Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-109/2022 25.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 315-ci maddələri xx.xx.2000-ci ildə Ağdaş rayonunun Şəkili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Şəkili kəndi ünvanında qeydiyyatda olmaqla, ünvan 2ığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saat 3:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş şəhəri, R.Rza küçəsi 6/20 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus ünvan 3anında yerləşən ərzaq mağazasına mağazanın dam örtüyünü sındırmaq yolu ilə qanunsuz daxil olaraq kassadan 382 manat və həmin dövrün məzənnəsi ilə 3,40 manat dəyərində olan 2 ABŞ dolları məbləğində nağd pulu və mağazanın rəflərindən ümumi dəyəri 57 manat olan 15 ədəd nazik “Davidoff”, ümumi dəyəri 30,40 manat olan 8 ədəd nazik “Kent-4”, ümumi dəyəri 15,20 manat olan 4 ədəd qalın “Kent-4”, ümumi dəyəri 77,90 manat olan 19 ədəd qalın “Sobranie”, ümumi dəyəri 37,40 manat olan 17 ədəd qalın “Prima”, ümumi dəyəri 36 manat olan 12 ədəd kompakt “Davidoff”, ümumi dəyəri 32,40 manat olan 12 ədəd kompakt “Winchester”, ümumi dəyəri 82,50 manat olan 33 ədəd nazik “Want”, ümumi dəyəri 46,20 manat olan 21 ədəd qalın “Arqo”, ümumi dəyəri 70,40 manat olan 32 ədəd nazik “Arqo”, ümumi dəyəri 57,50 manat olan 23 ədəd “Want Line X”, ümumi dəyəri 41,80 manat olan 19 ədəd kompakt “Keno”, ümumi dəyəri 48,40 manat olan 22 ədəd nazik “Keno”, ümumi dəyəri 21,60 manat olan 6 ədəd “Winston” kompakt, ümumi dəyəri 35,10 manat olan 13 ədəd kompakt “Rothmans”, ümumi dəyəri 64,80 manat olan 24 ədəd nazik “Pall Mall”, ümumi dəyəri 99,90 manat olan 37 ədəd kompakt “Classic”, ümumi dəyəri 46,20 manat olan 21 ədəd nazik “Viceroy”, ümumi dəyəri 52,80 manat olan 24 ədəd kompakt “Arqo”, ümumi dəyəri 66 manat olan 30 ədəd “Senate”, ümumi dəyəri 30,80 manat olan 14 ədəd “Kingston”, ümumi dəyəri 39,60 manat olan 18 ədəd qalın “Kingston”, ümumi dəyəri 10,80 manat olan 3 ədəd nazik “Winston”, ümumi dəyəri 2,50 manat olan 1 ədəd qalın “West” markalı siqaretlərini, mağazanın içərisində quraşdırılan 1 ədəd 60 manat dəyərində olan təhlükəsizlik kameralarına aid “LG” markalı monitoru, 1 ədəd 100 manat dəyərində olan “Hikvision” markalı təhlükəsizlik kameralarının yaddaş blokunu oğurlamaqla Zərərçəkmiş şəxs1 1648,60 manat məbləğində ziyan vurub özgənin əmlakını gizli olaraq talamışlar, bundan sonra isə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 hadisə yerinə gəlmiş xidməti vəzifələrini yerinə yetirən Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 və Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid tərəfindən saxlanıldığını görüb hakimiyyət nümayəndəsi olan və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üzrə xidməti vəzifələrini yerinə yetirən Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 üzərinə hasarın üzərindən qəsdən tullanıb onun boyun nahiyəsinə qəsdən təpiklə vuraraq fiziki zor tətbiq etməklə sonuncunun yıxılmasına səbəb olub ona boynun ara səthinin yumşaq toxumalarının əzilməsi, sol dirsək oynağının arxa səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə ona müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə sat 3:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasına mağazanın dam örtüyünü sındırmaq yolu ilə qanunsuz daxil olaraq kassadan 382 manat və həmin dövrün məzənnəsi ilə 3,40 manat dəyərində olan 2 ABŞ dolları məbləğində nağd pulu və mağazanın rəflərindən ümumi dəyəri 57 manat olan 15 ədəd nazik “Davidoff”, ümumi dəyəri 30,40 manat olan 8 ədəd nazik “Kent-4”, ümumi dəyəri 15,20 manat olan 4 ədəd qalın “Kent-4”, ümumi dəyəri 77,90 manat olan 19 ədəd qalın “Sobranie”, ümumi dəyəri 37,40 manat olan 17 ədəd qalın “Prima”, ümumi dəyəri 36 manat olan 12 ədəd kompakt “Davidoff”, ümumi dəyəri 32,40 manat olan 12 ədəd kompakt “Winchester”, ümumi dəyəri 82,50 manat olan 33 ədəd nazik “Want”, ümumi dəyəri 46,20 manat olan 21 ədəd qalın “Arqo”, ümumi dəyəri 70,40 manat olan 32 ədəd nazik “Arqo”, ümumi dəyəri 57,50 manat olan 23 ədəd “Want Line X”, ümumi dəyəri 41,80 manat olan 19 ədəd kompakt “Keno”, ümumi dəyəri 48,40 manat olan 22 ədəd nazik “Keno”, ümumi dəyəri 21,60 manat olan 6 ədəd “Winston” kompakt, ümumi dəyəri 35,10 manat olan 13 ədəd kompakt “Rothmans”, ümumi dəyəri 64,80 manat olan 24 ədəd nazik “Pall Mall”, ümumi dəyəri 99,90 manat olan 37 ədəd kompakt “Classic”, ümumi dəyəri 46,20 manat olan 21 ədəd nazik “Viceroy”, ümumi dəyəri 52,80 manat olan 24 ədəd kompakt “Arqo”, ümumi dəyəri 66 manat olan 30 ədəd “Senate”, ümumi dəyəri 30,80 manat olan 14 ədəd “Kingston”, ümumi dəyəri 39,60 manat olan 18 ədəd qalın “Kingston”, ümumi dəyəri 10,80 manat olan 3 ədəd nazik “Winston”, ümumi dəyəri 2,50 manat olan 1 ədəd qalın “West” markalı siqaretlərini, mağazanın içərisində quraşdırılan 1 ədəd 60 manat dəyərində olan təhlükəsizlik kameralarına aid “LG” markalı monitoru, 1 ədəd 100 manat dəyərində olan “Hikvision” markalı təhlükəsizlik kameralarının yaddaş blokunu oğurlamaqla Zərərçəkmiş şəxs1 1648,60 manat məbləğində ziyan vurub özgənin əmlakını gizli olaraq talamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 315ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 315-ci maddələri ilə elan edilmiş ittihamın mahiyyəti ona aydındır. Həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilir. xx.xx.2022-ci il tarixdə onun arvadı X9 Federasiyasından Azərbaycan Respublikasına gələcəkdi. Buna görə də o, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getməli imiş. Lakin o, heç bir yerdə işləmədiyi üçün Bakı şəhərinə gedərək həyat yoldaşını qarşılamağa maddi imkanı olmamışdır. Ona görə də qərara gəlmiş ki, Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən mağazadan oğurluq etsin. O, xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət edən zaman ona həmin mağazadan oğurluq etmək istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs2 həmin mağazadan oğurluğu tək edə bilməyəcəyini demiş və Sadiqə onunla birlikdə həmin mağazadan oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşıb birlikdə oğurluq edəcəyini bildirmişdir. Daha sonra 22 iyun 2022-ci il tarixdə saat təxminən 01:00 radələrində o, Təqsirləndirilən şəxs2lə birlikdə piyada həmin mağazanın yaxınlığına gəlmiş, bundan sonra onlar mağazanın ətrafına nəzər yetirmişlər. Yaxınlıqda heç kimin olmadığını görmüş, daha sonra hər ikisi əvvəlcədən üzərlərində gətirdikləri qara rəngli maskanı üzlərinə keçirmiş və əllərinə fəhlə əlcəklərini geyinmişlər. Bundan sonra isə hər ikisi mağazanın arxa hissəsindən daş hasardan mağazanın dam örtüyünə qalxmış, həmin vaxt o, Təqsirləndirilən şəxs2 köməkliyi ilə mağazanın dəmir materialdan olan dam örtüyünü əvvəlcədən üzərində gətirdiyi kəlbətin ilə sökmüş, sonra isə mağazanın tavanını ayağı ilə vuraraq qırmışdır. Bundan sonra o, mağazanın içərisinə daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra o, piştaxtada olan müxtəlif markalı siqaret qutularını mağazanın içərisində olan un kisəsinə yığmış, siqaretləri götürdükdən sonra isə o, mağazanın kassasında olan pulları götürüb cibinə qoymuşdur. Həmçinin, o, həmin vaxt mağazanın içərisində olan zaman mağazanın təhlükəsizlik kamerasının monitorunu və yaddaş aparatını söküb qoparmışdır. Daha sonra isə o, əvvəlcə monitor və onun yaddaş aparatını, ardınca siqaret qutularını yığdığı un kisəsini mağazanın dam örtüyündə dayanan Təqsirləndirilən şəxs2 vermiş, daha sonra isə özü yuxarı çıxmışdır. Onlar həmin mağazanın dam örtüyünün üzərinə çıxdıqdan sonra mağazanın ətrafında 2 nəfər polis əməkdaşlarının olmasını görmüş, həmin polis əməkdaşları onlardan kim olduqlarını və orada nə işlə məşğul olduqlarını soruşaraq yerə düşmələrini tələb etmişlər. Buna görə də əvvəlcə Təqsirləndirilən şəxs2 daha sonra isə o, mağazanın dam örtüyündən yerə tullanmış, Sadiq yerə düşən kimi aşağıda olan polis əməkdaşı onu tutub saxlamış, lakin o, mağazanın dam örtüyündən tanımadığı adını sonradan öyrəndiyi polis əməkdaşı Zərərçəkmiş şəxs2 üzərinə tullandığı üçün polis əməkdaşı yerə yıxılmışdır. Sadiq isə Zərərçəkmiş şəxs2 əlindən çıxıb qaçaraq oradan uzaqlaşmışdır. O da qaçaraq oradan uzaqlaşmış, lakin o və Sadiq fərqli istiqamətlərə qaçdıqları üçün Sadiqin hara qaçmasını görməmiş, o, həmin yerdən təxminən 100-150 metr uzaqlaşaraq ara küçələrdən birində yerləşən mağaza ilə daş hasarın arasına girərək orada gizlənmişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları onun olduğu yerə gəlmişlər və ondan gizləndiyi yerdən çıxmağını tələb etmişlər. O da həmin yerdən çıxmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində tanışı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2lə birlikdə əvvəlcədən razılaşdıqları kimi Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən mağazaya daxil olmuş, Təqsirləndirilən şəxs2 mağazanın dam örtüyündə dayanaraq ona oğurladığı əşyaları götürmək üçün kömək etmişdir. O, həmin mağazadan oğurluğu tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə etmişdir. Onlar mağazaya daxil olan zaman onları heç kim görməmişdir. Lakin, o və Sadiq mağazanın dam örtüyünün üstündə olan zaman polis əməkdaşları onları gördükləri üçün oradan qaçıb uzaqlaşmaq qərarına gəlmişlər. Həmin vaxt düşməyə başqa yeri olmadığı üçün o, yerə tullanarkən polis əməkdaşı Zərərçəkmiş şəxs2 üzərində yıxılmış, nəticədə o, Sadiq və polis əməkdaşı yerə yıxılmışlar. Sonradan Sadiq və o, ayağa duraraq hadisə yerindən uzaqlaşmışlar. O, Zərərçəkmiş şəxs2 üzərinə sonuncuya xəsarət yetirmək üçün deyil sadəcə orada düşməyə başqa yeri olmadığı üçün tullanmışdır. Zərərçəkmiş şəxs2 isə həmin yerdə dayandığı üçün o, Elvinə dəymişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın mahiyyəti ona aydındır. Həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilir. 21 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı Ağdaş şəhəri, Ziya Bünyadov küçəsində olan zamanı yaxınlıqda Rəsul Rza küçəsində yaşayan Təqsirləndirilən şəxs1 görmüş, onunla salamlaşıb söhbət etdikdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 pul lazım olduğunu, maddi vəziyyətinin pis olduğunu bildirib yaxınlıqdakı mağazalardan birindən oğurluq etməyi təklif etmişdir. Onun da maddi vəziyyəti pis olduğu üçün Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşaraq piyada Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən mağazaların birinə doğru getməyə başlamışlar. 22 iyun 2022-ci il tarixdə saat təxminən 01:00 radələrində o, Təqsirləndirilən şəxs2lə birlikdə piyada kimə məxsus olduğunu bilmədiyi mağazanın yaxınlığına gəlmiş, onlar həmin vaxt mağazanın ətrafına nəzər yetirərək və yaxınlıqda heç kimin olmadığını görmüşlər. Daha sonra hər ikisi əvvəlcədən üzərlərində gətirdikləri qara rəngli maskanı üzlərinə keçirmiş və əllərinə fəhlə əlcəklərini geyinmişlər. Bundan sonra isə hər ikisi mağazanın arxa hissəsindən daş hasardan mağazanın dam örtüyünə qalxmış, həmin vaxt Təqsirləndirilən şəxs1 onun köməkliyi ilə mağazanın dəmir şiferdən olan dam örtüyünü əvvəlcədən üzərində gətirdikləri kəlbətinlə sökmüşlərr. Sonra isə Təqsirləndirilən şəxs1 mağazanın tavanını ayağı ilə vuraraq qırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 mağazanın içərisinə daxil olmuşdur. O isə damın üzərində tavanın açıq olduğu yerdə Təqsirləndirilən şəxs1 gözləmişdir. Mağazaya daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 piştaxtada olan müxtəlif markalı siqaret qutularını mağazanın içərisində olan un kisəsinə yığmışdır. Siqaretləri götürdükdən sonra isə Təqsirləndirilən şəxs1 mağazanın kassasında olan pulları götürüb cibinə qoymuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin vaxt mağazanın içərisində olan zaman mağazanın təhlükəsizlik kamerasının monitorunu və yaddaş aparatını söküb qoparmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs1 əvvəlcə monitor və onun yaddaş aparatını, ardınca siqaret qutularını yığdığı un kisəsini ona vermişdir. Sonra isə Təqsirləndirilən şəxs1 özü mağazanının damına çıxmış, onlar həmin mağazanın dam örtüyündə olan zaman mağazanın ətrafında yaxınlıqda 2 nəfər polis əməkdaşlarının olduğunu görmüşlər. Polis əməkdaşları onlardan kim olduqlarını və orada nə işlə məşğul olduqlarını soruşaraq yerə düşmələrini tələb etmişlər. Buna görə də əvvəlcə o, sonra isə Təqsirləndirilən şəxs1 mağazanın dam örtüyündən yerə tullanmışlar. O, yerə düşən kimi aşağıda olan adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 adlı polis əməkdaşı onu tutub saxlamış, lakin Təqsirləndirilən şəxs1 mağazanın dam örtüyündən onların üzərlərinə tullandığı üçün polis əməkdaşı və o, yerə yıxılmışlar. O, yerə yıxılıb dərhal ayağa qalxmış və sürətlə qaçaraq oradan uzaqlaşmışdır. Bildiyinə görə Rafiq də oradan qaçaraq uzaqlaşmışdır. Lakin o və Rafiq fərqli istiqamətlərə qaçdıqları üçün Rafiqin hara qaçmasını görməmiş, o, həmin yerdən təxminən 200-250 metr uzaqlaşaraq ara küçələrdən birində yerləşən yarımçıq tikilmiş evdə gizlənmişdir. 22 iyun 2022-ci il tarixdə saat təxminən 10:00 radələrinədək həmin evdə qaldıqdan sonra oradan çıxaraq taksi vasitəsi ilə yaşadığı evə getmiş, evə getdikdən sonra anası X11 RPŞ-nin əməkdaşlarının onu axtardığını bildirmişdir. 24 iyun 2022-ci il tarixdə saat təxminən 21:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O, törətdiyi cinayət əməllərini etiraf etmək məqsədi ilə Ağdaş RPŞ-nin əməkdaşlarının avtomobilinə əyləşib Ağdaş RPŞ-yə gəlmişdir. Hadisə Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən mağazada baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ilə 21 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində olan razılaşmalarına əsasən onlar həmin mağazadan oğurluq etmişlər. O, həmin vaxt mağazanın içərisinə daxil olmamış, mağazanın içərisinə Təqsirləndirilən şəxs1 daxil olmuş və mağazanın içərisində olan məbləğini bilmədiyi əşyaları ona vermişdir. Oğurladığı pulları isə Təqsirləndirilən şəxs1 cibində saxlamış, lakin daha sonra polis əməkdaşları onu saxladıqları üçün o, 1 ədəd kisədə olan siqaretləri və digər əşyaları hadisə yerində ataraq qaçmışdır. Təqsirləndirilən şəxs1 ona saxlaması üçün hər hansı bir məbləğdə pul verməmiş, özü isə qaçdığı üçün oradan hər hansı bir əşya apara bilməmişdir. Zərərçəkmiş şəxs1 mağazasından hansı məbləğdə pul götürüldüyünü deyə bilmir. O, həmin mağazadan oğurluğu tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə etmişdir. Təqsirləndirilən şəxs1 və o, mağazanın damına çıxan zaman onları heç kim görməmişdir. Lakin sonradan o və Sadiq mağazanın dam örtüyündə olan zaman polis əməkdaşları onları gördükləri üçün oradan qaçmaq qərarına gəlmişlər. O, 22 iyun 2022-ci il tarixdə saat 03:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra hadisə yerindən qaçan zaman xəsarət almışdır. Həmin vaxt o, sıx kolluqların içərisinə girərək hadisə yerindən qaçmış, həmçinin, mağazanın üzərindən yerə tullanarkən yerə yıxılmışdır. Qeyd edilən xəsarətləri sıx kolluqların içərisinə girərkən və mağazanın üzərindən yerə düşərkən yıxılaraq almışdır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2009-cu ildən DİOda xidmət edir. 21 iyun 2022-ci il tarixdə saat 21:00-dan 22 iyun 2022-ci il tarixdə saat 09:00 radələrinədək o, Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid ilə birlikdə Ağdaş şəhəri ərazisində 6 saylı postda xidmətdə olmuşlar. Ona görə də 22 iyun 2022-ci il tarixdə saat 03:00 radələrində onlar xidmət cədvəlinə uyğun olaraq onlara təhkim edilmiş marşrut üzrə Ağdaş şəhəri M.İsayev küçəsində xidmət aparırmışlar. Xidmət zamanı gecə saat 03:00 radələrində Ağdaş şəhəri M.İsayev küçəsi 123/3 ünvanında yerləşən mağazanın dam örtüyünün üzərindən səs gəldiyini eşitmişlər. Buna görə də o və polis nəfəri Şahid həmin mağazaya tərəf getməyə başlamış, mağazaya yaxınlaşdıqdan sonra mağazanın dam örtüyünün üzərində iki nəfər naməlum şəxsin olduğunu görmüş və Şahid şəxslərdən kim olduqlarını və mağazanın dam örtüyünün üzərində nə etdiklərini soruşmuşdur. Lakin, həmin şəxslər onlara heç bir cavab verməyərək orada gizlənməyə çalışmışlar. Belə ki, həmin şəxslər mağazanın dam örtüyünün üzərində uzanmış, daha sonra o və Şahid həmin şəxslərin mağazaya oğurluq etmək üçün gəldiyini anlamış, o və Şahid mağazanın dam örtüyünün üzərinə özümüzə məxsus mobil telefonlar vasitəsi ilə işıq salmışdır. Bu zaman həmin şəxslərdən birinin ayağı gorünmüş, bundan sonra həmin şəxslər artıq onları gördüklərini anladıqları üçün ayağa qalxmışlar. Həmin şəxslər ayağa durduqdan sonra onlar görmüş ki, onların sifət nahiyəsi maskadadır və hər ikisinin əlində tikintidə işlədilən rezin əlcəklər vardır. O və Şahid bir daha həmin şəxslərdən mağazanın dam örtüyünün üzərindən yerə düşmələrini tələb etmiş, həmin vaxt o, mağazanın arxa hissəsinə keçmiş, daha sonra həmin şəxslərdən biri mağazanın dam örtüyündən aşağı düşməyə başlamışdır. Həmin şəxs yerə düşən kimi o, həmin şəxsin qolundan yapışaraq saxlamış, lakin həmin şəxs ona ilkin olaraq əlindən çıxaraq qaçmaq istəmişdir. Lakin o, həmin şəxsin qollarından tutaraq onun hər hansı bir hərəkət etməsinə imkan verməmişdir. Təxminən 1-2 dəqiqə həmin şəxsi saxladıqdan sonra mağazanın dam örtüyünün üzərində dayanmış digər şəxsdən də aşağıya düşməsini tələb etmişdir. Lakin, o aşağıya düşməkdən imtina etmiş, daha sonra isə qəsdən onun üzərinə tullanmışdır. Belə ki, həmin şəxs üzərinə tullanan zaman ayaqları ilə onun boyun-kürək nahiyəsinə qəsdən zərbə endirmişdir. Həmin zərbənin təsirindən o, mağazanın arxasından keçən, lakin boş olan su kanalına yuvarlanmışdır. Həmçinin o, həmin vaxt hər iki qol nahiyəsindən tutaraq saxladığı şəxsi də buraxmamış və o da onunla birlikdə kanala yuvarlanmışdır. Həmin vaxt o, hər iki qol nahiyəsindən müxtəlif xəsarətlər almışdır. Onun üzərinə tullanan adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 cəld ayağa qalxaraq yaxınlıqdakı küçə tərəfə üzü Ağdaş Peşə Məktəbi istiqamətinə doğru qaçmağa başlamışdır. Həmçinin, həmin vaxt o, saxladığı şəxs, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs2 əynində olan paltarları cırıb əlindən çıxaraq qaçmağa başlamış və o, kanalın digər tərəfində yerləşən evin həyətinin dəmir materiallı dam örtüyü olan hasarın üzərindən keçərək qeyd edilən evin həyətinə daxil olmuşdur. Bundan təxminən 2-3 dəqiqə sonra Ağdaş RPŞ-dən ona əlavə dəstək gəlmiş və onlar ərazini bağlayaraq həmin şəxsləri axtarmağa başlamış, təxminən 10 dəqiqə sonra o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs1 yaxınlıqdakı küçələrin birində yerləşən və işləməyən mağaza ilə daş hasarın arasında gizlənməsini aşkar edib onu saxlamışlar. Lakin onunla birlikdə oğurluq edən Təqsirləndirilən şəxs2 isə hadisə yerindən qaçmışdır. Bundan sonra o və Şahid Ağdaş RPŞ-yə gəlmiş və bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişlər. xx.xx.2022-ci il tarixdə gecə saat 03:00 radələrində onun və polis nəfəri Şahid xidmətdə olduğu 6 saylı postu ərazisində, yəni Ağdaş şəhəri M.İsayev küçəsi 123/3 ünvanında yerləşən ərzaq mağazasında baş vermişdir. Hadisə zamanı ona xəsarətləri Təqsirləndirilən şəxs1 onun üzərinə qəsdən tullanaraq təpiklə vurub yetirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yerə düşərkən onun olmadığı yerə düşə bilərmiş, lakin, Təqsirləndirilən şəxs1 ona xəsarət yetirməkdə məqsədi onun tutub saxladığı digər şəxs yəni, Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerindən qaçmaq olmuşdur. O, hadisə zamanı boyun və sol dirsək nahiyələrindən xəsarətlər almış, həmin xəsarətləri ona yetirən şəxs isə Təqsirləndirilən şəxs1 olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs2 buraxmağı üçün onun üzərinə qəsdən tullanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bağışlamışdır. Hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hər gün səhər saat 06:00 radələrində ünvan 3anında yerləşən mağazanı açır və gecə saat 01:00 radələrinə qədər həmin mağazada olur. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 02:00 radələrində o, mağazanı bağlayaraq yaşadığı evə getmiş, həmin gecə təxminən saat 03:30 radələrində atası Şahin Abdullayev ona zəng edərək, ona məxsus mağazadan oğurluq olduğunu bildirmişdir. Buna görə də o, dərhal mağazaya getmiş, atasına məlumat verən isə polis əməkdaşları olmuşdur. O, mağazanın giriş qapısının pəncərəsindən mağazanın içərisinə baxmış və naməlum şəxs və ya şəxslərin mağazaya dam örtüyünü sındırmaq yolu ilə daxil olmalarını aşkar etmişdir. Lakin o, həmin vaxt mağazanın qapısını açaraq mağazaya daxil olmamışdır. Bundan sonra o, atası ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəlmişdir. Burada polis əməkdaşları ona məxsus mağazadan oğurluq edən şəxslərdən birini tutduqlarını bildirmişlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə yenidən ona məxsus mağazaya getmiş, polis əməkdaşlarının iştirakı ilə mağazanın qapısının qıfılını açmış və onlarla birlikdə mağazanın içərisinə daxil olmuşlar. Həmin vaxt o, mağazanın vitrinlərində olan siqaretlər, kassada olan təxminən 382 manat və 2 ABŞ dolları məbləğində nağd pulun, 1 (bir) ədəd monitor və 1 (bir) ədəd nəzarət kamerasının yaddaş aparatının oğurlanmasını aşkar etmişdir. Polis əməkdaşları ona məxsus mağazaya naməlum şəxslərin daxil olduğu yerə, yəni mağazanın dam örtüyünə çıxmış, həmin vaxt naməlum şəxslərin ona məxsus mağazanın içərisindən oğurladıqları təxminən 1161,90 manat dəyərində olan müxtəlif növdə siqaretlər olan un kisəsini, 1 ədəd “LG” markalı monitoru və 1 ədəd “Hikvision” markalı kamera aparatını mağazanın dam örtüyündən aşkar etmiş və qeyd edilən əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Sonradan öyrənmiş ki, mağazadan oğurluq edən şəxslər Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Ona məxsus mağazadan oğurluq konkret olaraq xx.xx.2022-ci il tarixdə gecə saat 03:00 radələrində baş vermişdir. Ona məxsus mağazadan 1161,90 manat dəyərində olan 15 ədəd nazik “Davidoff”, 8 ədəd nazik “Kent-4”, 4 ədəd qalın “Kent-4”, 19 ədəd qalın “Sobranie”, 17 ədəd qalın “Prima”, 12 ədəd kompakt “Davidoff”, 12 ədəd kompakt “Winçestr”, 33 ədəd nazik “Want”, 21 ədəd qalın “Arqo”, 32 ədəd nazik “Arqo”, 23 ədəd “Want Line X”, 19 ədəd kompakt “Keno”, 22 ədəd nazik “Keno”, 6 ədəd “Winston” kompakt, 13 ədəd kompakt “Rothmans”, 24 ədəd nazik “Pall Mall”, 37 ədəd kompakt “Classic”, 21 ədəd nazik “Viceroy”, 24 ədəd kompakt “Arqo”, 30 ədəd “Senate”, 14 ədəd “Kingston”, 18 ədəd qalın “Kingston”, 3 ədəd nazik “Winston”, 1 ədəd qalın “West” adlı siqaretlər, 382 manat və 2 ABŞ dolları məbləğində nağd pul, 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Hikvision” markalı kamera aparatı oğurlanmışdır. Lakin daha sonra həmin əşyalardan təxminən 1161,90 manat dəyərində olan yuxarıda adlarını qeyd etdiyi siqaretlər, 1 ədəd “LG” markalı monitor, 1 ədəd “HİKVİSİON” markalı kamera yaddaş aparatı, 382 manat və 2 ABŞ dolları məbləğində nağd pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanın dam örtüyünü zədələyib mağazaya içəri daxil olduqları üçün ona əlavə olaraq 400-500 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyanın məbləği 2200-2300 manat təşkil etmişdir. Lakin, ona dəymiş maddi ziyan təqsriləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərdən hər hansı bir şikayət və tələbi yoxdur. İlkin istintaq zamanı o, qeyri dəqiqliyə yol verərək mağazadan 3000 manat məbləğində daha sonra isə 2500 manat pul oğurlandığını bildirmişdir. Lakin, ona məxsus mağazadan yuxarıda qeyd etdiyi kimi təxminən 1161,90 manat məbləğində siqaretlər, 382 manat və 2 ABŞ dolları məbləğində nağd pul, 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Hikvision” markalı kamera aparatı oğurlanmış, həmin əşyalar və pullar isə 22 iyun 2022-ci il tarixdə ona Ağdaş RPŞdə qaytarılmışdır. Həmçinin, təqsirləndirilən şəxslər mağazanın dam örtüyünü zədələdikləri üçün ona əlavə olaraq 400-500 manat maddi ziyan dəymişdir. Lakin, təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Odur ki, hər hansı bir şəxsdən şikayət və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, onlar yaşadığı evin qonşuluğunda yaşayırlar. Əvvəllər onunla Sadiq və Rafiq arasında heç bir ədavət və ya düşmən münasibəti olmamışdır. Onların hansı səbəbdən ona məxsus mağazadan oğurluq etməsini bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxsləri bağışlamışdır. Hazırda onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid da iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 428 saylı rəyindən görünür ki, ekspertiza müayinəsi zamanı Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - boynun ara səthinin yumşaq toxumalarının əzilməsi, sol dirsək oynağının arxa səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6143 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurlammış 15 ədəd nazik “Davidoff”, 8 ədəd nazik “Kent-4”, 4 ədəd qalın “Kent-4”, 19 ədəd qalın “Sobranie”, 17 ədəd qalın “Prima”, 12 ədəd kompakt “Davidoff”, 12 ədəd kompakt “Winchester”, 33 ədəd nazik “Want”, 21 ədəd qalın “Arqo”, 32 ədəd nazik “Arqo”, 23 ədəd “Want Line X”, 19 ədəd kompakt “Keno”, 22 ədəd nazik “Keno”, 6 ədəd “Winston” kompakt, 13 ədəd kompakt “Rothmans”, 24 ədəd nazik “Pall Mall”, 37 ədəd kompakt “Classic”, 21 ədəd nazik “Viceroy”, 24 ədəd kompakt “Arqo”, 30 ədəd “Senate”, 14 ədəd “Kingston”, 18 ədəd qalın “Kingston”, 3 ədəd nazik “Winston”, 1 ədəd qalın “West” markalı siqaretləri, 1 ədəd təhlükəsizlik kameralarına aid “LG” markalı monitor, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kameralarının yaddaş blokunun 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1263,20 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci maddəsi ilə təqsirli bilinib, Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Bakı Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, № 012-13138-1222 saylı məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası Samara şəhəri, Ş.Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, №31/52 saylı məktubundan görünürki, Rusiya Federasiyasının Samara şəhəri, Ş.Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyul 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyul 2022-ci il tarixli, 1265 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yaşamaqla ailə tərkibi xx.xx.1964-cü il təvəllüdlü X2, xx.xx.1964-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyul 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyul 2022-ci il tarixli, 1264 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, Z.Bünyadov küçəsi ünvanında yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 09:40da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 4(014)-80/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 4(014)-133/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 07 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:20də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2022-ci il tarixli, 4(014)-83/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 4(014)-88/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 24 sentyabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 4(014)-132/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 09 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, səmimi etirafını, Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsini, hər iki zərərçəkmiş şəxslə barışmasını və ona qarşı zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Eyni zamanda, onun barəsində xarici dövlətin hökmü olsa da, həmin hökm Azərbaycan Respublikasında lazımı qaydada tanınmadığından, nəzərə alınmamalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 382 manat və 2 ABŞ dolları məbləğində pullar, 15 ədəd nazik “Davidoff”, 8 ədəd nazik “Kent-4”, 4 ədəd qalın “Kent-4”, 19 ədəd qalın “Sobranie”, 17 ədəd qalın “Prima”, 12 ədəd kompakt “Davidoff’, 12 ədəd kompakt “Winchester”, 33 ədəd nazik “Want”, 21 ədəd qalın “Arqo”, 32 ədəd nazik “Arqo”, 23 ədəd “Want Line X”, 19 ədəd kompakt “Keno”, 22 ədəd nazik “Keno”, 6 ədəd “Winston” kompakt, 13 ədəd kompakt “Rothmans”, 24 ədəd nazik “Pall Mall”, 37 ədəd kompakt “Classic”, 21 ədəd nazik “Viceroy”, 24 ədəd kompakt “Arqo”, 30 ədəd “Senate”, 14 ədəd “Kingston”, 18 ədəd qalın “Ringston”, 3 ədəd nazik “Winston”, 1 ədəd qalın “West” markalı siqaretlər, 1 ədəd təhlükəsizlik kameralarına aid “LG” markalı monitor, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kameralarının yaddaş blokunun Zərərçəkmiş şəxs1 olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, quzuların dəyərinin müəyyən edilməsi ilə bağlı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 315-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə isə 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən həbsdə saxlanıldığı 4 (dörd) ay 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 8 (səkkiz) ay 6 (altı) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən şübhəli şəxs qismində saxlanıldığı, xx.xx.2022-ci il tarixdən həbs edildiyi, xx.xx.2022-ci il tarixdən barəsində ev dustaqlığında olduğu cəmi 4 (dörd) ay 1 (bir) gün) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 8 (səkkiz) ay 2 (iki) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 9 (ay) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 382 manat və 2 ABŞ dolları məbləğində pullar, 15 ədəd nazik “Davidoff”, 8 ədəd nazik “Kent-4”, 4 ədəd qalın “Kent-4”, 19 ədəd qalın “Sobranie”, 17 ədəd qalın “Prima”, 12 ədəd kompakt “Davidoff’, 12 ədəd kompakt “Winchester”, 33 ədəd nazik “Want”, 21 ədəd qalın “Arqo”, 32 ədəd nazik “Arqo”, 23 ədəd “Want Line X”, 19 ədəd kompakt “Keno”, 22 ədəd nazik “Keno”, 6 ədəd “Winston” kompakt, 13 ədəd kompakt “Rothmans”, 24 ədəd nazik “Pall Mall”, 37 ədəd kompakt “Classic”, 21 ədəd nazik “Viceroy”, 24 ədəd kompakt “Arqo”, 30 ədəd “Senate”, 14 ədəd “Kingston”, 18 ədəd qalın “Ringston”, 3 ədəd nazik “Winston”, 1 ədəd qalın “West” markalı siqaretlər, 1 ədəd təhlükəsizlik kameralarına aid “LG” markalı monitor, 1 ədəd “Hikvision” markalı təhlükəsizlik kameralarının yaddaş blokunun Zərərçəkmiş şəxs1 qaytarılması olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-109/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-109/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver