Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-111/2024 06.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1996-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Zərərçəkmiş şəxs MMC-nin Ağdaş şöbəsində kabel lehmləyici işləyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Zərərçəkmiş şəxs MMC-nin Ağdaş şöbəsində mantyor işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 16 aprel 2024-cü il tarixdə saat 12 radələrində Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində yerləşən pay torpaq sahələrindən keçən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-yə məxsus dövlət əhəmiyyətli 822 manat dəyərində TPP50x2 tutumlu, 100 metr uzunluğunda rabitə kabelini dəstəyi narıncı və boz rəngli kəlbətinlə dirəkdən kəsərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs MMC-yə 822 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 4 ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs MMC-nin Ağdaş şöbəsində kabel lehmləyicisi işləyir və Təqsirləndirilən şəxs2 iş yoldaşı olmaqla münasibətləri yaxşıdır. Onlar rayon və şəhər ərazisində gündəlik olaraq müxtəlif ərazilərə çıxıb köhnə internet və telefon kabellərini təmir və bərpa edir, vətəndaşların müraciəti əsasında yeni fiberoptik internet xətləri çəkilir. Təxminən 13-14 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində yeni fiberoptik internet xətləri çəkən zaman yoldan təxminən 1 km kənarda yerləşən pay torpaq sahələrində internet və telefon xətlərinin olmasını görmüşlər. İnternet və telefon xətlərinin olduğu dirəklər 5 metr hündürlüyündə olsa da, xətlər boşalaraq sallanması səbəbi ilə yerdən 1.5 məsafədə olmuşdur. Bunu gördükdən sonra Təqsirləndirilən şəxs2 ilə ehtiyacları olarsa həmin xətləri kəsib götürərək satmağı planlaşdırmışlar. 16 aprel 2024-cü il tarixdə səhər saat 09 radələrində işə gələn zaman Təqsirləndirilən şəxs2lə Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində pay torpaq sahələrində yerləşən internet və telefon xətlərini kəsib götürmək qərarına gəlmişlər. Saat 12 radələrində Təqsirləndirilən şəxs2 məxsus “Hyundai Accent” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən əraziyə getmişlər. Özləri ilə İmrana məxsus dəstəyi narıncı rəngli kəlbətini götürərək, piyada təxminən 700 metr yol gedərək qeyd edilən dirəklərin yanına gəlmişlər. Ümumilikdə 3 dirək arasını əhatə edən, yerdən təxminən 1.5 metr hündürlükdə olan xətləri kəlbətinlə növbəli şəkildə hissə-hissə olmaqla, təxminən 100 metr naqil kəsmişlər. Daha sonra onları kiçik ölçüdə olmaqla bükərək avtomobilin yanına qayıtmışlar. Bundan sonra birbaşa olaraq Təqsirləndirilən şəxs2 Ağdaş rayonu, Qolqəti kəndində yerləşən dayısının yaşadığı evə gedərək həyətyanı sahədə yerləşən bağa keçmişlər. Həmin zaman evdə heç kim olmadığından onları görən olmamışdır. Oğurladıqları kabelləri yerə qoyub əritmək üçün yandırmışlar. Kabelin üst rezin hissəsi yandıqdan sonra, orta təbəqədə olan aliminum falqaya bənzər təbəqəni əlləri ilə təmizlədikdən sonra mis hissəsi qalmışdır. Həmin yanmış misləri Ağdaş şəhərində yerləşən metal qəbulu yerinə apararaq orada tanımadığı şəxsə 38 manata satmışlar və hər birinə 19 manat pul çatmışdır. Dəymiş zərəri tamamilə aradan qaldırmaqla, əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 3 ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs MMC-nin Ağdaş şöbəsində montyor işləyir və Təqsirləndirilən şəxs1 iş yoldaşıdır. Təxminən 13-14 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində yeni fiberoptik internet xətləri çəkən zaman yoldan təxminən 1 km kənarda yerləşən pay torpaq sahələrində internet və telefon xətlərinin olmasını görmüşlər. Həmin zaman Təqsirləndirilən şəxs1 ilə nə vaxtsa ehtiyacları olarsa həmin xəttləri kəsib götürərək satmağı planlaşdırmışlar. 16 aprel 2024-cü il tarixdə səhər saat 09 radələrində işə gələn zaman Təqsirləndirilən şəxs1 ilə Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində pay torpaq sahələrində yerləşən internet və telefon xətlərini kəsib götürmək qərarına gəlmişlər və həmin gün saat 12 radələrində özünə məxsus “Hyundai Accent” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən əraziyə getmişlər. Ona məxsus dəstəyi narıncı rəngli kəlbətini götürərək, piyada təxminən 700 metr yol gedərək qeyd edilən dirəklərin yanına gəlmişlər. Ümumilikdə 3 dirək arasını əhatə edən, yerdən təxminən 1.5 metr hündürlükdə olan xətləri kəlbətinlə hissə-hissə olmaqla, təxminən 100 metr naqil kəsmişlər. Daha sonra onları bir neçə bağlamaya bükərək avtomobilin yanına qayıtmışlar. Bundan sonra birbaşa olaraq Ağdaş rayonu, Qolqəti kəndində yerləşən dayısının yaşadığı evə gedərək həyətyanı sahədə yerləşən bağa keçmişlər. Həmin zaman evdə heç kim olmadığından onları görən olmamışdır. Oğurladıqları kabelləri yandırmışlar və mis hissəsini götürərək Ağdaş şəhərində yerləşən metal qəbulu yerinə aparıb orada tanımadığı şəxsə təqdim etmişlər. Həmin şəxs yanmış misi çəkmiş, 4 kiloqram olması müəyyən edilmişdir. Məntəqədə misi qəbul edən şəxs bunun əvəzində onlara 38 manat pul vermiş, nəticədə onların hər birinə 19 manat pul çatmışdır. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində vurulmuş ziyanı tamamilə bərpa etdiklərini, zərərçəkmiş şəxslə barışdıqlarını və əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 16 aprel 2024-cü il tarixdə X7 MMC-yə həmin tarixdə xidməti ərazidən, yəni Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində hava xətti ilə gedən kabelin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində yerləşən pay torpaq sahələrində olan taxta dirəklərdən TPP 50x2 markalı 100 metr kabelin oğurlanması müəyyən edilmişdir. Həmin oğurluq nəticəsində MMC-yə 822 manat maddi ziyan dəymiş, ümumi maddi ziyan işçilik və s. xərclərlə birlikdə 1055,68 manat təşkil etmişdir. Bundan sonra müvafiq sənədləşdirmə işləri aparılmış və məktub tərtib edilərək Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Sonradan həmin hadisənin Zərərçəkmiş şəxs MMC-nin Aran Regional filialının Ağdaş şöbəsində kabel lehmləyici vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və montyor vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi məlum olmuşdur. Həmçinin, TPP 50x2 markalı həmin kabellər işlək və yararlı vəziyyətdə olmuşdur. Nümayəndə daha sonra izahatında dəymiş ziyanın tamamilə ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, rayon ərazisində uzun illərdir ki, metal alqı-satqısı ilə məşğul olur. İşin üzərində özü durur və metal alqı-satqısınıı özü həyata keçirir. O, olmayan vaxtlarda isə müvəqqəti olaraq oğlu Şahid2 köməklik edir. 16 aprel 2024-cü il tarixdə saat 13:58-də işdə olmadığı zaman əvvəllər tanımadığı 2 nəfər şəxs metal qəbulu yerinə gələrək özlərinə məxsus yanmış mis satdıqlarını bildirmişlər. Oğlu Şahid2 mislərin onlara məxsus olmasını düşünərək ağ kisədə olan yanmış misi yerə boşaldaraq tərəzidə çəkmiş və 4 kiloqram olması müəyyən edilmişdir. Misin 1 kiloqramını 9,50 manata qəbul etdiklərindən oğlu Şahid2 həmin şəxslərə ümumilikdə 38 manat pul vermişdir. 18 aprel 2024-cü il tarixdə işdə olan zaman polis əməkdaşları yaxınlaşaraq 16 aprel 2024-cü il tarixdə rayon sakini olan 2 şəxsdən mis qəbul edib-etmədiklərini soruşmuş, oğlu Şahid2 də həmin tarixdə mis qəbul etdiyini bildirmişdir. Bu səbəblə polis əməkdaşları izahat vermələri üçün onları Polis Şöbəsinə aparmışlar və izahatları alınan zaman hadisə barədə məlumat vermişlər. Həmin vaxt şəxslərin Ağdaş şəhər sakinləri olmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları məlum olmuşdur. Ümumiyyətlə onlar hər gün davamlı şəkildə rayon ərazisində metal alqı-satqısı ilə məşğul olduqlarından həmin şəxslərin misi satan zaman özünü şübhəli aparmamaları və özlərinə məxsus olmalarını bildirmələri səbəbləri ilə oğlu Şahid2 həmin misin oğurluq olmasını bilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara əvvəllər hər hansı metal satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialı tərəfindən verilmiş smetadan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialının xidməti ərazisi olan Ağdaş rayonu, Yuxarı Qəsil kəndi istiqamətində naməlum şəxs(lər) tərəfindən TPP 50*2 modelli kabelin oğurlanması zamanı rabitə qurğularına 1055,68 manat məbləğində maddi ziyan dəymişdir. 18 aprel 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisində yerləşən, yol kənarından təxminən 1 km kənarda olan pay torpaq sahəsidir. İnternet və telefon xətlərinin (kabellər) olduğu dirəklər 5 metr hündürlüyündə olmaqla, həmin dirəklər ağac materialındandır. Ağac dirəklərinin üzərində kabel xətləri olmasa da, uc hissələrində kabellərin bir hissəsinin olması görünür. Həmçinin, baxış zamanı 3 dirək arasında olan kabellərin olmaması müəyyən edilmişdir. 18 aprel 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlildə kabelləri kəsən zaman istifadə etdikləri dəstəyi narıncı və boz rəngli kəlbətini könüllü şəkildə təqdim etmiş və həmin kəlbətin götürülmüşdür. 18 aprel 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə oğurladıqları TPP 50x2 markalı 100 metr kabeli yandırıb əridərək qalıq misi Ağdaş şəhərində yerləşən Şahid1 məxsus metal qəbulu məntəqəsinə satmış, sonuncu həmin məntəqədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satmış olduqları 4 kq misi və metal qəbulu məntəqəsində quraşdırılmış müşahidə kamerasında alqı-satqı prosesinin qeydə alındığı görüntünü 01 ədəd diskdə könüllü şəkildə təqdim etmiş və qeyd olunanlar götürülmüşdür. "xxxx" MMC-dən daxil olmuş 23 aprel 2024-cü il tarixli, ƏQ-100/2024 nömrəli məktubdan görünür ki, Ağdaş rayonunda 16 aprel 2024-cü il tarixinə TTP 50*2 markalı 100 metr kabelin 1 metrinin orta bazar qiyməti, 5,20 manat olmaqla ümumi 520 manat dəyərində olmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialı tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq nəticəsində dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur, həmçinin iş üzrə heç bir mülki iddia yoxdur. Zərərçəkmiş hüquqi şəxsZərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq nəticəsində dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 86 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ailə tərkibi – 16 mart 1969-cu il təvəllüdlü X8 və 09 dekabr 1972-ci il təvəllüdlü X3 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 65 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə- şikayət daxil olmamışdır. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 18-1-22/2-580/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 18 aprel 2024cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2024-cü il tarixdə, saat 14:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə 14:40-da təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 85 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ailə tərkibi – arvadı X4 və oğlu 07 iyul 2017-ci il təvəllüdlü X5 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 65 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 18-1-22/2-581/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 18 aprel 2024cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2024-cü il tarixdə, saat 15:50 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə 16:20 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 08 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialına məxsus TTP 50*2 markalı 100 metr kabelin oğurlanması nəticəsində 822 manat məbləğində maddi ziyan dəymişdir. 4 kq misin metal qəbulu məntəqəsində satılan zaman müşahidə kamerasında qeydə alınmış görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinə əlavə edilmiş, kabellər kəsilən zaman istifadə olunan narıncı və boz rəngli 01 ədəd kəlbətin və oğurlanmış 100 metr kabeldən əldə edilmiş 4 kq mis maddi sübut kimi tanınaraq saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə, iş üzrə şahidlərin ifadələrini, 18 aprel 2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokolları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yoxlanılması istintaq hərəkəti keçirilən zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diski, 4 kq misin metal qəbulu məntəqəsində satılan zaman müşahidə kamerasında qeydə alınmış görüntünün olduğu 01 ədəd DVD diski, "xxxx" MMC-nin 23 aprel 2024-cü il tarixli, ƏQ-100/2024 nömrəli məktubunu, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələri, 08 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dövlət əhəmiyyətli rabitə xəttlərini gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin tərkibi vardır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilməli və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdikləri əmələ görə cəzalanmalıdırlar. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş materiallarına istinad edib təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, törətdikləri cinayət əməlini səmimi etiraf etmələrini, əməllərindən peşman olmalarını və müsbət xarakterizə edilmələrini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2ci maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, cinayət əməlini törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri və dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən haldır və onların cəzalarını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini xarakterizə edən halları və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, dəymiş ziyanın ödənilməsini, o cümlədən cinayət əməli törətmələrini etiraf edib bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri kimi cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq və onların cəmiyyətdən təcrid olunmadan da islah olunmalarının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onların hər birinin 18 aprel 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandıqları bir gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onların cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi tələb etdiklərinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanlarının olmadığını bildirdiklərinə görə onlar hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onların məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 10 saat 30 dəqiqə vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 63 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan hesabına köçürülməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan 01 ədəd kəlbətin məhv edilməli, 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılmalı, oğurlanmış 100 metr kabeldən yandırılaraq əldə edilmiş 4 kq mis Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 18 aprel 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı bir gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 18 aprel 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı bir gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan dəstəyi narıncı və boz rəngli 01 ədəd kəlbətin məhv edilsin, 01 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın, oğurlanmış 100 metr kabeldən yandırılaraq əldə edilmiş 4 kq mis Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardıma görə haqq ödəməkdən azad edilsinlər və onların məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 63 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan hesabına, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №1(014)-111/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-111/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver