Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-11/2024 17.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Ağdaş bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə ünvan 1i ünvanında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ağdaş bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində özbaşına tikinti, quraşdırma işləri aparmışdır. Belə ki, o, 2022-ci ilin oktyabr ayının sonlarından noyabr ayının sonlarınadək Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolu, Bakı-Xaldan, Ağdaş-Qəbələ yol ayrıcının sol tərəfindən 270 metr məsafədə olan mebel mağazasının arxa tərəfində yerləşən Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aid olan 38T X- 710993,01 Y-4502443,83 kordinatlı ümumilikdə 420 kv.metr torpaq sahəsi üzərində cinayətdən xəbərsiz olan şəxslər vasitəsi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti, quraşdırma işləri aparmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Ağdaş-Qəbələ avtomobil yolunun 1-ci kilometrliyində qardaşı Şahid2 məxsus mebel mağazası olduğunu, özü və qardaşı Şahid2 təxminən 5 ilə yaxın müddətdir ki, ona məxsus olan mebel mağazasını şərikli işlətdiklərini və birlikdə fərdi sahibkarlıqla məşğul olduqlarını, özünə məxsus olan obyekti olmadığından və dolanışığını daha da yaxşılaşdırmaq, həmçinin başqa mebel təmiri sexlərinə pul verməmək məqsədi ilə 2022-ci il oktyabr ayının əvvəllərində həmin mebel mağazasının arxa hissəsində mebel təmiri üçün sex tikmək qərarına gəldiyini, qardaşı Şahid2 ona məxsus olan hazırda birlikdə işlətdikləri mebel mağazasının arxasını özləri üçün alıb sənədləşdirmək üçün Ağdaş rayonu Ağdaş Bələdiyyəsinə müraciət etməsini dediyini, həmin mebel mağazasının arxasında olan əraziyə başqa yerdən giriş olmadığından və ətrafında su kanalı olduğundan rahatlıqla sənədləşdirə biləcəklərini düşündüklərini, lakin bələdiyyənin onlara razılıq verilmədiyini, bundan sonra həmin yerdə sex üçün tikinti işlərinə başladığını, bu barədə heç bir orqana müraciət etmədiyini və ya başqa icazə almadığını, çünki bələdiyyənin artıq ona razılıq vermədiyini, təxminən ölçüsü uzunluğu 35 metrdən artıq, eni isə 11 metrdən artıq ərazidə həmin boş sahənin kənarına beton tökməklə dörd tərəfini mişar daşı (kubik) ilə hörməklə hasarlatdığını, tikintinin hər mərhələsində özü iştirak etdiyini, tikintidə əsas usta Nemətabad kəndindən olan Rafiq usta olduğunu, ona tikdiyi yerin özünün olmasını dediyini, Rafiqin də onun icazəsinin olmamasını bilmədiyini, Rafiq ustanın yanında köməklik edən fəhlələr isə gündəlik olaraq dəyişdiyini, günə muzd işlədiklərini, hörgü işləri bitdikdən sonra sexin, yəni tikdikləri yerin dam örtüyün tikintisini isə özü apardığını, belə ki, fermaları alıb gətirib quraşdırdığını, şiferləri isə özü vurduğunu, bundan başqa digər işlərdə özü də fəhlələrə kömək etdiyini, sonradan tikintinin qanunsuz olduğu aşkar olunduqdan sonra tikinti işlərini dayandırdığını, həmin boş sahədə tikinti işlərini konkret olaraq özü həyata keçirdiyini, qardaşının həmin tikinti ilə heç bir əlaqəsi olmadığını, həmin boş sahədə tikdiyi obyektin onun özünə məxsus olacağını, tikilinin ölçülərini təxmini qeyd etdiyini, lakin akt və prtokol tərtib olunan zaman aparlmış ölçülərlə həmin ərazinin 420 kv.metr olması müəyyən edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə Ağdaş Bələdiyyəsinin sədr müavini olduğunu, Təqsirləndirilən şəxs və Şahid2 Ağdaş rayon sakinləri olduqlarını, onlarla hər hansı ədavət və düşmənçiliyi olmadığını, Şahid2 Ağdaş şəhəri ərazisində Ağdaş-Qəbələ yolunun kənarında mebel mağazası olduğunu, Şahid2 və Təqsirləndirilən şəxs mebel mağazasının arxasında olan bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsini sənədləşdirmək üçün 2022-ci ilin oktyabr ayının əvvəllərində Ağdaş Bələdiyyəsinə müraciət etdiklərini, Şahid2 bu barədə yazılı ərizə verdiyini, lakin həmin müraciətə baxılaraq torpaq sahəsinin onların adına sənədləşdirilməsi məqsədə müvafiq hesab edilmədiyini və bu barədə onlara məlumat verildiyini, sonradan Təqsirləndirilən şəxs ilkin olaraq bələdiyyənin cavabını gözləmədən sonradan isə ona rədd cavabı verilməsinə baxmayaraq qeyd edilən 420 kv.metr torpaq sahəsini zəbt edərək həmin yerdə tikinti quraşdırma işləri aparmağa başladığı müəyyən edildiyini, qeyd olunan halın aşkar olunduğunu və ƏMDX-nin əməkdaşları, Ağdaş rayon İcra hakimiyyətinin əməkdaşları və digər aidiyyəti şəxslərlə həmin torpaq sahəsinə və tikinti quraşdırma işləri aparılan yerə baxışlar keçirildiyini, aktlar və digər sənədlər tərtib olunduğunu, aidiyyəti qurumlara məlumat verildiyini, ilkin müraciətin rəsmi qaydada mebel mağazasının Şahid2 məxsus olması ilə bağlı sonuncu tərəfindən edildiyini, lakin baxışlar zamanı və söhbətlərdə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Nemətin deyil, özünün təkbaşına zəbt etdiyini və tikinti işlərini apardığını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində uzun müddətdir hörgü ustası kimi işlədiyini, Təqsirləndirilən şəxs tanıdığını, onunla hər hansı ədavət və düşmənçiliyi olmadığını, 2022-ci ilin oktyabr ayının sonlarında Hörmətin onun mobil telefon nömrəsinə zəng edərək ona hörgü işi gördürmək istədiyini dediyini, özü də ondan işi harda görəcəyini soruşduqda, ona Ağdaş şəhərində olan mebel mağazasının arxasında görəcəyini dediyini, sabahı gün Hörmətin dediyi yerə gəldiyini, həmin yerin Hörmətin qardaşı Nemətin və özünün işlətdiyi Ağdaş-Qəbələ yolunun kənarında olan mebel mağazası olduğunu, birlikdə mebel mağazasının arxasına keçdiklərini, Hörmətin boş torpaq sahəsini göstərərək yerin özünə məxsus olmasını bildirdiyini və orada sex tikmək istədiyini dediyini, onunla hörgünün kvadratı üçün 3 manata razılaşdıqlarını, bir neçə gün sonra gələrək hörgüyə başladığını, yanında fəhlə kimi günəmuzd işçilər işlətdiyini, hər gün bazarın yanına gələrək oradan başqa-başqa fəhlələri götürüb işləmək üçün özü ilə həmin yerə apardığını, sex üçün nəzərdə tutulan yerin divarlarını hörüb qurtardığını və pulunu aldığını, həmin müddət ərzində Hörmətin də onlara kömək etdiyini və tapşırıqlarını verdiyini, tikinti işləri apardığı yerin qanunsuz olaraq zəbt olunduğunu və qanunsuz tikinti işlərinin aparılmasını bilmədiyini, bu barədə məlumatı olmadığını, Hörmətin yerin özünə məxsus olmasını bildirdiyini, tikinti işləri aparmaq üçün onunla danışıqları Hömrət apardığını, Nemətin həmin tikinti ilə əlaqəsi olması barədə məlumatı olmadığını, çünki ona tikinti barədə Nemətin heç bir söz demədiyini və tapşırıq vermədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 Təqsirləndirilən şəxs onun qardaşı olduğunu və ifadə vermək istəmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********46 nömrəli torpaq qanunvericiliyinin pozulması haqqında məlumatından görünür ki, Ağdaş şəhəri ərazisindəki bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində monitorinq aparılmışdır. Monitorinq zamanı vətəndaş Şahid2 tərəfindən Ağdaş-Qəbələ avtomobil yolunun Ağdaş şəhəri ərazisidən keçən hissəsinin sol tərəfində yerləşən özünə məxsus mağaza binasının arxa tərəfinə bitişik təqribən 420 kv.m (38T X-710993,01 Y-4502443,83) ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq qeyri-yaşayış binasının inşa edilməsi faktı aşkar edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş bələdiyyəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli 428 saylı məktubdan görünür ki, 04 oktyabr 2022-ci il tarixdə Ağdaş Bələdiyyəsinə şəhərin Ağdaş-Qəbələ yolunun sol hissəsində Şahid2 məxsus mövcud sahibkarlıq obyektinin arxasında yerləşən boş, istifadəsiz qalmış təxminən 400 kv.metr ölçüdə bələdiyyəyə məxsus torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ünvanlanmış ərizəyə baxılmış, sənədləşdirilməsi nəzərdə tutulan həmin yerin müayinə olunaraq kadastr planının işlənməsi üçün DƏDRX-nə müraciət olunmuşdur. Mühəndislər tərəfindən əraziyə baxış keçirilmiş və ölçmə işləri aparılmışdır. Torpaq sahəsinə Kadastr planı işlənərəkj müvafiq rəy alınması üçün sənədlər ƏMDX-nin Mingəçevir ərazi şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Mingəçevir Ərazi şöbəsi tərəfindən 200 saylı məktubuna əsasən hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun sayılmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 24 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən 16 fevral 2024-cü il tarixli texniki rəydən görünür ki, Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yol ayrıcının sol tərəfində yerləşən X3 və X4 məxsus qeyri-yaşayış obyekti binasında aparılan texniki müayinə zamanı yükdaşıyan konstruksiyalarda çat və zədələrə rast gəlinməyib. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş 088155 saylı lisenziyadan görünür ki, qeyri-yaşayış binası Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolu, Bakı-Xırdalan, Ağdaş-Qəbələ yol ayrıcının sol tərəfində 270 m məsafədə yerləşir. Tikinti sahəsinin hesabı seysmikliyi 8 baldır. Xarici divarları mişarlanmış əhəngdaşından, sütunlar və tinlər müxtəlif en kəsikli metal profillərdəndir. Divarların və arakəsmələrin kəsişmə yerləri hər 60 sm-dən bir metal torla gücləndirilmişdir. Binanın çardağı metal fermadandır. Binanın dam örtüyü sinklənmiş metal profildəndir. Qapı və pəncərələr PVS materialdandır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Təqsirləndirilən şəxs ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19003-S098407/606964 saylı kredit müqaviləsindən görünür ki, “kreditverən” krediti və ya qarantiyanı “borcalan”ın müvafiq ərizəsinə və razılaşmaya uyğun olaraq dövriyyə və əsas vəsaitinin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi, fərdi istehlak, daşınmaz əmlakın alınması, tikinti və yenidənqurma işləri məqsədilə kredit verilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri X17 17 saylı Yevlax ərazi idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3- 35/2-3494/2023 nömrəli məktubda göstərilmişdir ki, Ağdaş bələdiyyəsinin “X5 X9”ndə mövcud olan xəritəsinə əsasən məktubda qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası ümumi istifadəyə verilmiş torpaq sahəsi, mülkiyyətçisi Ağdaş rayonu, Ağdaş bələdiyyəsidir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” X17ndən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6--22/2-925/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-nin poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli materiala xx.xx.2017-ci ildə Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanmasına xitam verilib. xx.xx.2018- ci il tarixli Ağdaş Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilib.xx.xx.2020-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin hökmü ilə 1 (bir) il müddətinə 10% islah işləri cəzasına məhum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya barədə qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilib. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli. c/1-1131 saylı məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-40/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilərək o, cəzadan azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 27 sentyabr 2023cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnib və icraata qəbul edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümunəvi, intizamlı davranışı ilə Yuxarı Qəsil kəndinə özünə hörmət qazanmışdır. O, kəndin bütün ictimai işlərində yaxından iştirak etməklə kənd ictimaiyyətinin rəğbətini qazanmış, nümayəndəliyin və yerli bələdiyyənin bütün tədbirlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs eyni zamanda 1-ci Qarabağ müharibəsi veteranıdır. Təqsirləndirilən şəxs barəsində yaşadığı Yuxarı Qəsil kəndindən icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 5-32-12/2-698/2023 saylı arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hal-hazırda ünvan 1ində yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatda olmaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı xx.xx.1983cü il təvəllüdlü X7, oğlu-xx.xx.2005-ci il təvəllüdlü X8, oğlu-xx.xx.2007-ci il təvəllüdlü X2 ibarətdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, habelə şahid ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, məhkəmə istintaqı bitənədək əməlini səmimi etirafını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, 1-ci Qarabağ müharibəsi veteranı olmağını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranı olması onu müsbət səciyyələndirən, zərərçəkmiş şəxsə ziyanın tam ödənilməməsini, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsi isə onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-11/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-11/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver