Məhkəmə qərarları › İş №1(014)-111/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-111/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-111/2021 23.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu Qarağan-Sədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23.04.2021-ci il tarixdə saat 11:10 radələrində Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində Ağdaş şəhəri "xxxx" ASC-nin “Mərkəzi Aran” X10 və satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinin nəzarətçi-mühəndis vəzifəsində işləyən Ağdaş rayonunun İ.Qaradağlı küçəsində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatlıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub ünvan 1 5-də kirayəşin yaşayan Şahid1 nalayiq ifadələr işlətməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan kəllə və ayaqları ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sol qaş nahiyəsinin yarası, alt dodağın sol nahiyəsinin diş səthinin səthi yarası ilə nəticələnən qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, subay olduğunu, Şahid1 onun tanışı olduğunu, münasibətlərinin olduğunu, Minarənin ünvan 1 ünvanında kirayə yaşadığını, 22.04.2021-ci il tarixdə Minarənin ona zəng edərək yaşadığı evin elektrik sayğacında nasazlıq olmasını və işıqlarının sönməsini və buna görə də işıq idarəsinin işçilərinin ona cərimə yazmaq istədiklərini bildirdiyini, Minarənin ondan bu işlə məşğul olmağını xahiş etdiyini, özünün də Minarəyə səhəri gün gəlib sayğac məsələsini həll edəcəyini söylədiyini, 23.04.2021-ci il tarixdə saat təxminən 09:00 radələrində elektrik sayğacına dəyişdirici (“рубильник”) alaraq Minarənin yaşadığı evə getdiyini, dəyişdiricini (“рубильник”) sayğaca quraşdırdığını, lakin evin işıqlarının yanmadığını, aradan təxminən 1-2 saat keçdikdən sonra işıq idarəsinin işçilərinin gəldiklərini, həmin vaxt evin həyətində olduğunu, Minarənin isə onları qarşıladığını, sonrandan adının Lətif olmasını öyrəndiyi işıq idarəsinin işçisinin Minarəyə kobud formada “sən nə üçün sayğaca müdaxilə etmisən” deyə söylədiyini, Minarənin isə ona sayğaca heç bir müdaxilə etmədiyini, sayğacın yalnız dəyişdiricinin (“рубильник”) nasaz olmasına görə onu dəyişdiyini söylədiyini, həmçinin də Minarənin Lətifə səsini ucaltmamasını, mərifətli danışmasını bildirdiyini, Lətifin isə yenə kobud formada Minarəyə “mərifətsiz sənsən, sən tərbiyəsizsən, səviyyəsizsən” deyə söylədiyini, həmin vaxt həyətin qapısının yanında olduğunu və Lətifin Minarəyə nalayiq ifadələr işlədərək onun üstünə gəlməsini gördüyünü, dərhal çölə çıxdığını və Lətifə sakit olmasını və özünü ələ almasını söylədiyini və ona qadın ilə danışan zaman səsini qaldırmamasını bildirdiyini, lakin Lətifin onun sözlərinə məhəl qoymadığını, buna görə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Lətifin yenə Minarəyə nalayiq ifadələr işlədərək onun üstünə gələn zaman yaxınlıqda olan ev sahibi Hümmətin və Lətifin iş yoldaşları Lətifi sakitləşdirməyə çalışdıqlarını, lakin Lətifin onlara da məhəl qoymadığını və qışqıraraq Minarənin üstünə gələn zaman bir dəfə kəllə ilə qəsdən Lətifin sifət nahiyəsindən vurduğunu, daha sonra isə Lətif ilə əlbəyaxa olduqlarını və yerə yıxıldıqlarını, sonra isə ətrafda olan şəxslərin onları ayırdıqlarını, daha sonra isə oradan çıxıb getdityini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı Lətif ilə bir-birlərinə nalayiq ifadələr işlətmədiklərini, dava-dalaş zamanı orada özündən və Zərərçəkmiş şəxs başqa Şahid1, Minarənin kirayə qaldığı evin sahibi Hümmət, Lətifin iki nəfər iş yoldaşı və qonşular olduqlarını, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi olmadığını, Zərərçəkmiş şəxs ifadəsində 22.04.2021-ci il tarixdə səhər saat 10:00 radələrinə Minarənin kirayə yaşadığı evin sayğacına gələn elektrik enerjisini kəsdiyini və həmin vaxt sayğaca müdaxilə edilmədiyini, sayğaca müdaxilənin isə 22.04.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində aşkar etdiyini bildirdiyini, bu vaxt iş yoldaşı Arifin Minarəyə tərtib ediləcək akt ilə bağlı izahatlar verməyə başladığını, aradan təxminən 1-2 dəqiqə keçəndən sonra isə onun gəldiyini, onlara salam verdikdən sonra gəlib onun sol tərəfində dayandığını, Lətifin isə əlində olan sənədə baxdığını və Arifin Minarəyə verdiyi izahatlara qulaq asdığını, həmin vaxt isə qəfildən onun bir dəfə kəllə ilə onun sifət nahiyəsindən vurduğunu, zərbənin təsirindən huşunu itirib dizi üstə yerə düşdüyünü, bu zaman isə bir dəfə təpiklə onun bel nahiyəsindən vurduğunu, həmin zaman özünün ayıldığını və ayaqlarından tutub onu yerə yıxdığını, həmin vaxt əli ilə onun sifətindən yapışdığını və əlini ağzına salaraq dartmağa başladığını, özünün də əlini ağzından çıxardığını və onu vurmaq istəyərəkən Arifin ona vurmamağını və dava-dalaşa son verməyini söylədiyini, əlini buraxan zaman isə onun bir dəfə qarın nahiyəsinə təpiklə vuraraq ondan aralandığını, daha sonra isə onun Minarənin yaşadığı evinə getdiyini bildirməsi barədə Lətifin yalan dediyini, hadisənin yuxarıda qeyd etdiyi kimi baş verdiyini, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, X4 nəzarətçimühəndis vəzifəsində çalışdığını, ünvan 1 ünvanının onun nəzarət etdiyi əraziyə daxil olduğunu, özünün 22.04.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində ünvan 1 ünvanında yerləşən Səmayə İsmayılovanın adına olan elektrik sayğacında borc yarandığına görə həmin ünvana gələn elektrik enerjisini dayandırdığını, həmin gün yəni 22.04.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində ərazidə olarkən Səmaya İsmayılovanın adına olan elektrik sayğacına yenidən baxış keçirərkən sayğacın qapaq hissəsinin və alt hissəsinin yararsız hala salınmasını gördüyünü, daha sonra ev sahibinin həm qonşusu, həm də qohumu olan lakin adını bilmədiyi şəxsin səhəri günü, yəni 23.04.2021-ci il tarixdə səhər saatlarında sayğaca müdaxilə edilməsinə görə gəlib akt tərtib edəcəyini bildirdiyini, 23.04.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində həmin ünvana iş yoldaşları Şahid3 və Məmmədəli ilə gəldiyini, akt tərtib edilərkən ev sahibi Hümmət adlı şəxs ilə telefon əlaqəsi saxladığını, aralarındakı telefon danışığı zamanı Hümmətə sayğaca müdaxilə edildiyinə görə akt tərtib olunaraq sayğacın yenisi ilə əvəz olunacağı barədə məlumat verdiyini və Hümməti işıq idarəsinə dəvət etdiyini, Hümmətin həmin evdə kirayəşin yaşadığı və sayğaca müdaxilə edilməsindən xəbəri olmadığını və hazırda evin yanına gələcəyini bildirdiyini və onu gözləmələrini xahiş etdiyini, aradan təxminən 15-20 dəqiqə keçəndən sonra Hümmətin gəldiyini və daha sonra isə evdə kirayə yaşayan Minarə adlı qadını çağırdığını və ondan nə üçün sayğacın yararsız halda olmasını soruşduğunu, Minarənin də onlara 22.04.2021-ci il tarixdə sayğacda qısaqapanma yarandığını və yanğın təhlükəsinin qarşısını almaq üçün sayğaca müdaxilə edərək sayğacın dəyişdiricisini (“рубильник”) qırdığını söylədiyini, özünün də Minarəyə 22.04.2021-ci il tarixdə səhər saat 10:00 radələrinə sayğaca gələn elektrik enerjisini kəsdiyini və həmin vaxt sayğaca müdaxilə edilmədiyini, sayğca müdaxilənin isə 22.04.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində aşkar etdiyini bildirdiyini və ona yalan danışmamasını söylədiyini, lakin Minarənin ona kobud formada onun sayğacda problem olduğunu söylədiyini, özünün səsini qaldıraraq Minarəyə onunla kobud danışmamasını və necə ola bilər ki, qonşularının heç birinin sayğacında problem yaranmadığını, məhz onun sayğacında problem yarandığını soruşduğunu, bu vaxt iş yoldaşı Arifin Minarəyə tərtib ediləcək akt ilə bağlı izahatlar verməyə başladığını, aradan təxminən bir-iki dəqiqə keçəndən sonra isə Minarənin kirayə yaşadığı evdən sonradan adının Kənan olmaısnı öyrəndiyi şəxsin gəldiyini, Kənanın onlara salam verdikdən sonra gəlib onun sol tərəfində dayandığını, özünün isə əlində olan sənədə baxdığını və Arifin Minarəyə verdiyi izahatlara qulaq asdığını, həmin vaxt isə qəfildən Kənanın bir dəfə kəllə ilə onun sifət nahiyəsindən vurduğunu, özünün də zərbənin təsirindən huşunu itirib dizi üstə yerə düşdüyünü, bu zaman isə Kənanın bir dəfə təpiklə bel nahiyəsindən vurduğunu, özünün həmin zaman ayıldığını və Kənanın ayaqların tutub onu yerə yıxdığını, həmin vaxt Kənanın əli ilə onun sifətindən yapışdığını və əlini ağzına salaraq dartmağa başladığını, özünün də Kənanın əlini ağzından çıxardığını və Kənanı vurmaq istəyərəkən Arifin ona Kənanı vurmamağını və dava-dalaşa son verməyini söylədiyini, özünün də əlini buraxan zaman isə Kənanın bir dəfə qarın nahiyəsinə təpiklə vuraraq ondan aralandığını, daha sonra isə Kənanın Minarənin yaşadığı evə getdiyini, Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, lakin Kənanı bir dəfə yerə yıxdığını, dava-dalaş zamanı bir-birlərinə nalayiq ifadələr işlətmədiklərini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bir dəfə kəllə ilə onun sifət nahiyəsindən, təpiklə bir dəfə bel nahiyəsindən və bir dəfə də qarın nahiyəsindən vurduğunu, həmçinin də barmağı ilə ağız nahiyəsinə xəsarət yetirdiyini, dava-dalaş zamanı orada özündən və Təqsirləndirilən şəxs başqa Minarə, Hümmət, iş yoldaşları Arif və Məmmədəli olduğunu, yaranmış səs-küyə də qonşuluqda yaşayan insanların gəldiyini, Şahid1 Azərbaycan Respublikası DİN-ə ərizə ilə müraciət edərək əvvəlcə onun qardaşı Raminin həmin günü onlara gəlib onu təhqiredici sözlərlə söyərək Kənan adlı şəxsi soruşduğunu, həyətində girmək istəyərkən onu əli ilə saxlayıb qapını örtdüyünü, daha sonra isə qardaşı Anarın Minarəgilə gəlib ona qarşı çox nalayiq söyüşlər söyərək şərəf və ləyaqətini alçaltdığını bildirməsi, həmçinin də qonşusu Vüsalə adlı şəxsin yanında Anarın ona hədə qorxu gəldiyini, gecə saat on ikinin yarısında evdə oturarkən eyvanda kiminsə gəzdiyini, otağın birinə təpiklə vuraraq daxil olduğunu və bu barədə də DİN-in 102 xidmətinə müraciət etdiyini bildirməsi barədə Minarənin yalan dediyini, özü və qardaşının onu söymədiklərini, onu təhqir etmədiklərini, qardaşı Anarın Vüsalə adlı şəxsin yanında ona hədə qorxu gəlmədiyini, həmçinin də gecə radələrində onun evinə getmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bağışlamadığını, ona qanunla müəyyən edilmiş ciddi cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs onun tanışı olduğunu, Kənanla münasibətlərinin olduğunu, ünvan 1 ünvanında kirayə yaşadığını, təxminən bir həftə bundan əvvəl yaşadığı evin elektrik sayğacında nasazlıq yarandığını, sayğacın dəyişdiricisinin (“рубильник”) əridiyini, ona görə də yaşadığı evin işığının olmadığını, 22.04.2021-ci il tarixdə sayğacın dəyişdiricisini (“рубильник”) dəyişmək istəyərkən ehtiyatsızlıqdan sayğacın qutusunun üst qapağını sındırdığını, 22.04.2021-ci il tarixdə də işıq idarəsinin işçisi Lətif adlı şəxs sayğaca baxarkən sayğacın üst qapağının qırıq vəziyyətdə olmasını gördükdə ona sayğaca müdaxilə etməyini bildirdiyini və ona səhəri gün cərimə yazacağını söylədiyini, həmin vaxt Lətif ilə buna görə aralarında sözsöhbət yarandığını, özünün də sonra Təqsirləndirilən şəxs zəng edərək sayğacın üst qapağının sınmasına görə ona cərimə yazılacağını və tez gəlib dəyişdiricini (“рубильник”) düzəltməsini söylədiyini, Kənanın da ona səhəri gün gələcəyini söylədiyini, 23.04.2021-ci il tarixdə saat təxminən 09:00 radələrində Kənan yaşadığı evə gələrək sayğacın dəyişdiricisini (“рубильник”) düzəltdiyini, lakin evin işığının yanmadığını, sonradan Lətifin evə gələn elektrik xəttini şalbandan ayırdığını, 23.04.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Lətif və onun iş yoldaşının yaşadığı ünvana gəldiklərini, həmin vaxt yaşadığı evin həyətinin çöl qapısının qarşısında olarkən Lətifin kobud formada onunla danışmağa başladığını, Lətifin ona “sən sayğacın üst qapağını qəsdən sındırmısan” deyə söylədiyini, özünün də ona sayğcanın dəyişdiricisini (“рубильник”) dəyişən zaman ehtiyatsızlıqdan sayğacın üst qapağının sınmasını söylədiyini, lakin Lətifin ona qışqıraraq “sən yalan danışırsan, sən qəsdən sayğaca müdaxilə etmisən” deyə söylədiyini, Lətifə mərifətli danışmasını, onun səsinə qonşulaırn yığışmasını söylədiyini, Lətifin isə ona “mərifətsiz özünsən, sən səviyyəsizsən” deyə cavab verdiyini, bu zaman Kənan onların yanlarına gəldiyini və Lətifə sakitləşməsini və qışqırmamasını söylədiyini, lakin Lətifin onun sözünə məhəl qoymadığını və ona nalayiq ifadə işlətməyə başladığını, buna görə də Lətif ilə Kənan arasında mübahisə baş verdiyini, mübahisə zamanı Hümmət və Lətifin iş yoldaşlarının ona sakitləşməsini söylədiklərini, lakin Lətifin isə həmin vaxt qışqıraraq onun üstünə gəlmək istəyərkən Kənanın bir dəfə kəllə ilə Lətifin sifət nahiyəsindən vurduğunu, daha sonra isə onların əlbəyaxa olduqlarını və yerə yıxıldıqlarını, sonra isə ətrafda olan şəxslərin onları ayırdıqlarını, daha sonra isə Kənanın oradan çıxıb getdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bir dəfə qəsdən kəllə ilə Lətifin sifət nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, dava-dalaş zamanı orada Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa özünün, Hümmətin, Lətifin iki nəfər iş yoldaşının və qonşuların olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində əsl adının Ələs olduğunu, lakin dost tanışlarının onu Hümmət kimi tanıdığını, rəhmətlik qayınanası X1 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olduğunu, lakin həmin evdə yaşamadığını, həmin evi Ağdaş rayonunun Ərəb kəndində qeydiyyatda olan Şahid1 kirayə verdiyini, 23.04.2021-ci il tarixdə səhər təxminən 10-11 radələrində işıq idarəsinin işçisi sonradan adını bildiyi Lətif adlı şəxsin ona zəng etdiyini və “işıq sayğacına müdaxilə olunubdur, bununla bağlı akt tərtib edirik” dediyini, özünün də ona “həmin evdə mən yaşamıram, həmin evdə kirayəşin yaşayır, akt tərtib etməyin gəlirəm” dediyini, bundan sonra onların yanına getdiyini, artıq həmin ünvana gedəndə küçədə işıq idarəsinin işcisi Lətif və digər tanımadığı iki nəfər işçinin də dayandıqlarını gördüyünü, həmin şəxslərin ona “sayğaca müdaxilə olunubdur” dediklərini, özünün də sayğaca baxanda sayğacın aşağı hissəsində dəyişdiricinin (“рубильник”) açıldığını gördüyünü, onlara “evdə tək qadın yaşayır, istəyirsinizsə akt tərtib etməyin” dediyini, onların “artıq biz aktı tərtib etmişik, sadəcə olaraq sənə məlumat vermək üçün bildirdik” dediklərini, bundan sonra evdən Minarəni küçəyə çağırdığını və Minarənin küçəyə çıxanda Lətif adlı şəxslə mübahisə etməyə başladığını və ona qarşı kobud sözlər deməyə başladığını, buna baxmayaraq Lətifin Minarəyə qarşı heç bir hərəkət etmədiyini, lakin onların sözlə mübahisə etdiklərini, bu vaxt sonradan adını bildiyi Minarənin qohumu Kənan adlı şəxsin evdən küçəyə çıxdığını, həmin zaman Kənanla Lətifin mübahisə etdiyini, bu vaxt Kənanın kəllə ilə bir dəfə Lətifin sol qaş nahiyəsindən vurduğunu, həmin zaman Lətifin qaş nahiyəsindən qan axmağa başladığını, ona ilk tibbi yardım göstərdiklərini və ona “sən həkimə aparaq” dediklərini, lakin Lətifin onlara xəstəxanaya getmək istəmədiyini bildirdiyini, sonradan Lətifin xəstəxanaya müraciət etməsini, həmçinin də ərizə ilə PŞ-yə müraciət edərək Kənan tərəfindən döyülməsini bildirdiyini eşitdiyini, həmin yerdə heç bir görüntü kamerası olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Lətiflə eyni idarədə işlədiyini, Lətifin X4 nəzarətçi-mühəndis vəzifəsində çalışdığını, ünvan 1 ünvanı Lətifin nəzarət etdiyi əraziyə daxil olduğunu, 22.04.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində ünvan 1 ünvanında yerləşən Səmayə İsmayılovanın adına olan elektrik sayğacında borc yarandığına görə həmin ünvana gələn elektrik enerjisini Lətiflə birlikdə dayandırdıqlarını, həmin gün yəni 22.04.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində ərazidə olarkən Səmayə İsmayılovanın adına olan elektrik sayğacına yenidən baxış keçirərkən sayğacın qapaq hissəsinin və alt hissəsinin yararsız hala salınmasını gördüklərini, daha sonra ev sahibinin həm qonşusu, həm də qohumu olan adını bilmədiyi şəxsə Lətifin səhəri günü, yəni 23.04.2021-ci il tarixdə səhər saatlarında sayğaca müdaxilə edilməsinə görə gəlib akt tərtib edəcəyini dediyini, 23.04.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində həmin ünvana Lətif və iş yoldaşı Şahid4 gəldiklərini və akt tərtib edərkən Lətifin ev sahibi Hümmət adlı şəxs ilə telefon əlaqəsi saxladığını, Lətiflə Hümmət arasında olan telefon danışığı zamanı Hümmətə sayğaca müdaxilə edildiyinə görə akt tərtib olunaraq sayğacın yenisi ilə əvəz olunacağı barədə məlumat verdiyini və Hümməti işıq idarəsinə dəvət etdiyini, Hümmətin həmin evdə kirayəşinin yaşadığı və sayğaca müdaxilə edilməsindən xəbəri olmadığını və hazırda evin yanına gələcəyini bildirdiyini və onu gözləmələrini xahiş etdiyini, aradan təxminən 15-20 dəqiqə keçəndən sonra Hümmətin gəldiyini və evdə kirayə yaşayan Minarə adlı qadını çağırdığını, Minarədən nə üçün sayğacın yararsız halda olmasını soruşduğunu, Minarə də “22.04.2021-ci il tarixdə sayğacda qısaqapanma yarandığını və yanğın təhlükəsinin qarşısını almaq üçün sayğaca müdaxilə edərək sayğacın işıq ayrıcını qırmışam” deyə söylədiyini, Lətif də Minarəyə 22.04.2021-ci il tarixdə səhər saat 10:00 radələrində sayğaca gələn elektrik enerjisini kəsdiyini və həmin vaxt sayğaca müdaxilə edilmədiyini, sayğaca müdaxilənin isə 22.04.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində aşkar etdiyini bildirdiyini və ona yalan danışmamasını söylədiyini, lakin Minarənin Lətifə kobud formada onun sayğacında problem olduğunu söylədiyini, Lətifin də səsini qaldıraraq Minarəyə onunla kobud danışmamasını və necə ola bilər ki, qonşuların heç birinin sayğacında problem yaranmadığını, məhz onun sayğacında problem yarandığını soruşduğunu, bu vaxt Məmmədəlinin Minarəyə tərtib ediləcək akt ilə bağlı izahatlar verməyə başladığını, özünün də onlardan bir az aralanıb kənarda dayandığını, həmin vaxt sonradan adını bildiyi Minarənin tanışı Kənan adlı şəxslə Lətifin dalaşdığını, Lətifin sol gözünün üst hissəsi partladığını və qan axmağa başladığını, zərbənin təsirindən Lətifin huşunu itirib dizi üstə yerə düşdüyünü, daha sonra Kənanın bir dəfə təpiklə Lətifin bel nahiyəsindən vurduğunu, Lətifin sonra ayıldığını və Kənanın ayaqlarından tutub onu yerə yıxdığını, həmin vaxt Kənanın əli ilə Lətifin sifətindən yapışdığını və əlini ağzına salaraq dartmağa başladığını, Lətif də Kənanın əlini ağzından çıxardığını və Kənanı vurmaq istəyərəkən Məmmədəlinin ona Kənanı vurmamağını və dava-dalaş etməməyini bildirdiyini, Lətifin əlini Kənandan buraxan zaman Kənanın bir dəfə Lətifin qarın nahiyəsindən təpiklə vuraraq ondan aralandığını, daha sonra isə Kənanın Minarənin yaşadığı evə getdiyini, Lətifin həmin vaxtı Kənana heç bir xəsarət yetirmədiyini, bundan sonra çıxıb gəldiklərini, Şahid1 yalan dediyini, onun sayğacına müdaxilə olduğunu, Lətifin ona qarşı heç bir əxlaqsız hərəktlər etmədiyini, onun şərəf və ləyaqətini alçaltmadığını, dava-dalaş zamanı orada özündən və Təqsirləndirilən şəxs başqa Minarə, Hümmət, iş yoldaşları Lətif və Məmmədəlinin olduqlarını, yaranmış səs-küyə də qonşuluqda yaşayan insanların gəldiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasının 24.04.2021-ci il tarixli, 237 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol qaş nahiyəsinin yarası, alt dodağı sol nahiyəsinin diş səthinin səthi yarası, küt alət təsirindən törənmiş, törənmə müddəti 23.04.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Füzuli Hərbi Məhkəməsinin 27.10.2016-cı il tarixli hökmü ilə 300 manat cərimə cəzasına məkum edilmiş, 30.10.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəyərək qeydiyyatdan çıxarılıb. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan-Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qarağan-Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 iyun 2021-ci il tarixli 253 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs halhazırda Ağdaş rayonu Qarağan-Sədi kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası X6 01.11.1970-ci il təvəllüdlü; anası X3 30.12.1973-cü il təvəllüdlü; qardaşı X7 10.03.1998-ci il təvəllüdlü; qardaşı X8 01.03.2000-ci il təvəllüdlü; qardaşı X9 11.07.2007-ci il təvəllüdlü. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:35də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törədilməsidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun məhkumluğunun ödənilmədən yenidən cinayət törətməsini şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 -ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14.07.2021-ci il tarixdən 16.07.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət və 18.09.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək həbsdə saxlanıldığı beş gün müddət, ümumilikdə yeddi gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 14 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinjə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar