 2 ədəd “Faberlic” markalı duş geli, cəmi 5 manat dəyərində hər biri 1 manat dəyərində 5 ədəd “Tomel” markalı dırnaq pilkası, cəmi 5 manat dəyərində 1 ədəd “Effes” markalı bədən spreyi və 30 manat nağd pulu oğurlamış, yəni sonuncunun cəmi 439,40 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 təkrarən 05.04.2021-ci il tarixdə saat 23:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Qarıqışlaq obasında yaşayan xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 saxlanc yeri olan yaşadığı evinə, qanunsuz olaraq açıq qapıdan daxil olmaqla, sonuncunun evindən yataq otağında asılqandan asılmış vəziyyətdə olan qara rəngli gödəkcənin üst cibindən 310 (üç yüz on) manat nəğd pulunu oğurlamış, sonuncunun cəmi 310 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təkrarən 23.04.2021-ci il tarixdə saat 01:30 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, müvəqqəti olaraq yaşadığı Ağdaş rayon Pirəzə kənd sakini, xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus Ağdaş rayon Pirəzə kəndində yerləşən fermanın saxlanc yeri olan ağılına qanunsuz daxil olaraq oradan hər biri 156 manat dəyərində 6 aylıq, diri çəkisi 26 kq, xalis ət çıxarı 13 kq olan 4 baş cəmi 624 manat olan erkək quzuları və hər biri 168 manat dəyərində 6 aylıq, diri çəkisi 28 kq, xalis ət çıxarı 14 kq olan 4 baş cəmi 672 manat olan erkək quzuları, ümumilikdə 8 baş erkək quzuları oğurlamış, Zərərçəkmiş şəxs1 cəmi 1296 manat dəyərində əmlakını gizli olaraq talamışlar. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 18.10.2018-ci il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 26.04.2019-cu il tarixdə Bərdə rayon Məhkəməsinin qərarı ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 6 ay 23 günü, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 9 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş 23.04.2021-ci il tarixdə saat 01:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayon Pirəzə kənd sakini, xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus Ağdaş rayon Pirəzə kəndində yerləşən fermaya qanunsuz daxil olaraq, saxlanc yeri olan fermanın ağılından hər biri 156 manat dəyərində 6 aylıq, diri çəkisi 26 kq, xalis ət çıxarı 13 kq olan 4 baş cəmi 624 manat olan erkək quzuları və hər biri 168 manat dəyərində 6 aylıq, diri çəkisi 28 kq, xalis ət çıxarı 14 kq olan 4 baş cəmi 672 manat olan erkək quzuları, ümumilikdə 8 baş erkək quzuları oğurlayaraq, Zərərçəkmiş şəxs1 cəmi 1296 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 23.04.2021-ci il tarixdə saat 01:30 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayon Pirəzə kənd sakini, xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan Ağdaş rayon Pirəzə kəndində yerləşən fermaya qanunsuz daxil olaraq, saxlanc yeri olan fermanın ağılından hər biri 156 manat dəyərində 6 aylıq, diri çəkisi 26 kq, xalis ət çıxarı 13 kq olan 4 baş cəmi 624 manat olan erkək quzuları və hər biri 168 manat dəyərində 6 aylıq, diri çəkisi 28 kq, xalis ət çıxarı 14 kq olan 4 baş cəmi 672 manat olan erkək quzuları, ümumilikdə 8 baş erkək quzuları oğurlayaraq, Zərərçəkmiş şəxs1 cəmi 1296 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Bərdə şəhərində yaşadığını, lakin soraqlaşıb təxminən İlkin saxlanıldıqdan 20 gün əvvəl Ağdaş rayonu Ovçulu kəndinə Biləndər adlı şəxsin evinə çoban işləmək üçün gəldiyini, Biləndər adlı şəxsin evində təxminən bir həftəyə yaxın işlədiyini, lakin sonradan Biləndər ilə işinin düz gəlmədiyini, buna görə də Biləndər adlı şəxsin vasitəçiliyi ilə Ağdaş rayonunun Pirəzə kəndində yaşayan İlham adlı şəxsin fermasında iş tapdığını, İlham adlı şəxslə razılaşmalarına əsasən İlham adlı şəxsin fermasında 2021-ci ilin may ayının 1-dən işə başlamalı olduğunu, həmin müddətə qədər İlham adlı şəxsin fermasında ailəsi ilə birlikdə yaşadıqlarını, razılaşmalarına görə hər ay üçün İlham adlı şəxsin ona 350 (üç yüz əlli) manat pul ödəməli olduğunu, lakin İlham adlı şəxsə 200 manat borcu yarandığını və İlham adlı şəxsə ödəməyə pulu olmadığını, hələ heyvanları otarmaq üçün İlhamdan təhvil almadığını, həmçinin sonradan Bərdə rayonunda iş tapdığını və 22.04.2021-ci il tarixdə gecə radələrində arvadı Ayşənə “Bərdədən maşın demişəm, bizi aparmağa gələcəklər, gedirik Bərdəyə, orada iş tapmışam” dediyini, bundan sonra Bərdə şəhərində yaşayan dostu İlkin adlı şəxsə zəng edərək İlkinə gəlib Ağdaş rayonundan Bərdə şəhərinə aparmasını bildirdiyini, daha sonra özü, arvadı və azyaşlı övladını da götürüb Ağdaş rayon Pirəzə kəndinin girəcəyinə çıxdıqlarını, bu zaman dostu İlkinin avtomobili ilə gəldiyini, həmin zaman onun yanında sonradan adını bildiyi Aydın adlı şəxsin də olduğunu gördüyünü, dostu İlkinin avtomobili çevirib üzü Ağdaş istiqamətinə yolun kənarında saxladığını, bundan sonra avtomobilə əyləşdiklərini, İlkin avtomobili təxminən 20-30 metr Ağdaş istiqamətinə sürdükdən sonra ona avtomobili saxlamağını dediyini, daha sonra hər üçünün avtomobildən yerə düşdüklərini, bu zaman arvadı Ayşənin azyaşlı övladı ilə birlikdə avtomobildə qaldığını, İlkinə və Aydına “gedəyin mənim işlədiyim ferma tərəfə, orada xırdabuynuzlu heyvanlar var, onları oğurlayaq, aparıb satıb pul əldə edərik” dediyini, İlkin və Aydının onun dedikləri ilə razılaşdıqlarını, ferma tərəfə piyada gedərkən “mənim borcum var, onu ödəməliyəm, bunun üçün də fermadan qoyun oğurlamaq qərarına gəlmişəm” dediyini, hər üçünün fermaya yaxınlaşdıqlarını, fermanın giriş hissəsinin sağ tərəfində kənarları bağlı olan ağılın içərisində bir neçə ədəd xırdabuynuzlu heyvanlar olduğunu, həmin heyvanların içərisindən 8 ədədini göstərərək bunları tutmaq lazımdır dediyini, həmin heyvanları tutub onlara verdiyini, İlkin, özü və Aydının da həmin heyvanların ayaqlarını ağılın içərisində bağlayıb, yolun kənarına aparıb yığdıqlarını, axırıncı heyvanı Aydın gətirəndə İlkinə “sən get avtomobili götür gəl” dediyini, İlkinin heyvanları yığdıqları hissədən aralanıb avtomobilin yanına getdiyini, həmçinin həmin zaman arvadı Ayşənin ona zəng edərək “polis əməkdaşları burdadırlar, avtomobilə yaxınlaş” dediyini, özünün də avtomobilin yanına Aydınla ikisi gedən zaman, Aydına “sən gözlə, mən polis əməkdaşlarına yaxınlaşım” dediyini, belə olub polis əməkdaşlarına yaxınlaşdığını və avtomobilin yanında iki nəfər polis əməkdaşları olduğunu gördüyünü, polis əməkdaşlarının ondan nə üçün avtomobili saxlamağının səbəbini soruşduqlarını, polis əməkdaşlarına şübhələnməmələri üçün avtomobilin benzinin qurtarmasını söylədiyini, sonra polis əməkdaşının onu çox sorğu-suala tutduğunu, həmin vaxt “fermanın sahibi İlham adlı şəxsə borcum var, onu necə ödəyəcəyimi bilmədim, buna görə də, Bərdə rayonundan dostlarımı çağırmışam ki, İlhamın xırdabuynuzlu heyvanlarını birlikdə oğurlayıb sataq, pul əldə etdikdən sonra İlhama olan borcumu qaytararam” dediyini, daha sonra polis əməkdaşları onunla birlikdə fermaya gedərkən fermaya təxminən 50 metr qalmış yolda polis əməkdaşları ilə birlikdə 8 baş xırdabuynuzlu heyvanın yolun kənarında olduğunu gördüklərini, həmin heyvanları İlkin və Aydın adlı şəxslərin bir neçəsinin ayağını bağladıqlarını, digərlərinin isə ayaqlarının açıq vəziyyətdə yolun kənarında dayandığını, İlkin və Aydının onların gəldiyini görüb qaçıb gizləndiyini, daha sonra polis əməkdaşlarının onu polis şöbəsinə gətirdiklərini, arvadı Ayşənin onun oğurluq etməyindən xəbəri olmadığını, İlham adlı şəxsin fermasından və ya başqa hər hansı bir yerdən əvvəllər oğurluq etmədiyini, ilk dəfə idi ki, oğurluq etdiyini, oğurluq edən zaman onları heç kimin görmədiyini, oğurladıqları 8 ədəd qoyunların hamısının erkək olduğunu, ona ibtidai istintaqda ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin Laçın RPŞ-yə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində 2021-ci il ilin fevral ayında Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Qarıqışlaq obasında Sənan adlı şəxsin fermasında çoban işləməyə başladığını, 2021-ci ilin aprel ayının 6-na kimi fermada ailəsi ilə birlikdə olduğunu, 05 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində pula ehtiyacı olduğundan məcbur qalıb qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evinə girməyə qərarlaşdırdığını, həmin gecə Zərərçəkmiş şəxs2 qonşuluqda yaşayan yeznəsigildə televizora baxdığını bildiyini, həmçinin əvvəlcədən Zərərçəkmiş şəxs2 onun yanında heyvalarını 310 manata satdığından və 310 manatı gödəkçəsinin üst cibinə qoyduğundan Zərərçəkmiş şəxs2 310 manat pulu evində gödəkçəsinin cibində olduğunu bildiyini, bu səbəblə Zərərçəkmiş şəxs2 evinin arxa tərəfindən balaca qapıdan həyətə keçib evin arxa istiqamətindən keçərək, evin qabaq tərəfinə yaxınlaşdığını, ətrafda heç kəsin olmadığına əmin olub evin açıq giriş qapısından evin içərisinə keçdiyini, Zərərçəkmiş şəxs2 əvvəlcədən heyvan satdığını və 310 manat pul aldığını bildiyi üçün pulun gödəkcənin cibində olduğunu bildiyini, buna görədə evin içərisində ətrafa göz gəzdirib gödəkçəsini harda olduğuna baxanda gödəkçənin yataq otağında qapının arxasında asılqandan asılmış vəziyyətdə dayandığını gördüyünü, sözü gedən qara rəngli gödəkçənin üst cibindən 310 manat pulu götürdüyünü, həmin 310 (üç yüz on) manat pul, üç ədəd 100 manatlıq və bir ədəd 10 manatlıq əskinaslardan ibarət olduğunu, evdən çıxarkən yenidən ətrafa nəzər salıb ətrafda heç kəsin olmadığına əmin olub çölə çıxdığını və gəlmiş olduğu istiqamətdən çıxıb yaşadığı evə getdiyini, səhərisi gün ailəsinə “heç kəsin xəbəri olmadan çıxıb gedərik burdan ferma sahibi pulumu tam ödəmir” dediyini, buna görədə Zərərçəkmiş şəxs2 qardaşı Şahid5 “Ağcabədi rayonuna adıma pul gəlib gedib onu götürmək lazımdı” dediyini, bu minval ilə Şahid5 idarə etdiyi «VAZ-2106» markalı avtomobil ilə Ağcabədi rayonu “Üçbulaq” adlanan əraziyə gəldiyini, arvadı və uşağı ilə avtomobildən düşdüklərini, Şahid5 onda şübhələnməməsi üçün qayıdacağını deyərək onları gözləməsini xahiş etdiyini, lakin həmin gün yəni 06.05.2021-ci il tarixdə geri qayıtmayaraq Bərdə rayonuna getdiyini, onun Zərərçəkmiş şəxs2 evindən 310 manat pul oğurladığından arvadının xəbəri olmadığını, arvadının pulu borc olaraq aldığını bildiyini, Zərərçəkmiş şəxs2 evinə tək daxil olduğunu, yanında və ya ətrafda heç kəs olmadığını, ümumiyyətlə Zərərçəkmiş şəxs2 işlədiyi fermanın yanında yaşamağına baxmayaraq sonuncu ilə heç bir yaxın münasibəti olmadığını, Zərərçəkmiş şəxs2 ifadəsində həmin gecə ağacın altında onu gördüyünü və orada nə gəzdiyini soruşduqda siqaret almaq üçün gəldiyini deməsini bildirməsi barədə ilk öncə Zərərçəkmiş şəxs2 yeznəsinə evinin ətrafına gəlib yeznəsi çağırıb siqaret istədiyini, siqaretləri olmadığından yenidən qaldığı evə qayıtdığını, buna görə Əlinin onu həyətdə gördüyünü, Əlinin yeznəsinin evində olduğunu görüb bir neçə dəqiqədən sonra evin həyətinin arxa tərfindən bağdan keçib evə yaxınlaşdığını. Evin açıq qapısında evə daxil olub gödəkcənin cibindən pulu götürdünü. Bundan başqa Təqsirləndirilən şəxs1 Qazax RPŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə təqsirləndirilən qismində dindirilərkən ifadəsində arvadı Şahid1 və az yaşlı övladı Sevgi Əhmədova ilə birlikdə Qazax rayonu Xanlıqlar kəndində yaşadığını, arvadı Ayşən ilə 2015-ci ilin oktyabr ayında evləndiyini, 2020-ci ilin əvvəllərinədək isə Bərdə şəhərində yerləşən nənəsi X7 məxsus olan evdə yaşadıqlarını, sonradan həmin evin satıldığı üçün 2020-ci ilin əvvəllərindən etibarən Qazax rayonu Xanlıqlar kəndinə, arvadı Ayşənin nənəsi Gülşənə məxsus olan evə köçərək orada yaşadıqlarını, 16 iyul 2020-ci il tarixdə təxminən saat 01:30 radələrində Qazax şəhərinin ərazisində yerləşən “Mütəfəkkirlər” parkının içərisində tək olaraq gəzişdiyini, məqsədinin isə, bir neçə dəqiqədən sonra Qazax rayon mərkəzi bazarının içərisinə daxil olaraq orada yerləşən mağazaların birindən oğurluq etmək olduğunu, çünki, son zamanlar maddi cəhətdən həddindən çox sıxıntılar çəkdiyini və yaşadığı evə çörək almağa belə imkanı olmadığını, həmin gün təxminən saat 02:30 radələrində “Mütəfəkkirlər” parkından çıxaraq piyada olaraq H.Əliyev prospekti ilə hərəkət edib əvvəl rayon mərkəzi bazarının qarşısına, sonra da, içərisinə daxil olub üzü “Yeddi gözəl” ticarət mərkəzinin istiqamətinə addımlamağa başladığını, həmin zaman qeyd etdiyi ticarət mərkəzinə çatmağına təxminən 40-50 metr məsafə qalmış diqqət etdikdə yolun sağ tərəfində olan mağazalardan birinin üzərində dəmir üzlük (jalyuz) olmadığını gördüyünü, ona görə də, məhz həmin mağazadan oğurluq etmək qərarına gəldiyini və mağazanın qapısının qarşısına gələrək plastik qapısından baxıb əlində olan alışqanın işığını içərisinə tutarkən mağazanın içərisində xeyli ərzaq və qeyri-ərzaq məhsulları olduğunu gördüyünü, belə olan halda, sol çiynini mağazanın plastik qapısına dayayaraq möhkəm şəkildə geriyə itələməyə başladığını, bir neçə dəfə etdiyi cəhdindən sonra mağazanın plastik qapısı açılıdığını və mağazanın içərisinə daxil olduğunu, sonra isə, dərhal mağazadan böyük həcimli 04 (dörd) ədəd politelin torbalar götürərək həmin torbalara bir ədəd karton qutuda olan saç feni, pudralar, tenlər, yuyucu tozlar, üz losyonları, tujlar, qab maçalkaları, qaş qələmləri, laklar, rumyanalar, şampunlar, bir ədəd futbol oyun topu, ətirlər, antiperspirantlar, lampalar, diş fırçaları, salfetlər, duş gelləri, dırnaq pilkaları, bədən spreyləri, bir neçə kiloqram şokolad, düyü, 2-3 ədəd bitki yağı, 2-3 ədəd energetik içkilər, qoyub bundan əlavə mağazanın içərəsində olan soyuducunun üzərində olan kiçik qutunun içərisindən isə, 30 manat nəğd pul da, götürərək mağazadan çıxdığını, Bakı küçəsi ilə avtovağzal istiqamətinə getməyə başladığını, həmin avtovağzalın yaxınlığına çatdıqda isə, yolun kənarında dayanan dövlət nömrə nişanına diqqət etmədiyi ağ rəngli «VAZ 2106» markalı taksiyə əyləşərək Xanlıqlar kəndinə gedəcəyini ona bildirdiyini, yaşadığı evə çatdıqdan sonra isə, həmin mağazadan oğurladığı ərzaq və qeyri-ərzaq məhsullarının hamısını evin otaqlarından birinə qoyub yatdığını, səhərsi gün isə, arvadı Ayşənə “fəhlə işləyib pul qazandığım üçün evə bazarlıq etmişəm” dediyini, qeyd etdiyi mağazadan oğurladığı bir ədəd saç fenini əvvəllər görmədiyi və tanımadığı Xanlıqlar kəndində yaşayan təxminən 35-40 yaşlarında olan qadına, elə həmin kəndin ərazisində olaraq 15 manat nəğd pula satdığını, mağazadan oğurladığı digər ərzaq və qeyri-ərzaq məhsullarını isə, evində hissə-hissə olaraq istifadə etdiklərini, qeyd etdiyi mağazadan oğurluq edərkən onunla birlikdə heç kimin iştirakı olmadığını, həmin oğurluq əməlini tək olaraq törətdiyini, Qazax rayonunun ərazisindən, yəni ki, hər hansı bir mənzildən, mağazadan və yaxud başqa yerlərdən digər oğurluqlar etmədiyini, ilk dəfə idi ki, maddi sıxıntılara düşdüyü üçün oğurluq etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvəllər məhkum olunmadığını, etibarnamə və sürücülük vəsiqəsi olmadan qara rəngli «VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, Təqsirləndirilən şəxs1 ilə bir sinifdə oxuduqlarını, onunla aralarında dostluq münasibətləri olduğunu, 22.04.2021-ci il tarixdə tanışı Aydınla birlikdə olan zaman Təqsirləndirilən şəxs1 ona zəng edərək onu Ağdaş rayonundan Bərdə rayonuna aparmağını bildirdiyini, belə olub tanışı Aydınla birlikdə 22.04.2021-ci il tarixdə «VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gecə saat 23:30 radələrində Bərdə rayonundan Ağdaş rayonunun Pirəzə kəndinə getdiklərini, yol gələrkən İlkinlə telefonla əlaqə saxladıqlarını, Ağdaş rayonu Pirəzə kəndinin girəcəyinə çatanda İlkin, onun arvadı və yanında azyaşlı övladının yolun kənarında dayandıqlarını gördüyünü, avtomobili çevirib üzü Ağdaş istiqamətinə yolun kənarında saxladığını, İlkin və onun ailəsinin avtomobilə əyləşdiklərini, avtomobili təxminən 20-30 metr Ağdaş istiqamətinə sürdükdən sonra İlkinin avtomobili saxlamağını dediyini, daha sonra hər üçünün avtomobildən yerə düşdüklərini, Təqsirləndirilən şəxs1 ailəsinin isə avtomobildə qaldığını, Təqsirləndirilən şəxs1 “gedəyin mənim işlədiyim ferma tərəfə, orada xırdabuynuzlu heyvanlar var, onları oğurlayaq, aparıb satıb pul əldə edərik” dediyini, özü və Aydının Təqsirləndirilən şəxs1 dedikləri ilə razılaşdıqlarını, Ferma tərəfə piyada gedərkən Təqsirləndirilən şəxs1 “mənim borcum var, onu ödəməliyəm, bunun üçün də fermadan qoyun oğurlamaq qərarına gəlmişəm” bildirdiyini, hər üçününü fermaya yaxınlaşdıqlarını, fermanın giriş hissəsinin sağ tərəfində kənarları bağlı olan ağılın içərisində bir neçə ədəd xırdabuynuzlu heyvanlar olduğunu, Təqsirləndirilən şəxs1 həmin heyvanların içərisindən 8 ədədini onlara göstərdiyini həmin quzuları tutmaq lazım olduğunu bildirdiyini, həmin heyvanları tutub onlara verdiyini, heyvanların ayaqlarını ağılın içərisində bağlayıb, yolun kənarına aparıb yığdıqlarını, axırıncı heyvanı Aydın gətirəndə Təqsirləndirilən şəxs1 ona “sən get avtomobili götür gəl” dediyini, heyvanları yığdıqları hissədən aralanıb avtomobilin yanına gedən zaman onun avtomobilinin yanında polis əməkdaşlarının dayandıqlarını gördüyünü, həmin zaman yolun kənarında qaranlıq hissədə dayandığını, bu zaman Təqsirləndirilən şəxs1 dayandığı yerdən biraz aralıdan gəlib keçib onun avtomobilinin yanına getdiyini, Təqsirləndirilən şəxs1 polis əməkdaşları ilə söhbət edərkən onun yanına Aydının gəldiyini, bundan sonra polis əməkdaşlarının onların heyvanları saxladıqları tərəfə getdiklərini, biraz orada dayandıqdan sonra onun avtomobilinin yanına digər polis əməkdaşlarının gəldiklərini, bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının tutduqlarını bildiyini, belə olub qorxduqlarını və piyada meşəlik tərəfə getdiklərini, hava açıldıqdan sonra yolun kənarına çıxdıqlarını və ağ rəngli nömrəsini bilmədiyi VAZ 21011 markalı avtomobilin gəldiyini gördüyünü, həmin avtomobilə əl etdiklərini, həmin şəxsin avtomobili saxladığını, ona Bakı-Qazax magistral yoluna tərəf gedirsə onları da aparmağını təklif etdiklərini, həmin şəxsin də heç bir narazılıq etmədən onları avtomobilə əyləşdirdiyini, Ağdaş rayon Ləki dörd yoluna gəldiklərini, orada avtomobildən yerə düşüb üzü Qazax istiqamətinə gözlədiklərini, bu zaman mülki formada şəxslərin onlara yaxınlaşdığını, həmin şəxslərin polis əməkdaşları olmasını bildiklərini və qaçmaq istəyən zaman onları tutub PŞ-yə gətirdiklərini, Təqsirləndirilən şəxs1 da PŞ-yə gətirdiklərini, onun da izahatını aldıqlarını, Təqsirləndirilən şəxs1 da onlarla birlikdə oğurluq etməyini bildirdiyini, Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı olduğunu, onunla aralarında dostluq münasibətləri olduğunu, onlara oğurluq etməyi Təqsirləndirilən şəxs1 dediyini, oğurluq etməyə həmin gün İlkinin işlədiyi fermanın yanında qərara gəlib birlikdə oğurluq etdiklərini, oğurluq edən zaman onları heç kimin görmədiyini, oğurladıqları 8 ədəd quzuların neçəsinin dişi, neçəsini erkək cinsli olmalarını bilmədiyini, Təqsirləndirilən şəxs1 arvadının bu barədə heç bir məlumatı olmadığını, başqa heç bir yerdən oğurluq etmədiyini, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs2 tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, dostluq münasibətlərinin olduğunu, 22.04.2021ci il tarixdə İlkinlə birlikdə olan zaman Təqsirləndirilən şəxs2 ona “Ağdaş rayonunda bir dostum var, onun da adı İlkindir, soyadı Əhmədovdur, onun ailəsini Ağdaş rayonundan Bərdə rayonuna gətirmək lazımdır” dediyini, dostu İlkinin idarə etdiyi qara rəngli, «VAZ 2106» markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə gecə saat 23:30 radələrində Bərdə rayonundan Ağdaş rayon Pirəzə kəndinə gələsi olduqlarını, yol gələrkən dostu İlkinin Ağdaş rayonu Pirəzə kəndində çoban işləyən həmin İlkin adlı şəxslə telefonla əlaqə saxladıqlarını, Ağdaş rayon Pirəzə kəndinin girəcəyinə çatanda dostu İlkinin tanışı İlkin, onun arvadı və yanında azyaşlı övladının yolun kənarında dayandıqlarını, dostu İlkinin avtomobili çevirib üzü Ağdaş istiqamətinə yolun kənarında saxladığını, İlkin və onun ailəsinin avtomobilə əyləşdiklərini, dostu İlkin avtomobili təxminən 20-30 metr Ağdaş istiqamətinə sürdükdən sonra İlkinin avtomobili saxlamağını dediyini, daha sonra hər üçünün avtomobildən yerə düşdüklərini, Təqsirləndirilən şəxs1 ailəsinin isə avtomobildə qaldığını, Təqsirləndirilən şəxs1 “gedəyin mənim işlədiyim ferma tərəfə, orada xırdabuynuzlu heyvanlar var, onları oğurlayaq, aparıb satıb pul əldə edərik” dediyini, özü və dostu Təqsirləndirilən şəxs1 dedikləri ilə razılaşdıqlarını, ferma tərəfə piyada gedərkən Təqsirləndirilən şəxs1 “mənim borcum var, onu ödəməliyəm, bunun üçün də fermadan qoyun oğurlamaq qərarına gəlmişəm” dediyini, hər üçünün fermaya yaxınlaşdıqlarını, fermanın giriş hissəsinin sağ tərəfində kənarları bağlı olan ağılın içərisində bir neçə ədəd xırdabuynuzlu heyvanlar olduğunu, Təqsirləndirilən şəxs1 həmin heyvanların içərisindən 8 ədədini onlara göstərdiyini və bunları tutmaq lazım olduğunu deyərək, həmin heyvanları tutub onlara verdiyini, həmin heyvanların ayaqlarını ağılın içərisində bağlayıb, yolun kənarına aparıb yığıdıqlarını, bu zaman Təqsirləndirilən şəxs1 telefon zəngi gəldiyini və Təqsirləndirilən şəxs1 “yoldaşımdır, mənə zəng edibdir ki, avtomobilin yanına polis əməkdaşları gəlib, bura gəl” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs1 “bəs dostum İlkin hanı” dediyini, Təqsirləndirilən şəxs1 da ona “avtomobilin yanına gedibdir ki, avtomobili gətirsin”, həmin vaxt Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs1 arvadının yanına getdiklərini, yolun kənarına təxminən 20-30 metr qalmış Təqsirləndirilən şəxs1 ona “sən getmə, mən yaxınlaşım və görüm ki, polis əməkdaşları nə üçün gəliblər” dediyini, özünün də Təqsirləndirilən şəxs1 arxası ilə qaranlıq hissə ilə kənardan durub Təqsirləndirilən şəxs1la polis əməkdaşlarının nə danışmalarını öyrənmək üçün getdiyini, həmin vaxt dostu İlkinin də polis əməkdaşlarını avtomobilin yanında görüb və yolun kənarında gizləndiyini gördüyünü, bundan sonra polis əməkdaşlarının onların heyvanları saxladıqları tərəfə getdiklərini, biraz orada dayandıqdan sonra onun avtomobilinin yanına digər polis əməkdaşlarının gəldiklərini, bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının tutduqlarını bildiyini, belə olub qorxduqlarını və piyada meşəlik tərəfə getdiklərini, hava açıldıqdan sonra yolun kənarına çıxdıqlarını və ağ rəngli nömrəsini bilmədiyi VAZ 21011 markalı avtomobilin gəldiyini gördüyünü, həmin avtomobilə əl etdiklərini, həmin şəxsin avtomobili saxladığını, ona Bakı-Qazax magistral yoluna tərəf gedirsə onları də aparmağını təklif etdiklərini, həmin şəxsin də heç bir narazılıq etmədən onları avtomobilə əyləşdirdiyini, Ağdaş rayon Ləki dörd yoluna gəldiklərini, orada avtomobildən yerə düşüb üzü Qazax istiqamətinə gözlədiklərini, bu zaman mülki formada şəxslərin onlara yaxınlaşdığını, həmin şəxslərin polis əməkdaşları olmasını bildiklərini və qaçmaq istəyən zaman onları tutub PŞ-yə gətirdiklərini, Təqsirləndirilən şəxs1 da PŞə gətirdiklərini, onun da izahatını aldıqlarını, Təqsirləndirilən şəxs1 da onlarla birlikdə oğurluq etməyini bildirdiyini sonradan bildiklərin, Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı olduğunu, onunla aralarında dostluq münasibətləri olduğunu, onlara oğurluq etməyi Təqsirləndirilən şəxs1 dediyini, oğurluq etməyə həmin gün İlkinin işlədiyi fermanın yanında qərara gəlib birlikdə oğurluq etdiklərini, oğurluq edən zaman onları heç kimin görmədiyini, oğurladıqları 8 ədəd qoyunların neçəsinin dişi, neçəsini erkək cinsli olmalarını bilmədiyini, Təqsirləndirilən şəxs1 arvadının bu barədə heç bir məlumatı olmadığını, başqa heç bir yerdən oğurluq etmədiyini, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, Ağdaş rayon Pirəzə kənd fermasında məskunlaşdığını, həmin fermada özünə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanları olduğunu, təxminən 1 həftə olar ki, heyvanlarını otarmaq üçün əslən Ağdam şəhərində anadan olmuş və Bərdə rayonunda yaşayan Təqsirləndirilən şəxs1 gətirdiyini, İlkinin arvadı Ayşən və bir azyaşlı övladı ilə birlikdə gəldiyini, İlkinin onun heyvanlarını otarmaq üçün ayın 1-də başlamalı olduğunu, lakin həmin müddət ərzində onun evində qalmasına icazə verdiyini, İlkinlə aylıq 350 manata danışdığını, lakin İlkinin ondan may ayının 1-nə qədər 200 manat borc aldığını. 22.04.2021-ci il tarixdə heyvanlarını fermanın qarşısında olan ağıla salıb qapılarını da bağlayıb Ağdaş şəhərində olan evinə gəldiyini, fermada isə İlkin və onun ailəsinin qaldıqlarını, təxminən 150 baş xırdabuynuzlu heyvanları olduğunu, 23.04.2021-ci il tarixdə saat 05:00 radələrində ona polis əməkdaşlarının fermandan xırdabuynuzlu heyvanlar oğurlandığını dediyini, buna görə də dərhal fermaya getdiyini və orada fermasındada çoban işləyən Təqsirləndirilən şəxs1 və iki nəfər tanımadığı şəxslərlə birlikdə onun 8 baş erkək cinsli xırdabuynuzlu heyvanlarını oğurlamağı, həmin vaxtı polis əməkdaşlarını 8 baş xırdabuynuzlu heyvanları fermadan kənarda gördüklərini, çobanı İlkini polis əməkdaşlarının PŞ-yə apardıqlarını, digər şəxslərin isə heyvanları həmin yerdə qoyub qaçdıqlarını, həmin heyvanların da ona təhvil verildiyini, həmin iki nəfər şəxslərin də polis əməkdaşlarının tutduqlarını, həmin şəxslərin də bildiyinə görə Bərdə rayonunda yaşadıqlarını sonradan bildiyini, ona məxsus fermadan 22.04.2021-ci il tarixdən 23.04.2021-ci il tarixə keçən gecə fermasında çoban işləyən İlkin və onun yanında olan iki nəfər tanımadığı şəxslər tərəfindən 8 baş erkək cinsli xırdabuynuzlu heyvanlarının oğurlandığını, ona məxsus 8 baş xırdabuynuzlu heyvanlardan 4 başı diri çəkisi 26 kq, təmiz əti 13 kq, 4 başı isə diri çəkisi 28 kq, əti 14 kq olduğunu, həmin heyvanların 6 aylıq erkək xırdabuynuzlu heyvanlar olduğunu, ona oğurluq nəticəsində 1040 manat maddi ziyan dəydiyini, İlkin adlı çobana həmin heyvanları otarmaq üçün təhvil verməsə də, heyvanlarının saxlandığı yerə sərbəst girib-çıxdığını, heyvanların saxlandığı yerə giribçıxmasına icazə verdiyini, əvvəllər onun fermasından oğurluq olmadığını, birinci dəfədir ki,fermasından oğurluq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslərin hər üçü onun saxlanc yerindən qoyunlarını aparmışlar. Lakin polislər tərəfindən tutulmuşlar və qoyunlar özünə qaytarılmışdır. Hazırda hər üçündən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 tanıdığını və sonuncu ilə heç bir ədavəti, düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs1 yaşadığı Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Qarıqışlaq obasında qonşu fermada çoban kimi fəaliyyət göstərdiyini, tarixi tam xatırlamadığını, təxminən 05-06 aprel 2021-ci il tarixlərində gecə saat 23:00 radələrində qonşuluğunda yaşayan qızı Elmiranın evində televizora baxdığını, bu səbəblə öz yaşadığı evdə heç kəsin olmadığını, digər qızı Şəmsinin ona “ata həyətdən səs gəlir” dediyini, bu səbəblə evin həyətinə çıxıb çölə işıq salanda evinin yanında olan söyüd ağacının altında qonşu fermada çobanlıq edən Təqsirləndirilən şəxs1 adlı şəxsin dayandığını gördüyünü, İlkinə “bala nə səbəbə burda dayanmısan” dediyini, İlkinin “heç elə-belə siqaret axtarıram” dediyini, İlkinə “mən siqaret çəkmirəm çıx get burdan” dedikdən sonra İlkinin işləmiş olduğu fermaya getdiyini, onun yaşadığı obada hər kəsin onun gözündən müalicə olunduğu üçün özünə aid olan üç baş keçini və bir baş qoca qoyunu 310 manata satdığını bildiyini, həmçininn heyvanları satanda yanında qardaşı oğlu Elməddin və qonşu fermada çoban işləyən Təqsirləndirilən şəxs1 olduğunu, 06.04.2021-ci il səhərisi günü Bakıda olan qohumlardan birinin ona zəng edərək “özündə olan pulu bizə bildir, bizdə əməliyyata əlavə nə qədər pul lazım olacaqsa onu tapaq” dediklərini, bu səbəblə yaşadığı evdə asılqandan asılmış gödəkcəsinin cibindən qoymuş olduğu 310 (üç yüz on) manat pulu götürmək istəyəndə həmin 310 manat pulu qoymuş olduğu yerdə yəni gödəkcəsinin cibində olmadığını gördüyünü, ətrafı axtarsa da pulu tapa bilmədiyini və dərhal gecə qapının yaxınlığında gördüyü Təqsirləndirilən şəxs1 onun ağlına gəldiyini və İlkinin evə daxil olub pulu götürdüyünü bildiyini, çünki onun yaşadığı obada bütün qonşularının qohumları və qardaşları olduğunu, bu səbəblə heç vaxt evin giriş qapılarının kilidini bağlamadıqlarını, Təqsirləndirilən şəxs1 kənardan gəldiyindən və gecə 23:00 radələrində həyətində gördüyündən ilk ağlına gələn şəxsin İlkin olduğunu, həmçinin Təqsirləndirilən şəxs1 ailəsi birlikdə həmin gün yəni təxminən 06.04.2021-ci il tarixdə İlkinin arvadının adına banka pul gələcəyi adı ilə qardaşı Yaqub ilə birlikdə Ağcabədi rayonuna getdiyini, Yaqubun onları idarə etdiyi «VAZ-2106» markalı avtomobil ilə Ağcabədi rayonuna apardığını, buna görə Yaquba zəng etdiyini və ona “mənim pulumu İlkin oğurlayıb onları geri qaytar” dediyini, lakin Yaqubun ona “Ağcabədi rayonu “Üçbulaq” adlanan ərazidə İlkin və ailəsi düşüb gedib və geri qayıtmayıblar” dediyini, bu minval ilə axşama kimi Yaqubun onları gözləsə də Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə geri qayıtmadığını və qaçıb getdiyini, İlkinin fermadan qaçdığı üçün 310 manat pulunu Təqsirləndirilən şəxs1 oğurladığına əmin olduğunu, özünün və ya ailəsinin Təqsirləndirilən şəxs1 və ailəsi ilə heç bir münasibətləri olmadığını, heç bir gediş-gəlişləri olmadığını, sadəcə Təqsirləndirilən şəxs1 qonşu fermadan işləyən çoban kimi tanıdığını, heç bir yaxın münasibəti olmadığını, bu səbəblə Təqsirləndirilən şəxs1 onun evinə gəlib-gedənlərdən və ya evə sərbəst daxil olanlardan olmadığını, İlkinin onun evinə qanunsuz olaraq daxil olduğunu və evindən 310 manat pulu oğurladığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə zərərçəkən şəxs olaraq səhhətində olan problemlərə, yaşına və xəstəliyinə görə o, məhkəmədə iştirak edə bilməyəcək. Bu səbəbdən istintaqda vermiş olduğu, əvvəlki ifadəsini bir daha təsdiqləyir. Məhkəmədən ifadəsinin nəzərə almasını xahiş edir. Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Teleqramın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs3 ifadəsində ailə üzvləri ilə birlikdə Qazax rayonu, Ağköynək kəndində yaşadığını, evli olduğunu və hal-hazırda heç bir yerdə işləmədiyini, əvvəllər məhkum olunmadığını, rəsmi iş yeri olmasa da, ona məxsus olan, Qazax rayon mərkəzi bazarının içərisində yerləşən mağazanı işlədərək qazanclar əldə edib, ailə üzvlərinin maddi tələbatlarını təmin etdiyini, həmin mağazanın 12 kvadratmetrlik sahədə tikildiyini, mağazanın iki taylı, plastik materialdan olan qapısı olduğunu, pəncərələri isə, olmadığını, qeyd etdiyi mağazada gündəlik olaraq məişətdə istifadə olunan müxtəlif ərzaq və qeyri ərzaq məhsulları, o cümlədən parfümeryalar, ətirlər və digər bu kimi məhsullar satıldığını, mağazanın fəaliyyətinin hər gün saat 08:00-dan 15:00 radələrinədək davam etdiyini, mağazada satıcı olmadığını, alış-veriş işləri isə, arvadı Şahid6 tərəfindən həyata keçirildiyini, 16 iyul 2020-ci il tarixdə saat 07:50 radələrində arvadı Pərvanənin yaşadıqları evdən çıxaraq mağazanın fəliyyətini başlatmaq üçün mərkəzi bazara getdiyini, bundan təxminən 20-30 dəqiqədən sonra isə, arvadı Pərvanənin istifadəində olan mobil telefonuna zəng edərək ona “mağazamızdan oğurluq edilmişdir” dediyini və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək həmin hadisə barəsində məlumat verdiyini, ona görə də, dərhal hazırlaşaraq yaşadığı evdən çıxıb mağazanın qarşısına getdiyini, həmin zaman arvadı Pərvanənin ona yaşadıqları evdən çıxaraq mağazanın qarşısına gəldiyini, mağazanın qapısının açarını çıxararaq kilid hissəsinə daxil etmək istəyərkən mağazanın qapısı qismən açıq vəziyyətdə olduğunu gördüyünü, həmin qapının üzərində isə, heç bir zədə, zərbə və yaxud da, sındırılma izləri olmadığını, bu zaman mağazanın içərisinə daxil olub göz gəzdirərəkən ona mağazanın içərisinin dağınıq hala salındığını və vitrində olan ətirlərdən bəzilərinin yerində olmadıqlarını bildiyini, belə olan halda mağazadan oğurluq edilməsini başa düşdüyünü və DİN-in 102 xidmətinə zəng edərək həmin mağazadan oğurluq edilməsi haqqında məlumat verdiyini, arvadı Pərvanənin həmin sözlərindən sonra birlikdə dəqiqləşdirərkən naməlum şəxs və yaxud şəxslər mağazadan 1 ədəd 40 manat dəyərində Braun markalı saç feni, 1 ədədi 7 manat dəyərində 3 ədəd Nivea markalı əl kremi, 1 ədədi 16 manat dəyərində 2 ədəd Milono markalı pudra, 1 ədədi 4 manat dəyərində 4 ədəd DoDoGipl markalı ten, 1 ədədi 8 manat 50 qəpik dəyərində 4 ədəd Flormar markalı pudra, 1 ədədi 50 qəpik dəyərində 2 ədəd Emox markalı yuyucu toz, 1 ədədi 6 manat dəyərində 3 ədəd Nivea tonik markalı üz losyonu, 1 ədədi 6 manat dəyərində 2 ədəd Ariel markalı yuyucu toz, 1 ədədi 4 manat dəyərində 5 ədəd Mazanna markalı tuj, 1 ədədi 1 manat dəyərində 5 ədəd Arko markalı qab maçalkası, 1 ədədi 1 manat 50 qəpik dəyərində 10 ədəd Missfidi markalı qələm, 1 ədədi 2 manat dəyərində 4 ədəd Golden rose lak, 1 ədədi 5 manat dəyərində 4 ədəd Jev markalı rumyana, 1 kiloqramı 5 manat dəyərində 3 kiloqram Karovka markalı şokolad,1 ədədi 6 manat 50 qəpik dəyərində 2 ədəd Clear markalı şampun, 1 banka 3 manat dəyərində 1 kiloqramlıq Tamaşa markalı düyü, 1 ədəd 4 manat dəyərində Fifa markalı futbol oyun topu, 1 ədədi 30 manat dəyərində 2 ədəd Berburu markalı ətir, 1 ədədi 4 manat dəyərində 5 ədəd Rexona markalı antiperspirant, 1 ədədi 2 manat 50 qəpik dəyərində 5 ədəd Elbo markalı lampa, 1 ədədi 2 manat 50 qəpik dəyərində 2 ədəd Colgate markalı diş fırçası, 1 ədədi 6 manat dəyərində 2 ədəd Möcüzə markalı bitki yağı, 1 ədədi 1 manat 10 qəpik dəyərində 4 ədəd Bizon markalı energetik içki, 1 paçkası 1 manat 20 qəpik dəyərində 5 paçka Sun markalı salfet, 1 ədədi 2 manat dəyərində 2 ədəd Faberlic markalı duş geli, 1 ədədi 1 manat dəyərində 5 ədəd Tomel dırnaq pilkası, 1 ədəd 5 manat dəyərində 1 ədəd Effes markalı bədən spreyi və 30 manat nəğd pulun oğurladığını, daha sonra Qazax rayon polis şöbəsinin əməkdaşlarının mağazanın qarşısına gəldiklərini və arvadı Pərvanənin iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini, onun zənninə görə mağazanın plastik qapısı fiziki güc tətbiq edilərək möhkəm olaraq geriyə itələndiyindən açıldığını, çünki, arvadı Pərvanə ilə diqqət edərkən mağazanın qapısının “aşağı kilid” hissəsində cuzi miqdarda əyilmə olduğunu gördüklərini, həmin oğurluq əməlini törətməkdə şübhələndiyi hər hansı bir şəxs və yaxud şəxslər olmadığını, ona məxsus olan mağazadan oğurlanmış 30 manat pul 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq manatlıq pul əskinaslardan ibarət olduğunu, həmin oğurluq hadisəsinin nəticəsində ona təxminən 600-650 manat dəyərində maddi zərər yetirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində tanınmış X6 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, o X2 böyük oğludur. Zərərçəkmiş şəxs3 14.07.2021-ci ildə vəfat etmişdir. Onun iş üzrə Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində tanınmağını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Qazax rayonunda yaşayır, məhkəməyə gələ bilmir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Onlara dəyən zərər ödənilmişdir. Teleqramın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, 22.04.2021-ci il tarixdən 23.04.2021ci il tarixə keçən gecə radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə Ağdaş rayonu Ağzıbir kəndi ərazisində xidmətdə olduğunu, həmin zaman gecə saat təxminən 01:30 radələrində Ağdaş rayon Pirəzə kəndində, kəndin girişində yolun kənarında «VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu gördüklərini, həmin zaman avtomobilə yaxınlaşıb həmin avtomobildə bir nəfər qadının azyaşlı uşağı ilə olmasını gördüklərini, həmin qadına yaxınlaşaraq onun kim olmasını və nə səbəb görə həmin yerdə avtomobildə əyləşdiyini soruşduqlarını, həmin qadının onlara Qazax rayon Xalıqlar kəndində qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü Şahid1 olduğunu, əri İlkin adlı şəxsin və yanında olan iki nəfər tanışlarının ona həmin yerdə dayanmasının, avtomobilin benzinin qurtarmasının, benzin alıb gələcəklərini bildirdiyini, daha sonra həmin Ayşən adlı qadına “ərinə zəng et bura gəlsin” dediklərini, bundan sonra həmin qadının ərinə zəng etdiyini və onun əri İlkin aldı şəxsin həmin yerə gəldiyini, daha sonra İlkin adlı şəxsdən həmin yerdə nə səbəbə görə dayanmalarını soruşduqlarını, bu zaman İlkin adlı şəxsin onlara avtomobilinin benzinin qurtarmasını, tanışları İlkin və Aydın adlı şəxslərlə birlikdə benzin almaq üçün getdiklərini bildirdiyini, İlkindən həmin digər İlkin və Aydın adlı şəxslərin də harada olduqlarını soruşduqlarını, bu zaman İlkin adlı şəxsin özünü şübhəli aparmağa başladığını, daha sonra onu yenə də sorğu suala tutduqlarını, həmin zaman İlkin adlı şəxsin onlara “fermanın sahibi İlham adlı şəxsə borcum var, onu necə ödəyəcəyimi bilmədim, buna görə də, Bərdə rayonundan dostlarım çağırmışam ki, İlhamın xırdabuynuzlu heyvanlarını birlikdə oğurlayıb sataq, pul əldə etdikdən sonra İlhama olan borcumu qaytararam” dediyini, bundan sonra İlkinlə birlikdə fermaya gedərkən fermaya təxminən 50 metr qalmış yolda 8 (səkkiz) baş xırdabuynuzlu heyvanların yolun kənarında olduğunu, həmin heyvanların bir neçəsinin ayağının bağlı vəziyyətdə, digərlərinin isə ayaqlarının açıq vəziyyətdə olduğunu gördüyünü, lakin həmin ayaqları açıq vəziyyətdə olan heyvanların da ayaqlarında iplər olduğunu, digər ayağı bağlı heyvanların da ayaqlarının sıxılmaması üçün özlərinin açdıqlarını, bundan sonra digər İlkin və Aydın adlı şəxslərin harada olduqlarını həmin İlkin adlı şəxsdən soruşduqlarını, lakin onların yerini bilmədiyini onlara bildirdiyini, daha sonra həmin Ayşən adlı qadını və İlkin adlı şəxsi polis şöbəsinə gətirdiklərini, Polis şöbəsində həmin İlkin adlı şəxsin Bərdə rayon sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edildiyini, bundan sonra bu barədə tədbir görülməsi üçün özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruz olunduğunu, həmçinin sonradan digər şəxslərin Bərdə rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğunu bildiyini, həmin şəxslərin də RPŞ-nin əməkdaşları tərəfindən Ağdaş rayon ərazisində tutularaq RPŞ-yə gətirildiyini, həmin 8 baş heyvanları görən zaman həmin heyvanların ferma ərazisindən kənarda olduğunu və həmin 8 baş heyvanların hamısının erkək quzular olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs1 arvadı olduğunu, birgə nikahdan bir azyaşlı övladlarının olduğunu, təxminən İlkin saxlanıldıqdan 20 gün əvvəl Ağdaş rayonu Ovculu kəndinə Biləndər adlı şəxsin evinə çoban işləmək üçün gəldiklərini, Biləndər adlı şəxsin evində təxminən bir həftəyə yaxın işlədiklərini, lakin sonradan Biləndər ilə işlərinin düz gəlmədiyini, buna görə də Biləndər adlı şəxsin vasitəçiliyi ilə Ağdaş rayonu Pirəzə kəndində yaşayan İlham adlı şəxsin fermasında iş tapdıqlarını, İlham adlı şəxslə razılaşmalarına əsasən onun fermasında 2021-ci ilin may ayının 1-dən işə başlamalı olduqlarını, həmin müddətə qədər İlham adlı şəxsin fermasında ailəliklə birlikdə yaşamağa başladıqlarını, razılaşmalarına görə hər ay üçün İlham adlı şəxsin əri İlkinə 350 (üç yüz əlli) manat pul ödəməli olduğunu, lakin İlham adlı şəxsə 200 manat borclarının yarandığını, lakin İlham adlı şəxsə ödəməyə ərinin pulu olmadığını, 22.04.2021-ci il tarixdə gecə radələrində İlkinin ona “Bərdədən maşın demişəm, bizi aparmağa gələcəklər, gedirik Bərdəyə, orada iş tapmışam” dediyini, 22.04.2021-ci il tarixdən 23.04.2021-ci il tarixə keçən gecə, saat təxminən 01:00 radələrində əri İlkinin ona “dostum maşınla gəlibdir, gəl çıxaq yolun kənarına gedək” dediyini, özü, azyaşlı uşağı və İlkinin yolun kənarına gəldiklərini, həmin zaman tanımadığı şəxsin qara rəngli «VAZ 2106» markalı avtomobillə gəlib dayandığını, İlkinin “həmin şəxs mənim dostumdur və bizi aparmağa gəlibdir” dediyini, həmin zaman sürücünün də yanında tanımadığı şəxsin olduğunu, həmin sürücü və yanında olan şəxsin, cavan təxminən 20-25 yaşlarında olan şəxslər olduğunu, avtomobildə qaldığını, sürücü, sürücünün yanında olan şəxs və əri İlkinin avtomobildən kənarda özləri arasında söhbət edərək getdiklərini, lakin onların nə danışdıqlarını bilmədiyini, hər üçünün İlhamın ferması tərəfinə getdiklərini gördüyünü, aradan təxminən 10 dəqiqə keçdikdən sonra iki nəfər polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və ona nə səbəb görə burda avtomobildə əyləşdiyini bildirdiklərini, özünün də onlara “ərim və yanında olan şəxslər mənə bildirdilər ki, burada dayan, gəlirik” dediyini, həmin vaxt polis əməkdaşlarının “ərinə zəng et və ərin gəlsin” dediyini, bundan sonra İlkinə zəng edib “polis əməkdaşları məndən nə üçün avtomobili saxlamağımızın səbəbini soruşdu, mən də onlara avtomobilin benzinin qurtarmasını söylədim, gəl bura polis əməkdaşları buradadırlar” dediyini, daha sonra İlkinin həmin yerə gəldiyini, özü isə avtomaşında əyləşdiyini, İlkin polis əməkdaşları ilə aralıda söhbət etməyə başladıqlarını, daha sonra İlkinin polis əməkdaşları ilə İlhamın fermasına tərəf getdiklərini, sonra onlarla birlikdə gəldiklərini, İlkindən nə olduğunu soruşduğunu, İlkinin ona “polis əməkdaşı məni çox sorğu suala tutdu, mən həmin vaxt bildirdim ki, fermanın sahibi İlham adlı şəxsə borcum var, onu necə ödəyəcəyimi bilmədim, buna görə də, Bərdə rayonundan dostlarım çağırmışam ki, İlhamın xırdabuynuzlu heyvanlarını birlikdə oğurlayıb sataq, pul əldə etdikdən sonra İlhama olan borcumu qaytararam, daha sonra polis əməkdaşları mənimlə birlikdə fermaya gedərkən fermaya təxminən 50 metr qalmış yolda polis əməkdaşları ilə birlikdə gördük ki, 8 (səkkiz) baş xırdabuynuzlu heyvan yolun kənarındadır, həmin heyvanları İlkin və Aydın adlı şəxslər bir neçəsinin ayağını bağlamışdılar, digərləri isə ayaqları açıq vəziyyətdə yolun kənarında dayanmışdır, İlkin və Aydın bizim gəldiyimizi görüb qaçıb gizlənmişdilər” dediyini, həmin zaman əri İlkin və onun dostlarının onu avtomobildə qoyub gedərkən oğurluq etdiklərini bildiyini, onun əvvəlcədən onların hər üçünün İlham adlı şəxsin fermasından oğurluq etmələri barədə məlumatı olmadığını, daha sonra polis əməkdaşlarının onu polis şöbəsinə gətirdiklərini, əri İlkinin həmin fermadan birinci dəfədir ki, oğurluq etdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs2 onun qohumu olduğunu, qara rəngli «VAZ 2106» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, həmin avtomobili İlkinin 02.09.2020-ci il tarixdə aldığını, həmin vaxtı İlkinin sürücülük vəsiqəsi olmadığından etibarnamə ilə onun adına alındığını, lakin avtomobilin İlkinin olduğunu, sonra da İlikin həmin avtomobillə sürücülük vəsiqəsi olmasa da Bərdə rayonunda taksi faliyyəti ilə məşğul olmağa başladığını, 24.04.2021-ci il tarixdə İlikinin Ağdaş rayonu Pirəzə kənd ərazisindən tanışları ilə xırdabuynuzlu heyvan oğurladıqlarını və İlkinin avtomobilini də Ağdaş RPŞ-yə apardıqlarını, İlkinin də oğurluq etdiyinə görə həbs edildiyini eşitdiyini, İkinin anasının da ona avtomobili Ağdaş RPŞ-dən götürmək lazım olduğunu bildirdiyini, ona görə həmin avtomobili aparmağa gəldiyini, İlkin və onun doslarının oğurluq etmələrindən əvvəlcədən heç bir məlumatı olmadığını, oğurluq hadisəsindən sonra belə bir hadisə olduğunu bildiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 ifadəsində təxminən 06 aprel 2021-ci il tarixində saat 12:00 radələrində Elməddin ilə birlikdə qonuşuluqda çoban işləyən Təqsirləndirilən şəxs1 adlı şəxsin ona yaxınlaşaraq adlarına pul gəldiyini, həmin pulu bankdan götürmək üçün onları Ağcəbədi rayonuna aparmağı xahiş etdiklərini, bundan sonra İlkini, İlkinin azyaşlı qızını və arvadını götürərək Ağcabədi rayonu “Üçbulaq” adlanan əraziyə gətirdiyini, İlkinin ailəsi ilə birlikdə avtomobildən düşəndə ona “gedirik çörək yeməyə səndə gəl” dediklərini, özünün də İlkinə “bala, siz gedin işinizi görün, pulunuzu götürüb gəlin, mən “Üçbulaq” adlanan yerdə gözləyirəm” dediyini, özünün həmin ərazidə gözləməyə başladığını, təxminən 6-7 saat həmin ərazidə onları gözlədiyini, lakin onlardan bir səs çıxmadığını, sonra qardaşı oğlu Elmədinin yaxınlıqda olan Elşən adlı şəxsin mağazasına zəng edərək ona “İlkin adlı şəxs Bərdədə ailəsi ilə birlikdə şəkil çəkib paylaşıblar, artıq qaçıblar və Zərərçəkmiş şəxs2 evində olan 310 manat pulu da oğurlayıblar, orada gözləmə, gəlməyəcəklər” dediyini, bu səbəblə də öz avtomobilinə əyləşərək yaşadığı Qarıqışlaq obasına qayıtdığını və həmin zaman Əlinin heyvan satdığını, pulunu cibinə qoyduğunu görən İlkinin pulu götürmək üçün planlı şəkildə hərəkət etdiyini və pulu götürdükdən sonra bankdan pulu götürmək adı ilə Ağcabədi rayonuna onun vasitəsi ilə gələrək oradan da Bərdə rayonuna qaçdıqlarını sonradan bildiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 ifadəsində atası Zərərçəkmiş şəxs2la birlikdə yaşadıqlarını, 05-06 aprel 2021-ci tarixlərində saat 23:00 radələrində bacısı Elmirənin evidə atası ilə birlikdə televizora baxdıqlarını, birdən çöldən səs gəldiyini eşitdiyini və bu barədə atasına xəbər verdiyini, buna görə atası Əlinin çölə çıxdığını, özünün də atasının arxası ilə çölə çıxdığını, bu zaman qonşuluqda çoban işləyən Təqsirləndirilən şəxs1 adlı şəxsin söyüd ağacının altında dayandığını gördüyünü, atasının İlkindən orada nə gəzdiyini soruşduğunu, İlkinin də siqaret axtardığını dediyini, atasının da ona orada siqaret çəkən olmadığını və oradan getməsini söylədiyini, İlkinin dayanmış olduğu söyüd ağacının dibindən çıxıb getdiyini, İlkinin atası Əlinin evində paltarının cibində olan 310 manat xəstəlik pulunu götürdüyünü və bu səbəbdən də işlədiyi qonşuluqda olan fermadan qaçıb getdiyini sonradan bildiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 da ibtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021 tarixli, 9/3852 saylı ekspert rəyindən görünür ki, Braun markalı saç feni 1 ədəd 40 manat, Nivea markalı əl kremi 7 manat, Milono markalı pudra 15 manat, DoDoGipl markalı ten 4 manat, Flormar markalı pudra 8,50 manat, Emox markalı yuyucu toz 0,50 manat, Nivea tonik markalı üz losyonu 6 manat, Mazanna markalı tuj 4 manat, Arko markalı qab maçalkası 1 manat, Missfidi markalı qələm 1,50 manat, Golden rose markalı lak 2 manat, Jev markalı rumyana 5 manat, Karovka markalı şokolad 5 manat, 1 kiloqramlıq Tamaşa markalı düyü 3,50 manat, Fifa markalı futbol oyun topu 4 manat, Rexona markalı antiperspirant 4 manat, Elbo markalı lampa 2,50 manat, Colgate markalı diş fırçası 2,50 manat, Sun markalı salfet 1,20 manat, Tomel markalı dırnaq pilkası 1 manat, Effes markalı bədən spreyi, Ariel markalı yuyucu toz, Clear markalı şampun, Berburu markalı ətir, Möcüzə markalı bitki yağı, Bizon markalı energetik içki, Faberlic markalı duş geli haqqında kifayət qədər məlumat (həcmi, tutumu və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 20 adda malların təzə vəziyyətdə 2020-ci ilin iyul ayında olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 118,20 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri tədqiqi hissədə göstərilmişdir. Digər 7 adda mallar haqqında kifayət qədər məlumat (həcmi, tutumu və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmçinin, tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.05.2021 tarixli, 9/2718 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda gösərilən xırdabuynuzlu heyvanların (6 aylıq erkək quzuların) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1296,00 müəyyən edilir. Həmin xırdabuynuzlu heyvanların (6 aylıq erkək quzuların) ayrı-ayrılıqda qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: 4 baş 6 aylıq, diri çəkisi 26 kq, xalis ət çıxarı 13 kq olan erkək quzular hər biri 156 manat, cəmi 624 manat, 4 baş 6 aylıq, diri çəkisi 28 kq, xalis ət çıxarı 14 kq olan erkək quzular hər biri 168 manat, cəmi 672 manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, Bərdə Rayon Məhkəməsinin 18.10.2018-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 26.04.2019-cu ildə Bərdə Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 1 il 6 ay 23 gün hissəsi 9 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. 06.02.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 may 2021-ci il tarixli, 3001 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri Meşəçilik İnstitutu ünvanında yaşamaqla ailə tərkibi arvadı 1998-ci il təvəllüdlü Şahid1 və qızı 2018-ci il təvəllüdlü X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 may 2021-ci il tarixli, 3264 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, H.Əliyev prospekti 2/7 ünvanında yaşamaqla ailə tərkibi anası 1980-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 may 2021-ci il tarixli, 948 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 7i ünvanında yaşamaqla ailə tərkibi anası X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2021-ci il tarixli, 4(014)-30/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2021-ci il tarixli, 4(014)-32/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2021-ci il tarixli, 4(014)-31/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(014)-108/2021 saylı hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 23 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 23 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 23 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 baş erkək quzuların Zərərçəkmiş şəxs1 olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, quzuların dəyərinin müəyyən edilməsi ilə bağlı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 tərəfindən Qazax rayonunda törədilmiş oğurluq hadisəsi ilə bağlı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı 23.04.2021-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı 23.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı 23.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 baş erkək quzuların Zərərçəkmiş şəxs1 olması nəzərə alınsın. Cinayət işi üzrə dəymiş ziyanların ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 50 (əlli) manat digər ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-108/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-108/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver