Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-11/2022 12.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərək vəkil Müdafiəçi Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxx 1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, C.Məmmədquluzadə küçəsi 15A saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 30 noyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili sürücülük hüququ olmadan idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə, təxminən saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, yəni 19.09.2019-cu il tarixdən 17.03.2020-ci il tarixədək altı ay müddətinə, 24.10.2020-ci il tarixdən 22.04.2021-ci il tarixədək altı ay müddətinə Gəncə şəhər DYPŞ tərəfindən məhdudlaşdırılmasına baxmayaraq EQ4717919 və EQ2156034 saylı protokollar üzrə cərimələri ödəməyərək sürücülük vəsiqəsi olmadan idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə 130-140 km/saat sürətlə Ucar rayonu istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi Mercedes Benz E270 CDİ markalı avtomobilin qarşı sağ hissəsi ilə qarşıda onunla eyni istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mercedes Benz E270 CDİ markalı avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, subaroxinodal qansızma, baş-beyin yüngül dərəcədə silkələnməsi, təpə-alın nahiyələrinin çapılmış yaralarının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sağ baldır və sol bazu nahiyyəsindən qapalı travmasının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan, habelə Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 8150 manat, Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 1320 manat məbləğində ziyan vurmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadələrində göstərdi ki, idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil oğlunun arvadı Zərərçəkmiş şəxs4 məxsusdur, avtomobili Vest Finance MMCdən lizinqlə alıb, Mercedes Benz E270 CDİ markalı avtomobili o, idarə edir, onun avtomobilləri idarə etməyə hüquq verən BCD sürücülük vəsiqəsi olmuş, lakin 19.09.2019ci il tarixdən 17.03.2020-ci tarixə, 24.10.2020-ci il tarixdən 22.04.2021-ci tarixə kimi sürücülük hüqüqundan məhrum olunmuş və cərimə borcunu odəyə bilmədiyinə görə sürücülük vəsiqəsini götürə bilməmiş və hazırda sürücülük vəsiqəsi olmadan avtomobilləri idarə edir. Ailəsini dolandırmaq üçün Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşımaqla məşğul olur. 02.07.2021-ci il tarixdə Bakı şəhəri Beynəlxalq avtovağzalından sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 götürüb idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə yola düşmüşlər, həmin vaxt Zərərçəkmiş şəxs2 arxa oturacaqda sağ tərəfdə, Zərərçəkmiş şəxs3 isə sol tərəfdə əyləşmişlər. Ağdaş rayonunun ərazisinə daxil olduqdan sonra Mercedes Benz E270 CDİ markalı avtomobili Ucar rayonu istiqamətindən Yevlax rayonu istiqamətində təxminən 130-140 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini ötüb keçmək üçün ötmə əməliyyatı aparmışdır. Həmin vaxt ani vəziyyətdə idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirmiş və avtomobil sağa istiqamətlənib Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən və arxa sol təkərindən dəyib toqquşmuşdur. Bundan sonra idarə etdiyi Mercedes Benz E270 CDİ markalı avtomobil sola istiqamətləndi və yenidən sağa istiqamətlənib Kamaz-5511 yük markalı avtomobilin sol orta hissəsindən dəyib toqquşmuşdur. Zərbədən idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil fırlanaraq sola istiqamətlənib yolu iki hissəyə ayıran beton divara dəyib dayanmışdır. Nəticədə o, xəsarət almasa da, idarə etdiyi avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Bundan sonra o, avtomobildən çıxıb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 avtomobildən çıxartmış və ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng etmişlər, bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışlar. İş üzrə Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, faktiki oğlu Zərərçəkmiş şəxs1 məxsusdur. 02.07.2021-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə yaşadıqları ünvandan çıxıb kubik yükü vurmaq üçün Qaradağ rayonunda yerləşən daş karxanasına yola düşmüşdür. Həmin gün oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də yolnəqliyyat hadisəsinə düşməsi barədə ona məlumat verilmişdir. O, hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, 02.07.2021-ci il tarixdə təxminən saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub toqquşduqdan sonra avtomobilin idarəçiliyini itirərək avtomobili sola istiqamətləndirib yolu iki hissəyə ayıran beton divara vurmuş, nəticədə Mercedes Benz E270 CDİ markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına daxil olmuşlar. Oğlu Zərərçəkmiş şəxs1 Kamaz-5511 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1320 manat ziyan ödənilməmişdir, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmamışlar və ona qarşı şikayətçidirlər. İş üzrə Zərərçəkmiş şəxs2 nümayəndəsi X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 02.07.2021-ci il tarixdə Bakı şəhəri Beynəlxalq avtovağzalından ona qulluq edən Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə yola düşmüşlər, həmin vaxt Zərərçəkmiş şəxs2 arxa oturacaqda sağ tərəfdə əyləşmiş, Zərərçəkmiş şəxs3 isə sol tərəfdə əyləşmişdir. Ağdaş rayonunun ərizəisinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs Mercedes Benz E270 CDİ markalı avtomobili Ucar rayonu istiqamətindən Yevlax rayonu istiqamətində idarə etmişdir. Təxminən saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də sürücü Təqsirləndirilən şəxs qarşıda onlarla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini ötüb keçmək üçün ötmə əməliyyatı aparmışdır. Həmin vaxt Elxan ani vəziyyətdə Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirmiş və avtomobil sağa istiqamətlənib Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən və arxa sol təkərindən dəyib toqquşmuşdur. Bundan sonra Mercedes Benz E270 CDİ markalı avtomobil sola istiqamətlənmiş və yenidən sağa istiqamətlənib Kamaz- 5511 yük markalı avtomobilin sol orta hissəsindən dəyib toqquşmuşdur. Zərbədən salonunda Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil fırlanaraq sola istiqamətlənib yolu iki hissəyə ayıran beton divara dəyib dayanmışdır. Nəticədə sürücü Elxan xəsarət almasa da, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Bundan sonra sürücü avtomobildən çıxıb onları avtomobildən çıxartmış və ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng etmişlər, bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ağdaş rayon X4 pandemiyasına görə bağlı olduğundan onları təcili tibbi yardım avtomobili ilə Mingəçevir şəhər MX-na aparmışlar, lakin Mingəçevir ŞMX-da neyrocərrahiyyə olmadığı üçün onları X1 aparmışlar. Hadisədən sonra iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 səhhəti ilə maraqlanmamış, müalicəsi üçün ona maddi yardım göstərməmişdir, buna görə də onunla barışmamışlar və ona qarşı şikayətçidirlər. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 02.07.2021-ci il tarixdə xidmətdə olduğu zaman ona Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada ona məlum olmuşdur ki, 02.07.2021-ci il tarixdə təxminən saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub toqquşduqdan sonra avtomobilin idarəçiliyini itirərək avtomobili sola istiqamətləndirib yolu iki hissəyə ayıran beton divara vurmuş, nəticədə Mercedes Benz E270 CDİ markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri alaraq Ağdaş RMXna daxil olmuşlar. Bundan sonra o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak edərək və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. İş üzrə Şahid1 məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Zərərçəkmiş şəxs3 teleqramla məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs2 yaşadığı ünvanda köməkçi kimi işləyir, belə ki, Zərərçəkmiş şəxs2 ev işlərini görür və yeməklərini bişirir. 01.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhərinə həkim müayinəsinə getmiş və onuda özü ilə aparmışdır. 02.07.2021-ci il tarixdə isə yaşadıqları Gəncə şəhərinə qayıtmaq üçün Zərərçəkmiş şəxs2 oğlu X7 onları Bakı şəhəri Beynəlxalq avtovağzalına gətirmişdir. Həmin vağzalda Elşad Həsənov taksi fəaliyyəti göstərən sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə danışaraq ona məxsus Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə ikisini Gəncə şəhərinə gətirməsi üçün qabaq oturacaqda heç kimin oturmaması şərti ilə 80 manat pul vermiş və bundan sonra onlar Gəncə şəhərinə yola düşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 arxa oturacaqda sağ tərəfdə əyləşmiş, o, sol tərəfdə əyləşmiş, Təqsirləndirilən şəxs salonda olduğu Mercedes Benz E270 CDİ markalı avtomobili Bakı şəhəri istiqamətindən Gəncə şəhəri istiqamətində yüksək sürətlə idarə etmişdir. Sürücü Təqsirləndirilən şəxs dəfələrlə salonunda olduğu Mercedes Benz E270 CDİ markalı avtomobili saxlayıb siqaret çəkirmiş, təxminən saat 15:40 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də sürücü Təqsirləndirilən şəxs qarşıda onlarla eyni istiqamətdə hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilini ötüb keçmək üçün salonunda olduğu avtomobillə ötmə əməliyyatı aparmışdır. Həmin vaxt Elxan ani vəziyyətdə salonunda olduğu Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirmiş və avtomobil sağa istiqamətlənib Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən və arxa sol təkərindən dəyib toqquşmuşdur. Bundan sonra salonunda olduğu Mercedes Benz E270 CDİ markalı avtomobil sola istiqamətlənmiş və yenidən sağa istiqamətlənib Kamaz-5511 yük markalı avtomobilin sol orta hissəsindən dəyib toqquşmuşdur. Zərbədən salonunda olduğu Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil fırlanaraq sola istiqamətlənib yolu iki hissəyə ayıran beton divara dəyib dayanmışdır. Nəticədə sürücü Elxan xəsarət almasada, o, və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxardaraq təcili tibbi yardıma zəng etmişlər, bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onu və Zərərçəkmiş şəxs2 Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ağdaş rayon X4 pandemiyasına görə bağlı olduğundan onları təcili tibbi yardım avtomobili ilə Mingəçevir şəhər MX-na aparmışlar, lakin Mingəçevir ŞMX-da neyrocərahiyyə olmadığı üçün Zərərçəkmiş şəxs2 X1 aparmışlar. Baş vermiş hadisədən sonra qohumu Zərərçəkmiş şəxs2 nitq və hərəkət qabiliyyətini itirmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 teleqramla məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, avtomobili Vest Finance MMC-dən lizinqlə almışdır. Ona məxsus olan Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili qaynatası Təqsirləndirilən şəxs idarə edir və həmin avtomobillə Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşımaqla məşğul olur. 02.07.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində qaynatası Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E270 CDİ markalı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də yol-nəqliyyat hadisəsinə düşməsi barədə məlumat almışdır. Bundan sonra o, hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, 02.07.2021-ci il tarixdə təxminən saat 15:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonunun ərazisindən keçən 257-ci km-də, qaynatası Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub toqquşduqdan sonra avtomobilin idarəçiliyini itirərək avtomobili sola istiqamətləndirib yolu iki hissəyə ayıran beton divara vurmuş, nəticədə Mercedes Benz E270 CDİ markalı avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət alaraq Şəki rayon Mərkəzi xəstəxanasına daxil olmuşlar. Həmin hadisə nəticəsində ona məxsus Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 8150 manat maddi ziyan vurulmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 29.07.2021-ci il tarixli 504 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs3 adına tərtib olunmuş tibbi arayışa əsasən onun sağ baldır və sol bazu nahiyyəsinin qapalı travması qərarda göstərilən 02.07.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 021-ci il tarixli 491 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, subaroxinodal qansızma, baş-beyin yüngül dərəcədə silkələnməsi, təpə-alın nahiyyələrinin çapılmış yaraları qərarda göstərilən 02.07.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20.10.2021-ci il tarixli 8/2432 №-li rəyindən görünür ki,1a. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Babayev X5 Benz E270 CDİ markalı ** AA *** markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.1b. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Azərbaycan Respublikası DİN-nin DYP Web Portalından məhrum olunmuş sürücülük vəsiqələrinin siyahısında Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 19.09.2019-cu il tarixdən 17.03.2020-ci il tarixədək altı ay müddətinə, 24.10.2020-ci il tarixdən 22.04.2021-ci il tarixədək altı ay müddətinə məhdudlaşdırılması göstərilmiş və Təqsirləndirilən şəxs tərəfindən EQ4717919 və EQ2156034 saylı protokollar üzrə cərimələr ödənilmədiyindən sürücülük vəsiqəsi DYP-dən götürülməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin 22.07.2021-ci il tarixli 016-85970-1221 nömrəli məktubundan görünür ki, Qİİ-nin uçot bazasında xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 07.06.2021-ci il tarixdə (07.06.2021-ci il tarixədək müddətə eibarlı olan) BC 602002 nömrəli B1 B C1 C kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin 14.12.2021-ci il tarixli 016-146960-1221 nömrəli məktubundan görünür ki, Qİİnin uçot bazasında xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 27.04.2012-ci il tarixdə (27.04.2022-ci il tarixədək müddətə etibarlı olan) AB 727718 nömrəli BCD kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ Gəncə şəhər DYPŞ tərəfindən məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXMnin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. Şəki rayon «Avto-Ekspert»-nin 05.07.2021-ci il tarixli 49 saylı aktından görünür ki, Kamaz-5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1320 manat dəyərində ziyan dəymişdir. "xxxx" ASC-nin 07.07.2021-ci il tarixli 15 saylı aktından görünür ki, Mercedes Benz E270 CDİ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə 8150 manat dəyərində ziyan dəymişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və 60 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan Mersedes Benz E270 CDİ markalı ** AA *** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Kamaz-5511 markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə qaytarılması, vurulmuş 9470 manat ziyanın ödənilməməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan Mersedes Benz E 270 CDİ markalı ** AA *** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Kamaz-5511 markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə qaytarılması, vurulmuş 9470 manat ziyanın ödənilməməsi nəzərə alınsın. Hökmün icrası Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-11/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-11/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver